Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

55
BƏLAĞƏT ELMİ
Orta əsr Şərq poetika, üslubiyyat, ədəbi tənqid və ədəbiyyat
nəzəriyyəsinin sistem şəklində inkişafı bəlağət elmi ilə bağlıdır.
Mənbələrdən məlumdur ki, antik ritorikanın baniləri V əsrdə
yaşamış sofistlər olmuş, onlar sözün dəyər, təsir və inandırıcı
cəhətlərini yüksək qiymətləndirmişlər.
1
Bu elmin əsasları hələ aristotel tərəfindən məntiq və dialektika ilə
bağlı şəkildə qoyulmuşdur. Həmin elmin davamçısı Feofrast isə (e.ə.
IV-III əsrlər) söz və söz birləşmələrinin seçilib işlənməsi haqqında öz
məşhurtəlimi ilə bir sıra mühüm üslubi-estetik problemlərin həllini irəli
sürmüşdür.
2
Antik ritorikanın inkişafına təkan olan bu cəhət sonralar
bəlağətli nitqin formal üsullarından stilistik təlimə keçmək üçün zəmin
olmuşdur. Ümumiyyətlə, Aristotel və stoiklərin ritorik təlimində irəli
sürülən nitqin gözəlliyi və aydınlığı ərəbdilli ədəbiyyatda geniş inkişaf
mərhələsinə qədəm qoydu.
3
Ərəb-müsəlman mədəni mühitində antik ritorikadan faydalanan
müəlliflər həmin sistemdən qat-qat əhatəli və güclü olan bəlağət elmini
yaratdılar. Əgər ilkin mərhələdə bəlağət Quranın ecazı – yəni
füsunkarlığı məsələlərini öyrənirdisə, sonrakı inkişaf dövründə ədəbi
tənqid, bədii-estetik təfəkkür sistemi və poetik qəliblər haqqında geniş
bir təlim şəklində formalaşdı. Buradan ortaya belə bir sual çıxa bilər ki,
bəlağət elmi hansı səpkidə – ədəbiyyatşünaslıq, yoxsa dilçilik
baxımından bir elm kimi təsbit edilmişdir?
Bəlağət elminin ədəbiyyatşünalıq və linqvistik cəhətləri bir-biri ilə
elə qarşılıqlı vəhdət təşkil edir ki, hətta klassiklər nə qədər
çalışmışdılarsa da bunların arasında dəqiq sərhəd qoya bilməmişdilər.
1
Лосев. Античные риторики. стр. 11
2
Лосев. Античные риторики. стр. 11
3
Бах. Диоеген Лаертский стр. 282-286


56
Bəlağət – dil, ədəbiyyatşünaslıq və üslubiyyat haqqında bir çox ümumi
cəhətləri özündə birləşdirir.
Azərbaycan ədəbi prosesində bəlağətin yeri və əhəmiyyəti
indiyədək öyrənilməmişdir. Lakin Mahirə Həmid qızı Quliyevanın
«Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı» kitabında ilkin
qaynaqlar əsasında klassik bədii-estetik sistemin və poetikanın nəzəri
əsasları – bəlağət, bəyan, məani və bədi bölmələri araşdırılmış, Quran
bəlağətinin ədəbi prosesdə yeri işıqlandırılmışdır. Əsərdə bədiyyata
daxil olan bədii vasitələr və poetik kateqoriyaların klassik Azərbaycan
ədəbiyyatında hansı səviyyədə təmsil olunması həm nəzəri, həm də
əməli baxımdan öz ifadəsini tapmış, klassik ədəbiyyatda Qurani-
Kərimin müqəddəs ayələrindən faydalanmanın poetik qəlibləri
aşkarlanmışdır.
Bəlağət elmi üç bölməyə ayrılır:
1. Məani
2. Bəyan
3. Bədi
Bədi – söz və məna gözəlliyi yaradan sənətkarlıq vasitələridir.
Bəyan – təşbeh, istiarə, məciz və kinayə kimi təməl, poetik təsvir
vasitələri adlandırmışdır.
Məani – üslub və cümlə qurumunu aydınlaşdırır.
Бялаьятин ящатя даиряси
Бядии цслубиййат
вя риторика
Бядии естетик
тяфяккцр тярзи


57
1. Səs uyarsızlığı (Tənafürul – hüruf)
2. Yabançı sözlərin işlənməsi (Türabə)
3. Söz düzümündə uyğunsuzluq (Müxalifətül-qiyasül-lüğəviyyə)
4. Söz tərtibində zəiflik və süstlük (Zəfüq – təlif)
5. Sözlərin uyarsızlığı (Tənafürul – kəlam)
6. Söz dolaşıqlığı (Təqidi – ləfzi)
7. Man dolaşıqlığı (Təqidi – mənəvi)
8. Yorucu izafət zənciri (Tətəbiül – izafə)
Бядии ифадя васитяляри вя
образлары (поетик гялибляр)
Ядяби тянгид вя
ядябиййатшцнаслыг
Фясащят
Бялаьятин ясас
шяртляри
Сюз вя мяна
вящдяти
Бялаьятин тяркиб
щиссяляри
Мяани
Бядии
Бяйан
Фясащяти позан амилляр


58
9. Lüzumsuz təkrarlar (Kstərül – təkrar)
10. Xoşagəlməyən sözlər (Kirahə)
1. Xəbər
2. Müsnəd ideya
3. Müsnəd
4. Məqə əliqati – fel
5. Həsr və qəsr
6. İnşa
7. Vəsl və fəsl
8. İcad, itnab, musavat
1. Təşbeh
2. İstiarə
3. Məcaz
4. Kinayə
1. İqtibas
Мяани тяркиб
щиссяляри
Бяйан тяркиб
щиссяляри
Бяди вя онун
бюлмяляри
Мяняви (мяна)
эюзялликляр
Ляфзи (сюз)
эюзялликляри
Гуран бялаьятиндян
файдаланма цсуллары


59
2. Təlmih
3. Təzmin
4. Həll
Müsəlman
xalqlarının,
o
cümlədən
Azərbaycan
klassik
poetikasının nəzəri əsasları bəlağət təlimindən qaynaqlanır. Ədəbi-
mədəni prosesdə bəlağət elmi ədəbi tənqid, bədii üslub, poetika,
ədəbiyyat nəzəriyyəsi və bədii-estetik vasitələr sistemi kimi geniş
bölmələri əhatə edir.
Ümumiyyətlə, ədəbiyyatşünaslıq və poetikanın nəzəri əsasları
bəlağət elminin mühüm tərkib hissələrində irəli sürülmüşdür.
İslamdan öncə anadilli poetikamızın özünəməxsus xüsusiyyətləri
formalaşmış və həmin ənənələr islamdan sonrakı klassik yazılı ədəbiy-
yatımızda da davam etdirilmişdir.
Ərəb-müsəlman ictimai-mədəni və elmi mühitində dilçilik,
lüğətçilik, filologiya elmləri Quranı öyrənmək zərurətindən yaranmış,
hətta Quranın təsvirində dilçilik metodundan geniş istifadə edilmişdir.
İslam dünyasından poetika və bəlağət elmi də Quranın məna
incəliklərini öyrənmək istəyindən yaranmış, lakin sonrakı tarixi inkişaf
dövründə müstəqil elm sahəsi kimi seçilmişdir. Quran bəlağəti, Quran
mətninin yüksək bədii-estetik dəyəri araşdırıcıların, təfsirçilərin, kəlam
mütəxəssislərinin, filoloqların diqqətini həmişə cəlb etmiş, həmin
maraq zəminində bəlağət elminin əsasları qoyulmuşdur.
Ədiblər və söz sərrafları Quran bəlağətini bir örnək kimi qəbul
edərək öz istedad və məharətini sınamağa girişmişlər. Quranın
yaratdığı bəlağət məktəbi tədricən söz sənətinə yol açmış, sonralar isə
bədii düşüncə tərzinin cilalanmasına, zənginləşməsinə və inkişafına
səbəb olmuşdur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə