Uşaq hüquqlarının araşdırılması



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix08.09.2018
ölçüsü0,49 Mb.
#66871
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

dövlətin öz təsdiqnaməsini və ya qoşulma haqqında sənədini saxlanılmağa təhvil verdiyi tarixdən 

sonra otuzuncu gün qüvvəyə minir. 



Maddə 50 

1. İstənilən iştirakçı dövlət düzəliş təklif edə və onu Birləşmiş Millətlər Təşkilatının Baş 

katibinə   təqdim   edə   bilər.   Baş   katib   təklif   olunmuş  düzəlişi   iştirakçı   dövlətlərə   göndərir   və 

onlardan xahiş edir ki, həmin təklifin müzakirə olunması və səsə qoyulması məqsədilə iştirakçı 

dövlətlərin kofransının çağırılmasına tərəfdar olub-olmadıqlarını bildirsinlər. Əgər belə məlumat 

verildiyi gündən başlayaraq dörd ay ərzində iştirakçı dövlətlərin ən azı üçdə biri bu konfransın 

çağırılmasına   tərəfdar   olduğunu   bildirərsə,   onda   Baş   katib   Birləşmiş   Millətlər   Təşkilatının 

himayəsi ilə konfrans çağırır. Bu konfransda iştirak edən iştirakçı dövlətlərin səs çoxluğu ilə 

qəbul etdiyi hər hansı düzəliş bəyənilmək üçün Baş Məclisə təqdim olunur. 

2. Bu maddənin 1-ci bəndinə müvafiq sürətdə qəbul olunmuş düzəliş Birləşmiş Millətlər 

Təşkilatının Baş Məclisi tərəfindən bəyənildikdən və iştirakçı dövlətərin üçdə ikisi tərəfindən 

təsdiq edildikdən sonra qüvvəyə minir. 

3. Qüvvəyə mindikdən sonra bu düzəliş yalnız onu təsdiq etmiş iştirakçı dövlətlər üçün 

məcburi olur, digər iştirakçı dövlətlər üçün isə bu Konvensiyanın hazırkı müddəaları və həmin 

müddəalarla bağlı həmin digər iştirakçı dövlətlərin əvvəllər təsdiq etmiş olduğu düzəlişlər (əgər 

varsa) məcburi hüquqi qüvvəyə malik olur.



Maddə 51 

1. Birləşmiş Millətlər Təşkilatının Baş katibi dövlətlərin Konvensiyanı təsdiqləyərkən və 

ya ona qoşularkən etdikləri qeyd-şərtlərin mətnlərini alır və onları bütün dövlətlərə göndərir. 

2. Bu Konvensiyanın məqsəd və vəzifələri ilə bir araya sığmayan qeyd-şərtlər etməyə yol 

verilmir. 

3. Qeyd-şərtlər Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərilmiş müvafiq bildiriş 

yolu   ilə   istənilən   vaxt   ləğv   edilə   bilər.   Baş   katib   belə   ləğvetmə   barəsində   bütün   dövlətlərə 

məlumat verir. Bu cür bildiriş Baş katibin onu aldığı tarixdən qüvvəyə minir. 



Maddə 52 

Hər hansı iştirakçı dövlət bu Konvensiyanı Birləşmiş Millətlər Təşkilatının Baş katibinə 

yazılı bildiriş göndərmək yolu ilə ləğv edə bilər. Ləğvetmə Baş katibin bu barədə bildirişi aldığı 

tarixdən bir il keçdikdən sonra qüvvəyə minir. 

 

Maddə 53 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi bu Konvensiyanın depozitarisi təyin edilir. 

 

Maddə 54 

Bu Konvensiyanın əsli saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə 

təhvil verilir, onun çin, ərəb, fransız, ingilis, ispan və rus dillərində olan mətnləri eyni qüvvəyə 

malikdir. 

 



Bunun təsdiqi olaraq,  öz hökümətləri tərəfindən bu məqsəd üçün lazımi qaydada vəkil 

edilmiş aşağıda imzası olan səlahiyyətli nümayəndələr bu Konvensiyanı imzaladılar.       



Aydın   de!  BMT-nin   Uşaq   hüquqları   haqqında   Konvensiyasının   Kanada   gəncləri 

üçün hazırlanmış sadələşdirilmiş versiyası

Konvensiyanın gənclər üçün nəşri nəyə gərəkdir?

Konvensiyanın   Baş  Məclisdə   qəbul   olunmuş   və   dünyanın   əksər   ölkələri   tərəfindən 

ratifikasiya   edilmiş   versiyası   hüquqi   sənəd   olub   texniki   dildə   yazılmışdır.   Uşaqların   bu 

Konvensiyada ifadə olunmuş hüquq və vəzifələrini başa düşmələri üçün onu öz sözlərimizlə 

daha sadə şəkildə ifadə etməyimiz lazım gəlir. Üstəlik də, Konvensiyanın 42-ci maddəsində 

deyilir   ki,   uşaqların   fərqli   və   dinamik   yolla   bu   hüquqlar   barədə   məlumatlandırılması 

hökumətlərin vəzifəsidir. Şübhəsiz ki, BMT-nin bu Konvensiyasının gənclər üçün sadələşdirilmiş 

versiyası   fərqli   və   daha   dinamikdir   və   o,   bizim   malik   olduğumuz   hüquqlardan   xəbərdar 

olmamıza yardım edəcək.

Hüquqlarımız haqqında bu qədər danışdıq, yetər, bəs vəzifələrimiz?

Hüquqlar   və   vəzifələr   bir-birindən   ayrı   təsəvvür   edilə   bilməz.   BMT-nin   sözügedən 

Konvensiyası hökumətlərin  uşaqlar üçün təminat verdiyi hüquqlardan bəhs edir. İstənilən cür 

münasibətdə   --   dostlar   arasında,   ailə   daxilində,   məktəbdə   və   ya   idman   komandasında   –

unutmamalıyıq   ki,   bizim   başqa   insanlar   qarşısında   bəzi   öhdəliklərimiz   var,   eynilə   də   başqa 

insanların   bizə   münasibətdə   müəyyən   şeylər   etməyə   borcludurlar.   Bizim   başqa   insanlar 

qarşısında borclu olduğumuz şeylərə hörmət və dözümlülük daxildir. BMT-nin Konvensiyasında 

hökumətlərin 18 yaşından aşağı olan adamlara borclu olduğu əsas şeylər göstərilir.



Konvensiyada hansı hüquqlar əhatə olunub?

Konvensiyanın əhatə etdiyi hüquqları dörd qrupa bölmək olar:



IV.

“İştirakçı olmaq” qərarların verilməsinə cəlb olunmağı, başqalarına qoşulmaq 

azadlığını,   özümüzü   ifadə   etmək   azadlığını   və   müxtəlif   mənbələrdən 

informasiya azadlığını nəzərdə tutur.

II. “Öz potensialımıza çatmaq” bacardığımız qədər yaxşı inkişaf etmək zərurətini bildirir. 

Bu qrup hüquqlar həyatda fərdiliyin qorunub saxlanmasının, təhsilin, ailənin və mədəniyyətin 

vacibliyini ifadə edir.

IV.

“Yaxşı yaşamaq: bizim sağ qalmaq hüququmuz” – bura bizim bütün ən vacib 

ehtiyaclarımız daxildir. Bu ehtiyaclara ərzaq və sığınacaq yer, habelə yaşayış 

şəraiti və sağlamlığımız aiddir.

IV. “Zorakılıqdan uzaq olmaq” – bu qrup hüquqlar uşaqların bir çox şeydən, o cümlədən 

pis   rəftardan,   laqeydlikdən,   iqtisadi   istismardan,   işgəncədən,   oğurlanmaqdan   və   fahişəlikdən 

qorunmağa imkan verir.



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə