Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

37
islam dininin qərəzli tənqidçiləri onu mürtəce ideya kimi izah etməyə
çalışmış, onun əxlaqi dəyərlərini ört-basdır etmişlər. Halbuki yəhudi və
xristianlıq dinləri kimi, islam da cəmiyyətdə ictimai formasiyaların
dəyişdiyi bir dövrdə yaranmış və bəşəriyyətin iqtisadi-ictimai mədəni
inkişafına təkan vermişdir. Təkallahlığı təbliğ edən bu dünya dinlərində
insan hüquqlarının bərabərlik ideyası irəli sürülmüşdür. «Quran»ın 42-
ci surə 11-ci ayəsində deyilir:  «İbrahimə, Musa, İsa peyğəmbərlərə
vəsiyyət etmişəm. Sənə də (yəni Həzrəti Muhəmməd əleyhəssalama)
vəsiyyət edir, bu yeganə, vahid təkallahlıq ideyasını möhkəm tutun,
onun ətrafında birləşin, heç vaxt ayrılmayın».
Bəşəriyyətə humanist ideyalar aşılayan bu ayələr heç vaxt
dünyanı iki yerə – islam və xrinstianlıq dünyasına ayırmaq məqsədi
daşımamışdır. Özgə torpaqlarını işğal etmək, bir xalqı başqa xalqın
işgəncəsində əzmək, yox etmək məqsədi daşıyanlar, hakimiyyət
uğrunda mübarizə aparanlar islam və xrinstianlıq ideyalarını bilərəkdən
təhrif etmiş və etməkdədirlər.
Ateizm siyasəti nəticəsində islam dini, ərəb dili ilə bağlı olan,
hətta ərəb əlifbasıyla ana dilimizdə yazılmış elm və mədəniyyətimizin
böyük bir irsini təşkil edən əlyazmalar, kitablar yandırılıb məhv
edilmişdir. Əski əlifbamız əlimizdən alınmış, bu əlifbada yazılmış on
minlərlə əsərlərə, məcmuə, qəzetlərə biganə qalmışıq. İqtisadi-siyasi
və mədəni həyatımızda vaxtilə mühüm rol oynamış dini mərkəzlər –
came məscidləri, mədrəsələr, xanəgah, ribat, tir və s., torpaq üzərində
bizə vətəndaşlıq hüququ verən maddi-mənəvi pasportlarımız, tarixi
abidələrimiz dağılıb yerlə yeksan edilmişdir. Mədəniyyət irsi olan
məscidlər anbara, xalça fabrikinə, Azkonsert birliyinə dönmüş, böyük
arzu və amallarla yaşamış zəhmətkeş insanların mənalı ömür yolunun
son məkanı olan qəbiristanlar xarabalığa çevrilmiş, ən yaxşı halda
şumlanıb, yerində plantasiyalar salınmışdır. Sovetlər birliyi dönəmində
– 1918-ci ildə Azərbaycanda baş vermiş qanlı-qadalı dövr, daha dəqiq


38
desək, Azərbaycan xalqının ermənilər tərəfindən kütləvi soyqırımı,
genosid dövrünün həqiqi tarixi, eyni zamanda 1918-1920-ci illərdə
yaranmış Azərbaycan Demokratik Cumhuriyyətinin şanlı tarixi
arxivlərdə qapalı, mənfi fond kimi saxlanmış, sosializm ideologiyasını
təbliğ edən tarixçilər və tədqiqatçılar tərəfindən qərəzli şəkildə
saxtalaşdırılmışdır.
Sovet istilası ədəbiyyatımızın maneəsiz irəliləməsi üçün əngəllər
törətdi. Milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan
ədəbiyyata əvvəlcə guya demokratikcəsinə yanaşdısa, lakin bir qədər
sonra onu buxovlayıb öz istədiyi şəklə salmağa çalışdı. Lakin Sovet
işğal hökuməti milli Azərbaycan ruhunu çürütmək və burada
«proletkult» deyilən bir mədəniyyət yaratmaq sahəsində nə qədər
əmək sərf etdisə, buna müvəffəq ola bilmədi. Azərbaycan ədəbiyyatı
Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Süleyman Sani
Axundovun, Hüseyn Cavidin, Əhməd Cavadın timsalında peşəkar,
zəkalı, dərrakəli, istedadlı insanların əlində idi. Dahi Hüseyn Cavid
1922-ci ildə öz qəlbinin hökmünə əsasən ağlasığmaz cəsarət
göstərərək
«Peyğəmbər» pyesini
yazır.
Bolşevizm şəraitində
sənətkarlarımızın hansı üsullarla öz fikirlərini söyləməyə fürsət
axtardıqlarını göstərə bilmək üçün bu son dərəcə gözəl əsərdən bəzi
parçalara diqqət yetirmək kifayətdir.
«Peyğəmbər»də Həzrəti-Məhəmməd əleyhəssalamın həyatı
təsvir edilir. Mənzum dram olan bu pyes Bisət, Dəvət, Hicrət, Nüsrət
adlı dörd pərdədən ibarətdir. Birinci pərdədə Peyğəmbər Hərra dağına
çıxır. Burada ona vəhy gəlir. Cəzb olunmuş halda o, bu sözləri
söyləyir:
Öylə bir əsr içindəyəm ki,
cahan zülmü vəhşətdə qovrulub yanıyor.
Üz çevirmiş də tanrıdan insan


39
Küfrü haq, cəhli mərifət sanıyor.
Dinləməz kimsə qəlbi, vicdanı
Məhv edən haqlı, məhv olan haqsız.
Başqadır xalqa bir yığın cani,
Həp münafiq, şərəfsiz, əxlaqsız.
Gülüyor nurla daima zülmət,
Gülüyor fəzlə qarşı fiqqu-füğur.
Ah, ədalət, hüquq və hürriyyət
Ayaq altında çeynənib gediyor.
Peyğəmbərin bu bədbin həbsi-halındakı qaranlıq tablonu sovet
tənqidçiləri, təbii ki, kapitalist və burjua aləminə aid edirdilər. Lakin
böyük Cavidin bir dəstə caninin insanlıq haqlarını
tapdayan pir
deyərkən məhz kommunist rəhbərləri olduğunu nəzərdə tutması
burada olduqca aydın və sadə bir şəkildə özünü büruzə verir.
«İmansızlıqda həqiqət və biliksizlikdə mərifət» görənlər, onlara hakim
olan xamlar da şübhəsiz, bu cəllad rəhbərlər idi. Ümidsizliyə qapılan,
dərin düşüncələrə dalan Peyğəmbərin gözünə Həzrəti-Cəbrail
1
gəlir.
Ona qızıl cildli kitab gətirir və cəsarətləndirmək üçün deyir:
Əlverir səndə olsun əzmu səbat
Bu qaranlıq mühiti get pirpit!
Həqqi anlatdı loma heç məyus.
Cəbrailin bu təlqinlərnə uyan
Peyğəmbər dəvətə başlayır:
Ən kiçik zərrə, ən böyük aləm
Tanrı eşqinə rəqs edib duruyor.
İncə br rəmzdir, o çox mübhəm,
Hər böyük qəlb o rəmz için vuruyor.
1
Аллащын ян бюйцк мяляйи. Бцтцн улул-язм пейьямбярляря, о ъцмлядян Щязряти Мущяммядя Аллащ тяряфиндян
вящй эятирмишдир.


40
Yüksələn haqqa yaxlaşır, ancaq
Onu duymaz sürüklənən həşərat.
Bir günəşdir o, möhtəşəm, parlaq,
Nuru heç dərk edərmi kor, heyhat!
Nerde parlarsa haqq, şərəf, vicdan,
Eyilik, doğruluq, gözəllik, iman
Orda var sevgi, orda var iman,
Orda var şübhəsiz böyük Yaradan!
Daha sonra qızıl kitabı, yəni müqəddəs «Qurani-Kərim»i iqtibas
edən Peyğəmbər deyir:
Ulu Tanrı, o görünməz yaradan
Əmr edər yalnız ədalət, ehsan.
O, fəna işləri, fəhşiyyatı
Nəhy edər, varlığının isbatı
Bu təbiət, bu mənabətli fəza…
Onca birdir, ulu, zəngin, füqəra.
«Məhrumlar» məmləkətində ki, heç bir şeylə göstərməyən (yəni
günahsız) bir gənc varlı bir ailəyə mənsub olduğuna görə
cəzalandırılır, «Allahın varlı ilə kasıba fərq qoymadığı»ndan danışmaq
bəlkə də o dövr üçün o qədər də qeyri-adi bir şey deyildi. Lakin
Hüseyn Cavidin böyüklüyü və cəsarəti təkcə bununla bitmir. Dramaturq
öz fitri istedadını əsərin davamında daha parlaq büruzə verir.
Peyğəmbər təbliğat apararkən təhqirlərə məruz qalır. Onun dişini
sındırırlar, ələ salırlar. Döyülmüş və təhqir edilmiş Peyğəmbərin bir
çağında tarix rəmzi deyilən bir skelet səhnəyə çıxır və ona bir qılınc
uzadaraq belə söyləyir:
İnqilab istəyirmisən, mənə bax!
İştə kəskin qılınc, kitabı bulax.
Parlayıb durmadıqca əldə silah
Əzilərsən, qanın olar da mübah.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə