Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə100/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   96   97   98   99   100   101   102   103   ...   111

ilə  çəkir  –  bütün  üstünlükləri  və  naqislikləri, 
təmənnasızlığı  və  xəsisliyi,  ədaləti  və  eqoizmi, 
amansızlığı  və  paxıllığı,  cəhaləti  və  sevgisi  ilə 
bahəm. 
O, universal həyat qanunları qoymur. Onun hər 
qəhrəmanı həyat yolunu, həyat kredosunu özü tapır. 
Aytmatov  bizə  hansı  yol  ilə  getməyimizə  seçim 
qoyur. Öz tövbəsi ilə bizə, sadəcə, sevməyi öyrədir. 
Öz yaxınını, öz dilini, öz təbiətini və öz Vətənini 
sevməyi.  Həmçinin  bizdə  şəxsi  heysiyyət  hissi 
oyadır.  Axı  yalnız  mənəviyyatın  böyük  yaradıcı 
qüvvəyə malik enerjisi vardır. 
Hər  xalq,  hər  sivilizasiya  yalnız  o  zaman 
mövcud  olur  ki,  o  öz  orijinallığını  və  eyniliyini 
saxlasın.
Vətəni və onun tarixini qorumaq lazımdır, əks 
halda, Vətənsiz insan “manqurt”dan başqa bir şey 
deyildir. 
Çingiz Aytmatov qırğızların mənəvi xəyallarını 
açır.  Həmçinin  onların  məhəbbət,  xeyirxahlıq  və 
mərhəmət  naminə  insan  nəslinin  saxlanılması 
fəlsəfəsini  açır.  Taleyin  istehzası  ondadır  ki, 
Aytmatovun əsərlərini dünyada ən çox Almaniyada 
oxuyurlar.  Halbuki  müharibə  zamanı  almanların 
özləri işğalçı tərəf idilər, biz isə onlardan müdafiə 
olunurduq. 
Qırğız  oxucularına  Aytmatovun  erkən 
yaradıclığı  –  “Cəmilə”,  “İlk  müəllim”,  “Ana 
düzəngahı”, “Üzbəüz”, “Gün var, əsrə bərabər” –  
bir qədər sonrakı dövrünə aid “Kassandra damğası” 
və  “Əbədi  gəlin”  intellektual  romanlarından 
daha yaxındır. Bu, kənddən çıxanlar üçün yabanı 
bitkinin rahiyəsinin asfaltın yanında bitmiş güllərin 
ətrindən daha xoş olmasına bənzəyir.
5.  Məhəbbət  və  azadlığı  qorumaq,  onlarsız 
insan  dünyası  tam  dolğun  ola  bilməz.  İnsan  həm 
intellektual, həm də vətəndaş kimi azad olmalıdır. 
Azadlıq  gözəl  olduğu  qədər  də  təhlükəlidir. 
Azadlıq olmayanda onu tələb edirlər, o olanda isə 
təhrif edirlər. Real azadlıq olmadan nə mənəvi, nə 
də siyasi suverenlik mümkün deyil. 
Aytmatov bu barədə o qədər də açıq danışmır. 
O, sadəcə, yönəldib bu fikrə gətirir və biz oxucuları 
nəticələr  çıxarmağa  məcbur  edir.  İnsanları  ilk 
növbədə  əvvəldən  xislətinə  qoyulmuş  mənəvi 
dəyər  və  prinsiplər  –  qeyrət,  xeyirxahlıq  və 
düzlük  birləşdirir.  Bu  gün  keçmiş  İttifaqın  bütün 
ölkələrində  mənəvi  istinadgahların  faciəvi  təhrifi 
gedir.  Və  biz  bilmirik  ki,  dünyada  yeni  mənəvi 
qayda-qanun  necə  olacaqdır.  Maddi  nizam  üçün 
dəyərlər vardır. Bunlar, əlbəttə ki, pul, mülkiyyət, 
yüksək  sosial  statusdur.  Eləcə  də  digər  mənəvi 
dəyərlər  də  vardır  ki,  həyatın  əxlaqi  düzümünü, 
insan münasibətlərini, millətin ideya və ideallarını 
müəyyən edir. 
Bu  gün  Aytmatovun  əsərləri  ölkənin  mədəni 
brendinə  çevrilmişdir.  Hərgah  kimsə  qırğızların 
xisləti, qayəsi, tinəti barədə mütaliə etmək istəyirsə, 
o,  Aytmatovun  əsərlərini  oxumalıdır.  Hərgah 
kimsə qırğızların fəlsəfəsini öyrənmək istəyirsə, o, 
Aytmatovun yaradıcılığını tədqiq etməlidir. Hərhag 
kimisə  qırğız  xalqının  ruhu  maraqlandırırsa,  o 
məkana Aytmatovun kitabları vasitəsi ilə daxil ola 
bilər.
   Sosializmin çökməsindən və Sovet İttifaqının 
dağılmasından  sonra  ölkənin  bir  çox  kitablarına 
tələbat yox oldu, belə ki, onlar ideologiya qayda-
qanunları ilə yazılmışdı. Amma Aytmatova bu gün 
əvvəlkindən çox tələbat vardır. Deməli, Aytmatov 
triumfu davam edir. 
6. 
Ç.Aytmatov 
mədəniyyətlərin 
və 
sivilizasiyaların dialoqu haqqında hələ 80-ci illərin 
ortasında düşünürdü. Məhz bu məqsədlə o, dünyanın 
görkəmli mədəniyyət və intellektuallarının iştirakı 
ilə “İssık-Kul forumu”nun keçirilməsi təşəbbüsünü 
irəli  sürmüşdü.  Dünyadakı  qlobal  proseslər 
dialektik şəkildə özünün müqəddəratının həlli ilə, 
milli özünüdərklə bağlıdır.
“Bu  diyardakı  qatarlar  şərqdən  qərbə  və 
qərbdən şərqə doğru gedir...”.
Bu sözlər Aytmatovun “Gün var, əsrə bərabər” 
romanında leytmotiv kimi təkrarlanır.
Qoy  heç  zaman  həyat  karvanı  dayanmasın 
və  həm  Aytmatovun  yaradıcılığındakı,  həm  də 
ölkəmizdəki  qatarlar  qərbdən  şərqə  və  şərqdən 
qərbə doğru hərəkətdə olsunlar. 
Aytmatov – yaradıcı və birləşdirici idi. Onun 
dünyanın  bütün  guşələrində  yaşayan    oxucuları 
irqindən,  yaxud  dinindən  asılı  olmayaraq  qürurla 
deyə  bilərlər:  “Mənim  Çingizim”.  Axı  hər  kəs 
“Mənim  Çingizxanım”  deyə  bilməz.  Bu  mənada 
mədəniyyətin siyasətdən fərqi ondadır ki, ikincisi 
– dağıdan yerdə, birincisi – yaradır. 
Görkəmli  şəxslərdən  biri  söyləmişdir  ki, 
hərgah  hansısa  xalq  ümumdünya  xəzinəsinə 
öz  payını  verməmişdirsə,  o,  mövcudiyyətini 
doğrultmamışdır. Bu mənada bəxtimiz gətirmişdir. 
Birincisi, “Manas” eposu ilə. İkincisi, Ç.Aytmatov 
ilə. 
Böyük  yazıçı  haqqında  xatirələri  qəlbimizdə 
saxlayırıq,  onun  humanist  ideyaları  bizim 
həyatımızda bundan sonra da həyata keçəcəkdir. 
Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  2008-ci  il  
yazıçının  80 illik yubileyi ilə əlaqədar Qırğızıstanda 
“Çıngiz  Aytmatov”  ili  elan  olunmuşdu. 
Dünyaşöhrətli yazıçının birinci və axırıncı yubiley 
mərasimi  türkdilli  dövlətlərin  siyasətinə  dəstək 
fondunun  təşəbbüsü  ilə  Bakıda  keçirilmişdir. 
Bakıda  keçirilən  yubiley  mərasimi  çərçivəsində 
Azərbaycan  Respublikasının  prezidenti  İlham 
Əliyev  Çingiz  Aytmatovu  qəbul  etmiş,  onu  №1 
“Dostluq” ordeni ilə təltif etmişdir.
261


TURDAKUN USUBƏLIYEV
T.Usubəlyev  Narın  vilayətinin  Koçkor  rayonunun  Koçkor 
kəndində  anadan  olmuşdur.  1941-ci  ildə  Qırğızıstan  Dövlət 
Pedaqoji  İnstitutunu  bitirmişdir.  SovİKP-nın  üzvüdür  (1941). 
1945-ci ildə Sov.İPK MK nəzdində Ali Partiya Məktəbini, 1965-
ci  ildə  Moskva  Dövlət  Pedaqoji  İnstitutunu  bitirmişdir.  1941-ci 
ildən  orta  məktəbdə  müəllimdir.  1943-cü  ildən  partiya  işində 
çalışmışdır  –  rayon  partiya  komitəsi  şöbə  müdirinin  müavini, 
Qırğızıstan  Kommunist  Partıyası  MK-nin  təlimatçısı,  Sov.İKP 
MK aparatının məsul işçisi, “Советтик Кыргызстан” respublika 
qəzetinin redaktoru, Qırğızıstan KP MK-nın şöbə müdiri, Frunze 
şəhər  partiya  komitəsinin  birinci  katibi,  Qırğızıstan  KP  MK-nın 
birinci  katibi.  28  yaşında  SSRİ Ali  Soveti  və  Qırğızıstan  SSR-
in,  1995-ci  ildən  Qırğızıstan  Respublikası  Joqorku  Keneş  Xalq 
Nümayəndələri Yığıncağının deputatıdır. 2000-ci ildə Qırğızıstan 
Respublikası Joqorku Keneş Qanunvericilik Yiğıncağının deputatı 
seçilmişdir.
T.Usubəlyev  əsrin  bir  rübünü  Qırğızıstan  SSR-in  partiya 
rəhbərliyində birinci şəxs olmuşdur. O – siyasi-yaradıcıdır. Məhz 
onun sayəsində respublikamızın paytaxtının simasının dəyişdirildi. 
Paytaxtda  ən  böyük  layihələr  həyata  keçirildi:  “Manas”  hava 
limanı, Dövlət Filarmoniyası, Hökumət Evi, “Ayçörək MUM”u, 
MEA-nın  binası  inşa  edildi,  mikrorayonlar  genişləndi,  İdman 
Sarayı, Zabitlər Evi, Toktoqul SES-i və digər energetika obyektləri, 
çoxsaylı  zavod  və  fabriklər  inşa  olundu,  kitabxanalar,  teatrlar, 
muzeylər  tikildi,  ölkədə  elmi  həyat  qaynadı.  İqtisadi  və  mədəni 
həyatdakı  bütün  uğurlar  onun  əməyinin  bəhrəsidir.  Öz  vaxtında 
bu şəxsin paxıllığını çəkənləri də, düşmənləri də çox idi. Lakin 
o  həmişə  insanlığını  itirməməsini,  öz  işinə  sadiq  qalmasını,  öz 
torpağına sədaqətli oğul olduğunu əməlində sübut edirdi. Bu gün, 
Usubəliyev  Joqorku  Keneş  Qanunverici  Yığıncağının  deputatı 
qismində,  yenə  də  əllərini  yanına  salaraq  işsiz  dayanmamışdır  – 
onun  təşəbbüsü  ilə  dəmiryol  xəttinin    Balıkçı-Qarakeçə  qolunun 
tikintisi başlanılmışdır, onun aktiv iştirakı ilə rus dilinə rəsmi status 
verilmişdir,  Joqorku  Keneş  Qanunverici  Yığıncağının  iclaslarının 
birində  isə  Turdakunun  tərəfindən  ən  “ağrılı”  mövzu  –  toksik  və 
radioaktiv tullantıların basdırılması barədə məsələ qaldırılmışdı.  
T.Usubəlyev  Qırğızıstanın  Xalq  qəhrəmanı  (“Ağ  Şumkar” 
ordeni) adı almış ilk siyasi xadimdir.
Frunze haqqında söhbət ayrıcadır. O həqiqətən də paytaxt şəhəri 
idi – təmiz, yaşıl, səliqə-sahmanlı. Üzərində ziyalı, proqressiv fikir, 
nikbinlik qanadlanan ruhlu şəhər. “Usubəliyev” Frunzesi – o zaman 
burada yaşamış insanların çoxunun nostalji hissləri ilə yaşadığı böyük 
bir epoxadır.
Üstəlik,  Turdakun  Usubəliyeviçin  rəhbərliyi  dövründə 
Qırğızıstanın  səviyyəsi  ildən  ilə,  beşillikdən  beşilliyə  öz  sosial-
iqtisadi və mədəni inkişafında, əhalisinin həyat səviyyəsində yuxarı 
qalxmaqda idi.  
Respublikada  yaşayan  bütün  millətlərin  nümayəndələrinin 
arasında  dostluq  günü-gündən  möhkəmlənirdi.  Hər  yerdə, 
qırğızıstanlılar arasında dostluq və qarşılıqlı anlaşma ab-havası hökm 
sürürdü. 
Bütün bunlara məqsədyönlü ideya-tərbiyəvi işlərlə nail olunurdu. 
Və bütün bunların əsasını kadrların hazırlanması, yerləşdirilməsi və 
tərbiyəsinin dərin düşünülmüş sistemi təşkil edirdi. Bu işdə meyar 
kimi,  bir  qayda  olaraq,  yalnız  işgüzar  keyfiyyətlər,  biliklə  birgə 
peşəkarlıq, iş təcrübəsi və düzgünlük götürülürdü.
Onun  memuarları  nəşr  edilmişdir,  güman  ki,  həmin  yazılar 
ölkənin tarixi üzrə dərsliklərə çevriləcəklər. Xadimin həm ölkənin, 
həm də Mərkəzi Asiyanın regionu iqtisadiyyatının inkişafı üzrə işi 
yazılmış və işıq üzü görmüşdür.
262


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə