Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

səlahiyyət müddəti iki illik dövrün sonunda bitir; bu beş nəfər üzvün adları ilk seçkilərdən dərhal 

sonra müşavirə sədrinin atdığı püşklə müəyyənləşdirilir.

7. Komitənin hər hansı üzvü öldükdə və ya istefa verdikdə, yaxud o, Komitənin üzvü 

vəzifələrini hər hansı başqa səbəbə görə daha yerinə yetirə bilmədikdə, onda Komitənin həmin 

üzvünü irəli sürmüş iştirakçı dövlət qalan müddət üçün öz vətəndaşları sırasından digər ekspert 

təyin edir, bir şərtlə ki, həmin ekspert  Komitə tərəfindən bəyənilsin.

8. Komitə özünün prosedur qaydalarını müəyyən edir.

9. Komitə öz vəzifəli şəxslərini iki il müddətinə seçir.

10.   Komitənin   sessiyaları,   bir   qayda   olaraq,   Birləşmiş   Millətlər   Təşkilatının   mənzil-

qərargahlarında, yaxud Komitə tərəfindən müəyyənləşdirilmiş hər hansı digər münasib yerdə 

keçirilir.   Komitə   öz   sessiyalarını,   bir   qayda   olaraq,   hər   il   keçirir.   Komitənin   sessiyasının 

davametmə   müddəti   bu   Konvensiyanın   iştirakçısı   olan   dövlətlərin   müşavirəsində 

müəyyənləşdirilir və lazım gələrsə, ona yenidən baxılır, bir şərtlə ki, müəyyən edilmiş müddət 

Baş Məclis tərəfindən bəyənilsin.

11.   Birləşmiş   Milətlər   Təşkilatının   Baş   katibi   Komitənin   öz   funksiyalarını   bu 

Konvensiyaya müvafiq sürətdə səmərəli həyata keçirməsi üçün lazımi heyət və texniki vəsait 

ayırır.

12.   Bu   Konvensiyaya   müvafiq   surətdə   təsis   edilmiş   Komitənin   üzvləri   Baş   Məclisin 



müəyyən etdiyi qaydada və şərtlərlə BMT-nin büdcəsindən Məclisin təsdiqlədiyi məbləğdə haqq 

alırlar. 



Maddə 44

1.  İştirakçı   dövlətlər   Konvensiyada   tanınmış   hüquqların   milli   qanunvericilikdə   təsbit 

olunması sahəsində gördükləri tədbirlər haqqında və bu hüquqların həyata keçirilməsində əldə 

etdikləri   tərəqqi   haqqında   Birləşmiş   Millətlər   Təşkilatının   Baş   katibi   vasitəsilə   Komitəyə 

hesabatlar təqdim etməyi öhdələrinə götürürlər:

a) birinci dəfə – Konvensiyanın müvafiq iştirakçı dövlət üçün qüvvəyə minməsindən 

sonrakı iki il ərzində

b) daha sonralar – hər beş ildən bir. 

2.   Bu   maddəyə   müvafiq   surətdə   təqdim   olunan   hesabatda   bu   Konvensiya   üzrə 

öhdəliklərin yerinə yetirilməsi dərəcəsinə təsir edən amillər və çətinliklər göstərilir (əgər belə 

çətinliklər varsa). Hesabatda aidiyyəti ölkədə Konvensiyanın nə dərəcədə yerinə yetirildiyinə 

dair Komitədə tam təəssüratın formalaşması üçün də kifayət qədər məlumat olur. 

3. Komitəyə hərtərəfli ilkin hesabat təqdim etmiş iştirakçı dövlətin bu maddənin 1 (b) 

bəndinə müvafiq surətdə təqdim edəcəyi sonrakı hesabatlarda ilkin hesabatda göstərmiş olduğu 

təməl informasiyaları təkrarlamasına ehtiyac yoxdur.

4.   Komitə   iştirakçı   dövlətlərdən   bu   Konvensiyanın   həyata   keçirilməsinə   dair   əlavə 

məlumat istəyə bilər. 

5. Komitənin fəaliyyəti haqqında məruzələr İqtisadi və Sosial Şura vasitəsilə iki ildə bir 

dəfə Baş Məclisə təqdim olunur. 

6.   İştirakçı   dövlətlər   öz   hesabatlarının   öz   ölkələrində   geniş   ictimaiyyət   üçün   açıq 

olmasını təmin edirlər.

Maddə 45



Konvensiyanın   səmərəli   surətdə   həyata   keçirilməsinə   kömək   göstərmək   və   bu 

Konvensiyanın əhatə etdiyi sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə: 

a)   Birləşmiş   Millətlər   Təşkilatının   ixtisaslaşdırılmış     qurumlarının,   BMT-nin   Uşaq 

Fondunun və digər orqanlarının ixtiyarı var ki, bu Konvensiyanın onların səlahiyyət dairəsinə 

daxil   olan   müddəalarının   həyata   keçirilməsi   məsələlərinə   baxılarkən   nümayəndə   ilə   təmsil 

olunsunlar.   Komitə   məqsədəuyğun   saydığı   halda   Birləşmiş   Millətlər   Təşkilatının 

ixtisaslaşdırılmış qurumlarına, Uşaq Fonduna və digər səlahiyyətli orqanlarına təklif edə bilər ki, 

Konvensiyanın bu orqanların müvafiq səlahiyyət dairəsinə aid sahələrdə həyata keçirilməsi ilə 

bağlı   ekspert   məsləhəti   versinlər.   Komitə   Birləşmiş   Millətlər   Təşkilatının   ixtisaslaşdırılmış 

qurumlarına, Uşaq Fonduna və digər orqanlarına təklif edə bilər ki, onların fəaliyyət dairəsinə 

daxil olan sahələrdə Konvensiyanın həyata keçirilməsi haqqında məruzələr təqdim etsinlər

b) Komitə məqsədəuyğun hesab etdiyi təqdirdə, iştirakçı dövlətlərin texniki məsləhət və 

ya yardım barədə xahişini ehtiva edən, yaxud belə məsləhət və ya yardıma ehtiyac duyulduğunu 

göstərən hər hansı məruzələrini, Komitənin qeyd və təklifləri ilə birgə (əgər Komitə belə qeyd və 

ya təklif edibsə) Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış qurumlarına, Uşaq Fonduna və 

digər səlahiyyətli orqanlarına göndərir. 

c) Komitə Baş Məclisə tövsiyə edə bilər ki, o, uşaq hüquqlarına aid ayrı-ayrı məsələlər 

barəsində Baş Məclisin adından araşdırma aparılmasını Baş katibə təklif etsin. 

d)   Komitə   bu   Konvensiyanın   44-cü   və   45-ci   maddələrinə   müvafiq   surətdə   alınmış 

məlumata əsaslanaraq, təkliflərlə və ümumi xarakterli tövsiyələrlə çıxış edə bilər. Belə təkliflər 

və   ümumi   xarakterli   tövsiyələr   bütün   aidiyyəti   iştirakçı   dövlətə   göndərilir   və   əgər   iştirakçı 

dövlətlərin iradları varsa, bunlarla birlikdə Baş Məclisə məlumat verilir. 

 

 

III HİSSƏ 



 

Maddə 46

Bu Konvensiya bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. 

 

Maddə 47

Bu Konvensiya təstiq edilməlidir. Təsdiqnamələr saxlanılmaq üçün Birləşmiş Millətlər 

Təşkilatının Baş katibinə təhvil verilir. 

 

Maddə 48

  Bu Konvensiya hən hansı bir dövlətin ona qoşulması üçün açıqdır.  Qoşulma haqqında 

sənədlər saxlanılmaq üçün  Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təhvil verilir. 

 

Maddə 49

1. Bu Konvensiya iyirminci təsdiqnamənin və ya qoşulma haqqında sənədin Birləşmiş 

Millətlər Təşkilatının Baş katibinə saxlanılmağa təhvil verildiyi tarixdən sonra otuzuncu gün 

qüvvəyə minir. 

2. İyirminci təsdiqnamə və ya qoşulma haqqında sənəd saxlanılmağa təhvil verildikdən 

sonra bu Konvensiyanı təsdiqləyən və ya ona qoşulan hər bir dövlət üçün bu Konvensiya həmin 




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə