Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə109/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   103   104   105   106   107   108   109   110   111

Söz azadlığı dövlət müstəqilliyi və suverenitet, ictimai rəydə inhisarçılığın dağıdılması 
və bu rəyin ideologiyadan kənarlaşdırılması uğrunda mübarizədən doğub vüsət tapmışdır. 
Bu yolda mühüm addım mətbuatın senzurasına qadağa qoyan “Kütləvi informasiyalar 
vasitəsi haqqında Qanun” oldu.   
Təhsil
Təhsilin və elmin islahatı dövlətin birinci dərəcəli vəzifələrindəndir. Bu istoqamətdə 
atılan ilk addım “Təhsil haqqında qanun”un konsepsiyasının yaradılması və qəbuludur. 
Respublikada çoxpilləli təhsil sistemi yaradılmışdır. Respublikada 44 dövlət və özəl ali 
məktəblərdə  100-dən  artıq  ixtisas  üzrə  mütəxəssislərin  hazırlanması  gerçəkləşdirilir. 
Baza ali təhsili, 13 ixtisas, 16 magistr hazırlanması standartları üzrə 10 istiqamətdə dövlət 
təhsil  standartı  işlənib  tətbiq  olunmuşdur.  Bir  çox  qırğızıstanlılar  ali  təhsili  Rusiyada, 
ABŞ-da, Türkiyədə, Çində, Almaniyada, Fransada və Yaponiyada təhsil alırlar. Yalnız 
“XXI əsrin kadrları” proqramı üzrə xaricdə 2 mindən artıq gənc oxuyur.  
Ölkə fəxr edə bilər ki, müstəqillik illərində yeni təhsil ocaqları açılmışdır: Qırğız-
Rusiya  (Slavyan)  Universiteti,  Qırğızıstanda  Amerika  unversiteti,  Qırğız-Türkiyə 
universiteti,  Qırğız-Özbək  Universiteti.  Prezident  tərəfindən  bu  işə  böyük  yardım 
göstərilir – istedadlı uşaqlar və aztəminatlı ailələrin övladları üçün “Jetkinçek” təqaüdü, 
habelə əlaçı-tələbələr üçün “Umut” təqaüdü təsis olunmuşdur.  
Mədəniyyət  
Son  yarım  əsr  ərzində  Qırğızıstan  xalqı  təhsil  və  mədəniyyətin  inkişafında  misli 
görünməmiş  yüksəkliklərə  çatmış,  dünya  mədəniyyətinin  nailiyyətlərinə  qoşulmuşdur. 
Radikal sosial-iqtisadi dəyişikliklərin dövründə mədəniyyət  sahəsində dövlət siyasətinin 
əsas  vəzifəsi  Qırğızıstan  xalqlarının  zəngin  mədəni  irsinin  qorunub  saxlanması, 
respublikanın mədəni həyatının əvvəllər yaradılmış institutlar sisteminin təşəkkülüdür. 
Gənc  istedadlara  dayaq  üçün  prezident  təqaüdü  “Prelüd”  təsis  olunmuşdur.  Bir  çox 
təqaüdçülər bu gün Rusiyanın və İtaliyanın ən yaxşı mədəni mərkəzlərində təhsil alırlar. 
Qırğızıstanda 14 dövlət teatrı, 3 filarmoniya, 2 ali, 8 orta ixtisas və 84 uşaq musiqi 
müəssisələri, 1 024 kitabxana, 32 muzey, 8 mədəniyyət parkı, xalq yaradıcılığı mərkəzi, 
sirk və 515 klub müəssisəsi fəaliyyətdədir.   
Səhiyyə
Respublikada, özündə xəstəxanaları, poliklinikaları, tibbi mərkəzlərini, feldşer-mama 
məntəqələrini və ambulator müəssisələri ehtiva edən inkişaf etmiş təbabət müəssisələri 
sistemi  mövcuddur.  İxtisaslaşdırılmış  tibb  müəssisələri  və  tibb-tədqiqat  institutları 
fəaliyyət göstərir. Həkimlərin sayı 14 251 nəfər, orta  tibbi heyət 37 568 nəfər təşkil edir. 
Bəzi alim-həkimlərin və çalışan həkimlərin adları Qırğızıstanın hüdudlarından uzaqda 
tanınır.  Qırğızıstan  Respublikası  2000-ci  ilə  qədər  əhalinin  sağlamlığının  qorunması 
vəzifələrini işləyərək onun əsasında “Sağlam millət” dövlət proqramını təsdiqləmişdir. 
Qırğızıstan Respublikasının orta ömür həddi 67,9 ildir. 
Tam sürətlə 1996-2006-cı illər “Manas” Milli proqramının gerçəkləşdirilməsi gedir. 
Bu proqram Qırğızıstan Respublikası Səhiyyə Nazirliyi tərəfindən PROON, Ümumdünya 
Sağlamlıq Təşkilatı,  DANİDA  və  Ümumdünya  Bankının  köməyi  və  məsləhətçilərinin 
yardımı ilə işlənib hazırlanmışdır. 
Din
Qırğızıstanda etiqad, mənəvi və kult inancları azaddır və bu, konstitusion qanunla 
möhkəm  təmin  olunmuşdur.  Hal-hazırda  1  200  məscid,  40  məbəd,  protestant  məsihi 
283


istiqamətində 150-dən artıq dua evi fəaliyyət göstərir. Yalnız son 5 il ərzində onlarla dini 
təhsil müəssisələri, o cümlədən Bişkek və Tokmak şəhərlərində islam institutları, Bibliya 
kolleci “İpək yolu”, Oş Dövlət Universitetində teoloji fakültə və onlarla orta islam təhsili 
mədrəsələri açılmışdır. Yüzlərlə gənc oğlan və qız Misirin, Saudiyyə Ərəbistanının və 
digər ölkələrin dini mərkəzlərində təhsil alır.  
Elm
Qırğızıstan Respublikası Milli Elmi Akademiyasında 1 810 işçi çalışır. Onlardan 855 
nəfər elmi işçi, o cümlədən, 154 elmlər doktoru və 309 elmlər namizədidir. QR MEA 
üzvlərinin arasında 40 akademik, 54 müxbir üzv var.   
2008-ci ildə QR MEA-nın elmi müəssisələri 53 layihə üzrə elmi tədqiqatlar aparmışlar 
ki, bunların maliyyələşdidirlməsinə büdcədən 120, 842 mln som ayrılmışdır. Beynəlxalq 
elmi fondların 1, 035 mln ABŞ dollar məbləğində 71 qrantı üzrə elmi axtarışlar aparılmışdır. 
2008-ci ildə QR MEA alimləri tərəfindən 1 090 elmi iş, o cümlədən, 795 məqalə, 
178  tezis  məruzə,  44  monoqrafiya,  34  dərslik  və  dərs  vəsaiti  nəşr  olunmuşdur.  16 
rəqabətqabiliyətli  texniki  məsələ  patentləşdirilmiş,  10  ixtiraya  ərizə  qəbul  olunmuş, 
patentlərin təqdimatına 2 müsbət rəy alınmışdır.
2008-ci ildə “İlim” nəşriyyatı tərəfindən 33 adlı ümumi 551 çap vərəq həcmli elmi 
ədəbiyyatı  dərc  olunmuşdur  ki,  onlardan  71%  akademik  müəssisələrin  nəşrləridir. 
QR MEA-nın 269 əməkdaşı – onlardan 82 elmlər doktoru və 135 elmlər namizədi ali 
məktəblərdə mühazirə oxumuş və təcrübi dərslər aparmışlar. 
2008-ci  ildə  QR  MEA-nın  aspiranturasında  205  nəfər  təhsil  almışdır  ki,  onlardan 
59-u əyani, 146-sı qiyabi oxumuşlar. 89 (onlardan 68 nəfər ali məktəblər üçün) elmlər 
namizədi və 20 (onlardan 17 nəfəri ali məktəblər üçün) hazırlanmışdır. 23 beynəlxalq 
iştiraklı konfrans və seminar keçirilmişdir. Şöbələrin institutlarına 21 ölkədən 138 əcnəbi 
alim baş çəkmişdir. Yaxın və uzaq xaricdə elmi-tədqiqat müəssisələri ilə elmi əməkdaşlıq 
barədə  20  müqavilə  bağlanmışdır.  Mərkəzi  Milli  Kitabxananın  fonduna  5  533  nüsxə 
ədəbiyyat daxil olmuşdur ki, onlardan 1 828 ədədi xarici dildədir. Dünyanın 15 ölkəsində 
35 təşkilatla kitab mübadiləsi aparılmışdır ki, bu işin nəticəsində 93 kitab və 2 024 dərgi 
alınmışdır. 
İdman 
2000-ci ilin ən mühüm idman hadisəsi Qırğızıstan Respublikasının idmançılarının 
Sidney  XXVII  Olimpiya  oyunlarında  iştirakı  olmuşdur.  Milli  yığma  komandanın 
284


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə