Qender problemiNİn psixoloji aspektləRİ Müəllif-tərtibatçı



Yüklə 14,29 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü14,29 Kb.
#111


QENDER PROBLEMİNİN PSİXOLOJİ   

ASPEKTLƏRİ 

 

Müəllif-tərtibatçı: 

Abbaszadə N.C. – Qərb Universiteti 

«Politologiya» kafedrasının müəllimi, Azərbaycan  

Dövlət Pedaqoji Universitetinin aspirantı 

 

Rəyçilər: 

İbrahimbəyova R.F. – dosent, psixoloji elmlər  

Namizədi 

 

 

Veysova Z.A. – Avropa liseyinin elmi rəhbəri,  

psixoloji elmlər namizədi 



 

GİRİŞ 

 

Bu mühazirə kursu Azərbaycan Respublikası  Təhsil Nazirliyi tərəfindən təsdiq 



olunmuş (24 iyul 2001-ci il tarixli 854 saylı  əmr) «Psixologiyada qender aspektləri»  

tədris proqramı əsasında hazırlanmışdır. Verilmiş kursun məqsədi tələbə və müəllimləri 

qender istiqamətlərinin inkişafı ilə tanış etmək,  onlara  elmi  və metodoloji kömək 

göstərməkdən ibarətdir. 

Tədris materialı  həm tarixi, həm də  nəzəri aspektlərin izahına yönəldiyi üçün 

material ümumidən fərdiyə istiqamətlənmişdir. Belə ki, birinci mühazirədə psixoloji cinsin 

ümumi anlayışı, qender eyniliyinin formalaşması faktoru, qender sistemləri haqqında 

anlayış açıqlanır və həmçinin şəxsiyyətin qender ümidlərini doğrultmağa çalışdığı əsas 

səbəblər təyin olunur. Növbəti mühazirə psixoanalizdə kişi və qadın modellərinə  həsr 

olunmuşdur. Burada təkcə kişi ilə qadının psixoanalizin banisi Ziqmund Freydin nöqteyi-

nəzərincə olan görüşləri deyil, həmçinin o zaman üçün daha proqressiv olan yeni 

fransız psixoanalizi adlanan mövqedən olan görüşlərdə verilmişdir. Analitik psixologiya 

tələbəyə  təkcə  hər bir şəxsiyyətin daxilində olan qadın və kişi keyfiyyətlərini deyil, 

həmçinin onların özünüifadə aləti olan arxetipləri görmək imkanı verir. Nəhayət 

neofreydizmi  şəxsiyyətin inkişafında sosial və  mədəni faktorları ilk plana çıxaran 

ənənəvi psixoanalizin gözəl tənqidçisi K.Xorninin nöqteyi-nəzərinjə araşdırmalar 

tələbəyə qender stereotiplərini formalaşmasında sosiallaşmanın rolunu analiz etməyə 

imkan verir. Kursun sonuncu hissəsi qenderin sosiallaşmasına və uşaq yaşlarında onun 

asimmetriyasının, valideynlərin, müəllimlərin, həmyaşıdlarının təsiri və eləcə də qender 

asimmetriyasının uşağın koqnitiv inkişafına təsirindən bəhs edir. Nəticə hissəsində cins 

rolu stereotiplərini, kişi və qadın rolarının tələb etdiyi məhdudiyyətləri möhkəmləndirən 

və  həmçinin «Cinsin yeni psixologiyası» nəzəriyyəsinin meydana gəlməsi üçün zəmin 

yaradan faktorlar nəzərdən keçirilir. 

Kurs 36 akademik saat üçün nəzərdə tutulmuşdur, bunlardan 18 saat mühazirə, 

18 saat seminar məşğələləri üçün ayrılmışdır ki, interaktiv metodika və müzakirələr bu 

kursun tədrisində tələbələrlə əks əlaqələrin müəyyənləşdirilməsi, keçilmiş materialın və 

terminologiyanın fəal mənimsənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Təklif olunan 

ədəbiyyat siyahısı yerli və xarici elmdə mövcud olan əsas mənqbələrin ümumi dairəsini 

müəyyənləşdirir. 

TEMATİK  PLAN 

  

 

Saatların miqdarı 

 

Mövzular 

Cəmi Mühazirələr Seminarlar 



1.  Şəxsiyyət psixologiyasında cins  

kateqoriyası 

4 2 




2.  Psixoanalizdə cins problemləri 

4 2 




3.  K.Q.Yunqun analitik psixologiyasında cinsin 

təyin olunması 

4 2 



4.  K.Xorni neofreydizmi 



4 2 



5.  Uşaq yaşlarında qender sosiallaşması 

4 2 



6.  Uşaq yaşlarında qender sosiallaşmasının 



assimmetriyası 

4 2 




7.  Böyük yaşda qender sosiallaşması 

4 2 


8. Məhəbbət, kəbin, ailə və cinslərin əlaqəsi 

4 2 



9.  Cinsin yeni psixologiyası 



4 2 

CƏMİ 



36 

18 


18 

 

Document Outline

  • ASPEKTL?RI
    • GIRIS
  • TEMATIK  PLAN

Yüklə 14,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə