V mövzu: Təlimin qanunauyğunları, hərəkətverici qüvvələri və prinsipləri. Plan


Yeni tədris materialının qavranılması



Yüklə 316 Kb.
səhifə57/60
tarix31.12.2021
ölçüsü316 Kb.
#81381
1   ...   52   53   54   55   56   57   58   59   60
5Mühazire

Yeni tədris materialının qavranılması. Bu prosesə şagird psixoloji cəhətdən hazır olmalıdır. Mə­lu­ma­tı qavramaq üçün psixoloji hazırlıq şagirdin öyrənəcəyi fənnin məq­sədini dəqiq və aydın təsəvvür etməsindən ibarətdir. Şagird üçün onun getdiyi yol aydın olmalıdır. Şagirdin qarşısında məqsəd aydın qo­yulmazsa, məlumatın qavranılmasının səmərəsi az olar və ya heç ol­maz. Ona görə də müəllim məqsədi şagirdlərin nəzərinə çat­dır­ma-ğa kifayət qədər diqqət yetirməlidir. Təlimin bu mərhələsində şagirdlər öyrənilən mövzu (material), qanun və ya qayda ilə ilkin tanış olurlar: onlar öyrənməli ol­duq­ları obyektin, anlayışın, qanunun və ya qaydanın əlamətlərini du­yurlar; görürlər, eşidirlər, toxunurlar, mümkünsə dadırlar. Qavrama mər­hələsində şagirdlər diqqətlərini öyrənilən cisim və hadisələr üzə­rində cəmləşdirirlər. Bu zaman şagirdlərin həyat təcrübəsi, bilikləri qav­rama prosesinə qoşulur, qavranılan obyektlə həyat təcrübəsi tu­tuş­durulur, oxşar olanlar tapılır, müvafiq qrupa aid edilir, fərqli cə­hət­lər ayrıca nəzərdən keçirilir. Qavramada mövcud həyat təcrübəsini xatırlamağın əhə­miy­yətini P.K.Anoxinin bir fikri daha da aktuallaşdırır. Alim isbat edir ki, qavramaya qədər obyekt haqqında əvəlcədən eşidilmiş və ya oxun­muş məlumat obyektin müvafiq əlamətlərini tez duymağa im­kan verir. Bu psixoloji qanunauyğunluqlardan xəbərdar olan mü­əl­lim qavrayış mərhələsini lazımi izahatla müşayiət etdirir. Tədris mövzusunun qavranılmasını təşkil edərkən şagirdi yal­nız müşahidəçiyə çevirmək olmaz. Şagird qavrama prosesinə fəal su­rətdə qoşulmalıdır; onun mümkün qədər daha çox duyğu or­qanl­a­rı işə salınmalı, əyaniliyin müxtəlif növlərindən istifadə edilməlidir. Çün­ki mənimsəmənin sonrakı mərhələlərinin müvəffəqiyyəti qavra­ma­nın dolğunluğundan və dəqiqliyindən çox asılıdır. Mövzunun qavranılması hələ onun tam başa düşülməsi, anla­şıl­ması demək deyildir. Mövzunu başa düşmək üçün qavrayış əsa­sın­da fikir formalaşmalıdır. Şagird müəllimin rəhbərliyi ilə qavra­dı­ğı materialı götür-qoy etməli, necəliyinə varmalıdır. Təlimin bu mər­hələsində şagird öyrənilən obyektə sadəcə baxmır, görür; o, səsi nə­inki eşidir, həm də ona qulaq asır, necəliyini dərk etməyə çalışır; mət­ni oxumaqla kifayətlənmir, ayrı-ayrı söz və ifadələri başa düş-mək istəyir; tarixi şəxsiyyətin necə hərəkət etdiyini anlamağa çalışır. Müəllim şagirdlərin diqqətini aparılan təcrübənin, alınan kim­yə­vi reaksiyanın, fiziki hadisənin mahiyyətinə cəlb edir, bu məq­səd­lə suallar qoyur, tapşırıqlar verir; çalışır ki, yeni tədris materialını şa­girdlər şüurlu surətdə qavrasınlar.


Yüklə 316 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə