Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə13/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

53 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

arasında. Ədəbiyyatı sevmədən onu təhlil etmək mümkün 



deyil, ümumiyyətlə. Hətta yanlıĢ deyilən sözü də sevmək 

lazımdı. Çünki Azərbaycan sözüdür. Sözlər yanaĢı 

duranda onların enerjisi yaranır. Tənqidçi bu ruhda çıxıĢ 

edəndə, ədəbiyyatın ruhunu duyub, dəqiq, obyektiv fikir 

söyləyə bilər. 

Kamil Vəli Nərimanoğlu indi daha çox siyasətlə 

məĢğuldu. Amma vaxtilə yaxĢı tənqidi yazıları var idi. 

Ġndi də onun çox maraqlı kitabı çap olunub «Özümüz, 

sözümüz». Bu, Azərbaycan mədəniyyətində hadisədi. Bu 

əsərdə Azərbaycan ədəbiyyatının həm klassikası, həm də 

müasir dövrü öz əksini tapıb.  

YaĢanan ədəbi həyatda bir diqqətəlayiq hadisə də 2004-ci 

ildən baĢlayaraq gənc tənqidçi Əsəd Cahangirin baĢ 

redaktorluğu ilə «Körpü» ədəbi tənqid dərgisinin çap 

olunmağa baĢlamasıdı. Dərginin 2005-ci il sayları daha 

sanballıdı. Ötən ilin ikinci sayında çap olunan tənqidi 

yazılar içərisində ikisi daha çox seçilir: Əsəd Cahangirin 

«Platondan Anara qədər» və Rüstəm Kamalın «Nüsrət 

Kəsəmənlinin «tale» mətni: simvol və gerçəklik» yazıları.  

Müəlliflərin hər ikisi dünya poetikasına, fəlsəfi fikir 

təcrübəsinə söykənərək mülahizə yürüdürlər, amma 

tamamilə bənzərsiz. Əsəd Cahangir 2400 illik məsafədə 

yaĢayan düĢüncələrlə Anarın «realist» utopiyasını 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

54 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

müqayisə edir, irrealilərdə  ideya və loqos axtarır. Rüstəm 



Kamal isə Nüsrət Ģerinin romantikasında simvolun 

gerçəkləĢmə, gerçəyin simvollaĢma texnologiyasını arayır. 

Zərif poeziya materialına belə həssasca yanaĢmaq nə 

qədər çətin olsa da, Rüstəm bunun öhdəsindən gəlib.      

Ədəbi-tənqidi dərgi kimi «Körpü» tənqid yaradıcılığına 

çox geniĢ meydan açır. Bu meydanda milli və dünya 

ədəbiyyatının dürlü problemlərinə çıxmaq üçün əlveriĢli 

imkan var. 

Təbiidir ki, Azərbaycan ədəbi-tənqidi və elmi-humanitar 

fikrində modernizm və postmodernizm dünyagörüĢünə, 

fəlsəfəsinə, bədii praktikasına, eləcə də onun oxucu 

qavrayıĢında necə reaksiya tapmasına daha çox atüstü, 

nadir hallarda isə ciddi münasibət açıqlanıb. Sonuncuya 

nümunə – Aydın DadaĢovun «Modernizm nədi? Nədi 

modernizm?» («Ulduz», 2004 №6 səh.45-48; №7 səh.38-

43), Qorxmaz Quliyevin «Postmodernizm» 

(«Azərbaycan», 2005 №9 səh.172-183) və Əhməd 

QəĢəmoğlunun «Postmodernizim: yarımçıq dünyagörüĢün 

məhsulu» («Ədəbiyyat qəzeti», 4 mart 2005) analitik 

məqalələridi. Qorxmaz Quliyev postmodernizm haqqında 

aydın və dolğun təsəvvür yaradır. Məlum olur ki, bu 

cərəyan Azərbaycanın bədii-estetik Ģüuruna nə dərəcədə 

yararlıdı və bu «məkanda» necə qərarlaĢa bilər. Əhməd 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

55 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

QəĢəmoğlu isə Azərbaycan mədəniyyət düĢüncəsindən 



çıxıĢ edərək postmodernizmə münasibət bildirir. O, ġərq 

və Qərb mədəniyyətinin qarĢılıqlı münasibətlərinə, bir-

birini təsirləndirmələrinə obyektiv yanaĢmada belə bir 

həqiqəti ortaya qoyur ki, bir çox yazarlar 

postmodernizmin nə demək olduğunu, onun genezisini, 

hansı fəsləfi, siyasi nəzəriyyələrdən, ənənələrdən 

qidalandığını, hansı tarixi situasiyada, hansı mental 

kompleksdən, dünyagörüĢündən törəndiyini bilmədən 

onun ətəyindən yapıĢırlar. Ġndi o, Qərbin özü üçün çoxdan 

köhnəlib. Bizim qoca cavanlarımızsa, hələ də ondan əl 

çəkmək istəmirlər. Açığını deyim ki, müasir Qərb çağdaĢ 

dünya üçün daha çox klassikası ilə, məsələn, Ġntibah, 

romantizm, XX yüzilliyin monumental roman, poeziya 

janrları ilə,  filosofların məktəb yaradıcılığı ilə örnək ola 

bilər. Qoy Qərb özünün sönmüĢ hesab etdiyi 

mədəniyyətini özü göyərtsin. Bizim öz problemlərimiz 

var. Bu problemləri kimlərisə yamsılamaqla ört-basdır edə 

bilmərik. Qlobal məkanda milli mədəniyyətimizin 

taleyini, varlığını, perspektivini düĢünə bilən adamlar 

bunun nə demək olduğunu yaxĢı baĢa düĢürlər.  

PsevdomodernləĢməyə aĢırı meylin bir yarıtmaz cəhəti də 

onun ədəbi düĢüncə dilini və praktikasını 

yabançılaĢdırmaqdan ibarətdi. Həyatın hər sahəsində 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

56 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

olduğu kimi, özünüyeniləĢdirmə burada da baĢ verməlidi. 



Ancaq belə kökündənazma Ģəklində yox. Bir sıra 

ədəbiyyatçılar, tənqidçilər az qalıblar ki, nəinki ümumən 

humanitiar elmlərdə, hətta fiziologiya, zoologiya, 

baytarlıq, kibernetika, astronavtika, genetika və sairdə 

iĢlənən yeni terminləri ədəbi tənqid dilinə, ümumiyyətlə

mədəniyyət düĢüncəsinə gətirsinlər. Hər yerdə olduğu 

kimi, burada da geydirmə əməliyyat fayda vermir və 

süniliyini, zahiri effektliyini dərhal nəzərə çarpdırır. 

Tənqid hər Ģeydən öncə estetik düĢüncə mədəniyyətidi. 

Onun öz dili, köhnəlmiĢ, yatıb qalmıĢ üslub qanunları, 

terminoloji çevrəsi, fərqli manerası, manevrləri, daim 

cilalanan, hərəkətdə olan, dərinləĢən və professionallaĢan 

texnologiyalarının dəsti var. 

Tənqid son illərdə məsuliyyətli bir iĢlə, demək olar ki, 

məĢğul olmayıb: 

- dünya ədəbi prosesinin Azərbaycanda, Azərbaycan ədəbi 

prosesinin xarici ölkələrdə öyrənilməsi, yayılması və 

təbliği ilə; 

- Azərbaycan-dünya ədəbi əlaqələrindəki müasir durumun 

araĢdırılması ilə.  

ÇağdaĢ ədəbiyyatın mühərriki olan tənqid müasir dünya 

ədəbi proseslərindəki dinamikanı, qarĢılıqlı ilgilərin 

səmərəliliyini, bu proseslərdəki əsas yönləri də öyrənməli 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə