Unec biznes məKTƏBİ


Gözün qüzehli qişası əsasında fəaliyyət göstərən biometriklər



Yüklə 1,15 Mb.
səhifə22/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   18   19   20   21   22   23   24   25   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

Gözün qüzehli qişası əsasında fəaliyyət göstərən biometriklər

Fiziki əsaslı biometrik sistemlərdən biri olan gözün qüzehli qişası gündəlik həyatda gözümüzə gələn işıq şüalarının az yada çox olmasından asılı olaraq daralan və ya genişləyən hissədir. İctimai olaraq rəng piqmentlərinin köməyilə görmə orqanımızın ən yadda qalan hissəsidir. Gözün qüzehli qişasının patentləşdirilməsi 1980-lərin sonlarından 1990-ların ortalarına qədər dəvam edir və burada əsas rollardan birini gözün torlu qişasının artıq həmin dövrdə istifadə edilməsi oynayır. Şəxs olaraq isə ən böyük rolu ilk riyazi alqoritmi işləyib hazırlayan Dr.Con Daqman oynamışdır.



Şəkil 2.6. Gözün qüzehli qişası

Bu bimetrik sistemdə əsas prinsip qarışıq formalı gözün qüzehli qişasının hər insanda fərqli bir formada olmasıdır. Beləki əkizlərin bəzi biometrik xüsusiyyətləri oxşarlıq göstərsədə gözlərinin qüzehli qişası hər zaman fərqlidir lakin bununlada bitmir insanın hər iki gözünün özünə məxsus qüzehli qişası vardır və buda iki gözün bir-birindən sistematik olaraq fərqlənmasi deməkdir. Bu forma bir yaşımıza qədər formalaşar və sonrasında əgər gözə təsir edən bir xəstəlik və ya kənar effekt yoxdursa stabil qalar. Doğrulama prosesi isə digər biometrik sistemlərdə olduğu kimi görüntünün alınması, istifadə edilən alqoritm ilə məlumatın işlənməsi və tanımlamada verilənlər bazamızdaki digər məlumatlar ilə qarşılaşdırılması ilə həyata keçirilir. Bəzi ekspertlərə görə doğrulama prosesi texnologiyanın inkşafı ilə sürətlənərsə gələcəkdə gözün qüzehli qişasının biometrik sistemi ən çox istifadə edilən biomerik doğrulama sistemi ola biləcək potensiala sahibdir.

Əlavə olaraq bu biometrik sistemdən günümüzdə sadəcə doğrulama prosesi üçün deyil analiz vasitəsi kimidə istifadə edirlər. Beləki insan bəzi xüsusi təsir edici maddələr və ya alkoqollu içki qəbul etdikdə onun qüzehli qişasında daralma prosesi gedir əlavə olaraq yalan danışarkən isə gözün qüzehli qişasında genişləmə baş verməsi qeydə alınır buda sorğulama prosesi zamanı təhlükəsizlik işçilərinə qarşısındaki insanın sorğulanmasında köməklik göstərir.

Gözün qüzehli qişasının biometrik sistem olaraq təmini üçün 5 əsas proses vardır.



  1. Yüklə 1,15 Mb.

    Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə