Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

60
Hələ
orta
çağlarda
bədii
söz
sənətinin
özəlliklərini
dəyərləndirmək üçün iki məktəb fəaliyyət göstərmişdir:
1. Ədəb məktəbi
2. Məntiq məktəbi.
Bir sıra ortaq cəhətlərə baxmayaraq, bədii söz sənəti üçün ilkin
məktəb daha münasib, daha düzgün sayılmışdır.
Çağdaş araşdırıcılar (Qabrieli, Qryunebauli, Kraçkovski) da bədii
söz sənətinin təhlilində hər bir xalqın yerli-milli ədəbi ənənələrinin
əhəmiyyətini xüsusi vurğulamışlar. Təəssüflər olsun ki, Azərbaycanda
ədəbi tənqid, ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsi özəlliklə
sovet-rus məktəbinə əsaslanmış, nəinki çağdaş elmi proseslərdən,
hətta
öz
nəzəri
qaynaqlarından
uzaq
düşmüş,
klassiklərin
yaradıcılığında işlənən zəngin və çeşidli bədii vasitələr, söz və məna
üzərində qurulan poetik kateqoriyalar sovet ədəbi məktəbinin irəli
sürdüyü beş-on yarımçıq qəliblə məhdudlaşdırılmışdır.
Antik poetika daha çox bənzətmə və istiarə üzərində dayanaraq
bədii təfəkkür üçün bu iki kateqoriya əsasında yaranan bədii ifadə
vasitələrini irəli sürdü. Lakin islam bəlağətçiləri dil, ədəbi ənənə,
mədəni mühit və düşüncə tərzi kimi zəruri amillərdən çıxış edərək
təxəyyülün geniş ifadə üfüqlərini açdılar və bunun üçün ən mötəbər və
zəngin qaynaq kimi Qurani-Kərimi seçdilər. Həmin qaynaq söz
sərraflarını yarışa dəvət edir, onlardan Quran ayələri kimi fəsahətli söz
söyləməyi tələb edirdi. Çağdaş elmi baxımdan bədii təfəkkür
gerçəkliyin çeşidli hadisə və predmetlərini dərindən qavramaq, onlar
arasındakı oxşar və fərqli cəhətləri dəqiqliklə ayırd etmək üçün analoq
metodundan faydalanır. Bəzən ilk baxışda belə bir təsəvvür yaranır ki,
bəşər təxəyyülü analoq gətirməklə iki predmet və hadisə arasında
bənzərlik əlaqəsi bərpa etmək istəyir. Lakin analoq axtarışı düşüncə
tərzinin üfüqlərini genişləndirir, haqqında bəhs edilən anlam haqqında


61
daha bütöv və dolğun təsəvvür yaradır, yəni analoq qurmaq subyektiv
bir düşüncə üsuludur.
Beləliklə, poetik təxəyyülün bədii dildə gerçəkləşməsi üçün
işlənən bədii təsvir sistemi əsasən aşağıdakı münasibətlərə uyğun
tənzimlənir:
1.Hadisə, predmet və anlamlar arasında yaxın və oxşar cəhətlərə
görə analoq qurmaq münasibəti. Bu yöndə əsasən bənzətmə (təşbeh)
münasibətləri qurulur, istiarə də bənzətmə prinsipi əsasında
formalaşır.
2. Hadisə, predmet və anlamlar arasında məna keçidi əsasında
qurulan münasibətlər. Bir mənadan başqa mənaya keçid əsasən
aşağıdakı kateqoriyalara aid edilə bilər:
- məcaz, eyham, kinayə, istiarə, təşxis.
3. Hadisə, predmet və anlamlar arasında qarşılaşdırma münasi-
bətləri:
- təzad, paradoks, qarşılaşma, mübaliğə.
Həmin münasibətlərin bir sıra önəmli məqamlarını isə belə
ümumiləşdirmək olar:
Müqayisə sadə bənzətmə yaratmaq üçün deyil, predmet, anlam
və hadisələri daha dəqiq tanımaq və ayırd etmək məqsədilə aparılır.
Oxşar sifətlər və artıq cəhətlər isə şərti xarakter daşıyır. Onlar nə
qədər çox olarsa, müqayisə daha mükəmməl sayılır.
1
Bu sayaq qarşılaşmada bir mühakimə başqa bir mühakimənin
doğruluğunu vurğulamaq üçün dəlil kimi gətirilir.
2
Bədəviyə görə, İbn
Mübərrəd daha çox Quranda işlənən təşbihləri araşdırıb. Əl-Əsgəri də
bu yöndə maraqlı faktlar ortaya çıxarıb. Məsələn,  «Qurani-kərim»də
kafirlərin əməlləri (hisslərlə bəlli olmayan) ilğımla (hisslərlə bəlli olan),
adi anlam qeyri-adi ilə, aydın olmayan aydınla, zəif qüvvətli ilə
1
Ибн-Гцтейбя. Я*********** сящ. 12
2
Ял-Бяйан. ъ. 1, сящ. 99-107


62
müqayisə edilir. Bunlar isə deyilən mətləbi qabarıq anlatmaq üçün
işlənir. Bədəvi belə bir nəticəyə gəlir ki, ən gözəl təşbih odur ki, təzadlı
və müxtəlif sifətlər çox olsun, şair isə həssaslıqla zərif cəhəti tapa
bilsin.
1
Burada əsas məsələ oxucu və dinləyicidə estetik duyğu
oyatmaqdır.
Həqiqi və xəyali sifətlər arasında müqayisə isə daha güclü təsirə
qabildir.
2
Tusi müqayisəyə fəlsəfi yolla yanaşır, təşbih və istiarəni söz
təqlidi adlandırır; onun nəzərincə, belə müqayisələr substansiya və
atributlar əsasında qurulur.
3
Rummani təşbihin yığcamlaşaraq istiarəyə
keçməsini psixikanın çevikliyi hesab edir.
4
Əbdülqadir Cürcani isə məsələnin daha mükəmməl izahını verir.
O, xəyali (əqli) bənzətmə sifətlərinin qarşılıqlı əlaqəsi üzərində qurulan
mürəkkəb təşbihin incəliklərini Quran ayələri üzərində açıqlayır və
göstərir ki, müqayisə sənəti hər şeyin əzəmət və gözəlliyini qabarıq
ifadə etmək məqsədilə işlənir. Onun qayəsi zərif təxəyyül lövhəsi və
zəngin bədii təsvir yaraqmaqdır. Bunun üçün hətta əks və təzadlı
məzmunlar arasında qarşılaşdırma aparmaqla daha zəngin bədii
obrazlar yaratmaq olar.
5
O, çağdaş elmi baxzımdan mühüm bir cəhətə
toxunur: oxucu Yer və Göy aləmində, insan və təbiətdə bu sayaq
paralelləri iç intuisiya ilə hiss edir. Bəşər təzadlı məqamların (məs.
gecə və gündüz, həyat və ölüm) qarşılaşmasından daha çox mətləb
anlayır. Belə qarşılaşdırma onda heyrət və zövq oyadır. Onun təxəyyül
gücü məğrib və məşriq arasındakı fasilələri azaldır, cansız təbiəti dilə
və hərəkətə gətirir, ölüm və həyat, acı və şirinlik arasında dialektik bir
körpü yaradır. Müqayisə sifəti gerçəklikdən uzaq olduqca onun estetik
1
Ябцл-Аббас. Ял-Камил. ъ. 3, сящ. 818
2
Ял-Бяби. сящ. 58
3
Нягдцш-Шир. сящ. 7
4
Нягдцш-Шир. сящ. 35
5
Ял-Бялаьят. сящ. 160


63
təsiri güclənir.
1
Nəsirəddin Tusi məsələni daha da dərinləşdirir, yəni
təxəyyül obrazları müəyyən bir məntiqdə seçilir. Bədii təsvirdə düzgün
və uğurlu seçim olduqca önəmlidir. Rəssam atı pəncə, şiri dırnaqlı
çəkə bilmədiyi kimi, şair də bənzətmə və təqliddə səhvə yol verə
bilməz.
2
Ona görə də Şərq bəlağətçiləri uğursuz təşbihləri «qısır»
(əqim) adlandırmışlar.
3
Mükəmməl bədii təsvir o zaman yaranır ki, həm söz seçimi, həm
məna uzlaşması, həm musiqi biçimi, həm də deyim üslubu bir-birini
tamamlayaraq bütöv bir estetik lövhə yaratsın:
Bu necə nərgizdir, bu necə gözdür?!
Bu necə lalədir, bu necə üzdür?!
Bu necə şəkərdir, bu necə sözdür?!
Nə belə ləl olur, nə belə gövhər!
(Nəbati)
Burada verilən qoşa bənzətmə – istiarə sənəti (nərgiz və göz,
lalə və üz, şəkər və söz) öz üslubi deyim tərzi baxımından şeirə xüsusi
bir bədii naxış vurur. Sadəcə olaraq «gözü nərgizdir» və ya «üzü
lalədir» kimi deyimlər işlənsə idi, sözün emosional təsiri az olardı. Söz
düzümü, musiqi biçimi və bənzətmənin uğurlu seçimi kimi amillər isə
birlikdə gözəl poetik mənzərə yaradır.
Hilalə döndü qəmər qaşların hilalindən,
Boyandı qanə qızılgül yanağın alindən.
(Nəsimi)
İlk baxışda burada işlənən bənzətmə aşkar deyil, şair hüsni-təlil
sənəti ilə iki bənzətmə işlətmişdir (hilal ilə qaş, yanaq ilə qızılgül), hər
ikisi üstün təşbihdir.
Klassik qaynaqlar bənzətmənin təmsil qolundan bəhs edərkən bu
poetik fiquru fərdi söz və məna vəhdətinə nümunə kimi göstərmişlər.
1
Ял-Бялаьят. сящ. 271
2
Мятлуб. Бялаья. сящ. 101
3
Ибн Нялликан. Вяфайятцл-яйан ЫЫ щисся сящ. 108


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə