Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə35/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

 
79 
 
 
UOT 911.3:63 
 
ABŞERON İQTİSADİ RAYONUNUN AQRAR SƏNAYE KOMPLEKSİ 
 
ABDULLAYEVA ZOYA HAMLET QIZI 
Sumqayıt  Dövlət Universiteti, dosent 
VƏLİYEV ALLAHVERDİ CAMAL OĞLU 
Sumqayıt  Dövlət Universiteti, baş müəllim 
e-mail:sdu.elmihisse@mail.ru 
 
Açar  sözlər:  Abşeron  iqtisadi-coğrafi  rayonu,  kimyəvi  vasitələr  istehsalı,  quru  subtropik, 
aqrar-sənaye kompleksi, kənd təsərrüfatı, iqtisadi rayon, inteqrasiya. 
Məqalədə  Abşeron  iqtisadi  rayonunda  aqrar-sənaye  kompleksinin  səciyyəvi  xüsusiyyətləri 
haqqında  araşdırmalar  öz  əksini  tapır.    Bazar  iqtisadiyyatının  təsiri  altında  ölkənin  kənd 
təsərrüfatının  sahə  və  ərazi  strukturunda  daimi  dəyişikliklər  gedir.    İqtisadi  rayonun  potensial 
imkanlarının 
iqtisadi-təsərrüfat 
göstəriciləri 
bəzi 
aqrar 
sənaye 
inteqrasiyalarını 
müəyyənləşdirmişdir
 
Aqrar    sənaye  kompleksi  müxtəlif  və  geniş  əlaqələrə    malik    olan  istehsal  sahəsidir.  Müasir  
dövrdə ASK-nin  ayrı-ayrı bölmələrinin səmərəli surətdə əlaqələndirilməsi və idarə edilməsi  böyük 
aktuallıq  kəsb  edir.  Aqrar  sənaye  kompleksinin  müxtəlif    istiqamətlərdə  fəaliyyət  göstərən,  lakin 
dialektik vəhdət təşkil edən istehsal təmayüllü sahələrinin müəyyən qismi kompleks əmələ gətirən 
sahələr kimi üç bölməyə ayrılır: 
1)
 
kənd  təsərrüfatı  üçün  istehsal  vasitələri    istehsal  edən  və  həmçinin  bu  sahənin  istehsal-
texniki  xidmətini  təmin  edən  maşınqayırma    sənayesi,  mineral  gübrələr  və  kimyəvi 
vasitələr istehsalı üzrə sənaye sahələri, meliorasiya texnikası sənayesi və s.  
2) kənd təsərrüfatının özü-əkinçilik və heyvandarlıq. 
3) kənd təsərrüfatı xammalının emalı sənayesi. 
     Aqrar  sənaye  kompleksinə  -  tədarük,  bütün  infrastruktur    sahələri  arasında  əlaqələr 
yaradan  və  onlara  məhsulu  qablaşdırılma,  kommersiya,  nəqliyyatdaşınma,  saxlanılma,  rabitə, 
mədəni-məişət, sosial və s. xidmət göstərən sahələr daxildir. İnkişaf  etmiş ölkələrdə (İEÖ) ASK-
nin bu 3 fəaliyyət sahələri arasında  nisbət  3:1:6-dır. Lakin  keçid iqtisadiyyatına malik ölkələrdə 
kənd  təsərrüfatının    payı  Qərb  ölkələrinə    nisbətən  yüksəkdir.  Bu  tip  ölkələrdə  kənd  təsərrüfatı 
məhsullarının  emalı,  o  cümlədən,  yeyinti  sənayesi    zəif  inkişaf  etmişdir.  İnkişaf  etməkdə  olan 
ölkələrdə (İEOÖ)  ənənəvi istehlak(əmtəəlik) kənd təsərrüfatı üstünlük təşkil edir. Kənd təsərrüfatı 
xammalının  emalı  sənayesinin  payı  inkişaf  etmiş  ölkələrdə  sürətlə  artır.  Məsələn,  ABŞ-da  bu 
sahənin payına bütün ərzaq məhsulunun təxminən 75%-i düşür. 
 Hazırda yüksək inkişaf etmiş ölkələrdə aqrar istehsalda baş verən dəyişikliklər “biotexnoloji 
inkişaf” mərhələsindədir, yəni indiki mərhələ biotexnologiyaların geniş istifadəsilə səciyyələnir. 
İEÖ-də kənd təsərrüfatı XX əsrin əvvəllərində əməktutumlu, 40-60-cı illərdə kapitaltutumlu, 
son illərdə  elmtutumlu sahəyə çevrilmişdir. İEOÖ-də 1960-cı illərdə müasir aqrotexnika əsasında 
kənd  təsərrüfatının  yeniləşdirilməsi  istiqamətində  işlər  aparılır.  “Yaşıl  inqilab”  adlandırılan  bu 
prosesin üç tərkib hissəsi mövcuddur: yeni mədəni bitki növlərinin, ilk növbədə, taxıl bitkilərinin; 
suvarılan  sahələrin  genişləndirilməsi;  kənd  təsərrüfatının  mexanikləşdirmə  səviyyəsinin 
yüksəldilməsi, mineral gübrələrdən və bitkilərin mühafizəsi üçün kimyəvi vasitələrdən fəal istifadə. 
“Yaşıl  inqilab”  nəticəsində  taxıl  bitkilərinin  məhsuldarlığı  2-3  dəfə  çoxalmış,  Çin,  Hindistan, 
İndoneziya, Pakistan, Tailand və digər ölkələr özlərini taxılla tam təmin etməyə başlamışlar. 
 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 
80 
 
Ölkəmizdə  iqtisadiyyatın,  xususilə  kənd  təsərrüfatının  inkişafını  müəyyən  edən  amillərdən 
biri  də  əhalinin  sayının  artması,  əkin  yerlərinin  genişlənməsi  və  intensiv  inkişaf  yolunun 
seçilməsidir. Ümumuyyətlə kənd təsərrüfatı əhalini ərzaq məhsulları ilə təmin etməklə yanaşı, həm 
də məşğulluğun təmin olunmasında müstəsna rol oynayır. Hesablamalar göstərir ki, son illər ümumi 
daxili  məhsulda  aqrar  sektorun  payı  9,2  %  olmasına  baxmayaraq,  bu  sahədə  çalışan  əhalinin  say 
göstəricisi  isə  39,2  %  olmuşdur.  Göründyü  kimi  aqrar  sektor  məşğul  olan  əhalinin  sayına  görə 
iqtisadiyyat sahələri arasında birinci yerdə durmuşdur. Hazırda Azərbaycanın əhali məşğulluğunda 
“aqrarlaşma” fonu xeyli artmışdır. 
Geniş  potensiala  malik  ölkəmizdə  idxalı  əvəz  edən  yerli  kənd  təsərrüfatı  məhsullarının 
istehsalının artması  ciddi aqrar siyasətin həyata keçirilməsini tələb edir. “Azərbaycan respublikası 
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”(2004-2008-ci və 2009-2013 cü illər) kənd 
təsərrüfatının  növbəti  mərhələdə  inkişafına  dəstək  verən  tarixi  bir  sənəddir.  Bu  proqramdan  irəli 
gələn  tədbirlər  planının  həyata  keçirilməsi  neftlə  məhdudlaşan  ölkəmizdə  qeyri  neft  sektorunun, 
xüsusilə kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayacaq. 
  Çoxsahəli  kənd  təsərrüftına  malik  olan  Abşeron  iqtisadi-coğrafi  rayonunda  aqrar  sənaye 
kompleksinin xarakterik xüsusiyyətlərini nəzərdən keçirək. 
Abşeron  iqtisadi  rayonunda  yaranan,  bir-birilə  əlaqədə  olan  təbii  komponentlərdən  təşkil 
olunmuş  landşaftlar,  ərazi  təşkilinin  təkmilləşdirilməsində  mühüm  rola  malikdir.  Ərazinin  xüsusi 
aqroiqlim  ehtiyatları  qiymətli  cənub  bitkiləri  olan  zəfəran,  badam,  püstə,  əncir,  zeytun 
yetişdirməyə,  ağ  və  qara  şanı  üzüm  sortları,  dadlı  Zirə  qarpızı  və  bir  çox  tərəvəz  növlərini 
becərməyə imkan verir. 
Abşeron iqtisadi rayonu respublikamızın kənd təsərrüfatı regionlarından biri olub  Sumqayıt 
şəhərini  və  Abşeron  kənd  rayonunu  özündə  birləşdirir.  Son  dövrlərdə  yeni  Qobustan  və  Xızı 
inzibati  rayonlarının  əmələ  gəlməsi  ilə  əlaqədar  olaraq,  Abşeron  rayonunun  sərhədlərində 
dəyişikliklər  əmələ  gəlmişdir.  Kənd  təsərrüfatı  istehsalı  sənaye  istehsalından  fərqli  olaraq  bioloji 
qanunlar əsasında inkişaf edən təbii proseslərlə bağlıdır.  
Torpaq  kənd  təsərrüfatında  əsas  istehsal  vasitəsidir.  Abşeron  iqtisadi  rayonu  özünəməxsus 
kənd  təsərrüfatına  malikdir.  Rayonun  təbii  iqlim  şəraiti  kənd  təsərrüfatının  bitkiçilik  sahələrinin 
inkişafı  üçün  əlverişlidir.  Abşeron  iqtisadi-coğrafi  rayonunda    şəhər  əhalisinin  sayının  sürətlə 
artması  əkinə  yararlı  torpaq  sahələrinin  kəskin  azalmasına  səbəb  olmuşdur.  Beləki,  əkin  yerləri 
sovet  dövründə  30  min  ha-dan  2012-ci  ildə  4,7  min  ha-a  qədər  azalmışdır.    2012-ci  ilin  statistik  
göstəricilərinə əsasən əkin yerlərinin 2,8 min hektarı Xızı, 1,2 hektarı Abşeron rayonu və 0,7 min 
hektarı  Bakının  payına  düşür.  Bu  iqtisadi  rayonda  əkin  sahələrinin  çox  hissəsində  taxıl  və  yem 
bitkiləri,  nisbətən  az  hissəsində  isə  tərəvəz,  bostan  və  üzüm  əkilir.  2011-2012-ci  illərdə  Abşeron 
iqtisadi  rayonunda  15,2  min    ton  üzüm,  29,1  min  ton  tərəvəz,  3,7  min  taxıl,  1,1  min  ton  bostan 
məhsulları, 5,8 min ton meyvə istehsal edilmişdir.   
Abşeronun iqlimi quru subtropik iqlim olub, istehsalın ərazi təşkili üçün optimal təbii-iqtisadi 
şərait  yaradır.  Ərazidə  bitkilərin  inkişaf  fazası  üçün  fəal  temperaturların  cəmi  4000-4500°-dir. 
Maksimum  temperatur    iyul  ayında  müşahidə  olunur.  İyulun  orta  temperaturu  24-26°,  maksimal 
temperatur isə 42°-yə bərabərdir.  İlin  260-290 günü şaxtasız keçir.  İlin 217-244 günü havanın orta 
temperaturu 10°-dən yuxarı müşahidə olunur( aprelin 10-14-dən başlayaraq noyabrın 17-20-dək). İl 
boyu  fəal  temperaturun  nisbətən  sabit  qalması,  günəşli  günlərin  çox  olması  Abşeron  iqtisadi 
rayonunda  ərazinin  təsərrüfat  cəhətdən  mənimsənilməsi  və  inkişafı  üçün  İlkin  əlverişli  şərait  
yaradır.  Ərazidə  boz-qonur,  boz,  boz-qəhvəyi  və  s.  torpaqlar  yayılmış,  Ceyranbatan  su  anbarı  , 
Samur-Dəvəçi və Abşeron kanalları çəkilmişdir. Respublikanın coğrafi əmək bölgüsündə taxılın 7 
%-i, tərəvəz-bostan bitkilərinin 16%-i, ümumi ətin 7,6 %-i, südün 3,4 %-i, yumurtanın isə 25,7 %-i 
Abşeron kənd təsərrüfatı rayonunda istehsal olunur. 
Bu  rayonunun  potensial  imkanlarının  iqtisadi-təsərrüfat  göstəriciləri  bəzi  aqrar-sənaye 
inteqrasiyalarını  müəyyənləşdirmişdir. 
Abşeron iqtisadi rayonunun aqrar sənaye kompleksi 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə