Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

Maddə 4 

İştirakçı  dövlətlər bu Konvensiyada  təsbit  olunan hüquqların həyata keçirilməsi üçün 

bütün lazımi qanunvericilik tədbirlərini, inzibati və digər tədbirləri görürlər. İştirakçı dövlətlər 

iqtisadi,   sosial   və   mədəni   hüquqlar   sahəsində   belə   tədbirləri   malik   olduqları   ehtiyatların 

maksimum çərçivəsində, lazım gəldikdə isə, beynəlxalq əməkdaşlıq çərçivəsində görürlər. 

 

Maddə 5

İştirakçı dövlətlər valideynlərin və yerli adətdə nəzərdə tutulduğu kimi, müvafiq hallarda 

genişləndirilmiş   ailə   və   ya   icma   üzvlərinin,   qəyyumların,   yaxud   qanuna   görə   uşaq   üçün 

məsuliyyət daşıyan digər şəxslərin bu Konvensiyada təsbit olunan hüquqlarının onlar tərəfindən 

həyata   keçirilməsində   uşağı   lazımınca   idarə   və   ona   rəhbərlik  etmək   və   bunu  uşağın   inkişaf 

etməkdə   olan   qabiliyyətinə   müvafiq   sürətdə   yerinə   yetirmək   məsuliyyətinə,   hüquqlarına   və 

vəzifələrinə hörmət bəsləyirlər. 

 

Maddə 6

1. İştirakçı dövlətlər təsdiq edirlər ki, hər bir uşağın ayrılmaz yaşamaq hüququ vardır. 

2. İştirakçı dövlətlər uşağın sağ və sağlam inkişaf etmək imkanını maksimum mümkün 

dərəcədə təmin edirlər. 



Maddə 7 

1. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq 

almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı 

görmək hüququna malikdir. 

2. İşitrakçı dövlətlər bu hüquqların öz milli qanunvericiliyinə müvafiq sürətdə həyata 

keçirilməsini və öz öhdəliklərinin bu sahədə müvafiq beynəlxalq sənədlərə uyğun olaraq yerinə 

yetirilməsini təmin edirlər, xüsusilə də, o hallarda ki, dövlətlər bunu təmin etmədikləri təqdirdə 

uşağın vətəndaşlığı olmayan şəxsə çüvrilmək təhlükəsi yaranır.



Maddə 8

1. İştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu 

kimi, vətəndaşlıq, ad və ailə əlaqələri daxil olmaqla uşağın öz fərdiliyini saxlamaq hüququna 

hörmət bəsləməyi öhdələrinə götürürlər. 

2. Əgər uşaq öz fərdiliyinin bütün ünsürlərinin bir qismindən və ya hamısından məhrum 

olursa, onda iştirakçı dövlətlər onun fərdiliyiyinin tezliklə bərpa edilməsi üçün lazımi köməyi və 

müdafiəni təmin edirlər. 

Maddə 9

1.  İştirakçı   dövlətlər   təmin   edirlər   ki,   uşaq   öz   valideynlərinin   arzusuna   zidd   olaraq 

onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq 

edilən qanuna və qaydalara müvafiq sürətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı 

maraqları   naminə   labüddür.   Belə   ayrılıq   konkret   bu   hallarda   labüd   ola   bilər   ki,   məsələn, 

valideynlər uşaqla pis rəftar edir və ya ona qayğı göstərmir, yaxud valideyinlər bir-birindən ayrı 

yaşayırlar və uşağın yaşayış yeri barədə qərar qəbul edilməlidir. 



2. Bu maddənin 1-ci bəndinə uyğun olaraq hər cür araşdırma zamanı bütün əlaqədar 

tərəflərin araşdırmada iştirak etməsinə və öz rəylərini bildirməsinə imkan verilir. 

3. İştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrılmış uşağın hər iki 

valideynlə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət 

bəsləyirlər, bir şərtlə ki, bu münasibət və əlaqələr uşağın ən yaxşı maraqlarına zidd olmasın. 

4. Belə ayrılıq iştirakçı dövlət tərəfindən qəbul edilmiş hər hansı qərardan irəli gəldikdə, 

məsələn, valideyinlərdən birinin və ya hər ikisinin həbs edilməsi, məhbəsdə saxlanması, sürgünə 

göndərilməsi,   ölkədən   qovulması,   yaxud   ölməsi   (o   cümlədən   həmin   şəxsin   dövlətin 

sərəncamında olduğu dövrdə hər hansı səbəb üzündən baş vermiş ölümü) ilə əlaqədar olduqda 

həmin iştirakçı dövlət ailənin qaib üzvünün/üzvlərinin olduğu yer barəsində valideynlərə, uşağa 

və ya, əgər lazım gələrsə, ailənin başqa üzvünə onların xahişi ilə lazımi məlumat verir, bir şərtlə 

ki,   bu   məlumatın   verilməsi   uşağın   xoşgüzəranına   xələl   gətirməsin.   Bundan   savayı,   iştirakçı 

dövlətlər təmin edirlər ki, bu cür xahişin yerinə yetirilməsi müvafiq şəxs/şəxslər üçün özlüyündə 

xoşagəlməz nəticələrə gətirib çıxarmasın. 



Maddə 10

1. İştirakçı dövlətlər 9-cu maddənin 1-ci bəndində göstərilən öhdəliklərinə uyğun olaraq, 

ailənin qovuşması məqsədilə uşağın və ya onun valideynlərinin iştirakçı dövlətə gəlmək, yaxud 

oradan getmək barədə ərizələrinə müsbət, humanist və operativ tərzdə baxmalıdırlar. Bundan 

savayı, iştirakçı dövlətlər daha sonra təmin edirlər ki, bu cür xahişin yerinə yetirilməsi ərizəçilər 

və onların ailə üzvləri üçün xoşagəlməz nəticələrə gətirib gətirib çıxarmasın. 

2. Valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın ixtiyarı var ki, xüsusi hallar istisna 

olmaqla, hər iki valideynlə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlasın. Bu 

məqsədlə   və   iştirakçı   dövlətlərin   9-cu   maddənin   2-ci   bəndi   üzrə   öhdəliyinə   uyğun   olaraq, 

iştirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən də öz ölkəsini tərk 

etmək və  öz  ölkəsinə  daxil  olmaq  hüququna  hörmət  bəsləyirlər.  İstənilən  ölkəni  tərk  etmək 

hüququn həyata keçirilməsinə yalnız o məhdudiyyətlər qoyula bilər ki, onlar qanunla müəyyən 

edilmiş məhdudiyyətlər olsun, dövlət təhlükəsizliyinin, ictimai asayışın (ordre public), əhalinin 

sağlamlığı və ya mənəviyyatının, yaxud digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün 

zəruri olsun və bu Konvensiyada təsbit edilmiş digər hüquqlara uyğun gəlsin. 

Maddə 11 

1.  İştirakçı   dövlətlər   uşağın   qanunsuz   xarici   ölkəyə   aparılmasına   və   geri 

qaytarılmamasına qarşı mübarizə aparmaq üçün tədbirlər görürlər. 

2.   Bu   məqsədlə   iştirakçı   dövlətlər   ikitərəfli   və   ya   çoxtərəfli   sazişlərin   bağlanmasını, 

yaxud mövcud sazişlərə qoşulmağı təşviq edirlər. 

Maddə 12

1.  İştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı həmin baxışları 

özünə   aid   bütün   məsələlərlə   əlaqədar   azad   ifadə   etmək   hüququ   ilə   təmin   edirlər;   uşağın 

baxışlarına onun yaşına və yetkinliyinə müvafiq sürətdə lazımi diqqət yetirilir. 

2. Bu məqsədlə uşağa imkan verilir ki, ona aidiyyəti olan hər hansı məhkəmə icraatının 

və ya inzibati icraatın gedişində onun fikri ya bilavasitə, ya da nümayəndə, yaxud müvafiq orqan 

vasitəsilə milli qanunvericiliyin prosessual normalarında nəzərdə tutulan qaydada dinlənilsin. 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə