ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə13/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   9   10   11   12   13   14   15   16   ...   106

 
33 
iğtişaş  yaradan  müxaliflərini  döyüb  fitnəni  yatırtdı.”
1
    Nəhayət,  onunla 
hənəfi  qazisi  və  şafei  qazisinin  (İmamuddin  Ömər  ibn  Əbdürrəhman 
Qəzvininin)  arasında  olan  məclisdə  Əmir  Seyfuddin  İbn  Teymiyyəni 
müdafiə etdiyinə görə onun əleyhinə daha artıq maneələr yaradıldı. 
699-cu hicri ilində (1299-cu miladi) Qazan Xan (İranda Elxan Monqol) 
Şamı  ələ  keçirmək  üçün  qoşun  yeritdi  və  (Misir  padşahı)  Məlik  Nasir 
Qəlavunu  məğlub  etdikdən  sonra)  Dəməşqin  əhalisi  ciddi  təhlükə  hiss 
etilər.  Bu  zaman  İbn  Teymiyyə  onları  müqavimət  göstərməyə  təşviq 
edənlər  sırasında  idi.  Lakin  Dəməşq  şəhəri  monqollar  tərəfindən  kütləvi 
qırğına məruz qaldı. 
Bunlardan  əlavə,  İbn  Teymiyyə  699-cu  h.q  ilinin  şəvval  ayının  20-də 
franklara  və  monqollara  kömək  etməkdə  ihtiham  olunan  Kəsravan 
şiələrinin  əleyhinə  qoşun  yeridilməsində  iştirak  etdi.  700-cü  h.q  ilində 
Şam  bir  daha  monqollar  tərəfindən  təhdid  olunmağa  başladı.  “İbn 
Teymiyyəyə tapşırıq verildi ki, camaatı cihada təşviq etsin. O, 700-cü h.q 
ilinin  camadiyül-əvvəl  ayında  Qahirəyə  getdi  ki,  sultan  Məmluk 
Məhəmməd  ibn  Qəlavundan  Şamın  işlərinə  müdaxilə  etməsini  istəsin. 
İbn Teymiyyə monqolların yenidən hücumu ərəfəsində, yəni 702-ci ilin 
Ramazan ayının 4-də Şəqhəbin fəthində iştirak etdi. Bu müharibədə  İbn 
Teymiyyəyə  əmr  olunmuşdu  ki,  fətva  verərək  mücahidləri  oruc 
tutmaqdan azad etsin.”
2
  
Bundan  sonrakı  illər  İbn  Teymiyyə  üçün  ağır  mübahisələr  dövrü 
olmuşdu. Belə ki, 704-cü ilin rəcəb ayında İbrahim Qəttan adlı bir şəxslə 
(o həşişdən istifadə etməkdə mühtəhim olunurdu), eləcə də yuxu təbiri və 
başqa şeylərlə mühtəhim olunan Şeyx Məhəmməd Xəbbaz Bəlasi ilə (İbn 
Teymiyyənin  nəzərinə  əsasən  yuxu  yozumunun  heç  bir  elmi  əsası 
yoxdur) münaqişəsi başladı və onlara bu işləri qadağan etdilər. 
Bundan  sonra  704-cü  h.q  ilində  Dəməşqin  müsəllasının  yaxınlığında 
yerləşən  “Narənc”  (yaxud  “Tarix”)  məscidinə  getdi  və  üstündə  həzrət 
Peyğəmbərin  (s)  ayaq  izləri  olan  və  camaatın  təbərrük  etdiyi  bir  daşı 
sındırdı və dedi ki, ona təbərrük etmək və öpmək caiz deyildir!”
3
  
İbn  Teymiyyənin  bu  düşüncə  tərzində  və  fikirlərində  dərindən  diqqət 
yetirməklə  məlum  olur  ki,  onun  fikrindəki  təəssüb  və  donuşluq  bütün 
əsər və fikirlərinə hakim kəsilmiş və bu da camaatın etiqadlarından çoxu, 
xüsusilə  şiələrin  etiqadı  ilə  müxalifətə  qalxmasına  səbəb  olmuşdur.  O, 
yaranan hər bir fürsətdən onlara zərbə vurmaq üçün istifadə edirdi. Belə 
aydın  olur  ki,  İbn  Teymiyyənin  öz  nəzər  və  təfəkkürlərini  məhz 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.172 
2
 Himməti, Həmayun, “Vəhhabigəri”, səh.47 
3
 “Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.173 


 
34 
Dəməşqdə  irəli  çəkməsinin  dəlillərindən  biri  də  budur  ki,  onun  şiələrlə 
çoxdan  bəri  yaxşı  münasibəti  yox  idi  (Dəməşq  əhalisinin  dini 
keçmişlərinə  diqqət  yetirməklə  məlum  olur  ki,  onların  İslam  barəsində 
kifayət  qədər  məlumatları  yox  idi  və  həqiqi  İslamın  əsl  varislərini 
tanımırdılar).  Buna  görə  də  “704-cü  ilin  axırlarında  Kəsrəvan 
rafizilərinin  əleyhinə  yeridilən  qoşunlarda
1
  iştirak  etdi  və  Dəməşqə 
qayıdarkən  rəisləri  monqolları  himayə  etməklə  mühttəhim  olunan 
Əhmədiyyə Rəfaiyyə firqəsinə həmlə etdi.”
2
  
Qeyd  olunmalıdır  ki,  bu  dövrdə  İbn  Teymiyyə  öz  müxaliflərinə 
“monqollarla  həmkarlıq”  damğası  vuraraq  onları  öz  yolu  üzərindən 
götürür,  onlarla  son  dərəcə  kobud  rəftar  edərək  acı  sözlər  deyirdi.  İbn 
Teymiyyənin  əqidələrinə  qarşı  çıxmağa  və  onun  həbs  edilməsinə  səbəb 
onun  703-cü  ildə  gördüyü  tədbirlər  olmuşdu.  O,  bu  ildə  Mühyiddin 
Ərəbini  söyüb  lənətləməyə  başladı,  onun  yazdığı  “Füsusül-hikəm” 
kitabını  öz  əqidələri  ilə  müxalif  hesab  etdi  və  ibn  Ərəbinin  ardıcılları 
olan  firqələrlə  mübarizəyə  qalxdı.  Misir  sultanının  canişini  Əmir  Bibris 
ona  çox  əqidə  bağladığı  Şeyx  Əbul  Fəth  Nəsr  ibn  Süleyman  Mənbəci 
Məqri  və  Qahirədə  Şeyx  Kərumiddin,  Şeyx  Xaniqah  Səidus-Süəada 
Mühyiddin Ərəbinin ardıcıllarından və kəskin pərəstişkarlarından idi. İbn 
Teymiyyə onlara bir məktub yazaraq ibn Ərəbini çox məzəmmət etmişdi. 
“Nəsr  Mənbəci  bu  məktubdan  qəzəbləndi,  Əmir  Bibris  Caşəngirin 
yanında  malik  olduğu  ehtiram  və  hörmətə  görə  Qahirədə  (malikilərin 
qazisi) qazi Zeynuddin Əli ibn Məxluf ibn Nahiz Malikini vadar etdi ki, 
Bibrisdən istəsin ki, İbn Teymiyyəni Misirə çağırıb onu mühakimə etsin, 
tövbə etdirib öz puç əqidəsindən dönməyə məcbur etsin.”
3
  
                                                 
1
  Qeyd  olunmalıdır  ki,  hənbəlilər  şiələri  Rafizi,  yə`ni  dindən  xaric  olan,  kafir  və 
müşrük hesab edirlər. Buradan da İbn Teymiyyənin əqidəvi ardıcılları olan vəhhabilərin 
şiəçiliklə  qəddar  düşmən  olmasının  səbəbi  aydın  olur.  Məhəmməd  ibn  Əbdül-Vəhhab 
da  vəhhabiyyətin  banisi  kimi  şiəliyi  rədd  etmək  üçün  “Ərrəddu  ələl-Rafizəti”  adlı  bir 
kitab yazmışdır. 
2
  Əhmədiyyə  firqəsinin  qəribə  nümayişləri  vardır.  Onlar  odun  içinə  girir,  ilan  əti 
yeyirdilər.  İbn  Teymiyyə  inanırdı  ki,  onların  işləri  Kitab  və  sünnə  ilə  müxalifdir. 
Nəhayət onları gördükləri işdən çəkindirdi. (“Böyük İslam Enskilopediyası”, 3-cü cild, 
səh.174)  
Amma  yuxarıda  qeyd  olundu  ki,  İbn  Teymiyyə  (o  zamanda  münasib  şəraitin 
olduğuna görə) öz müxaliflərini monqolları himayə edib və havadarlıq etməsi damğası 
ilə öz yolu üzərindən götürürdü. Bu ittihamla müttəhim olunan qruplardan biri də Şeyx 
Əhməd  ibn  Rəfainin  ardıcılları  olan  Əhmədiyyə  firqəsi  idi.  İbn  Teymiyyə  onları  rədd 
etmək  üçün  “Münaziratu  İbn  Teymiyyə  əl-ələniyyətid-dücacilətil-bətaihiyyətir-
rəfaiyyə”  adlı  kitab  yazaraq  onları  rəfahiyyə  və  bətahiyyə  adlandırmışdı.  (Həmin 
mənbə, səh.47-48)  
3
 “Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.174 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə