Unec biznes məKTƏBİ


Əl həndəsəsi əsasında fəaliyyət göstərən biometriklər



Yüklə 1,15 Mb.
səhifə20/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   16   17   18   19   20   21   22   23   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

Əl həndəsəsi əsasında fəaliyyət göstərən biometriklər

Əl izi vasitəsi ilə biometrik doğrulama sistemləri 3 əsas metod üzərindən istifadə edilir bunlardan ən əsası əl həndəsəsi (hand geometry) metodudur. Sistematik olaraq tarixdə ilk dəfə 1858-ci ildə müqavilədə təsdiqləmə üçün istifadə edilmiş və bunun sonrasında müqavilələrdə bağlılığı artırmaq üçün əl və barmaq həndəsəsinin forması yerləşdirilməyə başlandı. Burada proses manual formada aparılırdı. Texnologiyanın inkşafı ilə 1970-ci illərin əvvəllərində ilk əl həndəsəsi oxuyucusu ixtira edildi lakin dövrün yeni texnologiyalar üçün əsas problemlərindən biri olan yüksək enerji sərfiyyatına görə ilk dövrlərdə geniş istifadə edilmədi. 1980-ci illərin ortasından etibarən isə artıq bu problemlər aradan qaldırılmış və geniş istifadə başlanılmışdır.

Əl həndəsəsi vasitəsi ilə işləyən biometrik doğrulama sistemlərində aparılan proses digər biometriklərə əsasən daha asan aparılır. Burada ilkin olaraq cihazın iki əsas hissəsi əsas rolu oynayır. Bunlar optik kamera və limizi yerləşdirdiyimiz oxuyucudur. Prosesi bir çox cihazda infraqırmızı şüalar yerinə yetirir. Bunun səbəbi əh həndəsəsinin daha rahat analiz edilə bilməsi və boz əsaslı planda binarlaşdırmanın aparılıb ağ-qara plana keçirilməsinin rahat olmasıdır. Əlavə olaraq ağ-qara plana keçirilmənin səbəbini əldəki tüklərin, hər hansı bir xəstəliyin təsirini, yanma və ya digər formalı zədələnmə izlərini və tatu formalarının daha dəqiq qeydə alına bilməsi kimi izah edə bilərik. Bu proses ilə əlin həndəsi təsviri alınır. Bəzi cihazlarda əlimizi yerləşdirmək üçün oxuyucu üzərində çıxıntılar və ya qeyd edilmiş sahələr mövcuddur bunun səbəbi isə oxuyucunun yalnız o sahədəki məlumatı oxuması və təyin edilən alqoritmin əlavə mənbə tələb etməməsidir. Lakin bu istifadəçi rahatlığı baxımından müsbət olmadığı üçün hal-hazırda çıxıntısız və qeyd sahəsiz lakin yüksək sürətdə işləyə bilən texnologiyaların hazırlanması üçün araşdırmalar aparılır.

Əl həndəsəsinin təsviri alındıqdan sonra təsvirin işlənmə prosesi aparılır. Bu prosesdə əsas hissə əlin təyin edilmiş hissələrinin ölçülərinin alınmasıdır. Bu ölçülər bizə xəritələmə prosesində lazım olur. Əsas ölçülərə əl uzunluğu və genişliyi, barmaqların uzunluğu və genişliyi, əl və barmaqlarımızın səth sahəsi, son olaraq isə dərəcə fərqləri daxildir.



Şəkil 2.3. Əl həndəsəsində qeydə alınan göstəricilər

Növbəti mərhələ klasifikasiya mərhələsidir. Burada öncəki əməliyyatdan alınan təsvirləri birbiri ilə müqayisə edərək fərqlər qeyd edilir. Burada müxtəlif korelasiya üsullarından istidadı edilə bilər. Korelasiya ilə əl həndəsəsi konturunda olan xətalar hesablanır.

Son olaraq şablon adapasiyası prosesinə nəzər yetirək. Bildiyimiz kimi insanların fizoloji göstəriciləri zamanla dəyişir. Günümüz dünyasında bir çox biometrik doğrulama texnoloji sistemində bu böyük problem olmasada biometriklərin ilk istifadəsində bu mənfi cəhət mövcud idi. Şablon adaptasiyası ilə istifadəçinin hər zaman giriş mılumatları saxlanılaraq fərqlər qeyd edilir və çəki artımı-azalması, əldəki görünüş dəyişikliyi və ya xəstəliyin təsiri təyin edilir. Bununla birlikdə məlumat daima yenilənərək doğrulamada problem yaratmır. Lakin qeyd etmək lazımdırki əldəki bu dəyişikliklərin müəyyən bir hədd dərəcəsi vardırki bu dərəcə keçildikdə doğrulama prosesi aparılmır.

Əl izi əsasında işləyən biometrik doğrulama sistemləri üçün istifadə edilən digər metod ovuc əsaslı biometrik tanımadır. Bu texnologiyanın istifadə səbəbi barmaq izlərimiz kimi ovuc izlərimizində fərqli olmasıdır. Burada əsas göstəricilər ovuc cizgilərimiz və qırışıqlardır. Ovucumuzda barmaq izlərimiz kimi erkəndən formalaşır. Barmaq izi və ya əl həndəsəsi əsasında işləyən biometrik doğrulama sistemləri istifadəçi baxımından daha rahat olsada günümüzdə bu texnologiyadanda istifadə olunur.

Şəkil 2.4. Ovuc forması əsasında əşləyən biometrik texnologiya

Əl izi əsasında işləyən biometrik autentifikasiya sistemləri üçün son metod isə əl damatları əsasında prosesi yerinə yetirən biometrik sistemlərdir. Bu texnologiya digər iki metod olan əl həndəsəsi və ovuc izi metodlarından fərqlənir. Səbəb isə əl həndəsəsi və ovuc izinə bədənin ayrıca bir hissəsi kimi baxıla bilər lakin damar sistemimiz ümumi bir biometrik ölçüdür. Burada proses damarların unikal strukturunun infra qırmızı şüa ilə təyin edilməsi ilə aparılır. Prosesin digər bədən üzvlərimiz ilə deyil əlimiz üzərindən aparılmasının isə iki səbəbi vardır. Bunlar istifadəçi rahatlığı və əl hissəsindəki dərimizin nazik olması və infraqırmızı şüanın prosesi rahat yerinə yetirməsidir.

Əl izi əsasında işləyən biometrik doğrulama sistemlərinin müsbət və mənfi cəhətlərinə baxaq. Müsbət cəhətlərə adaptasiya texnologiyasl ilə kiçik biometrik dəyişikliklərin prosesi yubadmaması, dəqiqliyinin yüksək olması, rahat istifadə edilə bilməsi və üç ölçülü printer vasitəsi ilə belə bəzi məlumatların dəqiq təyin edilə bilməməsindən ötrü sistemin aldadılmağa qarşı dəvamiyyətinin yüksək olması aid edilə bilər. Mənfi cəhətlərə isə unikal məlumatları saxlasalarda bu sistemlər gözün torlu və qüzehli qişası qədər dəqiq məlumatlara sahib ola bilməməsi, daima istifadə etdiyimiz üçün əlimizin zərər görə bilməsi, kontaktlı biometrik sistem olduğu üçün gigiyenik cəhətdən zəif olması aid edilə bilər. Bu sistemlər iqtisadi baxımdan orta hissədə yerləşdikləri bu cəhətdən mənfi və ya müsbət hissəyə adətən qeyd edilmir.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə