Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

Maddə 31

1.  İştirakçı  dövlətlər  uşağın  istirahət  etmək və  asudə  vaxt  keçirmək  hüququnu, onun 

yaşına uyğun qələn oyunlarda və əyləncəli tədbirlərdə iştirak etmək və sərbəst surətdə mədəni 

həyatda iştirak etmək və incəsənətlə məşğul olmaq hüququnu tanıyırlar.

2. İştirakçı dövlətlər uşağın mədəni həyatda və yaradıcılıq həyatında hərtərəfli iştirak 

etmək hüququna hörmət bəsləyir və bu hüququn həyata keçirilməsinə şərait yaradır və mədəni 

fəaliyyət və yaradıcılıq fəaliyyəti, asudə vaxt və istirahət fəaliyyəti üçün müvafiq və bərabər 

imkanlar verilməsinə kömək göstərirlər.



Maddə 32

1.  İştirakçı dövlətlər uşağın iqtisadi istismardan və ona təhsil almasında əngələ çevrilə 

biləcək, yaxud onun sağlamlığına, eləcə də fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafına ziyan 

vura biləcək hər hansı işin həvalə edilməsindən müdafiə olunmaq hüququnu tanıyırlar.

2. İştirakçı dövlətlər bu maddənin həyata keçirilməsini təmin etmək üçün qanunvericilik 

tədbirləri, inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində tədbirlər görürlər. Bu məqsədlə 

digər beynəlxalq sənədlərin müvafiq müddəalarını rəhbər tutaraq iştirakçı dövlətlər:

a) işə qəbul üçün minimal yaş həddi və ya minimal yaş hədləri müəyyən edirlər;

b) iş gününün uzunluğu və əmək şəraiti haqqında lazımi tələblər müəyyən edirlər;

c) bu maddənin səmərəli sürətdə həyata keçirilməsini təmin etmək üçün müvafiq cəza 

növləri və ya digər sanksiyalar nəzərdə tuturlar.

 

Maddə 33

İştirakçı  dövlətlər müvafiq  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulduğu  kimi  uşaqları 

narkotik vasitələrdən və psixotropik maddələrdən qanunsuz istifadə etməkdən qorumaq və belə 

madələrin qanuna zidd olaraq istehsalında və satılmasında uşaqlardan istifadə edilməsinə yol 

verməmək üçün bütün lazımi tədbirləri, o cümlədən də qanunvericilik tədbirlərini, inzibati və 

sosial tədbirləri, habelə təhsil sahəsində tədbirlər görürlər.

 

Maddə 34

İştirakçı   dövlətlər   uşağı   cinsi   istismarın   və   cinsi   qısnamanın   bütün   formalarından 

qorumağı   öhdələrinə   götürürlər.   Bu   məqsədlə   iştirakçı   dövlətlər   aşağıdakı   halların   qarşısını 

almaq üçün milli, ikitərəfli və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri görürlər:

a) uşağı hər cür qanunsuz cinsi fəaliyyətə çəkmək və ya məcbur etmək;

b)   istsmar   məqsədilə   uşaqlardan   fahişəlikdə   və   ya   digər   qanunsuz   cinsi   praktikada 

istifadə etmək;

c) istismar məqsədilə uşaqlardan pornoqrafiyada və pornoqrafik materiallarda istifadə 

etmək.


 

Maddə 35

İştirakçı dövlətlər uşaqların istənilən məqsədlərlə və istənilən formada oğurlanmasının, 

uşaq alveri edilməsinin və ya onların qaçaqmalçılığı ilə məşğul olmanın qarşısını almaq üçün 

milli, ikitərəfli və çoxtərəfli səviyyələrdə bütün lazımi tədbirləri görürlər.




 

Maddə 36

İştirakçı dövlətlər uşağı onun rifahinin hər hansı bir cəhətinə ziyan vuran istismarın bütün 

digər formalarından müdafiə edirlər.

Maddə 37

İştirakçı dövlətlər təmin edirlər ki:

a) heç bir uşaq işgəncələrə və ya rəftarın, yaxud cəzanın digər amansız, qeyri-insanı və ya 

ləyaqəti alçaldan formalarına məruz qalmasın. 18 yaşına çatmamış şəxslər tərəfindən törədilmiş 

cinayətlərə görə nə ölüm cəzası, nə də ömürlük həbs cəzası kəsilməsin;

b)   heç   bir   uşaq   qanunsuz   olaraq   və   ya   özbaşınalıqla   azadlıqdan   məhrum   edilməsin. 

Uşağın həbs edilməsi, təcridxanada saxlanılması və ya həbsxanada cəza çəkməsi qanuna uyğun 

olaraq həyata keçirilir və bunlardan son tədbir kimi və zəruri olan ən qısa müddət ərzində istifadə 

edilir;

c) azadlıqdan məhrum olunmuş hər bir uşaqla humanist və hörmətlə rəftar edilsin və 



onun şəxsiyətinin ayrılmaz hissəsi kimi ləyaqətinə hörmət bəslənsin, onun yaşda olan şəxslərin 

tələbatı nəzərə alınsın. Məsələn, azadlıqdan məhrum edilmiş hər bir uşaq həbsxanada yaşlılardan 

ayrı saxlanılmalı (uşağın ən yaxşı mənafeləri naminə belə etməməyin zəruri olduğu hallardan 

başqa)   və   xüsusi   hallar   istisna   olmaqla,   öz   ailəsilə   yazışmaq   və   görüşmək   yolu   ilə   əlaqə 

saxlamaq hüququna malik olmalıdır;

d) azadlıqdan məhrum edilmiş hər bir uşaq təxirə salınmadan hüquqi və digər müvafiq 

yardım almaq hüququna, habelə onun azadlıqdan məhrum olunmasının qanuniliyini məhkəmə və 

ya   digər   səlahiyyətli,   müstəqil   və   qərəzsiz   orqan   qarşısında   sübuta   yetirmək   hüququna   və 

istənilən belə prosessual tədbir barəsində həmin orqanlar tərəfindən təxirə salınmadan qərarlar 

çıxarılması hüququna malik olsun.

 

Maddə 38

1.  İştirakçı dövlətlər silahlı münaqişə zamanı onlara tədbiq edilə bilən və uşaqlara aid 

olan  beynəlxalq   humanitar  hüquq  normalarına  hörmət  bəsləməyi  və   onlara  əməl   olunmasını 

təmin etməyi öhdələrinə götürürlər.

2. İştirakçı dövlətlər 15 yaşına çatmamış şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak 

etməməsini təmin etmək üçün bütün mümkün tədbirləri görürlər.

3. İştirakçı dövlətlər 15 yaşına çatmamış hər hansı şəxsi öz silahlı qüvvələrində hərbi 

xidmətə çağırmaqdan imtina edirlər. İştirakçı dövlətlər 15 yaşına çatan, lakin hələ 18 yaşı tamam 

olmayan şəxslərin orduya cəlb edilməsi zamanı üstünlüyü daha yaşlı şəxslərə verməyə çalışırlar.

4. Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar 

hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq, iştirakçı dövlətlər silahlı münaqişədən zərər görmüş 

uşaqların   müdafiəsinin   və   onlara   baxılmasının   təmin   edilməsi   üçün   mümkün   olan   bütün 

tədbirləri görürlər.

  

Maddə 39

İştirakçı dövlətlər hər hansı növ biganəliyin, istismarın və ya sui-istifadənin; işgəncənin, 

yaxud hər hansı digər amansız, qeyri-insani və ya  ləyaqəti alçaldan rəftarın, yaxud cəzanın; 

yaxud da silahlı münaqişələrin qurbanı olmuş uşağın fiziki və psixoloji cəhətdən bərpasına və 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə