Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə104/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   100   101   102   103   104   105   106   107   ...   111

şəkildə  yaşamış  və  öz  icmalarına  görə  böyük 
məsuliyyət daşıymışlar. Bu, gələcəkdə güclü yerli 
özünüidarəli  vətəndaş  cəmiyyətinin  quruluşu 
üçün yaxşı bazadır. Bu planda yerli özünüidarənin 
başçısı  böyük  məsuliyyət  daşıyır,  buna  görə  də 
problemləri yerindəcə həll etmək üçün onlara daha 
çox  səlahiyyət  verilməsi  zərurəti  yaranır.  Amma 
eyni  zamanda  onlar  dövlət  hökuməti  ilə  tərəfdaş 
kimi  çalışmalıdırlar.  Güclü  yerli  özünüidarə 
gələcəkdə    dövlətçiliyin  möhkəmləndirilməsi 
üçün  əsas  institut  ola  bilər.  Güclü  başçı,  güclü 
yerli  özünüidarə,  güclü  dövlət  hakimiyyəti  – 
güclü  dövlətçiliyin  əsasıdır.  Ritual  dualar  zamanı 
Altay və Yenisey köçəriləri öz uluslarının (millət) 
ömürlərinin uzanmasının qayğısına qalardılar:
Bu, düzülmüş yurtalar, — 
Qoy sakit dursunlar! 
Qoy yurtamın insanları — 
Lap rahat olsunlar. 
Sənə boyun əyənlər
Qoy yaxşı yaşasınlar!
Bu uşaqlar rahat,
Dinməz yaşasınlar!
Hərgah istəyiriksə ki, bizə hörmət edilsin, ilk 
növbədə özümüz özümüzə və seçdiyimiz rəhbərə 
hörmət etməliyik.  
Əcdadlarımız  təmizliyi  çox  sevərmişlər.  Axı 
onlar saf təbiətdə doğulmuş, təmiz su içmiş, təmiz 
hava ilə nəfəs almış və yurtalarını da həmişə təmiz 
saxlamağa çalışmışdılar. Əzəli təbiətin əhatəsində 
yaşayan  insan  daxilən  saf  olmalıdır.  Deməli,  bu 
gün  kim  siyasətdə  olmaq  istəyirsə,  onun  xalqa 
xidmətdə  məqsədi  və  amalı  tam  təmiz  olmalı, 
yalnız  həqiqəti  söyləməli,  vicdansızlıq  etməməli, 
təmiz  niyyətlərini  hər  bir  münasibətdə  nümayiş 
etdirməlidir,  axı  Qırğızıstanı  yalnız  təmiz  əllərlə 
qurub-tikmək  olar.  Həmişə  xalq  arasında  böyük 
hörmət  sahibləri  o  siyasətçilər  olmuşlar  ki,  onlar 
onilliklər  ərzində  səbrlə  qurub-tikmiş  və  yollar 
salmışlar.
Bizim yolumuz – əmək və birlik yoludur. Yalnız 
bir  olacağımız  təqdirdə,  həyat  yolumuzu  şərəflə 
gedə  bilərik.  Tariximizin  uzaq  acı  dərslərindən 
bəllidir ki, xalqımız bir olanda, qırğızların parlaq 
ulduzu  doğur  və  xalq  yenilməz  olurdu.  Amma 
elə  ki,  tayfalararası  münaqişələr  baş  verirdi  – 
uğur  xalqdan  üz  döndərir,  dövlətçilik  dağılırdı. 
Nahaq  deyil  ki,  əcdadlarımız  deyirdilər:  “Hərgah 
öləcəyiksə – bir çalada basdıracaqlar. Hərgah sağ 
qalsaq – bir təpədə yaşayacağıq. Mən – səhrayam. 
Biz isə – gölük”. Əlbəttə, biz yalnız bir olacağımız 
təqdirdə,  sülh  və  əmin-amanlıq  əldə  edə  bilərik. 
Bizim  gücümüz  –  birliyimizdədir!  Müdrik 
uluların  təfriqə  və  ikitirəlik  barədə  əsrlərdən  bu 
yana  dilə  gətirdikləri  həyəcanlı  xəbərdarlıqları 
eşidilməkdədir. Kalıqul-peyğəmbərin nəsihəti bax 
belə  səslənir:  “Dünyanın  sonu  o  zaman  gəlir  ki, 
vicdan xalqı tərk edir. Qırğızların əsas bir düşməni 
var,  o  düşmənin  adı  isə  –  ixtilafdır”.  Ulularımz, 
təbir caizsə, bizə ilahi nəsihətlər qoyub getmişlır. 
Bizim özümüzü qorumağımız birliyimizdədir. 
Yolda  həmişə  öz  sağlamlığını  qorumaq 
gərəkdir və bu səbəbdən, əcdadlarımız heç zaman 
yol yoldaşlarını, xəstə və sadəcə zəifləri, ələlxüsus 
da  yetimləri  yolda  buraxmazdılar.  Məhz  onlara 
xüsusi  diqqət  ayrılardı,  əks  halda,  bütün  tayfa 
və  nəslin  başına  təhqir,  rüsvayçılıq  tökülərdi. 
Bütün  tarixi  boyu  qırğız  xalqı  tərəfindən  heç 
zaman  talan,  məhv  etmək,  qətl  hadisələri  baş 
verməmişdir,  çünki  bu  bizim  xislətimizə  uyğun 
deyildir!  Heç  vaxt  müharibəni  birinci  qırğızlar 
başlamamışlar. Amma həyat yolumuzda yaratmaq, 
qurmaq,  çoxaltmaq  və  zəiflərə  kömək  etmək  – 
bu,  bizlikdir!  Əcdadlarımız  yaşlıların,  anaların 
və  uşaqların  dincliyini  bütün  məsuliyyətləri  ilə 
qoruyardılar  ki,  onlar  səfərdə  özlərini  sakit  və 
təhlükəsiz  hiss  etsinlər.  Ta  qədimdən  qırğızlara 
təkcə  öz  yaxınlarına  deyil,  bütün  yetim  uşaqlara, 
əlillərə və tənha təqaüdçülərə humanist münasibət, 
həssaslıqla  yanaşma  xas  olmuşdur.  Çətinliklər, 
maddi məhrumiyyət, bəlalar və təsadüfi hadisələr 
həmişə  yolunun  üstündə  köçəriləri  izləyər.  Bazar 
iqtisadiyyatı şəraitində insanlar arasında münasibət 
nəzərəçarpacaq şəkildə dəyişdi. Buna görə də biz 
yeni, kifayət qədər mürəkkəb şəraitdə zəiflərin və 
uyğunlaşmamış insanların müdafiəsinə durmalı və 
bununla sosial və humanist dəyərləri dirçəldib geri 
qaytarmalıyıq.
Ailənin  rolunu  artırmaq  lazımdır,  axı  sağlam 
və tam ailə, məlum olduğu kimi, sağlam dövlətin 
təminatçısıdır. Ailə-hüquq kodeksini tərtib edərkən, 
özül  kimi,  xalq  ənənələrinin  münasib  ünsürləri 
götürülməlidir. Anaya pərəstişin hər şeydən üstün 
olduğu  keçmişin  mənəvi  dəyərlərini  dirçəltmək 
çox  lazımdır  –  Umay-ənəni,  bütün  uşaqların 
himayəçisini,  özünəməxsus  ilahəni  xatırlamaq 
kifayətdir. 
Milli adətlər zəminində qırğızlar mühafizəkar 
xalqdır  və  hesab  edirlər  ki,  keçmişin  üzərindən 
xətt  çəkmək  olmaz,  sosialist  və  sovet  dövrünün 
yaxşı uğurlarını saxlamaq və çoxaltmaq lazımdır. 
Qırğızlar həmişə ağsaqqallara böyük hörmət-izzətlə 
yanaşmışlar.  Həmişə  yaşlıların  himayələrinə  və 
xoş  məsləhətlərinə  ehtiyac  duymuşlar.  Gələcəyin 
müdrik  yaşlıların  məsləhətinə  ehtiyacı  vardır. 
273


Yaşlılara  bu  cür  hörmət  bizim  əcdadlarımızın 
köklərindən gəlir.
Bu  gün  Qırğızıstan,  bəlkə  də  yeganə  ölkədir 
ki, orada ağsaqqallar məhkəməsi yaratmaq ideyası 
meydana  çıxmışdır.  Ağsaqqallar  məhkəməsi 
kostitusiyon-qanuni əsaslarla fəaliyyət göstərir və 
vətəndaşlıq  xarakterli  mübahisəli  məsələləri  həll 
edir.  Müasir  anlamla  bildirsək,  onlar  vətəndaş, 
arbitraj  və  cinayət  məhkəməsinin  müəyyən 
funksiyalarını həyata keçirir. Bu sayaq məhkəmələr 
el arasında nüfuza sahib olur, belə ki, onun tərkibi 
həmkəndlililər  tərəfindən  seçilir.  Nahaq  deyil 
ki,  bizim  xalqda  belə  bir  deyim  var:  “Xoşbəxt 
odur ki, onun ağsaqqalı var”. Milli xalq ənənələri 
normalarına  söykənmiş  bu  cür  təcrübənin  tarixi 
kökləri vardır və hələ qədim zamanda da mövcud 
olmuşdur.  Bu  barədə  dəqiq  faktlar  məşhur  IX-X 
əsrlər yazılı Orxon-Yenisey abidələrində öz əksini 
tapmışdır.  Buna  misal  kimi,  məktubların  birində 
oxuyuruq: “Mən qırğız oğluyam, “boyla” dərəcəli 
hakim”  və  sonra  “Qızlarım  mənim  tərəfimdən 
başlıqsız  ərə  verilmişdir”.  Və  bu  gün,  üstündən 
minillik  keçəndən  sonra,  Qırğızıstanda  bu  qədim 
ənənəni  yeni  əsaslarla,  demokratik  prinsiplərlə 
uyğunlaşdıraraq bərpa etmişlər.
Bizim  ata-analarımız  yolları  üstünə  çıxanları 
duz-çörək  və  kumısla  qarşılayar,  xahiş  edənlərə 
güzəştə  yol  verib  kömək  edər,  həmişə  həqiqəti 
söyləyər, həmişə xeyirxah və əliaçıq olar, bu yolda 
dostlarını tapardılar. Bu torpaqları və bu yolu heç 
vaxt yağıya verməmişlər. Sabah ölə biləcəklərindən 
hali ola-ola, son anadək, güc əsirgəmədən çalışmış 
və övladlarının xoşbəxtliyi, azadlıq və nəsillərinin 
rifahı naminə mübarizə aparmışlar. 
Deməli,  qlobal  dəyişikliklər  yolunda  öz 
dilimizi,  mədəniyyətimizi,  adət-ənənələrimizi  və 
bənzərsizliyimizi qorumaqla bütün Şimal və Şərq, 
Cənub  və  Qərbin  öıkələri  ilə  əməkdaşlıq  etməli, 
inteqrasiya etməli və inkişafda olmalıyıq. Yalnız bu 
minvalla irəli addımlaya bilərik. Yoldan sapmamaq 
üçün  isə  tək  getməməli,  qardaş  saydığımız 
ölkələrlə,  yaxın  qonşularla  və  qohum  xalqlarla 
mütləq birləşməliyik.
Əsrlər  boyu  dinlərarası  və  millətlərarası 
münaqişələr  sahəsində  bütün  növ  təcavüzlər 
qırğızlara yabançı olmuşdur. Müxtəlif dinə mənsub 
insanlar  əsrlərdir  ki,  Qırğızıstanda  yaşayırlar  və 
onların arasında heç zaman dini zəmində iğtişaşlar 
baş verməmişdir. Qırğızlar tolerant xalqdır və buna 
görədir  ki,  qırğız  torpağında  nə  millətçiliyə,  nə 
separatçılığa, nə ekstremizmə yer yoxdur. Qırğızlar, 
yerli  əhali  kimi,  həmişə  digər  xalqların  mədəni 
dəyərlərinə  məsuliyyət  hissi  və  böyük  hörmətlə 
yanaşmış,  hər  xalqın  mədəniyyətinin  individual 
əlamətlərini qorumuş və eyni zamanda onların yaxşı 
tərəflərini və imkanlarını birləşdirmişlər. Beləliklə, 
onlar cəmiyyətin əsil birliyini, xalqların bir-birinə 
qarşılıqlı  təsirini,  onların  həmrəyliyini,  birgə 
yaşamaq  və  fəaliyyət  göstərməyin  harmoniyasını 
yaratmışlar.  Bu  sintez  xalqların  daha  yüksək, 
çoxşaxəli  və  ədalətli  dayanıqlı  inkişafını  əmələ 
gətirirdi.  Qırğızıstanın  dünyada  spesifik  mövqeyi 
onun tarixi, adət-ənənələri, mədəniyyəti, çoxmillətli 
tərkibli əhalisi, müxtəlif təriqətlərə mənsubluğu ilə 
müəyyənləşir ki, bu da öz növbəsində Qırğızıstanın 
təkamülünün  bənzərsizliyini  şərtləndirir  və  onun 
nəinki  Asiya,  eləcə  də  Avropa  ilə  əlaqələrinin 
qırılmazlığını göstərir.
Qırğızlar  üçün  inteqrativlik  –  yeni  uğurlara 
daima  axtarış  və  cəhddir.  Onlar  mədəniyyətlərin 
inkişafında  vasitəçi  olmuşlar.  Köç  edə-edə  bir-
birlərinə informasiya ötürür və dəyişikliklərə çox 
həssaslqla  yanaşırdılar.  Bütün  yeniliklərə  daima 
yaradıcı  yanaşma  qaırğızlara  xas  idi.  Bütün  XX 
əsr boyu qırğız xalqının inteqrativ məfkurələrinin 
təkamüllük  xüsusiyyətləri  xüsusilə  izlənilir. 
Klassik  Avropa  incəsənəti,  elmi  və  mədəniyyəti 
sahəsində  bütün  yeniliklər  qırğızlar  tərəfindən 
asanlıqla mənimsənilir və həyata tətbiq olunurdu. 
Dünya artıq ötən əsrin ortalarında qırğız incəsənəti 
və ədəbiyyatı ulduzlarından xəbərdar oldu.  Harada 
olsalar  belə,  köçərilərin  mentalitetinə  görə, 
xislətlərindəki  ünsiyyətcilliyin,  diplomatikliyin, 
dözümlülüyün və inteqrativliyin müxtəlif şəraitdə 
onlara  necə  xas  olması  haqqında  fikir  yürütmək 
mümkündür. Qırğızlar heç bir sahədə durğunluğu 
qəbul  etmirdilər.  Bu,  qəhrəmanlığı  dostluğu  və 
ədaləti  dəyərləndirən,  azadlığı  sevən  bir  xalq  idi. 
Köçərilər  sürətli  transformasiya  düşüncəsinin 
spesifik xüsusiyyətlərini əks etdirirdilər. Qırğızların 
inteqrasiyaya meylliliyi təkcə texnologiyanın yeni 
növlərinin  mənimsənilməsində  özünü  göstərmir, 
həm  də  mənəvi  özünütəkmilləşdirmədə  və 
ümumbəşəri  insani  keyfiyyətlərin  əxzində  birüzə 
verir.
Bu gün biz səy göstərməliyik ki, gələcək nəsil 
hər  tövr  elmi-texniki  tərəqqinin  nailiyyətlərinə 
malik olsun. Son illər ərzində respublikamızda tam 
sürətlə  bütün  məktəblərin,  dövlət  müəssisələrinin 
və  təhsil  ocaqlarının  kompüterləşməsi  gedir.  Bu, 
təbir caizsə, yeni prioritet olmuşdur. Dövlət dünya 
uğurlarının sonrakı mənimsənilməsi üçün düzgün 
istiqamət seçmişdir.   
Biz  gələcəyə  –  ümid  və  yenilənmə  magistral 
yolunun  başlanğıcındayıq.  Vaxtilə  bu  yolla 
əcdadlrımız keçmiş, arzularının gerçəkləşməsi üçün 
ilk  cığırı  tapdamışlar.  Böyük  İpək Yolunun  vüsət 
tapdığı dövr – bizim də torpağımızın çiçəkləndiyi 
274


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə