Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə99/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   95   96   97   98   99   100   101   102   ...   111

tapacaqdır. Bəlkə yüz ildən sonra, yaxud min ildən 
sonra. Hərgah söz yox olsa – bu, insanların təfəkkür 
və intellektində sözsüz əks olunacaqdır.  
Daha  doğrusu,  onun  əsərlərinin  Gülsarə  və 
Qaranar,  Daşçaynar  və  Akbara,  Ana-maral  və 
Jaabars  heyvan  qəhrəmanlarının  insanlar  kimi 
yaşamağa haqqı vardır. 
Aytmatov öz əsərləri ilə insanları təbiətin səbri 
ilə oynamamağa çağırır. Ümumplanetar problemləri 
qaldırmaqla  Aytmatov  sövqi-təbii  sübut  edir  ki, 
o təkcə çağdaş dövrümüzə aid insan deyil, bütün 
tarixi dövrlərə mənsub adamdır. O, ictimai xadim 
kimi, “Mərkəzi Asiyanın mirvarisi” olan İssık-Kul 
gölünün müdafiəçilərindən biri olmuşdur.
2. Dünyada yaşamaq üçün dünyanı qorumaq. 
XX  əsr  tarixdə  amansız  müharibələr  və  nəhəng 
insan  qurbanları  ilə  qalacaqdır.  Ədəbiyyat 
da  bununla  razılaşa  bilməzdi.  Müharibəni  öz 
yaradıcılığında  əks  etdirmiş  yazıçılar  az  deyildir: 
Ernest  Heminquey,  Mixail  Şoloxov  və  Viktor 
Astafyev, Rəsul Həmzətov, Qaysın Quliyev, David 
Kuqultdinov  və  Valentin  Rasputin  və  digərləri 
ilə  birgə  Çingiz  Aytmatov  da  öz  zamanının 
dramatikliyini  yaradıcılığında  əks  etdirən 
müharibədən sonrakı nəslin təmsilçisidir. 
Bir  dahi  yazıçı  kimi,  Çingiz  Aytmatova 
müharibənin  sərt  və  qeyri-insani  mahiyyətini 
dərinliyi  ilə  açmaq  müyəssər  olmuşdur.  O, 
Tolqonayın  Ana-torpaqla  dialoqunda  planetin 
tarixinin  müharibə  alovunda  əzizlərini  və 
övladlarını  itirmiş  bütün  analarının  hönkürtüsünü 
vermişdir.  Onun  “Ana  düzü”  povesti  –  bütün 
dünya  analarının  zorakılıq  və  müharibəyə  qarşı 
etirazıdır.  O,  Yedigey,  Seyde,  Jamile  və  Daniyar 
haqqında  olan  hekayətlərdə  isə  həyatın  ölüm, 
sevginin  nifrət  üzərində  qaçılmaz  təntənəsini 
təsdiq  edir.  Onlar,  sadəcə,  özlərini  millətin  bir 
parçası hesab edən və insanpərvərlik məşəlini lap 
öləziyib sönməməsindən ötrü daşıyan namuslu və 
qeyrətli insanlardır. Onların cəhdləri və əməksevər 
qəlbləri, insan məsuliyyətləri hər hansı üsuli-idarə, 
yaxud ölkənin ideoloji və siyasi ambisiyalarından 
ucadadır. Bəşər isə bu cür sadə və zərif insanların 
çiyinlərində dayanır.
Əslinə  qalsa,  birinci  günündən  soununcu 
romana  qədər  Aytmatovun  əsas  aparıcı  mövzusu 
dünya mövzusu olmuşdur. Hətta müəllif sonuncu 
“Dağlar  uçulanda”  əsərində  “öldür`mə”  hədisinə 
planetar  əhəmiyyət  verməyə  çalışmışdır.  Məs.: 
öldürmək,  yoxsa  öldürməmək?  Cəbhəyə  gedən 
sovet əsgəri bu iki sual arasında çırpınır. Bir tərəfdən  
“almanları öldür, yoxsa onlar səni öldürəcəklər!”, 
–  deyə  atasının  nəsihəti.  Digər  tərəfdən,  anasının 
“öldürmə!” kəlamı gələcəkdən çağırış deyil ki? 
3. Öz xeyirxahlığını və humanizmini qorumaq 
ki, istənilən vəziyyətdə insan simasını saxlamaq və 
heyvana  çevrilməmək.  Ədəbiyyat  mənəvi  mühiti 
dəyişdirməlidir,  laüba  ilə  mübarizədə  yardımçı 
olmalıdır. Bugünkü mənəvi düzüm kəskin surətdə 
dünya mədəniyyəti və bəşəri sivilizasiyanın çağdaş 
təkamülünün düz mərkəzinə qoyulmuşdur.  
Həyat – dəyərli töhfədir, o, boş-boşuna, hansısa 
mənasız  xırdalıqlara,  gündəlik  məişət  qayğıları 
naminə verilmir. O hansısa böyük məqsəddən ötrü 
verilir. Ç.Aytmatov bütün həyatı boyu XX əsrinin 
taleyini anlamağa çalışmışdır. O hər bir kitabında 
öz taleyini yaşamış olur.
O  daha  çox  xalqın  milli  təhlükəsizliyinin 
qayğısını çəkirdi.
Aytmatovun  qəhrəmanları  bizim  dost-
tanışlarımız,  yaxud  qəhrəmanlarımız  kimi,  sadə 
başa  düşüləndirlər.  Onlar  sıravi  insanlardır. 
Aytmatovun  qəhrəmanları  Şəkər  kəndindən 
olan  bir  çox  həmyerlilərinin  prototipləridir. 
Yazıçı  kəmkəndlilərinin  taleləri  vasitəsilə  insan 
mənəviyyatı  və  həyatın  mənası  kimi  əbədi 
mövzuları  açmışdır.  Bu  insanların  taleyində 
ümumbəşəri miqyaslı məsələləri qaldırmışdır. 
Və  hər  dəfə  sanki  meditasiya  edərək,  öz 
oxucusunu  düşünməyə,  bahəm  yaşamağa  və 
təhlil  etməyə  məcbur  edir.  Oxucusunun  qəlbini 
yaralamağı,  üstəlik,  o  yaraları  məharətlə  müalicə 
etməyi bacarır. Çingiz son beş yüz il ərzində insan 
sivilizasiyanın  misli  görünməmiş  ali  pillələrə 
çatdığını  bizə  xatırlamaqda  yardım  edir.  Lakin 
insanlar  xeyrixahlıq,  mənəviyyat,  humanizm 
sarıdan, dahi Şekspirin dövründə olduğu kimi, çox 
qeyri-təkmildirlər.  Daha  beş  yüz  ildən  sonra  biz 
bilmirik,  dünya  necə  olacaq.  Lakin  hərgah  insan 
həyatı,  dünyanı  və  təbiəti  qoruyub  saxlamağa 
cəhd göstərirsə, onda o həmişə Çingiz Aytmatovun 
əsərlərinə  müraciət  edəcək.  Xeyirxahlığın  və 
insan  mənəviyyatının  təlim-tərbiyəsini  BMT  və 
BVF-yə həvalə etmək olmaz. Yalnız ali incəsənət 
və  bədii  sənətkarlıq  cahanda  milyonlarla  insanın 
düşüncəsini  formalaşdırır. Axı  insan,  il  növbədə, 
“siyasi” deyil, mənəvi varlıqdır. 
Dahi  yazıçının  bədii  araşdırmalarının 
əsas  predmeti  insan  qəlbidir,  onun  böyüklüyü, 
alicənablığı, səmimiliyi və xislətidir. Həmçinin onun 
həyat və ölüm, məhəbbət və nifrət, ümumiyyətlə, 
həyatın mənası və məqsədi haqqında düşüncələri. 
O, pəhləvanlıq əməlləri edən sadə adamın əyilməz 
ruhunu  təsvir  edir.  Bu  insanın  nifrət  hökfərma 
olan  məkana  xeyrixahlıq  aparmağa,  düşmənçilik 
əvəzinə  əfv  etməyə,  bağışlamağa,  tərəddüd  olan 
məqamda həqiqəti söyləməyə, əli hər yandan üzən 
məyusluq olan yerdə ümid yaratmağa can atdığını 
əks etdirir. 
Mikelancelo  hətta  mərmər  qalıqlarından 
nadir  gözəlliklər  yapa  bildiyi  kimi, Aytmatov  öz 
sözlərinin ecazı ilə sanki neyrocərrah sayağı, insan 
qəlbinin gizli tellərinə təsir edir,. Məs., “Cəmilə” 
– özü-özlüyündə sevgi haqqında nəğməli musiqili 
poemadır. 
Aytmatov  insanın  şəklini  avtoportret  açıqlığı 
260


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə