Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

79
Heca vəzninin ikinci əsas tələbi bölgü prinsipi ilə əlaqədardır.
Yuxarıda qeyd olunan kimi bölgü şeirin ahəngini tənzimləyən amildir.
Lakin ayrı-ayrı vəznlərdə bölgü prinsipi bir-birindən fərqlənir. Heca
vəznində bölgü söz prinsipinə əsaslanır. Bu o deməkdir ki, misra
daxilində fasilə verilərkən bir söz ayrı-ayrı hissələrə parçalana bilməz.
Söz bütövlükdə bu və ya digər bölümə daxl olmalıdır. Məsələn:
Ömrüm həlak etdim / dəhrin peşində
Yüz min acu vardır / hər bir işində.
Hicran ocağında, / eşq atəşində
Cigər kabab oldum, / gör necə yandım.
Bu 11 hecalı dördlükdə bölgü 6+5-dir.
Xalq ədəbiyyatımızda bayatılar 7 hecalı, gəraylılar 8 və qoşmalar
11 hecalıdır.
Heca vəzninin əsas prinsiplərindən biri budur ki, misralarda
hecaların sayı bərabər olduğu kimi, ayrı-ayrı misralardakı bölümlər də
hecaların sayı etibarilə bir-birinə bərabər olmalıdır:
Nədəndir sözümə cavab vermədən
Həm camal gizləyib üz göstərmədən,
Gecələr gözlərim görməmək
Ol siyah nərgisi məstanədəndir.
(M.P.Vaqif)
Bu şeirdə bütün misralarda birinci bölüm (fasilənin birinci tərəfi) 6
hecadan, ikinci bölüm (fasilənin ikinci tərəfi)  5 hecadan ibarətdir.
Yuxarıdakı qoşmada isə hər misra fasilə nəticəsində dörd hissəyə
bölünür, hər bölümə 4 heca düşür ki, bu da şeirin ahəngini nizama
salır. Müasir şeirşünaslıq öz nəzəriyyəsini daha çox şeirin təbiəti, dil
və şeir dili problemləri əsasında yaradır. Şeirşünaslardan K.Paustovski
vəznin mənşəyindən danışarkən Homeri xüsusi qiymətləndirir. Guya
Homer ilk dəfə «İliada» əsərində vəzndən istifadə etmişdir. Onun
fikrincə, bu vəzn, başqa sözlə,  «İliada»nın ölçüsü hekzimetrdir.


80
Hekzimetrlə misralar doqquz qısa, beş uzun hecaların birlşməsi
əsasında yaranır. K.Paustovskinin iddiasına görə, Homer dəniz
kənarında oturaraq şeir qoşmuş və onun ölçülərini sahilə çırpan
dalğaların səsinə tabe etmişdir. Homer guya dalğanın fasiləsi
arxasınca gedərək özünün şeir ölçüsünü yaratmışdır. Paustovskinin
fikrincə, Homer hekzimetri dənizdən götürür. V.A.Nikopov özünün
«Şeir və dil» məqaləsində (Problemı Vostoçnoqo stixoslojeniə,  1973)
K.Paustovskinin bu fikrini əfsanə adlandıraraq yazır ki,  «İliada»nın
hekzimetri qoşulanda şeir artıq uzun bir inkişaf yolu keçmişdi. Ona
görə də həmin şeir ölçüsünün yaranması dəniz dalğalarına təqlidlə
əlaqədar deyil, şeirin uzun əsrlərdən bəri inkişafının nəticəsidir.
V.A.Nikopova görə, Paustovski daktili (bir uzun, iki qısa hecalı təqti)
hekzimetrlə
qarışdırmışdır.
Ümumiyyətlə,
şeirşünaslar
vəzn
sistemlərini iki mühüm qrupa ayırırlar.
1
Birincisi, kəmiyyt üzrə təyin
olunan vəznlər; ikincisi, keyfiyyət üzrə təyin olunan vəznlər. Kəmiyyət
üzrə təyin olunan vəznlərdə misranın ölçüsünü təşkil edən amil
hecaların sayı və onların uzun və qısa tələffüzüdür. Keyfiyyət üzrə
təyin olunan vəzndə ölçü vurğulu hecaların növbələşməsinə əsaslanır.
Bu bölgülər adətən üç şeir sistemində təmsil olunur. Birinci şeir sistemi
sillabik şeir sistemi adlanır. Adından göründüyü kimi, bu sistemdə vəzn
hecaların sayına əsaslanır. İkincisi, sillabik-tonik şeir sistemidir. Bu
sistemdə vəzn sillabik və tonik xüsusiyyətləri özündə birləşdirir.
Burada hecaların sayından əlavə tonik keyfiyyətlər də mühüm rol
oynayır. Başqa sözlə, heca və vurğu vəznin ölçüsünü təşkil edir.
Üçüncüsü, tonik şeir sistemidir. Bu sistemdə toniklik- -vurğuluq vəznin
başlıca xüsusiyyətidir. Burada ölçü vurğulu hecaların növbələşməsinə
əsaslanır.
Göründüyü kimi, hər üç sistem kəmiyyət və keyfiyyətinə görə
təyin olunan vəznlərlə bilavasitə bağlıdır. Bu daha çox son iki sistemə
1
Бах: М.Ряфили. Ядябиййат нязяриййясиня эириш. Б. 1958.


81
aiddir. Məsələn, vaxtilə «məktəb» və yaxud «barmaq» vəzni adlanan
heca vəzni sillabik şeir sisteminin modeli ilə «səsləşirdi». Lakin bu
uyğunluq zahiri xarakter daşıyır. Məsələn, məlumdur ki, Azərbaycan
dili iltisaqi dillər qrupuna aiddir. Bu dilin xüsusiyyəti söz vurğusu ilə
bağlıdır. Başqa sözlə, bu tipli dillərdə vurğu bir qayda olaraq sözün
son hecasına düşür. Lakin şeir dilində, o cümlədən, Azərbaycan
şeirində ritmik imkan bir sıra xüsusiyətlərlə zənginləşdirilir. Əvvəla,
milli dil və daxili imkanlar hesabına zənginləşdirilir, eyni zamanda dildə
yeni sözlər yaradılır. İkincisi, filektiv dillərdən bir çox sözlər dilimizə
daxil olur ki, onlar şeirin ahəngində keyfiyyət dəyişmələri əmələ gətirir.
Bir çox sözlərdə, məsələn, alim, asudə, mənsumə və s. vurğu yerləri
müxtəlifdir. Halbuki bu tipli sözlər dilimizdə çoxdur və onlar şeirdə
işləndikdə vurğu imkanlarını artırırlar və vəzndə tonik xüsusiyyətə
yüksəlir. Şeir təcrübəsi göstərir ki, heca vəzninin aşağı ölçülərində
(beş, altı, yeddi, səkkiz, on hecalı) tonik xüsusiyyət daha qabarıq
şəkildə olur. Akademik M.Cəfərin fikrincə, hələ lap qədimlərdə də heca
vəzninin müəyyən formaları tonik xüsusiyyətə malik olmuşdur.
Məsələn, Avestanın tədqiqatçıları heca vəzninin müxtəlifliyini və tonik
xüsusiyyətlərini nəzərə almadıqlarına görə Zərdüştün bəzi şeirlərinin
heca vəznində deyil, əruz vəznində, başqa sözlə, ölçülü (metrik)
vəzndə yazıldığını qeyd etmişlər. Yəni Zərdüşt həm əruzun təqarub
bəhrində (fəul, fəulin, fəul, fəulin), eləcə də heca vəzninin beş və altı
hecalı bölgüsündə şeirlər yazmışdır. Bu baxımdan aşağıdakı şeir
diqqəti cəlb edir:
Güli-bahari,
Buti-tatari,
Nəbizi-dari,
Şerri-nəyari.
Fars dilində olan bu şeiri təbiidir ki, təqarubün fəul, fəulin
təfiləsində tələffüz etmək tələb olunur. Diqqətlə yanaşdıqda bu bizim


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə