Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə101/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   97   98   99   100   101   102   103   104   ...   111

KALIY MOLDOBASANOV (1929-2006)
Bu, müasir Qırğızıstanın musiqi sənətində ən 
parlaq  fiqurlarından  biridir.  K.Moldobasanov  – 
Sosialist Əməyi Qəhrəmanı, qırğız peşəkar musiqi 
sənətinin ilk dirijorlarındandır. K.Moldobasanovun 
SSRİ  Dövlət  Mükafatı  almış  “Ana  düzənliyi” 
balet-oratoriyası  nəinki  Qırğızıstanda,  eləcə 
də  bir  çox  xarici  ölkələrdə  böyük  populyarlıq 
qazanmışdır.  Bəstəkar  təkcə  qırğız  balalarının 
xarakter  və  tinətini  tam  həcmdə  verməmişdir,  o 
ən əsası, məhəbbətin qorxmaz ruhunu və gücünü 
inikas etdirməyə müvəffəq olmuşdur. 
Kalıy–  gələcəkdə  əsil  musiqiçi,  dirijor  və 
bəstəkar  olmağında  başlıca  rol  oynayan  xalq 
artisti  Moldobasan  Müsəlmankulovun  varisidir. 
K.Moldobasanov  musiqiçi  kimi  musiqinin 
gözəlliyini  olmazın  dərəcədə  dəqiqliklə  vermək 
iqtidarındadır.  Dirijor  kimi  sanki  çubuğunun 
yelləməsi  ilə  möcüzələr  yaradan  sehrbazdır.  O, 
millətin mənəvi simasını yaratmaq naminə böyük 
əmək sərf etmiş və indinin özündə də bu amalla 
çalışmaqdadır.  Onun  Qırğızıstan  Respublikasının 
Dövlət  himninin  yaradılmasında  bəstəkar  Nasır 
Davlesovla  həmmüəllif  olması  heç  də  təsadüfi 
deyildir. 
263


ASANXAN CUMAXMATOV (1923-2008)
Asanxan Cumaxmatov Çuy bölgəsinin İssık-Ata 
kəndində anadan olmuşdur. 1926-cı ildə Asanxanın 
üç yaşı olarkən, atasını həbsə almış və bütün əmlakını 
müsadirə etməklə Sibirə sürgünə göndərmiş, anası 
ilə uşağı isə Ukraynaya sürmüşdülər. 8 il Ukraynada 
yaşadıqdan sonra 1938-ci ildə Vətəninə qayıdır və 
təhsil  almaq  üçün  pedaqoji  texnikuma  daxil  olur, 
sonradan orkestrdə işləməyə başlayır. Böyük Vətən 
müharibəsi  illərində  A.Cumaxmatov  Stalinqrad 
cəbhəsində  döyüşür.  Ağır  yaralanmış  və  cəbhəçi 
kimi döyüş mükafatları almışdır: I dərəcəli “Vətən 
müharibəsi”,  “Qırmızı  ulduz”  ordeni.  Müstəqillik 
dövründə  isə  III  dərəcəli  “Manas”  ordeni  ilə 
mükafatlandırılmışdır.
Dirijor A.Cumaxmatovun  əsas  xidmətlərindən 
biri  respublikada  ilk  simfonik  orkestri  təşkil  edib 
yaratmaqla  baş  dirijor  və  bədii  rəhbər  vəzifələrini 
tutaraq kollektivin peşəkarlığını artırmaq və ustalıq 
səviyyəsini yüksək səviyyəyə çatdırmaqdır.
Məhz  qeyri-adi  fitri  istedadı,  yorulmaz 
zəhmətkeşliyi və təşkilatçılıq qabiliyyəti sayəsində 
o,  MDB  ölkələrinin  ən  yaxşı  dirijorları  sırasına 
düşdü.  A.Cumaxmatovun  qırğız  xalq  musiqisinin 
inkişafında  rolu  böyükdür.  Qırğız  bəstəkarlarının 
əvvəllər yalnız komuzda ifa edilən klassik küylərini, 
A.Cumaxmatov milli kolorit və səslənməni saxlamaqla 
orkestr üçün işləyib hazırladı. Hətta əksinə, komuzda 
dinlənilməyə  adət  edilmiş  xalq  küyləri  birdən-birə 
yeni  rənglərlə  və  qüvvə  ilə  səslənməyə  başlandı. 
Bununla yeni orkestr işləmələri yarandı: K.Orozovun 
“İbarət”,  “Terme-kambarkan”,  “Kokoy-kəsdi”si, 
M.Kurenkeyevin  “Şınqırama”,  “Kor  ozan”,  “At 
getdi”si,  Toktoqulun  “Min  xəyal”,  “Çaykama”sı, 
İ.Tumanovun “Jeniş”i, A.Oqonbayevin “Maş Botoy”, 
“Oy, Bülbül”ü.    
A.Cumaxmatovun yaradıcılıq yolunun yarım əsrdən 
çox  müddəti  teatrla  bağlıdır.  Bu  müddət  ərzində  rus, 
qırğız, dünya klassikasından 50-dən çox opera və balet 
səhnələşdirilmişdir. Onun rəhbərliyi altında respublikada 
ilk  dəfə  olaraq,  J.Bizenin  “Karmen”,  P.Çaykovskinin 
“Qaratoxmaq  qadın”,  M.Dorqomıjskinin  “Su  pərisi” 
kimi çox mürəkkəb tamaşalar səhnəyə qoyuldu. Uzun 
illik  yaradıcılıq  fəaliyyəti  dövründə  çoxlu  peşəkar 
musiqiçi-orkestrçininin  təlim-tərbiyəsi  ilə  məşğul 
olmuşdur.  Bu  gün  o,  tam  güc-qüvvəsi  ilə  ictimai 
fəaliyyətini davam etdirir, respublika Musiqi Xadimləri 
İttifaqının  prezidentidir.  A.Cumaxmatov  incəsənətə 
əvəzsiz  xidməti,  istedadı  sayəsində  nəinki  doğma 
Qırğızıstanda,  eləcə  də  onun  hüdudlarından  kənarda 
ümummilli sevgini qazana bilmişdir.
264


TURQUNBAY SADIKOV
Bizim gözəl müasirimiz, görkəmli heykəltəraş, 
yorulmaz  ictimai  xadim  və  sadəcə,  cazibədar, 
həyatsevər, açıq qəlbli insan. Turqunbay Sadıkovu, 
layiqli  olaraq,  Qırğızıstan  heykəltəraşlığının 
özülünü  qoyan  şəxs  hesab  edirlər,  elə  buna  görə 
də, bizim üçün o, qığrız Mikelancelosudur. Bunlar 
heç də gurultu ilə səslənən epitetlər deyil. Bü gün 
bizim  abad,  rahat,  yaşıl  Bişkekimizi  onun  əli  ilə 
yaradılmış arxitektura abidələri olmadan təsəvvür 
etmək qeyri-mümkündür. Onun təkrarsız “Xalqlar 
dostluğu”  Assambleyası,  inqilab  mübarizlərinə 
abidə, Toktoqul, “El kutu” və Səxavətli Manasın 
abidələri  əsrlər  boyu  qalacaqdır.  Onun  möcüzəli 
sənət  əsərlərindən  biri  də  respublikanın 
paytaxtındakı  müstəqillik  obeliskidir.  Bu  şəxsin 
cəsarətinə həsəd aparmaq olar, axı o, bütün qadağa 
və  əngəllərə  baxmayaraq,  heykəllərini  70-80-ci 
illərdə yapmışdır.
Bu gün T.Sadıkov Rəssamlıq Akademiyasının 
rektorudur,  aludəçiliklə  yeni  heykəltəraşlar 
pleyadasının 
təlim-tərbiyəsi 
ilə 
məşğul 
olmaqdadır. Bu təhsil müəssisəsi Mərkəzi Asiyada 
gənc  heykəltəraşların  hazırlanmasında  ən  yaxşı 
ali məktəb hesab edilir. O, qapısı hər kəsin üzünə 
açıq  olan  yaradıcılıq  emalatxanasını  qonaqlarına 
böyük  məmnuniyyətlə  göstərir.  Bütün  Mərkəzi 
Asiyadan onun yanına qonaqlar gəlirlər. T.Sadıkov 
və  ya  sadəcə,  Turqunbay  ağa,  xalq  tərəfindən 
Qırğızıstanın  qəhrəmanı  elan  edilmişdir  və  biz 
qırğızıstanlılar üçün ən hörmətli ağsaqqaldır. 
265


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə