Tofiq Xəzər



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə21/229
tarix13.12.2017
ölçüsü4,78 Mb.
#15422
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   229

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

85 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Və bu gün bura gələndə də mən özüm çıxıĢ etməkdən çox, 



məruzəni dinləməkdən çox - yəni biz hamımız bir-birimizi 

tanıyırıq, yəni hər birimiz bilirik ki, Rahid müəllim 

tənqidlə bağlı nə düĢünür, Aydın nə düĢünür, Vaqif 

müəllim nə düĢünür, yəni mən bunu bilirəm - istərdim ki, 

Gənc Alimlər ġurasının üzvlərinin biz tənqidçilər 

haqqında, bizim yaradıcılığımız haqqında nə 

düĢündüklərini eĢidəydik. Bəlkə elə biz özümüz üçün 

yazırıq, bəlkə bizim imzamızdan heç kəsin xəbəri yoxdur? 

Və belə bir müzakirəni keçirdiyinə görə o ġuraya, həm də 

Sizin muzeyinizə dərin təĢəkkürümü bildirirəm. 

Və dəvətinizə görə də çox sağ olun. Və mən istərdim ki, 

gələcəkdə bu alimlərlə tənqidçilərin əməkdaĢlığı da 

davam etsin. 

ƏSƏD CAHANGĠR: Bizim ədəbiyyatımızda 

postmodernizm problemi ciddi Ģərhini gözləyən məsələdi. 

Bu, problem birbaĢa tənqidin durumunun göstəricisidi. 

Məsələn, Çingiz Hüseynov «Fətəli fəthi» romanını yazıb - 

təxminən 30 il bundan qabaq, Ġsa Hüseynov «Ġdeal» 

romanını yazıb 80-ci illərin əvvəllərində. Və bu əsərləri, 

xüsusən də «Ġdeal»ı bizim oxucu baĢa düĢmədi. Daha 

doğrusu, tənqid buna qiymət verə bilmədi. Ya bunun 

üzərinə hücuma keçdilər, ya da ilahiləĢdirib tərif elədilər. 

Hətta Kamil Vəli Nərimanoğlunun bir sözü var idi



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

86 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

deyirdi ki, mən bu əsəri baĢa düĢmürəm, ona görə də 



bunun haqqında söz deməyə özümü mənən haqlı hesab 

etmirəm. Mən Kamil Vəli Nərimanoğlunu tənqidçi yox, 

ədəbi dil tarixçisi hesab eləyirəm, sadəcə, tənqidi yazılar 

da yazır hərdənbir. Odur ki, Kamil müəllimin bu sözü 

deməyə haqqı var, amma hər hansı tənqidçinin bu cür 

düĢünməsi və özünü bu tərzdə sığortalaması absurd bir 

Ģey olardı. Ġndi - üstündən iyirmi il keçəndən, 

postmodernizm nəzəriyyəsi haqqında Azərbaycan 

oxucusunun, ədəbiyyatçısının təsəvvürüləri müəyyən 

qədər formalaĢandan sonra dönüb geri baxır və görürük 

ki, «Ġdeal» danılmaz postmodernist tərəfləri olan romandı. 

Ümumiyyətlə, Ekonun «Qızılgülün adı»nı yazdığı vaxtda 

Azərbaycan ədəbiyyatında eyni sanbalda, eyni çəkidə, 

mən deyərdim ki, hətta ondan üstün bir əsər meydana 

çıxıb. Tənqidin isə ona qiymət vermək üçün lazımı elmi-

intellektual gücü olmayıb. Romana həsr olunan yazılarlda 

belə bir analitik Ģərhin yerini oxucu məhəbbəti, sevgisi, 

hətta romantik dərəcədə böyük sevgi tutub. Nəticədə bu 

gün 80 yaĢlı, xəstə Ġsa Hüseynov Mərkəzi Univermağın 

qarĢısındakı beĢmərtəbəli binanın sonuncu mərtəbəsindəki 

otağında tənha oturub, aĢağı da düĢə bilmir, gözləyir ki, nə 

vaxt Azərbaycan tənqidçiləri onun ağır zəhmətinə qiymət 

verəcək, onu dünyaya təqdim edəcək. Amma Umberto 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

87 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

Ekonun adı bütün dünyanı bürüyüb, bütün planet onu 



tərcümə, çap, təbliğ və tərif eləyir. 

Bunun əsasını tənqidi fikrin bədii fikirdən geridə 

qalmasında görürəm. Azərbaycana postmodernizm heç də 

2000-ci ildə gəlməyib. 2000-ci illər sadəcə onun analitik 

dərki dövrüdü. Bədii təfəkkür isə onu hələ 70-ci illərin 

sonu, 80-ci illərin əvvəllərində yaratmıĢdı. 

 

 

 



AYDIN XAN: Postmodernizm dünyadan fərqli olaraq, 

bizdə geniĢ yayılmayıb. Əgər o, bizdə də dünyada olduğu 

kimi yayılsaydı, Ġsa Muğannanın əsərləri xarici dillərə 

tərcümə olunardı.  

Postmodernizmi biz haradasa sırf ədəbiyyat janrı kimi 

götürməyək, ədəbi düĢüncənin bir növü kimi götürməyək. 

O, fəlsəfədə də var. Modern nədi? Postmodernizm 

sözünün atributudur da. Və yaxud kompyuterlər nədi? 

Postmodernizm dövrünün atributudu da.  

Qısaca da olsa, bir Ģeyi də xatırlatmaq istəyirəm. Biz 

Ģəbəkə – elektorn ədəbi tənqidi haqqında danıĢmadıq. 

Ġntrenetdəki müxtəlif forumlarda tənqidlə, 

ədəbiyyatĢünaslıqla, ədəbiyyatla bağlı çox qızğın 

müzakirələr gedir. Və o müzakirələr iĢtirak etmək üçün 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

88 

E-antologiya: 

çağdaĢ filoloji materiallar

 

 

gəlib burada oturmaq, iki-üç saat acqarına iclaslarda 



iĢtirak etmək vacib deyil. Sadəcə, Ġnternetdə, 

kompyuterdə oturursan, yazıĢırsan, fikirlərini bölüĢürsən, 

bütün düynada olduğu kimi. Biz hər dəfə olduğu kimi 

yenə də geridə qalırıq. Feodalizmdə geridə qaldıq, 

sosializmdə geridə qaldıq və bu gün çox absurd bir Ģey 

ortaya qoyuruq. Sonra da deyirik belədi, elədi. QardaĢlar, 

bu, elə deyil. Postmodernizmin elə nümayəndələri var ki, 

onlarla bütün prezidentlər oturur, məsələn, Roma 

klubunun üzvləri onlarla məsləhətləĢirlər. Nobel 

mükafatlarını son illər dalbadal məhz postmodernizmin 

nümayəndələri alır. Orxan Pamuk kimdi? 

Postmodernizmin məhsulunu ortaya qoymuĢ birisi. Onun 

elə «Mənim adım qırmızı» və yaxud «Ġstanbul» əsərini 

götürək, «Qar» romanını götürək. «Qar»da azdı, amma bu 

iki əsərdə postmodernizm güclüdü. Varmı bizdə, 

Azərbaycanda postmodern romanı ortaya qoyan? 

MƏLAHƏT KƏLƏNTƏRLĠ: Orxan ona görə Nobel alıb 

ki, ermənipərəstdi. 

AYDIN XAN: «Ġstanbul»u oxumusunuzmu? 

MƏLAHƏT KƏLƏNTƏRLĠ: Niyə oxumamıĢam? 

AYDIN XAN: Siz «Ġstanbul»u oxumamısınız. Mən sizə 

deyim ki, Ġstanbulu qarıĢ-qarıĢ yunana, ingilisə, fransıza 

satanlar deyirlər ki, Orxan belədi, elədi. Bax, bu kitaba 



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə