ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə14/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   10   11   12   13   14   15   16   17   ...   106

 
35 
Bundan əlavə, İbn Teymiyyənin 705-ci h.q ilində yazdığı “Əl-əqidətul-
vasitiyyə” kitabı onun mühakimə edilib əqidəsinin qarşısının alınmasının 
digər bir səbəbi idi. “Bu məsələnin araşdırılması üçün Dəməşqin hakimi 
Əfrumun  vasitəsilə  705-ci  ilinin  8  və  12  rəcəb  tarixində  Misirdə  bir 
məclis  təşkil  olundu.  Fəxruddin  Razinin  şagirdlərindən  olan  Səfuyiddin 
Hindinin
1
  də  iştirak  etdiyi  ikinci  məclis
2
  belə  nəzər  verdi  ki,  vasitiyyə 
əqidəsində Quran və sünnəyə müxalif bir  mətləb  yoxdur.  Zahirən bu iş 
sona  çatdırılmışdı.  Lakin  Mahmud  İsfəhaninin  şagirdi,  şafei  qazisi  İbn 
Sərsəri  bu  işə  yenidən  baxılmasını  tələb  etdi  və  İbn  Teymiyyənin 
şagirdlərindən  bir  neçəsinə  şallaq  vurdurub  Mühəddis  Mizzini  zindana 
saldırdı. Bu işə yenidən baxılmaq üçün təşkil olunan digər bir məclis də 
705-ci  ilin  şəban  ayının  7-də  sultanın  əmri  ilə  və  hakimin  qərargahında 
təşkil  edildi.  Bu  məclisdə  vasitiyyə  əqidəsi  məhkum  olunmadı  və  ibn 
Sərsəri öz işindən istefa verdi.”
3
  Bu zaman Misirə belə bir xəbər çatdı ki, 
“Dəməşqin səltənət müşaviri elan etmişdir ki, hər kəs İbn Teymiyyənin 
əqidəsi barəsində bir söz desə, edam olunacaqdır. Sonra qazi Şəmsuddin 
ibn  Ədlan  Kənani  Misri  (şafeilərin  mötəbər  və  tanınmış  qazisi) 
qəzəbləndi  və  qazi  Əli  ibn  Məxlufla  birlikdə  İbn  Teymiyyənin  əleyhinə 
qiyam  etdi.”
4
    Nəhayət,  İbn  Teymiyyəni  və  İbn  Sərsərini  Qahirəyə 
çağırdılar.  705-ci  ilin  Ramazan  ayının  23-də  (1305-ci  miladi,  aprel  ayı) 
Qahirənin  Cədəl  adlı  qalasında  qazi  başçılarının  (Misrin  dörd  qazil-
qüzatının),  fəqihlərin  və  böyük  dövlət  işçilərinin  iştirakı  ilə  məhkəmə 
təşkil olundu və İbn Teymiyyə özünün təşbih və təcəssüm əqidəsinə görə 
zindana  məhkum  edildi.  Həmçinin,  Dəməşqin  Came  məscidində  qiraət 
olunmaq üçün bir məktub da yazıldı. Bu məktubda İbn Teymiyyə Allahı 
cisim bilmək, Allahın yuxarıda olmasına inanmaq, eləcə də Quranın səs 
və  hərfdən  ibarət  olması,  onun  qədim  olması  əqidəsilə  müttəhim  edildi 
və  belə  hökm  çıxarıldı  ki, əgər  hənbəlilər  bu  əqidədən  əl  çəkməsələr  öz 
məqamlarından kənar edilməlidirlər. 
İbn  Teymiyyə  707-ci  h.q  ilinin  rəbiyül-əvvəl  ayının  26-a  qədər 
(təqribən bir il yarım) Qahirənin “Ərk” zindanında həbsdə qaldı. Sonra o, 
                                                 
1
  Səfuyiddin  Hindi  (644-715)  imam  Əbul  Həsən  Əş`ərinin  məzhəbi  barəsində  ən 
bilikli  adam  idi.  O,  705-ci  hicri  ilində  Darus-səadətdə  İbn  Teymiyyə  ilə  elmi 
mübahisəyə  başlayan  ilk  şəxs  idi.  (“Fərhəngi  əqaid  və  məzahibi  İslami”,  3-cü  cild, 
səh.36)  
2
  İbn  Teymiyyənin  “Vasitiyyə”  adlı  kitabında  aləmdə  feyz  vasitəsi  olan  fikirləri 
araşdırır. Vəhhabilərin də əqidələri belədir. Onlar da Allah ilə bəndələr arasında vasitə 
və  ya  vasitələrin  olduğuna  inancı  küfr,  şirk  və  bütpərəstlik  hesab  edirlər.  (Himməti, 
“Vəhhabigəri” kitabının 116-117-ci səhifələrinin vərəqaltı haşiyəsi. )  
3
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.48 
4
 “Böyük İslam Enskilopediyası”, 3-cü cild, səh.174 


 
36 
Bibrəs  Caşəngirin  rəqibi  Əmir  Səlların  və  bədəvi  əmir  Mühənna  ibn 
İsanın  vasitəçiliyi  ilə  azad  edildi  və  məlum  olmayan  tarixdə  “Əl-
əqidətut-tədəmmuriyyə” adlı kitabını onların adına yazdı.”
1
  
İbn  Teymiyyənin  həbsdən  azad  olunmasına  baxmayaraq  Dəməşqə 
qayıtmağa  haqqı  yox  idi.  O,  öz  gümanı əsasında  hər  bir  bidəti məhkum 
edir, bidətçini zındıq və dinsiz sayırdı. Buna görə də Misirin ən nüfuzlu 
sufiləri  olan  ibn  Ətaullah  (o,  Əbul  Həsən  Mursinin  şagirdi  idi)  və 
Kərumiddin  Amuli  (“Darus-səidis-süəda”nın  rəisi)  çəkişməyə  başladı. 
Bunun  ardınca  707-ci  ilin  şəvval  ayında  camaatın  ümumi  iğtişaşının 
ardınca  onu  şafei  qazisi  Bədruddin  ibn  Cəmaətin  hüzuruna  çağırdılar. 
Qazi  ondan  istədi  ki,  özünün  təvəssül  və  istiğasə  (Peyğəmbəri  (s)  və 
yaxud hər hansı bir övliyanı köməyə çağırma) barəsindəki nəzərini desin. 
Daha  sonra  Şama  qayıtmasına  icazə  almasına  baxmayaraq  İbn 
Teymiyyəni Qahirənin qazilər zindanında bir neçə ay həbsdə saxladılar. 
Cənab  Himməti  yuxarıdakı  mətləbə  işarə  edərək  yazır:  “707-ci  ildə 
Bibris  Caşəngirin  qüdrətə  və  hakimiyyətə  çatması  ilə  eyni  zamanda  İbn 
Teymiyyənin  əzab-əziyyətləri  və  işgəncələri  yenidən  başlandı.  709-cu 
ilin səfər ayının axır gecəsində onu ciddi nəzarət altında  İsgəndəriyyəyə 
apardılar  və  orada  da  onu  nəzarət  altında  saxladılar...  Səltənət  qəsrində 
həbsdə olduğu yeddi ay ərzində Misirdən keçən məğriblilərin çoxu onun 
görüşünə  gəlirdilər.  Bu  müddət  ərzində  bir  neçə  mühüm  kitab  yazmışdı 
ki, onlardan “Ər-rəddu ələl-məntiqiyyin” kitabını qeyd etmək olar.  
709-cu  h.q  ilinin  şəvval  ayının  əvvəlində  yenidən  Məhəmməd  ibn 
Qəlavun  hakimiyyətə  gəldi.  O,  İbn  Teymiyyəni  həbsdən  azad  etdi  və 
Qahirədə  öz  hüzuruna  qəbul  etdi.  İbn  Teymiyyə  təqribən  3  il  ərzində  o 
şəhərdə  qaldı.  Məhəmməd  ibn  Qəlavun  (Əl-məlikün-Nasir)  Şamla 
əlaqədar məsələlərdə bəzən onunla məşvərət  edirdi. Bu müddət  ərzində 
İbn  Teymiyyə  xüsusi  şəkildə  dərs  verir  və  ondan  soruşulan  müxtəlif 
suallara cavab verirdi. Həmin dövrdə özünün məhkəmə işləri ilə əlaqədar 
olan “Kitabus-siyasətiş-şəriyyə” kitabını təkmilləşdirməyə başladı... Qısa 
müddət  ərzində  aradan  gedən  monqolların  yeni  təhdidləri  İbn 
Teymiyyəni  Dəməşqə  çəkdi  (712-ci  h.q).  Əl-məlukun-Nasir  713-cü  ilin 
məhərrəm  ayının  11-də  həcc  səfərindən  qayıdanda  bu  şəhərin  maddi  və 
idari  qurumunu  yeniləşdirmək  üçün  müəyyən  tədbirlər  gördü.  Bundan 
əlavə, 712-ci ilin rəbiüs-sani ayında Əmir Tənkəz bu şəhərə hakim təyin 
edildi.  İbn  Teymiyyə  mədrəsənin  rəyasəti  məqamına  təyin  olundu. 
Havadarları  ona  müstəqil  bir  müctəhid  gözü  ilə  baxırdılar.  Bu  dövrdə 
onun  ən  fəal  şagirdi  olan  İbn  Qəyyim  Covziyyə  onun  fikir  və 
əqidələrinin  yayılmasında  çox  ciddiyyət  göstərdi  və  nəticədə  öz  ustadı 
                                                 
1
 Himməti Həmayun, “Vəhhabigəri”, səh.48 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə