Unec biznes məKTƏBİ


Gözün torlu qişası əsasında fəaliyyət göstərən biometriklər



Yüklə 1,15 Mb.
səhifə21/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   17   18   19   20   21   22   23   24   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

Gözün torlu qişası əsasında fəaliyyət göstərən biometriklər

Gözün torlu qişası göz almasının arxa hissəsində yerləşən sinir sistemini əhatə edir. Gözün torlu qişası bir neçə qatdan və milyonlarla fotoreseptorlar vasitəsi ilə və buradan bir-başa beyinə bağlı olan sinir sistemilə impulslar göndərərək görmə prosesini yerinə yetirir. Bu biolojik xüsusiyyətdən istifadə edilmə səbəbi isə 1930-cu illərin ortalarında Carleton Simon və Isidore Goldstein tərəfindən kəşf edilmiş torlu qişadakı damar sisteminin hər insanda özünə məxsus formada olmasıdır. Sonrakı dövrlərdə əkizlər üzərində aparılan araşdırmalar əsasında torlu qişanın gen vasitəsilə ən aşağı oxşarlıq dərəcəsi ilə keçən xüsusiyyətlərdən biri olduğu təyin edildi. Bu texnologiyadan istidfadə isə çox sonraları Eyedentify şirkəti tərəfindən 1980-ci illərin əvvəllərində ilk prototip ilə istifadəyə verildi. Şirkətin növbəti məhsulu olan EyeDentification 7.5 system isə müasir formada gözün torlu qişası əsasında işləyən biometrik doğrulama sistemlərinin əsasını qoydu.



Şəkil 2.5. Gözün torlu qişasının forması və strukturu

Gözün torlu qişası əsasında işləyən biometrik doğrulama sistemlərində proses ilk olaraq təsvirin əldə edilməsi ilə başlayır. Burada göz optik kameraya təyin edilən müddət ərzinsabit sabit formada baxmalıdır. Bu müddət ərzində infraqırmızı şüa vasitəsilə torlu qişa oxunur, təsvir çıxarılır və rəqəmsallaşdırılır. Sonrasında uyğunlaşdırma prosesi ilə istifadəçi doğrulaması üçün komputer sisteminə köçürülmə baş verir bu proses digər biometrik doğrulama sistemləri ilə oxşar formada aparılır. Son mərhələdə isə gözün torlu qişasının əsas fərqli hissələri seçilərək bir şablon formasında verilənlər bazasına yerləşdirilir.

Bu tip biometrik doğrulama sistemlərindən daha çox yüksək təhlükəsizlik tələb olunan qurumlarda istifadə edilir. Buna səbəb günümüzdə bu texnologiyanın rahat əldə edilə bilməməsidir.

Gözün torlu qişasının müsbət və mənfi tərəflərinə gəldikdə isə, müsbət tərəflərə buradakı məlumatın unikal olması, doğruluq dərəcəsinin yüksəkliyi, kontaktsız formada prosesin aparılması, məlumat bazasında bu biometrik sistemin məlumatlarının saxlanılmasının asan olması (gözün torlu qişasının məlumatları digər biometrik autentifikasiya sistemlərinin məlumatlarına əsasən daha az yer tutur), torlu qişanın daxildə yerləşməsinə görə zərər görməməsi və bu məlumatın rahat oğurlanıb təkrarlana bilməməsini göstərə bilərik. Mənfi tərəflərə sağlamlıq tərəfdən infraqırmızı şüanın zərər vermə ehtimalı, prosesin cihaza çox yaxından aparılması (istifadəçi narahatlığı), eynək və bənzəri əşyalardan istifadəyə icazə verilməməsi və bu sistemlərin çox yüksək qiymətlərə əldə edilməsini göstərə bilərik.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə