Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

Maddə 13

1. Uşaq öz fikrini azad ifadə etmək hüququna malikdir; bu hüquqa hər cür informasiya və 

ideyaları sərhədlərdən asılı olmayaraq, şifahi, yazılı və ya çap edilmiş formada, incəsənət əsərləri 

formasında,   yaxud  uşağın   seçdiyi   hər   hansı   digər   vasitələrin   köməyilə   axtarmaq,   almaq   və 

vermək azadlığı daxildir. 

2.   Bu   hüququn   həyata   keçirilməsinə   bəzi   məhdudiyyətlər   qoyula   bilər,   lakin   həmin 

məhdudiyyətlər qanunda nəzərdə tutulmalı və aşağıdakı məqsədlər üçün zəruri olmalıdır:

a) digər şəxslərin hüquqlarına və nüfuzuna hörmət üçün; və ya 

b)   dövlət   təhlükəsizliyinin   və   ya   ictimai   asayişin   (ordre   public),   yaxud   əhalinin 

sağlamlığının və ya mənəviyyatının mühafizəsi üçün. 



Maddə 14 

1. İştirakçı dövlətlər uşağın düşüncə, vicdan və din azadlığına hörmət edirlər. 

2. İştirakçı dövlətlər valideynlərin və müvafiq hallarda qanuni qəyyumların uşağın inkişaf 

etməkdə olan qabiliyyəti ilə uzlaşan metodlarla onun hüquqlarının həyata keçirilməsində uşağa 

yol göstərmək, təliamtlandırmaq hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər. 

3. Öz dininə və ya inamına etiqad etmək azadlığına yalnız elə məhdudiyyətlər qoyula 

bilər ki, bu məhdudiyyətlər qanunla müəyyən edilmiş olsun və dövlət təhlükəsizliyinin, ictimai 

asayışın, əhalinin mənəviyyatının və ya sağlamlığının mühafizəsi, yaxud digər şəxslərin əsas 

hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olsun. 

Maddə 15 

1. İştirakçı dövlətlər uşağın birliklərə üzv olmaq azadlığını və dinc yığıncaqlarda iştirak 

etmək azadlığını tanıyırlar. 

2. Həmin hüququn həyata keçirilməsində hər hansı məhdudiyyətlər tətbiq edilə bilməz, 

burada elə məhdudiyyətlər istisna təşkil edir ki, onlar qanuna müvafiq sürətdə tətbiq olunur və 

demokratik   cəmiyyətdə   dövlət   təhlükəsizliyi   və   ya   ictimai   təhlükəsizlik,   ictimai   asayış 

baxımından,   əhalinin   sağlamlığının   və   ya   mənəviyyatının   mühafizəsi,   yaxud   digər   şəxslərin 

hüquq və azadlıqlarının müdafiəsi üçün zəruridir. 



Maddə 16

1.  Uşağın   şəxsi   həyat,   ailə   həyatı,   mənzilinin   toxunulmazlığı   və   ya   yazışma   sirri 

hüququnu həyata keçirməsinə özbaşınalıqla və ya qanunsuz sürətdə müdaxilə edilə, yaxud onun 

şərəf və nüfuzuna qanunsuz qəsd edilə bilməz.

2. Uşaq belə müdaxilə və ya qəsdə qarşı qanunla müdafiə olunmaq hüququna malikdir.

 

Maddə 17

İştirakçı dövlətlər kütləvi informasiya vasitələrinin mühüm rol oynadığını qəbul edir və 

uşağın müxtəlif milli və ya beynəlxalq mənbələrdən informasiya və materiallar, xüsusən uşağın 

sosial, mənəvi və əxlaqi rifahına, habelə sağlam fiziki və əqli inkişafına köməyə yönəldilmiş 

informasiya və materiallar ala bilməsini təmin edirlər. Bu məqsədlə iştirakçı dövlətlər:

a) kütləvi informasiya vasitələrini uşaq üçün sosial və mədəni baxımdan faydalı olan və 

29-cu maddənin ruhuna uyğun gələn informasiya və materialları yaymağa həvəsləndirirlər;




b)   müxtəlif   mədəni,   milli   və   beynəlxalq   mənbələrdən   alınan   belə   informasiya   və 

materialların   hazırlanması,  mübadiləsi  və   yayılması  sahəsində  beynəlxalq   əməkdaşlığı   təşviq 

edirlər;

c) uşaq ədəbiyyatının buraxılmasını və yayılmasını təşviq edirlər;

d) kütləvi informasiya vasitələrini azlıq təşkil edən etnik qrupa və ya aborigen qrupa 

mənsub olan uşağın dil ilə bağlı ehtiyaclarına xüsusi diqqət yetirməyə həvəsləndirirlər;

e) 13-cü  və 18-ci maddələrin müddəalarını nəzərə alaraq, uşağın  onun rifahına zərər 

gətirən   informasiya   və   materiallardan   qorunmasına   dair   müvafiq   təlimatların   hazırlanmasını 

təşviq edirlər.

 

Maddə 18

1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni 

dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan 

bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya 

müvafiq   hallarda   qanuni   qəyyumlar   daşıyırlar.   Uşağın   maraqlarının   ən   yaxşı   şəkildə   təmini 

onların əsas qayğı obyektidir.

2. Bu Konvensiyada təsbit olunmuş hüquqların həyata keçirilməsinə təminat verilməsi və 

şərait   yaradılması  məqsədilə   iştirakçı   dövlətlər   valideynlərə   və   qanuni   qəyyumlara   uşaqların 

tərbiyəsi   ilə   bağlı   öz   vəzifələrini   yerinə   yetirməkdə   lazımi   kömək   göstərir   və   uşaq   tərbiyə 

müəssisələrinin, obyektlərinin və xidmətlərinin inkişafını təmin edirlər.

3. İştirakçı dövlətlər bütün lazımi tədbirləri görürlər ki, valideynləri işləyən uşaqların 

onlara baxmaq üçün nəzərdə tutulmuş xidmətlərdən və imkanlardan istifadə etmək hüququna 

malik olması təmin edilsin.



Maddə 19

1. İştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər 

hansı digər şəxs tərəfindən edilən fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya pis rəftarın, 

etinasızlığın və ya istismarın, o cümlədən də cinsi istismarın hər cür formalarından qorumaq 

məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görürlər.

2. Lazım gələrsə, bu cür müdafiə tədbirlərinə uşağa və onun qayğısına qalan şəxslərə 

zəruri kömək göstərilməsi məqsədilə sosial proqramlar hazırlamaq üçün, habelə uşaqla yuxarıda 

sadalanmış   kobud   rəftar   hallarının   qarşısının   alınmasının   və   aşkara   çıxarılmasının   digər 

formalarını həyata keçirmək üçün, bu hallar barədə məlumat vermək, lazımi orqana göndərmək, 

onun   təhqiqatını   aparmaq,   uşağı   müalicə   etmək   və   sonrakı   tədbirləri   görmək,   habelə,   lazım 

gəldikdə, məhkəmə prosesinə başlamaq üçün görülən səmərəli tədbirlər də aid edilməlidir.

Maddə 20

1. Öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan, yaxud özünün ən yaxşı 

mənafeyi naminə belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və 

ona yardım göstərilmək hüququna malikdir.

2. İştirakçı dövlətlər öz milli qanunlarına uyğun olaraq belə uşağa alternativ qayğını 

təmin edirlər.

3.   Belə   alternativ   qayğı,  inter   alia,  uşağın   şəriətə   görə   «kəfalət»ə,   yəni   tərbiyəyə 

verilməsindən, habelə övladlığa götürülməsindən, lazım gəldikdə isə, uşaqlara baxan müvafiq 

müəssisələrə   qoyulmasından   ibarət   ola   bilər.   Uşağın   hansı   alternativ   qayğı   üsulu   ilə   təmin 



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə