Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

33
mülkünün
hakimi
Makedoniyalı
İsgəndər
haqqında
dastan
yaratmışdır»
1
.
Təzkirələrin böyük əksəriyyətinin başlıca məhdud cəhəti onların
yalnız fars dilində əsərləri olan Azərbaycan şairlərini əhatə etməsidir.
Həmid Araslının XVII-XVIII əsr Azərbaycan ədəbiyyatına dair
tədqiqatından məlum olur ki, Əhməd Razi, Lütfibəy Azər, Mirzə Tahir
Nəsrəbadi, Əlişir xan kimi təzkirəçilər ancaq fars dilində əsərləri olan
tək-tək Azərbaycan şairləri haqqında bir-iki cümlədən ibarət məlumat
vermiş, ana dilində qiymətli bədii əsərlər yaratmış sənətkarlarımız
haqqında demək olar ki, heç bir şey yazmamışlar.
Ədəbiyyat tarixi onun məzmununda öz əksini tapmış başlıca
komponentə – tarix anlayışına baxmayaraq, yalnız ədəbi-ictimai fikrin
keçmişini öyrənib təsbit etməklə məhdudlaşmır. Ədəbiyyatın tarixi,
onun keçdiyi inkişaf yolu geniş və hərtərəfli tədqiq olunub elmi təsnifi
verildikdə, xalqın ideya-estetik təcrübəsi, belə demək caizsə «tarixin
dərsləri» düzgün dərk edilib mənalandırıldıqda müasir ədəbi prosesə,
yeni yaradıcı qüvvələrin inkişafına təsir göstərir, onları sənətin
həmişəyaşar ənənələrinə sadiq qalmaqla bərabər, həm də bu
ənənələri,
zamanın
tələbləri
əsasında
inkişaf
etdirməyə
istiqamətləndirir, diqqəti sosial-milli varlığın vaxtı çatmış problemlərinə
yönəldir.
Bunu isə yuxarıda qeyd olunduğu kimi, ilk dəfə elmi-yaradıcılıq
zəhmətinə qatlaşaraq ədəbiyyatımızın tarixini bir sistem halında tədqiq
edib meydana qoymaq şərəfi F.Köçərliyə nəsib olmuşdur.
F.Köçərlinin «Azərbaycan ədəbiyyatı» əsəri yuxarıda qısaca
şəkildə üzərində dayandığımız təzkirə və məcmuələrin bəzi
əlamətlərini daşıdığına baxmayaraq, onların hamısından əsaslı
surətdə fərqlənən, ədəbiyyatımızın böyük bir dövrünü əhatə edən, elmi
prinsiplər əsasında yazılmış bir əsərdir.  «Azərbaycan ədəbiyyatı»nda
1
А.Крымски. «Низами вя онун юйрянилмяси», «Низами Эянъяви» (мягаляляр мяъмуяси), Бакы, 1947, сящ. 142


34
hansı məsələləri qoyub həll etməyə çalışdığını müəllif özü belə izah
edirdi: «Hər bir şairin məsləkini, üslub kəlamını, öz əsr və zəmanəsinin
təzasınca nə növ əsərlər vücuda gətirdiyini və onların cəmaətimizə
hüsn təsirini, xeyir və zərərini bəqədri qüvvə açıb göstərmişik»
(Materiallar, II cild, I hissə, səh. 10).
F.Köçərli bu əsərdə Azərbaycan ədəbiyyatında ədəbi hadisələrin
gedişini, tarixini, inkişaf prosesini elmi əsaslar üzərində olduqca böyük
sənətkarlıqla təhlil etmişdir.
Köçərli həmişə bədii yaradıcılıq işi üçün realizmi məhək daşı
hesab etmiş və həyat həqiqətlərinin bədii güzgüsü olan əsərləri çox
yüksək qiymətləndirmişdir.
Onun fikrincə, yaxşı əsər yalnız o zaman yarana bilər ki, əşar və
əsərin törənəcək yeri, hissiyyat nə qədər ali və təbii olsun, bir o qədər
də kəlamın təsiri olar.
Bütün azərbaycanlı sənətkarlar kimi, F.Köçərli də bir müsəlman
olaraq (Mirzə Fətəli Axundovdan başqa) Allahın varlığını, onun bütün
səmavi dinlərini, eyni zamanda bəşər övladının arasından seçdiyi
elçiləri – peyğəmbərləri reallıq kimi qəbul etmişdir.
Allahın kainatın və bütün aləmlərin tək bir yaradıcısı olduğuna
onun əsərlərinin hər sətrində rast gəlmək mümkündür. Əlbəttə,
yazdığımız kitabın adı İlahiyyat fəlsəfəsi olmadığına görə artıq şərhə
ehtiyac yoxdur.
Məsələ burasındadır ki, islam dininin, eyni zamanda müqəddəs
«Qurani-Kərim»in əsrlərlə poeziyamıza bəxş etdiyi işıq ateist
tədqiqatçıların yazdıqlarının tam əksinə olaraq dünyamıza humanist
insan konsepsiyasının işığında nəzərə salmış, insanın məhz insan kimi
taleyinə, fərdiyyətinə və mahiyyətinə daha həssas münasibət
göstərmişdir.
F.Köçərli realist bir sənətkar olaraq Azərbaycan ədəbiyyatında
İslam dininin mövqeyini nəzərdən qaçırmamışdır. Onun İslam dininə


35
baxımı dünyagörüşünün mühüm bir sahəsidir və onun fikrincə, İslam
dini Azərbaycan poeziyasının bir sıra problemlərinin həlliylə sıx
əlaqədardır.
Köçərli bədii yaradıcılıqda, həyat və məişətin təsvirində həqiqətə
sadiq qalmağı tələb edirdi. Lakin tənqidçi realizmi və ümumiyyətlə,
bədii həqiqəti sadəcə həyatın kopiyası hesab etmirdi. Əksinə, o
ədəbiyyatı təsir göstərən, irəliyə səsləyən, ürəkləri səfərbər etməyə
qadir olan bir vasitə sayırdı. F.Köçərlinin fikrincə, həqiqi şair öz
vətəndaşlarını nəinki ağlamaq zamanı ağladıb, gülmək zamanı
güldürməyi bacarmalı, eyni zamanda «Millət və vətən yolunda canlar
fəda etmək lazım gəlsə, vətən oğullarının ürəyinə yandırıcı od salıb,
onları hər qism fədakarlığa və canfəşanlığa şövqmənd etməlidir».
1
Xalqla sıx əlaqəni Köçərli həqiqi sənətkar üçün ən mühüm
yaradıcılıq meyarı hesab edirdi. Ona görə sənətkar xalqın çətin və dar
günündə onun ön sıralarında olmalı, böyük və mütərəqqi amal uğrunda
mübarizədə öz həmvətənlərini ruhlandırmalıdır. Köçərli ədəbiyyata
qüdrətli bir tərbiyə vasitəsi kimi baxdığı üçün «vicdan üzərinə təsiratı
güclü, tərbiyeyi-əfkar və təhzibi-əxlaq yolunda faydası artıq,
əhəmiyyəti böyük və məziyyəti ziyadə» olan əsərləri müdafiə edirdi.
1
«Ядябиййатымыза даир», «Сяда» гязети, 26 нойабр, 1909-ъу ил


36
AZƏRBAYCAN ƏDƏBİYYATINDA İLAHİYYAT
FƏLSƏFƏSİNİN ROLU
Orta əsr Azərbaycan fəlsəfə tarixinin hələ də lazımınca öyrənil-
məmiş problemlərindən biri də ictimai fikir tarixində islamın rolu
məsələsidir. Azərbaycanda islamın yayılması xalqımızın ictimai-iqtisadi
həyatı, yadelli işğalçılara və feodal zülmünə qarşı mübarizəsi ilə sıx
bağlıdır. İslamın yayılmasının sürətini, şərait və şərtlərini, onun sinfi
mahiyyətini daha düzgün açıb göstərməkdən ötrü klassik sənətkar-
larımızın sovetlər birliyi dövründə gizlədilmiş, ən yaxşı halda isə əsas
məzmunu ixtisar olunmuş əsərlərinin öyrənilməsinin böyük əhəmiyyəti
vardır. İslamdakı təriqət və cərəyanlar, cəmiyyətlər, görkəmli siyasi və
dini şəxsiyyətlər, cəmiyyətdə baş verən hadisələrdə islamın siyasi və
sosial rolu, onun iqtisadi-siyasi konsepsiyası və s. məsələlər barəsində
yığcam, lakin dəqiq və orijinal, bəzən də yeganə məlumatlar çox vaxt
bu əsərlərdə əksini tapmışdır. Bu əsərlərə əsasən, islam ideyalarını
daşıyan real qüvvələri, həmin ideyanın yayılması metodunu, propoloji
çərçivəsini, feodal istismarının şiddətlənməsini, eyni zamanda həmin
istismara qarşı xalq kütlələrinin mübarizəsində islamın rolunu daha
düzgün açıb göstərmək olur. Çox təəssüf ki, Sovetlər birliyi dönəmində
Azərbaycanda müsəlmanların müqəddəs kitabı olan «Qurani-Kərim»
bir dəfə də olsun nəşr edilməmiş, islama, onun təliminə, əsas
ehkamlarına, fəlsəfəsinə dair tədqiqat əsəri belə yazılmamışdır. Eyni
zamanda islam faktoru birtərəfli tədqiq edilmiş, başqa dinlər kimi islam
dini də gündəlik həyatda insanlar üzərində hökmran olan xarici
qüvvələrin insan beynindəki fantastik inikasından başqa bir şey
deyildir, deyə ona solçu marksizm-leninizm prinsiplərindən baxılmış,


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə