V mövzu: Təlimin qanunauyğunları, hərəkətverici qüvvələri və prinsipləri. Plan


Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır



Yüklə 316 Kb.
səhifə13/60
tarix31.12.2021
ölçüsü316 Kb.
#81381
1   ...   9   10   11   12   13   14   15   16   ...   60
5Mühazire

5. Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. Bu, onun konseptuallığından irəli gəlir. Kurikulumlar bütün təlim nəti­cə­lərini əks etdirməklə sonrakı nailiyyətləri fərz etməyə imkan yara­dır. Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə ol­ma­sını müəyyənləşdirmək üçün şərait əmələ gəlir. Bəzən yeni kuri­ku­lumların izahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, be­lə bir yanaşma yeni kurikulumların nəticəyönümlü xarakterini, onun qa­baqlayıcı funksiyasını zəiflədir.
3. Təhsil geniş həcmli kateqoriyadır. Onun bütün növləri və formaları bu kateqoriyada cəmləşir. Ümumi təhsil, ibtidai təhsil, natamam orta təhsil, texniki peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, fasiləsiz təhsil, təkmilləşdirmə təhsili, dini təhsil, özünü təhsil və s. təhsil kateqoriyasının məzmununa aiddir. Peşə-ixtisas təhsili ictimai fəaliyyətin müəyyən sahəsində işləmək üçün aşağı, orta və ya ali dərəcəli mütəxəssislərin hazırlanmasına xidmət edən sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmusudur. Ümumi təhsil məfhumu ibtidai təhsil, natamam orta təhsil və ümumi orta təhsil məfhumlarını əhatə edir. Azərbaycanda məktəbyaşlı oğlan və qızlar ümumi orta təhsilə cəlb olunur. Ümumi orta təhsil icbaridir. 1990-cı ildən respublikamızda ümumi təhsilin məzmunu iki qrup dəyərləri əhatə edir: Milli dəyərlər və ümumbəşəri dəyərlər. Milli dəyərlər də öz növbəsində iki qrupa ayrılır: respublika üçün səciyyəvi olan dəyərlər və bölgə dəyərləri. Bütün ölkələrə aid olanlar ümumbəşəri dəyərlər, ölkəmiz üçün səciyyəvi olan bölgə dəyərləri isə milli dəyərlər adlanır. Ümumi orta təhsilin, yaxud orta təhsilin və ya ali təhsilin hər birinin ayrılıqda xeyli növləri vardır. Məsələn, yalnız texniki ali məktəblərdə 200-dən artıq ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Azərbaycan Respublikasında formal, qeyri-formal, informal təh­sil formaları tətbiq olunur.

  • formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa ça­tan təhsil formasıdır;

  • qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məş­ğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə mü­şa­yiət olunmayan təhsil formasıdır.

  • informal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələn­mənin for­masıdır.

Formal təhsilin təşkili qaydaları müvafiq icra hakimiyyəti or­qa­nı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasında əyani, qiyabi, distant (mə­sa­fə­dən), sərbəst təhsilalma formaları müəyyən olunmuşdur və təhsil­alma for­ma­ları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər. Fər­di təhsil - müxtəlif səbəblərdən uzun müddət təhsildən kə­narda qal­mış şəxslər, habelə müəyən bir sahə üzrə xüsusi istedadı ilə fərq­lə­nən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır. Evdə təhsil mü­va­fiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili for­masıdır. Zəruri hallarda, müasir təhsil texnologi­ya­larından isti­fa­də etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edil­miş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.
4. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu vətəndaşların Azərbaycan Respublikası Kоnstitusiyasında təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz хarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli priоritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlхalq kоnvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıхdığı digər beynəlхalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya оlunaraq inkişaf edir. Qanun 6 fəsil, 47 maddədən ibarətdir:

I «Ümumi müddəalar» adlanan birinci fəsildə əsas anla­yışlar, təhsil sahəsində Azərbaycan Respublikasının qanunveri­ci­liyi, təhsil sahəsində dövlət siyasəti, təhsilin əsas məqsədi, təhsildə fəaliyyət prinsipləri, vətəndaşların təhsil hü­quq­ları, dövlət təhsil standartları, təlim dili və digər məsələlər şərh olunur.




Yüklə 316 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə