Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə103/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   99   100   101   102   103   104   105   106   ...   111

qarşılıqlı əlaqə vardır. Hər xalqın dünyagörüşünün 
və inkişaf yolunun müəyyənləşdirilməsində təbiət 
və torpaq nəhəng rol oynayır. 
Bu  yolun  uğurlu,  soyuqda  –  isti,  istidə  isə 
sərin və əbədi gözəllik verməyindən ötrü biz sizlə 
birgə yorulmadan möcüzə-təbiətimizi qorumalıyıq. 
Təbiətlə harmoniya və tenqriantlığın ideyalarında 
qoyulan  ali  mənəvi  ideallar  qırğızlar  üçün  əsil 
dəyər  hesab  edilir.  Bizim  millətdə  tengriantlığa 
səcdə  güclüdür:  ay,  günəş,  dağ  və  suya  sitayiş. 
Görünür, tenqriantlığın sadə xalq arasında tərəfdar 
tapması təsadüfi deyildir, hərçənd, artıq neçə əsrdir 
ki,  qabarıq  nəzərə  çarpmadan,  mülayim  surətdə 
islamın sünni təriqəti torpağımızda kök salmışdır. 
Qırğızıstanın  dağları  –  tükənməyən  həyat 
enerjisi,  eyni  zamanda  da  təbiət  gözəlliklərinin 
xəzinəsidir!  Bu  gün  ana-təbiət  ümumbəşəri 
səviyyədə  ciddi  ekoloji  böhran  yaşayır:  insanlar 
zəhərli hava ilə nəfəs alır, zərərli su içir və heç də 
təmiz  olmayan  ərzaqlarla  qidalanır.  Radiasiyadan 
və kimyəvi məhsullardan otlar, meşələr, çaylar və 
canlı aləm məhv olur. Şükür Allaha, bizi belə fəlakət 
gözləmir.  Amma  eyni  zamanda  biz  ölkəmüzə 
uyğun  “Ekoloji  kodeks”  hazırlamalıyıq.  Ətraf 
mühitin  qorunması  bütün  cəmiyyətin  sağlamlığı 
üçün  həyat  əhəmiyyətli  mühüm  aspektlərdəndir. 
Mən əcdadlarımızın özünəməxsus formada təbiətə 
səcdəsində  təzahür  edən  çoxəsrlik  müdrikliyə 
təəccüblənməkdən usanmıram. Qədimdə qırğızların 
dünyagörüşündə  hər  heyvanın  özünün  qoruyucu 
mələyi – ruhu vardı. Hər məkanın bulağının özünün 
sahibi vardı. Onlara zirvələr, dərələr və aşırımların 
ruhları  da  aid  idi.  İnsan  həyatının  mahiyyəti 
yalnız təbiətlə bağlı idi. Əcdadlar belə deyərdilər: 
“Ayaqlar  yerdə  (dayaq  kimi),  baş  isə  səmaya 
(yüksəliş  kimi),  onların  arasında  insan  oğulları 
doğular”. Beləliklə, əcdadlarımız dərk edirdilər ki, 
insanlar  yalnız  və  yalnız  bu  təbiətin  övladlarıdır 
və bu səbəbdən də təbiətə yüksək dərəcədə səcdə 
edirdilər.  Elə  onun  sayəsində  də  turizmi  yüksək 
gəlirli və ekoloji cəhətdən təmiz sahə kimi inkişaf 
etdirə bilərik. Qırğızıstan turizmi inkişaf etdirməklə 
indiki yüzilliyin dünya iqtisadiyyatına qoşula bilər. 
Mədəni  dəyərləri  və  milli  xüsusiyyətləri  güclü 
kənar  təsirlərə  məruz  qoymağa  gətirib  çıxaran 
XXI  əsrin  qloballaşma  dövründə,  bəşəriyyət  bir-
Matayev J. “Günorta” 2007-ci il, kətan, yağlı boya, 80 x 110
271


birinə  zidd  mürəkkəb  xarakterlərlə  zəngin  böyük 
dəyişikliklərin  şahidi  olacaqdır.  Vəzifə  ondan 
ibarətdir  ki,  özünün  mədəni  və  tarixi  dəyərlərini, 
milli  qürurunu  və  xalqın  ruhunu  qorumaqla,  bu 
potensialı  yeni  texnoloji  əsasla  turizmin,  yerli 
sənayenin  inkişafı  üçün  istifadə  etmək  olar. 
Bizim  bugünkü  vəzifəmiz:  ötən  illərin  məhsulu 
olan  təhlükəli  radiasiya  “qəbristanlıqlar”ının 
etibarlı və keyfiyyətli basdırılması – bu zonaların 
reabilitasiyasını  həyata  keçirmək  və  təbii  ekoloji 
parklar  yaratmaq.    Biz  torpaqdan  bütünlüklə 
istifadə  etmək  ixtiyarındayıq,  amma  hər  şeyin 
həddi  vardır.  Təkcə  götürmək  deyil,  verməyi  də 
bacarmaq lazımdır, bu isə o deməkdir ki, torpağı və 
onun zəngin mənbələrini qorumaq gərəkdir. Bizim 
üzərimizə böyük vəzifə düşür – təbii ehtiyatlardan 
qənaətlə istifadə etmək, eyni zamanda da torpağı, 
ələlxüsus  da  gözəllər  gözəli  təbiəti  onun  ilkin, 
bakirə  görkəmində  qorumağı  bacarmaq.  Canlı 
təbiət – bizim həmişə yaşayacağımız məkandır.
Qırğızıstanın  əvəzsiz  dəyərlərindən  biri  də 
sudur.  Təbii  yolla  ehtiyatları  daima  dolan  şəffaf 
buzlaq  suyu  –  gələcəyin  qızılıdır.  Böyük  İpək 
yolunun  bir  hissəsi  kimi  qırğız  yolu  haradan 
keçirsə  keçsin,  onu  həmişə  çaylar  müşayiət 
etmişdir. Əsas yol bizim başlıca su arteriyalarımız 
Çuy,  Talas  və  Narın  çayları  boyu  keçmişdir.  Su 
harada qurtarırdısa, orada həyat da bitirdi. Bu gün 
də,  qədimdə  olduğu  kimi,  təsdiqləmək  olar:  su 
yoxdursa, həyat da yoxdur.
Suyumuz  bizə  işıq  və  istilik  verən  tükənməz 
enerjiyə  çevrilir.  Müasir  dövrdə  suvarma  və 
su  təchizatının  bərpa  layihələri,  xüsusilə  də 
respublikanın  kənd  rayonlarında  əhalinin  təmiz 
içməli  su  ilə  təmin  olunması  üzrə  işlər  həyata 
keçirilir. Axı təmiz hava, təmiz buzlaq, təmiz su olan 
torpaqda məişətdə çirkli suyun işlədilməsi, sadəcə, 
yolverilməzdir. Axı su dövləti adlandırılan ölkədə 
otlar  qurumamalı  və  ağaclaq  az  su  ucbatından 
məhv olmamalıdır – bu, bağışlanmazdır.
Köçəri 
əcdadlarımızın 
yolu 
həmişə 
maraqlı,  mürəkkəb,  keşməkeşli  və  qeyri-adi 
olmuşdur.  Maraqlısı  budur  ki,  bütün  uzun  yol 
boyu  xəstələnməmək  və  aclıq  çəkməmək  üçün 
əcdadlarımız  özləri  ilə  “jolazık”  –  yol  azuqəsi 
götürərdilər.  Möcüzəli  “qulazık”,  daha  doğrusu, 
at  ətindən  “gül  yenəyi”ni  hazırlayırdılar.  Bu  ət 
uzun  müddətə  kifayət  edərdi,  xarab  olmurdu  və 
daşımaq  da  çətin  deyildi.  Bizim  üçün  isə  bu  gün 
“gül yeməyi” – bilikdir. Qabaqlar nahaq demirdilər 
ki: “Oxumaq – bilik mənbəyidir. Bilik – xoşbəxtlik 
mənbəyidir”.  Axı  bu  həqəqətən  də  belədir,  bilik 
zəifi  –    güclü,  güclünü  –  ağıllı,  ağıllını  –  özünə 
arxayın  edir.  Yalnız  dolu  bilik  yükü  ilə  biz  öz 
həyat  yolumuzu  yüngülləşdirə  bilərik.  Beləliklə, 
yalnız  və  yalnız  bilik  bizə  əvəzedilməz  və  bitib-
tükənməz  yol  ehtiyatı  ola  bilər.  Bizdə  yüksək 
intellektual potensiallı ali təhsillilər bazası var. Bu, 
xalqın böyük fəxridir. Hələ 1906-cı ildə «Вестник 
просвещения»  (“Təhsil  xəbərləri”)  jurnalında 
yazılmışdı ki, qırğızların arasında bisavadlığı aradan 
qaldırmaq üçün ən azı 400 il lazımdır. Lakin artıq 
XX əsrin 80-ci illərində bizdə cahanşümul alimlər 
yarandı, qırğızların 93%-dən çoxu isə sərbəst oxuya 
və yaza bilirdi. Biz əlimizdə olan dəyərli təhsil və 
mənəvi kapitalı çox şaxələr üzrə inkişaf etdirmək 
və bundan sonra daha da irəlilətmək üçün yeni və 
daha münasib şərait yaratmalıyıq.
Dövlətimiz  böyüyəcək  və  inkişaf  edəcək, 
uşaqlarımız,  nəvələrimiz,  nəticələrimiz  onunla 
birlikdə  böyüyəcəklər.  Tərəfimizdən  başlanılmış 
yolu  onlar  davam  etdirməlidirlər.  Ümidvarıq 
ki,  yeni  nəsil  məsuliyyətli,  təhsilli  və  sağlam, 
müasir  texnologiyaya  uyğun  şəraitdə,  lakin 
əcdadlarının  ənənələrini  unutmamaq  şərti  ilə 
işləməyə  hazır  və  ən  əsası  —  sakit,  çiçəklənən 
ölkələrinin  vətənpərvərləri  olacaqlar.  Bizim 
uşaqlarımız  bizdən  yaxşı  yaşamalıdırlar,  bax,  elə 
onda  da  cəhdlərimizin  boşa  çıxmadığına  əmin 
olacağıq. Manasın ruhunun yeni innovasiyalar və 
təhsil  ilə  uyğunlaşması  qırğız  minillik  tarixini  və 
xalqın  mənəviyyatını  müasirliyə  yazmağa  imkan 
verəcək.    Mənəvi  dəyərlər  və  ideyalar  olmadan 
yeni  yol  qurmaq  olmaz.  Mənəviyyata  və  əxlaqa 
istinadgahsız,  iqtisadiyyatda  inkişafa  nail  olmaq 
olmaz. Mənəviyyat – ümumi həmrəylik hisslərini 
açan, bir insanın başqası, başqa tayfa və millətlərin 
nəsilləri  ilə  birləşməsini  əmələ  gətirən  qırğızlar 
üçün  möhkəmləndirmə  ideyası  idi.  Bu  halda 
başqalarının  marağı  hesabına  öz  maraqlarına  can 
atma  qəti  şəkildə  inkar  edilirdi.  Məhz  mənəvi 
vasitələrlə  qırğız  xalqı  digər  xalqlarla  ünsiyyətdə 
olaraq zənginləşmiş  və interqrasiya etmişdir.
Yolun səmtini müəyyənləşdirmək və mümkün 
dayanacaqları seçmək üçün müdrik başçı lazım idi. 
Və buna görə də ataların yolunu ləyaqətlə getmək 
üçün ən ədalətli və genişqəlbli, ən qoçaq və qeyrətli 
adam seçilərdi. Başçı bütün məsələləri onu seçmiş 
xalqın  maraqları  naminə  həll  edərdi.  Belə  şəxsi 
eşidər və hörmət edərdilər. Dostları çox ola bilərdi, 
amma ona heç kəs tay olmamalı idi. O hiddətlənə 
bilərdi,  amma  qisasçı  olmamalı  idi.  Bütün  xalqı 
arxasınca  aparmaq  üçün  millətin  beyni  və  ürəyi, 
qılıncı  və  qalxanı  olmalı  idi.  Onun  üçün  xalqın 
hakimiyyətə  inamı  və  fikri  əsasdır.  Başçının  əsas 
vəzifəsi – bütün vətəndaşların birləşdirilməsinə və 
ümumi məqsədə çatmağa cəhd olmalıdır.  
Dövlətçilik  yaranana  qədər  qırğızlar  yığcam 
272


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə