ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə12/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   8   9   10   11   12   13   14   15   ...   106

 
31 
bununla  da  fiqhdə  özünün  rəy  və  nəzər  azadlığını  sübut  etdi.  Hələ  20 
yaşına  çatmamışdı  ki,  fətva  vermək  və  tədris  etmək  məqamına  çatdı  və 
atasının  682-ci  ildə  vəfat  etməsindən  sonra  683-cü  ilin  əvvəllərində 
Səkriyyənin 
Darul-hədis 
mədrəsəsində 
tədrisə  başladı...  Onun 
ustadlarından  İbn  Əbdüd-daim  Əli  ibn  Əhməd  ibn  Əbdüd-daim  ibn 
Nemət  Əl-müqəddəs  əl-Hənbəlini  (699-cu  h.q,  1300-cü  miladi), 
Məhəmməd  ibn  Əsakir  (699  h.q,  1271-ci  miladi),  Yəhya  ibn  Seyrəfi 
(696-cı h.q), Qasim Ərbili (680-cı h.q), ibn Əbil Yüsür (672-ci h.q, 1273-
cü  miladi),  Şəmsəddin  Əbul  Fərəc  Əbdür-rəhman  ibn  Əbi  Ömər 
Məhəmməd  ibn  Əhməd  ibn  Məhəmməd  ibn  Qüdamə  Əl-Məqdisi 
Hənbəli  (682-ci  h.q)
1
  ,  Müslüm  ibn  Əllan  Şəmsəddin  Əbul  Ğənaim 
Dəməşqi  (680-cı  h.q),  İbrahim  ibn  Dürca  (681-ci  h.q),  Zeynuddin  ibn 
Münəcca Əbul Bərəkat Tənuxi Hənbəli (695-ci h.q) və başqalarının adını 
çəkmək olar.”
2
  
İbn  Teymiyyə  682-ci  ildə  atasının  vəfatından  sonra  “Səkəriyyə” 
mədrəsəsinin  rəhbərliyini  öz  üzərinə  götürdü  və  ilk  dərsini  683-cü  ilin 
məhərrəm  ayının  ikisində  başladı.  Bir  il  sonra,  684-cü  ilin  səfər  ayının 
10-u Əməvi məscidində Quran tədrisi və təfsirinə başladı.”
3
  
691-ci h.q ilinin axırlarına yaxın həccə getdi və bu səfərdə “Mənasikul-
həcc”  kitabını  yazmaq  üçün  lazım  olan  ləvazimatı  özü  ilə  Dəməşqə 
gətirdi  (güclü  ehtimala  əsasən  bu  kitabda  həcc  əməllərinin  bəzi 
bidətlərini  rədd  etmişdir  (692-ci  h.q).  “İbn  Teymiyyənin  siyasi  həyata 
daxil  olması  ilk  dəfə  693-cü  ildə  və  Həzrət  Peyğəmbəri-Əkrəmin  (s) 
barəsində  nalayiq  sözlər  danışmaqda  müttəhim  edilən  isveçli  Əssaf 
(Əssaq)  adlı  bir  məsihi  şəxsin  barəsində  olmuşdur  ki,  o,  İbn 
Teymiyyənin  göstərdiyi  canfəşanlıqlar  səbəbi  ilə  ilk  dəfə  olaraq 
Əzraviyyədə həbs edildi. Bununla əlaqədar İbn Teymiyyə özünün böyük 
“Əssarimul-məslulu əla şatimir-Rəsul” adlı kitabını yazdı.
4
  
                                                 
1
 Şəmsəddin Əbul Fərəc Əbdürrəhman ibn Məhəmməd Əhməd ibn Məhəmməd ibn 
Qüdamə  Ali-Qüdamın  ilk  şəxsidir  ki,  664-cü  hicri-qəməri  ilində  (1266-cı  miladi) 
Dəməşqdə  hənbəlilərin  qazül-qüzatlıq  vəzifəsini  öhdəsinə  almışdı.  O,  hənbəli 
məzhəbinin rəyasətini və Əşrəfiyyənin “Darul-hədis” mədrəsəsinin şeyxliyini öhdəsinə 
almışdı. Təqiyüddin İbn Teymiyyə və Məcduddin İsmail ibn Məhəmməd Hərrani onun 
şagirdlərindən idi. “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.90  
2
 “Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.172 
3
 Himməti, Həmayun, “Vəhhabigəri”, səh 45-46  
4
  Peyğəmbəri-Əkrəmi  (s)  müdafiə  etmək  məqsədi  ilə  qələmə  alınan  bu  kitabın 
əvvəlində yazılır: “Hər kəs Peyğəmbərə (s) nalayiq söz desə öldürülməlidir, istər kafir 
olsun,  istərsə  də  müsəlman.”  Bu  kitabda  elə  mətləblər  vardır  ki,  həm  özünün,  həm  də 
vəhhabilərin  əqidələri  ilə  aşkar  təzad  təşkil  edir  və  onlara  heç  cür  bəraət  qazandırıla 
bilməz. Nümunə olaraq, o kitabın 93-cü  səhifəsində qeyd olunur ki, “Peyğəmbərə (s), 
vəfatından  sonra,  onun  sağlığında  olduğundan  daha  artıq  ehtiram  qoyulmalıdır.” 


 
32 
İbn Teymiyyə Zeynuddin ibn Münəccanın vəfatından sonra onun yernə 
keçərək  Dəməşqin  “Əl-Hənbəliyyə”  mədrəsəsində  tədris  kürsüsünə 
əyləşdi  öz  dərslərini  İmad  ibn  Münəccanın  həlqəsində  Şəmsuddin  Fəxr 
Bəəlbəkkiyə  həvalə  etdi  (17  şəban  695-ci  h.q).  O,  (Misirin  hakimi) 
“Məlik  Mənsur  Lacinin  hakimiyyəti  dövründə  Misir  hakimi  tərəfindən 
tapşırıq  aldı  ki,  sultanın  Kiçik  Ermənistana  qoşun  yeritdiyi  zaman 
müsəlmanları  cihada  təşviq  etsin.”
1
  Bu  qoşun  yeritmənin  ardınca  Kiçik 
Ermənistanın istehkamlarından bəziləri Misir ordusunun əlinə keçdi. 
Əhməd İbn Teymiyyə 698-ci ilə qədər Dəməşqdə qaldı və bir hənbəli 
ruhanisi kimi  yaşadı.  Onun haqq  yoldan  sapması  ilk  dəfə  olaraq  bu  ildə 
baş verdi. Ayətullah Cəfər Sübhani bu barəda belə yazır: 
“...Amma bu ildə Humat əhalisi (Suriyanın şəhərlərindən biridir) ondan 
kəlam  məsələləri  barəsində  soruşduğu  sualların  cavabını  “Kitabul-
əqidətil-həməviyyətil-kubra”  adlı  bir  risalədə  yazdı.  O,  bu  risalədə 
Əşərinin  kəlam  məzhəbini  tənqid  etmiş  və  aşkar  şəkildə  Allah  üçün 
istiqamət  və  cəhət  olduğunu  demiş,  Onu  cisim  hesab  etməsini  işarə  ilə 
başa salmışdır.”
2
  Halbuki, Qurani-kərimdə Allah-təala hər növ cisim və 
cisim  olmaqdan,  eləcə  də  məxluqata  hər  növ  oxşarlıqdan  uzaq  hesab 
edilərək  buyurur:  “Ləysə  kəmislihi  şəyun  –  Onun  oxşarı  və  misli 
olacaq bir şey yoxdur.” 
Əşərinin  kəlam  məzhəbini  tənqid  etmə  məqamında  olan  bu  kitabın 
yazılmasının  ardınca böyük  bir iğtişaş  yarandı.
3
    Müxalifləri  onu  Allahı 
(məxluqata) bənzətməkdə müttəhim edirdi. O da Dəməşqin hənəfi qazisi 
Cəllaləddin Əhməd ibn Həssan ibn Ənuşirəvan Razinin hüzurunda (745-
ci  h.q,  1344-cü  miladi)  qazinin  sultan  tərəfindən  əqidəvi  məsələləri 
araşdırmaq  üçün  təyin  olunmamasını  bəhanə  edərək  onun  hüzuruna 
getməkdən  imtina  etdi.  “O  dövrdə  Dəməşqin  ən  nüfuzlu  hakimi  olan 
Əmir Seyfuddin Cağan İbn Teymiyyənin tərəfini saxladı və şəhərdə onun 
                                                                                                                                  
Halbuki, İbn Teymiyyənin özü və onun ideoloji şagirdi Məhəmməd ibn Əbdül-Vəhhab 
Peyğəmbərin  (s)  qəbrini  ziyarət  etmək  üçün  gedilən  səfəri  günah  səfəri  sayır  və  o 
Həzrətin (s) qəbrinin kənarında namaz qılmağı bütpərəstlik adlandırır! Məhəmməd ibn 
Əbdül-Vəhhab  həyasızcasına,  aşkar  şəkildə  deyir:  “Mənim  əlimdəki  bu  əsa 
Məhəmməddən (s) yaxşıdır! Çünki o, ölmüşdür və heç bir tə`siri yoxdur, lakin mənim 
bu əsam indi faydalıdır, indi ondan istifadə edə bilirəm!” Doğrusu, görəsən insan bu cür 
təzadları  necə  yoza  bilər?!  (Doktor  Həmayün  Himmətinin  yazdığı  “Vəhhabigəri” 
kitabından, 115-ci, səhifəsinin vərəqaltı haşiyəsi)”.  
1
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.46 
2
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 3-cü cild, səh.20  
3
 Həqiqətdə bundan əvvəl Əbul Həsən Əş`ərinin şəxsi fikirlərə meyl üslubu Əhməd 
ibn  Hənbəli  özü  üçün  yaratdığı  məqamdan  aşağı  salmışdı.  Lakin  8-ci  hicri  əsrində 
Əhməd İbn Teymiyyə bir daha Əhməd ibn Hənbəlin əqidələrini və sələfəlik məktəbini 
onun dövründə mövcud olan məfhumla irəli çəkdi və diqət mərkəzində saxladı. 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə