Вцгар ящмяд



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5545
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

41
Eyləməz yardım incə hikmətlər
Quru söz, busələr, məhəbbətlər
Əvət ancaq qılıncdadır qüvvət
Bundadır haqq, şərəf və hürriyyət.
Peyğəmbər qılıncı əlinə alaraq deyir:
Əvət ən doğru, ən gözəl ayin:
Əhli-vicdanə busə, xainə-kin!
İndi sadəcə inandırmaq deyil, məcbur etmək silahına da malik
olan Peyğəmbər bir əlində müqəddəs «Qurani-Kərim», o biri əlində isə
polad bir qılınc aşağıdakı monoloqu söyləyir:
Bu qılınc, bir də bu mənalı kitab!
İştə kafi sizə… Yox başqa kitab.
Açar ancaq bu kitab el gözünü,
Siləcəkdir bu qılınc zülm izini.
Haq, vətən, zövqi-səadət, cənnət
Həp qılınc kölgəsi altında, əvət!..
İşçi sinfinin qılıncı ilə qurulan dövrün fikri, şübhəsiz, bolşevik
«zövqü»nü oxşayırdı. Çünki onlar cahil mənəviyyatları ilə bu
möhtəşəm əsərin əsas ideyasını – fəlsəfəsini anlayacaq səviyyədə
deyildilər. Eyni zamanda «qılınc kölgəsindəki vətən» anlayışı heç də
əsl kommunistlərin qəlbinə yatan bir anlayış deyildi. Kommunist rejimi
və istilası altında əzilən Azərbaycanda azərbaycanlı şairin yaratdığı
Peyğəmbərin dilindən söylənən vətən şüarının ifadəsi xüsusilə
aydındır. Bu dərin fəlsəfi və hikmətli sözlər şübhəsiz ki, vətənpərvərlik
mənasında işlənmişdir.
Vətəni sadəcə sözdə sevmək kifayət deyil. Çünki hər hansı haq
kimi vətənin müstəqilliyi ancaq mübarizədə qazanılır. Böyük bir
sənətkarlıqla yazılmış bu əsərdən Azərbaycan oxucusunun ibrət
götürəcəyi məqsəd də məhz budur.


42
Azərbaycanda fəlsəfi fikrin inkişafında İbn Sinanın ardıcılı
Əbülhəsən Bəhmənyar ibn əl-Mərzban əl-Azərbaycaninin (458/1065-ci
ildə vəfat etmişdir)böyük payı olmuşdur. Mənbələrdə Bəhmənyar İbn
Sinanın fəlsəfə elmində ən dayanıqlı həmfikirlərindən biri kimi
səciyyələndirilir, onun mühakimələrinin itiliyi, fikirlərini sübut etmək
üçün
gətirdiyi
dəlillərin
sərrastlığı
yüksək
qiymətləndirilir.
Məhəmmədəli Tərbiyət bu haqda belə yazır:  «Mövlana Bəhmənyar
fəlsəfənin çətin və mürəkkəb məsələləri haqqında bəhs etməyə,
tədqiqat aparıb, fikir söyləməyə böyük maraq göstərmiş, ömrünün çox
hissəsini
fəlsəfə
məsələlərinin
həllinə

hikmət
sirrlərinin
aydınlaşdırılmasına həsr etmişdir. Bu iki məşhuralim, yəni Əbu Əli ibn
Sina və Bəhmənyar arasında bir çox fəlsəfi suallar haqqında yazılı
mülahizələr olmuş və Əbu Əli ibn Sina bu suallara cavab vermişdir».
1
Bəhmənyarın fəlsəfi irsinin öyrənilməsi sahəsində Azərbaycanda
xeyli iş görülmüşdür. Heydər Hüseynovun, Əhməd
Zəkuzadənin,
Şeydabəy
Məmmədovun,
Zakir
Məmmədovun
tədqiqatlarında
Bəhmənyarın fəlsəfi görüşlərinə dair maraqlı mülahizələr irəli sürülür.
Xüsusilə,  «Bəhmənyarın fəlsəfəsi»
2
kitabı bu sahədə çox sanballı
araşdırmadır.
Lakin diqqəti cəlb edən və maraq doğuran cəhət odur ki, bu
əsərlərdə Əbülhəsən Bəhmənyarın zəngin irsi
bəzən islam
müddəalarından təcrid edilmiş halda öyrənilmiş, onun «materialist»,
yaxud «idealist» filosof olması barədə qızğın mübahisələr getmişdir.
Zənnimizcə, nəinki Bəhmənyarın, hətta baxışlarının çoxcəhətliliyi ilə
fərqlənən M.F.Axundov da daxil olmaqla XX əsrə kimi bütün
Azərbaycan mütəfəkkirlərinin görüşlərini islam dininin təsirini nəzərə
almadan tədqiq etmək cəhdi müqəddəm yanlış cəhddir. Bəhmənyar isə
«Ət-Təhsil» əsərinin müqəddimə hissəsinin başlanğıcında öz
1
Мящяммядяли Тярбийят. Данишмяндани – Азярбайъан. Азярбайъанын эюркямли елм, сянят адамлары. Бакы –
1987, сящ.52
2
З.Мяммядов. Бящмянйарын фялсяфяси, Бакы – 1983


43
dünyagörüşünün əsasını belə müəyyən edir:  «Kainatı yaradan Allaha
şükr olsun. O, təkdir və yeganə yaradıcıdır».
1
Elə oradaca Bəhmənyar
bildirir ki, bilik axtaran adam öz məqsədinə Allahın istəyi və köməkliyi
sayəsində çatar. Bu fikirləri iqrar edən filosof, kim olursa-olsun, hansı
fəlsəfi mövqedə durursa-dursun islamdan bəhrələnməyə bilməz.
Bəhmənyar bir sıra dəyərli və dərin məzmunlu əsərləri, o
cümlədən «Ət-Təhsil»  («İdrak»),  «Əz-Zinə fil-man-tiq»  («Məntiqə dair
zinət»),  «Əl-Bəhcə və-s-səadə»  («Sevinc və səadət»),  «Kitab fi-l-
musiqi»  («Musiqiyə dair kitab»),  «Fi mavdu, ilm məbad ət-tabia»
(«Metafizikanın mövzusuna dair»),  «Məratib əl-mövcudat»  («Mövcud
şeylərin dərəcələri») və s. kitabların müəllifidir. Bu əsərlərin dünyanın
bir sıra məşhur kitabxanalarında saxlanılan müxtəlif əlyazmaları
Bəhmənyarın Şərqdə tanınmış bir mütəfəkkir olduğunu sübut edir.
Bəhmənyar fəlsəfədə əl-Kindi, əl-Fərabi, İbn Sina kimi müsəlman
mütəfəkkirlərinin ənənələrini davam etdirərək öz əsərlərində qədim
yunan filosoflarını düşündürən dünyagörüşü məsələlərini yeni təməl
üzərində islam müddəaları əsasında nəzərdən keçirmiş və izah
etmişdir. Bəhmənyar öyrədirdi ki, Böyük Yaradan hər bir insana zəka
bəxş etmişdir və məhz bu zəka sayəsində insan heyvanatdan fərqlənir.
Ancaq insanın zəkası başqa mövcud şeylərin təsiri nəticəsində oyanır
və fəaliyyətə başlayır. Bundan sonra insan ətrafındakı şeyləri dərk
etməyə başlayır. O, bunları dərk etməyə də bilər, ancaq bu o demək
deyildir ki, həmin şeylər mövcud deyildir. İnsan bu cür idraka duyğuları
vasitəsilə nail olur. Əqli mühakimələr, ümumi anlayışlar, mücərrəd
fikirlər isə ikinci və daha yüksək mərhələdə başlayır. Mücərrəd təfəkkür
birdən-birə baş vermir, bu qabiliyyəti insan, dərk edən şəxs, ali ruhani
dünyanın təsiri altında kəsb edir.
Bəhmənyar haqqında fikirlərimizi onun hikmətli sözlərindən birini
misal gətirməklə bitirmək istərdim. O, demişdir:  «Mənəvi ləzzət elə
1
Данишмяндани – Азярбайъан, сящ.52


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə