Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

44
dərmandır ki, onunla heç bir xəstəlik baş verməz və elə sağlamlıq
vasitəsidir ki, xəstəliyə məruz qalmaz».
Orta əsrlər Azərbaycan və ümumiyyətlə Yaxın Şərq fəlsəfi
fikrində Şihabəddin Marağayi, Şihabəddin Yəhya Sührəvərdi,
Əfzələddin Xunəci, Siracəddin Mahmud ibn Əbi Bəkr Urməvi,
Nəcməddin ibn Ömər ibn Əli Təzvini, Əvhədi Marağayi, Mahmud
Şəbustəri və bir çox başqa mütəfəkkirlər xüsusi yer tutmuşlar.
Şihabəddin Sührəvərdi islam fikri tarixində əsasən işraqilik
fəlsəfəsinin (Hikmət əl-işraq) banisi kimi tanınır. Mənbələrdə onun adı
ilə yanaşı tez-tez «şeyxülişraq»  (siraq fəlsəfəsinin şeyxi) ləqəbi də
işlədilir. Sührəvərdinin təlimi çoxcəhətlidir. Onun fəlsəfəsində
zərdüştlik və platonçuluqla əlaqədar olan işraqilik görüşləri ahəngdar
şəkildə, Aristotel təlimi ilə bağlı peripatetizm (əl-məşşaiyyə), eləcə də
əl Bistami və Həllağın təsiri altında təşəkkül sufiliklə çuğlaşır. Bütün
Şərq peripatetikləri kimi Sührəvərdi də varlığı iki qismə – zəruri və
mümkün varlıqlara bölür: Allah – İşıqlar İşığı öz sayəsində zəruri
varlıqdır və təkdir. Burada Sührəvərdi belə bir nöqteyi-nəzərə əsaslanır
ki, «təkdən yalnız tək törəyir». Odur ki, İşıqlar İşığından «ilkin səbəb» -
«mücərrəd işıq» törəyir. Bu, mümkün varlıqların ən yüksək həddidir.
Sührəvərdi bu varlığı «birinci yaradıcı işıq», sufiliyə dair bəzi
əsərlərində «şeyx» yaxud «camal», Platon təliminin təsiri altında
«birinci əql» adlandırır. Bu ilkin törəmə cisimlər dünyası deyildir və
artıq özü, ta ki nurani dünyada insan nəsli yarananadək, sonrakı
törəmələrə işıq saçır. Bütün varlıqlar ruhani varlıqlardır. Dünyanın
maddiliyini rədd edən Aristoteli Platonun ideyalarını başa düşməməkdə
günahlandıran Sührəvərdi varlığın gerçək mövcudluğunu qəbul etmir,
varlığın ancaq şüurda qavranılan mahiyyətdən ibarət olduğunu da
təkid edir. Sührəvərdiyə görə cisimlər «qaranlıq maddə»dir və ilahi
işığın şüalarının qarşısını kəsirlər. Odur ki, insan öz cismani
tələblərindən yaxa qurtarmaqla, ruhani fəzilətlərdən bəhrələnməklə


45
bədəninin qaranlığından xilas olmalı və Yaradıcısına qovuşmalı və
ondan biliklər kəsb etməlidir.
Müsəlman Şərqi xalqlarının dini-fəlsəfi fikrində özünə xas
görkəmli yer tutan mütəfəkkirlərdən biri Şeyx Mahmud Şəbüstərinin
(648-720/1250-1320) fəlsəfəsinin əsasını – vəhdətini bütün mövcud
şeylərdə, xüsusilə təbiətdə və insanda Allahın təcəssüm etdiyini sübut
etmək cəhdi təşkil edir. Şəbüstəri insanın özünü mənən və əqlən
kamilləşdirməklə Allaha qovuşacağının mümkünlüyünü inkar etməsə
də, Allah haqqında mötəbər bilik əldə etməyi qeyri-mümkün hesab edir
və göstərir ki, Allah mahiyyət etibarilə ziddiyyətsiz və bənzərsiz
olduğundan Onun dərk edilməsi mümkün deyildir. Onun bu mövqeyi
Qurandakı mühakimələrə uyğundur.


46
MƏZMUN VƏ FORMA
Məzmun bədii əsərin mahiyyəti, poetik mündəricəsidir. Bu
mahiyyət təsvir olunan hadisə və əhvalatdan, obrazların hiss, duyğu,
fikir, münasibət, əlaqə və mübarizələrindən yaranır, bədii əsərin
mövzusunu açan həyat hadisələrindən, fikir və hisslərindən ibarət olur.
Varlığın müxtəlifliyi, insanın ümumi və fərdi xüsusiyyətləri, onun
portretinin və daxili aləminin özünəməxsusluğu müşahidə ilə seçilir,
dünyagörüşlə qiymətləndirilir, obrazlarda konkret, hissi-emosional
ifadə olunur, belə məzmun daxili birliyə, daxili harmonikliyə tabe olur.
Aristotelin anlamında «Təqlid» - məzmun sadəcə predmet,  «surət
çıxarmaq» natura deyildir; varlığın fantaziya ilə yaradılan bədii
modelidir, ona ədəbi şəxsiyyətin fikri-mənəvi zənginliyinin hopması,
daxil olmasıdır. Çünki obrazın və bədii məzmunun «tikinti materialı»
gerçəkliklə bərabər sənətkarın şəxsiyyətidir, emosiyaları, fikir və
düşüncəsi, meyl və münasibətidir. Yazıçı obrazı yaradarkən onun
daxili və xarici görünüşünü, xüsusiyyətlərini əhatə etməyi diqqət
mərkəzində saxlayır və buna nail olmaq üçün məzmuna müvafiq forma
haqqında düşünür. Beləliklə, bədii əsərin məzmunu ilə formasının bir-
biri ilə əlaqəsi mühüm qaydalardan biri kimi ədəbiyyat nəzəriyyəsinin
əsas problemlərindəndir.
İncəsənətdə məzmunun estetikliyini, aparıcı səciyyə daşımasını
antik filosoflar da sezmişlər. Ona görə də Aristotel «mimesis» kəlamını
tez-tez işlətmişdir.  «Mimesis» onun «Poetika»sında sənətin, bədii
fəaliyyətin məğzini təşkil edən, yaradıcı təqlidi ifadə etmək üçün
işlənən bir anlayışdır. Aristotel bədii yaradıcılığının mənşə və
mahiyyətini şərh edərkən, öz sələfləri Sokrat, Platon və digər filosoflar
kimi «Təqlid» nəzəriyyəsinə əsaslanır. Lakin Aristotelin «Təqlid»
nəzəriyyəsi özündən əvvəlki filosofların bu məsələ ilə əlaqədar irəli


47
sürdükləri müddəalardan xeyli, bəzən isə əsaslı dərəcədə fərqlənir.
Platonun sənət və onun mənşəyini son nəticədə fövqəltəbii ideyalar
aləmi ilə bağlayan «xatırlama-mimesis» haqqındakı nəzəriyyələrdən
fərqli olaraq, Aristotelin «təqlid-mimesis» nəzəriyyəsi dünyəvi səciyyə
daşıyır, gerçəkliyin yaradıcı-bədii inikasını və təcəssümünü nəzərdə
tutur, sənətin idrak və tərbiyəvi rolunu ayrıca qeyd və qəbul edir.
1
Ədəbiyyatda,
bütövlükdə
incəsənətdə
aparıcı,
həlledici
məzmundur. Məzmun dərkin, təsvir olunan, sənətkarın duyumuna,
istedadına və yaradıcılıq mövqeyinə, onun təcrübə və dünyagörüşünə
uyğun seçilən, bədii-estetik qiymət səviyyəsinə qaldırılan hadisə və
əhvalatların məzmunudur.
Əsərdə iştirak edən şəxslərin danışığı və müəllifin onlar haqqında
sözləri, yəni əsərin dili təsvir olunan insan xarakterlərinə və şəraitinə
uyğun şəkildə qurulur. Beləliklə, məzmun yazıçının seçib təsvir etdiyi
həyat lövhələrini, xarakterləri, iştirakçıları, süjeti əmələ gətirən
əhvalatları, əsərin quruluşu və dilini, başqa sözlə, formasını təyin edir.
Həyat lövhələri, quruluş, süjet və dil sayəsində məzmun çoxcəhətli və
dolğun şəkildə meydana çıxır. Bu o deməkdir ki, əsərin forması onun
məzmunu ilə sıx bağlıdır, formanı məzmun təyin edir, digər tərəfdən,
əsərin məzmunu yalnız müyyən bir forma daxilində meydana çıxa bilər,
formasız məzmun ola bilməz. Məzmun formanı müəyyən edir, onu
doğurur. Lakin bu o demək deyildir ki, forma passivdir. Forma
məzmuna təsir edir, onu tamamlayır. Obrazlı şəkildə desək, forma
məzmuna bədii don geydirir, onun bədii-estetik təsirini gücləndirir.
Yazıçı ədəbi formadan nə qədər sərbəst istifadə edə bilirsə,
həyatı nə qədər mükəmməl təsvir edirsə, əsərin ideya-məzmununu da
bir o qədər dərindən və düzgün aça bilir, forma ilə məzmun arasında
vəhdət yaratmağa müvəffəq olur. Forma ilə məzmunun vəhdəti əsər
üçün zəruri bədiilik şərtlərindən biridir. Əsərin məzmun və forması
1
Аристотел. Поетика (мцгяддимя), Бакы – 1974, сящ. 14-15


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə