Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

sosial reinteqrasiyasına kömək etmək üçün bütün lazımi tədbirləri görürlər. Bu cür bərpa və 

reinteqrasiya prosesi uşağın sağlamlığına, ləyaqətinə və özünə inam hissinə stimul verən bir 

mühitdə həyata keçirilir.

Maddə 40

1. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, bu qanunvericiliyin 

pozulmasında   təqsirləndirilən   və   ya   təqsirkar   sayılan   hər   bir   uşağın   onunla   elə   bir   rəftar 

hüququnu tanıyırlar ki, belə rəftar uşaqda ləyaqət və mənlik hissələrinin inkişafına kömək edir, 

uşaqda   insan   hüquqlarına   və   başqalarının   əsas   azadlıqlarına   hörməti   möhkəmləndirir   və   bu 

zaman uşağın yaşı və  onun reinteqrasiyasının  və cəmiyyətdə  faydalı rol yerinə yetirməsinin 

arzuedilən olması nəzərə alınır.

2.   İştirakçı   dövlətlər   bu   məqsədlə   və   beynəlxaldq   sənədlərin   müvafiq   müddəalarını 

nəzərə alaraq təmin edirlər ki:

a)   heç   bir   uşaq   milli   və   ya   beynəlxalq   hüquqla   qadağan   olunmayan   hərəkətə   və   ya 

hərəkətsizliyə   görə   cinayət   qanunvericiliyini   pozmaqda   şübhəli   hesab   edilməsin,   onun 

pozulmasında təqsirləndirilməsin və təqsirkar bilinməsin;

b)  cinayət qanunvericiliyini pozmaqda şübhəli bilinən və ya təqsirləndirilən hər bir uşaq 

ən azı aşağıdakı təminatlara malik olsun:

I) onun təqsiri qanuna uyğun olaraq sübuta yetirilməyincə təqsirsiz hesab olunması;

II) ona qarşı irəli sürülən ittihamlar barədə ona dərhal və bilavasitə, zəruri hallarda isə, 

onun   valideynləri   və   ya   qanuni   qəyyumları   vasitəsilə   məlumat   verilməsi   və   öz   müdafiəsinə 

hazırlaşarkən və bunu həyata kecirərkən hüquqi yardım və digər lazımi yardım göstərilməsi;

III) qanuna uyğun olaraq vəkilin və ya digər müvafiq şəxsin iştirakı ilə məsələyə ədalətlə 

baxılması yolu ilə, səlahiyyətli, müstəqil və qərəzsiz orqan, yaxud məhkəmə orqanının uşağın 

yaşını və ya onun valideynlərinin, yaxud qanuni qəyyumlarının vəziyyətini nəzərə alaraq həmin 

məsələ barəsində təxirə salınmadan qərar çıxarması, əgər bu, uşağın ən yaxşı maraqlarına zidd 

deyildirsə;

IV) şahid ifadələri verməyə və ya təqsiri boynuna almağa məcbur edilməmək; ittiham 

şahidlərinin verdiyi  ifadələrin ya  özünün birbaşa iştirakı ilə, ya  da diğər şəxslərin köməyilə 

yoxlanılması və müdafiyə şahidlərinin verdiyi ifadələrlə ifadələrlə tanış olması;

V) əgər hesab  edilsə ki, uşaq cinayət qanunvericiliyini pozmuşdur, onda qanuna uyğun 

olaraq müvafiq qərara və bununla əlaqədar görülmüş hər hansı tədbirlərə səlahiyyəti, müstəqil və 

qərəzsiz yuxarı orqan, yaxud yuxarı məhkəmə orqanı tərəfindən təkrar baxılması;

VI)   əgər   uşaq   istifadə   olunan   dili   başa   düşmürsə   və   ya   bu   dildə   danışa   bilmirsə, 

tərcüməçinin pulsuz yardımı;

VII) icraatın bütün mərhələlərində uşağın şəxsi həyatına tam hörmət edilməsi.

3. İştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmaqda şübhəli bilinən, onu pozmaqda 

təqsirləndirilən   və   ya   təqsirkar   sayılan   uşaqlara   tətbiq   olnua   bilən   qanunların,   qaydaların, 

orqanların və təsisatların yaradılmasına kömək göstərməyə çalışırlar, o cümlədən:

a) elə minimal yaş həddi müəyyən edirlər ki, bu həddən aşağı yaşda olan uşaqlar cinayət 

qanunvericiliyini pozmağa qadir hesab olunmur;

b)   zəruri   və   arzuolunan   hallarda,   insan   hüquqlarını   və   hüquqi   təminatları   tamamilə 

gözləmək şərtilə, məhkəmə icraatına baş vurmadan belə uşaqlarla rəftar üçün tədbirlər görürlər.

4.   Uşağa   baxılması,   qəyyumluq   və   nəzarət   haqqında   əsasnamə,   məsləhət   xidmətləri 

göstərilməsi, sınaq və peşə müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlığı 



proqramları   və   tərbiyə   müəssisələrində   uşağa   baxılmasını   əvəz   edən   digər   formalarda   qayğı 

göstərilməsi kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunda məqsəd uşaqla elə rəftarı təmin 

etməkdir ki, bu rəftar üsulu onun rifahına, habelə onun vəziyyətinə və cinayətin xarakterinə 

uyğun olsun.



Maddə 41

Bu Konvensiyanın heç bir müddəası uşağın hüquqlarının həyata keçirilməsinə daha çox 

kömək edən və aşağıdakı sənədlərdə əks oluna bilən müddəalara xələl gətirmir:

a) iştirakçı dövlətin qanununda; yaxud

b) həmin dövlət üçün qüvvədə olan beynəlxalq hüquq normalarında.

II HİSSƏ

 

Maddə 42

İştirakçı dövlətlər lazımi və təsirli vasitələrdən istifadə edərək, Konvensiyanın prinsipləri 

və   müddəaları   barədə   istər   yaşlılara,   istərsə   də   uşaqlara   geniş   məlumat   verməyi   öhdələrinə 

götürürlər.

 

Maddə 43

1.  İştirakçı   dövlətlərin   bu   Konvensiyaya   əsasən   üzərlərinə   götürdükləri   öhdəliklərin 

yerinə   yetirilməsində   əldə   olunan   tərəqqini   mütəmadi   nəzarətdə   saxlamaq   məqsədilə   Uşaq 

Hüquqları Komitəsi təsis edilir. Komitə aşağıda qeyd edilən funksiyaları yerinə yetirir.

2. Komitə yüksək mənəvi keyfiyyətləri olan və bu Konvensiyanın əhatə etdiyi sahədə 

səriştəliyi ilə tanınan on ekspertdən ibarət olur. Komitənin üzvləri iştirakçı dövlətlər tərəfindən 

onların vətəndaşları sırasından seçilirlər, seçilən üzvlər ölkələrinin adından yox, öz adlarından 

çıxış edərək fəaliyyət göstərirlər; Komitəüzvləri seçilərkən, ədalətli coğrafi bölgü və əsas hüquq 

sistemləri prinsipərinə diqqət yetirilir.

3. Komitənin üzvləri iştirakçı dövlətlərin irəli sürdükləri namizədlər siyahısından gizli 

səsvermə   yolu   ilə   seçilir.   Hər   bir   iştirakçı   dövlət   öz   vətəndaşları   sırasından   bir   nəfərin 

namizədliyini irəli sürə bilər.

4.   Komitəyə   ilk   seçkilər   bu   Konvensiya   qüvvəyə   mindiyi   tarixdən   altı   aydan   gec 

olmayaraq, sonralar isə iki ildə bir dəfə keçirilir. Hər belə seçki gününə dörd ay qalmış Birləşmiş 

Millətlər Təşkilatının Baş  katibi iştirakçı dövlətlərə məktubla müraciət edərək, onlara iki ay 

ərzində öz namizədlərini təqdim etməyi təklif edir. Sonra Baş katib bu yolla irəli sürülmüş bütün 

şəxslərin   siyasını   əlifba   sırası   ilə   tərtib   edir,   siyahıda   həmin   şəxsləri   irəli   sürmüş   iştirakçı 

dövlətləri də göstərir və siyahını bu Konvensiyanın iştirakçısı olan dövlətlərə təqdim edir.

5. Seçkilər Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahlarında Baş katib tərəfindən 

çağırılan iştirakçı dövlətlərin müşavirələrində keçirilir. İştirakçı dövlətlərin üçdə iki hissəsinin 

yetərsay təşkil etdiyi müşavirələrdə o namizədlər Komitənin tərkibinə seçilmiş sayılırlar ki, onlar 

səsvermədə   iştirak   edən   və   səs   verən   iştirakçı   dövlətlərin   nümayəndələrinin   səslərinin   daha 

çoxunu və mütləq əksəriyyətini qazanmış olsunlar.

6.   Komitənin   üzvləri   dördillik   müddətə   seçilirlər.   Onlar   namizədlikləri   təkrar   irəli 

sürüldükdə   yenidən   seçilmək   hüququna   malikdirlər.   İlk   seçkilərdə   seçilən   beş   nəfər   üzvün 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə