Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

48
onun təhlili zamanı bir-birindən fərqləndirilir; əslində isə onlar üzvi
vəhdət təşkil edib, bir-birindən ayrılmaz halda olur. Formanı
məzmunlu, məzmunu isə formalı bir halda almaq asan iş deyil; bu
məsələnin düzgün həlli düzgün metodoloji mövqedən əlavə, əsl
tədqiqatçılıq istedadı, bədii zövq və həssaslıq tələb edir.
Məzmunla forma arasında ziddiyyət də özünü göstərir. Lakin bu
ziddiyyət ədəbi prosesi ləngitmir, ona mane ola bilmir, əksinə,
ədəbiyyatın inkişafı müəyyən mənada, demək olar ki, həmin
ziddiyyətin nəticəsi kimi meydana çıxır.
Ədəbiyyatın predmeti həyatdır, sosial münasibətlərdir, insanların
xarakterlərinin tarixən konkretliyidir. Sənətkar insanın psixologiyasını,
əxlaqi-mənəvi aləmini mürəkkəbliyi ilə öyrənir. Müxtəlif dövrlərdə insan
yalnız həyata, təbiətə təsir göstərmir, bu mürəkkəb prosesdə, həm də
onun özü, sosial mühiti və məişəti dəyişir. Bədii yaradıcılıqda insan
belə daxili zənginlik və mürəkkəbliyi, öz mühitinin övladı kimi təsvir
olunur. Bədii əsərin məzmunu həyatın bütün sahələrindən götürülür.
Xalqın tarixi, adət-ənənəsi və milli varlığı, onun mənəvi-iqtisadi, ideya-
siyasi yüksəlişi, ayrı-ayrı şəxsiyyətlərin qəhrəmanlığı, vətənpərvərliyi,
sevgisi və humanizmi yazıçılarda maraq doğurur, əsərlərə məzmun-
ideya verir. İdeyanın təsiri, idraki-tərbiyəvi əhəmiyyətinin genişliyi
məzmunun tutumundan, aktuallıq və müasirliyindən asılıdır. Çünki
ideya məzmundan doğur, məzmunun varlığında konkret ideya yaşayır.
Buna görə də yazıçı üçün «predmetin özü yox, predmetin mənası
əhəmiyyətlidir və onun ilham odu yalnız predmeti göstərmək yolu ilə
həmin predmetin mənasını hamıya aydınlaşdırmaq və hiss etdirmək
üçün alovlanır»  (Belinski). Sənətkarın təsvirində fikir amaldır, bu
fikirdən alınan təəssürat oxucunun ağlına təsir etməli, onun həyatın
müxtəlif sahələrinə münasibətinə istiqamət verməlidir.
Ədəbiyyatda məzmun və forma anlayışları müəyyən tərkib
hissələrdən ibarət olduqları üçün mürəkkəb xüsusiyyətlərə malikdir.


49
Məsələn, məzmunun tərkib hissələri mövzu, ideya, ali məqsəd və
s.dən ibarətdirsə, formanın tərkib hissələri janr, ahəng, ölçü, dil və
başqalarıdır. Bədii əsərin forması ilə məzmunu arasındakı münasibəti
başa düşmək və əsərə bu baxımdan qiymət vermək üçün həmin tərkib
hissələri və onların bir-birilə əlaqəsi diqqət mərkəzində saxlanılır.
Məlumdur ki, ədəbi əsər həyat hadisələrinin bədii ifadəsidir.
Hadisələr bir-birini əvəz edib dəyişdikcə ədəbiyyatın mövzusu da
dəyişir. Tarixi inkişaf nəticəsində insanların müəyyən amal uğrunda
apardıqları mübarizə, vətənpərvərlik və s. əlaqədar yeni mövzular
ədəbiyyat üçün əsas obyektə, aktual mövzuya çevrilir. Yeni məzmun
köhnə formaya sığışmır. Yeni məzmun özünə müvafiq, yeni forma
tələb edir. Meydana gələn yeni məzmunun köhnə formaya qarşı
çıxması, məzmunla forma arasındakı ziddiyyət, yeni məzmunun yeni
formada ifadə olunması, yeni-yeni ədəbi formaların meydana gəlməsi
isə öz növbəsində ədəbiyyatın inkişafıdır. Bu ziddiyyətin yaranmasında
və müəyyən inkişafla nəticələnməsində aparıcı qüvvə, əsas amil, heç
şübhəsiz, yenə də məzmundur. Məzmun formaya nisbətən dəyişkən,
forma isə məzmuna nisbətən sabitdir, gec dəyişəndir.
Məzmunla forma arasındakı bu münasibəti
Azərbaycan
ədəbiyyatı tarixində aydın müşahidə etmək mümkündür. Məsələn,
Sovetlər birliyi dönəmində geniş yayılan formalar Azərbaycan müstəqil
bir dövlət olandan sonra öz mahiyyətini itirmiş, cəmiyyətin tarixi inkişafı
ilə meydana çıxan mövzuları əks etdirə bilməmiş, bunların əvəzinə
ədəbiyyatımızda yeni janrlar meydana gəlmişdir. Forma ədəbi irs və
ədəbi prosesə yeni keyfiyyətlərin daxil edilməsi yolu ilə zənginləşir.
Sənətkar bəşəriyyətin ədəbi irsindən faydalanır, formaya yaradıcı,
xalqın istəyi ilə yanaşır.


50
BƏDİİ KOMPOZİSİYA VƏ SÜJET. SÜJETİN ÜNSÜRLƏRİ
Əsərin ideya məzmununun açılmasında kompozisiyanın kamil
şəkildə olmasının böyük əhəmiyyəti vardır. Yazıçı əsərində əsas və
ikinci, üçüncü dərəcəli surətlərin, hadisələrin yerli-yerində verilməsinə,
süjetin inkişaf tərzinə xüsusi diqqət yetirməlidir, süjetin necə
başlanması, davam etməsi və necə tamamlanması üzərində ciddi
düşünməlidir. Kompozisiyanın gözəl və aydın olması əsərin ideya
məzmununun oxucuya yaxşı çatması üçün mühüm şərtlərdəndir.
Kompozisiya məzmunlu bir forma olmaq etibarilə bir tərəfdən əsərdə
təsvir edilən varlıqla, o biri tərəfdən də müəllifin dünyagörüşü, bədii
metodu və onun əsəri yazarkən qarşıya qoyduğu konkret ideya-estetik
vəzifələrlə, o cümlədən seçdiyi janrın tələbləri ilə şərtlənib
müəyyənləşir. Yəni yazıçı dünyanı necə görür və necə dərk edirsə, o
cür də formaya salıb göstərir. Əsəri tərtib etmək məharəti, kompozisiya
ustalığı sənətkarın ayrı-ayrı dağınıq ünsürləri vahid bir tam halında elə
mütəşəkkil hala salmaq qabiliyyətindən ibarətdir ki, o gerçəkliyin
düzgün inikasını vermiş olsun. Düzdür, bədii əsər bir-biri ilə üzvi
surətdə bağlı xarakterlərin, hadisələrin, problem və ideyaların bütöv bir
məcmusudur, lakin bu xarakterlər, hadisələr, problem və ideyalar,
müxtəlif ədəbi cərəyanlar da müxtəlif kompozisiyada meydana çıxır.
Yazıçıların kompozisiyada, onun qurulmasında tətbiq etdikləri vasitələr
rəngarəngdir. Yazıçı əsərdə əks etdirdiyi əhvalatların lap əvvəlki
tarixçəsini, bu əhvalatların hansı şəraitdə yaranıb inkişafa başladığını
ekspozisiya vasitəsilə bildirir. Müəllifin arzusından və yaradıcılıq
qayəsindən asılı olaraq ekspozisiya əsərin əvvəlində, ortasında və
axırında verilə bilər. Azərbaycan ədəbiyyatşünaslığında ekspozisiya
anlayışı bədii müqəddimə, bədii zəlin sözləri ilə ifadə olunur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə