Unec biznes məKTƏBİ


Səs əsasında fəaliyyət göstərən biometriklər



Yüklə 1,15 Mb.
səhifə25/56
tarix15.05.2022
ölçüsü1,15 Mb.
#87042
növüXülasə
1   ...   21   22   23   24   25   26   27   28   ...   56
Biometrik məlumatların emalı və saxlanması sistemləri üçün təhlükəsizlik təhdidləri

Səs əsasında fəaliyyət göstərən biometriklər

Bu texnologiya 1970-ci illərdə hazırlanmağa başlanmış və sonrasında Amerika Birləşmiş Ştatlarının hava qüvvələri qurumunda istifadə edilmişdir. Günümüzdə şəxsi kassa sistemlərində geniş istifadə edilir. Səs əsasında işləyən doğrulama sistemləri həm fiziki həmdə davranış əsaslı biometrik doğrulama texnologiyalarına aid edilirlər. Biz bu bölümdə fiziki əsaslı biometrik doğrulama hissəsindən bəhs edəcəyik. Səs tanıma təyin edilmiş bir ifadə və ya mətni müəyyən səs tonu və səs yükəskiliyi əsasında deyilməsi ilə aparılır. Səs, səs telləri vasitəsilə yaranır və burada faktiki səs nümünəsi formalaşır. Proses nəfəs alıb verərkən səs telləri ilə boşluğun məsfəsinin dəyişməsi əsasında gedir. Günümüzdə vokal hazırlıqlarında insanlaaı nəfəs alıb verərək səs tonunu və tembrini idarə etmək öyrədilir. Burada bizim danışıq zamanı səs unikallığımızı qırtlaq, burun, ağız, burun boşluğu, ağız boşluğu, dil və dodaqlarımız forması təyin edir. Doğrulama prosesində istifadəçi öncədən təyin olunmuş və ya olunmamış ifadəni bir və ya bir neçə dəfə səsləndirməlidir. Bu sistemlərdə doğrulama prosesi iki formada aparılır.



  • Mətn əsaslı doğrulama. Burada sistem tərəfindən təyin edilmiş mətn və ya ifadə istifadəçi tərəfindən səsləndirilməlidir. Burada proses sürətli olsada istifadəçinin tam olaraq söz azadlığı olmur və hər istifadəçinin ifadəsi ayri-ayrı verilənlər bazasında saxlanılmalıdır.

  • Mətn əsassız doğrulama. Burada isə öncədən təyin edilmiş mətn və ya ifadə yer almır istifadəçi istənilə ifadədən istifadə etməkdə azaddır. Bu sistem istifadəçi cəhətdən rahat olsada proses nisbətən aşağı sürətdə aparılır.

Burada danışıq forması deyil danışanın səsi doğrulanır. Səbəb isə bu prosesdə fiziki olaraq səsimizə təsir edən orqanlarımızın əsas rol oynamasıdır. Danışıq (nitq) doğrulama davranış əsaslı biometrik sistemlərə aiddir.

Səs əsaslı biometrik doğrulama sistemlərinin mübət və mənfi cəhətlərinə nəzər yetirək. Müsbət tərəfə istifadəçi rahatlığı, texnologiyanın rahat əldə edilib tətbiq edilə bilməsi, iqtisadi cəhətdən yüksək qiymətlərə sahib olmaması göstərilə bilər. Mənfi tərəfə isə səs məlumatlarımızın oğurlana bilməsi, doğrulama prosesinda ətraf mühitdəki səsin təsiri və adətən tək yox digər biometrik doğrulama sistemləri ilə birlikdə istifadə edilməsi göstərilə bilər.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə