Filosof Fikri Robin Şarma Ferrarisini Satan Rahib



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
tarix14.05.2023
ölçüsü1,1 Mb.
#110169
ferrarisini-satan-rahib-2021-01-07-130823407384



 
 
Filosof Fikri
Robin Şarma Ferrarisini Satan Rahib
Bu kitab daha cəsarətli , sevinc və bolluq içində yaşamağa addım-addım çatmağa 
ruhlandıran bir hekayətdir.
“Ferrarisini satan rahib” bütün ölkədə tanınmış, məşhur bir vəkil Culian Məntlin başına 
gələnlərdən bəhs edir. Culian karyerasına başlayandan yalnız daha çox pul toplamaq 
haqda düşünür, nəyin bahasına olursa-olsun var-dövlətini artırmaq istəyir. Bütün il boyu 
istirahətsiz iş prosesi onu mənəvi böhranla üzbəüz qoyur. Bir gün məhkəmə zalında 
tirtap yerə uzanıb özündən gedir.


Bir müddət müalicə olunandan sonra o villalarını, Ferrarisini satıb ömrü boyu arzuladığı 
Hindistana səyahət edir. Burada rastlaşdığı müdrik ona həyatı daha mənalı yaşamaq 
yollarını öyrədir. O geri qayıdıb keçmiş iş yoldaşına başına gələnləri danışır. Keçirdiyi 
düzgün həyat tərzi Julianı yaxşı mənada elə dəyişib ki, hətta keçmiş iş yoldaşı əvvəlcə 
onu tanımır.
Kitabda mənalı yaşamağın yolları göstərilib.
Kitab həyatını dəyişmək istəyənlər üçü stolüstü kitab ola bilər.
Ferrarisini satmış Rahib üçün tərənnüm
“Sensasiya qədər güclüdür. Bu kitab sizin həyatınızı işıqlandıracaq”.
Mark Viktor Hansen, “Qəlb üçün toyuq supu”-nun həmmüəllifi
“Öyrətdikcə ləzzət verən valehedici bir kitab”
Paulo Coelho, Kimyagər
“Bu fərdi inkişaf, effektivlik və xoşbəxtlik səltənətinə əyləncəli, valehedici, fantastik 
sərgüzəştli səyahət idi. Onda hər bir şəxsin həyatını zənginləşdirə və dəyişdirə biləcək 
hikmət xəzinəsi var”.
Brayn Treysi, “Maksimum nəaliyyətlər”-in müəllifi
“Robin S. Şarmanın bizim hamımız üçün vacib – bizim həyatımızı dəyişə biləcək məlumatı 
var. O, keşməkeşli əsrdə şəxsi nəaliyyətlər üçün bir növ təlimat kitabı yazmışdır”. Skot De 
Qarmo, “Success Magazine”-in keçmiş naşiri


 
“Robin Şarma klassik transformasiya alətlərinin sadə həyat fəlsəfəsinə çevrilməsini 
özündə əks etdirən sehrli bir nağıl yaratdı. Həyatınızı dəyişəcək valehedici kitabdır”.
Eleyn Ceyms, “Həyatınızı sadələşdirin” və
“Daxili sadəlik” əsərlərinin müəllifi
“Həyatın başlıca sualını işıqlandırır”
The Edmonton Journal
“Ferrarisini satmış Rahib rabitəli, faydalı və əlbəttə ki, oxumağa dəyən əsərdir... O 
oxuculara həyat mücadiləsinin öhdəsindən gəlməkdə həqiqi kömək edə bilər”. The 
Kingston Whig-Standard
“Möhtəşəm kitabdır. Robin S. Şarma növbəti Oq Mandinodur”.
Dotti Valters, “Danış və Zənginləş” əsərinin müəllifi
“Hər kəsin bəhrələnə biləcəyi sadə hikmət”.
The Calgary Herald
“Bu kitabı fərdi inkişafın Varlı Bərbəri kimi təsnifatlandırmaq olar…Onda gündəlik 
həyatımıza rahatlıq, nəzarət və səmərəlilik gətirən əsas anlayışlara dair dərin məna əks 
olunub”
Investment Executive


“Xəzinə-həqiqi uğurlar və xoşbəxtlik üçün zərif və güclü formula. Robin S. Şarma 
əsrlərdən gələn hikməti əks etdirərək onu kükrək zəmanəmiz üçün uyğunlaşdırıb. Mən 
bunu bacarmazdım”.
Co Ti, “Əsla qorxma”, “Əsla tərk etmə” əsərlərinin müəllifi
“Öz potensialını aşkar etmək üçün sadə qaydalar”
The Halifax Daily News
“Həyatınızı zəngiləşdirə bilən həyat dərslərindən ibarət bir gözəl hekayə”. Ken 
Vegotsky “Əsas güc” (“The Ultimate Power”)
kitabının müəllifi
“Şarma oxucularını maarifləndirir”.
The Chronicle-Herald
“Həyatın keyfiyyətini yaxşılaşdırmaq üçün bir sıra sadə və olduqca güclü ideyaları aşkar 
edən gözəl hazırlanmış məsəldir. Mən bu kitabı bütün müştərilərimə tövsiyə edirəm”. 
Corc Viliams, Karat Consulting İnternational-ın prezidenti
“Robin Şarma mənəvi yolda fərdi inkişaf təklif edir”.
The Ottawa Citizen
Bu dünyada yaxşı olan nə varsa mənə 
gündəlik xatırladan oğlum Colbiyə…
Tanrı səni qorusun!


 
Minnətdarlıq
”Ferrarisini satan rahib” – bəzi xüsusi adamların cəhdi sayəsində baş tutan xüsusi bir 
layihədir. Mən özümün əla komandama (Sharma Leadership İnternational) dərindən 
minnətdaram, eləcə də bütün dünyadakı müştərilərimə sonsuz sevgimi bildirirəm.
Mən xüsusi olaraq:

Birinci kitabımın – Meqal Yaşayış (Megal Living) minlərlə oxucusuna minnətdaram. 
Onlar kitabı oxuyandan sonra vaxt tapıb özlərinin uğur hekayələrini mənimlə 
bölüşüblər, eləcə də seminarlarımda iştirak ediblər. Mənə dəstək olublar.

Kitabın daxili dizaynı üçün yorulmadan çalışan, bu layihəni həmişə gündəmdə saxlayan 
Karen Petherickə təşəkkür edirəm.

Kitabı çapa verməzdən əvvəl əlyazmamda öz şərhlərini bildirən yeniyetməlik dostum 
John Samsona, eləcə də əlyazmama əla giriş sözü yazdıqları üçün Mark Klar və Tummy 
və Shareef İsaya minnətdaram.

Ədliyyə Nazirliyində mənə dəstək olduğu üçün Ursula Kaczmarezyka

Üz qabığının dizaynı üçün Kathi Dunna minnətdaram. Elə fikirləşirdim ki, Özünə Sahib 
Olmanın sonsuz müdrikliyinə uyğun dizayn mümkün deyil. Mən səhv etmişəm.

Mark Victor Hansen, Rick Frishman, Ken Vegotsky, Bill Outon, xüsusilə Satya Paul və 
Krishna Şarmaya təşəkkür edirəm.

Ən çox isə valideynlərimə təşəkkür edirəm. Shiv və Shashi Şarmalar mənə hər gün 
kömək ediblər. Vəfalı və ağıllı qardaşım Sanjay Şarmaya, onun gözəl həyat yoldaşı 
Susana, qızım Bianeya, həyat yoldaşım və vəfalı dostum Alkaya minnətdaram. Siz 
hamınız mənə yol göstərən işıqsınız.
Eləcə də kitaba olan sədaqətləri üçün HarperCollinsin bütün kollektivinə – İris Tupholme, 
Claude Primeau, Carol Bonnet, Tom Best və Michaela Cornellə təşəkkür edirəm. Kitabın 
gücünü kəşf edib mənə inandığı üçün HarperCollinsin prezidenti Ed Carsona 
minnətdaram. Sizin rəhbərlik etdiyiniz kollektivin əməyini dəyərləndirirəm.


“Həyat mənimçün balaca bir şam deyil. Bu, bir neçə dəqiqəlik əlimdə saxladığım bir 
məşəldir. Mən bu şamı gələcək nəsillərin əlinə verməzdən əvvəl daha gur yanmasını 
istəyirəm”.
Corc Bernard Şou
BİRİNCİ FƏSİL
Oyanma zəngi
O, məhkəmə zalının tən ortasında tirtap yerə sərildi. Ölkənin ən tanınmış məhkəmə 
vəkillərindən biriydi. Eləcə də üç min dollar qiyməti olan İtaliya kostyumuyla nəzərləri 
cəlb edirdi.
Onun bu halını görüb yerimdə donub qaldım, şahidi olduğum mənzərədən az qala iflic 
olacaqdım. Böyük bildiyim Culian Məntl özü qurbana çevrilmişdi, köməksiz körpə uşaq 
kimi döşəmə üstündə oyan-buyana qıvrılır, manyak kimi titrəyir və tər içində üzürdü.
Ətrafda hər şey sükut içindəykən orta ədliyyə personalı fəryad qopardı: Aman Allah, 
Culianın vəziyyəti pisdir!”
O, emosional halda göz önündə nələrin baş verdiyini sanki bizə xatırlatdı. Vahiməyə 
düşmüş hakim isə fövqəladə hallar üçün nəzərdə tutulmuş xüsusi telefonla harasa zəng 
etdi. Mənə gəldikdə isə, çaşmış, heyrətdən donmuş vəziyyətdə qalmışdım. Ey, qoca 
axmaq, hələ ölmə! Ölmək səninçün hələ tezdir. Sən bu cür ölməyə layiq deyilsən!
Bayaqdan öz yerində mumiyalanmış kimi dayanan məhkəmə icraçısı yerə sərilmiş
“qəhrəman”a ilk yardım göstərməyə başladı. Orta ədliyyə personalı da onun yanındaydı. 
Onun sarışın, qıvrım saçları Culianın qıpqırmızı qızarmış üzü üstündə dalğalanırdı. O, 
Culiana sakitləşdirici sözlər deyir, amma şübhəsiz ki, Culian söz eşidəcək halda deyildi.
Culianı on yeddi ildir ki, tanıyırdım. Biz ilk dəfə tanış olanda mən hüquq fakültəsinin 
tələbəsi idim, gənc mütəxəssis kimi yay tətilində təcrübə keçmək üçün onun 


 
partnyorlarından biri tərəfindən işə götürülmüşdüm. O, böyük arzularla yaşayan zəkalı, 
gözəl, cəsarətli bir məhkəmə vəkiliydi. Məhkəmənin “ulduzu” idi və onunçün növbə 
gözləyənlər çox idi. Gecə saatlarında işlədiyim vaxtlarda onun kabinetinin yanından 
keçərkən, palıd ağacından hazırlanan stol arxasında oturmuş “çərçivəli sitat”dan bir 
balaca “işıltı” oğurladığım vaxtları hələ də xatırlayıram. Bu, Uinston Çörçill idi. O, Culian 
haqda cild-cild kitaba sığmayan sözlər deyirdi.
Əminəm ki, hər birimiz öz taleyimizin sahibiyik, bizim qarşımıza qoyulmuş tapşırığın 
öhdəsindən gəlməyə gücümüz çatar. Əgər qalib gəlmək üçün inamımız varsa, qələbə 
bizdən üz çevirməyəcək.
Culian arzularına doğru ləng hərəkət edirdi. O, ümid etdiyi uğuru əldə etmək üçün günün 
on səkkiz saatını ağır işləyirdi. Mən gizli söhbətlərdən eşitmişdim ki, onun babası 
tanınmış senator olub, atası isə Federal məhkəmənin böyük hörmət sahibi olmuş hakimi 
olub. Bu, gün kimi aydın idi ki, Culian imkanlı ailədən çıxıb. Onun çiyinlərində daha böyük 
rütbənin nişanlarının olacağını gözləmək olardı. Bir şeyi etiraf edim ki, o öz yoluyla 
gedirdi, öz yolu üçün müəyyən etdiyi işlə məşğul olurdu.
Culianın məhkəmə zalında göstərdiyi “səhnəciklər” həmişə qəzetlərin birinci səhifəsini 
bəzəyirdi. Varlılar və məşhur adamlar aqressiv sonluqla bitən qanun taktikasına ehtiyac 
duyan kimi onun üstünə qaçırdılar. Onun işdənkənar fəaliyyəti də çoxlarına məlum idi. 
Gecədən xeyli keçmiş seksual gənc model qızlarla şəhərin ən yaxşı restoranlarına 
gedərdi. Özünün “dağıtma komandası” adlandırdığı səs-küylü dəstəsiylə gecə gəzintiləri 
əfsanə kimi dillərdə gəzib-dolaşırdı.
Hələ də dəqiq müəyyən edə bilmirəm ki, mənim işə başladığım o yay sensasiya 
doğurmuş qətl hadisələriylə bağlı işinə niyə məhz məni seçmişdi. Düzdür, mən onun da 
məzunu olduğu Harvard Hüquq Məktəbini bitirmişdim, amma məhkəmədə ən savadlı 
gənc mütəxəssis deyildim, həm də mənim ailə şəcərəmdə aristokratlıq əks olunmamışdı. 
Atam Marinesdəki bankdakı işindən sonra həyatının sonuna kimi yerli bankda 
təhlükəsizlik xidməti əməkdaşı olmuşdu, anam isə Bronksda sadə bir ailədə boya-başa 
çatmışdı.
Bəli, o, çoxlu gənc mütəxəssislərin arasından məni seçdi. Həmin gənclər “Qətl 
məhkəmələrinin anası” titulu qazanmış şəxsə az qala qanuni kuryer idilər. O isə demişdi 
ki, mənim “ac olmağımı” bəyənib. Biz həmin məhkəmə işini udduq; arvadını vəhşicəsinə 
öldürən bir sahibkar artıq azadlıqdaydı.
Həmin yay mənim qazancım daha bir şey oldu. Bu, təkcə qazandığım təcrübə deyildi. 
Mən öz rəhbərimi iş başında izləmək imkanı qazandım ki, bu da psixologiyada uğur 
qazanmağın bir yoludur.


Culianın dəvətindən sonra məhkəmədə köməkçi kimi qaldım və tezliklə aramızda 
yaranmış dostluq bağları daha da inkişaf etdi. Etiraf edim ki, bir vəkil olaraq onunla 
işləmək asan deyildi. Onunla birlikdə gecə gəzintilərinə çıxırdım. Bu, onun öz yoluydu. 
Culian heç vaxt səhv etməzdi, buna baxmayaraq onun xarici görünüşü adamların 
qayğısına qalmağından xəbər verirdi.
O nə qədər məşğul olsa da tez-tez məndən Cennini xəbər alırdı, hansı ki, Cenni ilə hələ 
hüquq fakültəsində oxumamışdan əvvəl evli olmuşduq, amma mən onu hələ də 
“nişanlım” deyə çağırırdım. Həmin yay Culian maliyyə sıxıntım olduğunu biləndə mənim 
təqaüd almağımı təşkil etmişdi. O, tək-tənha vaxt keçirməyi xoşlasa da dostlarını 
unutmurdu. Yeganə problem o idi ki, Culian işinə çox bağlıydı.
Birgə işlədiyimiz ilk illərdə o, işinə uzun-uzadı vaxt ayırmağını işlədiyi firmanın yaxşılığı 
üçün etməsiylə izah edirdi. Deyirdi ki, gələn qış mütləq Kaymanlara getməyi planlaşdırır. 
Culian yaxşı vəkil kimi tanınmışdı, onun iş yükü də get-gedə artırdı. İşlər getdikcə artır, 
Culian isə özünü bu ağır işlərə itələyirdi. Hətta bir dəfə o mənə etibar edib ürəyini açdı, 
dedi ki, gecələr iki-üç saatdan artıq yata bilmir, yatarkən işindən uzaq düşmək hissi 
ondan əl çəkmir. Getdikcə mənə aydın oldu ki, onun məni ehtiyacım olduğuna görə 
seçməyinin səbəbi daha çox nüfuz, daha çox pul qazanmaq istəyi imiş.
Gözlənildiyi kimi Culian böyük uğur əldə etmişdi. O, başqa adamların arzuladığı hər şeyi 
qazanmışdı: professional nüfuz, böyük mülk, şəxsi təyyarə, tropik adada bağ evi, 
darvazasının qarşısında park etdiyi par-par yanan qırmızı rəngdə “Ferrari”...
Əlbəttə, bilirdim ki, hər şey heç də zahirən göründüyü kimi deyil. Başqalarına nisbətən 
onunla daha çox vaxt keçirdiyimdən hər şeyin məhvə doğru getdiyini müşahidə edirdim.
Biz həmişə bir yerdəydik, çünki həmişə iş başındaydıq. İşlər heç vaxt azalmaq bilmirdi. 
Hələ qabaqda o biri işlərlə müqayisədə daha böyük bir məhkəmə işi vardı. Culian 
məhkəməyə nə qədər hazırlaşsa da yenə hazırlığın az olduğunu deyirdi. Allah eləməsin, 
birdən hakim bu və ya başqa sualı versə, onda nə baş verəcək?.. Bəs əgər o, məhkəmə 
zalında çaşsa necə olacaq?.. Demək olar ki, ağır işlər sanki qanımı sorurdu. Biz – divar 
saatının iki qulu, başqa işçilər evlərində ailə üzvləri ilə istirahət edərkən nəhəng binanın 
altmış dördüncü mərtəbəsində getdikcə uzanan məhkəmə işlərinin içində itib-batırdıq.
Culianla nə qədər çox vaxt keçirirdimsə bir o qədər də çox anlayırdım ki, o özünü ölümə 
aparır. Elə bil onun ölmək arzusu vardı. Heç vaxt heç nə ilə qane olmurdu. Nəticədə, ailə 
həyatı uğursuzluğa uğradı, daha atasıyla danışmırdı. Hər şeyi olmasına, başqalarının arzu 
etdiklərinə sahib olmasına baxmayaraq, o hələ də daha nə istədiyini bilmirdi. Bu hal həm 
emosional, həm fiziki, həm də mənəvi cəhətdən özünü göstərirdi.


 
Culian əlli üç yaşında olsa da səksəni haqlamış qoca kimi görünürdü. Üzü qırışlarla 
doluydu. Buna səbəb onun tarazlığı pozulmuş həyat tərzi idi. Bahalı fransız 
restoranlarında gecədən xeyli keçmiş şam yeməkləri, çəkdiyi qalın Kuba siqarları, 
dalbadal boşaltdığı konyak butulkaları onun çəkisinə təsir etmiş, kökəlmişdi. Həmişə 
xəstə olmağından gileylənir, bundan yorulduğunu, taqətdən düşdüyünü deyirdi. Demək 
olar ki, yumor hissini itirmişdi, onun güldüyünü görmürdük. Culianın ruh yüksəkliyi ilə 
dolu təbiətini indi daimi kədərli görkəm əvəz etmişdi. Şəxsən mənə elə gəlirdi ki, 
onunçün həyat bütün mənasını itirib.
Ən pisi o idi ki, məhkəmədə də artıq diqqət mərkəzində deyildi. Bəzən vacib olmayan 
məsələlərə saatlarla vaxt sərf edir, lazımsız işlər arasında “veyllənirdi” .
Vaxtilə reaksiya verdiyi məhkəmə işlərinə indi acı istehzayla baxırdı. Əvvəllər onu dahi bir 
vəkil kimi qəbul edən hakimlər daha onun hərəkətlərinə dözə bilmirdilər. Sadə dillə 
desək, Culianın həyat qığılcımları titrəyib sönmək üzrəydi.
Onu vaxtsız qəbirə sürükləyən coşqun tempinin yüksəkliyi deyildi, hiss edirdim ki, köklər 
daha dərinə gedir. Bu, nəsə mənəvi narahatlıq idi.
Demək olar, o hər gün mənə deyirdi ki, gördüyü işə heç bir marağı yoxdur, sanki boşluğa 
yuvarlanıb. Gənc olarkən qanunları sevdiyini deyirdi, bu işə ailəsi tərəfindən 
“itələnməyinə” baxmayaraq öz işini sevirmiş. Məhkəmə işinin çətinlikləri enerjisini 
tükəndirməmişdi. Həm də Konnektikutun varlı bir ailəsinin uşağı idi. O, həqiqətən də, 
özünü yaxşılıq etmək üçün qüvvə, sosial təkmilləşdirmə üçün bir vasitə hesab edirdi. 
Bütün bunlar da onun həyatına məna verir, ümidlərini enerji ilə “təchiz edirmiş”.
Culianın həyat qığılcımlarını söndürən həm də onun keçmişlə əlaqəsiydi. Mən bu firmaya 
gəlməmişdən əvvəl nəsə böyük bir faciə baş veribmiş. Yaşlı partnyorlardan birinin 
dediyinə görə, həqiqətən də, onun başına çox pis iş gəlib, amma mən bu barədə daha 
heç bir məlumat əldə edə bilmədim. Hətta hamının ağzıyırtıq kimi tanıdığı, iş yerindən 
daha çox Ritz-Karltonda vaxt keçirən Hardinq də heç nə demədi. Bu haqda soruşanda 
dedi ki, bu sirri saxlamaq üçün ona and içdiriblər. Culianın depressiyasını mən keçmişdə 
baş vermiş həmin faciə ilə əlaqələndirirdim. Düzdür, mən bu sirri öyrənməyə çox can 
atırdım və bu sirri öyrənmək istəyim də ona kömək etmək istəyimdən irəli gəlirdi – ona 
kömək etmək istəyirdim. O təkcə mənim məsləhətçim yox, həm də ən yaxşı dostum idi.
Sonra isə bu hadisə baş verdi. Bu mənfur ürək tutması Culianı yerə sərdi. O, bir bazar 
ertəsi günü, yeddi məhkəmə işçisinin gözləri qarşısında, bir vaxtlar çoxlu qətllərin 
baiskarı olan bir məhkəmə işini udduğumuz bir zalda tirtap yerə sərildi.


İKİNCİ FƏSİL
Sirli qonaq
Firmamızın bütün işçilərinin fövqəladə bir iclasıydı. Hamımızı iclas zalına dürtdüklərindən 
nəsə ciddi bir məsələ olduğunu təxmin edirdim. İclas iştirakçıları qarşısında birinci olaraq 
Hardinq danışdı:
– Sizə bəd xəbərim var. Dünən məhkəmə zalında, iş başında olarkən Culian Məntl 
ürəktutmasından yerə yıxıldı. O hazırda müalicə olunur. Həkimlər mənə məlumat 
veriblər ki, vəziyyəti stabildir və sağalacaq. Amma buna baxmayaraq Culian iş yerini tərk 
etməyə, bir daha vəkilliklə məşğul olmamağa qərar verib. O bir daha firmamıza 
qayıtmayacaq.
Bu xəbərdən çox sarsıldım. Vəziyyətinin ağır olduğunu bilirdim, amma ağlıma da 
gəlməzdi ki, işdən çıxa bilər. Eləcə də, biz neçə illər bir yerdə işləmişdik, düşünürdüm ki, 
nəzakət xatirinə də olsa bu barədə şəxsən mənə deməliydi.
Hətta xəstəxanada da onu görməyimə icazə vermədi. Neçə dəfə onun yanına girməyə 
cəhd etdim, lakin tibb bacılarına göstəriş verildiyindən onlar hər dəfə deyirdilər ki, guya 
o yatır, onu narahat etmək olmaz. Hətta o, telefon zənglərimə də cavab vermirdi. Bəlkə 
mən ona unutmaq istədiyi işini xatırladacaqdım. Allah bilir! Mən sizə başqa məlumat da 
deyim.
Yuxarıda danışdığım hadisə üç il əvvəl baş vermişdi. Son dəfə onun haqqında eşitdiyim o 
oldu ki, Culian Hindistana yola düşüb – ekspedisiya xarakterli bir səyahətə gedib. O, iş 
yoldaşlarımızdan birinə həyatını sadələşdirmək istədiyini, buna görə də “bir neçə 
cavaba” ehtiyacı olduğunu deyib. Ümid edib ki, suallarının cavabını mistik ölkədə – 
Hindistanda tapacaq. O özünün villasını, təyyarəsini, şəxsi adasını satmışdı. Hətta 
“Ferrari”sini də satmışdı. “Culian Məntl hind yoqları kimidir”, – deyə düşünürdüm.
Üç il ərzində mən yorğun, necə deyərlər, üzünün suyu tökülmüş bir qoca vəkilə 
dönmüşdüm. Ailəm, Cenni adlı arvadım vardı. Son nəticədə, özümçün həyatda məna 
axtarmağa başladım. Məncə, bunun səbəbkarı elə uşaqlar oldu. Onlar mənim dünyaya 
baxışımı kökündən dəyişdilər.
Atam bu sözləri mənə deyəndə necə də haqlıymış: “Con, sən ölüm yatağında olarkən 
vaxtının çoxunu ofisdə keçirdiyinə görə təəssüf edəcəksən”.


 
Beləliklə də, mən “Rotary” klubuna getdim, şənbə günləri orda qolf oynadım. Onu da 
deməliyəm ki, sakit vaxtlarımda tez-tez Culian haqda düşünərdim. Gözləmədiyim halda 
işindən ayrılandan sonra onun başına nə gəlməsi məni maraqlandırırdı.
Bəlkə o elə Hindistanda məskunlaşıb? Onun kimi narahat insan üçün Hindistanın 
rəngarəng təbiəti bəlkə vətəni əvəz edib? Kim bilir, bəlkə yolunu Nepaldan salıb? Bəlkə 
dalğıclar kimi Kaymanlara baş vurub? Bir şeyə dəqiq əmin idim: o, əvvəlki işinə 
qayıtmayıb. Hətta iş yoldaşlarından heç biri Culian özünü könüllü olaraq Hindistana 
sürgün edəndən bəri ondan balaca bir açıqca da almamışdı.
Təxminən iki ay bundan əvvəl iş otağımın qapısı döyüləndə suallarımın bir neçəsinə 
cavab tapdım. Üzücü bir iş gününün sonunda axırıncı müştərimi elə yenicə yola 
salmışdım ki, ağıllı köməkçim Cenevyeva balaca otağıma daxil oldu.

Con, sizi bir nəfər də görmək istəyir. O deyir ki, çox vacib işi var və sizi görməmiş heç 
yerə gedən deyil.

Cenevyeva, mən elə otaqdan çıxmağa hazırlaşırdım. Ağzıma bir tikə çörək qoymaq 
istəyirdim. Hal-hazırda kimisə görməyə vaxtım yoxdur. Həmin adama çatdır ki, o da 
başqaları kimi qabaqcadan görüş təyin etsin, əgər razılaşmasa, onda təhlükəsizlik 
xidməti əməkdaşını köməyə çağır, – deyə səbirsizliklə dilləndim.

O deyir ki, həqiqətən də, sizi görməyi çox vacibdir və “yox” cavabını eşitmək istəmir.
Bir anlığa özüm təhlükəsizlik xidmətindən kimisə köməyə çağırmaq istədim, amma 
düşünəndə ki, bəlkə, həqiqətən də, vacib işi var, onda fikrimdən daşındım.

Ok! Onu yanıma göndər, – dedim.
Otağımın qapısı sakitcə açıldı. Qapı taybatay açılanda otuz-otuzbeş yaşlarında, üzündə 
təbəssüm olan bir kişi otağa daxil oldu. O, hündür, arıq idi, əzələli idi, üzündə həyat eşqi 
vardı, enerjili görünürdü. Bu adam mənə hüquq fakültəsində oxuyarkən imkanlı 
ailələrdən olan, gözəl ev-eşikləri olan oğlanları xatırlatdı. Mənim çağırılmamış qonağımın 
baxışları cavan oğlan baxışlarıydı. Sakit görkəmi hətta onu müqəddəs adamlara 
bənzədirdi. Hələ onun gözləri... Onun mavi gözləri işıqla doluydu.
“Başqa bir vəkil mənim işimə göz dikib”, – öz-özümə dedim.
Bəs o niyə qapının kandarında dayanıb mənə belə baxır? Allah eləsin, bu kişi keçən həftə 
uğur qazandığım boşanma işindəki qadının əri olmasın! Bəlkə elə təhlükəsizlik xidməti 
əməkdaşını köməyə çağırmaq ideyam düz imiş.



Ey, Con, deməli, sən qonaqlarınla belə rəftar edirsən? Con, hətta sənə məhkəmə işində 
uğur qazanmağın yollarını öyrədən adamı da belə soyuq qarşılayırsan? Gərək o vaxt 
bildiklərimi heç sənə öyrətməyəydim! – bunu deyib öpmək üçün mənə sarı əyildi.
Bu anda sanki kimsə məni qıdıqlayıb özümə qaytardı. Necə olub ki, bu mənə doğma 
olan, bir az cingiltili səsi tanımamışam. Aman Allah, ürəyim şiddətlə döyünməyə başladı.

Culian? Bu sənsən? Gözlərimə inana bilmirəm, qarşımdakı həqiqətən də sənsən?
Qonağımın bərkdən gülməyi şübhələrimə son qoydu. Qarşımda dayanan bu cavan kişi 
çoxdan Hindistanda “itmiş” yoq idi: Culian Məntl. Onun ağlagəlməz dərəcədə dəyişməsi 
gözümü qamaşdırdı. Kolleqamın əvvəlki xəstə görkəmindən, mənasını itirmiş donuq 
gözlərindən heç əsər-əlamət qalmamışdı. Onun yaşlı görkəmi yox olmuş, əvəzində isə 
sağlamlığın pik zirvəsində olan, sifəti işıq saçan, üzündə heç bir qırışı olmayan cavan bir 
kişi dayanmışdı. Gözləri parlaq idi, sanki bu gözlər onun sağlam iç dünyasına açılan bir 
pəncərəydi. Heyrətdən yerimdə donub gözlərimi ona zilləmişdim. Qarşımda, mənimlə 
üzbəüz firmamızın aparıcı yaşlı vəkili yox, cavan, həyat eşqiylə dolu, gülümsər sifətli, 
dəyişmə nümunəsi olan bir cavan adam dayanmışdı.
ÜÇÜNCÜ FƏSİL
Culian Məntlın möcüzəli dəyişməsi
Qarşımda dayanmış “təzə” və dəyişmiş Culian Məntla heyrətlə baxırdım.
Necə ola bilər ki, bir neçə il əvvəl əldən düşmüş qoca kimi görünən bir adam belə sağlam 
olsun? Gördüklərimə inana bilmirdim. Bəlkə onu sehrli bir dərman dəyişib? Bəlkə o, 
nağıllardakı dirilik suyunu tapıb içib? Bəs əgər belə deyilsə onu bu dərəcədə dəyişən 
nədir?
Culian məndən qabaq danışmağa başladı. O dedi ki, artıq onun əvvəlki daim rəqabət 
aparan “hüquq dünyası” öz “quyruğunu” onun üstündən götürüb – təkcə fiziki baxımdan 
yox, həm də mənəvi baxımdan. Sürətli iş rejimi, hər gün artan tələblərin onu dəvə kimi 
xıxmağa məhkum etdiyindən danışdı. O etiraf etdi ki, sanki bədəni xarabalığa çevrilib və 
beyni öz gücünü itiribmiş. Ürəktutması bu dərin problemin yalnız görünə bilən 


 
simptomuymuş. Daimi iş rejimi, həmişə qaçaqaçda olmağı tələb edən məhkəmə vəkili 
işləmək, demək olar ki, onun ruhunu öldürübmüş.
Həkim ona ultimatum verib deyəndə ki, ya işindən əl çəkməli, ya da həyatına əlvida 
deməlidir, onda o hələ cavan ikən qəlbinin dərinliyində kəşf etdiyi ocağı təzədən 
yandırmağa qərar verir. Həmin ocaq o, vəkil işlədiyi vaxtlarda, demək olar ki, sönmüşdü 
və onun yerində bir ovuc kül qalmışdı.
Culian maddi olan hər şeyi necə satıb Hindistana üz tutduğunu deyəndə üzündə qəribə 
bir həyəcan ifadəsini hiss etmək olurdu. Onun məhz Hindistana üz tutmağının bir səbəbi 
də bu qədim mədəniyyətə malik, mistik adətləri olan ölkənin həmişə onu heyran etməyi 
olub. O gah piyada, gah qatarla bir balaca kənddən başqa bir balaca kəndə səyahət 
edəndə, təzə adətləri öyrənəndə qəlbində həyatın əsl mənası işıq saçmağa başlayır. 
Hindistanlıların ona olan isti münasibəti, mərhəməti qəlbinə mərhəmət toxumları səpir. 
Hətta qərbdən gəlmiş bu yorğun, əldən düşmüş qoca qonağa qəlblərinin yalnız kiçik bir 
hissəsini göstərənlər də Culianın həyat eşqini daha da alovlandırıblar. Bu heyranedici 
mühitdə günlər həftələrin içində əridikcə Culian gündən-günə özünü cavan vaxtlarda 
olduğu kimi bütöv hiss etməyə başlayır. Bəlkə də uşaqlıq illərindən bəri ilk dəfə olaraq o 
özünü belə gümrah hiss edir. Onun təbiətində əvvəldən hər şeylə maraqlanmaq ehtirası, 
yaradıcı qığılcımlar təzədən geri qayıdır – həyat enerjisi ilə birlikdə. Bundan sonra o 
özünü daha xoşbəxt, daha sağlam, sevincli hiss edir, təzədən gülməyə başlayır.
Bu ekzotik ölkədə hər bir dəqiqəsinin qədrini bilən Culian mənə dedi ki, onun Hindistana 
olan səfəri əslində yorulmuş beyninə dinclik vermək məqsədilə planlaşdırdığı bir tətildən 
başqa heç nə deyilmiş. O bu uzaq ölkədə özünün şəxsi macərasını təsvir edirdi, kim 
olduğunu kəşf etmək, nə qədər ki, gec deyil, həyatın nə olduğunu başa düşdüyünü etiraf 
etdi. Bu halda onun başlıca vəzifəsi, bu qədim ölkənin daha mənalı yaşamaq, həyatı 
işıqlandırmaqdan bəhs edən mədəniyyətini öyrənməyə başlamaq idi.

Con, mənə inan, elə bil ki, iç dünyamdan bir komanda almışdım. Daxilimdən hansısa 
qüvvə nə etmək lazım olduğu haqda mənə göstəriş verirdi. Daxilimdən gələn qüvvə bir 
vaxtlar itirmiş olduğum o həyat işığını tapmaq üçün mənəvi bir səyahətə başlamağımı 
əmr edirdi. Bu, mənimçün azadlığa çıxarkən insanın keçirdiyi hislərə bərabər idi.
O, yüzdən çox yaşı olmağına baxmayaraq cavan, həyat eşqiylə dolu hind rahibləri 
haqqında nə qədər çox öyrənirdisə, bir o qədər də yeni məlumat əldə edirdi. O nə qədər 
çox səyahət edirdisə, bir o qədər də beyinlərinə nəzarət edən, ruhən daima oyaq olan, 
qocalmayan hind yoqları barəsində daha çox şeylər kəşf edirdi. İnsan təbiətinin bu 


möcüzələrini gördükcə onların həyat fəlsəfəsini öz şəxsi həyatına tətbiq etməyə ümid 
edir.
Səyahətinin ilk mərhələlərində Culian özünə məşhur, böyük hörmət qazanmış müəllimlər 
axtarmaqla məşğul olur. O mənə dedi ki, həmin müəllimlərin hər biri onu qucaqlayıb 
açıq ürəklə qəbul edib, həyatları boyunca qazandıqları biliyi onunla bölüşüblər. Culian 
Hindistanın mistik mənzərəsinə əlavə gözəllik gətirən qədim məbədlərin gözəlliyini də 
təsvir etməyə cəhd etdi. Müdriklik dünyasının sədaqətli qapıçılarına bənzəyən bu qədim 
binaların təbiət mənzərəsini tamamladığından söz açdı.

Con, həmin vaxtlar həyatımın ən möcüzəli vaxtları idi. Mən, cıdır atından tutmuş, ta ki 
“Rolex” saatına kimi hər şeyini satıb, yerdə qalan nə varsa arxa çantasına yükləyən, 
yorğun, qoca məhkəmə vəkili, qədim Şərqin adət-ənənələrinə baş vurdum.

Buranı tərk etmək sənə ağır deyildimi? – Marağımı gizlədə bilməyib yüksək səslə 
soruşdum.

Həqiqətən də, bu vaxta qədər etdiklərimin ən asanı tərk etmək oldu. İşimi tərk etmək, 
malik olduğum mülkiyyətdən əl çəkmək təbii idi. Albert Kamyu belə deyirdi: “Gələcəyə 
qarşı etdiyiniz ən gözəl alicənablıq, nəyiniz varsa onu hazırda yaşadığınız vaxta 
verməkdir”. Bəli, mən də belə etdim. Bilirdim ki, dəyişməliyəm – beləliklə də, ürəyimin 
səsinə qulaq asdım və bunu çox dramatik yolla etdim. Keçmişimin “yüklərini” geridə 
qoyandan sonra həyatım daha sadə və mənalı oldu. Ayaq saxlayıb həyat gözəlliklərini 
müşahidə edərkən hətta ən xırda şeylərdən belə həzz alırdım, ay işığında rəqs edən 
ulduzları, bir gözəl yay səhərində bərq vuran günəş şüalarını seyr etmək mənə ləzzət 
verirdi. Hindistan elə gözəl bir yerdir ki, yalnız nadir hallarda satdıqlarımı xatırlayırdım.
Qocalmayan müəllimlərlə görüşlər, bu ekzotik mədəniyyəti öyrənmək Culianın həsrətini 
çəkdiyi boşluğu get-gedə doldururdu. O düşünürdü ki, arzu etdiyi müdriklik onun 
həyatının mənasını dəyişəcək. Amma yalnız Hindistanda olduğu yeddi aydan sonra onda 
ilk dəyişiklik baş verdi.
Bu dəyişiklik o, Kəşmirdə – Himalay dağlarının ətəyində uyuyan bir ştatda olarkən özünü 
büruzə verir. Orda onun bəxti gətirdi ki, Yoq Krişnan adlı bir centlmenlə tanış oldu. Bu 
arıq, saçı təmiz qırxılmış kişi də bir vaxtlar, həyatının ilk vaxtlarında vəkil olub, o bunu 
həmişə təbəssümlə xatırlayırdı. Təzə Dehlinin gur, yüksək tempindən cana doyandan 
sonra o da Culian kimi maddi olan nəyi varsa ondan əl çəkib sadə bir dünyaya doğru geri 
çəkilir. Bir kənd məbədində nəzarətçi işləyən Krişnan deyib ki, yalnız bundan sonra o, 
həyatının geniş cədvəlində öz məqsədini tapa bilib.


 
Krişnan Culiana belə deyib:

Mən o cür yaşamaqdan bezmişdim, başa düşdüm ki, həyatda məqsədim başqalarına 
xidmət etmək, bu dünyanı daha gözəl etmək üçün hansısa töhfə verməkdir. İndi bu 
dünyaya töhfə vermək üçün yaşayıram. Gecəni və gündüzləri bu məbəddə keçirirəm, 
həyatımın boşluqlarını doldururam. Nəyi reallaşdırıramsa onları məbədə dua etmək 
üçün gələnlərlə bölüşürəm. Ehtiyacı olanlara xidmət edirəm. Yox, keşiş deyiləm, qəlbini 
tapmış sadə bir adamam.
Culian dedi ki, həmin vəkil öz həyat hekayəsi olan yoq idi. Culian keçmiş həyatında 
tutduğu mövqedən, üstünlüklərindən ona danışıb, Yoq Krişnana var-dövlət ehtirasından, 
öz işinə nə qədər sıx bağlı olduğundan söz açıb. O, daxilindəki çaxnaşmadan, ruhunun 
böhranından, tarazlığı pozulmuş həyatının parlaq işığının titrəyib öləziməsindən danışıb. 
Krişnan ona qulaq asaraq deyib:

Dostum, mən də sən keçən yolu keçib gəlmişəm. Sənin hiss etdiyin ağrıları mən də hiss 
etmişəm. Bütün olanlardan belə nəticəyə gəldim ki, hər şey hansısa məqsədlə baş 
verir. Baş verən hər bir hadisənin səbəbi var, hər hadisə özü bir dərsdir. Dərk etmişəm 
ki, uğursuzluq, fərqi yoxdur ya şəxsi, ya professional sahədə, ya da mənəvi uğursuzluq 
şəxsi inkişaf üçün bir əsasdır. Bu, daxilin inkişafına gətirib çıxarır. Heç vaxt keçmişin 
üçün təəssüf hissi keçirmə. Əksinə, keçmişini sənə dərs verən bir müəllim kimi bağrına 
bas.
Culian mənə dedi ki, Krişnanın sözlərini eşidəndən sonra çox sevinib. Şübhəsiz ki, Yoq 
Krişnanın timsalında o, axtardığı məsləhətçini tapmışdı. Əvvəllər onun kimi vəkil olub, 
sonra isə macəraları nəticəsində yaşamağın daha yaxşı yolunu tapan və bu sirləri ona 
öyrədən bu insandan da yaxşı müəllimi hardan tapacaqdı?

Sənin köməyinə ehtiyacım var, Krişnan, daha kamil həyatı necə qurmağı öyrənməyə 
ehtiyacım var.

Bacardığım hər bir şeydə sənin yardımçın olaram. Amma izin versən bir şey təklif 
edərdim, – yoq deyir.

Əlbəttə, təklifini de.

Bu balaca kənddə neçə illərdir ki, məbədə nəzarət edirəm. Yerli camaatdan Himalay 
dağlarının zirvələrində yaşayan bir dəstə müdrik adam haqda çox eşitmişəm. Belə 
əfsanə dolaşır ki, guya bu müdriklər dəstəsi hər bir kəsin həyatını kökündən dəyişə 
bilən yeni bir sistem kəşf ediblər – təkcə fiziki baxımdan yox, həm də mənəvi baxımdan 
dəyişə bilən yeni sistem. Bu, yəqin ki, bədənin və ruhun azadlığını təmin etməyin 
əsasları və yollarıdır.


Culian ona heyranlıqla qulaq asırdı, dedikləri çox maraqlı idi.

Bəs konkret olaraq bu rahiblər harada yaşayırlar?

Culian soruşub.

Heç kim bilmir bunu. Təəssüf edirəm ki, onları axtarmağa gedə bilmərəm, bunu etmək 
üçün çox qocayam. Amma qoy sənə bir şey də deyim, dostum! Onları tapmaq üçün çox 
adamlar cəhd edib, onların çoxu uğursuzluğa uğrayıb – faciəvi sonluqla bitib səfərləri. 
Himalay dağlarının zirvələri müqayisəedilməz dərəcədə hündürdür. Hətta ən mahir 
alpinist də bunu bacarmayıb. Amma əgər sən daimi xoşbəxtlik, sağlamlığın qızıl 
açarlarını axtarırsansa onları tapacaqsan.
Culian Yoq Krişnanı sual yağışına tutur:

Doğrudanmı, onların harada yaşaması barədə heç bir məlumatın yoxdur?

Sənə yalnız onu deyə bilərəm ki, yerli camaat onları Sivananın dahi müdrikləri 
adlandırır. Sivana sözünün mənası isə “maariflənmə məskəni” anlamına gəlir. Bu 
müdriklərə müqəddəslər kimi ehtiram göstərirlər. Əgər onların yerini-yurdunu 
dəqiqliklə bilsəydim məmnuniyyətlə deyərdim. İnan mənə, onların yerini, bilmirəm və 
məsələ də bundadır ki, heç kim bilmir.
O biri səhər tezdən hind günəşinin şüaları rəngarəng üfüq boyunca rəqs etdiyi vaxtlarda 
Culian Sivana adlı yeri tapmaq üçün səfərə çıxdı. Əvvəlcə dağlara dırmaşmaqda ona 
kömək etmək üçün bələdçi tutmaq istədi. Hansısa səbəblərdən instinktiv olaraq qəlbinin 
səsi ona pıçıldadı ki, bu səfəri o, təkbaşına həyata keçirməlidir. Beləliklə də, bələdçi 
tutmaq əvəzinə bəlkə də həyatında ilk dəfə olaraq o, ağlının qandallarını qırıb onun 
yerinə etibarını yerləşdirdi. Hiss etdi ki, bu səfərdə hər şey istədiyi kimi olacaq. Hansısa 
ilahi qüvvə sanki ona bu səfərdə istədiyini tapa biləcəyini deyirdi. Beləliklə də, o, şövqlə 
dağa dırmaşmağa başladı.
İlk bir neçə gün asan keçdi. Çünki o, odun yığmaq üçün dağa çıxan yerlilərdən birinə rast 
gəldi, onun getdiyi cığırla dırmaşdı. Sonra isə tək-tənha dırmaşmalı oldu, öz-özüylə 
təkbətək qalıb, bir vaxtlar harda olmasını, indi inadının onu haralara aparıb çıxartdığını 
düşündü.
Təbiətin valehedici tablosunda dağın ətəyindəki kəndin kiçicik bir ləkə kimi göründüyü 
yerədək dırmanmaq çox çəkmədi. Himalay dağlarının başı qarlı möhtəşəm zirvələrinə 
çatanda onun ürəyi bir müddət sürətlə döyünməyə başladı, dərindən nəfəs aldı. Culiana 
elə gəldi ki, onu əhatə edən bu valehedici mənzərə onunla köhnə dostdur. Sanki bu 
təbiət mənzərəsi köhnə dost kimi onun fikirlərinə diqqətlə qulaq asır, onun zarafatlarına 
gülür. Təmiz, saf dağ havası onun beynini təmizlədi, ruhuna təzə enerji verdi. Dünyanın 


 
çox yerlərinə səyahət etməyinə baxmayaraq o heç yerdə belə heyranedici mənzərə 
görmədiyinə tam əmin idi. Həmin o sehrli anlarda udduğu hava təbiət simfoniyasının 
ona bəxş etdiyi hədiyyə idi. Həmin anlarda o özünü daha ürəkli, daha qayğısız hiss edirdi.
Məhz orada, dağların zirvəsində insanlığın fövqəladə “krallığını” kəşf etdi.
Culian dedi:

Həmin anlarda beynimdən gəlib keçən sözləri hələ də xatırlayıram. Son nəticədə 
başa düşdüm ki, həyat yalnız seçim deməkdir. Hər kəsin taleyi onun etdiyi seçimlərə 
görə bir-bir açılır, bu dəfə etdiyim seçimin səhv olmadığına əmin oldum. Həyatımın bir 
daha əvvəlki kimi olmayacağına, daha gözəl, hətta deyərdim ki, daha möcüzəli olacağına 
inandım. Sanki dərin bir yuxudan oyanırdım...
Culian deyirdi ki, Himalayın zirvələrinə doğru qalxdıqca daha da həyəcanlanırmış. O, 
həmin anları belə təsvir edir:

Amma bu həyəcan başqa həyəcan idi, yeniyetmə ikən məktəbdə keçirilən rəqs 
gecəsindən əvvəl keçirdiyim hislərə bənzəyirdi. Ya da həyəcanlı məhkəmə işində 
məhkəmənin pilləkənləri ilə qalxanda mediyanın məni izləyərkən keçirdiyim həyəcan 
hislərinə yaxın idi bu həyəcan. Zirvəyə qalxarkən heç bir bələdçidən, xəritədən 
faydalanmamağıma baxmayaraq getdiyim cığır düz idi, bu cığır da məni bu dağların daha 
uca zirvələrinə doğru aparırdı. Sanki qəlbimin dərinliyində bir kompas vardı, bu kompas 
məni gedəcəyim yerə tərəf dümsükləyirdi. Bəlkə də zirvəyə doğru dırmaşmağı 
dayandırmaq istəsəydim də dayana bilməzdim. İlahi bir qüvvə məni zirvəyə doğru 
itələyirdi.
Culian həyəcanla danışırdı, sanki dağlardan üzüaşağı sel axırdı.
İki gündən çox davam edən səyahəti boyunca o, Sivananı tapa bilmək üçün dua edirmiş. 
Hərdən Culian keçmişinə qayıdırmış xəyalən. Keçmiş dünyasının stress və gərginliyindən 
tamamilə azad olsa da, düşünürmüş ki, görəsən, o, ömrünün qalan hissəsini də 
məhkəmə işləri olmadan keçirə bilərmi? Universiteti qurtarandan bəri, demək olar ki, 
bütün həyatını həmin işə sərf etmişdi. Hərdən o, göydələndəki kabinetini, dəyər-
dəyməzə satdığı bağ evini xatırlayırdı. Ən yaxşı yerlərdəki ən gözəl restoranlara bir yerdə 
getdiyi köhnə dostları yadına düşürdü. Eləcə də mükafat olaraq aldığı par-par yanan 
“Ferrari”si gözü önündə canlanırdı.
O bu mistik yerlərin dərinliklərinə baş vurmağa cəsarət etdikcə keçmiş haqqında 
xatirələri həmin anlar üzbəüz gəldiyi gözəl mənzərələrlə əvəz olunurdu.
Təbiətin sirli gözəlliklərində üzərkən Culian səs eşidib diksindi.


Gözünün ucuyla baxarkən yaxınlıqda başqa birisini gördü. Uzun, qırmızı xalat geyinmiş, 
xalatının yaxalığına tünd mavi başlıq tikilmiş bir adam cığırın başındaydı. Təcrid edilmiş, 
sürüşkən yollarla yeddi günə gəlib çatdığı bu yerdə insanabənzər qaraltı görən Culian 
heyrətdən donub qalır. Real sivilizasiyadan neçə kilometr uzaqda olan, axtardığı Sivana 
adlı yeri tapacağına hələ tam əmin olmayan Culian qarşısındakı adamı çağırmağa 
başlayır.
Qaraltı ona cavab verməkdən imtina edir və sürətini artırır. Heç geri dönüb Culiana 
maraq da göstərmir. Az keçməmiş sirli səyahətçi az qala qaçmağa başlayır. Onun qırmızı 
xalatı payız günündə paltar ipinə sərilmiş pambıq parça kimi yellənirdi.

Ehhey, dostum, Sivananı tapmaq üçün köməyinizə ehtiyacım var. Düz yeddi gündür ki, 
azacıq ərzaq və su ilə yol gəlirəm. Hiss edirəm ki, azmışam. –Culian qışqırdı.
Qaraltı qəflətən dayandı. Bu qəribə səyahətçi sakitcə dayananda Culian maraqla yavaş 
addımlarla ona tərəf gəldi. Qarşısındakı adamın başı, əlləri hərəkətsiz idi, tərpənmirdi. 
Culian onun xalatının başlığı altında qalmış üzünü görə bilmirdi, amma əlindəki səbəti 
görəndə heyrətini gizlədə bilmədi. Səbətin içində onun bu vaxtacan heç yerdə görmədiyi 
incə, zərif çiçək dəstəsi vardı. Culian ona tərəf gəldikcə o, səbətini sinəsinə sıxırdı, bu 
hündür qərbliyə etibar etmədiyindən səbətdəki gülləri qoruyurdu.
Culian gözlərini zilləyib qarşısındakı səyahətçiyə baxırdı. Yalnız bir balaca günəş şüasında 
onun xalatının başlığına bürünmüş sifətini görəndə Culian bunun insan sifəti olduğuna 
əmin oldu. Amma o, bu vaxtacan hələ belə adam görməmişdi. Qarşısındakı adam elə özü 
yaşda olmağına baxmayaraq, sanki onda elə bir qüvvə vardı ki, yaxınlaşdıqca onu hipnoz 
edirdi, dayanmağa məcbur edirdi. Onun gözləri pişik gözləri kimi par-par yanırdı, fikrini 
yayındırırdı. Dərisi hamar və parlaq idi. Gümrah və güclü görünürdü. Əlləri onun yaşlı 
olmasını, onun cavan olmadığını bəyan etsə də, onda bir gənclik təravəti hiss olunurdu. 
Culian, balaca bir uşağın sehrbaza baxdığı kimi, gözlərini ona zilləmişdi.
“Aha, bu, Sivananın Böyük Müdriklərindən biri olacaq”. – Culian öz-özünə düşünürdü, 
etdiyi kəşfə görə qəlbi sevinclə dolmuşdu.

Mən Culian Məntlam, Sivana Müdrikləri barəsində nəsə öyrənmək üçün bu dağlara 
çıxmışam. Bilmirsiniz, onları necə tapa bilərəm? – Culian ondan soruşdu.
Kişi qərbdən gəlmiş bu taqətdən düşmüş səyahətçiyə fikirli-fikirli baxırdı. Sakit görkəmi 
onu mələyə bənzədirdi.
Kişi sakit-sakit danışır, elə bil pıçıldayırdı:


 

Dost, o müdrikləri nəyə görə axtarırsınız?
Culian başa düşdü ki, o yanılmayıb, qarşısındakı bu kişi həmin müdriklərdən biridir, ona 
görə də ürəyini açıb-tökdü. Səyahətinin məqsədindən, başına gələnlərdən, keçmiş 
həyatından, ruhunun böhranlı anlarından söz açdı. Sağlamlığını və enerjisini sərf etdiyi 
şeyləri xatırlatdı ona. Vəkillik sənətinin ona bəxş etdiyi müvəqqəti sevincdən danışdı. 
Qəlbinin “var-dövlət”ini necə xərclədiyindən, həyatı ilə necə alver etdiyindən danışdı. 
“Sürətlə yaşa, cavan öl” prinsipini xatırlatdı ona. Nəhayət, mistik Hindistana olan 
səyahətindən, onun kimi keçmiş həyatından tamamilə əl çəkən, daxili harmoniya və 
uzun sürən sakitlik tapmaq ümidi ilə keçmişindən əl çəkən Təzə Dehlinin keçmiş vəkili 
Yoq Krişnanla görüşündən danışdı.
Culianın qarşısındakı kişi sakitcə dayandı. Culian qədim prinsiplərlə həyatını dəyişmək 
arzusundan söz açanda kişi yenidən danışmağa başladı. O, əlini Culianın çiyninə qoyub 
nəzakətlə dedi:

Əgər həqiqətən ürəyinizdə belə bir güclü istək varsa, o halda sizə kömək etmək mənim 
borcumdur. Bəli, mən axtarışına çıxdığınız müdriklərdən biriyəm. İllər sonra bizi tapan 
yeganə şəxs sizsiniz. Təbrik edirəm, dözümünüzə heyranam. Əsl vəkilsiniz.
Bunu deyib o fasilə verdi. Sanki bundan sonra nə edəcəyindən əmin deyildi. Az sonra 
sözünə davam etdi:

Əgər istəyirsinizsə mənimlə birgə bizim məbədə gedək. Bizim məbəd bu dağlıq ərazidə 
gizli bir yerdədir. Burdan ora hələ neçə kilometr məsafə var. Mənim bacı və 
qardaşlarım sizi bağırlarına basıb qarşılayacaqlar. Biz bir yerdə ulu babalarımızdan bizə 
qalan qədim üsulları sizə öyrədəcəyik. Sizi özümüzün xüsusi dünyamıza aparıb, 
həyatınızı sevinclə, güc və məqsədlə dolduracaq biliklərimizi sizinlə bölüşməzdən əvvəl 
sizdən bir xahişim var, istəyirəm ki, mənə söz verəsiniz. Bizim hikmətimizi öyrənəndən 
sonra vətəninizə qayıdıb ehtiyacı olanlara öyrətməlisiniz. Biz möcüzəli dağlarda 
sivilizasiyadan uzaq yaşasaq da sizin dünyanızda baş verənlərdən xəbərimiz var. Yaxşı 
adamlar yollarını azırlar. Siz bu adamlara ümid verməlisiniz ki, onlar daha yaxşısına 
layiqdirlər. Daha vacibi isə siz onlara arzularını həyata keçirmək üçün vasitələr 
verməlisiniz, – müdrik deyir.
Culian müdrikin təklifini dərhal qəbul edir, söz verir ki, onların dəyərli mesajını Qərbə 
çatdıracaq. Onlar birlikdə dağ cığırıyla Sivana tərəfə qalxarkən günəş batmaq üzrəydi, 
yorucu bir gündən sonra günəş mürgüləyirdi.


Culian mənə dedi ki, o, həmin anları heç vaxt unutmayacaq. Yaşı bilinməyən Hindistanlı 
rahibə qarşı o, ürəyində sevgi hiss edirdi, sanki onun qardaşıydı. Həsrətində olduğu o sirli 
dünya tərəfə irəlilədikcə Culianın ürəyi sevinc hisləri ilə aşıb-daşırdı.
Həmin anların onun ən unudulmaz anları olacağını deyirdi Culian. O deyirdi ki, həyatın 
bir neçə vacib açarları – anları var. Bu açarlar da həmin anlardan biriydi. Ürəyinin 
dərinliyində həmin anların gələcək xoşbəxt həyatının ilk dəqiqələri olduğunu duyurdu.
DÖRDÜNCÜ FƏSİL
Sivana Müdrikləri ilə sehrli görüş
Dolaşıq cığırlarla, ot basmış izlərlə saatlarla yol gedəndən sonra bu iki səyahətçi yaşıl bir 
dərəyə gəlib çıxdılar. Dərənin bir tərəfi başı qarlı Himalay dağları ilə əhatə olunmuşdu, 
sanki gündən yanmış əsgərlər generallarının istirahət etdiyi yerin yanında keşik 
çəkirdilər. Dərənin o biri tərəfi şam ağaclarından ibarət qalın meşəydi, təbiətin 
valehedici mənzərəsinə gözəl bir hədiyyə idi sanki.
Müdrik Culiana baxıb gülümsündü:
– Sivananın Nirvanasına xoş gəlmisiniz.
Sonra bu iki səyahətçi başqa, az keçilmiş yolla qalın bir meşənin içindən keçdilər. Bu 
meşə sanki dərənin döşəməsiydi. Şam və səndəl ağaclarının xoş rayihəsi sərin, təravətli 
dağ havasını daha da təravətli edirdi. Ağrıyan ayaqlarının ağrısını yüngülləşdirmək üçün 
ayaqqabısını soyunan Culian baş barmaqlarının altında nəm mamır hiss etdi. O, rəngli 
səhləb çiçəklərinin və başqa sevimli çiçəklərin ağaclar arasındakı rəqsini görərkən 
təəccübləndi. Sanki bu çiçəklər cənnətin bir parçası olan yerdə gözəllikdən həzz alırdılar.
O, yaxın məsafədən gələn incə, yumşaq səsləri eşidə bilirdi. Culian heç nə demədən 
müdrikin arxasınca düşüb gedirdi. Təxminən on beş dəqiqə də gedəndən sonra bu iki 
səyahətçi bir talaya gəlib çıxdılar. Culian Məntl gördüyü mənzərədən yerində donub 
qaldı – o heç vaxt belə bir yeri xəyalına da gətirə bilməzdi – qızılgüllərlə çəpərlənmiş 


 
kiçicik bir kənd. Bu kəndin ortasında məbəd vardı, Tailanda və Nepala səyahətləri zamanı 
Culian belə məbədləri çox görmüşdü, amma məbəd qırmızı, ağ, çəhrayı güllərdən 
düzəldilmişdi. Bu güllər bir-birinə saplarla, nazik çubuqlarla bağlanmışdı. Boş yerlərdə 
olan balaca daxmalar, yəqin ki, müdriklərin evləriydi. Bu evlər də həmçinin qızılgüllərdən 
düzəldilmişdi. Heyrətdən Culianın dili batmışdı.
Bu kənddə məskunlaşan rahiblər Culiana yol yoldaşı olmuş rahibə çox bənzəyirdilər. 
Culiana yoldaşlıq edən rahib adını söylədi: Yoq Raman. O, Sivana dəstəsinin ən yaşlı üzvü 
və bu dəstənin başçısı olduğunu dedi. Bu xəyalabənzər kəndin sakinləri hədsiz cavan 
görünürdülər. Sakitcə hərəkət edir, heç biri danışmır, bu yerlərin sakitliyinə hörmət 
edərək öz işləriylə məşğul idi.
Onların sayı təxminən on olardı. Hamısı Yoq Ramanın geyindiyi qırmızı xalatdan 
geyinmişdi. Culian kəndə girəndə onun üzünə gülümsəyirdilər. Hər biri sağlam, sakit və 
məmnun görünürdülər. Uzun illər ərzində bu kəndə heç kim ayaq basmamışdı, buna 
baxmayaraq yalnız baş əyib gülümsəməklə onu salamladılar.
Qadınlar da cəlbedici idi. Çəhrayı ipək sari geyinmiş bu qadınlar tünd qara saçlarını 
lotoslarla bəzəmişdilər. Zirək görünürdülər, başlarını aşağı salıb öz işləriylə məşğul 
olurdular. Bəziləri məbədin içində hansısa bayrama hazırlıq görür, bəziləri isə odun 
daşıyırdılar. Hərə bir işlə məşğul idi. Hamı xoşbəxt görünürdü.
Sivana Müdriklərinin üzləri həyat gücünü ifadə edirdi. Onlar yetkin yaşlı insanlar olsalar 
da, hər birinin üzündə körpə uşaq məsumluğu vardı, gözləri işıq saçırdı və heç birinin 
üzündə qırış yoxdu.
Heç birinin saçında ağ tük yoxdu, heç biri qoca görünmürdü.
Gördüklərinə hələ də inana bilməyən Culiana təzə meyvələrdən və ekzotik tərəvəzlərdən 
təşkil olunmuş qonaqlıq verdilər. O yalnız sonralar öyrənəcəkdi ki, müdriklər bu pəhrizi 
xəzinəyə açar hesab edirlər. Yeməkdən sonra Yoq Raman Culianı yaşadıqları yerlə tanış 
etdi. Gül-çiçəklə dolu balaca bir daxmada balaca çarpayı, üstündə də yastıq – bu balaca 
daxma Culianın olacaqdı.
Culian bu vaxta qədər Sivana kimi möcüzəli yer görməsə də, buranı öz evi kimi doğma 
bilirdi. Sanki o, əvvəllər də tanıdığı bir cənnətə gəlmişdi. Elə bil bu güllərdən “tikilmiş” 
kənd ona yad deyildi. Daxili intuisiyası onun qısa müddətə də olsa bu yerlərə mənsub 
olduğunu deyirdi. O bu yerdə hələ vəkillik sənəti qəlbini oğurlamazdan qabaq ona 
məlum olan həyat qığılcımını yenidən yandıracaqdı, həmin bu yerdə onun sınmış qəlbi 
sağalacaqdı. Culianın həyatı Sivana Müdrikləri arasında belə başladı – bu həyat sadə, 
sakit və ahəngdar idi. Tezliklə arzu etdikləri baş verəcəkdi.


BEŞİNCİ FƏSİL
Müdriklərin mənəvi tələbəsi
Böyük xəyalpərəstlərin xəyalları heç vaxt gerçək olmur. Onların xəyalları həmişə 
həddindən artıq olur.
Alfred Lord Vhitehead
Artıq axşam saat səkkiz idi, səhərisi gün üçün məhkəmə işimə hazırlıq görməliydim. Mən 
hələ də müdriklərin hikmətini öyrənəndən sonra dəyişmiş keçmiş məhkəmə
“döyüşçüsünün” sözlərinə heyranlıqla qulaq asırdım. Necə valehedici, necə fövqəladə bir 
dəyişmə! Düşünürdüm ki, görəsən, Culianın həmin o uzaq dağlarda öyrəndikləri mənim 
də həyatımı dəyişə bilərmi? Culiana nə qədər çox qulaq asırdımsa bir o qədər dərk 
edirdim ki, mənim də ruhum pas atıb. Gənclik illərimdə hər şeyə göstərdiyim qeyri-adi 
ehtiras hara yox olub gedib? O vaxtlar hətta ən xırda şeylər də məni sevindirirdi. Bəlkə 
taleyimi təzədən kəşf etməyimin vaxtı gəlib çatıb?
Qarşımda dayanmış Culianın Sivanadakı macəralarını dinləyirdim. Culian öz nağılını 
başladığı templə də davam etdirirdi. O mənə öyrənmə ehtirasıyla məhkəmə zalında neçə 
illər ərzində qazandığı ağılın necə birləşdiyindən söz açdı. Bu da onu Sivana cəmiyyətinin 
sevimli üzvü edib, ona hörmətlə yanaşıb ailələrinin bir üzvü hesab ediblər.
O, atdığı hər addımda Yoq Ramanın qayğısını hiss edir. Onların arasında elə böyük yaş 
fərqi olmasa da Yoq Raman ona atalıq edir. Bu insanın uzun illərin təcrübəsini Culianla 
bölüşməyə can atması aydın görünürdü.
Səhər dan yeri söküləndə Yoq Raman öz tələbəsi ilə oturub həyatın mənasının nə 
olduğunu onun beyninə yeridirdi. O, Culiana qədim qaydaları öyrətdi, bu qaydalara 
əsasən hər kəs uzun ömür yaşayıb cavan qala bilər və çox xoşbəxt ola bilər. İki qayda – 
özünə sahib olma və özünə cavabdehlik onu Qərbdə keçirdiyi həyat tərzinə qayıtmaqdan 
uzaqlaşdıracaq. Həftələr dönüb aylara keçincə o, beynində mürgüləyən potensialı – 
xəzinəni kəşf edir, bu potensial oyanmağını və daha yüksək məqsədlər üçün istifadəsini 


 
gözləyir. Bəzən müəllim və tələbə bir yerdə oturub dağlar arxasından çıxan günəşin 
doğmasına tamaşa edirdilər. Bəzən birlikdə qalın şam meşəsini gəzir, fəlsəfənin bəzi 
bəndlərini müzakirə edir, etdikləri söhbətdən həzz alırdılar.
Culian dedi ki, şəxsi inkişafın ilk nişanələri Sivanada üç həftə qalandan sonra özünü 
göstərdi. Həmin vaxtdan etibarən o, gördüyü ən adi bir şeydə gözəllik görür. Fərqi 
yoxdur, ya ulduzlu qaranlıq gecə, ya yağışdan sonra hörümçək toru onu heyran edirdi. 
Təzə həyat tərzinin, təzə adətlərin onun daxili dünyasını dəyişdiyini deyirdi Culian. O, bir 
ay ərzində müdriklərin qanunlarını öz həyatına tətbiq etməklə Qərbdə yaşadığı illər 
ərzində ondan uzaq düşən, yayınan dərin sakitlik duyğusunu yetişdirməklə məşğul olur. 
Ötüb keçən hər bir gündə o daha şən, enerjili, yaradıcı olur. Fiziki sağlamlıq və mənəvi 
güc Culianın daxili dünyasında bir-birini izləyir. Onun ağır çəkisi, üzünün xəstə ifadəsi 
sağlamlıq parıltısı ilə əvəz olunur. Özünü elə hiss edir ki, sanki hər birimizin iç dünyasında 
olan potensialı açıb aşkar edə bilər. O hər şeyə nəvaziş göstərməyə başlayır, hər şeydə 
ilahi bir gözəllik axtarır. Rahiblərin mistik dəstəsinin qədim sistemi artıq öz nəticələrini 
büruzə verirdi.
Culian bir az fasilə verdi, sonra isə daha müdrik görkəm alıb davam etdi:

Con, çox vacib olan bir şeyi dərk etdim. Mənim daxili dünyamın da daxil olduğu bu 
dünya xüsusi bir yerdir. Həm də onu dərk etmişəm ki, əgər daxilində uğur 
qazanmırsansa üzdə qazandığın uğurun heç bir dəyəri yoxdur. Firavan yaşamaqla varlı 
olmaq tam ayrı-ayrı məfhumdur. Bütün günü çənə döyən vəkil olarkən mən daxili və 
xarici dünyalarını təkmilləşdirmək istəyənlərə istehza edirdim. İndi isə bu nəticəyə 
gəlmişəm ki, hər bir kəs ağlına, bədəninə, qəlbinə nəzarəti saxlamaqla ən yüksək 
məqsədinə, xəyallarına qovuşa bilər. Əgər bir adam öz qayğısına qala bilmirsə, 
başqalarının qayğısına necə qala bilər? Əgər bir adam özü yaxşı deyilsə, başqalarını 
necə yaxşı edə bilər? Əgər mən özümü sevmirəmsə, səni də sevə bilmərəm!
Qəflətən Culian həyəcanlandı, narahat halda dedi:

Mən əvvəllər heç vaxt ürəyimi kiməsə açmamışam, Con! O dağlarda təcrübə qazandım. 
Bilirəm ki, bildiklərimə başqalarının ehtiyacı var.
Culian axşam düşdüyünü görüb, mənə əlvida deyərək getmək istədi.

Culian, sən söhbəti yarıda qoyub getmə. Sənin Himalay dağlarında öyrəndiyin hikmətə 
heyran olmuşam. Həm də unutma ki, sən müəlliminə söz vermisən ki, onların verdiyi 
mesajı bizlərə – Qərbdə yaşayanlara çatdıracaqsan. Sən məni şübhə içində qoyub heç 
yerə getməli deyilsən, buna dözə bilmərəm.



Dostum, sakit ol, ürəyini buz kimi saxla, geri dönəcəm. Məni tanıyırsan, bir hekayəni 
danışmağa başladımsa məni saxlamaq çətindir. Görürəm ki, görüləcək işlərin var, 
mənim də öz işim var, onları qaydasına qoymalıyam.

Elə isə bir şeyi dəqiq de, Sivanada öyrəndiyin qaydalar mənə təsir edərmi?
Culian tez cavab verdi:

Tələbə hazır olanda müəllim görünür. Bizim cəmiyyətdə olan başqa insanlar kimi, sən 
də mənim sahib olduğum hikmətə hazırsan. Hər birimiz müdriklərin fəlsəfəsini bilməli, 
onların fəlsəfəsindən yararlanmalı, onların kamilliyinin nədən ibarət olmasını 
öyrənməliyik. Sənə söz verirəm ki, onların qədim qanunlarını səninlə paylaşacam. 
Sabah axşam səninlə yenidən görüşəcəm, amma burada yox, sənin evində. Onda sənə 
yaşamaq qanunlarını öyrədəcəm.

Hə, güman edirəm ki, bu neçə illər ərzində bu qanunlarsız yaşaya bilmişəmsə bir 
gecəyə də dözərəm, – yarızarafat, yarıciddi dedim.
Bundan sonra Şərqin hikmət yoqu məni neçə cavabsız sualların içində qoyub getdi.
İş otağımda sakitcə oturarkən anladım ki, bizim dünyamız, həqiqətən də, çox balacadır.
Mən hələ sonsuz bilik dəryasına heç barmağımın ucunu da salmamışdım. Cavan olanda 
hiss etdiyim hər şeyə olan marağımın hara getdiyini düşündüm. Bəlkə, kim bilir, mən də 
işimi tərk edəcəm. Bəlkə məni də o uca dağlar çağırır.
İşıqları söndürdüm, otağımın qapısını bağladım, isti bir yay gecəsinin “içinə” doğru 
addımladım.
ALTINCI FƏSİL
Şəxsi dəyişmə təcrübəsi
Mən sənətkaram – mənim incəsənət əsərim mənim həyatımdır.
Suzuki


 
Culian, söz verdiyi kimi, o biri gün axşamtərəfi qapımın ağzında göründü.
Saat təxminən 7:15 olardı. Evimin qapısını kimsə döyürdü. Arvadımın istəyilə evimizi 
tünd çəhrayı rəngə boyamışdıq, guya bununla qədim memarlıq ənənəsini qoruyub 
saxlamış olurduq. Culian bir gün əvvəlkinə nisbətən tamam başqa cür görünürdü. Amma 
o yenə işıq saçırdı, hədsiz sakitlik təcəssümü idi. Məni ən çox narahat edən onun geyimi 
idi.
Mavi başlığı olan xalat geyinmişdi. İsti iyul günlərindən biri olsa da başlıqla başını 
bürümüşdü.

Salamlar, dostum! – Culian ruh yüksəkliyi ilə dedi.

Salamlar!

Geyimimə baxıb həyəcanlanma, bəs sən gözləyirdin? Yoxsa “Armani” firmasından 
geyinməliydim?
Əvvəl sakit-sakit hər ikimiz gülməyə başladıq, sonra isə bizim istehzalı gülüşümüz 
qəhqəhəyə çevrildi. Culian yumor hissini itirməmişdi, bir vaxtlar o öz yumoruyla məni 
əyləndirərdi.
Biz rahat qonaq otağında rahatlananda boynundakı taxta muncuqlar nəzərimi cəlb etdi.

Bunlar nədir? Həqiqətən də, çox gözəldir.

Bunlar haqda hələ sonra, – deyib baş barmağı və şəhadət barmağıyla muncuqları sildi.

Bu gecə üçün danışmağa çox şey var.

Elə isə gəl başlayaq. Bu gün işdə bütün günü dünənki görüşümüzü düşünmüşəm, – 
dedim.
Replikamı eşidib Culian özünün şəxsi dəyişmə təcrübəsindən, bu dəyişmənin effektindən 
danışmağa başladı. O, beyinə necə nəzarət etməyin qədim texnikasından, narahat olma 
adətini yox etməyin yollarından danışırdı. Yoq Ramanın və o biri rahiblərin daha mənalı, 
daha məqsədli həyat yaşamaq üçün illər ərzində qazandığı təcrübənin faydasından söz 
açırdı. Hər birimizin içində mürgüləyən enerjini oyatmağın qaydalarını açıb deyirdi.
Onun dedikləri mənə inandırıcı gəlsə də, yenə inanmaq istəmirdim. Bəlkə mən onun 
zarafatının qurbanıyam? Hər halda, Harvard təhsili almış bu məhkəmə vəkili bir vaxtlar 


özünün zarafatları ilə məşhur idi. Həm də danışdıqları fantastikadan başqa heç nə 
deyildi. Bir özünüz düşünün: ölkənin ən yaxşı məhkəmə vəkili malik olduğu hər şeyi satır 
və Hindistana üz tutur – mənəvi səyahətə çıxır. Himalay dağlarından bir peyğəmbər kimi 
qayıdır. Bu necə həqiqət ola bilər?

Bəsdir məni doladın, Culian. Məni dolamağa son qoy. Danışdığın bu hekayə sənin 
növbəti bir zarafatın deyilmi? Gəl mərc gələk ki, bu əyninə geydiyin qırmızı xalatı 
evimin qarşısındakı paltar mağazasından götürmüsən, – gülümsəyib dedim.
Culian dərhal cavab verdi, sanki o belə deyəcəyimi gözləyirmiş.

Məhkəmədə bunu necə sübut edərdin? – sual verdi.

Əlbəttə, inandırıcı sübutlarla... – dedim.

Bəli, haqlısan. Təklif etdiyim sübutlara diqqət yetir, hamar, qırışsız üzümə bax, bədən 
quruluşuma fikir ver. Məgər məndəki enerjini hiss edə bilmirsən? Sakitliyimi 
görmürsən? Əminəm ki, necə dəyişməyim nəzərə çarpır.
Onun sübutları düz idi. Bu adam bir neçə il əvvəl indikindən ən azı iyirmi yaş qoca 
görünürdü.

Düzünü de görüm, plastik əməliyyat etdirmisənmi?
O gülümsədi:

Yox... Plastik əməliyyat edən cərrahlar insanın xaricini dəyişir, mənsə daxildən 
sağalmağa ehtiyac duyurdum. Tarazlığını itirmiş, xaotik həyat tərzim məni fəlakətə 
sürükləmişdi. Bu hal özünü ürəktutması şəklində göstərdi, əslində isə ürəktutmasından 
güclüydü. Daxilimdə sanki nə isə qırılmışdı – buna həyat özəyi də demək olar.

Sənin danışdıqların sehrli və qeyri-adidir.
Culian sakit və səbirliydi. Heç nə demədən Culian yanındakı stolun üstündə olan çayniki 
götürdü və mənim fincanımı doldurdu. O, çaynikdən fincan dolana qədər süzdü, amma 
fincan dolsa da yenə çaynikdən çay süzməkdə davam edirdi. Çay fincandan daşıb əvvəlcə 
nəlbəkiyə, sonra arvadımın sevimli fars xalçasının üstünə töküldü. Əvvəlcə bunu sakitcə 
seyr etdim, sonra isə daha səbir edə bilmədim:

Culian, nə edirsən? Fincanım aşıb-daşır, nə qədər cəhd etsən də tökdüklərin onun içinə 
dolmayacaq, fincan doludur, – səbirsizliklə qışqırdım.
O, uzun müddət mənə baxdı və dedi:


 

Xahiş edirəm, məni düz başa düş. Həqiqətən də sənə hörmət edirəm. Həmişə də 
hörmət etmişəm. Hər halda, bax stolun üstündəki o fincan kimi sənin beynin də sənə 
məxsus fikirlərlə doludur. Əgər sən öz fincanını – beynini boşaltmasan dediklərim 
sənin beyninə girməyəcək.
Onun dediyi sözlərin həqiqət olduğunu görüb yerimdə donub qaldım. O haqlıydı.
Özümün vəkil dünyamda neçə illərdir ki, hər gün eyni şeyi fikirləşən eyni adamlarla 
yaşamağa davam edirəm. Bu da mənim beynimi ağzınacan doldurub. Arvadım Cenni 
həmişə deyir ki, biz yeni adamlarla tanış olub, yeni şeylərlə maraqlanmalıyıq. O tez-tez 
deyir:

Kaş ki sən bir az zirək olaydın, Con!
Axırıncı dəfə hüquqa aid olmayan hansısa kitab oxuduğumu xatırlaya bilmirəm. Mənim 
sənətim həyatımı zəbt etmişdi. Anlamağa başladım ki, öyrəşdiyim bu cansıxıcı həyat 
görməyimin qarşısına çəpər çəkib.

Ok, sənin sübutunu qəbul edirəm, – etiraf edib davam etdim: – Şübhəsiz, uzun illər 
məhkəmə vəkili işləmək məni daş qəlbli skeptikə döndərib. Dünən səni iş yerimdə 
görəndən bəri ürəyimin dərinliyində hansısa səs deyir ki, həqiqətən də, sən çox 
dəyişmisən, bu mənə azacıq da olsa dərs oldu. Bəlkə də mən buna inanmaq 
istəmirəm... Şübhələrimə də səbəb budur.

Con, bu axşam sənin yeni həyatının ilk gecəsidir. Sənə bircə məsləhətim var. Səninlə 
bölüşdüyüm təcrübəyə diqqətlə qulaq as və bu strategiyanı düz bir ay inamla özünə 
tətbiq et. Dediyim metodları dərin inamla qəbul et. Bu metodlar min illərdən keçib bu 
günümüzə qədər gəlib çatıbsa, deməli, sənə də yarayacaq.

Bir ay çox uzun müddət deyilmi? – soruşdum.

Altı yüz yetmiş iki saat... Bundan sonrakı həyatını dəyişmək üçün bu vaxt sövdələşməsi 
heç də çox deyil. Necə bilirsən, haqlı deyiləmmi? Özünə sərmayə qoymaq – bu 
vaxtacan qoyduğun ən yaxşı sərmayədir. Bu sərmayə təkcə həyatını 
yaxşılaşdırmayacaq, həm də səni əhatə edən başqa insanların da həyatını dəyişəcək.

Bu necə olur?

Nə vaxt ki, sən özünü sevəcəksən, yalnız bundan sonra başqalarını da həqiqətən 
sevəcəksən. Başqalarının ürəyinə toxunmaq üçün öz ürəyinin qapısını açmalısan. 
Özünü sağlam hiss edəndə daha yaxşı insan olacaqsan.

Bir ayı əhatə edən bu altı yüz yetmiş iki saat müddətində hansı dəyişikliyin baş 
verəcəyini gözləmək olar? – səmimiyyətlə soruşdum.



Bu bir ay müddətində beyninlə, bədəninlə, hətta qəlbinlə necə işləmək təcrübəsi 
qazanacaqsan. Bu səni valeh edəcək, əvvəlki halınla müqayisədə daha çox enerjin, ruh 
yüksəkliyin və daxili harmoniyan olacaq. Şübhəsiz ki, bundan sonrakı bütün həyatın 
boyu belə olacaq. Adamlar daha cavan və daha xoşbəxt göründüyünü deyəcək. 
Həyatında itirdiyin balans geri qayıdacaq. Bu, Sivana sisteminin ilk faydalarıdır.

Pis deyil...

Bu axşam eşidəcəklərin həyatını yaxşılaşdırmaq üçündür – həm şəxsi həyatını, həm də 
mənəvi həyatını. Müdriklərin məsləhəti min il əvvəl necəydisə bu gün də elədir. Bu 
məsləhət təkcə daxili dünyanı zənginləşdirməyəcək, həm də xarici dünyanı da 
dəyişəcək, daha effektli edəcək. Bu məsləhət həyatım boyu rast gəldiyim ən güclü 
qüvvədir. Bütün bunlar əsrlər boyu həyat adlı laboratoriyada sınaqdan keçirilib. Ən 
vacibi də odur ki, hər kəsə yarayır. Amma bildiklərimi səninlə bölüşməzdən əvvəl 
səndən bir xahişim var. – Sevimli anam deyərdi ki, pulsuz nahar olmur.

Sivana Müdriklərinin metodunun həyatına bəxş etdiyi ciddi nəticələri hiss edəndə 
bildiklərini öyrənmək istəyənlərə ötürməyi qarşına məqsəd qoymalısan. Səndən 
yeganə xahişim budur. Bununla razılaşırsansa, mənim Yoq Ramanla razılaşmama də 
kömək etmiş olursan.
Mən sözsüz razılaşdım. O, müqəddəs hesab etdiklərini mənə öyrətməyə başladı. Culian 
orda olduğu müddətdə sahib olduğu metodlar çox olsa da Sivana sisteminin məğzını 
yeddi qayda təşkil edirdi. Bu qaydalar özünənəzarət, şəxsi cavabdehlik və mənəvi 
maarifləndirmənin açarlarını özündə təcəssüm etdirirdi.
Culian dedi ki, Sivanada yaşayandan yalnız bir neçə ay sonra Yoq Raman onunla bu yeddi 
qaydanı bölüşüb.
Bir aydın gecədə, başqalarının dərin yuxuya getdiyi bir vaxtda Yoq Raman yatdığım 
komanın qapısını yüngülcə taqqıldatdı. O, bir bələdçi kimi öz fikrini dedi:

Culian, bir neçə gündür ki, səni daha yaxından müşahidə edirəm. İnanıram ki, sən 
ləyaqətli adamsan, həyatını, yaxşı olan nə varsa, onunla doldurmaq istəyirsən. Bura 
gəldiyin elə ilk gündən sən bizim adətlərə ürəkdən əməl edirsən, bu adətləri özününkü 
bilirsən. Sən bizim bir neçə gündəlik adətlərimizi öyrənmisən və bu adətlərin effektini 
də öz gözünlə görmüsən. Bizim metodlarımıza hörmət edirsən. Bizim adamlar bu sadə, 
sakit həyatı illər boyunca yaşayıblar, bizim metodlar yalnız çox az adama məlumdur. 
Dünyanın bizim fəlsəfəmizə ehtiyacı var. Bu gecə, sənin Sivanada olduğun üçüncü ay 
ərəfəsində sənə bizim sistemin köməyilə necə dəyişməyi öyrədəcəm. Bunu təkcə sənin 
xeyrinə yox , həm də sizin dünyanızda olan hər kəsin xeyrinə edəcəm. Oğlum uşaq 
olarkən onunla yanaşı oturduğum kimi mən hər gün səninlə yanaşı oturacam. Təəssüf 


 
ki, oğlum bir neçə il əvvəl dünyasını dəyişdi. Onun vaxtı gəlib çatmışdı. Onunla bir 
yerdə oturub xatirələrimi danışmaqdan həzz alırdım. İndi səni öz oğlum kimi çox 
istəyirəm, sevinirəm ki, illər uzunu qazandığım təcrübəni səninlə bölüşəcəyəm.
Culianın sifətinə baxdım, o bu sözləri deyərkən gözlərini yummuşdu. Sanki özünü ona 
müdriklik açarının bəxş edildiyi o nağılabənzər yerlərdə hiss edirdi.

Yoq Raman mənə mistik bir təmsil danışdı. Bu təmsil daxili sakitliyi, sevinci və mənəvi 
zənginliyi əks etdirən həmin yeddi qanunu özündə ehtiva edir. Bu təmsilin 
mahiyyətində hər şey var. Yoq Raman məndən gözlərimi yummağı xahiş etdi, burda 
sənin qonaq otağında mənim indi etdiyim kimi. Sonra isə gözlərim önündə aşağıdakı 
mənzərəni canlandırmağımı xahiş etdi:
Sən gözəl, adamı heyran edən bir yaşıl bağdasan. Bağ bu vaxtacan heç yerdə görmədiyin 
çiçəklərlə doludur. Ətrafda sakitlikdir. Bu bağın gözəlliyindən həzz al və sanki sən həmişə 
təbiətin belə bir yerindəsən. Ətrafına dönüb baxarkən hündür bir mayak görürsən – altı 
mərtəbə hündürlüyündə. Qəflətən bağın sakitliyi pozulur, mayakın özülünün qapısı 
cırıltıyla açılır. Doqquz fut boyu, doqquz yüz funt çəkisi olan yapon sumo pəhləvanı içəri 
girib ehtiyatsızcasına bağın mərkəzində dolaşır.
Culian istehzayla deyir:

Yapon sumo pəhləvanı tamamilə çılpaqdır. Yalnız bədəninin müəyyən hissələrini 
kabellə örtüb. Bu sumo pəhləvanı bağda gəzərkən kiminsə neçə illər əvvəl bağda 
qoyub getdiyi bir parlaq, qızıl saniyəölçən tapır, onun üstündə sürüşəndə dəhşətli 
tappıltıyla yerə yıxılır. Sumo pəhləvanı huşsuz, səssiz vəziyyətdə qalır. Adama elə gəlir 
ki, o, son anlarını yaşayır, amma yaxınlıqdakı sarı qızılgüllərin təravətli ətri onu oyadır. 
Enerji toplayan güləşçi tullanıb ayağa durur, intuitiv olaraq sol tərəfə baxır. Gördüyü 
mənzərədən dik atılır. Bağın qıraqlarında olan gül kollarının kənarındakı cığır 
milyonlarla almazla örtülüb. Sanki nəsə pəhləvanı həmin cığıra tərəf getməyi deyir, o, 
inamla belə edir. Bu cığır onu əbədi bir sevinc və əbədi xoşbəxtlik yoluna aparıb çıxarır.
Himalay dağlarının hündür zirvəsində müdriklik məşəli kimi alışıb yanan bir rahiblə 
üzbəüz qalan Culian bikefləyir. Çünki o daha sarsıdıcı, onu silkələyən, hətta gözlərini 
yaşardacaq yeni bir şey eşitmək istəyirdi. Əvəzində isə sumo pəhləvanı və mayak 
haqqında axmaq bir hekayə eşitdi.
Yoq Raman onun həyəcanına son qoyub deyir:

Sadəliyin gücünü heç vaxt nəzərdən qaçırmayın. Elə güman etmə ki, danışdığım bu 
hekayə sənə danışacağım mövzudan uzaqdır. Bu təmsilin içindəki mesaj və məqsəd elə 
sənə deyəcəklərimlə bağlıdır. Sən gəldiyin gündən uzun-uzadı çox fikirləşdim, sənə 


təcrübəmizi necə öyrətmək yollarını çox aradım. Əvvəlcə istədim ki, sənə aylarla 
mühazirə söyləyəm, amma dərk etdim ki, bu, düzgün deyil, bu təcrübənin möcüzəli 
tərəfini qəbul edə bilməzsən. Sonra fikirləşdim ki, bacı və qardaşlarımdan xahiş edim, 
hər gün səninlə bir az vaxt keçirib bizim fəlsəfəmizi sənə başa salsınlar. Hər halda, bu 
da səni öyrətmək üçün ən effektli yol deyildi. Nəhayət, çox götür-qoy edəndən sonra 
qərara gəldim ki, Sivana sisteminin yeddi əsas qaydasını səninlə bölüşüm. Bu da sənə 
danışdığım mistik təmsildir.
Müdrik sözünə davam edib deyir:

İlk baxışda danışdığım bu təmsil sənə mənasız görünə bilər, hətta lap uşaq nağılı kimi. 
Amma səni arxayın edirəm ki, bu təmsildəki hər bir element özündə sağlam yaşama 
prinsiplərini təcəssüm edir və dərin mənası var. Bağ, mayak, sumo pəhləvanı, çəhrayı 
kabel, saniyəölçən, sarı qızılgüllər, almazlarla dolu cığırlar mənalı həyat üçün yeddi 
əsas qaydalardır. Səni bir daha əmin edirəm ki, bu balaca təmsildəkiləri xatırlasan, bu 
təmsilin sənə vermək istədiyi həqiqəti dərk etsən, həyatını istədiyin səviyyəyə çatdıra 
bilərsən. Həm özünün, həm də səni əhatə edənlərin həyatını dəyişmək üçün bu 
təmsildə kifayət qədər məlumat var. Burda deyilənləri gündəlik həyatına tətbiq etsən, 
dəyişəcəksən – ruhən, emosional baxımdan, fiziki və mənəvi baxımdan. Bu təmsili 
yaddaşının ən dərin qatlarına həkk elə, bunu ürəyində daşı. Bu təmsildəkiləri qəbul 
etsən, o sənin həyatını dəyişəcək.
Culian sözünə davam etdi:

Con, xoşbəxtlikdən mən onun dediyi kimi də etdim. Karl Yunq belə deyib nə vaxtsa: 
“Yalnız ürəyinizə baxarkən siz daha yaxşı görəcəksiniz. Kim ki ətrafa baxır – xəyal edir, 
kim ki içinə baxır – o oyanır”.
Həmin o məxsusi gecədə mən də ürəyimin dərinliyinə nəzər saldım və oyandım. Beynimi 
zənginləşdirən müdriklərin sirlərini dərk etməyə oyandım. Bədənimi və ruhumu 
təkmilləşdirməyə oyandım. İndi isə növbəmdir ki, təcrübəmi səninlə bölüşüm.
Əksər insanlar ya fiziki, ya intellektual, ya da mənəvi baxımdan öz potensial varlıqlarının 
məhdud bir çərçivəsində yaşayırlar. Xəyallarımızı həqiqətə çevirmək üçün hər birimizin 
potensialımız var.
YEDDİNCİ FƏSİL


 
Ən qeyri-adi bağ
Əksər insanlar ya fiziki, ya intellektual, ya da mənəvi baxımdan öz potensial varlıqlarının 
məhdud bir çərçivəsində yaşayırlar. Hər birimizin hətta xəyal etmədiklərimizi də həyata 
keçirmək üçün daxili ehtiyatlarımız var.
Uilyam Ceyms
Culian danışmağa başladı:

Sənə danışdığım o təmsildə bağ yaddaşın simvoludur. Əgər sən bu bağın qeydinə 
qalsan, ona yaxşı qulluq etsən, onu yaxşı “yemləsən”, onu bir münbit torpaq kimi 
becərsən, bu bağ sənin gözlədiyindən də yaxşı çiçək açacaq. Əgər sən bu bağda alaq 
otlarının kök atmağına şərait yaratmasan, dərin daxili harmoniya və sakitlik həmişə 
sənə yoldaş olacaq. Con, icazə ver, sənə sadə bir sual verim. Əgər mən evinin 
arxasındakı, haqqında mənə çox danışdığın bağına girib zəhər toxumu səpsəm narahat 
olarsanmı? – Razılaşıram səninlə. Narahat olaram.

Faktiki olaraq, ən yaxşı bağbanlar öz bağlarını qürurlu bir əsgər kimi qoruyurlar, heç 
kəsin bu bağı zibilləməsinə icazə vermirlər. Elə isə, bax, əksər insanlar hər gün yaddaş 
adlı bağlarına zəhər toxumu səpirlər: narahatlıq, həyəcan, təşviş, keçmiş haqda daim 
düşünmək, gələcək haqda narahat olmaq, özümüz yaratdığımız qorxu daxili dünyamıza 
ziyan vurur. Sivana Müdriklərinin min illər boyunca yaşayan doğma dilində narahatlıq 
işarəsinin yazılı forması ilə dəfn tonqalının işarəsi hədsiz dərəcədə oxşardır. Yoq Raman 
mənə dedi ki, bu elə-belə təsadüf deyil. Narahatlıq beynin gücünü tükəndirir, gec-tez 
onu zədələyir, bu ruha ziyan vurur.
Yaxşı, mənalı həyat yaşamaq üçün sən öz bağının – beyninin darvazası önündə keşik 
çəkməlisən. Yalnız yaxşı məlumatın ora girməyinə icazə verməlisən. Hətta bir dənə də 
olsa neqativ fikri ora girməyə qoymamalısan. Dünyanın dinamik, şən məmnun insanları 
da hamı kimi ətdən və sümükdən ibarətdir. Biz hamımız eyni mənbədən gəlmişik. Hər 
halda, onlar insan potensialının alovlarını yelpikləyir, başqalarına nisbətən həyatın 
möcüzəli gözəlliyini daha çox görürlər. Hər şeydən əvvəl, onlar yalnız pozitiv 
paradiqmanı öz dünyalarına qəbul edirlər. Vəssalam!
Culian əlavə etdi:



Müdriklər mənə öyrədib ki, adi bir insanın beynindən bir gün ərzində orta hesabla 
altmış min fikir gəlib keçir. Məni heyrətləndirən o oldu ki, bu fikirlərin doxsan beş faizi 
həmin adamın bir gün əvvəl fikirləşdiyi fikirlərdir.

Doğru deyirsən?

Ciddi sözümdür. Bu, beynimizə qarşı vəhşilikdir. Hər gün eyni şeyi – təsəvvür edin ki, 
bu fikirlərin çoxu mənfi fikirlərdir – fikirləşən adamlar pis bir zehni vərdişə adət ediblər. 
Fikirlərini həyatlarında baş verən yaxşı şeylərə yönəltmək, daha yaxşı yaşamaq üçün 
yollar fikirləşmək əvəzinə onlar keçmişlərinin əsirinə çevrilirlər. Bəziləri maliyyə 
problemlərini, bəziləri də pozulmuş münasibətləri özünə dərd edir. Bəziləri yaxşı 
keçirmədikləri uşaqlıq illərini düşünür. Elə adamlar da var ki, beyinlərini daha mənasız 
fikirlərlə yorurlar: hansısa məmurun pis rəftarı, ya da hansısa işçinin ədavətli hərəkəti 
və s. Belə düşünən adamlar beyinlərini qarət edirlər. Bununla da onlar beyinlərinin 
nəhəng potensialının qarşısına sədd çəkmiş olurlar. Halbuki onlar beyinlərini daha 
mənalı şeylərə sərf edə bilərlər ki, bu da onların həyatını həm fiziki, həm mənəvi 
cəhətdən dəyişə bilər. Bu insanlar başa düşmürlər, ya da dərk etmək istəmirlər ki, 
fikirlərimizi idarəetmə həyatı idarəetmənin mahiyyətidir. Bizim fikirləşdiyimiz yol adət 
etdiyimizdir – xalis və sadə.
Əksər insanlar beyinlərinin nəhəng gücünü dərk etmirlər. Hətta öyrənmişəm ki, ən yaxşı 
mütəfəkkirlər belə zehni ehtiyatlarının yüzdən bir faizindən istifadə edirlər. Sivanada 
müdriklər beyinlərinin istifadə edilməmiş tutumunu tədqiq ediblər. Yoq Raman ardıcıl, 
müntəzəm məşq sayəsində beyninə nəzarət etməklə ürək döyüntüsünün sürətini 
azaltmağa nail olub. O hətta özünü elə öyrədib ki, həftələrlə yuxusuz qala bilir. Əlbəttə, 
onun etdiklərini özünə məqsəd hesab etməyini istəmirəm, sənə təklif edirəm ki, 
beyninin nə olduğunu görməyə start verəsən – başa düşəsən ki, beyin təbiətin bizə 
verdiyi ən böyük hədiyyədir.

Beynimin gücünü açmaq üçün başqa yollar da varmı? Ürək döyüntümü azaltmaq mənə 
avtoyürüş vaxtı zərbə endirər ki? – zarafat etdim.

Bundan narahat olma, Con! Mən sənə sınaqlardan keçmiş üsulları öyrədəcəm. Sonralar 
vaxt olduqca sən də bunu təcrübədən keçirərsən. Hal-hazırda isə vacib olan odur, sən 
başa düşəsən ki, beynimizə nəzarət beynimizi tənzimləməkdən ibarətdir. Hər birimiz ilk 
dəfə nəfəs alıb bu dünyaya gələndə eyni “xammala” malik oluruq. Daha çox uğur 
qazananlar başqalarından daha xoşbəxtdir, onları fərqləndirən cəhət bu hazır 
xammaldan istifadə etdikləri yoldur, bu xammalı yeniləməkdir. Özünü daxili dünyanı 
dəyişməyə həsr edəndə sənin həyatın adı bir həyatdan fövqəladə, fərqli bir həyata 
çevriləcək.


 
Mənim müəllimim – Culian həmin anlarda getdikcə həyəcanlanırdı. Beynin 
möcüzələrindən, bu möcüzənin gətirəcəyi yaxşılıqdan danışarkən onun gözləri işıq 
saçırdı.

Bilirsənmi, Con, yeganə bir şey var ki, biz onun üzərində hökmranlığı davam etdirə 
bilərik.

Uşaqlarımızı nəzərdə tutursan? – gülümsəyib sual verdim.

Yox, dostum, bu, beyinlərimizdir. Biz havanı, nəqliyyatı, bizi əhatə edən insanları idarə 
edə bilmərik. Amma biz bütün bunlara olan münasibətimizə nəzarət etməyi bacararıq. 
Bizim elə qüvvəmiz var ki, hər hansı anda nə düşünməyə qərar verə bilərik. Bizi insan 
edən də elə bu cəhətdir. Görürsənmi, Şərqə səyahətim vaxtı öyrəndiyim dünyəvi 
müdrikliyin əsaslarından biri çox sadədir.
Culian fasilə verdi, sanki çox qiymətli bir hədiyyəni toplayırdı.

Nəyi nəzərdə tutursan?

Real dünya, yaxud obyektiv dünya kimi başqa heç nə yoxdur. Burda konkret mütləq 
anlayışlar yoxdur. Sənin ən böyük düşmənin mənim ən yaxın dostum ola bilər. Kiməsə 
faciə olan bir hadisə başqa birinə sonsuz imkanlar gətirə bilər. Optimist, coşqun 
insanları özünü daim bədbəxt hiss edən insanlardan ayıran cəhət onların baş verənləri 
necə yozmasından asılıdır.

Culian, faciə, faciədən başqa nə ola bilər ki?

Bir misal çəkim. Kəlküttəyə səfərim vaxtı mən Malika Chand adlı bir müəllimə ilə tanış 
olmuşdum. O dərs deməyi, öyrətməyi çox sevirdi, şagirdlərlə öz övladı kimi rəftar 
edirdi, onları əzizləyir, onların bütün potensialını üzə çıxarmağa cəhd edirdi. Onun 
devizi beləydi: Sənin bacarığın mənimçün daha vacibdir. O, yaşadığı cəmiyyətdə 
ehtiyacı olan hər kəsə xidmət etməyi sevən bir şəxs kimi tanınırdı. Bədbəxtlikdən bir 
gecə onun sevimli məktəbinə bu işə təhrik edilən bir axmaq od vurdu, məktəb bir anda 
külə döndü.
Bütün şagirdlərin valideynləri bunu böyük itki hesab edirdilər. Amma vaxt keçdikcə onlar 
uşaqlarının məktəbsiz qalması faktı ilə barışdılar.

Bəs Malika neylədi?

O başqalarından fərqliydi, əgər bu dünyada bir optimist vardısa, o da Malika idi. 
Başqalarından fərqli olaraq, baş verən hadisədə o, bir imkan gördü. Valideynlərə dedi 
ki, baş verən hər hansı bədbəxt hadisə özüylə bərabər xeyir də gətirir. Məktəbin 


yanması hadisəsində də üstüörtülü bir xeyir var. Yanan məktəb çox köhnəydi və uçub-
dağılmaq üzrəydi. Tavandan otaqlara yağış damırdı, döşəmə yüzlərlə uşağın təpiyi 
altında laxlayırdı. O dedi ki, məktəbin yanması onlara imkan verir ki, əl-ələ verib, 
köməkləşib yeni məktəb binası tiksinlər – təzə, əvvəlkindən gözəl bir məktəb. Elə bir 
məktəb ki, gələcəkdə də minlərlə uşaq orda təhsil ala bilsin. Beləliklə də, onlar altmış 
dörd il yaşı olan köhnə məktəbin yerində təzə məktəb tikməyə qərar verdilər. Böyük 
bir kollektivin maddi köməyilə təzə məktəb tikilib hazır oldu.

Bu, bir müdrik kəlamda deyildiyi kimi, fincanı yarımdolu, ya da yarımboş görməyə 
bənzəyir.

Hər şey baş verən münasibətdən asılıdır. Həyatında nə baş verirsə versin, hər şey o baş 
verən hadisəyə sənin cavabından asılıdır. Əgər hər şeydə pozitivlik görməyə vərdiş 
etsən, sənin həyatın ən yüksək səviyyədə olacaq. Bu, bütün təbiət qanunlarının ən 
alisidir.

Hər şey də beynimizi daha effektli işlətməkdən asılıdır, eləmi?

Tamamilə haqlısan, Con! Həyatda hər bir uğur, fərqi yox, ya maddi, ya da mənəvi, iki 
çiynimizin arasında yerləşən o girdə başdan başlayır. Ya da hər gün, hər dəqiqə o girdə 
başın içinə doldurduğumuzdan start götürür. Sənin xarici dünyan daxili dünyanın halını 
özündə əks etdirir. Fikirləşdiyin hər şeyə nəzarət etməklə sən həyatında baş verənlərə 
cavab verirsən, öz taleyini idarə edirsən.

Düz deyirsən, Con! Onu deyim ki, həyatım boyu elə məşğul olmuşam ki, belə şeylər 
haqda düşünməyə vaxtım olmayıb. Hüquq fakültəsində oxuyarkən Aleks adlı yaxın bir 
dostum vardı. O həmişə ruhlandırıcı kitablar oxuyurdu. Onun dediklərini xatırlayıram. 
Bir dəfə demişdi ki, Çin heroqliflərində “böhran” sözü iki məna ifadə edir: “təhlükə” və 
“imkan”. İndi anlayıram ki, hətta qədim çinlilər də hər qaranlıq tərəfin bir parlaq tərəfi 
də olduğunu bilirmiş. Əsas odur ki, axtarmağa cəsarətin olsun.

Yoq Raman bunu belə izah edirdi: Həyatda heç bir səhv yoxdur, yalnız dərs var. Mənfi 
təcrübədən yaxşı heç nə yoxdur. Bu halda yeni imkanlar axtarılır. Mübarizədən doğur 
qüvvə. Hətta ağrı da ən yaxşı müəllim ola bilər.

Nə? Ağrı?

Bəli, ağrı. Ağrının köməyilə təcrübə qazana bilərsən. Ya da gəl məsələyə başqa 
tərəfdən nəzər salaq. Əgər sən dərin bir dərənin içində olmamısansa dağın zirvəsində 
olmağın sevincini necə hiss edə bilərsən? Fikrimi çatdıra bilirəmmi?

Yaxşının dadını bilmək üçün pisi də dadmaq?


 

Bəli. Sənə məsləhət edirəm ki, hadisələri pozitiv və neqativ deyə mühakimə 
etməyəsən. Bundansa onlardan təcrübə qazan, onlardan öyrən. Hər bir hadisə sənə 
yeni bir dərs təklif edir. Bu kiçik dərslər sənin daxili və xarici inkişafını təchiz etməyə 
material verir. Bu dərslərsiz adam elə yerində sayıb qalar. Gəl elə öz həyatını fikirləş. 
Əksər adamlar qazandığı təcrübəylə dünyaya meydan oxuyurlar. Təsəvvür et, 
gözləmədiyin bir
nəticəylə üzbəüz qalırsan, özünü bir az kefsiz hesab edirsən, unutma ki, təbiət 
qanunlarına görə də bir qapı bağlananda başqa bir qapı açılır. Dediklərimi həyatına 
tətbiq et, hər bir hadisəni pozitiv baxımdan gör, bu halda narahatlıq hissini özündən 
qovmuş olursan. Belə olanda keçmişinin əsiri olmaqdan xilas olub gələcəyinin memarı 
olacaqsan.

Ok. Bu konsepsiyanı dərk etdim. Hər bir təcrübə, hətta ən pisi belə, mənə dərs verir. 
Buna görə də beynimi hər bir hadisədən öyrənməyə açıq saxlayacam.
Bu yolla mən daha güclü və daha xoşbəxt olacam. Orta təbəqəyə məxsus fağır bir vəkil 
üçün bundan yaxşı nə ola bilər ki?

Hər şeydən əvvəl, öz xəyallarının içində yaşa, xatirələrinin içində yox.

Zəhmət olmasa, bunu aydın izah et.

Dediklərimin məğzi odur ki, beyninin, bədəninin və ruhunun potensialını azad edəsən. 
Bir fikir ver, hər şey iki dəfə yaranır. Əvvəlcə beynimizin emalatxanasında, yalnız 
bundan sonra real həyatda yaradılır. Bu prosesi fikrin surətini çıxarma adlandırıram, 
çünki xarici dünyanda yaratdığın hər bir şey sənin daxili dünyanda yaratdığının sadə 
surəti olur. Öz fikirlərinə nəzarət etməyi öyrənəndə beyninin fəaliyyətdən qalmış 
hissəsi də oyanacaq. Bu halda beyninin əsl potensialını açıb layiq olduğun möcüzəli bir 
həyat quracaqsan. Bu axşamdan etibarən keçmişini unut. Ən yaxşı şeyləri xəyal et. Ən 
yaxşının baş verəcəyini gözlə. Nəticələr səni heyran edəcək. Bilirsənmi, Con, hüquq 
sahəsində olduğum bu uzun illər boyunca düşünürdüm ki, çox şey bilirəm. Ən yaxşı 
məktəblərdə təhsil almışam, əlimə keçən ən yaxşı hüquq kitablarını oxumuşam, 
bildiyim ən yaxşı üsullarla işləmişəm. Əmin idim ki, hüquq adlı oyunda qalibəm. Amma 
həyat adlı oyunda uduzmaq üzrə olduğumu da dərk edirdim. İşimə o qədər aludə 
olmuşdum ki, həyatın gözəlliklərindən həzz almağı unutmuşdum. Atamın mənə tövsiyə 
etdiyi kitabları heç vaxt oxumadım, böyük dostluq əlaqələri qurmadım. Heç vaxt 
möhtəşəm musiqini qiymətləndirməyi öyrənə bilmədim. Bunları deyərkən, fikirləşirəm 
ki, mən, həqiqətən də, bəxti gətirən insanam. Ürəktutmasından yerə yıxıldığım anlar 
həyatımı müəyyən edən anlar idi, şəxsi


oyanma çağırışım idi.
İstəyirsən inan, ya da inanma, bu anlar həyatda daha varlı, daha mənalı yaşamaq üçün 
ikinci şansı verdi mənə. Malika Chand kimi, həmin o ağrılı təcrübəmin içində yaxşı 
yaşamaq üçün imkan görə bildim. Ən vacibi isə, həmin imkanları inkişaf etdirməyi 
bacardım.
Açıq-aydın hiss edirdim ki, xarici görünüşcə daha da cavan olan Culian həm də daxilən 
müdrikləşib. Həmin axşam sadəcə bir köhnə dostla maraqlı söhbət etmədim, həm də 
gələcəyim üçün başlanğıc anları idi o axşam. Beynim artıq bu vaxtacan yaşadığım həyatın 
səhv olduğunu hesab edirdi. Düzdür, ailəm vardı, hamının hörmət etdiyi bir vəkil idim. 
Amma sakit vaxtlarda düşünəndə tam anlayırdım ki, hər şey daha yaxşı ola bilərdi.
Uşaq olanda böyük xəyallarla yaşayırdım. Hərdən özümü məşhur idmançı, ya da məşhur 
biznesmen kimi təsəvvür edirdim. O vaxtlar həqiqətən də inanırdım ki, məşhur idmançı, 
yaxud da biznesmen ola bilərəm. Hətta ən xırda bir şeydən həzz alırdım.
Xatırlayıram ki, özümü günəş şüalarının bərq vurduğu qərb sahillərində hiss edən bir 
cavan oğlan kimi və ya qalın meşələrin içində velosipedlə keçən görürdüm. Həyata 
marağım çox idi. Macəra sevirdim. Gələcəyimin mənə bəxş edəcəklərinə sərhəd 
qoymurdum. İndi isə yadıma sala bilmirəm, son on beş ildə bu xəyalımdan keçənlərdən 
hansısa biri baş veribmi? Bəs nə baş verib?
Güman ki, yaşlandıqca mən də başqa yaşıdlarım kimi hərəkət etdim. Bəlkə də hüquq 
fakültəsində təhsil almaq, vəkillər kimi danışmaqla bu xəyallarımı itirdim. Həmin axşam, 
Culian yanımda oturub ürəyini bir fincan soyuq çaya bənzəyən mənə boşaltdıqca pul 
qazanmaq üçün sərf etdiyim vaxta son qoyub, yeni həyat qurmağı istədim.
– Mənə elə gəlir ki, sən artıq öz həyatın haqqında düşünürsən. Həyatını dəyişmək üçün 
keçmiş xəyallarını, lap uşaq vaxtkı xəyallarını yadına sal. Conas Salk aşağıdakı kəlamı 
deyəndə haqlıydı: “Mənim xəyallarım və qarabasmalarım vardı. Xəyallarım sayəsində 
qarabasmalara qalib gəldim”. Keçmiş xəyallarının tozunu çırpmağa cürət et, Con! Sənə 
verilmiş bu həyata baş əy, həyatın bütün gözəlliklərini sevinclə qucaqla. Beynini oyat! 
Onda həyatın möcüzəylə dolu olacaq.
Culian sonra əynindəki xalatın iç cibindən bir kart dartıb çıxardı. Bu, adi bir vizit kartına 
oxşayırdı, kartın kənarları əzik-üzük olmuşdu, yəqin daimi olaraq işlədilməkdən irəli 
gəlirdi.
Culian danışmağa başladı:



Bir gün Yoq Ramanla bir dağ cığırı ilə sakitcə gedərkən ondan ən sevimli filosofunun
kim olduğunu soruşdum. O dedi ki, həyatında çox filosofdan təsirlənib, onunçün konkret 
olaraq kimdən ilhamlanmasını seçmək çətindir və ürəyinin dərinliyində bir aforizm özünə 
daimi məskən salıb.
Həmin o gözəl yerdə, Şərqin bu böyük müdriki həmin aforizmi mənimlə bölüşdü. O 
sözləri ürəyimə həkk etdim. Bu sözlər yadımıza salır ki, biz gündəlik həyatda kimik və kim 
ola bilərik. Onun dediyi aforizm dahi hind filosofu Patanjaliyə məxsusdur. Hər səhər 
həmin sözləri bərkdən təkrar etmək mənə çox yaxşı təsir edirdi. Unutma, Con, sözlər 
gücün şifahi halda təcəssümüdür.
Culian kartı mənə göstərdi. Kartda belə yazılmışdı:
“Siz hər hansı bir böyük məqsədinizdən ilham alanda, yaxud da hansısa layihəyə can 
atanda sizin fikirləriniz bütün sərhədləri qırır, məhdudiyyətlərdən kənara çıxır. Şüurunuz 
hər bir istiqamətə doğru genişlənir, bu halda siz özünüzü yeni, böyük və gizli dünyada 
hiss edirsiniz. Fəaliyyətsiz qalmış güc, istedad canlanır və özünüzü dərk edib anlayırsınız 
ki, siz xəyal etdiyinizdən də böyük şəxssiniz”.
Həmin an fiziki yaşamaq qabiliyyəti ilə əqli yaşamaq qabiliyyəti arasındakı əlaqəni 
gördüm. Culian onu ilk dəfə gördüyüm vaxtlardan da çox cavan görünürdü. O, həyat eşqi 
ilə aşıb-daşırdı. Onun enerjisi, ruh yüksəkliyi və optimizmi sonsuz idi. Aydınca hiss 
edirdim ki, o öz həyatında çoxlu dəyişiklik edib. Hər şeyin onun əqli inkişafından irəli 
gəldiyi aşkar idi. Xarici görünüşümüzdə olan uğur, sözsüz ki, daxildəki uğurun, fikirlərin 
dəyişməsinin nəticəsidir. Culian Məntl öz həyatını dəyişə bilmişdi.

Culian, dəqiq de, konkret olaraq pozitiv, sakit, ruhlandıran münasibəti necə inkişaf 
etdirə bilərəm? Neçə illər eyni rejimlə işləməkdən, eyni şeyləri təkrar etməkdən 
beynimin əzələləri büzüşüb, yəqin ki. Bir özün fikirləş, öz beyin adlı bağımda fikirlərimə 
çox az nəzarət etmişəm, – səmimiyyətlə dedim.

Beyin çox yaxşı xidmətçi, amma çox dəhşətli bir müəllimdir. Əgər sən həmişə mənfi 
şeylər düşünmüsənsə bu o deməkdir ki, beynini nəzarətsiz buraxmısan, onu daha yaxşı 
şeylərə yönəltməmisən. Uinston Çörçill deyirdi ki, böyüklüyün qiyməti fikirlərimizə 
cavabdehlikdir.
Fikirlərimizi kontrol etməklə axtardığımızı beynimizdə də yaradacağıq. Unutma, beyin də 
başqa bədən üzvlərimiz kimidir: onu ya işlət, ya da itir.

Demək istəyirsən ki, əgər mən beynimi işlətməsəm o zəifləyəcək?



Bəli. Fikir ver, əgər qolumuzun əzələsini gücləndirmək istəyiriksə məşq etməliyik. Əgər 
ayaq əzələlərimizin bərkiməsini istəyiriksə biz onları hiss ediləcək formada 
göstərməliyik. Buna oxşar olaraq beynimizə də azadlıq versək, o bizimçün gözəl şeylər 
edəcək. Beynin arzu etdiyin hər şeyi özünə cəlb edəcək, birdəfəlik bunu necə effektli 
etmək olduğunu öyrən. Əgər sən belə etsən, beynin səninçün ideal sağlamlıq bəxş 
edəcək. Beynin özünün təbii halına – sakitliyinə qayıdacaq. Sivana Müdriklərinin çox 
gözəl bir sözü var: Həyatınızın sərhədləri sadəcə özünüzün yaratdıqlarınızdır.

Deyəsən, bu fikri yaxşı anlamadım, Culian.

Maariflənmiş mütəfəkkirlər bilirlər ki, onların fikirləri onların dünyasını yaradır və 
həyatlarının keyfiyyəti fikirlərinin zənginliyinə görədir. Əgər sən daha sakit, mənalı 
həyat yaşamaq istəyirsənsə, daha sakit, daha mənalı şeylər düşünməlisən.

Mənə daha asan yol göstər, Culian!

Nəyi nəzərdə tutursan? – Culian barmaqlarını zövqlə tikilmiş xalatının üstündə 
gəzdirərək mülayim tərzdə soruşdu.

Dediklərin məni həyəcanlandırır. Amma təbiət etibarilə mən səbirsiz adamam. Sən elə 
bir üsul, metod bilmirsənmi ki, bax onu burda, indicə, qonaq otağımda oturarkən 
təcrübədən keçirim və beynimin fikirləşmək yolunu dəyişim?

Burda tələsik üsullar işə yaramır. Daxili dəyişmə zaman və məşq tələb edir. İnadkarlıq 
şəxsi dəyişmənin anasıdır. Demək istəmirəm ki, həyatında köklü dəyişiklik etmək üçün 
illər gərəkdir. Əgər səninlə bölüşdüyüm metod və strategiyaları müntəzəm olaraq bir 
ay həyatına tətbiq etsən nəticələrdən valeh olacaqsan. Sən öz bacarığının ən yüksək 
səviyyələrini üzə çıxaracaqsan və beyninin möcüzəvi “krallığına” daxil olacaqsan. 
Amma qarşına qoyduğun məqsədə çatmaq üçün sən gecə-gündüz nəticələr barədə 
düşünməli deyilsən, əvəzində şəxsi inkişafının genişlənməsindən həzz al. Qəribə də 
olsa, fikrini nəticəyə nə qədər az cəmləşdirsən, nəticə də bir o qədər tez olacaq.

Bu necə olur?

Bu, kamil bir müəllimdən dərs almaq niyyətilə vətənindən uzaqlara səfər edən gənc 
oğlandan bəhs edən klassik bir hekayəyə bənzəyir. Belə ki, gənc oğlan müdrik 
müəllimiylə görüşür, müəlliminə ilk sualı belə olur: “Sizin kimi müdrik olmaq üçün 
mənə nə qədər vaxt lazımdır?” Müdrik müəllim cavabı ləngitmir:

Beş il.

Bu çox uzun bir vaxtdır. Əgər mən ikiqat çalışsam, onda necə, neçə il çəkər? – oğlan 
soruşur.




Elə isə bu, on il çəkər, – müəllim deyir.
On il? Bu çox uzun vaxtdır. Bəs əgər gecə-gündüz çalışsam, onda necə?



On beş il, – müdrik cavab verir.

Sizi başa düşə bilmirəm. Hər dəfə mən bütün enerjimi məqsədimə sərf etməyə söz 
verəndə mənə deyirsiniz ki, bu daha çox vaxt aparacaq. Nə üçün?

Cavab çox sadədir. Sən bir gözünü nəticəyə cəmləşdirdiyin halda, o biri gözün 
gedəcəyin yolda sənə bələdçilik etməkdə çətinlik çəkəcək.

Quşu lap gözündən vurdunuz, vəkil! Bu hekayə elə mənə aiddir, – lütfkarlıqla dedim.

Səbirli ol, məqsədinə doğru səbirlə irəlilə, gözlədiyindən də yaxşı nəticə görəcəksən.

Amma mənim heç vaxt bəxtim gətirmir, Culian! Nəyi əldə etmişəmsə çətinlikdən 
keçmişəm.

Bəxt nədir, mənim dostum? Bu, hazırlıq və fürsətin izdivacından başqa heç nə deyil. – 
Culian iltifatla dilləndi.
Sonra o əlavə etdi:

Sivana Müdriklərinin mənimlə bölüşdükləri qiymətli fikirləri səninlə paylaşmazdan 
əvvəl bir neçə aparıcı üsulları deməliyəm. Birincisi, heç vaxt unutma ki, fikri 
cəmləşdirmə zehnə sahibolmanın kökündədir.

Ciddi sözündür?

Bəli, bu məni də təəccübləndirmişdi. Amma bu, bir həqiqətdir. Beyin fövqəladə şeylərə 
nail ola bilər, artıq bunu öyrənmisən. Maraqlı fakt budur ki, arzu etməyin, yaxud xəyal 
etməyin o deməkdir ki, beynin onları həyata keçirməyə qadirdir. Bu, Sivana 
Müdriklərinə məlum olan universal həqiqətlərdən biridir. Buna baxmayaraq, beynin 
gücünü azad etmək üçün beyninin azadlığından istifadə etməyi bacarmalısan. Bütün 
fikrini qarşına qoyduğun məqsədə cəmləşdirməlisən. Əgər bütün fikrini məqsədinə 
doğru cəmləşdirsən, həyatında fövqəladə dəyişiklik baş verəcək.

Fikri bir yerə toplamağın nə əhəmiyyəti var ki?

Gəl sənə bir tapmaca deyim. Deyək ki, sən qışın ortalarında meşədə itmisən, isinmək 
istəyirsən. Arxa çantanda isə ən yaxşı dostunun sənə göndərdiyi məktub, bir qutu çiy 
balıq konservi, balaca bir lupa var və gözün zəif olduğu üçün bu lupadan istifadə 
edirsən.
Xoşbəxtlikdən, bir az quru odun tapırsan, amma bədbəxtlikdən sənin kibritin yoxdur. 
Ocağı necə qalayarsan?




Hə, yaxşı yerdə axşamladıq. Culian məni lap divara qısnayıb. Necə cavab verəcəyimi 
bilmədim.

Cavabım yoxdur, – dedim.
Amma bu çox sadə bir işdir. Məktubu quru odunların arasında yerləşdir, lupanı da 
onun üstünə tut. Günəş şüaları orda cəmləşəcək, bircə saniyənin içində odunlar alışacaq.

Bəs balıq konservi necə oldu? – zarafatla soruşdum.

Mən onu bu məsələyə ona görə əlavə etmişdim ki, fikrini məsələnin əsas həlli 
yolundan yayındırım. – Culian təbəssümlə cavab verib davam etdi:

Çəkdiyim misalın mahiyyəti belədir. Məktubu quru odunların arasına qoymaq heç bir 
nəticə verməyəcək. Amma ikinci dəfə lupanı kağızın üstündə tutmaqla günəş şüalarını 
ora cəmləyirsən, ocaq da alışır. Beyin də çəkdiyim bu misaldakı analogiyanı saxlayır. 
Sən beynin nəhəng gücünü müəyyən, mənalı obyekt üzərində cəmləşdirirsənsə, onda 
sən şəxsi potensialını tez alışdırıb, səni heyran edən nəticələr əldə edirsən.

Necə nəticələr? – soruşdum.

Yalnız sən bu suala cavab verə bilərsən. Nəyi axtarırsan? Yaxşı ata olub daha xoşbəxt 
həyat istəmirsənmi? Mənəviyyatının bütün ruhi ehtiyacını arzu etmirsənmi? Bütün 
bunlara çatmaq istəyirsən? Beyninə bir fikir ver.

Bəs əbədi xoşbəxtlik?

Hər şey balacadan başlayır. Bunu da əldə edə bilərsən.

Bəs necə?

Sivana Müdrikləri beş yüz il müddətinə xoşbəxt olmağın sirrini bilirlər. Xoşbəxtlikdən 
onlar bu sirri mənimlə bölüşüblər. Eşitmək istəyirsən bunu?

Bu nə sualdır? Yoxsa elə bilirsən dinləməyə fasilə verib qaraja gedəcəm? Əlbəttə, 
əbədi xoşbəxtlik haqda eşitmək istərdim. Bütün insanların axtardığı da elə bu deyilmi?

Düz deyirsən... Elə isə, qulaq as... Mənə bir fincan da çay süzərsənmi?

Ok. Xoşbəxtliyin sirri çox sadədir. Ən çox nə etməyi sevdiyini aşkar et, sonra isə bütün 
enerjini həmin işlə məşğul olmağa yönəlt. Əgər sən dünyanın ən xoşbəxt, ən sağlam 
adamlarının həyatını tədqiq etsən, görərsən ki, onlar həyatdakı ən sevimli



məşğuliyyətlərini tapıb onunla məşğul olublar. Bu çağırış hamıya yarayar. Sən bütün əqli 
gücünü və enerjini sevdiyin işə cəmləşdirirsən, bu halda sənin arzuların çox asanlıqla 
həyata keçir.

Sadə yolla müəyyənləşdir görüm, sonra nə etmək lazımdır?

Əvvəl müəyyən etmək lazımdır ki, enerjini sərf edəcəyin iş buna layiqdir, ya yox?
Bəs bunun layiqli olub-olmadığını necə müəyyən etmək olar?
Dediyim kimi, sənin sevgin başqalarının da həyatını inkişaf etdirib, onlara da xidmət 
etməlidir. Sözsüz ki, mən heç vaxt Viktor Franklın bu barədə dediklərindən yaxşı heç nə 
deyə bilmərəm. “Xoşbəxtlik kimi uğuru da təqib etmək olmaz. Onlar təqib etməlidir. Elə 
olur ki, özünü həsr etdiyin işə olan sevgi sənin özündən böyük olur”.
Sən kəşf edəndə ki, sənin həyat işin nədir, sənin dünyan həmişə canlı qalacaq. Hər səhər 
sonsuz enerji ilə, ruh yüksəkliyi ilə oyanacaqsan. Sənin bütün fikirlərin müəyyən etdiyin 
obyektə yönəlmiş olacaq. Vaxtını boş şeyə sərf etməyə vaxtın olmayacaq. Sən narahatlıq 
hissini yox edəcəksən, daha effektiv olacaqsan. Maraqlıdır ki, içində dərin bir daxili 
harmoniya olacaq. Sanki öz missiyanı həyata keçirmək üçün hansısa qüvvə daxildən səni 
izləyir. Bu yaxşı bir hisdir, onu sevirəm”.

Heyran qalmışam sənin sözlərinə. Culian, açığını desəm, əksər vaxt istəyirəm ki, 
yorğanın altından çıxmayım. Hər gün nəqliyyat problemiylə, acıqlı müştərilərlə, 
aqressiv opponentlərlə, fasiləsiz axan neqativlik seliylə baş-başa qalmaqdan bezmişəm. 
Bütün bunlar məni çox yorur.

Bilirsən, insanların çoxu niyə çox yatır?

Niyə?

Çünki onların, həqiqətən də, etməli olduqları bir iş yoxdur. Səhər tezdən günəşlə birgə 
oyananların hamısını ümumi bir cəhət birləşdirir.

Ağılsızlıq?

Gülməli cavabdır. Yox, onların hamısının bir məqsədi var, bu məqsəd də onların daxili 
potensialının alovlarını yelpikləyir. Bu cür insanlar hər anı yaşayırlar. Onlar diqqətlərini 
bir şeyə yönəldiblər. Buna görə də onlarda enerji sızması baş vermir. Bu cür adamlarla 
görüşmək xoşbəxtlikdir.

Enerji sızması? Yeni termin kimi səslənir, Culian. Mərc gələrəm ki, sən bunu Harvardda 
öyrənməmisən.





Düzdür. Bu sözü ilk dəfə Sivana Müdrikləri işlədiblər. Baxmayaraq ki, min illər boyu 
enerji sızması olub, hazırkı vaxtda da davam edir. Bizim çoxumuz hədsiz narahatıq. Bu 
da bizim enerjimizi, həyat eşqimizi tükəndirir. Velosipedin təkərinin boşaldığını 
görmüsənmi?

Əlbəttə!

Bu təkər üfürülüb doldurulanda velosiped səni istədiyin yerə aparır. Amma əgər təkər 
deşilibsə, boşalıbsa, səyahətin yarımçıq qalır. Bax, beyin də belə işləyir. Narahatlıq 
beyninin qiymətli zehni enerjisini, potensialını boşalmağa aparıb çıxarır. Lap hava 
keçirən


təkər kimi... Çox keçmir ki, enerjin, optimizmin, yaradıcı qabiliyyətin, arzuların tükənir.

Narahatlıq hissi mənə çox tanışdır. Günlərimin çoxunu böhran xaosu içində keçirirəm. 
Mən dərhal hardasa olmalıyam, bundan bezirəm. Başqa günlərdə isə hiss edirəm ki, az 
fiziki iş görməyimə baxmayaraq, günün sonunda narahatlığım məni tamamilə lap o 
təkər kimi boşaldıb. Evə çatan kimi ilk işim ağzımı mumlayıb oturmaq olur.

Buna səbəb stresdir. Öz məqsədini tapanda həyat daha asan və mükafatlarla dolu olur. 
Əsas məqsədinin nə olduğunu müəyyən edəndə, taleyin nə olduğunu anlayanda bircə 
gün də işə getməyəcəksən.

Belə tez təqaüdə çıxım?
Culian işgüzar tonda dedi:

Yox, onda sənin işin oyun olacaq.

İşimdən əl çəkib məqsəd axtarmağa başlayım? Bu, risk etmək deyilmi? Ailədə dörd 
adam məndən asılıdır.

Demirəm ki, sən işini sabah tərk edəsən. Bir gün işindən əl çəkəcəksən, risk etməyə 
start ver. Həyatını bir az silkələ. Hörümçək torlarından canını qurtar. Az gedilən bir 
yolla get. Əksər adamlar özlərinin rahat zonalarının içində ömür sürürlər. Yoq Raman 
mənə izah edib ki, özünçün etdiyin ən yaxşı şey müntəzəm olaraq özünü irəli hərəkət 
etdirməkdir. Bu da sənə bəxş olunmuş hədiyyələrin potensialını üzə çıxarır.

Hədiyyə deyəndə nəyi nəzərdə tutursan?

Beynin, bədənin və qəlbin.

Hansı riski edə bilərəm?

Praktik olmağa son qoy. Bu vaxtacan etmək istədiklərini etməyə başla. Vəkillər 
tanıyıram ki, onlar işlərindən əl çəkib aktyor, mühasib, ya da caz bəstəkarı olublar. İş 
başında olarkən onları illər öncə tərk edən dərin xoşbəxtliyi tapıblar. Qabaqcadan 
hesablanmış risk etmək yaxşı nəticələr verir. Bir ayaqla məqsədə necə çatmaq olar? 
Fikirləşməyə vaxt ayır. Özünün əsl məqsədini kəşf et, sonra ona doğru hərəkət etməyə 
cəsarət et.

Edəcəyim vacib şey fikirləşməkdir. Faktiki olaraq, bir problemim də çox 
fikirləşməyimdir. Beynim heç vaxt dayanmır. Beynim cəfəngiyatla doludur, bu hətta 
məni dəliliyə sürükləyir.



Sənə təklif etdiyim fərqli bir fikirləşməkdir. Sivana Müdrikləri günlərlə olduğu yerlərdə 
yox, getmək niyyətində olduqları yerdə olurlar. Onlar hər gün növbəti günü necə 
təkmilləşdirməyi fikirləşirlər. Gündəlik bu cür fikirləşmə davamlı nəticələrə gətirir. Bu 
da pozitiv dəyişikliyə gedən yoldur.

Deməli, mən də müntəzəm olaraq belə etməliyəm?

Bəli. Hətta on dəqiqəlik bu ritual sənin həyatında köklü dəyişikliyə səbəb olacaq.

Culian, bilirəm, sən hardan gəlirsən. Bəzən gün ərzində elə olur ki, nahar etməyə on 
dəqiqə tapmıram.

Dostum, belə deməklə fikirlərini və həyatını təkmilləşdirə bilməzsən. Sənin sözün bir 
deyimi xatırlatdı: “Sürməklə elə məşğulam ki, dayanmaq üçün pedalı basmağa vaxtım 
yoxdur”. Gec-tez bu, qəzaya aparır.

Bunu mən də bilirəm. Ey, Culian, mənə bir neçə üsuldan danışmaq istəyirdin, – ümidlə 
dilləndim.

Beyni idarə etməkçün vacib olan bir əsas üsul var. Bu üsul Sivana Müdriklərinin ən 
sevimli üsuludur, onlar bunu mənə inamla, etibar edərək öyrədiblər. Bu üsulu cəmi 
iyirmi bir gün təcrübədən keçirəndən sonra əvvəlki illərlə müqayisədə özümü daha 
enerjili, daha gümrah və sağlam hiss etməyə başladım. Bu üsulun az qala dörd min il 
yaşı var. Bu üsul Qızılgülün Ürəyi adlanır.

Bu haqda daha çox danış mənə.

Bu üsulu yerinə yetirmək üçün sənə yalnız bir qızılgül lazımdır. Bunu təbiətin qoynunda 
etsən daha yaxşıdır, amma sakit bir otaq da pis deyil. Gözünü qızılgülün tən ortasına, 
yəni ürəyinə zilləyib bax. Yoq Raman mənə dedi ki, qızılgül həyata bənzəyir, həyatın 
boyu tikanlarla rastlaşırsan. Amma öz xəyallarına inansan, onda qızılgülün tikanlarını 
arxada qoyub qızılgülün gözəlliyinə qovuşarsan. Hə, deməli, gözlərini qızılgülə zilləyib 
dayan... Baxmaqda davam et. Qızılgülün rənginə, quruluşuna, naxışlarına bax. Onun 
ətrindən həzz al, yalnız qarşındakı gözəl obyekt haqda düşün. İlk vaxtlarda başqa 
fikirlər də beyninə girməyə başlayacaq, fikrini qızılgülün ürəyindən yayındırmağa cəhd 
edəcək. Məşq etdirilməmiş beynin əlamətidir bu. Amma bundan narahat olma, tezliklə 
bu aradan qalxacaq. Sadəcə, fikrini yenidən obyektə yönəlt. Bir neçə dəfə bu üsulu 
təkrar edəndən sonra nəticəni görəcəksən. Beynin daha güclü və daha intizamlı olacaq.

Elə yalnız bu? Bu çox asandır ki...

Elə gözəllik də bundadır, Con! – Culian yenidən danışmağa başladı:



Hər halda daha effektli olması üçün bu ayin hər gün təkrar edilməlidir. İlk bir neçə gün 
ərzində bu tapşırığa hətta beş dəqiqə vaxt sərf etmək çətin olacaq. Çoxumuz elə bir 
şəraitdə yaşayıb elə bir templə işləyirik ki, əsl sakitlik, sükut bizə hətta bir az qəribə və 
narahatlıq kimi görünür. Sözlərimi eşidən çox adam deyir ki, gülün qarşısında oturub 
ona gözlərini zilləməyə vaxtları yoxdur. Bunlar o adamlardır ki, onlar uşaqların 
gülüşündən həzz almağa, yağışda ayaqyalın gəzməyə vaxtları olmadığını deyirlər. Onlar 
deyir ki, başqa işlərlə məşğuldur. Hətta onların dostluq əlaqələri qurmağa vaxtları 
yoxdur, onlara görə dostluq etmək də vaxt alır.

Culian, sən çox belə adam tanıyırsan? – dedim.
Culian gülümsəyib dedi:

Elə mən də belə adamlardan biri idim.
Bunu deyib, o, gözlərini divar saatına zillədi. Bu saatı nənəm təzə evə köçərkən bizə 
hədiyyə etmişdi. Culian saata bir müddət baxandan sonra sözə başladı:

Mən həyatını yuxarıda dediyim qaydada yaşayan insanlar haqda düşünəndə atamın 
çox sevdiyi Britanıyalı yazıçının sözlərini xatırlayıram. O belə deyirdi: “Heç birimiz saata 
və təqvimə icazə verməməliyik ki, onlar həyatın hər anının sirli, möcüzəli olması adlı bir 
faktın üstünü örtsün”. Sən də inadkarlıqla qızılgülün ürəyinə baxmağa daha çox vaxt 
ayır.
Culian əvvəlki tonda davam etdi:

Bir həftədən, yaxud da iki həftədən sonra sən bütün başqa şeylərdən fikrini yayındırıb 
bu ayini iyirmi dəqiqə edə biləcəksən. Bu, beyinə nəzarət etmək üçün sənin ilk 
göstəricindir. Bundan sonra beynin sənə itaət edəcək və fikrini nəyə yönəltmək 
istəyirsənsə ona da yönələcək. Sonralar isə beynin sənə ən yaxşı xidmətçi olacaq, 
səninçün fövqəladə şeylər edəcək. Unutma, ya sən beynini idarə etməlisən, ya da 
beynin səni idarə edəcək. Faktiki olaraq, sən getdikcə daha sakit olduğunu hiss 
edəcəksən. Sən çox insanın beynini tükəndirən, beynini narahat edən adətləri yox 
etmək yolunda ilk addımı atacaqsan. Həm də sevinc hislərinin həyatına daxil olmasını 
duyacaqsan, səni əhatə edən dünyada qiymətləndirilməli nə varsa onlara dəyər 
verəcəksən. Hər gün, nə qədər məşğul olmağından asılı olmayaraq, nə qədər 
məhkəmə işinin olmasına fikir vermədən Qızlgülün Ürəyi ayinini yerinə yetir. Ora sənin 
yerindir. Bu sənin sakitlik ayinindir. Bura sənin sakitlik, sülh adlı adandır. Sakitliyin, 
sükutun içində güc olduğunu heç vaxt unutma. Sakitlik səni universal mənbə ilə 
əlaqələndirən ilk pilləkəndir.


Eşitdiklərimdən heyrətlənmişdim. Belə sadə üsulla, doğrudanmı, həyatımı dəyişə 
bilərdim?

Mənə elə gəlir ki, səndə Qızılgülün Ürəyi Ayininin bəxş etdiyindən də çox dramatik 
dəyişikliklər baş verib, – mən fikrimi bildirdim.

Bəli, haqlısan, Con! Mənim dəyişməm çoxlu sayda effektli üsulları yerinə yetirəndən 
sonra baş verdi. Narahat olma, o biri üsullar da yuxarıda danışdığım kimi çox sadədir. O 
biri üsullar da səninlə bölüşdüyüm üsul kimi güclü təsir edir. Con, daha sağlam, gümrah 
yaşamaq üçün beyninin potensialını açmalısan.
Bilik fəvvarəsinə oxşayan Culian Sivana Müdriklərindən öyrəndiklərini danışmaqda 
davam etdi:

Beyni qurudan narahatlıqdan qorunmağın, neqativ fikirlərin beyinə daxil olmasının 
qarşısını almaq üçün Yoq Ramanın Əks Düşünmə adlandırdığı bir ayin də var. Öyrəndim 
ki, təbiətin böyük qanunlarına görə eyni vaxtda beyin yalnız bir şey barədə düşünür. 
Bunu bir yoxla, Con, görəcəksən ki, düzdür.
Mən məşq etdim, gördüm ki, düzdür.
Culian sözünə davam etdi:

Bu az məlum olan informasiyanı işlətməklə hər kəs qısa müddətdə pozitiv yaradıcı
“beyin dəsti” yarada bilər . Proses belədir: hər hansı bir arzuedilməz fikir beyninin 
“ekran”ını tutur, dərhal o fikri onu aradan qaldıran bir fikirlə əvəz et. Sanki sənin beynin 
nəhəng slayd projektorudur və sənin hər bir fikrin də bir slayddır. Səhnədə neqativ fikir 
görünəndə onu pozitiv bir fikirlə əvəz et. İndi isə boynumdakı bu dua muncuqları haqda 
danışmağın vaxtıdır.
Culian ruh yüksəkliyi ilə əlavə etdi:

Hər dəfə hiss edəndə ki, neqativ bir fikir beynimə daxil olur, mən bu muncuqlardan 
birini çıxarıram. Narahatlıq muncuqlarını bel çantamdakı fincana yığıram. Bu 
muncuqlar hər dəfə mənə xatırladır ki, beynimə nəzarət etmək üçün hələ səyahət 
etməliyəm. Hələ mən beynimə tam cavabdeh ola bilmirəm.

Ey, bu əladır ki... Praktik bir materialdır. Mən heç vaxt belə şey eşitməmişdim. Əks 
Düşünmənin fəlsəfəsi haqda başqa şeylər danış, – dedim.

Gerçəklikdən sadə bir misal. Gəl belə deyək ki, sən məhkəmədə ağır bir gün 
keçirmisən. Hakim səninlə razılaşmayıb, müştərin sənin çıxışından əsəbiləşib. Evə 
gəlirsən, qəmgin halda sevimli kreslonda oturursan. Birinci addım: Sən bu cür 


darıxdırıcı fikirlərlə yükləndiyindən xəbərdar olmalısan. Özünüdərk özünə sahib olmaq 
yolunda əsas pilləkəndir. İkinci addım: Bilməlisən ki, bu cür fikirlərin beyninə daxil 
olmağına çox asanlıqla icazə vermisən, onları daha ruhlandırıcı fikirlərlə əvəz edə 
bilərsən. Hə, qəmginliyin əksini düşün. Özünü şən və enerjili olmağa cəmləşdir. Özünü 
xoşbəxt halında olduğun kimi hiss etməyə çalış. Gülümsəməyə başla. Düz otur, 
dərindən nəfəs al, beynini pozitiv fikirlər düşündürməyə yönəlt. Bir-iki dəqiqə içində 
hiss ediləcək tərzdə dəyişiklik görəcəksən. Bu halda Əks Düşünmə praktikan da sənə 
yardım edə bilər. Beynin hər bir neqativ fikri pozitiv fikirlə əvəz etməyə vərdiş edir, bir 
neçə həftədən sonra açıqca görəcəksən ki, pozitiv fikirlərin heç bir qüvvəsi yoxdur. 
Fikrimi anlayırsan?
Culian izah etməkdəydi:

Fikirlər də canlı varlıq kimidir, onlar canlı enerji dəstələridir. Çox adamlar fikirlərinə elə 
də əhəmiyyət vermirlər, halbuki fikirlərin sənin həyat keyfiyyətini təyin edir. Fikirlər də 
maddi dünyanın bir hissəsidir, çimdiyin göl, üstündə addımladığın küçə kimi. Zəif beyin 
sahibləri zəif də hərəkət edirlər. Hər bir kəsin nail ola biləcəyi güclü, intizamlı beyinlər 
isə möcüzələr etməyə qadirdir. Əgər daha dolğun, mükəmməl həyat yaşamaq 
istəyirsənsə, sənə mükafat verilmiş beyninə ən qiymətli hədiyyə kimi qulluq et. Beynini 
daxili qasırğalardan qoru, mükafatın bol olacaq.

Culian, heç ağlıma gəlməzdi ki, fikirlər də canlıdır. Amma bununla belə, onlar mənim 
dünyamda hər bir şeyə təsir edə bilirlər, – onun fikirlərinə heyran olduğumu gizlədə 
bilmədim.

Con, Sivana Müdrikləri dəqiq inanırlar ki, hər kəs “pəhriz”, yaxud xalis fikirlər düşünə 
bilər. Onlar buna sınaqdan keçirdikləri üsullarla nail olublar. Sənə yuxarıda dediyim 
kimi, neqativ fikirləri pozitiv fikirlərlə əvəz etməyi dəfələrlə təcrübədən keçirdikdən 
sonra bu fikrə gəliblər. Əgər hər hansı “çirkli” fikir onların beyninə girməyə yol tapsa, 
onda Sivana Müdrikləri özlərini cəzalandırırlar. Uzun yollar gedərək şəlalə altında 
dayanıb buz kimi soyuq “duş” qəbul edirlər. Onlar o vaxtacan bunu edir ki, artıq suyun 
soyuqluğuna dözə bilmirlər.
Mən daha səbir edə bilmədim:

Culian, axı sən dedin ki, onlar müdrikdir. Bir neqativ fikir beyinlərinə girdiyinə görə 
Himalay dağlarının zirvəsində buz kimi soyuq su altında dayanmaq özlərinə qarşı 
qəddarlıq deyilmi?
Neçə illər vəkil işləmiş Culian sualımın cavabını ləngitmədi:

Con, küt olma. Deyəsən, sənin hələ bir neqativ fikrin fəsadlarından xəbərin yoxdur.



Eləmi?

Bəli, elədir. Səni narahat edən bir fikir rüşeym kimidir. O, əvvəlcə balacadır, sonra isə 
getdikcə böyüyür, böyüyür... Sonra isə o, sənin beynində ömür sürür.
Culian bir anlıq dayandı, gülümsədi:

Bağışla ki, səyahətim ərzində öyrəndiyim bu mövzuda danışanda daha coşqun oluram. 
Bu ona görədir ki, bədbəxt, ruhdan düşmüş insanların həyatını təkmilləşdirən vasitələri 
kəşf etmişəm. Əgər onlar gündəlik rejimlərinə cəmi bir neçə dəqiqəlik Qızıgülün Ürəyi 
Ayinini əlavə etsələr və eləcə də daimi olaraq Əks Düşünmə Ayinindən istifadə etsələr 
istədikləri həyata qovuşacaqlar. Məncə, onlar bunu bilməyə layqdirlər. Yoq Ramanın 
mənə danışdığı mistik təmsildəki bağ elementindən başqa bir elementə keçməzdən 
əvvəl sənə bir sirr də açacam ki, bu sənin inkişafına kömək edəcək. Bu sirr qədim bir 
üsul əsasında qərar tutub. Qaydaya əsasən, hər şey iki dəfə yaradılır, əvvəlcə beyində, 
sonra isə real həyatda. Artıq sənə demişəm ki, fikirlər də canlı varlıq kimidir, onlar fiziki 
dünyamıza təsir etmək üçün beynimizin göndərdiyi maddi elçilərdir. Sənə onu da 
demişəm ki, əgər səni əhatə edən dünyada nəzərəçarpacaq təkmilləşdirməyə ümid 
edirsənsə, ilk növbədə, fikirlərinin kalibrini dəyişməlisən.
Sivana Müdriklərinin çox gözəl bir üsulu var ki, onlar bu üsulla fikirlərinin sağlam, ya 
xəstə olmasını təyin edə bilirlər. Bu üsul da onların öz arzularını real etməsi yolunda 
yüksək effektə malikdir. Həmin metoddan da hər kəs istifadə edə bilər – həm maddi 
ehtiyacını ödəmək üçün yollar axtaran cavan vəkil, həm daha varlı həyat arzusunda olan 
ana, həm də daha çox mal satmaq istəyən satıcı... Bu sirr Sivana Müdriklərinə Gölün Sirri 
kimi məlumdur. Bu üsulu tətbiq etmək üçün bu müdriklər səhər saat dörddə yuxudan 
dururlar, onlar deyir ki, səhər çağının möcüzəli qüvvəsi var. Bundan da hər kəs faydalana 
bilər. Deməli, saat dörddə yuxudan duran müdriklər uzun, dolaşıq, sıldırımlı, dar dağ 
yolu ilə gedib, yenə məskunlaşdıqları əraziyə qayıdırlar. Sonra onlar bu yerdə gözəl şam 
ağaclarının, ekzotik güllərin arasında gəzib açıqlığa çıxırlar. Bu açıqlığın bir tərəfində 
gözyaşı kimi dupduru bir göl var, bu göl milyonlarla balaca, ağ lotoslarla örtülüb. Gölün 
suyu çox sakit, səssizdir. Bu, həqiqətən də, sehrli bir mənzərədir. Müdriklər mənə dedilər 
ki, bu göl onların ulu babalarının ən yaxın dostu olub.

Bəs Gölün Sirri nədədir?
Culian mənə danışdı ki, müdriklər sakit gölün sularına saatlarla baxır və xəyallarının 
gerçək olmasını fərz edirlər. Əgər onların arzusu qaydalara əməl edib həyatlarını 
təkmilləşdirmək idisə, onda onlar özlərinin səhər erkən durub ciddi fiziki rejimlə məşğul 
olmalarını təsəvvür edir, günlərlə sakitlikdə oturub qüvvə toplamalarını göz önünə 
gətirirdilər. Əgər onlar daha çox sevinc xəyal edirdilərsə, onda özlərini gülən halda 


təsəvvür edir, bacı-qardaşları ilə hər dəfə rastlaşanda onların üzünə gülümsədiklərini göz 
önünə gətirirdilər. Əgər cəsarət arzu edirdilərsə, onda həyatlarının böhranlı anlarında 
daha güclü hərəkət təsəvvür edirdilər.
Bir dəfə Yoq Raman mənə dedi ki, uşaq vaxtı yaşıdlarıyla müqayisədə özünə inamı çox az 
olub. Çünki o, yaşıdlarından boyca balaca olub. Dostlarının onunla mərhəmətli 
davranmasına baxmayaraq o həmişə utanırmış. Bu zəifliyini sağaltmaq üçün Yoq Raman 
bu cənnət kimi yerə gedib göldən bir ekran kimi istifadə edib. Özünü necə görmək 
istəyirmişsə o halda da gölün sularında təsəvvür edirmiş. Bəzən o özünü hündürboy, 
qətiyyətlə danışan güclü rəhbər kimi, bəzən isə qocalarkən necə görmək istədiyi kimi 
görüb – daxili qüvvə ilə dolu olan bir müdrik qoca. O, həyatında nəyi görmək istəyirdisə, 
ilk əvvəl gölün sakit sularında təsəvvür edibmiş.
Bir neçə aydan sonra Yoq Raman özünü necə görmək istəyirdisə, elə bir şəxsə çevrilir. 
Görürsənmi, Con, beyin təsvirlərlə işləyir. Təsvirlər sənin özünə təsir edir, özünütəsvir 
sənin özünü necə hiss etmənə, hərəkətlərinə təsir edir. Əgər özünütəsvirin sənə deyirsə 
ki, sən uğurlu vəkil olmaq üçün çox cavansan, ya da vərdişlərini yaxşılığa doğru dəyişmək 
üçün çox qocasan, onda sən heç vaxt bu sahədə öz istədiyinə nail olmayacaqsan. Əgər 
sənin özünütəsvir obrazın deyirsə ki, məqsədlərlə sağlamlıq və xoşbəxtlik olan həyat 
zəngin həyatdır, onda sən bu sahədə məqsədinə çatacaqsan.
Beynin ekranından ruhlandırıcı təsvirlər keçirsən, həyatında gözəl şeylər baş verəcək. 
Eynşteyn də deyib ki, xəyallar bilikdən daha vacibdir.
Hər gün, bir neçə dəqiqəlik də olsa, təsviretməni məşq etməlisən. Özünü necə görmək 
istəyirsənsə elə də gör – ya xoşbəxt ata kimi, ya tanınmış hakim kimi ya da ölkənin ən 
böyük vətəndaşı kimi.

Gölün Sirrini özümə tətbiq etmək üçün xüsusu bir göl tapmalıyammı?

Yox. Gölün Sirri, sadəcə, müdriklərin əsrlərdən keçib gəlmiş üsula verdikləri bir addır. 
Bu metodu öz qonaq otağında, hətta iş yerində də həyata keçirə bilərsən. Qapını ört, 
gözlərini yum. Sonra dərindən nəfəs al. Bir neçə dəqiqədən sonra rahatlaşdığını hiss 
edəcəksən. Sonra isə kim olmaq istəyirsənsə, beyninin ekranında canlandır. Əgər 
dünyanın ən gözəl atası olmaq istəyirsənsə, özünü uşaqlarının suallarına açıq ürəklə 
cavab verən bir ata kimi təsəvvür et. Gərgin anlarda özünü səbirli hərəkət edən birisi 
kimi təsvir et. Bu cür məşq etməklə sən reallıqda öz hərəkətlərini idarə edə biləcəksən.
Vizuallaşdırmanın sehri hər bir situasiyada tətbiq oluna bilər. Sən bunu məhkəmədə 
daha uğurlu nəticə əldə etmək məqsədilə də istifadə edə bilərsən, eləcə də dostluq 
əlaqələrini möhkəmləndirmək, özünü mənəvi baxımdan inkişaf etdirmək üçün də 
faydalıdır. Bu metodun ardıcıl olaraq istifadəsi sənə maddi gəlir də gətirə bilər. Birdəfəlik 


başa düş ki, beynində maqnit qüvvəsi var ki, bu da öz həyatında arzuladığın hər şeyi 
özünə çəkə bilir. Əgər həyatında çatışmazlıq varsa, buna səbəb fikirlərində olan 
çatışmazlıqdır. Beyninin gözləri qarşısından həmişə gözəl şəkillər as. Hətta bircə neqativ 
fikir sənin fikirlərini zəhərləyə bilər. Əgər bircə dəfə bu qədim üsuldan istifadə etsən, 
beyninin hədsiz potensialının olduğunu dərk edəcəksən, içində yatan enerji və bacarıq 
“anbarını” azad edəcəksən.
Sanki Culian başqa dildə danışırdı. Heç vaxt kiminsə beyninin maqnit gücündən 
danışdığını eşitməmişdim, bilmirdim ki, bununla həm mənəvi, həm də maddi xeyir 
götürmək olar. Hələ heç kim mənə təsəvvür etmənin köklü dəyişikliyə səbəb olduğunu 
deməmişdi. Bəli, ürəyimin dərinliyində Culianın dediklərinə böyük inamım vardı. 
Qarşımda dayanan bu adam bir zamanlar ən bacarıqlı hüquq işçısi kimi tanınmışdı. Bu 
hüquq sahəsindəki fərasətinə görə hətta beynəlxalq miqyasda hörmət edilən insan idi. O 
bir vaxtlar indi mənim getdiyim yolla gedən bir insandır. Culian Şərqə səfərində nəsə 
qiymətli bir şey tapmışdı, bu aydın idi. Onun fiziki görkəmi, sakitliyi məni onun 
məsləhətlərinə qulaq asmağa inandırırdı.
Onun dediklərinə nə qədər çox qulaq asırdımsa bir o qədər də çox inanırdım. Əlbəttə, 
beynimizin bizim işlətdiyimizdən də çox potensialı var. Əgər belə olmasaydı, analar 
ağlayan körpələrini xilas etmək üçün hərəkətsiz maşınları necə qaldırarlar? Belə 
olmasaydı, pəhləvanlar bircə yumruqla ağır daşları necə iki hissəyə bölərdilər? Yaxud 
yoqlar ürəklərinin sürətini necə aşağı sala bilərdilər? Gözlərini belə qırpmadan ağrılara 
necə dözə bilərdilər? Bəlkə problem elə məndədir, inamsızlığımdadır? Güman ki, bu 
axşam qarşımda oturan keçmiş milyoner – vəkil gözlərimdə Himalay rahiblərinə çevrilib, 
yerdə qalan həyatımı daha mənalı etməyə başlamaq üçün bir oyanma zəngidir?

Culian, bu ayinləri iş yerimdə etsəm partnyorlarım mənim qəribə olduğumu 
düşünəcəklər.

Yoq Raman və onunla bir yerdə yaşayan o biri müdriklərin bir deyimi var ki, bu da 
onlara nəsillərdən gəlib çatıb. Belə ifadə etmək mümkündürsə, bu gecəmizi önəmli 
edəcək həmin deyimi sənə ötürmək mənim üzərimə düşən vəzifəmdir. O deyim 
belədir: “Başqa insanlardan üstün olmaqda heç bir alicənablıq yoxdur. Əsl alicənablıq 
öz keçmişindəki mənindən üstün olmağındadır”.
Layiq olduğun həyat üçün öz yolunla getməyini istəyirəm. Başqalarının nə dediyinin sənə 
dəxli yoxdur. Ən vacib olan özünün özün haqqında nə fikirləşməyindir. Başqalarının səni 
mühakimə etməyindən heç də narahat olma. Əgər özünün nə etdiyini bilirsənsə, narahat 
olmağa heç bir əsas yoxdur. Əgər ağlın və ürəyin gördüyün işin düzgün olduğunu 
deyirsə, arxayın ol. Heç vaxt haqlı olduğun bir işi etməkdən utanma. Bir də, Allah 
xatirinə, heç vaxt özünə başqa adamların fikrinə görə qiymət vermək kimi bir şeyə adət 


etmə. Yoq Raman deyirdi: “Hər dəfə başqalarının xəyallarını fikirləşsən, öz xəyalların 
haqda düşünmək vaxtını alırsan”.
Gecəyarısıydı, saat birə yeddi dəqiqə işləyirdi. Mən bir zərrə qədər də yorulmamışdım. 
Fikrimi Culiana bildirəndə o bir daha gülümsədi və dedi:

Sən artıq mənalı həyat yaşamağın başqa bir qaydasını da öyrənmisən. Əksər adamlar 
elə hesab edirlər ki, yorğunluq beynin “əsər”idir. Yorğunluq o adamların həyatı 
üzərində hökmranlıq edir ki, o insanlar heç bir məqsədi və arzuları olmadan yaşayırlar. 
Bir misal çəkim. İş yerində günorta çağı köhnə, quru hesabatları oxuyarkən yuxuladığın 
vaxtlar olubmu?

Hərdənbir olub. Əlbəttə, bəzən iş yerində mürgüləyirik, – cavab verdim. İstəmədim ki, 
bunun mənim iş prinsipim olduğunu deyim.

Hə, əgər bir dostun səni telefona çağırıb axşam futbol oynamağa getmək istədiyini 
soruşsa, ya da səndən qolf oyunu üçün məsləhət alsa, şübhəm yoxdur ki, üzün güləcək, 
sənin bütün yorğunluğun yox olacaq. Bu, ədalətli qiymətləndirmədir?

Ədalətlidir, vəkil.
Culian davam etdi:

Yorğunluq beyninin yaratdığından başqa heç nə deyil. Beynin sən darıxdırıcı bir iş 
görəndə belə etməyə adət edib. Bu axşam danışdıqlarıma məftun oldun, mənə 
öyrədilən sirri öyrənməyə maraq duydun. Marağın və zehni fokusun sənə enerji verdi. 
Bu axşam beynin nə keçmişdə, nə də gələcəkdə oldu. Beynin hazırkı ana yönəlib – 
bizim söhbətimizə. Beynini hazırkı anda yaşamağa yönəldəndə, saatın neçə 
olmağından asılı olmayaraq, həmişə sonsuz enerjin olacaq.
Razılıq əlaməti olaraq başımı yırğaladım. Culianın hikməti mənə çox aydın göründü, onun 
dediklərini heç yerdə eşitməmişdim. Atamın uşaq vaxtı dediyi sözləri xatırladım: “Kimlər 
ki, axtarır, onlar da tapacaq”.
Sanki atam bu sözləri elə mənimçün deyirmiş.
Yeddinci fəsil
SƏKKİZİNCİ FƏSİL
Öz daxili ocağını yandırmaq


Özünə etibar et. Özünə bütün həyatın boyu xoşbəxt yaşaya biləcəyin bir həyat qur. 
Vaxtını imkanın xırda qığılcımlarını üfürüb onları uğur alovlarına çevirməyə sərf et.
Foster C.McClellan
Yoq Ramanla Himalay dağlarının təpəsində oturduğumuz, mənə o mistik təmsili 
danışdığı gün də, bax, bizim bu gün keçirdiyimiz günə çox oxşayırdı. – Culian dedi.

Doğrudanmı?

Bizim görüşümüz axşam başlamışdı və gecəyarısına qədər davam etmişdi. Aramızda elə 
bağlılıq vardı ki, sanki havada bir elektrik vardı. Yuxarıda da sənə xatırlatdığım kimi, 
Yoq Ramanla ilk dəfə görüşəndə mənə elə gəldi ki, o mənim qardaşımdır. Bu gecə, 
səninlə üzbəüz oturub sənin üzündəki marağı görərkən, yenə də həmin enerjini və 
bağlılığı duyuram. Sənə onu da deyim ki, dost olduğumuz ilk vaxtlardan bəri səni də 
özümə qardaş bilmişəm. Doğrusunu desəm, səndə özümü görürdüm.

Sən çox yaxşı dost idin, Culian. Mənə etdiklərini heç vaxt unutmuram.
Açıq-aydın hiss olunurdu ki, o, keçmişinin “muzey”inə qayıtmaq istəmir.

Con, istəyirəm ki, Yoq Ramanın söylədiyi o mistik təmsildəki başqa elementləri də 
səninlə paylaşım. Amma bunu etməmişdən əvvəl bir şeyi sübut etməliyəm. Artıq sən 
şəxsi dəyişikliyinə nail olmaq üçün çoxlu yüksək effektli üsullar, bunları yalnız ardıcıl 
olaraq yerinə yetirməklə həyatında möcüzələr yaratmağı da bilirsən. Bu axşam sənə 
ürəyimi açıb bu sahədə bildiklərimin hamısını deyəcəm. Amma əmin olmaq istəyirəm, 
sən tam başa düşmüsənmi ki, bildiklərini başqalarına öyrətməlisən? Bu hikməti 
axtaranlara bunu demək vacibdir. Biz elə bir dünyada yaşayırıq ki, neqativlik hər tərəfə 
yayılıb, cəmiyyətimizdə mənfilik sükansız gəmi kimi istədiyi yerə üzüb gedir. Özlərinə 
mayak axtaran yorğun ürəkləri sıldırımlı qayalıqdan qorumaq üçün bildiklərini 
deməlisən. Sənə etibar edirəm, Sivana Müdriklərinin mənə ötürdükləri mesajı ehtiyacı 
olanlara çatdırmaqda mənə yardımçı olacağını da bilirəm.
Çox götür-qoy etmədən təklifini ürəkdən qəbul etdiyimə Culianı inandırdım.
Sonra o, ehtirasla sözünə davam etdi:



Təklifimin gözəlliyi ondadır ki, başqalarının həyatını təkmilləşdirməyə can atmaq öz 
həyatını da ən yüksək zirvəyə qaldıracaq. Bu həqiqət fövqəladə həyat üçün ən qədim 
bir paradiqmaya əsaslanır.

Fikrim səndədir, danış.

Himalay müdrikləri öz həyatlarını bu sadə qayda üstündə qurublar. Kim ki, daha çox 
xidmət edir, o daha çox meyvə dərir – həm emosional, həm fiziki, həm də əqli və 
mənəvi baxımdan. Bu da daxili sakitliyin və ətraf dünyadakı həyatımızın yoludur.
Bir vaxtlar eşitmişdim ki, başqalarının həyatını öyrənənlər müdrikdir, özlərini öyrənənlər 
isə maarifçidir.
Burada, Culianın timsalında, ola bilsin ki, ilk dəfə olaraq özünü yaxşı tanıyan bir adam 
görürdüm. Zəhmli paltarında o, üzündə azacıq təbəssüm olan cavan Buddaya oxşayırdı. 
Aşkar görünürdü ki, Culian çox şeyə – ideal sağlamlığa, xoşbəxtliyə, kainatın 
kaleydoskopunda özünün roluna malikdir.

Qazandıqlarım məni mayaka doğru aparır, Yoq Ramanın mənə danışdığı təmsildə olan 
mayaka. İndi sənə izah edəcəm hər şeyi.
Bu dəfə Culian rahibə dönən vəkildən daha çox təcrübəli bir professor kimi sözə başladı:

Sən beyninin münbit bir bağ kimi olduğunu öyrəndin, onun bar verməsi üçün gündəlik 
onu “yedizdirməlisən”. Heç vaxt “çirkli” fikir toxumlarının beyninə girməsinə şərait 
yaratma, zəhərli fikirlərin beynində çayır kimi kök atmasına imkan vermə! Beyninin 
darvazasında qarovul çək. Onu sağlam və güclü saxla – yalnız bu halda həyatında 
möcüzələr yaradacaq.
Yadına sal ki, həmin təmsildə bağın ortasında bir gözəl mayak da vardı. Bu simvol sənə 
maariflənmiş həyat üçün qədim bir qaydanı xatırladacaq. Həyatın məqsədi elə həyatın 
özüdür. Kimlər ki, həqiqətən də maariflənib, onlar həm maddi, fiziki və mənəvi baxımdan 
həyatdan nə istədiklərini bilirlər. Həyatının hər bir sahəsində qarşına qoyduğun 
məqsədlər səninçün o mayak rolunu oynayacaq. Bu mayak sənə öz məqsədinə gedən 
yolda bələdçilik edəcək, həyat adlı dəniz tufanlı olanda sənin daldalanacaq yerin olacaq. 
Görürsənmi, Con, getdiyi istiqaməti dəqiq müəyyən edənlər həyatlarını yenidən qura 
bilər. Əgər sən hara getdiyini bilmirsənsə ora çatdığını necə biləcəksən?
Culian məni Yoq Ramanın bu qaydanı ona izah etdiyi anlara qaytardı:
Yoq Raman ona deyib: “Həyat çox qəribədir. Xoşbəxtliyin mənbəyi bir söz üstündə qərar 
tutub: Uğur. Davamlı xoşbəxtlik, məqsədinə çatmaq üçün müəyyən etdiyin istiqamətdə 
inamla getdiyin anlardır. İçində gizlənmiş daxili ocağı yandırmağın sirri budur. Başa 


düşürəm ki, sözlərim sənə bir az gülməli görünə bilər. Bu qədər yol gəlib Himalay 
dağlarında məskunlaşan müdriklərdən xoşbəxtliyin sirrini – bunun uğurda olduğunu 
öyrənmək sənə çox sadə görünə bilər. Amma bu həqiqətdir”.
Culian davam etdi:

Sivana Müdrikləri nə edirlərsə məqsədləri olur. Müasir dünyadan uzaq yerdə 
yaşamalarına baxmayaraq onlar öz məqsədlərinə çatırlar. Onların bəziləri qədim fəlsəfi 
fikirlərin “ tozunu silir”, bəziləri ağlagəlməyən şeirlər yazır. Bəziləri isə vaxtlarını sükut 
içində keçirirlər – lap heykəllər kimi. Sivana Müdrikləri vaxtlarını boş yerə sərf etmirlər. 
Onların şüuru onları inandırıb ki, hər birinin həyatının öz məqsədi var, onlar da bu 
missiyanı yerinə yetirməlidir. Yoq Raman mənə belə deyirdi: “Bura sükut içində 
görünən bir yerdir. Sənə təəccüblü gələ bilər, mal-mülkü olmayan bir dəstə 
müdriklərin nəyə ehtiyacı ola bilər, yaxud onlar nəyə ümid edə bilərlər? Amma bil ki, 
təkcə maddi sahədə uğur əldə etmirlər. Şəxsən mənim məqsədim beynimin sakitliyinə, 
maariflənməyə, özümü idarə etməyə nail olmaqdır. Əgər bunlara nail olmadan 
həyatdan köçəsi olsam həyatımdan narazı gedəcəm”.
Culian mənə dedi ki, həmin vaxt ilk dəfə olaraq Sivana Müdriklərindən ölüm haqda söz 
eşidib. Yoq Raman fikrini belə davam etdirib:
“Narahat olma, dostum! Mənim yüzdən çox yaşım var, hələ bu dünyadan getmək planım 
yoxdur. Bunları deməkdə məqsədim odur ki, maddi, fiziki, mənəvi arzularını yerinə 
yetirmək üçün qoyduğun məqsəd sənə əbədi sevinc bəxş edəcək. Sənin də həyatın 
mənim həyatım kimi olacaq – sən reallığı dərk edəcəksən. Həyatının məqsədini düzgün 
müəyyən etməyi də bilməlisən, sonra isə bu məqsədi həyata keçirməlisən. Biz bu 
məqsədi Dharma adlandırırıq, həyatın məqsədi üçün Sanskrit sözdür.

Öz Dharmamı həyata keçirməklə həyatdan məmnun qalacam? – soruşdum.

Əlbəttə! Bu Dharmadan sənin daxili harmoniyan və davamlı məmnunluğun cücərəcək. 
Dharma qədim bir metoda əsaslanır. Həmin metoda əsasən yer üstündə gəzən hər bir 
kəsin öz qəhrəmanlıq missiyası var. Bizə verilmiş istedad bu missiyanı aydınlaşdırmağa 
kömək edir. Məqsədini tapmaq üçün kəşf etdiyin açar məqsədin yolunda sənin 
köməkçindir.
Mən Culianın sözünü kəsib sual verdim:

Sən yuxarıda risk etmək haqda danışırdın, bu ona bənzəyir.
Culian dedi:

Həm bənzəyir, həm də yox.



Tam başa düşmədim.
Culian izah etməkdə davam etdi:

Bəli, ola bilər ki, məqsədinin açarını kəşf etmək üçün atdığın addımlar sənə risk etmək 
kimi görünsün. Çox adam həyatının məqsədini kəşf edən kimi köhnə işindən əl çəkir. 
Risk etməzdən əvvəl özünü imtahan etməlisən, qəlbinin istəyinə qulaq asmalısan. Əgər 
belə etməsən, özünü kəşf etmək, həyatda məqsədi kəşf etmək heç vaxt risk deyil.
Özünütanıma özünü maarifləndirmənin DNT testidir. Bu, çox yaxşı bir şeydir”.

Culian, bəs sənin Dharman nədir? – marağımı gizlədə bilməyib soruşdum.

Məqsədim çox sadədir, fədakarcasına başqalarına xidmət etmək. Unutma, yatmaqla, 
avaralıqla vaxt keçirənlər əsl sevincin nə olduğunu hiss etməzlər. Benjamin Disraeli 
belə deyib: “Uğurun sirri məqsədin sabitliyidir”.
Sənin axtardığın xoşbəxtlik məqsədindən keçib sənə çatır, hər gün məqsədinə az da olsa 
nail olmaqla çatırsan xoşbəxtliyə. Vacib olmayan şeylərə görə qurban verməyə dəyməz. 
Yoq Ramanın mistik təmsilindəki mayak həyatda məqsədin rolunun nədən ibarət 
olduğunu həmişə sənə xatırladacaq.
Bir neçə saatdan çox davam edən söhbətimiz vaxtı Culiandan onu da öyrəndim ki, inkişaf 
etmiş, uğur qazanmış insanlar öz istedadlarını, şəxsi məqsədlərini axtarıb tapmağın 
vacibliyini başa düşür, sonra tapdıqlarını məqsədlərinə çatmaq üçün tətbiq edirlər. 
Bəziləri həkim kimi, bəziləri rəssam kimi bəşəriyyətə fədakarcasına xidmət edirlər. Bəzi 
insanlar aşkar edirlər ki, onlar yaxşı müəllim ola bilərlər, bəziləri elm, yaxud biznes 
sahəsində yenilikçi olduqlarını kəşf edirlər. Ən vacib olan öz qəhrəmanlıq məqsədinin nə 
olduğunu tapmaq – həmin açarı kəşf etməkdir.

Məqsədə gedən yol – açar budurmu? – sual verdim.

Məqsədi tapmaq başlanğıc nöqtədir, bu, məqsədini tapmaq məqsədinə doğru gedən 
yolda susuz qalanda içdiyin yaradıcı şirəyə bənzəyir. İstəyirsən inan, ya inanma, Yoq 
Raman və o biri müdriklər öz məqsədlərində qərarlıdır.

Zarafat etmə! Himalay dağlarının zirvəsində yaşayan müdrik rahiblər gecə- gündüz 
məqsəd tapmaqla məşğuldurlar? Dolama məni!

Con, həmişə nəticəyə baxıb mühakimə et. Bir mənə nəzər sal. İnan mənə, bəzən 
güzgüyə baxanda heç özümü tanımıram. Keçmişdəki Culian sanki qeyb olub. 
Cavanlıqda olduğum kimi cavanam, həyat eşqi ilə doluyam. Həqiqətən də xoşbəxtəm. 
Səninlə bölüşdüyüm hikmət o qədər qiymətlidir ki, axıracan mənə qulaq asmalısan.



Culian, inanıram sənə. Haqqında danışdığın üsullar mənə mükəmməl görünür, amma 
bəziləri yox. Bununla belə, bu üsulların hamısını təcrübədən keçirməyə qərar 
vermişəm, edəcəm də. Bilirəm ki, verdiyin məlumatlar böyük gücə malikdir.

Əgər uzağı başqalarından daha yaxşı görə bilirəmsə buna səbəb odur ki, mən böyük 
müəllimlərimin çiynində durmuşam, – Culian sözünə davam etdi:

Başqa bir misal. Yoq Raman təcrübəli atıcı idi, əsl ustaydı. Öz fəlsəfəsinin vacibliyini 
əyani sübut etmək üçün o elə bir şey nümayiş etdirdi ki, onu heç vaxt unutmaram. Belə 
ki, oturduğumuz yerin yaxınlığında bir gözəl palıd ağacı vardı. Yoq Raman həmişə 
başına qoyduğu gül çələngindən bir qızılgül qopartdı və ağacın gövdəsinə taxdı. Sonra 
isə həmişə, bir dağ cığırında ona rast gələndə də yoldaşlıq edən bel çantasından üç şey 
çıxartdı. Birincisi səndəl ağacından düzəldilmiş onun sevimli yayı idi. İkincisi ox idi. 
Üçüncü əşya zanbaq kimi ağ cib dəsmalı idi. Vaxtilə belə bir dəsmalı kostyumumun döş 
cibinə qoyardım.
Bundan sonra Yoq Raman Culiandan xahiş edib ki, həmin cib dəsmalıyla onun gözlərini 
bağlasın.

Mən indi o qızılgüldən nə qədər uzaqdayam?– Yoq Raman şagirdindən soruşub.

Yüz addım, – Culian məsafəni təxmin edib cavab verir.

Sən mənim atıcılığımı müşahidə etmisən, düzdür? – Yoq Raman soruşub.

Sizin üç yüz addımlıq məsafədən öküzün gözlərini nişan alıb hədəfə vurduğunuzu 
görmüşəm. Hədəfə vurmadığınızı heç görmədim, – Culian sevincək deyir.
Bundan sonra o, gözləri dəsmalla bağlı halda, ayaqlarını yerə dayayıb bütün gücüylə oxu 
ağacın gövdəsinə sancdığı qızılgülə tərəf atdı.
Ox palıd ağacına dəydi, amma hədəfə dəymədi.
Mən ondan soruşdum:

Yoq Raman, mən elə bildim ki, siz öz bacarığınızı məharətlə nümayiş etdirəcəksiniz. Nə 
baş verib? Niyə belə oldu?
Yoq Raman sözə başlayıb:

Biz bu yerə müəyyən bir məqsədlə gəlmişik. Mən dünyaca məşhur olan bir hikməti 
sənə açmaq istədim. Bu gün nümayiş etdirdiyim ox atmaq isə məsləhətimin gücünü 
sənə sübut etmək niyyətiylə idi. Həyatda da gedəcəyin yolu düz müəyyən etməlisən. 
İndi gördüyün mənzərə isə həyatda məqsədinə nail olmaq istəyənlər üçün çox vacib bir 


qədim üsuldur – heç vaxt görə bilmədiyin məqsədə çata bilmərsən. Adamların çoxu 
həyatda daha xoşbəxt yaşamağı, daha sağlam olmağı arzu edirlər. Amma onlar ay 
ərzində məqsədlərini, başqa sözlə, öz Dharmalarını bir yerə yazmağa on dəqiqə vaxt 
ayırmırlar. Məqsədini müəyyən etmək həyatını gözəlləşdirir. Bu halda sənin dünyan 
əvvəlkindən daha zəngin, daha sevincli və daha möcüzəli olacaq. Görürsənmi, Culian, 
bizim ulu babalarımız zehni, fiziki, mənəvi dünyamızda öz məqsədimizi müəyyən 
etməyi öyrənib. Sənin gəldiyin dünyada insanların çoxunun maliyyə, maddi məqsədləri 
olur. Əgər bunu dəyərləndirirsənsə burda səhv heç nə yoxdur. Əlbəttə, özünü 
idarəetməyə və daxili maariflənməyə nail olandan sonra daha konkret məqsəd 
qoymağı bacaracaqsan. Sənə təəccüblü gəlsə də, deyim ki, beynimin sakitliyinə, 
ətrafımda olanlara sevgi ilə yanaşmaq nə vaxtsa mənim məqsədim olub. Məqsəd 
qoymaq təkcə sənin kimi vəkillər üçün deyil, həm də daxili dünyası ilə birgə onu əhatə 
edən mühiti də inkişaf etdirməyi arzu edənlər üçündür. Daxili dünyasını 
zənginləşdirmək istəyən hər bir kəs bir vərəq götürüb həyatda məqsədlərini yazmağa 
başlamalıdır. Bunu yazdıqları elə ilk anlarda xəyallarını həyata keçirmək üçün təbii 
yolları görə biləcəklər.
Eşitdiklərim məni heyran edirdi. Orta məktəbdə futbol komandasının üzvü olanda bizim 
məşqçimiz hər oyunda nə istədiyimizi bilməyin vacibliyindən söz açardı. O deyərdi: 
“Nəticəni gör”. Bu, onun şəxsi kredosu idi. Bizim komanda heç vaxt plan olmadan futbol 
meydançasına ayaq basmazdı. Mənə maraqlıdır, niyə yaşımın üstünə yaş gəldikcə öz 
həyatımda da plan yazmaq vərdişini inkişaf etdirməmişəm? Bəlkə Yoq Ramanın və 
Culianın belə planları olub?

Bir vərəq kağız götürüb ona məqsədlərimizi yazmağın xüsusi bir əhəmiyyəti varmı? 
Belə sadə bir şey nəyisə dəyişə bilərmi? – soruşdum.
Culian sevindi:

Sənin açıq-aşkar hiss edilən marağın məni ruhlandırır, Con! Maraq – uğurlu həyatın 
açarı ola biləcək komponentlərdən biridir. Şadam ki, səndə maraq hissi itməyib, az da 
olsa qalıb. Yuxarıda sənə demişdim ki, orta hesabla gün ərzində beynimizdən təxminən 
60000 fikir keçiririk. Məqsəd və arzularını balaca bir vərəqə yazmaqla sən şüuruna 
qırmızı bayraq göndərmiş olursan, bu qırmızı bayraqla ona deyirsən ki, yerdə qalan 
59999 fikrin içində həmin fikirlər daha vacibdir. Bundan sonra sənin beynin bir raket 
sürətilə həmin arzuları reallaşdırmaq üçün imkanları axtarmağa start verəcək. Bu, 
həqiqətən də, çox gözəl bir prosesdir. Çoxumuzun bu prosesdən xəbərimiz yoxdur.

Bəzi partnyorlarım məqsəd qoymaqda fərasətlidir. Bu barədə fikirləşəndə görürəm ki, 
onlar maliyyə cəhətdən ən çox uğur qazanmış insanlardır. Amma inanmıram ki, onlar 
həm mənəvi, həm də maddi cəhətdən tarazlığı saxlaya bilsinlər.



Ola bilsin ki, onlar düzgün məqsəd seçmirlər. Görürsənmi, həyat sənə istədiyin hər şeyi 
verə bilir. Əksər insanlar özlərini yaxşı hiss etmək, daha çox enerji, daha çox razı 
qalmaq istəyirlər. Amma onlardan konkret olaraq nə istədiklərini soruşanda onların bu 
suala cavabı olmur. Öz məqsədini müəyyən edib öz Dharmanı axtarmağa başladığın 
andan etibarən həyatını dəyişə biləcəksən, – Culian bu sözləri deyəndə onun gözləri 
həyat qığılcımları ilə doluydu.

Sən nə vaxtsa tanımadığın bir adama fikir vermisənmi, sonra həmin adamın adını qəzet 
səhifələrində oxuyub, ya da onu televiziya ekranlarında müşahidə etmisənmi? Sən heç 
tam yeni bir mövzuyla, milçəklə balıq tutmaq metodu ilə maraqlanmısanmı? Bunu 
biləndən sonra hər yerdə bu yolla balıq tutmağın möcüzələri haqda eşitmək 
istəmisənmi? Bu da Yoq Ramanın “jorki” (beyin qüvvətləndirmə) adlandırdığı qədim bir 
üsuldur. Bu üsulun məğzi “mərkəzləşmiş ağıl”dır. Zehni enerjinin hər bir zərrəsini 
özünü kəşf etməyə cəmləşdir. Kəşf et, gör səni ən çox nə xoşbəxt edir, sən nədə daha 
çox uğur qazana bilərsən. Düzdür, sən bir vəkilsən, bəlkə sən yaxşı bir orta məktəb 
müəllimi ola bilərdin, bəlkə müəllim kimi səbirli, öyrətməyi sevən bir insansan? Bəlkə 
sən yaxşı bir rəssam, ya da heykəltəraşsan? Hər kim olursansa ol, bunu kəşf et və sonra 
onun ardınca düş.
Mən fikrimi bildirdim:

Bilirsən, indi nə düşünürəm? Təsəvvür edirəm ki, həyatımın sonuna çatmışam, amma 
hələ də beynimin potensialını açıb mənə göstərə bilən istedadım olduğunu kəşf 
etməmişəm. Halbuki bu istedadımla başqalarına da kömək edə bilərəm.

Haqlısan, – Culian bunu deyib sözünə davam etdi:

Elə isə, bax, elə bu andan etibarən həyatdakı məqsədini müəyyən etməyə başla. 
Beynini oyat, ətrafındakı imkanlara beyninin qapısını aç. Hər şeyə maraqla yanaş. İnsan 
beyni dünyanın ən böyük süzgəc-qurğusudur. Sən bu qurğunu düzgün istifadə edə 
bilsən, o yalnız sənə vacib olanları öz süzgəcindən keçirəcək və sənə vacib olan 
informasiyanı çatdıracaq. Bu anda, ikimizin sənin qonaq otağında oturduğumuz 
anlarda minlərlə hadisə baş verir və bizim onlardan xəbərimiz yoxdur, çünki onlara 
diqqət yetirmirik. Pəncərənin o üzündə sevgililər gülüşür, sənin arxandakı 
akvariumdakı qızıl balıq ora-bura üzür, kondisionerdən üzümüzə üfürülən sərin hava, 
hətta ürəyimizin döyüntüsü... Əgər fikrimi ürəyimin döyünməsinə cəmləşdirsəm ürək 
döyüntümü hiss edərəm. Buna oxşar olaraq sən də beynini həyatının əsas məqsədinə 
doğru cəmləşdirəndə beynin vacib olmayanları “süzmür” və vacib olanlara yönəlir.

Düzünü deyim ki, mənimçün məqsədimi kəşf etməyin vaxtıdır. Məni səhv başa düşmə. 
Həyatımda çox şey əldə etsəm də, bilirəm ki, daha yaxşı ola bilərdi həyatım. Əgər bu 


dünyanı bu gün tərk edəsi olsam məyus ola bilərdim, həyatım daha fərqli ola bilərdi. – 
Culiana fikrimi bildirdim.

Bunu dərk edəndə özünü necə hiss edirsən? – Culian soruşdu.

Məyus oluram, – tam düzünü deyib əlavə etdim:

Bilirəm ki, istedadım var. Cavan olanda yaxşı bir rəssam idim. Heç bilmirəm necə oldu 
ki, vəkillik sənəti göz vurub məni yoldan çıxartdı, məni daha xoşbəxt yaşamağa 
tamahlandırdı.

Heç rəssamlığı özünə sənət seçməyi arzu etmisənmi? – Culian soruşdu.

Doğrusunu deyim, bu barədə çox fikirləşməmişəm. Amma bir söz deyim, şəkil çəkdiyim 
anlarda özümü cənnətdə hiss edirdim.

Şəkil çəkmək sənə enerji verirdi, düzdürmü? – Culian soruşdu.

Tamamilə haqlısan. Şəkil çəkərkən vaxtın necə gəlib-keçməyini hiss etmirdim. Sanki 
tabloda itib gedirdim. Elə bil bu dünyadan çıxıb başqa dünyaya düşürdüm.

Con, bu o deməkdir ki, sən öz fikrini sevdiyin bir işə yönəldirsən. Höte deyirdi: “Biz 
sevdiyimizdən və bizə yaraşandan yoğrulmuşuq”. Bəlkə sənin Drahman bu dünyanı 
gözəl mənzərələrlə gözəlləşdirməkdir? Elədirsə, hər gün az da olsa şəkil çəkməyə 
başla.

Bəs bu dediyin fəlsəfəni həyatımı dəyişməkdən az vacib olan şeylərə tətbiq edə 
bilərəmmi? – bic-bic gülüb sual verdim.

Faydası ola bilər. Konkret nəyi nəzərdə tutursan?

Culian soruşdu.

Belə desək, məqsədlərimdən biri, bax, belimin ətrafındakı “ehtiyat təkərləri” – piyləri 
yox etməkdir. Necə başlaya bilərəm?

Utanma. Sən balaca şeyləri məqsədinə çevir, sonra böyük məqsədlərini kəşf edərsən. – 
Culian dedi.

Milyonlarla kilometr uzaq olan yerə səyahət etmək kiçik bir addım atmaqdan başlayır, 
eləmi? – intuitiv olaraq soruşdum.

Haqlısan. Xırda məqsədlərə nail olmaq səni daha böyük məqsədlərə nail olmağa 
hazırlayır. O ki qaldı sənin sualının cavabına, böyük məqsədlərini hazırladığın 
mərhələdə kiçik məqsədlərini həyata keçirməkdə heç bir səhv yoxdur.


Culian mənə dedi ki, Sivana Müdrikləri məqsədlərinə çatmaq üçün beş mərhələdən 
ibarət metod hazırlayıblar. Bu metod da çox sadədir, təcrübədən keçib, indi də istifadə 
edilir. Birinci mərhələ beynində son nəticənin aydın obrazını yaratmaqdır. Culian mənə 
dedi ki, əgər artıq çəkidən azad olmaq istəyirəmsə hər səhər yuxudan duran kimi özümü 
arıq, yararlı, sonsuz enerjiyə malik bir şəxs kimi fərz etməliyəm. Əgər zehnimdəki özümü 
görmək istədiyim obraz nə qədər aydın olsa məqsədimin həyata keçmə prosesi də bir o 
qədər effektli olacaq. O həm də əlavə etdi ki, beyin sonsuz güc və enerji xəzinəsinə 
malikdir, gələcək obrazımı beynimdə canlandırmaq həmin arzunu həyata keçirmək üçün 
giriş qapısı rolunu oynayır. İkinci mərhələ isə özümə pozitiv təzyiq göstərməkdir. O bunu 
belə izah etdi:

Əksər insanlar qarşılarına qoyduqları məqsədə ona görə çata bilmirlər ki, onlar 
asanlıqla özlərinin köhnə qaydasına qayıdırlar. Özünü sıxışdırma, özünətəzyiq heç də 
pis vərdiş deyil. Bu yolla daha uğurlu nəticə əldə etməyə ruhlana bilərsən. Bəzən 
insanlar, necə deyərlər, divara qısnananda öz potensiallarından daha yaxşı istifadə 
edirlər.

Bəs mən özümə “pozitiv təzyiq”i necə edə bilərəm? – soruşdum.
İndi mən bu metodu hər şeyə – səhər erkən yuxudan durmaqdan başlamış ta ki daha 
səbirli və övladlarını daha çox sevən ata olmağım üçün tətbiq edə bilərdim.

Bunu etmək üçün çoxlu yollar var. Ən yaxşısı, kiməsə vəd verməkdir. Bütün dost-
tanışlarına de ki, sən tezliklə artıq çəkidən azad olacaqsan, ya da bunu bir yerə yazıb 
məqsədini müəyyən et. Əgər sən öz məqsədini ətrafındakılara demisənsə özünü 
sıxışdırıb, özünə təzyiq etməklə məqsədinə nail olacaqsan. Çünki heç kim başqası 
qarşısında uğursuz görünmək istəmir. Sivanada müəllimlərim haqqında danışdığım 
pozitiv təzyiqi həyata keçirmək üçün daha dramatik yollardan istifadə edirdilər. Onlar 
bir-birinə deyirdilər ki, əgər götürdükləri öhdəliyi, tutaq ki, həftələrlə ac qalmaq, ya da 
səhər saat dörddə oyanmaq və sair kimi öhdəliyi yerinə yetirməsələr buz kimi soyuq 
şəlalənin altında qolları, ayaqları soyuqdan keyiyənə kimi dayanacaqlar. Bu yolla özünə 
pozitiv təzyiq etmək daha yaxşı vərdişlər əldə etməyə imkan yaradır.

Nə qəribə bir ritualdır, Culian, – fikrimi bildirdim.

Həm də çox effektlidir. Sən öz beynini yaxşı vərdişlərdən həzz almağa, pis vərdişlərə 
görə cəza verməyə öyrədəndən sonra bu asan olur. Sənin zəifliyin itib gedir.

Dedin ki, arzularımın gerçək olması üçün beş mərhələ var. Bəs yerdə qalan üç mərhələ 
hansılardır? – səbirsizliklə soruşdum.



Bəli, hələ üç mərhələ də var, Con! Birinci mərhələ istədiyin nəticəni göz önündə 
canlandırmaqdır. İkinci mərhələ özünü ruhlandırmaq üçün pozitiv təzyiq tətbiq 
etməkdir. Üçüncü mərhələ çox sadədir: Heç vaxt qrafik təyin etmədən məqsəd təyin 
etmə. Məqsədinə həyat vermək istəyirsənsə məqsədinə çatmaq üçün son hədd 
müəyyən etməlisən. Bu ona bənzəyir ki, hansısa məhkəmə işini aparırsan. Bütün 
diqqətini hakimin eşitmək istədiyi tərəfə yönəldirsən.
Bir də, yaxşı yadında saxla, bir vərəq üzərində yazılmayan məqsəd əslində məqsəd deyil. 
Get bir jurnal, ya da balaca bloknot al. Bu dəftəri Xəyal Kitabı adlandır, bu dəftəri öz 
arzularınla, məqsəd və xəyallarınla yazıb doldur. Özünü tanımağa çalış, öyrən, gör sən 
əslində kimsən.

Bu vaxtacan özümü tanımıram ki? – sual verdim.

Əksər insanlar özlərini tanımır. Bəzi insanlar özlərinin gücünü, zəifliyini, ümidlərini, 
xəyallarını bilmək üçün vaxt sərf etməyiblər. Çinlilər bu mövzunu belə izah edirlər: 
insanı əks etdirən üç güzgü var. Birinci güzgüdə sən özünü necə görürsən, ikinci 
güzgüdə başqaları səni necə görür, üçüncü güzgü isə həqiqətdə sənin necə olduğunu 
əks etdirir. Özünü tanı, Con! Həqiqəti öyrən!
Xəyal Kitabını həyatının müxtəlif sahələrini əhatə edən xüsusi bölmələrə böl. Məsələn, 
sənin fiziki baxımdan yararlı olman üçün, maliyyə, şəxsi inkişafın üçün, sosial və dostluq 
əlaqələrin üçün məqsədlərin ola bilər. Sözsüz ki, həm də mənəvi məqsədlərin.

Ey, Culian, bu lap gülməli görünür. Mən heç vaxt özümə yaradıcı yanaşmamışam. 
Həqiqətən də, özümü dəyişməyə start verəcəm.

Razıyam səninlə. Öyrəndiyim başqa bir effektli üsul da var. Xəyal Kitabını nail olmaq 
istədiklərinin şəkilləri ilə, bacarıq və qabiliyyəti ilə uğur qazanmış insanların şəkilləri ilə 
doldur. Əgər sənin “ehtiyat təkər”inə , piylərinə gəldikdə isə, sən, həqiqətən də, artıq 
çəkidən xilas olmaq istəyirsənsə məşhur bir atletin şəklini Xəyal Kitabına yapışdır. Əgər 
dünyanın ən yaxşı həyat yoldaşı olmaq istəyirsənsə yaxşı bir həyat yoldaşı olanlardan 
birinin şəklini – lap elə atanın şəkli olsun – Xəyal Kitabına əlaqələr bölməsində niyə də 
yerləşdirməyəsən? Əgər dəniz kənarında villa, ya da idman avtomobili arzu edirsənsə 
ən yaxşı villa və idman avtomobilinin şəklini Xəyal Kitabında yerləşdir. Hər gün ən azı 
bir neçə dəqiqə bu kitaba nəzər sal, bu kitabı özünə dost et. Nəticələr səni 
heyrətləndirəcək.

Bu kitab lap bir inqilabın edə biləcəyini bacarır ki, Culian. Bu ideyaların əsrlərlə mövcud 
olmasına baxmayaraq hazırkı zamanda da tanıdığım hər bir kəs gündəlik bu üsullardan 
ən azı bir neçəsini həyatlarına tətbiq etməklə həyatlarının mənasını dəyişə bilər. 


Arvadım çox istəyər ki, onun da Xəyal Kitabı olsun, yəqin o bu kitabı mənim adı 
bədnam qarnım olmayan şəkillərimlə bəzəyərdi.
Culian bir anlığa qarnıma baxıb dedi:

Əslində sənin qarnın elə də çox böyük deyil, – sanki Culian mənə təsəlli verirdi.

Bəs onda Cenni məni niyə Cənab Ponçik deyib çağırır? – güldüm.
Culian gülməyə başladı, mən də ona qoşuldum. Az keçməmiş ikimiz də gülməkdən az 
qala qəşş etdik.

Əgər özünə gülə bilmirsənsə bəs kimə gülməlisən? – mən hələ də gülməkdəydim.

Düz deyirsən, dostum. Mən keçmiş həyat üsuluma bağlı olanda ən böyük problemim 
həyatı çox ciddi hesab etməyim idi. Amma indi lap uşaq kimiyəm, şən, oynaq. Həyatın 
bəxş etdiyi hər bir gözəllikdən həzz alıram, fərqi yoxdur, böyük, ya kiçik olsun.
Artıq əvvəlki yolumdan geri dönmüşəm. Sənə deməli çox sözüm var, sözlər içimdə aşıb-
daşır. Amma yaxşısı budur, məqsədinə çatmaq üçün beş mərhələyə qayıdaq. Sən artıq 
arzu etdiyin nəticənin zehni obrazını yaratmısan, bundan sonra özünə pozitiv təzyiq 
etmisən, arzuna çatmaq üçün son hədd təyin edib, arzunu dəftərə yazmısan. Növbəti 
mərhələni Yoq Raman 21-in Sehrli qanunu adlandırır. Bu dünyanın ən oxumuş adamları 
inanırdılar ki, təzə bir davranış qaydasını vərdiş halına salmaq istəyirsənsə bu davranışı 
iyirmi bir gün təkrar etməlisən.

Bəs niyə məhz iyirmi bir gün? – marağımı gizlətmədim.

Müdriklər təzə, həyatlarını daha çox dəyişə bilən vərdişlər yaradıblar. Bir dəfə Yoq 
Raman onu da dedi ki, pis vərdişi heç vaxt tərgitmək olmur.

Sənsə bütün gecəni məni həyat yolumu dəyişməyə ruhlandırırsan. Əgər mən heç bir 
pis vərdişi tərgidə bilmərəmsə bunu necə edə bilərəm?

Mən dedim ki, pis adətləri tərgitmək olmur, neqativ vərdişləri demədim. – Culian 
dəqiqliklə əlavə etdi.

Culian, sən həmişə Semantiklər Kralı olmusan. Sənin fikrini görə bilirəm.

Təzə vərdişi adət halına çatdırmaq üçün ona çox enerji yönəltməlisən, görəcəksən ki, 
köhnə vərdiş arzuedilməz qonaq kimi sürüşüb aradan çıxır. Bu da ən azı iyirmi bir gün 
davam edib, beyində özünə cığır açır.

Tutaq ki, narahatlıq vərdişini yox etmək, daha sakit yaşamaq üçün Qızılgülün Ürəyi 
Ayinini tətbiq edirəm. Bunu hər gün eyni vaxtda etməliyəm?



Yaxşı sualdır. Sənə ilk olaraq deyəcəyim odur ki, sən heç nəyi etməli deyilsən. Bu 
axşam səninlə bölüşdüklərimi sənin inkişafını, həyatının daha yaxşı olmasını istəyən bir 
dost kimi edirəm. Hər bir üsul, strategiya, hər bir yol dəfələrlə sınaqdan keçirilib və 
yaxşı nəticələr verib. Səni buna əmin edirəm. Baxmayaraq ki, ürəyim sənə dediklərimi 
həyata keçirmək üçün yalvarmağımı deyir, amma şüurum deyir ki, bildiyimi sadəcə 
olaraq səninlə bölüşüm, yerinə yetirib-yetirməməyi sənin öz öhdənə buraxım. Fikrim 
budur: heç vaxt nəyisə etməli olduğun üçün etmə. Nəyisə etmək üçün ilk səbəb o 
olmalıdır ki, sən bu hərəkəti etmək istəyirsən, çünki bu işin düz olduğunu dərk edirsən.

Ağıllı səslənir, Culian. Narahat olma, heç hiss etməmişəm ki, sən bu fikirləri zorla 
beynimə yeritmək istəyirsən. Sən zorla yalnız bir qutu ponçiki boğazımdan ötürə 
bilərsən, – zarafatla iradımı bildirdim.
Culian da gülümsədi.

Sağ ol, dost! İndi isə sualına cavab verim. Məsləhətim odur ki, Qızılgülün Ürəyi Ayinini 
hər gün eyni vaxtda və eyni yerdə yerinə yetirəsən. Bu ritualda möhtəşəm bir qüvvə 
var. Böyük br oyundan əvvəl idman ulduzları həmişə eyni yeməyi yeyir, ya da 
ayaqqabılarını eyni cür bağlayırlar, bu onların vərdişidir. Eyni adəti yerinə yetirmək 
üçün kilsəyə gedənlər eyni xalatı geyinirlər, bununla da ritualın gücündən istifadə 
edirlər. Hətta biznesmenlər də böyük təqdimatlarda eyni sözü təkrar etməklə ritualın 
gücündən istifadə edirlər. Görürsənmi, bir ritualı hər gün eyni vaxtda yerinə yetirməklə 
sən onu vərdişə çevirirsən.
Məsələn, adamların çoxu yuxudan duran kimi nə edəcəklərini fikirləşmədən eyni 
hərəkəti edir. Onlar gözlərini açır, yataqdan durur, vanna otağına gedir və dişlərini 
təmizləyir. Beləliklə, iyirmi bir gün öz məqsədinlə baş-başa qalmaq və yeni hərəkətini hər 
gün eyni vaxtda yerinə yetirmək sənin rejiminə çevriləcək. Sənin yeni adətin də dişini 
fırçalamaq kimi vərdişə çevrilir.

Bu, məqsədə çatmaq yolunda hədəflərə nail olmaq və inkişaf etmək üçün son 
mərhələdirmi?

Müdriklərin sonuncu mərhələsi sənin öz həyat cığırında irəliləməyinə bərabərdir.

Mənim fincanım hələ boşdur, – hörmətlə dedim.

Bu prosesdən həzz al. Sivana Müdrikləri bu fəlsəfədən tez-tez danışırdılar. Onlar 
həqiqətən də inanırdılar ki, gülüşsüz, sevgisiz keçən gün – həyat olmayan bir gündür.

Fikrin mənə çatmadı, – inamsızcasına dedim.



Dediyim odur ki, öz həyat cığırınla gedərkən sevinməlisən, heç vaxt qarşısıalınmaz 
həyəcanın vacibliyini unutma. Hər bir canlı varlığın gözəlliyinə heç vaxt etinasız olma. 
Bu gün bu anda səninlə çox gözəl bir hədiyyəni paylaşıram. Həmişə ruhlu, şən, hər 
şeylə maraqlanan ol. Fikrini məqsədinə yönəlt, başqalarına fədakarcasına xidmət et. 
Kainat yerdə qalan hər şeyin qayğısına qalar. Bu, təbiətin ən doğru qanunudur. Həm də 
çalış heç vaxt keçmişdə baş verənlərə görə peşman olma. Daha dəqiqi, kainatda xaos 
yoxdur. Həyatında nə baş veribsə, yaxud nə baş verəcəksə müəyyən məqsədlə baş 
verib. Sənə dediklərimi unutma, Con! Hər bir təcrübə dərsdir. Elə isə, xırda şeylərə vaxt 
sərf etmə. Həyatından həzz al.

Elə bu?

Yox, hələ səninlə bölüşəcək çox hikmət var. Yorulmusanmı?

Demək olar ki, yox. Həqiqətən də, özümü daha yaxşı hiss edirəm. Sən motivatorsan, 
Culian! Sən informativ reklam barədə nəsə bilirsən?

Başa düşmürəm, – Culian dedi.

Eybi yoxdur. Bu, zarafat etmək üçün bir cəhdimdir.

Ok. Yoq Ramanın təmsili boyunca irəliləyərkən arzu və xəyallarına yardımçı ola biləcək 
başqa bir bənd də var. İstəyirəm ki, onun haqda da təəssüratın olsun.

Davam et, Culian.

Bir söz var ki, müdriklər onu həmişə hörmətlə işlədirlər.

Buyur, de o sözü.

Bu sadə söz onlara mənanın dərinliyi kimi, onların söhbətinin dadıydı. Haqqında 
danışdığım söz Ehtirasdır. Sən bu sözü məqsədinə doğru gedərkən beyninin 
ekranından asmalısan. Ehtiras sənin xəyallarını yanacaqla təchiz edən qüvvədir. Biz 
bəzən nəyisə etməli olduğumuz üçün etmirik. Biz ona görə edirik ki, onları etməli 
olduğumuzu duyuruq. Bu, əzabın formulasıdır. Romantik ehtirasdan danışmıram, 
halbuki bu da uğurlu, ruhlu mövcudluq üçün başqa bir elementdir. Haqqında 
danışdığım həyat üçün Ehtirasdır. Hər səhər enerjili, həyəcanla yuxudan durmağın 
sevincini izah et. Ehtiras nəfəsini istədiyin hər şeyə əlavə et. Onda sən maddi və 
mənəvi nəticələri görəcəksən.

Sən elə deyirsən ki, sanki bu çox sadədir.



Əlbəttə, sadədir. Bu axşamdan başlayaraq həyatına nəzarət et. Birdəfəlik başa düş ki, 
sən öz taleyinin yaradıcısısan. Öz yolunla get. Özünü kəşf et, dəyişmə təcrübəsinin 
sevincini duy.

Təşəkkür edirəm, Culian. Mən bunu eşitmək istəyirdim. Bu vaxtacan həyatımda olan 
bu çatışmazlıqları bilmirdim. Həyatda məqsədim olmadan veyllənirdim – həqiqi 
məqsədim olmadan. İndi isə hər şey dəyişməyə doğrudur. Söz verirəm, buna görə 
minnətdaram sənə.

Buyur, əziz dost, mən sadəcə öz məqsədimi yerinə yetirirəm.
Səkkizinci fəsil
DOQQUZUNCU FƏSİL Qədim 
özünərəhbərlik sənəti
Yaxşı insanlar fasiləsiz olaraq özlərini gücləndirir.
Konfutsi

Vaxt çox sürətlə gəlib keçir, – Culian özünə bir fincan çay süzüb sözünə davam etdi:

Davam etməyimi istəyirsən, yoxsa bir gecə üçün bu qədər kifayət edər?
Hekayəsini axıra qədər dinləmədən heç cür onu getməyə qoymazdım. Danışdıqları 
fantastik görünürdü. Amma onu dinlədikcə, bu əsrlərdən keçib gələn, ona təltif edilən 
fəlsəfəni beynimə hopdurduqca dediklərinə dərindən inanmağa başladım. Onun sözləri 
tamahkar bir alverçinin çərənləməsi deyildi. Culian əsl real sübut idi, ona inanmaya 
bilməzdim.

Buyur, davam et, Culian! Vaxt var hələ. Uşaqlar bu gecəni babasıgildə keçirirlər, Cenni 
isə hələ neçə saatdan sonra yuxudan duracaq.
Səmimiyyətimə inanaraq o, Yoq Ramanın söylədiyi mistik təmsildəki elementlərdən söz 
açdı:



Artıq sənə demişəm ki, həmin təmsildəki insana sevinc bəxş edən, sonsuz sərvətə 
malik bağ beynin münbit bağını təqdim edir. Sənə mayakdan, həyatda məqsədini kəşf 
etməkdən, məqsədinə çatmaqda mayakın rolundan söz açmışam. Əgər yadındadırsa, 
təmsildəki hadisələr davam etdikcə mayakın alt qapısı yavaşca açılır, doqquz fut boyu, 
doqquz yüz funt çəkisi olan bir Yapon sumo pəhləvanı ordan çıxıb bağa tərəf gəlir.

Lap Qodzilla filmlərinə bənzəyir, – fikrimi bildirdim.

Mən uşaq olanda bu filmlərə baxmağı xoşlayırdım, – Culian da dedi.

Elə mən də. Yaxşısı budur, sözünə davam et, fikrini yayındırma!

Sivana Müdriklərinin həyatı dəyişmə sistemində sumo pəhləvanı çox vacib bir 
elementdir. Yoq Raman mənə dedi ki, neçə əsr bundan əvvəl qədim Şərqdə böyük 
mütəfəkkirlər kaizen adlandırdıqları fəlsəfəni inkişaf etdirib təkmilləşdirdilər. Yapon 
dilində bu söz fasiləsiz, sonu olmayan təkmilləşmə mənasını verir. Bu dünyada kamil, 
sağlam həyat sürən hər bir qadın və kişinin şəxsi “markasıdır” bu fəlsəfə.

Kaizen konsepsiyası müdriklərin həyatını hansı formada zənginləşdirib?

Con, yuxarıda da xatırlatdığım kimi, ətrafımızda qazandığımız uğur daxilimizdəki 
uğurdan sonra başlayır. Əgər həqiqətən də səni əhatə edən dünyanı – bu, sağlamlıq, 
sənin insanlarla münasibətin, maddi durumun da ola bilər – dəyişmək istəyirsənsə, ilk 
növbədə, daxili dünyanı dəyişməlisən. Bunu etməyin ən effektli yolu davamlı olaraq 
özünü təkmilləşdirmədir. Özünərəhbərlik həyata sahib olmağın DNT-sidir.

Culian, inanıram ki, dediyimdən inciməzsən. Sənin “daxili dünya” haqda dediklərin 
mənə qəribə gəlir. Unutma ki, darvazasının ağzında saxladığı balaca maşına minib işə 
gedən orta təbəqəyə mənsub bir sadə vəkiləm. Dediklərinin hər biri mənə təsir edir, 
sözlərinə inanıram. Bölüşdüyün bütün fikirlər mənə sağlam düşüncə kimi görünür. Onu 
da bilirəm ki, sağlam düşüncə keçmişdə olduğu kimi indi də eynidir. Açığını deyim ki, 
kaizen, daxili dünyamı təkmilləşdirmək anlayışlarını başa düşməkdə bir az çətinlik 
çəkirəm. Konkret olaraq biz indi nə haqda danışırıq?
Culian sualıma cavabı tez verdi:

Biz cəmiyyətdəki cahil insanlara “zəif” damğası vururuq. Hər halda, bu cür insanlar 
biliklərinin az olduğunu dilə gətirib maariflənmə üçün cığır axtarırlar. Sənin sualların 
məni sevindirir, onu göstərir ki, sən qəlbinin və beyninin qapılarını təzə ideyaların 
üzünə açmısan. Hazırkı vaxtda dəyişmə ən güclü qüvvədir. Əksər adamlar bundan 
qorxur, amma müdriklər bunu məmnuniyyətlə qəbul edir. Dzen ənənəsi öyrənməyə 
təzə başlayanların beynindən söz açır: beyinlərini təzə anlayışların üzünə açıq 


saxlayanlar – onların “fincanı” həmişə boşdur – uğurun, nailiyyətin daha yüksək 
zirvələrinə doğru hərəkət edəcəklər. Heç vaxt həvəssiz sual vermə, hətta ən adi şeyi də 
bilməsən, sual verməkdən çəkinmə. Suallar biliyi aşkar etməyin ən yaxşı metodudur.

Minnətdaram, Culian. Amma kaizen hələ də mənə anlaşılmaz qalıb.

Daxili dünyanı təkmilləşdirməkdən danışanda, sadəcə olaraq, özünü-təkmilləşdirmə və 
şəxsi genişlənməni nəzərdə tuturam. Bu, sənin özünçün edə biləcəyin ən yaxşı üsuldur. 
Deyə bilərsən ki, özünə vaxt sərf etməyə vaxtın yoxdur, bütün günü məşğulsan. Bu, çox 
böyük səhv olardı. Görürsənmi, əgər sən nizam-intizamlı, enerjili, güc və nikbinliklə 
dolu güclü xarakter yaratmağa vaxt sərf etsən, istədiyin hər şeyə malik olacaqsan. Sən 
yolunu azmış beynini “becərsən”, onda o da səni mükafatlandıracaq – istədiyin hər 
şeyi sənə bəxş edəcək. Beyninə sahib olsan, bədəninin qayğısına qalsan, qəlbini və 
iradəni “yedizdirsən”, həyatda daha çox sağlam, daha zəngin olacaqsan – maddi və 
mənəvi baxımdan. Deyəsən, Epiktetus hələ neçə il əvvəllər belə deyib: “Özünə sahib 
olmayan heç bir kəs azad deyil”.

Demək istəyirsən ki, kaizen çox praktik bir konsepsiyadır.

Çox praktikdir. Bir özün fikirləş, Con! Hətta özünə belə rəhbərlik edə bilməyən bir insan 
hansısa şirkətə necə rəhbərlik edə bilər? Əgər sən öz qayğına qalmırsansa, özünü 
əzizləmirsənsə ailə üzvlərinə necə qayğı göstərib, necə əzizləyə bilərsən? Əgər sən 
özünü yaxşı hiss edə bilmirsənsə başqalarına qarşı necə yaxşı münasibətdə ola 
bilərsən? Fikrim sənə çatır?
Tam razılıq əlaməti olaraq başımı yırğaladım. İlk dəfəydi ki, özümü təkmilləşdirməyin 
faydası haqda ciddi söz eşidirdim. Xəyal edirdim ki, metroda “Pozitiv fikirləşmənin gücü” 
adlı kitabı oxuyanların hamısı dərdlərinə tibbin kömək etmədiyi, əzab içində olan ürək 
sahibləridir. Amma indi anlayıram ki, özlərini gücləndirməyə vaxt sərf edənlər ən güclü 
olurlar, yalnız özünü qüvvətləndirə bilən insanlar başqalarını da inkişaf etdirməyə ümid 
edə bilərlər. Bir anlıq özümdəki hansı cəhəti təkmilləşdirməyi düşündüm. Özümdən tez 
çıxmağımı, başqalarının sözünü kəsmək kimi iyrənc xasiyyətimi yox etməli, narahat 
olmaq adlı vərdişimi tərgitməliyəm, belə etsəm beynim daha sakit, mənsə daha xoşbəxt 
olaram. Bu haqda nə qədər çox fikirləşirdimsə özümü inkişaf etdirmək üçün daha çox 
potensial görürdüm.
Yaxşı adətlərimi təkmilləşdirəndən sonra beynimə axan pozitiv fikirlər haqda 
düşündükcə həyəcanlanırdım. Amma həm də görürdüm ki, Culian gündəlik məşq 
etməkdən, sağlam pəhrizdən və tarazlaşmış həyat tərzindən danışır. Onun Himalay 
dağlarında öyrəndikləri daha dərin və daha mənalı idi. O, güclü xarakter yaratmağın, 
cəsarətlə yaşamağın, zehni möhkəmliyin vacibliyindən danışırdı. Mənə dedi ki, bu üç 


atributlar hər kəsi uğur dolu, sağlam bir həyata apara bilər. Cəsarət elə bir keyfiyyətdir 
ki, hər kəs onu inkişaf etdirib yaxşı nəticələr əldə edə bilər. 

Cəsarətin şəxsi rəhbərlik və şəxsi inkişaf ilə nə əlaqəsi var? – marağımı gizlətmədim.

Cəsarət sənə öz yolunla getməyə imkan verir. Cəsarət imkan verir ki, sən etməkdə 
haqlı olduğun hər bir şeyi edəsən. Cəsarət özünə nəzarət verir ki, çoxları buna nail 
olmur. Nəticədə, cəsarətinin səviyyəsi əldə etdiyin nailiyyətlərə bərabər olur. Cəsarət 
həyat adlı epopeyada gözəl nə varsa onları dərk etməyinə yol açır. Özlərinə sahib 
olanların cəsarəti bol olur.

Ok. İndi mən özüm üzərində işləməyin gücünü dərk edirəm. Nədən başlamalıyam?
Culian özünün Yoq Ramanla Himalay dağlarının təpəsində, ulduzlu, gözəl bir gecədə olan 
söhbətinə qayıtdı:

İlk dəfə mən də özünü təkmilləşdirmə anlayışını dərk etməkdə çətinlik çəkirdim. Hər 
şeydən əvvəl, Harvardda təhsil almış vəkil idim. Özümü kamil hesab etmək səhvim idi. 
Neçə illər elə bu cür düşünməyim həyatımı neçə illər boyunca geri çəkib. Yoq Ramana 
nə qədər çox qulaq asırdımsa, bir o qədər də çox keçmiş həyatımdakı səhvləri, əzab 
çəkdiyim şeyləri xatırlayırdım. Keçmiş əzablarımı dərk etdikcə kaizen fəlsəfəsinə “xoş 
gəldin” deyib bağrıma basırdım. Kaizen, yuxarıda da dediyim kimi, beynin, bədənin və 
qəlbin fasiləsiz və heç vaxt sonu olmayan zənginləşməsidir.

Heç bilmirəm niyə bu gecə “beyin, bədən, qəlb” sözlərini belə çox eşidirəm? Görünür, 
kimsə mənə nəyisə xatırlatmasa beynimin bircə borusunu da işlətməmişəm, eləmi?

Beyin, bədən, qəlb – insana verilən qiymətli trilogiyadır. Sənə bəxş edilmiş fiziki 
nemətləri təkmilləşdirmədən beynini zənginləşdirmək qələbə üçün lazımsız cəhd 
kimidir. Qəlbini “yemləmədən” beynini və bədənini ən yüksək səviyyəyə qaldıra 
bilməzsən, belə etsən heç nəyə nail ola bilməzsən. Nə zaman ki, bütün enerjini sənə 
bəxş edilmiş bu üç hədiyyənin – beyin, bədən və qəlbin inkişafına həsr edəcəksən, 
yalnız o halda mükəmməl həyat nemətlərinin dadına baxacaqsan.

Dost, sən məni çox həyəcanlandırdın.

Nə vaxt başlamaq haqqında olan sualına gəldikdə isə söz verirəm ki, sənə çoxlu sayda 
qədim, amma hələ də
qüvvəsini saxlayan üsullar öyrədəcəm. İlk olaraq səninlə bir praktik məşq edək. Çənə 
vurma vəziyyətində dur.
Aman Allah, deyəsən, Culian təlim serjantı olub,



ürəyimdə dedim. Bununla belə, içimdəki marağı boğa bilmədim, dediyini yerinə 
yetirdim.

İndi isə nə qədər bacarırsansa o qədər də çənə vur. Çənə vurmağa heç bir gücün 
qalmayanadək dayanma.
Bu tapşırığı yerinə yetirməyə başladım. Təsəvvür edin, iki yüz əlli kilo çəkisi olan, 
uşaqlarını yaxınlıqdakı “McDonalds”a aparmağa ərinən, partnyorlarıyla qolf oynayarkən 
güclə yerindən tərpənən adam çənə vurmağa cəhd edir. İlk on beş çənə vurma əsl əzab 
idi. Yay axşamının istisini də bura əlavə etsək bu daha əzablı oldu, tər içində üzürdüm. 
Amma heç bir zəiflik əlaməti göstərməməyə qərar verdim. Qollarım qüvvədən 
düşənədək çənə vurdum. İyirmi üç dəfə çənə vurandan sonra qalxdım.

Culian, daha bacarmıram. Bu məni öldürür. Nə etmək fikrin var?

Əminsən ki, daha bir dəfə də çənə vura bilməzsən? – Culian soruşdu.

Tamamilə. İmkan ver, nəfəs alım. Bu məşqdən aldığım dərs budur ki, etdiklərim 
ürəktutmasının qarşısını almaq üçündür, elədir? – On dəfə də çənə vur. Sonra istirahət 
edə bilərsən,

Culian dedi.

Uşaqlıq etmə, Culian!
Amma bununla belə, çənə vurmağa davam etdim. Bir... iki... beş... səkkiz... Nəhayət, on... 
Bütün qüvvəm tükənib döşəməyə yıxıldım.

Yoq Raman da o təmsili mənə danışdığı gecədə belə çətin tapşırığı yerinə yetirməyi 
demişdi. O mənə dedi ki, ağrı ən böyük müəllimdir.

Baş açmıram, belə bir tapşırığı yerinə yetirməklə kim nə əldə edə bilər? – təngnəfəs 
halda soruşdum.

Yoq Raman, eləcə də bütün Sivana Müdrikləri inanırlar ki, insanlar Naməlum Zonaya 
daxil olanda daha çox inkişaf edirlər.

Ok. Bəs mənim bu qədər çənə vurmağımla bunun nə əlaqəsi var?

Sən iyirmi üç dəfə çənə vurandan sonra dedin ki, daha taqətin tükənib. Bundan artığını 
edə bilməyəcəyini dedin. Mənsə etiraz etdim, on dəfə də çənə vurmağını istədim. On 
dəfə də çənə vura bildin. İçində ehtiyatın qalmışdı, ona görə də on dəfə də edə bildin. 
Yoq Raman mənə böyük bir həqiqəti açıqladı: “Həyatındakı limitlər yalnız sənin özünün 
qoyduğun limitlərdir”.


Cürət edib özünü rahat hiss etdiyin dairədən kənara çıxanda və naməlum bir məkanı kəşf 
edəndə beyninə məxsus əsl potensialı azad edirsən. Bu, özünə sahib olmaq, həyatında 
baş verən hər hadisəyə nəzarət etmək yolunda atacağın ilk addımdır. Sən bu tapşırığı 
yerinə yetirəndə etdiyin kimi sərhədləri itələyəndə zehni və fiziki ehtiyatlarının qapısını 
açırsan, ağlına da gəlməzdi ki, belə ehtiyatın var.

Çox təəccüblü və həm də valehedicidir. Bu yaxınlarda bir kitabdan oxudum ki, insan 
beyin tutumundan yalnız bir dəqiqəlik ölçüdə işlədir. Əgər beyin ehtiyatlarımızın yerdə 
qalan hissəsini də işlətməyə başlasaq, gör onda nələr baş verər?
Culian fikrinə aydınlıq gətirdi:

Hər gün özünü “itələməklə” kaizen sənətini məşq et. Beynini və bədənini inkişaf 
etdirmək üçün çox məşğul ol. Ruhunu uşaq kimi “yemlə”. Cilovlanmamış enerji və 
sonsuz ruh yüksəkliyi ilə yaşamağa başla. Günəşin çıxmasını müşahidə et. Yağışda rəqs 
et. Arzu etdiyin insan kimi olmağa çalış. Nə vaxtsa etmək istədiyini, amma özünün ya 
çox cavan, ya çox qoca, ya varlı, ya kasıb olduğunu bəhanə edərək etmədiklərini 
həyata keçir. Özünü kamil həyat səmasında qanadlanmağa hazırla. Şərqdə deyirlər ki, 
uğur hazırlanmış beyni bəyənir. Mənsə inanıram ki, həyat hazırlanmış beyni bəyənir.
Culian coşqunluqla söhbətinə davam etdi:

Səni geri aparan şeyləri müəyyən et. Kütlə qarşısında danışmaqdan qorxursanmı, yoxsa 
sənin əlaqələr qurmaqda çətinliyin var? Səndə pozitiv enerji çatır, yoxsa sənin daha çox 
enerjiyə ehtiyacın var? Zəif cəhətlərinin siyahısını tut. Həyatdan məmnun qalan 
insanlar hər şey haqda daha ətraflı düşünürlər. Vaxt ayır, müəyyən et, gör sənin 
istədiyin kimi yaşamağına nə mane olur? Zəif cəhətlərini təyin edəndən sonra ikinci 
mərhələdə onlarla üzbəüz qalıb onlara zərbə endirməlisən. Əgər sən kütlə qarşısında 
danışmaqdan çəkinirsənsə iyirmi mühazirə söyləməyə razılıq ver. Əgər yeni biznesinə 
başlamaq, ya da səni qane etməyən münasibətlərdən can qurtarmaq istəyirsənsə 
daxilində olan ehtiyatların kiçik bir zərrəsindən istifadə et. Bu, sənə əsl azadlığı 
dadmağa imkan verəcək. Qorxu beynində yaratdığın şeytandan başqa heç nə deyil. O, 
şüurun neqativ selidir.

Qorxu şüurun neqativ selindən başqa heç nə deyil? Bu xoşuma gəlir. Demək istəyirsən 
ki, bütün qorxularım illər öncə sürünərək beynimə girmiş qorxunc heyvanlar kimidir?

Düz tapmısan. Hər dəfə onlar səni nədənsə çəkindirəndə sanki sən onların ocağına neft 
tökmüsən. Sən qorxularını fəth edəndə həyatını da fəth edirsən.

İstəyirəm buna aid bir misal deyəsən.



Əlbəttə, deyərəm. Gəl kütlə qarşısında danışmaqdan başlayaq. Bu elə bir şeydir ki, 
adamların çoxu bundan ölümdən betər qorxur. Mən vəkil olanda elə vəkillər 
görmüşəm ki, onlar məhkəmə zalına ayaq basmaqdan qorxublar. Onlar hər şeyə razı 
olardılar, təki məhkəmə zalının döşəməsinə ayaq basmasınlar.

Elələrini mən də çox görmüşəm, Culian.

Necə düşünürsən, onlar doğulanda bu qorxu hissi vardı? Balaca uşaqdan nümunə 
götür. Uşaq beyninin sərhədləri yoxdur. Onun beyni imkan və potensial mənzərəsidir. 
Əgər onun beyni yaxşı “becərilsə” bu onu mükəmməl həyata aparacaq. Yox, əgər onun 
beyni neqativliklə doldurulsa, ən yaxşı halda qabiliyyətsizin biri olacaq. Demək 
istədiyim bunlardır: ya kütlə qarşısında çıxış etmək, ya müdirindən vəzifəni böyütməyi 
xahiş etmək, ya da ay işığında göldə çimmək həm əzablıdır həm də özəl. Hər şey sənin 
onlar haqda nə fikirləşməyindən asılıdır.

Maraqlıdır.

Uşaq elə tərbiyə edilə bilir ki, günəşli bir gün onunçün zəhlətökən ola bilər. Yaxud elə 
tərbiyə edilə bilər ki, o, balaca bir küçüyü ən vəhşi heyvan hesab edər. Ya da yaşlı bir 
adam narkotiki onu istədiyi yerə aparan “velosiped” kimi təsəvvür edər. Bunlar hamısı 
hər hansı şeyə münasibətin formalaşmasından asılıdır.

Əlbəttə, mən də belə düşünürəm.

Dediklərim qorxu hissinə də aiddir. Qorxu şərti refleksdir: Əgər ehtiyatlı olmasan o 
sənin enerjini, yaradıcı qabiliyyətini, ruhunu sora bilər. Qorxu öz eybəcər başını 
çıxaranda cəld onun başını əz. Bununçün ən yaxşı yol qorxduğun bir hərəkəti etməkdir. 
Qorxunun anatomiyasını başa düş. Bu sənin öz yaratdığındır. Başqa yaratdıqların kimi 
onu da cırıb atmaq çox asandır. Sənin beyin adlı qalana sivişib girən qorxunu yox 
etməyin metodikasını axtar. Bu sənə hədsiz inam, xoşbəxtlik və sakitlik bəxş edəcək.

İnsan beyni tamamilə qorxusuz ola bilərmi?

Yaxşı sualdır. Cavab verə bilərəm: Bəli, ola bilər. Sivana Müdriklərinin hər biri tamamilə 
qorxusuzdur. Bunu tam dərk etmək üçün onların getdikləri yolu görmək gərəkdir.
Onların söhbətini dinləməlisən. Bunu onların gözlərinin içinə baxarkən görmək olardı. 
Sənə daha başqa bir söz deməliyəm, Con!

Nə? – yeni nəsə eşitmək ümidilə soruşdum.

Mən də həmçinin qorxusuzam. Özümü tanıyıram, dərk etmişəm ki, təbiət mənə 
sərhəddi olmayan potensial verib. Sadəcə, illər boyunca etinasızlığım, səhv düşüncəm 


ucbatından bu potensialın qarşısını kəsmişəm. İnsan beynindən qorxunu yox edəndə 
daha cavan, daha sağlam görünür.

Aha, köhnə beyin-bədən əlaqəsi, – belə deyib bu sahədə biliyimin olduğunu göstərmək 
istədim.

Bəli. Şərq müdriklərinin bu barədə hələ beş min il bundan əvvəl məlumatları vardı, – 
belə deyərkən Culianın üzündə təbəssüm vardı.

Müdriklər mənimlə başqa bir gizli üsul da paylaşıblar, indi o barədə düşünürəm. Bu 
üsul sən özünərəhbərlik və şəxsi sahiblənmə cığırı ilə gedərkən səninçün hədsiz 
qiymətli ola bilər. Bu üsul mənə bəzən ruh verib. Bu fəlsəfə succincity üzərində qərar 
tutub. Arzularını reallaşdıran bəzi adamlar var ki, onlar özləri kimi olmayan adamlardan 
həmişə uzaq gəzirlər. Bəhanə gətirirlər ki, onlar etdikləri işləri az inkişaf etmiş adamlar 
etmir.
Əsl maariflənmiş insanlar, öz xoşbəxtliklərinə nail olanlar uzunmüddətli xoşbəxtlik 
xatirinə qısamüddətli məmnunluğu təxirə salırlar. Belə ki, onlar özlərinin zəif cəhətləri və 
qorxuları ilə məşğul olur, hətta o naməlum zonaya da daxil olmaqla narahat olurlar. 
Onlar kaizen konsepsiyası ilə yaşayır, özlərini hər bir aspektdən təkmilləşdirir, bunu 
fasiləsiz edirlər. Vaxt keçdikcə bir vaxtlar onlara çətin görünən işlər indi onlara asan 
görünür. Bir vaxtlar onların layiq olduğu xoşbəxtliyə, sağlamlığa, daha yaxşı yaşamağa 
mane olan qorxular da qasırğa nəticəsində tökülən yarpaqlar kimi yol qırağına tökülür.

Deməli, təklif edirsən ki, həyatımı dəyişməzdən əvvəl özümü dəyişim, eləmi?

Bəli. Hüquq fakültəsində oxuyarkən sevimli professorumun mənə danışdığı bir hekayə 
yadıma düşdü. Bir axşam ata yorğun iş günündən sonra evdə dincəlmək, əlinə qəzet 
alıb oxumaq istəyir. Oynamaq istəyən balaca oğlu onun zəhləsini tökür. Nəhayət, 
bundan cana doyan ata qəzetdə olan qlobus şəklini kəsir, onu yüz xırda hissəyə bölüb 
oğluna verir, deyir: Get oğlum, bunları bitişdirməklə məşğul ol! Ata ümid edir ki, oğlu 
saatlarla bu işlə məşğul olacaq, başı qarışacaq, onu rahat buraxacaq. Beləliklə, o, 
rahatca qəzetini oxuyacaq. Amma onun təəccübünə səbəb olaraq bir dəqiqədən sonra 
oğlu geri qayıdıb qlobusu öz yerinə qoyur. Heyrətlənmiş ata oğlundan bunu necə 
etdiyini soruşur. Oğlu gülümsəyib deyir: “Ata, qlobusun o biri tərəfində insan şəkli 
vardı, mən bir anda insan şəklini düzəltdim. Ondan sonra “dünya” da düzəldi”.

Çox ibrətamiz hekayədir.

Görürsənmi, Con, Sivanada görüşdüyüm Sivana Müdriklərindən ta ki Harvardda mənə 
dərs deyən professorlara qədər hamısı xoşbəxtlik formulasının açarını bilirmiş.



Davam edin!– səbirsizliklə işarə etdim.

Əvvəl dediklərimə qayıdıram: xoşbəxtlik layiqli məqsədin proqressiv 
reallaşdırmasından keçib gələr. Sən, həqiqətən də, sevdiyin işinlə məşğul olanda dərin 
məmnunluq hissi duyursan.

Əgər xoşbəxtlik hər kəsə belə asanlıqla – sevdikləri işlə məşğul olarkən gəlirsə, bəs niyə 
bu qədər bədbəxt insan var dünyada?

Haqlı iraddır, Con! Sevdiyin işlə məşğul olmaq, yəni sənin timsalında əvvəlki işini atıb 
daha çox sevdiyin rəssamlıqla məşğul olmaq, ya da çox vacib olmayan işlərlə məşğul 
olmaq əvəzinə daha mənalı işlərlə məşğul olmaq cəsarət tələb edir. Bu tələb edir ki, 
sən özünün Rahatlıq zonandan kənara addımlayasan. Nəyisə dəyişmək həmişə bir az 
narahatlıqdır. Bu, bir az risk etməyə bənzəyir. Daha şən həyat qurmağın ən arxayın 
yoludur.

Bəs cəsarəti necə əldə etmək olar?

Bu, yuxarıda danışdığım hekayədəki kimidir: sən bir dəfə özünü “bir yerə yığırsan” 
sonra sənin dünyanda hər şey qaydasındadır. Əgər sən beyninə, bədəninə və 
xarakterinə sahib ola bilsən, xoşbəxtlik və zənginlik sənin dalınca düşəcək. Amma sən 
gündəlik olaraq öz üzərində işləməlisən, lap on, ya on beş dəqiqə olsa belə.

Bəs heç demədin ki, Yoq Ramanın təmsilindəki doqquz fut boyu, doqquz yüz funt çəkisi 
olan Yapon sumo pəhləvanı nəyin simvoludur?

Hə, bizim bu nəhəng dostumuz sənə həmişə kaizenin gücünü xatırladacaq. Kaizen – 
Yapon dilində fasiləsiz özünü təkmilləşdirmə və proqres deməkdir.
Bir neçə saat ərzində Culian mənə çox qiymətli bir informasiya vermişdi, həyatım boyu 
eşitmədiyim bir informasiya. Beynimin möcüzəsini, beynimin xəzinəsini, potensialını 
öyrəndim. Beynimi arzu və xəyallarımı gerçəkləşdirmək üçün necə yönəltmək barədə 
yüksək səviyyəli, təcrübədən keçmiş üsullar öyrəndim. Həyatda müəyyən bir məqsədin 
olmağının, həm şəxsi həyatımda, sənətimdə və mənəvi dünyamda məqsədin olmağının 
necə vacib olduğunu dərk etdim.

Bəs mən kaizen sənətini təcrübədən necə keçirə bilərəm?

Sənə qədim, amma hələ də qüvvəsini saxlayan on effektli ayin öyrədəcəm, bu ayinlər 
də səni özünə sahib olmaq cığırı ilə aparacaq. Əgər sən onları hər gün inamla həyata 
keçirsən, bir aydan sonra həyatında hiss edilə biləcək dəyişikliklər görəcəksən. Əgər bu 
ayinləri gündəlik vərdişə çevirə bilsən, mükəmməl sağlamlıq, sonsuz enerji, davam 


edən xoşbəxtliyə və beyninin sakitliyinə nail olacaqsan. Nəticədə, sən ilahi taleyinə 
çatacaqsan ki, bu da sənin haqqındır.

Yoq Raman həmin dediyim on ayini mənə inamla təklif etdi, bu onların mirası kimidir. 
Razılaşarsan ki, mən bu ayinlərin gücünün sübutuyam. Sadəcə, xahiş edirəm, 
dediklərimə qulaq asasan və nəticəni özün mühakimə edəsən.

Nə? Cəmi otuz gün ərzində həyatı dəyişən nəticələr? – inamsızlıqla soruşdum.

Bəli, əvəzə-bədəl prinsipi. Sistematik olaraq otuz gün ərzində ən azı bir saatını 
haqqında danışdığım strategiyaya sərf etməlisən. Özünə sərmayə qoymaq – məsələ 
budur. Amma xahiş edirəm, demə ki, bunu etməyə vaxtın yoxdur.

Həqiqətən də vaxtım yoxdur. Mənim işim elədir ki, hər şeyi qaçaqaçda edirəm. Nəinki 
bir saat, özümə heç on dəqiqə də vaxt ayıra bilmirəm, Culian.

Sənə dediyim kimi, özünü təkmilləşdirməyə vaxtı olmamaq, yəni beynini inkişaf 
etdirmək, ruhunu “yedizdirməyə” vaxtının olmamasını demək ona bənzəyir ki, 
sürməklə məşğul olduğun üçün qazı basa bilmirsən. Gec-tez bu səni qəzaya aparacaq.

Həqiqətənmi?

Bəli.

Necə?

Gəl məsələni belə izah edək. Sən yüksək effektli, milyon dollar qiyməti olan yarış 
avtomobilisən. Yanacağı bol olan bir avtomobil...

Sağ ol, Culian!

Sənin beynin kainatın ən böyük möcüzəsidir, bədənin isə səni heyrətləndirə bilən 
möcüzə yaradacaq qüvvəyə malikdir.

Razılaşıram.

Əgər sən bu milyon dollar qiyməti olan maşının qiymətini bilirsənsə, gecə-gündüz onu 
saxlamadan sürmək müdriklik əlamətidir? Mühərrikin soyumasına imkan vermək lazım 
deyilmi?

Əlbəttə, lazımdır.

Aha, elə isə bəs niyə hər gün az da olsa vaxt ayırıb beyninə istirahət vermirsən? Niyə 
bu “maşın”ı fasilə vermədən gecə-gündüz “sürürsən”?


Niyə sən beyninin mühərrikini soyutmağa vaxt ayırmırsan? Fikrim sənə çatır? Özünü 
“yemləmək” özünçün edə biləcəyin ən vacib şeydir. Gündəlik cədvəlində özünü 
təkmilləşdirməyə, şəxsi zənginləşməyə vaxt ayırmaq effektivliyini artıracaq.

Bununçün otuz gün ərzində gündə bir saat bəs edərmi?

Bu mənim həmişə axtardığım möcüzəli bir formuladır. Köhnə vaxtlarımda bunun 
əhəmiyyətini bilsəydim bu formulaya milyonlarla dollar verib alardım. İndi isə mən bu 
qiymətli biliyi pulsuz əldə etmişəm. Dediyim kimi, sən bu formulanı hər gün nizam-
intizamla yerinə yetirməlisən . Bu, qısa müddətli formula deyil. Bir dəfə bunun “içinə 
girdinsə” həmişəlik orda olmalısan.

Nə demək istəyirsən?

Gün ərzində özünə cəmi bir saat sərf etmək, otuz gün sonra dramatik nəticələr 
verəcək. Bu ayini təzə adətə çevirmək üçün bir ay kifayətdir. Bu müddətdən sonra 
öyrəndiyin strategiya və üsullar sanki sənin ikinci dərsin olacaq. Məsələ bundadır ki, 
əgər sən daha yaxşı nəticələr görmək istəyirsənsə onları hər gün etməkdə davam 
etməlisən.

Kifayət qədər ədalətli prinsipdir, – Culianla razılaşdım.
Culian özünün şəxsi sağlamlıq və daxili sakitliyinin qapısını aça bilmişdi. Göz qabağındadır 
ki, əvvəlki xəstə vəkil enerjili, nurlu bir filosofa çevrilib. Həmin anda tam qərar verdim ki, 
eşitməli olduğum üsul və qaydalara hər gün bir saat vaxt ayırım. Başqalarını 
dəyişməzdən əvvəl özümü təkmilləşdirməyə qərar verdim. Kim bilir, mən də Culian kimi 
dəyişməyə nail olacaqdım. Buna səy göstərməyə dəyərdi.
Həmin gecə mən par-par yanan qonaq otağımda oturub Culianın “Nurlu yaşamanın on 
ayini”ni öyrəndim. Onların bəzilərini etmək üçün fikri tam toplamaq gərək olduğu halda 
bəzilərini etmək asan idi. Hər bir ayin daha gözlənilməz nəticələr vəd edirdi.

Birinci strategiya müdriklərə Təklik Ayini kimi məlumdur. Bu ayinə gündəlik cədvəlində 
özünə bir müddət sakitlik verməkdən başqa heç nə daxil deyil.

Bir müddət sakitlik nə deməkdir?

Bu, on beş dəqiqə də ola bilər, əlli dəqiqə də. Burada sən sakitliyin, sükutun müalicəvi 
gücünü kəşf edirsən, həm də kim olduğunu öyrənirsən, – Culian izah etdi.
Özümün “motor”uma istirahət üçün fasilə vermək? – yüngülcə gülümsəyib soruşdum.



Heç səfərə çıxmısan?

Əlbəttə. Biz hər yay Cenninin valideynləri ilə birlikdə istirahət etmək üçün adalara 
səyahət edirik.

Ok. Yol boyunca dayanırsınızmı?

Bəli. Yemək üçün, ya da özümü yuxulu hiss etdiyim üçün maşını saxlayıram. Altı saat 
arxa oturacaqdakı oğlanlarımın dava-dalaşına qulaq asandan sonra məni yuxu basır.

Yaxşı. Təklik Ayinini qəlbin üçün dayanacaq hesab et. Bunun məqsədi özünü 
təzələməkdir. Bu da sükutun yorğanı altında vaxt keçirməkdir.

Sükutda hansı xüsusiyyət var ki?

Yaxşı sualdır. Təklik, ya səssizlik yaradıcı mənbə ilə əlaqə yaradır, kainatın sənə bəxş 
etdiyi sonsuz qüvvəni açıb sənə göstərir. Görürsənmi, Con, beyin gölə bənzəyir.
Yaşadığımız bu xaotik dünyada əksər insanların beyni sakit deyil. Hamımızın beyni daxili 
qasırğa ilə doludur. Hər halda, gün ərzində az da olsa sakitliyə çəkildikdən, sükut içində 
qalandan sonra beyin şüşə kimi hamar olur. Daxili sakitlik isə özüylə daxili sakitlik, sonsuz 
enerji gətirir. Hətta bunu edəndən sonra daha rahat yatacaqsan.

Bu ayini yerinə yetirmək üçün hara getməliyəm?

Nəzəri cəhətdən bunu hər yerdə edə bilərsən, yataq otağında da, iş yerində də. Ən 
vacibi sakit, həm də gözəl bir yer tapmaqdır.

Gözəlliyin bura nə dəxli var?

Gözəl mənzərə təlatümlü qəlbə sığal çəkir. Bir buket qızılgül, bircə ədəd nərgiz sənin 
hisslərinə yüksək təsir edəcək. Bu cür gözəllik olan məkan sənin Özünün 
Pənahgahındır.

Bu nədir?

Bu məkan sənin zehni və mənəvi inkişafın üçün məxfi bir yerdir. Bura evindəki boş 
otaq, sakit bir künc də ola bilər. Elə bir yer olsun ki, orda sən sakitcə otura biləsən. Elə 
bir yer ki, sən orda oturub Özünün gəlməsini gözləyirsən.

Yaxşı səslənir. Düşünürəm ki, işdən gələndən sonra belə bir sakit yerdə oturmaq bir 
dünya enerji verər mənə. Gün ərzindəki stresi bu yolla azalda bilərəm. Bununla 
cəmiyyətdə daha yaxşı insan ola bilərəm.



Bu başqa vacib bir məqamı da yada salır. Təklik Ayini ən çox o vaxt fayda verir ki, sən 
onu hər gün eyni vaxtda yerinə yetirəsən.

Niyə?

Çünki bu ayin sonralar sənin gündəlik rejiminə daxil olur. Bu ayini hər gün eyni saatda 
yerinə yetirmək, gündəlik adətinə çevrilir. Sən heç vaxt buna etinasız yanaşmırsan. 
Pozitiv həyat adətləri səni öz xoşbəxt taleyinə doğru aparacaq.

Taleyimə?

Bəli. Əgər imkan varsa hər gün təbiətlə ünsiyyətdə ol. Meşədə gəzmək, ya da evinin 
arxasındakı bağçadakı pomidorları becərmək sənə sakitlik gətirəcək. Təbiətdə olmaq 
həm də özündəki sonsuz hikməti kökləməyinə şərait yaradır. Bu da şəxsi qüvvəni kəşf 
etməkdə yardımçın olur. Bunu heç vaxt unutma. – Culian məsləhət verdi.

Bu ayinin sənə çox xeyri oldumu, Culian?

Sözsüz. Mən gün çıxan kimi yuxudan dururam, etdiyim yeganə iş başımı sirli 
pənahgahıma soxmaqdır. Sonra Qızılgülün Ürəyi Ayinini yerinə yetirirəm, ehtiyac 
olarsa. Bəzi günlər saatlarla sakitlikdə özümlə üzbəüz qalıram. Başqa günlərdə yalnız 
on dəqiqə sərf edirəm. Nəticə eynidir. Daxili harmoniya, çoxlu fiziki qüvvə. Bu da məni 
ikinci ayini etməyə aparır. Bu da Cismani Ayindir.

Yaxşı səslənir. Bu nə haqdadır?

Bu, cismani qayğının gücü haqdadır.

Aha...

Çox sadədir. Cismani Ayin bir vacib prinsipə əsaslanır. Bu prinsipə əsasən bədəninə 
qayğı göstərdikcə həm də beyninə qayğı göstərirsən. Bədənini hazır etdikcə beynini də 
hazır edirsən. Əgər bədənini tərbiyə etsən beyni tərbiyə etmiş olursan. Gün ərzində 
azacıq vaxt ayırıb bədən adlı məbədinə qulluq elə. Bu halda qanın bədənində daha 
normal dövr edir. Bir həftədə 168 saat olduğunu bilirdinmi?

Düzünü desəm, yox.

Bir həftə ərzində ən azı beş saatını cismani aktivliyinə sərf etməlisən. Sivana Müdrikləri 
yoqların cismani potensialını oyatmaq və güclü yaşamaq üçün olan qədim üsullarını 
təcrübədən keçiriblər. Bu üsulları təcrübədən keçirən müdriklərin kəndin ortasında 
başları üstündə durmasını kaş gözünlə görəsən!



Sən də yoqayla məşğul olmağa cəhd etmisən, Culian? Cenni keçən yay bunu 
təcrübədən keçirtdi, deyir ki, bunu etmək onun ömrünə beş il də əlavə etdi.

Con, ilk olaraq deyim ki, həyatını möcüzəvi surətdə dəyişə bilən başqa strategiya 
yoxdur. Sənə yuxarıda dediyim üsul və metodları tətbiq etmək köklü və davamlı 
dəyişikliyə gətirib çıxarır. Amma yoqa yaşamaq qabiliyyətinin bütün ehtiyatlarını aşkar 
edir. Mən hər səhər yoqa ilə məşğul oluram. Özümə qoyduğum ən yaxşı sərmayə 
budur. Bu, təkcə bədənimi sağlam etmir, həm də beynimə yaxşı təsir edir. Hətta bu 
mənim kreativliyimi də kəşf edib. Bu çox yaxşı qaydadır.

Müdriklər bədənlərini möhkəmləndirmək üçün daha nələr edirlər?

Yoq Raman və onun qardaş və bacıları inanırdılar ki, təbiətin qoynunda gəzmək – ya 
yüksək dağ cığırı ilə getmək, ya meşənin dərinliyində gəzmək – yorğunluğu aradan 
qaldırmağın ən sadə yoludur. Bu , bədəni öz əvvəlki təbii halına gətirir. Hətta gəzmək 
üçün əlverişli hava olmayanda, yağış, ya tufan vaxtı onlar komalarının bir sakit yerində 
bunu edirlər. Ola bilər ki, onlar gün ərzində yemək yeməyi təxirə salsınlar, amma 
gündəlik olaraq gəzintini rejimlərinə daxil edirlər.

Onların komalarında nə var ki? “NordicTrack” maşınları? – istehzayla sual verdim.

Yox. Onlar yoqa pozasında olurlar. Hərdən görürdüm ki, onlar tək əllə çənə vurma 
yerinə yetirirlər. Düzünü desəm, düşünürdüm ki, onlar üçün fərqi yoxdur ki, onlar nə 
edirlər. Əsas odur ki, bədənlərini hərəkət etdirib ciyərlərinə axıb dolan təmiz havayla 
tənəffüs edirlər.

Təmiz havayla nəfəs almağın bura nə dəxli var?

Sənin bu sualına Yoq Ramanın sevimli bir kəlamı ilə cavab verəcəm: “Düzgün nəfəs 
almaq düzgün yaşamaqdır”.

Yəni nəfəsalma belə vacibdir?– təəccüblə soruşdum.

Sivanada səhərin erkən çağlarında müdriklər enerjini ikiqat, ya üçqat artırmağın ən 
sürətli yolunun nəfəsalma olduğunu öyrətdilər.

Bəs biz doğulan andan nəfəs almağı bilmirik ki?

Həqiqətən də yox. Əksəriyyətimiz daha artıq yaşamaq üçün nəfəs alırıq, amma yaxşı 
yaşamaq üçün yox. Çoxumuz elə dayazdan nəfəs alırıq ki, bədənimizə optimal səviyyə 
üçün tam oksigen qəbul edə bilmirik.

Belə çıxır ki, düzgün nəfəsalma da bir elmdir.



Elədir ki var. Müdriklərin bu yolda fəlsəfəsi çox sadədir: düzgün nəfəsalma yolu ilə 
çoxlu oksigen qəbul et və bədəninin təbii enerji ehtiyatlarını azad et.

Ok. Necə başlayım?

Bu çox asandır. Gün ərzində bir, ya iki dəfə dərindən nəfəs almağı unutma.

Bəs nədən bilim ki, düzgün nəfəs alıram, ya yox?

Bədənini yüngülcə hərəkət etdir. Bu onu göstərir ki, sən qarından nəfəs alırsan. Bu çox 
yaxşı bir nəfəsalmadır. Yoq Raman mənə qarnımı ovcuma almağı öyrətdi. Mən nəfəs 
alarkən qarnım hərəkət edirsə, deməli, düzgün nəfəs alıram.

Çox maraqlıdır.

Əgər belədirsə, onda sən Nurlu Yaşamağın üçüncü ayinini də bəyənəcəksən.

Bu hansıdır?

Bu, Canlı Qida Ayinidir. Mən vəkil işlədiyim köhnə zamanlarda qızardılmış yeməklər 
yeyərdim. Ya da bu cür başqa şeylər. Əlbəttə, ölkənin ən yaxşı restoranlarında nahar 
edirdim. Amma hər halda qarnımı qızardılmış ət, ya balıqla doldururdum. O vaxtlar 
bilmirdim ki, narahatlığımın ən əsas mənbəyi elə bu imiş.

Doğrudanmı elədir?

Bəli. Bu cür yemək həm zehni, həm də fiziki enerjini qurudur. Bu sənin əhvalına təsir 
edir, beyninin aydın düşünməsinə zərbə vurur. Yoq Raman belə deyirdi: “Bədənini 
qidalandırdıqca beynini qidalandırırsan”.

Güman edirəm ki, sən yemək qaydanı dəyişmisən.

Sözsüz. Bu özümü daha yaxşı hiss etməyimə çox kömək etdi. Həmişə elə düşünürdüm 
ki, əhvalımın pis olmasının səbəbləri yorğunluğum, yaşımın çox olmasıdır. Sivanada 
öyrəndim ki, gecələr yata bilməməyimin əsas səbəbi qarnıma doldurduğum 
“yanacaq”la əlaqəli imiş.

Bəs Sivana Müdrikləri belə cavan və nurlu olmaq üçün nə yeyirlər?

Canlı qidalar, – cavab bu oldu.

Ha...ha...ha...

Cavab belədir. Canlı qidalar ölü olmayan qidalardır.

Əzizim Culian, canlı qida nə deməkdir?



Canlı qidalar günəşin, torpağın, hava və suyun qarşılıqlı təsiri ilə əmələ gələn qidalardır. 
Mən vegetarian pəhrizindən danışıram. Boşqabını təzə tərəvəzlə, meyvə və ləpələrlə 
doldursan, çox uzun bir ömür sürərsən.

Bu mümkündür?

Müdriklərin çoxunun yaşı yüzü keçib, amma onlarda qocalıq əlaməti yoxdur. Keçən 
həftə qəzetdə oxudum ki, Şərqi Çin Dənizində balaca Okinava adasında bir qrup adam 
yaşayır. Tədqiqatçılar bu adaya axışırlar, çünki məlum olub ki, bu ada dünyada yaşı 
yüzü keçənlərin ən çox olduğu bir yerdir.

Tədqiqatçılar daha nə öyrəniblər?

Öyrəniblər ki, onların çox yaşamasının sirri vegetarian pəhrizidir.

Bu cür pəhriz sağlam qidalanma hesab edilə bilərmi?Adama elə gəlir ki, belə qidalanma 
güc verməz adama. Həm də unutma ki, mən bütün günü ağır işlə məşğul olan bir 
vəkiləm.

Bu pəhriz təbiətin bizə təklif etdiyi qidalanmadır. Bu cür qida canlıdır, çox sağlam 
qidadır. Müdriklər min illər boyu belə qidalanıblar. Onlar bunu xalis pəhriz adlandırır. O 
ki qaldı sənin güc haqqındakı narahatlığına, planetdə ən güclü heyvanlar, məsələn, 
qorilla, fil vegetarian “nişan”ını fəxrlə gəzdirirlər. Bilirsənmi, qorillanın gücü insan 
gücündən otuz dəfə çoxdur?


Belə hazır məlumata görə təşəkkürlər, dost!

Bax, müdriklər qeyri-adi insanlar deyil. Onların hikməti belə prinsip üstündə qurulub ki, 
sakit həyat yaşayıb, heç nəyi həddindən artıq etməyəsən. Əgər sən əti xoşlayırsansa, 
onu yeməkdə davam et. Amma unutma ki, sən ölü ərzağı həzm edirsən. Əgər 
bacarırsansa qırmızı ət yeməyi azalt. Belə əti həzm etmək çox çətindir. Yadında saxla 
ki, sənin həzmetmə sistemin bütün bədənini enerji ilə təchiz edən bir orqandır. Nə 
demək istədiyimi başa düşürsənmi? Bir anlıq müqayisə et, ət yeyəndən sonra özünü 
necə hiss edirsən, ya salat yeyəndən sonra nə baş verir? Əgər sən tam ciddi vegetarian 
olmaq istəmirsənsə ən azı gün ərzində yeməklə salat ye, çərəz üçün də meyvə ye. 
Hətta bu da yaxşı nəticələr verəcək.

Bunu etmək məncə ağır olmaz.

Vegetarian dietinin gücü barədə çox eşitmişəm. Elə keçən həftə Cenni dedi ki, təzə 
vegetarianların otuz beş faizini tədqiq ediblər. Məlum olub ki, yeddi aydan sonra onlar 
daha az yorğunluq hiss edib, daha çox gümrah olublar. Çalışacam ki, hər yeməklə salat 
yeyim. Sənin görkəminə baxıb hətta yeməyi salatla da əvəz edə bilərəm.

Bunu bir ay yoxla, sonra isə nəticəyə baxıb fikir yürüt. Sən özünü hədsiz yaxşı hiss 
edəcəksən.

Ok. Əgər belə yemək müdriklərə yaxşı təsir edirsə niyə mənə də yaxşı təsiri olmasın? 
Söz verirəm ki, bu “zərbə”ni özümə vuracam. Hər axşam tosterin yanında durmaqdan 
bezmişəm.

Əgər sənə Canlı Qidalanma Ayinini sevdirə bildimsə dördüncü ayini də bəyənəcəksən. 
– Dost, bil ki, sənin dostunun fincanı həmişə boşdur.

Dördüncüsü Bol Bilik Ayinidir. Bu anlayışın əsas mənası bütün həyatın boyu öyrənmək 
və bilik dairəni genişləndirməkdir. Bu həm sənə, həm də ətrafındakılara xeyirdir.

Belə qədim bir fikir var ki, bilik qüvvədir, eləmi?

Bəli, amma bu ayin ondan da uzağa gedir. Bilik yalnız potensial qüvvədir. Biliyi 
göstərmək üçün o nəyəsə tətbiq edilməlidir. Əksər adamlar hər hansı bir situasiyada 
nə etmək lazım olduğunu bilir. Problem ondadır ki, onlar hər gün biliklərini tətbiq 
etmirlər xəyallarını reallaşdırmaq üçün. Bol Bilik Ayini həm də həyatın tələbəsi olmaq 
haqdadır. Bundan başqa, bu ayin həyat adlı sinif otağında nə öyrənmisənsə onu 
işlətməyi tələb edir.

Bu ayin vaxtı Sivana Müdrikləri nə edirdilər?




Onların bu ayini yerinə yetirmək üçün çoxlu xırda ayinləri var. Onlardan biri ən asandır.
Hətta sən onu indi də edə bilərsən.

Yəqin çox vaxt aparmaz, eləmi?
Culian gülümsədi:

Səninlə paylaşdığım üsul və vasitələr bu vaxtacan etdiklərindən daha effektli olacaq. 
Bir qəpiklik müdrikliyin, bir manatlıq axmaqlığın olmasın!
Əksər adamları göz önünə gətir. Onlar kompüterlərini vaxtlı-vaxtında təmir etdirmir, 
deyirlər ki, buna vaxtları yoxdur. Amma qəflətən kompüter xarab olur, aylarla əziyyət 
çəkdikləri bir anda itir. Yalnız bu halda peşman olurlar ki, niyə vaxtında çarə qılmayıblar. 
Fikrim sənə çatır?

Öz timsalımda mən nə edə bilərəm?

Çalış ki, köhnə rejiminə bağlı olub qalma. Ürəyinin istədiklərini et. Beynini, bədənini və 
xarakterini gücləndirmək üçün özünə sərmayə qoyanda, özünə qarşı sədaqətli olanda 
özünü elə hiss edəcəksən ki, sanki daxilində bir şəxsi naviqator var, bu naviqator sənə 
nəyi etməyin daha yaxşı nəticə verəcəyini söyləyir. Sən vaxta fikir vermədən öz 
həyatını yaşayacaqsan.

Fikrin mənə çatdı. Bəs sənin mənə öyrətmək istədiyin bu ritualın kiçik bir bölməsi 
nədir?

Müntəzəm olaraq kitab oxu. Gün ərzində otuz dəqiqəlik mütaliə səninçün möcüzələr 
yaradacaq. Amma səni xəbərdar edirəm. Əlinə keçən hər kitabı oxuma! Beyin adlı 
bağına nəyi qoyduğunu yaxşı seçməlisən. Oxuduğun olduqca qiymətli olmalıdır. Elə 
kitab oxu ki, o həm səni inkişaf etdirsin, həm də həyatını dəyişsin.

Sivana Müdrikləri hansı kitabları oxuyurdular?

Onlar vaxtlarının çoxunu ulu babalarının qədim təlimlərini dəfələrlə oxumağa sərf 
edirdilər. Bu fəlsəfi ədəbiyyatı onlar acgözlüklə oxuyurdular. Mən hələ də bu nurlu 
müdriklərin bambukdan düzəldilmiş stullarında oturub ulu babalarının kitablarını 
oxuyarkən necə gülümsədiklərini xatırlayıram. Yalnız Sivanada mütaliənin gücünü, 
kitabın müdriklərin ən yaxın dostu olması tezisini öyrəndim.

Deməli, əlimə keçən hər bir yaxşı kitabı oxumalıyam, eləmi?

Həm “hə”, həm də “yox”, – Culiandan cavab gəldi və o, fikrini belə izah etdi:



Sənə deyə bilmərəm ki, bacardığın qədər çox kitab oxuma. Amma unutma, bəzi 
kitablar dadmaq üçün, bəziləri çeynənmək üçün, nəhayət, bəziləri bütünlüklə udulmaq 
üçündür. Bu da fikri başqa tərəfə yönəldir.
Culian, sən acmısan? – zarafatla soruşdum.

Yox, Con! – Culian da güldü və davam etdi:

Bununla sadəcə demək istəyirəm ki, çoxlu kitablar arasından seçilmiş belə kitablar 
öyrənilməlidir. Müdriklər kitabxanalarındakı qiymətli kitabları on dəfə, bəzən on beş 
dəfə oxuyurdular. Onlar belə kitabları bahalı bir inci, müqəddəs sənədlər hesab edir. – 
Pis deyil... Doğrudanmı oxumaq elə vacibdir?

Gün ərzində otuz dəqiqə mütaliə etmək həyatında hiss olunacaq dəyişiklik edəcək, 
çünki sən işlədilməsi mümkün olan bilik ehtiyatlarını görəcəksən. İstənilən problemin 
həllinin cavabı kitablarda var. Əgər sən yaxşı ata, ya yaxşı vəkil, dost, sevgili olmaq 
istəyirsənsə elə kitablar var ki, səni öz məqsədinə raket sürətilə çatdıra bilər. 
Həyatında etdiyin hər bir səhvi səndən əvvəl yaşayanlar edib. Yoxsa elə bilirsən ki, 
üzləşdiyin bütün problemlər unikaldır?

İnan mənə, Culian, heç bu haqda düşünməmişəm. Sənin nə dediyini anlayıram, bilirəm 
ki, haqlısan.

Həyatı boyu hər bir kəsin üzləşdiyi və üzləşəcəyi problemlərlə insanlar əvvəllər də 
üzləşiblər, – Culian davam etdi:

Bu problemlərin cavabı və həlli yolları kitabların səhifələrindədir. Düzgün kitablar oxu. 
Öyrən, gör sənin üzləşdiyin problemləri başqaları necə həll ediblər? Onların 
strategiyasını öz həyatına tətbiq et, həyatında baş verənlərdən heyran olacaqsan.

Konkret olaraq “düzgün kitablar” hansı kitablardır? – deyə sual verib Culianın fikrini 
bilmək istədim. Bilirdim ki, onun cavabı məni qane edəcək.

Bunları sənin öz öhdənə buraxıram, dost! Şəxsən mən şərqdən qayıdandan sonra 
vaxtımın çoxunu valeh olduğum qadın və kişilərin həyatından bəhs edən kitabları və 
müdriklik ədəbiyyatını oxumağa sərf edirəm.

Bu qunduz dostuna oxumaq üçün kitab tövsiyə edərsənmi? – bic-bic güldüm.

Əlbəttə. Dahi Amerikalı Benjamin Franklinin bioqrafiyası xoşuna gələcək. İnanıram ki, 
Mahatma Qandinin avtobioqrafik “Həqiqətlə mənim eksperimentlərimin hekayəsi” 
kitabı da sənə stimul verəcək. Məsləhət görürəm ki, Hermann Hessenin “Siddhartha” 
kitabını oxuyasan. Senecanın bəzi əsərlərini, filosof Markus Aureliusun əsərlərini 



oxumağın pis olmazdı. Hətta sən Napoleon Hillin “Düşün və varlan” kitabını da oxuya 
bilərsən. Mən bu kitabı keçən həftə oxudum. Fikirləşirəm ki, möhtəşəm bir kitabdır.

“Düşün və varlan”? Fakt budur ki, ürəktutmandan sonra sən olan-qalanını satmısan.
Həqiqətən də, mən pul qazanma təlimlərindən bezmişəm. Bu kitabı oxumaq əla olardı.



Ey, dost, burda səninlə razılaşmıram, – bu dəfə Culian müdrik bir baba kimi sözümü 
kəsib dedi:

Bu balaca kitab çoxlu pul qazanmaqdan bəhs etmir, bu daha çox həyat qazanmaq 
yolunu göstərir. Sənə deyim ki, firavan yaşamaq və varlı olmaq – bunlar eyni şey deyil. 
Mən sənin indi yaşadığın həyatı yaşamışam, pul qazanmaq yolundakı əzabları bilirəm. 
“Düşün və varlan” kitabı zənginlik haqdadır, mənəvi zənginlik də bura daxildir. Bu 
kitabı oxusan pis olmaz. Ancaq sənin yuxarıdakı fikrini də unutmaram.

Culian, üzr istəyirəm. İstəməzdim ki, bir aqressiv vəkil təsiri bağışlayım. Demək istədim 
ki, pul qazanmaq yolunda səbrim tükənir bəzən. Mən bu xasiyyətimi aradan 
qaldırmalıyam. Həqiqətən də, mənimlə paylaşdığın fikirlər üçün sənə minnətdaram.

Eybi yox, olan oldu, keçən keçdi. Fikrimi sənə çatdıra bildim, məncə. Oxumaq və 
oxumaqda davam etmək. Maraqlı daha nəsə eşitmək istəyirsən?

Nə?

Məsələ bundadır ki, sən kitablardan nəsə götürmürsən, kitablar səndə nəsə üzə çıxarır. 
Kitablar təzə heç nə öyrətmir.

Doğrudanmı?

Həqiqətən də belədir. Sadəcə, kitablar sənə içində olanı tapmaqda kömək edir. Bax, 
maariflənmə elə budur. Bütün səyahətim boyunca dərk etdim ki, cavan olduğum 
vaxtdan bəri heç irəli getməmişəm. Amma indi kim olduğumu bilirəm.

Deməli, Bol Bilik Ayini kitab oxumaq və ordan zəngin informasiyanı götürməkdir, 
eləmi?

Qismən. Bu gündən başlayaraq gündəlik yarım saat kitab oxu. Qalanı özü gələcək, – 
Culian sirli bir təbəssümlə dedi.

Ok. Bəs Nurlu Yaşamağın Beşinci Ayini hansıdır?

Bu, Şəxsi Əksetmə Ayinidir. Müdriklər daxili müzakirəyə dərindən inanırlar. Özünü 
tanımağa vaxt sərf etməklə elə şeylər öyrənəcəksən ki, bu vaxtacan xəbərsiz qalmısan. 
– Çox mənalı səslənir.

Görürsən, daxilimizdə istedad mürgü vurur. Bu istedadımızla tanış olmaqla biz onları 
yandırırıq. Hər halda öz-özünlə sakit müzakirə bundan da çox şeyə malikdir. Bu təcrübə 
səni güclü, daha müdrik edəcək.






Culian, bu barədə dediklərin mənə qaranlıq qaldı.
Doğrusu, ilk dəfə bunu eşidəndə mənə də qəribə gəldi, dedim ki, şəxsi əksetmə 
düşünmək adətindən başqa heç nə deyil.

Bəs hamımız düşünmürük ki? İnsanı insan edən düşünmək deyilmi?

Bəli, çoxumuz düşünürük. Problem ondadır ki, insanların çoxu daha çox yaşamaq üçün 
düşünür. Bu ayin isə daha yaxşı yaşamaq barədə düşünməkdir. Benjamin Franklinin 
bioqrafiyasını oxuyarkən sən nəyi nəzərdə tutduğumu başa düşəcəksən. O hər axşam, 
ağır, yorucu iş günündən sonra evin bir küncünə çəkilib gün ərzindəki halını əks 
etdirirmiş. O, etdiyi hərəkətlərin pozitiv, neqativ, yaxud “təmir”ə ehtiyacı olduğunu 
müəyyən edirmiş. Etdiyi səhvləri dərk edərək həmin səhvləri bir daha etməmək üçün 
təcili addım atıb onları təkmilləşdirirmiş. Müdriklər də belə edirdilər. Hər gecə onlar 
komalarındakı sakit, ətirli qızılgüllərlə örtülmüş bir yerdə oturub dərin xəyala dalırdılar. 
Yoq Raman isə gün ərzində etdiklərinin siyahısını da tuturdu.

Maraqlıdır, o bu siyahıya nə yazırmış?

Əvvəlcə, o, etdiyi hər bir hərəkəti yazırdı. Səhərlər özünə qayğıdan başlamış o biri 
müdriklərlə münasibətinə, meşəyə gəzintisinə, meşədə odun axtarmasına, təzə qida 
tapmasına qədər hər şeyi yazırdı. Maraqlıdır ki, o gün ərzində nə fikirləşirdisə onu da 
yazırdı.

Bunu etmək ağır deyil? Düzünü desəm, beş dəqiqə əvvəl nə düşündüyüm heç yadımda 
deyil, o ki qaldı iyirmi saat əvvəl ola.

Vacib deyil ki, bunu hər gün edəsən. Görürsənmi, mənim nail olduğum nəticəyə hər 
kəs nail ola bilər. Hər bir kəs! Problem ondadır ki, insanlar hər şeyə bəhanə tapırlar. Bu 
lap xəstəlik kimidir.

Məncə, bu insanlardan biri də mənəm. – Dostumun nə dediyini dərk edərək dilləndim.

Bəhanə gətirməkdənsə nəsə et. – Culian səsini qaldırdı.

Nəyi edim?

Düşünməyə vaxt ayır! Şəxsi analizetməni müntəzəm vərdiş halına sal. Bir dəfə Yoq 
Raman etdiklərini bir sütunda, fikirləşdiklərini isə başqa sütunda yazmışdı. Sonra başqa 
bir sütunda etdiklərini qiymətləndirmişdi. O, etdiyi hərəkətlə fikirləşdiklərini yazılı 
formada müqayisə etdiyindən, onunçün hər hansı bir hərəkət və ya fikrin pozitiv 



olmasını təyin edirdi. Əgər etdikləri pozitiv olardısa daha yüksək nəticə əldə etmək 
üçün daha çox enerji sərf edirdi.
Bəs əgər etdikləri, yaxud fikirləri neqativ olsa, onda necə?
Bu halda o, hərəkət və fikirləri tərgitmək yolunu axtarıb tapırdı.
Mənə elə gəlir ki, bir misal çəksən daha yaxşı anlayaram.

Şəxsi həyatımdan olmalıdır? – Culian soruşdu.

Əlbəttə, sənin nə fikirləşdiyini bilmək maraqlı olardı.

Mənsə sənin nə fikirləşdiyini öyrənmək istəyirəm. – Culian güldü.
Hər ikimiz məktəb həyətində oynayan balaca məktəblilər kimi pıqqıldayıb gülməyə 
başladıq.

Ok. Sən həmişə canını qurtarmaq üçün bəhanə tapırsan.

Gəl dünən nə etdiyin bəzi hərəkətlərini yada salaq. Nə etmisənsə bu bir vərəq kağıza 
yaz, – Culian mənə öyrətdi.
Artıq dərk edirdim ki, nəsə çox vacib bir şey izah edəcək mənə. İllər ərzində ilk dəfə 
olaraq etdiyim hərəkətləri, düşündüklərimi bir vərəqdə əks etdirməyə vaxt ayırırdım. 
Bunu etmək həm maraqlı, həm də qəribə idi. Əgər belə etməmişəmsə özümü necə 
təkmilləşdirə bilərdim? Nəyi təkmilləşdirməyi necə təyin edərdim?

Nədən başlayım?

Səhər tezdən nə etdiyini yaz, sonra isə nə baş veribsə bir-bir qeyd et. Əsas anları 
xatırla. Hələ vaxt var.

Yaxşı. Mən dünən yeddinin yarısında elektrik xoruzumun səsinə yuxudan durdum, – 
zarafatla dedim.

Ciddi ol, davam et!

Ok. Sonra duş qəbul etdim, üzümü qırxdım, ağzıma bir vafli atıb işə cumdum.

Bəs ailə üzvlərin?

Onlar hələ yatırdılar. Hər halda, ofisə çatdım. Gördüm ki, saat səkkizin yarısına görüş 
təyin etdiyim müştəri saat yeddidən məni gözləyir. Hə, dost, həm də bu müştəri cin 
atına minib.






Sənin ona reaksiyan necə oldu?

Necə olacaq? Qana-qan! Nədir, üstümə cumub məni təpikləməsini gözləməliydim?

Hmm. Ok. Sonra nə baş verdi?

Hər şey daha da pisləşdi. Mənə dedilər ki, hakim Uildabest kabinetində məni görmək 
istəyir, əgər on dəqiqəyə onun yanında olmasam hər şey kəlləmayallaq olacaq.


Yadındadır o Uildabest? Ona Vəhşi Hakim ləqəbini də sən vermişdin. Bir dəfə sən 
“Ferrari”ni onun maşınının yerində park etdiyinə görə səni acılayandan sonra bu ləqəbi 
ona yapışdırdın, – mən bəzi şeyləri Culiana xatırladıb davam etdim:

Məhkəmə binasına girib oradakı başqa bir işçi ilə mübahisə etdim. Geri ofisə 
qayıdanda iyirmi yeddi telefon mesajı məni gözləyirdi, hamısı da “təcili”... Davam 
edim?

Buyur.

Evə gedəndə Cenni zəng edib dedi ki, maşını onun anasıgilin evinin yanında saxlayım 
və anasının bişirdiyi piroqu götürüm. Qayınanamın öz dadlı piroqları ilə məşhur 
olmasını da qeyd etməliyəm. Hə, bədbəxtlikdən o tərəfə gedəndə özümü tıxacın 
ortasında gördüm. Bundan betər tıxacı heç ağlına da gətirmə. 40 dərəcə istidə tıxacda 
vaxt keçirdikcə vaxt sürüşüb aradan çıxırdı.

Sən nə etdin?

Nə edəcəm? Nəqliyyatı lənətlədim. Nə dediyimi eşitmək istəyirsən?

İnanmıram ki, sənin dediklərin beyin adlı bağımı “yemləyə” bilər, – Culian gülümsədi.

Bu söyüşlərim sənin bağını yaxşıca gübrələyər,

mən də zarafat etdim.

Bəlkə burda dayanasan. İndisə bir saniyə vaxt ayır və hərəkətlərini təhlil et. Geriyə 
nəzər salsan, bir daha imkanın olsaydı bəzi şeyləri fərqli edərdin, düzdür?

Düzdür!

Bəs necə edərdin?

Hmm... Əvvəla, yuxudan daha tez durardım. Bilirəm ki, hər şeyi qaçaqaçda etməklə nə 
özümə, nə də ailəmə yaxşı heç nə etmirəm. Səhər tezdən bir az sakitlik verərdim 
özümə, bu da gün ərzində edəcəyim hərəkətlərə təsir edərdi. Qızılgülün Ürəyi Ayinini 
etmək pis olmazdı. Həm də ailə üzvlərimlə bir stol arxasında oturub səhər yeməyi 
yeyərdim. Lap bir balaca nimçə vermişel olsun... Bu mənə xoş təsir edərdi. Hiss edirəm 
ki, arvadımla, oğlanlarımla çox vaxt keçirmirəm.

Axı bu dünyamız mükəmməl bir dünyadır, sənin də normal həyatın var... Sən gündəlik 
hərəkətlərinə nəzarət etməlisən. Yaxşı şey fikirləşmək üçün qüvvən var axı! Xəyallarını 
reallaşdırmaq üçün güclüsən axı! – Culian səsini azca qaldırdı.
Bunu dərk edirəm. Həqiqətən də, hiss edirəm ki, dəyişməliyəm.




Əla! İndi isə dünənki gününü əks etdirməkdə davam et.

Ok. Düşünürəm ki, gərək müştərimin üstünə bağırmayaydım. Gərək məhkəmə işçisi ilə 
mübahisə etməyəydim. Maşında olanda hay-küy salmamalıydım.

Tıxaca görə maşınlar günahkar deyil axı.

Elədir.

Görürəm ki, sən indi Şəxsi Əksetmə Ayininin gücünü görürsən. Etdiklərinə nəzər 
salmaqla, düşündüklərini xatırlamaqla, gününü necə keçirdiyini təhlil etməklə sən 
təkmilləşmən üçün tədbir görürsən. Sabahkı gününü yaxşılaşdırmağın yeganə yolu bu 
gün etdiyin səhvi düzəltməkdir.

Elə plan qurmaq lazımdır ki, bu səhv bir də təkrar olunmasın, eləmi?

Elədir. Səhv etməkdə pis heç nə yoxdur. Səhvlər həyatımızın bir hissəsidir və inkişaf 
üçün xeyirdir. Belə bir deyim var: “Xoşbəxtlik qərarlardan irəli gəlir, yaxşı qərarlar yaxşı 
təcrübədən irəli gəlir, təcrübə isə pis qərarlardan irəli gəlir”. Amma eyni səhvi dəfələrlə 
etmək kobud səhvdir. Bu, özünü düşünmənin çatışmamazlığıdır, ki, o da insanı 
heyvandan fərqləndirir.

Belə sözü heç əvvəllər eşitməmişdim.

Bu, həqiqətdir. Yalnız insan varlığı nəyi səhv, nəyi düz etmədiyini analiz edə bilər. İt 
bunu edə bilməz. Quş bunu edə bilməz. Hətta meymun da bacarmaz. Amma sən 
bacararsan. Bax, Şəxsi Əksetmə Ayini bunlar barəsindədir. Müəyyən et, gör həyatında 
nəyi düz, nəyi səhv edirsən. Sonra dərhal səhvlərini düzəltməyə çalış.

Bu haqda çox fikirləşmək lazımdır, Culian, lap çox.

Nurlu Yaşamaq Ayini haqda necə? Eşitmək istəyirsənmi? Bu ayin erkən oyanma 
ayinidir.

Aha... İndi bilirəm nə deyəcəksən.

Sivana adlı uzaq məkanda öyrəndiyim ən yaxşı məsləhət günəş çıxan kimi yuxudan 
durmaqdır. Çoxumuz ehtiyac olandan da çox yatırıq. Normal adam gün ərzində cəmi 
altı saat yatmaqla tam sağlam qala bilər. Yatmaq vərdişdən başqa heç nə deyil. Başqa 
vərdişlər kimi, sən istədiyin nəticəni əldə edə bilərsən. Buna isə az yatmaqla vərdiş 
etmək olar.

Amma, inan mənə, tez duranda özümü halsız hiss edirəm.



İlk bir neçə gün sən özünü yorğun hiss edəcəksən. Mən bunu qəbul edirəm. Hətta ola 
bilər ki, bir həftə çəkə bilər bu hal. Dost, bunu uzunmüddətli məqsədin yolunda 
qarşına çıxan qısamüddətli çətinlik hesab et. Nəyisə vərdişə çevirmək istəyərkən 
həmişə narahatlıq hiss edəcəksən. Bu, təzə ayaqqabıya öyrəşmək kimidir. İlk günlər bir 
az narahat olursan, sonra isə qutu qapağı kimi oturur ayağına. Yuxarıda da dediyim 
kimi, ağrı şəxsi böyümənin sələfidir. Bundan çəkinmə! Əvəzində bunu qucaqlayıb 
bağrına bas!

Ok. Daha erkən oyanmağa cəhd edəcəm. Amma birinci mənə izah et görüm “erkən” nə 
məna verir?

Başqa bir yaxşı sual. Bununçün ideal vaxt yoxdur. Səninlə bölüşdüyüm hər bir üsul 
kimi, sənə necə rahatdırsa elə də et. Unutma, Yoq Raman belə nəsihət edir: “Heç nəyi 
həddən artıq etmə, hər şeyi qədərində et!” Gün çıxan kimi oyanmaq bir az “həddindən 
artıq tez” səslənir. Amma bu belə deyil. Günəşin ilk şəfəqləri görünəndə oyanmaq təbii 
haldır. Müdriklər inanırdılar ki, gün işığı göylərin bizə hədiyyəsidir. Onlar günəş vannası 
qəbul edir, hərdən də səhər erkən gün işığında zarafatla rəqs edirdilər. Məncə, bu 
onların uzunömürlülüyünün başqa bir sirridir.

Sən də günəş vannası qəbul edirsən?

Əlbəttə. Günəş məni gücləndirir. Yorulanda əhvalım yaxşı olur. Bu, Şərqin qədim bir 
mədəniyyətidir. Deyilənə görə, gün işığının insan ruhu ilə əlaqəsi var. İnsanlar onların 
ruhunun “meyvə”lərini yetişdirdiyi üçün günəşə sitayiş ediblər. Gün işığı sənin 
yaşamaq qabiliyyətini üzə çıxarır, emosional və fiziki qüvvəni bərpa edir. Aman, 
fikrimdən yayındım. Biz erkən durmaqdan danışırdıq.

Hmm... Mən bu ayini gündəlik rejimimə necə “pərçim edim”?

Sənə ipucu verirəm. Birincisi, heç vaxt unutma ki, vacib olan yuxunun kəmiyyəti yox, 
keyfiyyətidir. Sutkada fasilə vermədən altı saat dərin yuxu on saatlıq narahat yuxudan 
daha yaxşıdır. Yatmaqda əsas məqsəd bədənini istirahətlə təmin etməkdir ki, təbii 
proseslər də sənin fiziki qüvvəni bərpa etsin. Müdriklərin vərdişlərinin çoxu o qanuna 
əsaslanır ki, insan daha çox yatmaqdansa daha keyfiyyətli yatsın. Məsələn, Yoq Raman 
heç vaxt axşam saat səkkizdən sonra heç nə yeməzdi. O deyirdi ki, həzm orqanlarını 
yükləmək yuxusunun keyfiyyətini azaldır. Başqa misal, müdriklər yatmazdan əvvəl arfa 
çalardılar.

Bunu niyə edirdilər?

Con, qoy sənə bir sual verim. Hər axşam yatmazdan əvvəl nə edirsən?





Mən Cenniylə birgə xəbərlərə qulaq asıram. Məncə, əksər insanlar belə edir.

Yeni ideyadır bu? – Culianın gözündə sirli bir qığılcım vardı.
Baş açmıram, yatmazdan əvvəl xəbərə qulaq asmağın nəyi səhv ola bilər?
Yatmazdan on dəqiqə əvvəl və oyanandan sonrakı on dəqiqə müddətində sən çox
həssas olursan. Bu vaxtlar ərzində beyninin proqramına yalnız yaxşı şeylər yükləməlisən.

Elə danışırsan ki, sanki beyin bir kompüterdir.

Beyninə nəyi yükləsən onu da alacaqsan. Vacib olan o faktdır ki, beyninin proqramçısı 
yalnız sənsən. Beyninə nəyi daxil etdiyini təyin etməklə onun sənə nə verəcəyini də 
müəyyən etməlisən. Beləliklə, heç vaxt yatmazdan əvvəl xəbərlərə qulaq asma, heç 
kimlə mübahisə etmə, ya da gün ərzində baş verənləri göz önünə gətirmə. Rahatlan. 
Əgər xoşlayırsansa bir fincan bitki çayı iç. Həzin bir klassik mahnıya qulaq as. Özünü 
səni təzələyən yuxuya hazırla.

Mənalı fikirdir. Daha yaxşı yatsam yuxuya az ehtiyacım olacaq.

Düzdür. Sənə yuxarıda dediyim Qədim İyirmi Bir Ayinini unutma! Əgər hər bir hərəkəti 
müntəzəm olaraq iyirmi bir gün etsən bu, vərdişə çevriləcək. Deməli, üç həftə səhər 
gün çıxan kimi dursan narahatlığın keçib gedəcək. Bundan sonra belə oyanmaq 
həyatının bir hissəsi olacaq. Sonra isə asanlıqla saat altının yarısında, hətta saat beşdə 
duracaqsan.

Ok. Gəl deyək ki, hər gün saat altının yarısında oyanıram. Nə etməliyəm?

Sualların onu göstərir ki, düşünürsən, dost! Bu, yaxşı əlamətdir. Bunu 
qiymətləndirirəm. Təki sən o vaxtda oyan, etməli çox şey var. Beynində saxlamalı 
olduğun əsas vacib qanun odur ki, günü yaxşı başlamalısan. Təklif etdiyim kimi, 
yatmazdan on dəqiqə qabaq, oyanandan on dəqiqə sonra nə düşündüklərinin bütün 
gün ərzində edəcəklərinə böyük təsiri var.

Ciddi sözündür?

Əlbəttə. Pozitiv şeylər fikirləş. Nəyin varsa ona şükür et. Minnətdarlıq siyahısı tut – 
nəyə minnətdarsansa qeyd et ora. Yaxşı bir musiqiyə qulaq as. Günəşin çıxmasını 
müşahidə et. Ya da təbiət qoynunda gəzməyə çıx. Müdriklər səhər erkən çay kimi axıb 
gedən “xoşbəxtlik şirəsi”ni xoşlayıb-xoşlamasalar da gülərdilər.

Culian, belə getsə, mən “fincanımı boş saxlaya bilməyəcəm”. Amma Himalayın 
təpəsində yaşayan bir dəstə rahibdən söz düşürsə...



Bu belə deyil. Yadına sal, gör dördyaşlı uşaq gün ərzində nə qədər gülür?

Kim bilir bunu?

Mən bilirəm. Dördyaşlı uşaq gün ərzində üç yüz dəfə gülür. Bəs indi deyə bilərsənmi 
bizim cəmiyyətdə adi bir ortayaşlı adam gün ərzində neçə dəfə gülür?

Əlli dəfə?

On beş deməyə də cəhd elə! – Culian razı halda gülümsədi.



İndi fikrim sənə çatdı? Gülmək ruh üçün bir məlhəmdir. Əgər sən gülməyi xoşlamasan 
elə güzgüyə bax və bir neçə dəqiqə gül. Özünü möhtəşəm hiss edəcəksən. Uilyam Ceyms 
deyib: “Biz xoşbəxt olduğumuza görə gülmürük, güldüyümüzə görə xoşbəxt oluruq”. 
Deməli, gününü gülüşlə başla. Gül, oyna, malik olduğun hər şeyə görə şükür et. Hər gün 
bunun mükafatını alacaqsan.

Gününü pozitiv başlamaq üçün sən nə edirsən?

Faktiki olaraq, mənim səhər rejimimə Qızılgülün Ürəyi Ayini, bir neçə fincan meyvə 
şirəsi içmək daxildir. Amma bir strategiya var, onu da deməliyəm.

Çox vacibdirsə de.

Yuxudan durandan az sonra sükuta qapıl. Sakit dur, gözünü harasa zillə. Sonra özünə 
sual ver ki, əgər bu gün həyatda son günüm olsaydı onda nə edərdim? Əsas fikri sualın 
mənasına yönəlt. Zehnində edəcəyin hər şeyin siyahısını tut. Kiminlə görüşmək 
istəyirsən, nə edəcəksən. Xəyalında canlandırdığınla özünü enerjili hesab et. Göz 
önünə gətir ki, dostlarınla və yaxud ailə üzvlərinlə necə rəftar edəcəksən. Hətta 
gözünün önünə gətir ki, bu planetdə yaşadığın son gün olsaydı, ətrafındakı yad 
insanlarla necə rəftar edərdin. Sənə dediyim kimi, əgər sən ötən hər gününü özünün 
axırıncı günün kimi yaşasan həyatın daha mənalı olacaq. Bu da səni Nurlu Yaşamağın 
Yeddinci Ayininə – Musiqi Ayininə aparır.

Məncə, bu ayini lap çox bəyənəcəm.

Əminəm ki, belə olacaq. Müdriklər musiqini çox sevirdilər. Bu onlara günəş kimi enerji 
verir. Musiqi onları güldürür, rəqs etdirir, onlara mahnı oxutdurur. Bu sənə də belə 
təsir edəcək. Heç vaxt musiqinin gücünü unutma. Hər gün az da olsa musiqiyə vaxt 
ayır. İşə gedərkən bir kasetə də qulaq asa bilərsən. Özünü yorğun, əzgin hiss edəndə 
musiqi ifa et. Bildiyim ən yaxşı motivasiya faktorlarıdır bunlar.

Özümüzdən başqa olan faktorlar! – Səmimi halda və həyəcanla fikrimi ona çatdırdım. – 
Elə sənə qulaq asmaq özümü yaxşı hiss etməyə çox kömək edir. Sən həqiqətən də 
dəyişmisən, Culian. Təkcə formaca yox, həm də köhnə pis cəhətlərin gedib sənin. 
Köhnə neqativliyin, aqressivliyin yox olub. Hiss olunur ki, necə sakitsən. Sən bu gecə 
mənə də çox təsir etdin.

Ey, hələ eşitməli çox şey var. Davam edək söhbətə. – Culian zarafatla yumruğunu 
göstərdi.

Fikrimi başqa cür ifadə edə bilməzdim.



Ok. Səkkizinci Deyilmiş Söz Ayinidir. Müdriklərin hər səhər, günorta və gecə demək 
üçün çoxlu “mantra”ları vardı. Onlar mənə deyirdilər ki, bu mantralar onlara fikirlərini 
yönəltməkdə, güclü və xoşbəxt olmaqda çox kömək olur.

Mantra nə deməkdir?

Mantra bir neçə sözün toplusundan başqa heç nə deyil, bu, pozitiv effekt verir. 
Sanskrit dilində “man” sözü “mind” (ağıl, beyin) mənasını, “tra” isə “freeing” (azad 
etmək) mənasındadır. Deməli, mantra beyni azad etmək üçün frazadır. İnan mənə, 
Con, mantra beyinə çox güclü təsir edir.

Sən də gündəlik olaraq mantra deyirsən?

Bəli. Bu mantralar mənim daimi yoldaşlarımdır. Fərqi yoxdur ki, avtobusdayam, 
kitabxanada, ya parkda oturub təbiəti seyr edirəm, mən mantra vasitəsilə özümə 
deyirəm ki, hər şey qaydasındadır.

Mantranı özünə deyirsən?

Yazılı formada da ola bilər. Amma mən aşkar etmişəm ki, hər hansı bir mantranı 
bərkdən demək ruhuma yaxşı təsir edir. Özümü ruhlandırmaq istəyirəmsə iki yüz, 
yaxud üç yüz dəfə öz-özümə “mən ruhlanmışam, enerjiliyəm, hər şey normaldır” deyib 
təkrar edirəm. Özünəinamı möhkəmləndirmək üçün təkrar edirəm: “Mən güclüyəm, 
sakitəm, hər şeyə qadirəm”. Hətta özümü güclü və cavan saxlamaq üçün də 
mantradan istifadə edirəm. – Culian etiraf etdi.

Mantra səni necə cavan saxlaya bilər?

Sözlər tələffüz ediləndə beyinə təsir edir. Fərqi yoxdur ki, sözlər yazılır, ya tələffüz 
edilir, onların çox güclü təsiri var. Başqalarına dediyin sözlər necə vacibdirsə özünə 
dediklərin də sənə vacibdir.

Öz-özünə danışmaq?

Gün ərzində nə düşünürsənsə, düşündüyün kimisən. Gün ərzində özünə nə deyirsənsə, 
sən o dediyin sözlərdəki kimisən. Əgər özünə deyirsənsə ki, sən qocasan, yorğunsan, 
bu mantra sənə təsir edəcək. Əgər özünə desən ki, sən zəifsən, ruhən tükənmisən, 
onda sən o halda olacaqsan. Amma əgər özünə desən ki, sən tamamilə sağlamsan, 
dinamiksən, onda həyatın dəyişəcək. Özünə dediyin sözlər sənə təsir edəcək və 
özünçün yaratdığın obraz sənin hərəkətlərini müəyyən edəcək.
Misal üçün, əgər sənin özünçün yaratdığın daxili obraz inamı olmayan obrazdırsa, sən də 
bu cür addım atacaqsan. Başqa tərəfdən, əgər sənin daxili obrazın qoçaqdırsa buna 



uyğun da hərəkət edəcəksən. Sənin yaratdığın daxili obraz bir növ həyatına 
peyğəmbərlik edir.
Necə?

Əgər sən inanırsan ki, nəyisə etməyə qadir deyilsən, məsələn, tutaq ki, kamil partnyor 
tapa bilmirsən, ya stresdən azad həyat yaşaya bilmirsən, onda sənin inamın da 
hərəkətlərinə təsir edəcək. Özünçün yaratdığın daxili obrazın sənə bu yolda mane 
olacaq, yəni kamil partnyor tapmaqda, ya stresi atmaqda maneçilik törədəcək.

Niyə belə olur ki?

Çox sadəcə. Sənin daxilində özünə yaratdığın daxili obraz qubernator kimidir. O, 
daxilindəki obraza zidd hərəkət etməyə icazə verməyəcək. Gözəl olan odur ki, sən öz 
daxili obrazını dəyişə bilərsən. Həyatında hər şeyi dəyişə bildiyin kimi daxilindəki 
obrazını da dəyişə bilərsən. Mantraların bu yolda sənə güclü köməyi ola bilər.

Həm də mən daxili dünyamı dəyişəndə ətrafımı da dəyişirəm, eləmi?

Əla, dost! Sən çox tez öyrəndin. – Culian baş barmağı ilə işarə etdi. Bir vaxtlar o, vəkil 
olanda da belə edərdi.

Ətrafımızı dəyişmək bizi doqquzuncu ayini yerinə yetirməyə hazırlayır. Bu da Nurlu 
Yaşamaq Ayinidir. Bu, Uyğun Xarakter Ayinidir. Bu, haqqında danışdığım daxili obraz 
konsepsiyasının bir qoludur. Deyim ki, bu ayin gündəlik olaraq xarakterini yaxşılaşdıran 
hərəkət etməyini tələb edir. Xarakterini möhkəmləndirmək sənə özünü görməyinə və 
atacağın addımlara təsir edir. Etdiyin hərəkətlər hamısı bir yerdə sənin vərdişlərini 
formalaşdırır ki, bu da vacibdir. Sənin vərdişlərin də səni öz taleyinə aparır. Yoq Raman 
bu formulanı belə ifadə edib: “Sən fikir əkirsən, hərəkət biçirsən. Hərəkət biç, vərdiş 
biç. Vərdiş ək, xarakter biç. Xarakter ək, taleyini biç”.

Xarakterimi necə formalaşdıra bilərəm?

Necə? Sənin ləyaqətini yaxşılaşdıran istənilən qaydada. Ləyaqət deyərkən nəyi nəzərdə 
tutduğumu sual etməzdən əvvəl icazə ver konsepsiyanı aydınlaşdırım. Himalay 
dağlarındakı müdriklər inanırdılar ki, ləyaqətli həyat mənalı həyatdır. Beləliklə də, onlar 
özlərinin neçə il yaşı olan üsulları ilə hərəkətlərini idarə edirdilər.

Mənsə düşünürdüm ki, onlar öz həyatlarını məqsədləri ilə idarə ediblər.

Bəli. Bu da düzdür. Onlar ulu babalarının onlara miras qoyduğu bəzi qaydaları da 
həyatlarına daxil edirlər.

Bunlar hansı qaydalardır?



Əməksevərlik, mərhəmət, sözəbaxanlıq, səbir, vicdan və cəsarət. Sənin hərəkətlərin 
bunlara uyğun gəlir, sən daxili harmoniya və sakitliyi hiss edəcəksən. Bu yolla yaşamaq 
səni mənəvi uğura aparacaq. Çünki nə edirsənsə düzdür. Sən təbiətin və kainatın 
qanunlarına uyğun hərəkət edəcəksən. Sənin həyatın adi qaydadan fövqəladə hala 
doğru dəyişəcək. Hərəkətlərində müqəddəslik duyacaqsan. Bu, həyatı boyunca 
maariflənmədə ilk addımdır.

Sən bunu təcrübədən keçirmisən?

Əlbəttə. İnanıram ki, sən də təcrübədən keçirəcəksən. Düzgün olan hərəkəti et. Əsl 
xarakterinə uyğun gələn addımı at. Bütöv ol. Qoy ürəyin sənə bələdçi olsun. Bil ki, heç 
vaxt tək deyilsən, Con!

Bununla nə demək istəyirsən?

Bunu sənə başqa vaxt izah edərəm. İndi isə xarakterini möhkəmlətmək üçün hər gün 
nəsə xırda da olsa hərəkət etməlisən. Emerson deyib: “Xarakter ağıldan yüksəkdədir. 
Güclü qəlb yaşamağa qadirdir”.
Sənin xarakterin yuxarıdakı qaydalara əsasən hərəkət edəndə formalaşır. Artıq sənə 
xatırlatmışam, əgər belə edə bilməsən əsl taleyin səndən uzaq qaçacaq.

Bu, sonuncu ayindir?

Ən vacib olan Sadəlik Ayinidir. Bu ayin səndən sadə olmağı tələb edir. Yoq Raman 
deyirdi: “Sən nazik şeylərin qalınlığında yaşaya bilməzsən. Fikrini məqsədlərinə yönəlt. 
Yalnız mənalı olan hərəkətlə məşğul ol. Söz verirəm, həyatın gözlədiyindən də mənalı 
olacaq”. Belə deyərkən Yoq Raman haqlıydı. Mən buğdanı samandan ayırandan sonra 
həyatıma harmoniya doldu. Yaşadığım, öyrəşdiyim həyat tərzimə son qoydum. Tufan 
içində yaşamağı dayandırdım. Əvəzində sürətimi azaldıb hamının görə bildiyi qızılgülü 
iylədim.

Sadəliyini inkişaf etdirmək üçün nə etdin?

İlk öncə, bahalı paltarlar geyinməyi tərgitdim. Gün ərzində altı qəzet oxumaq vərdişimi 
“təpikləyib” kənara atdım. Bütün vaxt hamıya əlçatan olmağı dayandırdım. Mən 
vegetarian oldum və az yeməyə başladım. Əsas isə mən ehtiyaclarımı azaltdım. 
Görürsən, Con, əgər ehtiyaclarını azaltmasan sən heç vaxt qane olmayacaqsan, Los 
Ancelesdəki qumarbaz kimi olacaqsan. “Bir dəfə də fırlat” deyərək ümid edəcəksən ki, 
xoşbəxt nömrə gələcək. Sən həmişə malik olduğundan daha çox istəyəcəksən. Bu halda 
necə xoşbəxt olmaq olar?




Amma sən mənə demişdin ki, xoşbəxtlik uğurdan irəli gəlir. İndi isə deyirsən ki, 
ehtiyaclarımı azaldım və aza qane olum. Bu, paradoks deyilmi?
Yaxşı iraddır, Con! Amma faktiki olaraq, bu sənə ziddiyyət kimi görünə bilər. Həyatın 
boyu olan xoşbəxtlik xəyallarını reallaşdırmağa can atmaqdır. Sən irəli getdikcə özünü əla 
hiss edirsən. Xoşbəxtlik göy qurşağının sonunda bir küpə qızıl tapmaq deyil. Məsələn, 
neçə illər əvvəl milyoner olsam da özümə deyirdim ki, uğurum o vaxt olacaq ki, bankdakı 
hesabımda üç yüz milyon dollarım olsun. Bu isə fəlakətə reseptdir.

Nə? Üç yüz milyon dollar? – inamsızlıqla soruşdum.

Bəli, üç yüz milyon dollar. Nə qədər çox pulum olmağına baxmayaraq heç vaxt qane 
olmurdum. Bu, acgözlükdən başqa heç nə deyildi. Bunu indi açıq-aşkar etiraf edirəm. 
Bu, lap Kral Midas hekayəsinə oxşayır. Eşitmisənmi bu hekayəni?

Bəli. Qızılı çox sevən bir kişi dua edir ki, əlini vurduğu hər şey qızıla dönsün. Onun 
arzusu gerçək olanda o çox sevinir. Amma az keçmir, başa düşür ki, heç nə yeyə 
bilməyəcək, çünki yeməli olan nə varsa onlar da qızıla dönüblər.

Bax, elə o hekayədəki kişi kimi, mən olanımdan həzz ala bilmirdim. Sən bilirsən, vaxt 
vardı ki, mən çörəkdən və sudan başqa heç nə dada bilmirdim. – Culian sakit, fikirli 
halda dedi.

Ciddi deyirsən? Mənsə elə bilirdim ki, sən bahalı restoranlarda ən yaxşı yeməklər 
yeyirsən?

Bu əvvəllər beləydi. Bunu çox adam bilmirdi, keçirdiyim nəzarətsiz həyat tərzi məndə 
mədə xorasına səbəb oldu. Hətta “hotdoq” da yeyə bilmirdim. Həyat deyildi, əzab idi! 
O qədər pulum vardı... amma yalnız çörək yeyib, su içirdim. Çox təsir edirdi mənə. – 
Culian özünü ələ alıb davam etdi:

Amma mən indi o keçmişdəki adam deyiləm. Bu, həyatın mənə verdiyi dərs idi. Sənə 
dediyim kimi, əzab ən yaxşı müəllimdir. Əgər o əzab təcrübəsini dadmasaydım 
bugünkü mən olmazdım.

Sadəlik Ayinini həyatıma gətirmək üçün nə etməliyəm?

Bunu etmək üçün çox üsul var. Hətta ən xırda şey də fərq edəcək.

Necə?

Sənə lazım olmayan mesajları oxumağı dayandır, telefon hər dəfə zəng çalanda dəstəyi 
qaldırma, həftədə üç dəfə evdən kənarda yeməyi tərgit, qolf klubunun üzvlüyündən 
çıxıb vaxtını uşaqlarınla keçir. Həftədə bir dəfə qol saatın olmadan vaxt keçir, günəşin 


çıxmasını müşahidə et. Mobil telefonu sat. Davam etməyə ehtiyac var? – Culian 
soruşdu.

Fikrin mənə çatdı. Amma mobil telefonu satmaq? – narahat halda soruşdum. Elə bil 
göbəkbağı kəsilən balaca bir uşaqdım.



Mənim borcum səyahətim vaxtı öyrəndiklərimi səninlə bölüşməkdir. Ola bilsin ki, sən 
hər strategiyanı bəyənməyəsən. Dediyim üsulları yoxla, sənə hansı rahatdırsa onu işlət.

Bildim. Heç nəyi həddindən artıq etmə, hər şeyi qədərində et.

Bəli.

Onu da təsdiqləyirəm ki, sənin dediyin hər bir qanun əla səslənir. Amma onlar 
həqiqətənmi cəmi otuz gün ərzində həyatımda dəyişiklik edə bilər?

Hətta otuz gündən də az ola bilər, bəlkə çox da ola bilər.

Ey, müdrik. İzah et bunu.

Yox, “Culian” deyə müraciət etsən yaxşıdır. – Culian zarafat etdi. – Deyirəm ki, bu, otuz 
gündən də az olar, çünki həyat spontandır.

Spontan?

Bəli. Əgər qarşına məqsəd qoysan ki, həyatını mütləq dəyişəcəksən, bu halda həyat bir 
gözqırpımında
keçir.

Bəs niyə otuz gündən çox?

Söz verirəm ki, bu vasitə və strategiyanı təcrübədən keçirməklə sən bir ay içində 
nəzərəçarpan dəyişiklik hiss edəcəksən. Həyatının bütün sahəsində daha çox enerjin, 
az narahatlığın, çox kreativliyin, az stresin olacaq. Müdriklərin metodu “tələsik” metod 
deyil. Onların qanunları hər gün, bütün həyatın boyu tətbiq ediləcək qanunlardır. Əgər 
onları həyatına tətbiq etməyi dayandırsan, görəcəksən ki, tədricən köhnə həyatına 
tərəf geriləyirsən.
Culian mənə Nurlu Yaşamağın On Ayinini izah edəndən sonra fasilə verdi:

Görürəm ki, sən məni getməyə qoymayacaqsan. Bütün gecəni səninlə bildiklərimi 
paylaşarkən məqsədim heç də səni yuxusuz qoymaq deyildi. Məncə, daha dərinə 
getmək üçün yaxşı vaxtdır.

Nə demək istəyirsən? Bu gecə eşitdiklərim çox mənalı idi, – təəccüblə dedim.

Sənə izah etdiklərim sənin məqsədinə gedən yolda bələdçin olacaq. Amma Sivana 
Müdriklərinin başqa fəlsəfəsi də var. Bu vaxtacan sənə dediklərimin hamısı təcrübədən 
keçib. Amma bilməlisən ki, dediyim bu qaydaların altı ilə bir mənəvi çay da axır. Əgər 


nə dediyimi başa düşmürsənsə, narahat olma. Sadəcə, dediyimi qəbul et, bir az 
“çeynə”, sonra həzm edərsən.
Tələbə hazır olanda müəllim peyda olacaq, eləmi?

Bəli, onu da deyim ki, sən deyiləni tez qavrayırsan, – bu dəfə gülümsəyirdi.

Ok. İndisə mənəvi materiala nəzər salaq, – enerjili halda dedim. Xəbərim yoxdu ki, 
gecə saat üçün yarısıdır.

Sənin içində də günəş, ay, səma, möcüzələr yatır. Sadaladıqlarımı yaradan qüvvədir 
səni də yaradan. Ətrafında olan hər şey eyni mənbədən gəlib.

Səni yaxşı anlamıram.

Yer üzündəki hər bir varlıq, hər bir obyektin qəlbi var. Bütün qəlblər bir yerə axıb 
tökülür – Kainatın Qəlbinə. Görürsənmi, Con, sən öz beynini və ruhunu yemlədikcə 
həm də Kainatın Qəlbini “yemləyirsən”. Özünü inkişaf etdirdikcə ətrafında olanları da 
inkişaf etdirirsən. Xəyallarını həyata keçirmək üçün inamlı olanda kainatın da gücünü 
artırırsan. Sənə dediyim kimi, həyat sənə istədiyini verir. Həyat həmişə sənə qulaq asır.

Deməli, özümə sahib olmaqla, kaizen həm də başqalarına kömək etməyə imkan 
verəcək?

Buna bənzər bir şey. Sən beynini zənginləşdirdikcə, bədənini və ruhunu 
“qidalandırdıqca” onda nə dediyim sənə aydın olacaq.

Culian, bilirəm ki, sən mənim inkişafımı istəyirsən. Amma özünə sahib olmaq 215 fut 
çəkisi olan, vaxtının çoxunu şəxsi inkişafından daha çox müştərilərinin sayını artırmağa 
sərf edən bir adam üçün çox yüksək səviyyə deyilmi? Bəs əgər uğursuzluğa düçar 
olsam, onda necə?

Uğursuzluq – nəyisə etməyə cəsarəti olmamaq deyil. İnsanların çoxunda onlarla 
arzuları arasında yeganə bir şey var – uğursuzluq qorxusu. Uğursuzluq bizi sınaqdan 
keçirir, inkişafa yol açır. O bizə dərs verir. Maariflənmə yolunda bizə bələdçi olur. Şərq 
müdrikləri deyir ki, öküzün gözünə dəyən bir ox yüzlərlə dəyməyən oxun nəticəsidir. 
Təbiətin böyük qanunlarından biri itkilərdən yararlanmaqdır. Heç vaxt uğursuzluqdan 
qorxma. Uğursuzluq sənin dostundur.

Bəlkə uğursuzluğu qucaqlayım? – inamsızcasına soruşdum.

Kainat qoçaqları xoşlayır. Əgər sən həyatını yüksək səviyyəyə qaldırmağa qəti qərar 
versən qəlbinin gücü sənə bələdçi olacaq. Yoq Raman inanırdı ki, hər bir kəs doğulanda 
onun tale yolu da doğulur. Bu cığır möcüzəli xəzinə ilə dolu olan sehrli yerə aparır. Bu 



yolla getmək üçün hər bir fərd özünü inkişaf etdirməlidir. Yoq Ramanın mənə dediyi bir 
hekayəni də sənə söyləmək istəyirəm.
Bir dəfə qədim Hindistanda bir bədheybət nəhəng dənizə baxan gözəl bir qəsrə sahib 
olubmuş. Nəhəng neçə illər müharibəyə getdiyinə görə yaxınlıqdakı kəndin uşaqları 
onun gözəl bağına girib orda sevinclə oynayırlar. Bir gün nəhəng geri qayıdır və bütün o 
balaca uşaqları bağdan qovur. Bir də bura qayıtmayın! – o, palıddan düzəldilmiş nəhəng 
darvazasının qapısını onların üzünə örtüb deyir. Bundan sonra uşaqların bağa girməməsi 
üçün bağın ətrafına mərmərdən divar ucaldır.
Hindistanın şimalına xas olan soyuq qış gəlir. Nəhəng ümid edir ki, tezliklə isti yaz 
gələcək. Qəsrin aşağısındakı kəndə yaz gəlir, amma qışın buzlu caynaqları bağı tərk 
etmək istəmir. Bir gün, nəhayət ki, nəhəng yazın ətrini pəncərədən duyur və günəşi 
görür. “Axır ki, yaz gəlib”, – o qışqırır və bağına tərəf qaçır. Amma nəhəng gördüyü 
mənzərədən təəccüb içində qalır. Kəndin uşaqları necə olubsa bağın divarlarından 
dırmaşıb içəri girə bilib. Onlar bağda oynayırdılar. Uşaqların gəlişini görən bağ özünün qış 
donunu çıxarıb ətirli yaz donunu geyinmışdı. Bir nəfərdən başqa bütün uşaqlar bağda 
oynayır, gülüşürdü. Bir kənardan baxan nəhəng görür ki, bu balaca oğlan o biri 
uşaqlardan boyca balacadır. Bağın hündür divarlarına dırmaşa bilmədiyinə görə o uşağın 
gözlərindən yaş axır. Nəhəngin bu uşağa yazığı gəlir, həyatında ilk dəfə olaraq o özünə 
nifrət edir. “Bu uşağa kömək edəcəm”, – nəhəng öz-özünə deyir və uşağa tərəf qaçır. O 
biri uşaqlar onlara tərəf gələn nəhəngi görüb divardan tullanıb qaçırlar. Qorxurlar ki, 
nəhəng onları döyər. Amma balaca oğlan durduğu yerdəcə qalır.
“Mən o nəhəngi öldürəcəm. Oyun meydançamızı müdafiə edəcəm”, – uşaq kəkələyib 
deyir.
Nəhəng uşağa yaxınlaşıb onu qucaqlayır:

Mən sənin dostunam. Gəlmişəm ki, sənə kömək edim, sən də divarın o üzündəki bağda 
oynayasan. Bu bağ indi sənin bağın olacaq.
Uşaqlar arasında qəhrəman olan bu balaca oğlan xoşbəxtlikdən sevinir, həmişə boynuna 
taxdığı boyunbağını nəhəngə verib deyir:

Bu mənim talismanımdır. İstəyirəm ki, o sənin olsun.
Həmin gündən etibarən uşaqlar bağa gəlib orda oynayırlar. Amma nəhəngin sevdiyi o 
balaca oğlan oralarda görünmür. Zaman gəlib keçir. Nəhəng xəstələnir, zəifləyir. Uşaqlar 
yenə də bağa gəlib oynayırlar, amma nəhəngin gücü olmur ki, onlara yoldaşlıq etsin. 
Həmin vaxtlarda nəhəng yalnız o balaca oğlanı düşünür.


Bir gün şaxtalı qışın ortalarında nəhəng pəncərədən baxır, həqiqətən də valehedici bir 
mənzərə görür. Bağın çox hissəsinin qarla örtülməsinə baxmayaraq bir küncdə üstündə 
rəngbərəng güllər olan qızılgül kolu görür. Qızılgül kolunun yanında da nəhəngin ən çox 
sevdiyi o balaca oğlan dayanıb. Oğlan şirin-şirin gülümsəyirmiş. Nəhəng sevincindən 
oynayır, uşağı qucaqlamaq üçün çölə qaçır. “Bu illər ərzində haradaydın, dost? Səninçün


burnumun ucu göynəyirdi”, – nəhəng deyir.
Oğlan cavab verərkən çox fikirli olur, deyir: “Neçə illər əvvəl sən məni hündür divardan 
qaldırıb gözəl bağına apardın. İndi isə mən gəlmişəm ki, səni qaldırıb öz bağıma aparım”.
Həmin günün səhərisi uşaqlar nəhəngə baş çəkməyə gələndə onu cansız halda torpağın 
üstündə gördülər. Başdan-ayağa milyonlarla qızılgüllə örtülmüşdü.
– Con, sən də o uşaq kimi qoçaq ol. Arzularının ardınca get. Onlar səni taleyinə 
qovuşduracaq. Taleyinin ardınca get, o səni kainatın möcüzələrinə tərəf aparacaq. 
Həmişə kainatın möcüzələrinin ardınca get. Onlar da səni qızılgüllərlə dolu bir bağa 
aparacaq.
Culiana baxdım, istədim ona deyim ki, danışdığı hekayə mənə çox təsir edib. Gördüyüm 
mənzərə məni heyrətə gətirdi. Qaya kimi möhkəm, həyatının çox hissəsini varlı, məşhur 
adamları müdafiə etməyə sərf etmiş vəkil ağlayırdı...
Doqquzuncu fəsil
ONUNCU FƏSİL
İntizamın Gücü
Əlbəttə, mən bu gün öz taleyimin ağasıyam, çünki bizə həvalə edilən tapşırıq bizim 
gücümüz xaricində deyil, yəni mən hər bir çətin işə dözə bilərəm. İnamımız olarsa 
məğlubedilməz iradəmiz qalib gələcək, qələbə bizi inkar etməyəcək. Uinston 
Çörçill
Culian Yoq Ramanın ona danışdığı təmsili mənimlə paylaşdığı hikmətin təməl daşı kimi 
istifadə etməkdə davam etdi. Artıq öyrənmişdim ki, təmsildəki bağ güc və potensial 
“anbarı” olan beynimizin simvoludur. Təmsildəki mayak isə həyatda məqsədi müəyyən 


etməyin göstəricisidir. Doqquz fut boyu, doqquz yüz funt çəkisi olan Yapon sumo 
pəhləvanının nümunəsində sonsuz yaşı olan kaizen təlimini, özünə sahibliyin gətirdiyi 
xeyirləri öyrəndim. Heç bilmirdim ki, ən yaxşısı hələ qabaqdadır.

Yadına sal ki, bizim dostumuz pəhləvan tamamilə çılpaq idi, – Culian dedi.

Yalnız bədəninin bəzi yerlərini çəhrayı kabellə örtmüşdü, – əlavə etdim.

Düzdür, – Culian məni alqışladı və sözünə davam etdi:

Bu çəhrayı kabel daha zəngin, daha xoşbəxt və daha maariflənmiş həyat qurmaq 
yolunda sənə özünənəzarət, təmkin və intizamın gücünü xatırlatmağa xidmət edəcək. 
Sivanadakı müəllimlərim bu vaxtacan rastlaşdığım ən sağlam, ən məmnun, ən sakit 
adamlar idi. Həm də onlar çox intizamlı idi. Bu müdriklər mənə öyrətdilər ki, 
özünənəzarət həmin təmsildəki kabel kimidir. Heç kabelin nə olmasını öyrənməyə 
vaxtın olub?

Bu, mənim yüksək hesab etdiyim prioritetlər siyahısında olmayıb, – gülümsəyib etiraf 
etdim.

Elə isə, gəl buna azacıq vaxt ayıraq. Kabel nazık, xırda məftillərin bir yerdə cəm 
olmasıdır. Təklikdə onların heç bir gücü yoxdur, zəifdir. Amma onların bir yerdə cəmi 
dəmirdən də möhkəmdir. Özünənəzarət və iradə də bu kabelə bənzəyir, dəmir iradə 
yaratmaq üçün şəxsi nizam-intizamda kabeldəki məftillər kimi xırda hərəkətlər 
etməkdir. Bu xırda hərəkətlər ardıcıl olaraq təkrar edildikdə, nəhayət, daxili güc 
yaradır. Məncə, qədim Afrika atalar sözü bunu daha yaxşı ifadə edir: “Hörümçək torları 
birləşsələr, hətta şiri də tutarlar”. Sən öz iradəni azad edəndə şəxsi dünyanın ağası 
olursan. Qədim özünü idarə sənətini məşq edəndə qarşına çıxan maneələrə üstün gələ 
biləcəksən.
Özünənəzarət səni zehni ehtiyatlarla təmin edir. Bu da həyatın kələ-kötür döngələrində 
səni güclü edir.
Həm də səni xəbərdar edirəm ki, iradənin olmaması ruhi xəstəlikdir. – Culian belə deyib 
məni təəccübləndirdi və davam etdi:

Əgər sən iradə çatışmamazlığından əziyyət çəkirsənsə tezliklə buna son qoymağa çalış. 
İradə bolluğu və intizam güclü xarakter sahiblərinin əsas atributlarıdır. İradə sənə 
imkan verir ki, soyuq qış günündə səhər tezdən rahat çarpayıda yatmaq əvəzinə söz 
verdiyini edəsən, nə vaxt etməyə söz vermisənsə o vaxtda da edəsən. Səni saat beşdə 
yuxudan durmağa, meşədə gəzməklə ruhunu “qidalandırmağa” qüvvə verən də 
iradədir. Hansısa nadan səni təhqir edəndə, kimləsə razılaşmayanda dilini saxlamağa 
səni vadar edən də iradədir. Səni arzularını reallaşdırmağa doğru itələyən də iradədir.



Doğrudan, bu elə vacibdir?

Əlbəttə, dost! Bu özünə sağlam, zəngin həyat quran hər kəsin mühüm əxlaq
qaydasıdır.
Culian əlini xalatının cibinə salıb ordan parlayan bir gümüş medalyon çıxartdı. Belə 
birisini yalnız Qədim Misirdə muzey sərgilərində görmək olardı.

Culian, əvvəllər səndə belə şey yoxdu, – zarafat etdim.

Bu medalyonu mənə Sivana Müdrikləri onlarla keçirdiyim son gecədə hədiyyə ediblər. 
O gecə kamil bir həyat yaşayan müdriklər arasında keçirdiyim ən xoşbəxt, ən şən gecə 
idi. Həm də o gecə həyatımın ən qəmli gecəsi idi. Sivananı tərk etmək istəmirdim. Ora 
mənim pənahgahım idi. Dünyada olan ən yaxşı yer idi. Orda qaldığım müddətdə 
müdriklər mənə mənəvi bacı və qardaş olmuşdular. Həmin axşam sanki özümün bir 
hissəmi Himalayda qoyub gəlmişəm. – Culian belə deyərkən səsində kədər hiss 
olunurdu.

Bu medalyonun üstündə hansı sözlər həkk olunub?

Budur, indi bu sözləri oxuyacam sənə. Bu sözləri heç vaxt unutma, Con! Həqiqətən də, 
bu sözlər həyat döngələrində mənə çox kömək edib. Dua edirəm ki, bu sözlər çətinliyə 
düşəndə sənə də rahatlıq gətirsin. Medalyonda aşağıdakı sözlər yazılıb:
“Polad nizam-intizamla sən cəsarət və sakitliklə zəngin xarakterini kəşf edəcəksən. 
İradən vasitəsilə sən həyatın ən yüksək, ən ideal zirvəsinə qalxıb, həyatda yaxşı olan hər 
şeylə təmin olunmuş ən gözəl “villa”da yaşaya bilərsən. Bunlar olmadan sən dənizdə 
kompası olmayan, gec-tez gəmisi qayalıqlara dəyib batan dənizçiyə bənzəyirsən”.

Düzünü desəm, heç vaxt özünənəzarətin belə vacib olduğunu düşünməmişəm. Halbuki 
vaxt olub ki, daha çox nizam-intizamlı olmağı arzu etmişəm, – dedim və etiraf edib 
soruşdum:

Doğrudanmı yeniyetmə oğlum idman zalında əzələsini möhkəmləndirdiyi kimi mən də 
nizam-intizamı möhkəmləndirə bilərəm?

Çəkdiyin misal da yaxşıdır. Sən öz hərəkətlərini oğlun idman zalında əzələsini 
möhkəmləndirdiyi kimi edə bilərsən. Nizam-intizamın az olmasına baxmayaraq qısa 
müddətdə normal hala düşəcək. Mahatma Qandi buna nümunədir. İnsanlar bu mömin 
haqda düşünəndə onu məqsədi naminə həftələrlə ac qalan bir insan kimi xatırlayırlar. 
Əgər sən Mahatma Qandinin həyatı haqda oxusan, görərsən ki, o həmişə özünə 
nəzarət edən birisi olmayıb.



Yəqin ki, onun gecə-gündüz şokolad yediyini deməyəcəksən, eləmi?

Əlbəttə, yox. Gənc vaxtı Afrikada vəkil işləyəndə həyat tərzi ona çox yad olub, sonralar 
həmişə istifadə etdiyi ağ bel bağı kimi oranın nizam-intizamı da ona yad idi.

Demək istəyirsən ki, çoxlu məşq etməklə mən də Mahatma Qandi kimi iradəli ola 
bilərəm?

Hər kəs fərqlidir. Yoq Ramanın mənə öyrətdiyi ən vacib qanun odur ki, heç vaxt 
başqaları kimi olmağa cəhd etmə. O insanlar özlərinin əvvəlki formasından üstün 
olmağa çalışırlar. Onların yolu ilə getmə. Öz yolunla irəlilə.
Sən özünə nəzarət edəndə bir vaxtlar arzuladıqlarını reallaşdırmağa çalışacaqsan.
Bu səninçün vəkillik peşəndən əl çəkib rəssamlıqla məşğul olmaq üçün iradəni 
toplamaqdır. Arzu etdiyin, xəyal etdiyin hər bir şey sənin ruhunun yatan zənginliyidir. 
Mən sənə nə etməyi hökm etmirəm. Sadəcə onu demək istəyirəm ki, iradənin yatan 
ehtiyatlarını oyadıb, onları “bəsləməklə” arzularına çata bilərsən.
Özünənəzarət, nizam-intizam sənin həyatına azadlıq gətirəcək. Bu da həyatını dəyişəcək. 
– Nəyi demək istəyirsən?

Çox adamların azadlığı var, hara istəsələr gedir, nə istəsələr edirlər. Amma həm də çox 
adam öz impulslarının quludur, profilaktik olmaqdansa daha da reaktiv olublar. Onlar 
özlərini qayalıqlara tərəf qovan dəniz köpüyü kimi hiss edirlər, axın onları hansı 
istiqamətə aparsa ora da gedirlər. Əgər onlar ailələri ilə birlikdə istirahət etdikləri vaxt 
işdən kimsə zəng edib onları çağırsa, tez istirahəti atıb işə qaçırlar, düşünmürlər ki, 
hansı vacibdir, hansı addım onları daha firavan edə bilər, hansı onların məqsədi 
yolunda uğurlu ola bilər. Sonralar öz həyatımda da müşahidə aparmaqla əmin oldum 
ki, həm Qərbdə, həm də Şərqdə bu cür adamların sərbəstliyi var, amma azadlıqları 
yoxdur. Onlarda daha mənalı, daha maariflənmiş həyatın açarı yoxdur.
Mən Culianla razılaşmaya bilməzdim. Düzdür, bəzi şeylərdən gileylənə bilərdim. Ailəm 
var, rahat evim və işim var, amma səmimi deyim ki, azadlığım yoxdur. Həmişə 
tələsmişəm, qaçaqaçda olmuşam. Heç vaxt Cenni ilə vaxt keçirməyə rahat vaxt 
tapmamışam, ya da öz gələcəyim haqda düşünməmişəm. Bu haqda daha çox 
düşündükcə daha çox dərk etdim ki, cavanlıqda daddığım azadlıq nektarını sonralar 
dadmamışam. Həmişə kimsə mənə nəyi etməli olduğumu deyibsə onu da etmişəm.

İradəmi möhkəmlətmək mənə azadlıq bəxş edəcək?



Azadlıq ev kimidir. Sən onu kərpic-kərpic hörürsən. Qoyduğun ilk kərpic iradədir. Bu 
keyfiyyət hər hansı anda nəyi düzgün etdiyinə səni ruhlandırır. Bu sənə cəsarətlə 
hərəkət etmək üçün iradə verir, həyatına nəzarət etməyə qüvvə verir.
Culian həm də nizam-intizamın köməkliyi ilə nələrə nail olmağın xeyrindən danışdı:

İstəyirsən inan, ya inanma, nizam-intizamını möhkəmləndirməklə sən beynində 
narahatlıq vərdişini yox edib, özünü sağlam, daha enerjili saxlaya bilərsən. Görürsənmi, 
Con, özünənəzarət beyinə nəzarətdən başqa heç nə deyil. İradə zehni qüvvənin 
kralıdır. Beyninə sahib olanda həm də həyatına sahib olursan. Beyinə sahiblik 
düşündüyün hər fikrə nəzarət etməkdən başlayır. Nə vaxt ki, neqativ, zəif fikirlər 
düşünməyə son qoyub fikrini pozitiv və yaxşı fikirlərə yönəldəcəksən, o halda pozitiv və 
yaxşı hərəkətlər edə biləcəksən. Sonra isə yalnız pozitiv şeylər fikrini cəlb edəcək.
Bir misal deyim. Gəl belə deyək ki, şəxsi inkişafın üçün məqsədin saat altı tamamda 
yuxudan oyanmaq, yaxınlıqdakı parkda qaçmaqdır. Təsəvvür edək ki, qışın ortasında 
zəngli saat səni dərin, şirin yuxudan oyadır. İlk impulsun saatın düyməsini basıb təzədən 
yatağa uzanmaqdır. Deyirsən ki, növbəti gün istədiyini edərsən. Bu hal o vaxta qədər 
davam edir ki, sən tam qərar verirsən ki, özünü dəyişmək üçün çox qocasan, məqsədin 
də sənə fantastik görünür.

Sən məni məndən yaxşı tanıyırsanmış ki, – səmimi şəkildə dedim.

İndi isə gəl alternativ ssenari təsəvvür edək. Qışın orta ayıdır. Saat zəng çalır, sənsə 
hələ yataqda durub fikirləşirsən. Vərdişlərinin qulu olmaq əvəzinə sən daha güclü 
fikirlər düşünürsən. Beyninin ekranına fiziki baxımdan daha güclü obrazını gətirirsən. 
Kolleqalarının dediyi komplimentləri eşidirsən sanki. Tam dərk edirsən ki, beyninin 
ekranında görünən o obraz kimi olmaq üçün daha çox enerji və müntəzəm məşq 
lazımdır. Bundan sonra işdən gələndən sonra televizor önünə keçib gecəyarısınadək 
onu izləməyi tərgitməyə qərar verirsən. Çünki gec yatanda tez dura bilmirsən. Belə 
edəndə həyatın mənalı, özünsə sağlam olursan.

Gəl belə deyək, bunu edirəm, amma gedib qaçmaqdansa yatmağa gedirəm.

Bu, ilk bir neçə gün ərzində ola bilər. Çətin olacaq, öz köhnə vərdişinə qayıtmaq 
istəyəcəksən. Yoq Raman əsrlərin sınağından keçmiş daha bir qanuna inanırdı: 
pozitivlik həmişə neqativliyə üstün gəlir. Deməli, əgər sən zəif cəhətlərinə qarşı 
müharibə elan etsən, beyin adlı sarayına illər öncə sürünüb girmiş bu zəiflik 
çağırılmamış qonaq kimi beynini tərk edəcək.

Demək istəyirsən ki, sözlər də fiziki varlıqdır?



Bəli. Onlar tamamilə sənin nəzarətin altındadır. Məncə, neqativ şeyi düşünməkdənsə 
pozitivi düşünmək daha asandır.

Bəs elə isə niyə dünyada çox adam fikrini neqativ məlumata yönəldib?

Çünki bu adamlar özünənəzarəti bilmir, nizamlı düşünməkdən xəbərsizdir. Söhbət 
etdiyim çox adamın heç xəbəri yoxdur ki, gün ərzində günün istənilən dəqiqəsinin 
istənilən saniyəsində düşündükləri hər fikrə nəzarət etmək gücü var. Onlar inanır ki, 
fikirlər özləri baş verir. Heç ağıllarına da gəlmir ki, əgər onlar fikirlərini kontrol 
etməsələr fikirlər onları idarə edəcək. Sən iradənin hesabına fikrini yalnız pozitiv 
olanlara yönəldəndə, pis şeylər fikirləşməkdən imtina edəndə söz verirəm ki, onlar 
quruyub aradan çıxacaqlar.

Deməli, əgər mən erkən yuxudan durmaq, az yemək, çox oxumaq, az narahat olmaq və 
səbirli olmaq üçün daxili gücümün olmağını istəyirəmsə, ilk növbədə, fikirlərimi 
təmizləməliyəm, eləmi?

Bəli. Sən fikirlərinə nəzarət etməklə beyninə nəzarət etmiş olursan. Beyninə nəzarət 
edəndə isə həyatına nəzarət edirsən. Nə vaxt ki, həyatını idarə etməyi bacardın, onda 
taleyinin ağası olursan.
Mən də bunu eşitmək istəyirdim. Bu gecəki qəribə, amma məni ruhlandıran söhbətdən 
sonra skeptik vəkildən yoqaya inanan bir şəxsə çevrilsəm də istəyirdim ki, eşitdiklərimi 
Cenni də eşitsin. İllər sonra sanki gözlərim açılmışdı. Düzünü desəm, istədim ki, 
oğlanlarım da bu söhbəti eşitsin. Həmişə daha yaxşı ər, daha yaxşı ata olmağı arzu 
etmişəm, amma daim işlə məşğul olduğumdan buna vaxt ayırmamışam. Bəlkə də bu da 
zəifliyin bir əlaməti idi, özümə nəzarətin çatışmazlığı idi. Meşədəki ağacları görə 
bilməmək kimi bir acizlik. Həyat isə fasilə vermədən keçib gedir. Sanki dünən idi hüquq 
fakültəsinin enerji, arzu dolu tələbəsi olduğum vaxtlar. Siyasi lider, ya da Ali 
Məhkəmənin sədri olmağı xəyal edirdim. Hətta Culian hərdən zarafatla deyərdi ki, 
“özündənmüştəbehlik adamı öldürür”. Bu barədə düşündükcə başa düşdüm ki, aclıq 
hissimi itirmişəm. Yox, bu daha böyük, ya da daha bahalı maşına olan aclıq hissi deyildi. 
Bu, daha dərin bir aclıq idi. Həyatı daha mənalı, daha şən, daha məmnun yaşamağa olan 
aclıq.
Culian danışdığı anda xəyallara qərq oldum. Onu dinləyə-dinləyə özümü əlli, sonra isə 
altmış yaşlı kişi kimi göz önünə gətirdim. Bəyəm onda da mən bu işimə yapışıb qalacam, 
həyatımın o çağında da eyni şeylər üçün mübarizə edəcəm? Bu məni qorxutdu. Məncə, 
lap elə həmin dəqiqə, o isti iyul gecəsində Culianla qonaq otağımda üzbəüz oturduğum 
anlarda mən dəyişdim. Yaponlar bunu “satori” adlandırır, mənası “anında oyanma”dır. 


Mən də o anda hiss etdim ki, dəyişirəm. Həyatımı indi olduğundan daha mənalı etməyə 
qərar verdim. Bu, əsl reallığı daddığım ilk anlar idi.

Sənə iradəni gücləndirmək üçün formula verəcəm. Tətbiq etmək üçün lazımi vasitəsi 
olmayan hikmət heç hikmət deyil. Hər gün işə gedərkən istərdim ki, bir neçə sözü 
təkrar edəsən.
O hələ də daxilimdə gedən dəyişmədən xəbərsiz idi.

Dediyin o mantradan danışırsan?

Elədir ki, var. Bu mantra min illər boyunca mövcud olub, amma bunu yalnız bir dəstə 
Sivana Müdrikləri bilirmiş. Yoq Raman dedi ki, mantranı təkrar etməklə özümə nəzarəti 
inkişaf etdirib, ipə-sapa yatmayan iradəmi qısa müddətdə cilovlaya bilərəm. Unutma, 
sözlərin çox böyük təsir gücü var. Sözlər gücün şifahi formasıdır. Beynini ümidverici 
sözlərlə doldurmaqla sən ümidli olursan. Beynini cəsarətli fikirlərlə doldurmaqla 
cəsarətli olursan. Bir sözlə, sözlər qüvvədir.

Ok. Bütün fikrim səndədir.

Deyəcəyim mantranı gündə ən azı otuz dəfə öz-özünə təkrar et: “Mən 
göründüyümdən də güclüyəm. Dünyanın bütün güc və qüvvəsi içimdədir”.
Bu sənin həyatını kökündən dəyişən bir manifest olacaq. Daha tez nəticə əldə etmək 
üçün bu mantranı deyərkən əksetdirmə üsulundan da istifadə et. Məsələn, bir sakit yerə 
get. Fikrini yayınmağa imkan vermə. Bədənini sakit saxla, sonra mantranı bərkdən söylə, 
dəfələrlə, dəfələrlə söylə. Sən belə edəndə özünü görmək istədiyin kimi təsəvvür et – 
bədəninə, ruhuna, beyninə nəzarət edə bilən güclü şəxs kimi. Özünü Mahatma Qandi, ya 
Tereza Ananın yerində gör. Həyatında nəzərəçarpan dəyişiklik hiss edəcəksən.

Elə bu? İradəmin bütün ehtiyatlarını bu sadə formula ilə kəşf edə bilərəm? – bu 
formulanın sadəliyindən heyrətlənib sual verdim.

Bu üsul Şərqin müdrikləri tərəfindən dəfələrlə sınaqdan keçirilib. Bu gün də bu üsulun 
mövcud olmasının yeganə səbəbi onun bu günümüzdə də yararlı olmasıdır. Həmişə 
olduğu kimi, nəticələrə görə mühakimə et. Əgər maraqlansan çoxlu başqa üsullar da 
var. Bu yolla sən iradəni kəşf edib daxili nizam-intizamını inkişaf etdirə bilərsən. Amma 
onu da deyim ki, bu üsulların bəzisi sənə qəribə görünə bilər.

Ey, Culian, dediklərin məni heyran edib. İndi də davam et, dayanma.



Ok. Xoşlamadığın hərəkəti etməkdən başla. Tutaq ki, səhərlər yatağını sahmana 
salmırsansa çalış bunu edəsən, ya da işə maşınla yox, piyada get. Bu sənə sadə görünə 
bilər. Amma getdikcə sən impulsların qulu olmaqdan canını qurtaracaqsan.

Onu işlədim, ya da itirim?

Təbii. İradəni və daxili gücünü qurmaq üçün ondan istifadə et. Nizam-intizam adlı 
rüşeymi nə qədər çox “yemləsən”, qulluq etsən, bir o qədər tez inkişaf edər. 
Deyəcəyim ikinci üsul Yoq Ramanın ən sevimli üsuludur. O bəzən bütöv gün ərzində 
danışmadan dayana bilirdi. Yalnız birbaşa suallara cavab verərdi.

Sanki sakit qalmağa and içib.

Con, buna bənzər bir şeydir. Bu üsulu məşhur edən Tibet rahibləri inanırdılar ki, bir 
müddət dilini saxlaya bilmək nizam-intizamın inkişafına təsir edir.

Necə?

Əsasən, gün ərzində sakit danışmaqdan imtina etməklə sən öz iradəni ona əmr verərək 
kontrol edirsən. Hər dəfə danışmaq istəyəndə bu impulsu sakitləşdirirsən. Görürsən, 
iradənin öz beyni yoxdur. O sənin ona tapşırıq verməyini gözləyir, sonra istədiyin 
hərəkəti “mahmızlayır”. Sən ona nə qədər çox nəzarət etsən, bir o qədər də güclü 
olacaq. Problem ondadır ki, çox adam öz iradələrini işlətmirlər.

Bəs niyə belə?

Güman ki, çox adam iradəsinin olmadığına inanır. Onlar bu zəiflik üçün özlərindən 
başqa, hər kəsi və hər şeyi günahlandırırlar. Özlərindən tez çıxan adamlar belə deyir: 
“Özümü saxlaya bilmirəm, atam da belə olub”. Yaxud hər xırda şeyə görə narahat 
olanlar deyir: “Bu mənim günahım deyil, işim streslidir”. Çox yatanlar deyir: “Nə edə 
bilərəm ki? Bədənim hər gecə on saatlıq yuxu tələb edir”.
Belə adamlar hər kəsin içində olan daxili potensialdan xəbərsiz olanlardır. Təbiətin 
qanunlarını biləndə necə olmaq istəyirsənsə ola bilmək imkanının olduğunu dərk 
edəcəksən. Sənin istədiyin kimi olmaq gücün var. Keçmişinin əsiri olub qalma. Bil ki, 
iradənin ağası ola bilərsən.

Bir az ağır səslənir.

Həqiqətən də, bu çox praktik bir konsepsiyadır. Təsəvvür et ki, daxilində axan iradəni 
ikiqat, üçqat artırmısan. Bu halda arzu etdiklərinin ardınca get. Narahatlıq vərdişini 
beynində yox et. İradənə qulaq asmaqla daxilindəki enerjini təzədən alovlandır.

Sonda demək istəyirsən ki, iradəmi müntəzəm işlədim, eləmi?



Bəli. Düz olduğuna inandığın hərəkəti et. Pis vərdişlərinə qarşı vuruşa başla. Özünü irəli 
itələ. Onda gör bir neçə həftə sonra nələr baş verir.

Mantra kömək edər?

Bəli. Sənə verdiyim mantranı təkrar etməklə görəcəksən ki, ümid etdiyin kimi olmusan. 
Sən nizamlı, əsası olan həyat quranda arzuların da reallaşacaq. Əlbəttə, öz dünyanı bir 
gündə dəyişə bilməzsən. Balacadan başla. Min kilometrlərlə uzaq məsafəyə səyahət ilk 
addımdan başlayır. Hətta səhər tezdən durmaqla da özünə nəzarəti gücləndirə 
bilərsən. Hər şey yavaş-yavaş əldə edilir.

Yaxşı anlamıram.

Balaca qələbələr böyük qələbələrə yol açır. Böyük qələbələrini balaca qələbələrin 
üstündə qurmalısan. Hər səhər tezdən durmaqla sən qazandığın uğurun sevincini 
yaşayacaqsan. Bu da səni daha çox uğur qazanmağa sövq edir. Xizək sürməyi 
xoşlayırsan?

Sevirəm xizək sürməyi. Tez-tez olmasa da hərdən Cenni ilə uşaqları götürüb dağlara 
gedirik.

Ok. Bir anlıq yadına sal. Təpənin başından aşağıya doğru sürüşəndə əvvəlcə yavaş 
sürüşürsən. Sonra isə sanki uçursan. Düzdür?

Düzdür. Mən sürəti çox sevirəm.

Bəs sənin sürətlə getməyinə nə mane olur?

Bədənimi görmürsən? – güldüm.

Hə, impuls. Bax, bu sözü axtarırdım. Nizam-intizamı qurmaqda impulslar gizli 
inqredientdir. Sənə dediyim kimi, əvvəlcə balaca qələbədən başla, fərqi yoxdur, ya 
səhər tezdən durmaq, ya hər axşam həyətdə gəzmək, ya da gecələr televizoru 
söndürmək, hansı olursa-olsun. Bu vaxt qazandığın balaca qələbələr impulslar yaradır. 
Bu da səni daha böyük qələbəyə ruhlandırır. Sonra elə hərəkət edirsən ki, heç vaxt 
ağlına da gəlməzdi onu edə bilərsən. Hə, Yoq Ramanın təmsilindəki sumo pəhləvanının 
bədəninin bəzi hissələrinə örtdüyü kabel həmişə sənə iradənin gücünü xatırladacaq.
Culian nizam-intizam mövzusunda söhbətini qurtaranda hiss etdim ki, günəşin ilk şüaları 
qaranlığı yana itələyərək otağıma girir. Elə bil balaca uşaq üstünə örtmək istəmədiyi 
yorğanı təpikləyir.


“Bugünkü gün möhtəşəm olacaq. Bundan sonrakı həyatımın ilk günü...”, – öz-özümə 
dedim.
Onuncu fəsil
ON BİRİNCİ FƏSİL
Sənin ən qiymətli malın
Yaxşı təşkil edilmiş vaxt yaxşı inkişaf etmiş beynin əlamətidir.
İsaak Pitman

Heç bilirsən həyatda ən gülməli nədir? – Culian soruşdu. Sonra mənə təmsili xatırlatdı:

Elə zaman gəlir ki, insanlar, həqiqətən də, nə istədiklərini müəyyən edirlər, amma bu 
vaxt artıq çox gec olur.
Belə bir deyim var: “Cavanlıq bilsəydi, qocalıq bacarsaydı”. Bu, həqiqətdir.

Yoxsa Yoq Ramanın təmsilindəki saniyəölçəndən danışırsan?

Elədir ki, var. Doqquz fut boyu, doqquz yüz funt çəkisi olan çılpaq Yapon sumo 
pəhləvanı kiminsə o gözəl bağda unutduğu saniyəölçənin üstündə sürüşüb yıxılır.

Bunu necə unuda bilərəm? – gülümsədim.
Elə həmin anda başa düşdüm ki, Yoq Ramanın mistik təmsili qədim fəlsəfənin 
elementlərini Culiana öyrətmək üçün “yaddaş mıxçasından” başqa heç nə deyil. Mən bu 
“kəşf”imi onunla paylaşdım.

Aha, vəkilin altıncı duyğusu. Tamamilə haqlısan. Müdrik müəllimimin metodları 
əvvəlcə mənə qəribə göründü. Amma onun danışdığı təmsildəki obrazları elə sənin 
kimi dərk etməyə çalışdım. Con, deməliyəm ki, təmsildəki yeddi elementin hamısı, 
başdan başlamış ta ki çılpaq sumo pəhləvanına qədər, mənim Sivanada öyrəndiyim 


hikməti xatırladan güclü vasitədir. Bağ məni fikirlərimi ruhlandırmağa yönəldirsə, 
mayak həyatın məqsədini yadıma salır, sumo pəhləvanı davamlı olaraq özünü kəşf 
etməyə istiqamətləndirir, kabel isə iradənin gücündən xəbərdar edir. Elə gün olmur ki, 
Yoq Ramanın danışdığı təmsil və onun öyrətdiyi qanunlar haqda fikirləşməyim.

Doğrudan da parlaq qızıl saniyəölçən nəyi simvolizə edir?

Bu, ən qiymətli malın – vaxtın simvoludur.

Bəs pozitiv fikirləşmə və məqsəd qoymaq?

Onlar vaxt olmadan heç nədir. Sivanada yaşadığım altı ay ərzində, o dağları özümə 
vətən hesab etdiyim vaxt oxumaqla məşğul olarkən qadın müdriklərdən biri mənim 
qızılgüllərlə örtülmüş komama daxil oldu. Onun adı Divea idi. O hədsiz gözəl idi, belinə 
çatan uzun, qara, parlaq saçları vardı. Şirin, mehriban səslə dedi ki, o bu dağlarda 
yaşayan müdriklərin içində ən cavanıdır. Yoq Ramanın tapşırığı ilə otağıma gəldiyini 
dedi.
Yoq Raman ona deyib ki, mən onun ən yaxşı tələbəsiyəm.

Bəlkə də keçmiş həyatında çəkdiyin əzabların nəticəsidir ki, sən bizim hikmətləri açıq 
ürəklə qucaqlayırsan, – Divea sözə başladı. – Cəmiyyətimizin ən cavanı olduğumdan 
Yoq Raman məndən xahiş etdi ki, bu hədiyyəni sənə mən təqdim edim. Bu, bizim 
hamımızın adındandır, uzaq yol gəlib bizim hikməti öyrənmək istədiyinə görə bizim 
sənə olan hörmətimizin əlamətidir. Fərq etməz, sən bizim adətləri qəbul edirsən, ya 
onlara lağ edirsən. Baxmayaraq ki, bir neçə həftədən sonra bizi tərk etməyə 
hazırlaşırsan, biz səni cəmiyyətimizin bir üzvü hesab edirik. Bu vaxtacan heç bir kənar 
adama sənə verəcəyim hədiyyə verilməyib.

Hədiyyə nə idi? – səbirsizliklə soruşdum.
Divea əllə tikilmiş pambıq çantasının içindən bir balaca bağlama çıxarıb mənə uzatdı. 
Xüsusi ətri olan kağıza bükülmüş bu bağlamada olan şeyi heç milyon il keçsə də görə 
bilmərəm. Bu, zərif şüşədən və səndəl ağacından hazırlanmış qum saatı idi. Divea mənə 
dedi ki, müdriklərin hər birinin belə bir qum saatı var.
“Baxmayaraq ki, bizim heç bir mal-mülkümüz yoxdur, sadə həyat sürürük, biz vaxta 
hörmət edirik. Bu balaca qum saatları gündəlik olaraq ölümü yadımıza salır, daha mənalı 
yaşamağın vacibliyini unutmamağı xatırladır”. – Divea dedi.

Himalay dağlarının təpəsində yaşayan bu rahiblər vaxtı bu dərəcədə qiymətləndirirlər?

Onların hər biri vaxtın qiymətini bilirdi. Onların hər biri mənim “vaxt şüuru” 
adlandırdığımı inkişaf etdirirdilər. Görürsən, öyrəndim ki, vaxt qum dənələri kimi 


barmaqlarımız arasından sürüşüb düşür. Hələ uşaqlıqdan vaxtdan müdrikcəsinə 
istifadə edənlər öz mənalı həyatlarını qururlar. Amma o adamlar ki, “vaxta sahib olmaq 
həyata sahib olmaqdır” prinsipindən xəbərsizdirlər, onlar heç vaxt insanın sonsuz 
potensialını dərk etməyəcəklər. Vaxt qiymətli sərvətdir. Texasda, ya Tokioda 
yaşamağımızdan asılı olmayaraq bizə sutkada iyirmi dörd saat verilib. Özlərinə daha 
mənalı həyat quranları başqalarından fərqləndirən onların vaxtdan səmərəli istifadə 
etməsidir.

Atam deyərdi ki, daha çox məşğul olan adamların vaxta qənaət etmək üçün vaxtları 
olur. Belə demək istəyirsən?

Səninlə razılaşıram. Məhsuldar, məşğul adamlar vaxtın qədrini daha çox bilir – daha 
yaxşı inkişaf etmək üçün belə də etməlidirlər. Əla vaxt meneceri olmaq o demək deyil 
ki, gecə-gündüz işləyəsən. Əksinə, vaxta sahib olmaqla sən sevdiyin işlərə daha çox 
vaxt sərf edirsən, səninçün daha mənalı olanlara daha çox vaxt ayırmaq imkanın olur. 
Vaxta sahib olmaq həyata sahib olmaq deməkdir. Vaxtına yaxşı bələdçilik et. Unutma, 
bu, bərpa edilməsi mümkün olmayan bir ehtiyatdır.
Gəl bir misal çəkim. Təsəvvür edək ki, bazar ertəsi səhəridir, görüşlərinin sayı aşıb-daşır, 
iclaslar, məhkəmədə görüşlər... Həmişəki kimi yuxudan saat yeddinin yarısında oyanır, 
bir qurtum çay içib işə tələsirsən, stress dolu gün keçirirsən. Əgər bir gün əvvəl sən on 
beş dəqiqə vaxt ayırıb vaxtını planlaşdırsan, ya da daha effektli olmaq üçün sakit bazar 
günü axşamında vaxtını planlaşdırmağa bir saat vaxt ayırsan, onda necə olar? Həftəlik 
planlaşdırmada müştərilərinlə nə vaxt görüşməyi müəyyən edirsən, telefon zənglərinə 
cavab verməyə nə qədər vaxt ayırırsan, ən vacibi, şəxsi, mənəvi, sosial inkişafın üçün 
ayırdığın vaxtı bilirsən? Bu sadə bir hərəkət həyatı taraz saxlamağın açarıdır. Belə 
etdikdə qiymətli vaxt itkisi olmur.

Yoxsa demək istəyirsən ki, gündəlik işimin ən qaynar vaxtında gedib parkda gəzim?

Əlbəttə, belə etmək olar. Baş açmıram, sən bu iclaslara, görüşlərə niyə belə çox 
bağlısan? Niyə sənə elə gəlir ki, başqaları necə edirsə sən də elə hərəkət etməlisən? Öz 
yolunla get. Niyə gününə bir saat tez durmaqla başlamırsan? Niyə səhərin sakitliyində 
işə piyada getmirsən? Niyə vaxtını elə bölmürsən ki, cümə günləri uşaqlarınla zooparka 
getməyə vaxtın qalsın? Niyə həftənin iki gününü evdə işləməyə start vermirsən ki, ailə 
üzvlərini daha çox görəsən? Dediklərimdə bir məqsədim var: Vaxtını planlaşdır, 
vaxtından daha yaradıcı istifadə et. Vaxtının çoxunu sənə prioritet olan məqsədlərə 
yönəlt. Həyatında ən mənalı olanlar az mənalı olanlara qurban verilməməlidir. Unutma 
ki, plan qurmamaq elə uğursuz olmağı planlaşdırmaqdır. Görüşlərinin vaxtını qeyd 
etməklə təkcə başqa şeylərə yox, həm də oxumağa, arvadına sevgi məktubu yazmağa 
vaxt tapırsan. Yadında saxla ki, işdənkənar saatların, zənginləşməyə sərf olunan vaxtın 


itirilmiş vaxt deyil. Belə etmək gün ərzində daha effektli işləməyinə kömək edir. 
Vaxtının çoxunu bağlı qapı arxasında keçirməyə son qoy. Evdə necə hərəkət etməyin 
işdə necə hərəkət etməyinə təsir edir. İşdə işçilərlə necə rəftar etməyinin evdə ailə 
üzvlərinlə, dostlarınla rəftarına təsiri var.

Culian, səninlə razılaşıram, amma başa düş, həqiqətən də günün ortasında istirahət 
etməyə vaxtım yoxdur. Belə olsa, işimin çoxusu axşama qalar. Gün ərzində cədvəlim 
aşıb-daşır.

Məşğul olmaq bəhanə deyil. Əsas məsələ budur: sən hansı işlərlə məşğulsan? 
Müdriklərdən öyrəndiyim bir qayda budur ki, həyatda qazandığın nəticələrin 80 faizi 
vaxtının 20 faizini ayırdığın işlərin nəticəsidir. Yoq Raman bu qaydanı “Qədim Qayda 
İyirmi” adlandırırdı.

Yaxşı başa düşmədim.

Ok. Gəl sənin məşğul olduğun bazar ertəsinə qayıdaq. Səhərdən axşamacan 
müştərilərlə telefonda söhbət edirsən, uşaqlarına yatarkən nağıl danışmağın, arvadınla 
şahmat oynamağın “layihə”sini hazırlayırsan.

Razılaşıram.

Amma vaxtının cəmi iyirmi faizini sənə davamlı, mənalı nəticələri ola biləcək şeylərə 
sərf edirsən. Etdiklərinin yalnız 20 faizi həyatının keyfiyyətinə təsir edəcək. Bunlar 
“yüksək təsirli” fəaliyyətlərdir. Məsələn, bu gündən başlayaraq on il müddətində 
vaxtını qeybət etməyə, siqaret tüstüsü ilə dolu otağında oturub televizora baxmağa 
sərf etməyi ömür hesab edirsən?

Əlbəttə ki, yox.

Düzdür. Amma razılaşarsan ki, elə fəaliyyət var ki, onlar üçün sərf etdiyin vaxtı itmiş 
hesab edə bilməzsən.

Sən hüquqi biliklərimi artırmaq, müştərilərimlə əlaqələrimi yaxşılaşdırmaq və daha 
yaxşı vəkil olmaq üçün sərf etdiyim vaxtı nəzərdə tutursan?

Bəli, həm də Cenni və oğlanlarınla münasibətləri daha da inkişaf etdirməyi də bura 
əlavə etmək olar. Təbiətlə ünsiyyətdə olmağa, malik olduğun hər şey üçün minnətdar 
olmağa, beynini, bədənini və ruhunu təzələməyə sərf etdiyin vaxtlar itirilmiş vaxt deyil. 
Elə yüksək təsirli fəaliyyətlər var ki, onlar layiq olduğun həyatı əldə etməyə yardımçı 
olur. Vaxtının çoxunu bu cür fəaliyyətə sərf et. Maariflənmiş adamlar öz prioritetlərinə 
tərəf gedənlərdir. Bu, vaxta sahib olmağın sirridir.



Heç də pis deyil! Bunların hamısını Yoq Raman öyrətdi sənə?

Con, mən həm də həyatın tələbəsi olmuşam. Əlbəttə, Yoq Raman çox yaxşı, mənə ruh 
verən bir müəllim idi, heç vaxt onu unutmaram. Amma mən ən çox müxtəlif 
təcrübələrimdən öyrənmişəm. İndi onların hamısı böyük bir tapmacanın hissələri kimi 
bir yerə toplanıb, mənə daha yaxşı həyatı göstərir. Ümid edərəm ki, sən mənim 
səhvlərimdən öyrənəcəksən. Bəzi adamlar başqalarının səhvindən öyrənirlər. Onlar 
müdrikdir. Bəziləri isə özlərinin şəxsi təcrübəsindən nəticə çıxarırlar. Bu cür adamlar 
həyatları boyu çətinlik və fəlakətlə qarşılaşırlar.
Bir vəkil kimi vaxtı idarə etməklə bağlı müxtəlif seminarda iştirak etmişəm. Amma 
Culianın dediyi vaxta sahib olma haqdakı fəlsəfəni heç yerdə eşitməmişdim. Vaxt 
idarəetmə bütöv bir sistemdir. Elə bir sistem ki, əgər düzgün tətbiq edilsə həyatımın 
bütün sahələrini taraz saxlaya bilər. Öyrəndim ki, günü planlaşdırmaqla həyatımın taraz 
vəziyyətdə olmasına əmin oluram. Bu halda mən təkcə daha məhsuldar olmayacam, 
həm də daha xoşbəxt olacam.

Hə, deməli, həyat donuz ətindəki piyə bənzəyir. Sən vaxtına sahib olmaq üçün əti 
piydən ayırmalısan, – dedim.

Çox yaxşı fikirdir. Bax, indi məni anlayırsan. Düzdür, mənim vegetarian “hissəm” tam 
başqa söz deyir, dediklərinlə razıyam. Sən vaxtının ən qiymətli enerjisini ətə 
yönəldəndə sənin piyə sərf etməyə vaxtın qalmır. Belə olanda sənin adi həyatın daha 
möcüzəli olur, maariflənmə qapıları üzünə açılır. Belə deyəndə başqa fikir yadıma 
düşdü. Başqalarının vaxtını oğurlamasına imkan vermə. Vaxt oğrularından uzaq ol. Bu 
o vaxt olur ki, uşaqların yatıb, sən də öz sevimli kreslona oturub haqqında çox eşitdiyin 
bir romanı oxumağa başlayanda zəng edirlər. Bu adamlar sən ofisdə nəfəsini dərib, 
fikirlərini bir yerə cəmləşdirmək üçün bir neçə dəqiqə boş vaxtın olanda sanki zənbillə 
göydən düşürlər. Bunlar sənə tanış gəlir?

Həmişəki kimi, Culian, “öküzü gözündən vurursan”. İnan mənə, mən belə adamlara 
qarşı nəzakətsiz olub onların üzünə qapı çırpa bilmirəm.

Sən vaxtını oğurlayanlara qarşı kobud olmalısan. “Yox” deməyi öyrən. Həyatındakı 
xırda şeylərə “yox” demək, həyatındakı daha mənalı olanlara “hə” deməyinə qüvvə 
verəcək. Böyük bir məhkəmə işindən sonra istirahət etməyə bir saat vaxt ayıranda iş 
otağının qapısını heç kimin üzünə açma! Sənə dediklərimi unutma. Hər dəfə telefon 
zəng çalanda dəstəyi qaldırma. Bu, sənin özünün rahatlığın üçündür! Onu da deyim, 
sən öz vaxtının qədrini biləndə adamlar da sənə hörmət edəcək. Onlar başa düşəcəklər 
ki, vaxtın qiymətlidir və bunu dəyərləndirəcəklər.



Bəs işi təxirə salmaq haqda nə deyirsən? Mən xoşlamadığım işləri bəzən təxirə salıram, 
əvəzində isə hüquq jurnallarındakı köhnə məqalələr arasında eşələnirəm. Bəlkə 
bununla vaxtı öldürürəm?

“Vaxtı öldürmək” yerində deyilmiş metaforadır. Düzdür, insanın təbiətində var ki, yaxşı 
hesab etdiyi işi görür, pis hesab etdiklərindən yayınır. Amma yuxarıda da dediyim kimi, 
həyatda ən məhsuldar adamlar başqalarının etmək istəmədiyi işlərlə məşğul olanlardır 
– hətta xoşlamasalar belə.
Mən bir anlıq fikrə gedib indicə eşitdiyim bu qaydanı dərindən düşündüm. Bəlkə nəyisə 
təxirə salmaq mənim problemim deyil. Bəlkə həyatım daha mürəkkəb olub?
Culian nə düşündüyümü anladı, davam etdi:

Yoq Raman mənə dedi ki, vaxtına sahib olanlar sadə həyatlarını yaşamaq üçün 
həyatlarının ağası olanlardır. Təbiət bizə hazır, iz düşmüş cığırla getməyi təklif etmir. 
Düzdür, Yoq Raman möhkəm inanırdı ki, davam edən xoşbəxtliyə özləri üçün müəyyən 
məqsəd qoyanlar çatır, amma bütün bunlar beynin sakitliyini qurban vermək hesabına 
olmalı deyil. Ona görə də onun hikmətində böyük güc gördüm. Bu mənə daha 
məhsuldar olub, mənəvi boşluqlarımı doldurmağa kömək edir.
Mən ürəyimi Culiana açmağa qərar verdim:

Culian, həmişə mənə qarşı vicdanlı, səmimi olmusan. Mən də sənin kimi olacam.
Doğrusu, işimdən əl çəkmək istəmirəm, eləcə də, daha xoşbəxt, daha məmnun olmaq 
üçün evimi və maşınımı satmaq fikrim yoxdur. Maddi şeyləri, hətta uşaqlarımın 
oyuncağını da sevirəm. Onlar hamısı neçə illər vaxt sərf etdiyim işimin mükafatlarıdır. 
Amma həqiqətən də özümü boş hesab edirəm, inan mənə. Sənə hüquq fakültəsinin 
tələbəsi olarkən xəyallarım haqda demişəm. Bilirsən ki, artıq qırx yaşım var, amma hələ 
bir dəfə də olsun Eyfel Qülləsinə çıxmamışam, bir dəfə də olsun Böyük Kanyonda 
olmamışam. Bircə dəfə də olsun yay günündə səhra qumuna ayaq basmamışam. Heç 
vaxt corablarımı və ayaqqabılarımı çıxarıb parkda ayaqyalın gəzərək uşaqların 
gülüşlərinə, itlərin hürüşməsinə qulaq asmamışam. İnan ki, heç axırıncı dəfə qar yağanda 
təkbaşına qarda gəzdiyim yadıma gəlmir.

Belədirsə, həyatını sadələşdir. Həyatının bütün sahələrinə qədim Sadəlik Ayinini tətbiq 
et. Belə etməklə, həyatın möcüzələrini görməyə daha çox vaxtın olacaq. Ən faciəvi 
olan odur ki, çoxumuz yaşamağı təxirə salırıq. Əksər adamlar evlərinin arxasındakı 
bağçadakı qızılgüldən həzz almaq əvəzinə göy qurşağında sehrli qızılgül bağı arzulayır. 
Bu, faciədir.



Konkret təkliflərin?

Bunu sənin öz öhdənə buraxıram. Müdriklərdən öyrəndiyim çox qaydanı səninlə 
bölüşmüşəm. Onları həyatına tətbiq etməklə möcüzələr yarada bilərsən. Aha, bu mənə 
həyatımın daha sakit və sadə qalması üçün başqa bir qaydanı yadıma salır. Bilirsən bu 
nədir? Günortalar azacıq mürgüləyirəm. Belə etmək məni daha enerjili, təravətli və 
cavan saxlayır. Yəqin sən gündüzlər mürgüləmək yox, sevgilinlə yatmaq istərdin. – 
Culian güldü.

Sən heç əvvəllər belə zarafatlar etməzdin.

Yumor hissi səndə əvvəldən olub, buna görə də bunu məsləhət görürəm. Həmişə 
gülüşün gücünü xatırla. Musiqi kimi, gülüş də həyatı streslərindən qurtaran vasitədir. 
Məncə, Yoq Raman belə deyəndə haqlıydı: “Gülüş ürəyini açır və qəlbini sakitləşdirir. 
Özlərinə gülməyi bacaranlar qədər heç kim həyatı ciddi hesab edə bilməz”.
Vaxt mövzusunda Culianın daha bir fikri vardı.

Con, elə hərəkət etmə ki, sanki beş yüz il ömrün var. Divea o balaca qum saatını mənə 
verəndə bir məsləhət verdi, bu məsləhəti heç vaxt unutmaram.

O nə dedi?

O dedi ki, ağacı əkməyin ən yaxşı vaxtı qırx il əvvəl idi. İkinci ən yaxşı yol isə bu gündür. 
Bircə dəqiqəni də boş yerə sərf etmə. Ölüm yatağı mentalitetini inkişaf etdir.

Üzr istəyirəm, Culian, bu nə deməkdir?

Bu, həyatına baxmağın yeni yoludur. Sanki kimsə sənə xatırladır ki, sabah həyatda son 
günündür... Hər şeyin dadına bax.

Kimsə mənə belə desə, yaxşı səslənməz axı. Belə olsa, bütün günü ölüm haqda 
düşünərəm.

Faktiki olaraq, bu, həyat haqda fəlsəfədir. Sən ölüm yatağı mentalitetini qəbul edəndə 
hər gününü elə yaşayırsan ki, sanki son günündür. Bir anlıq göz önünə gətir ki, hər gün 
yuxudan durub özünə sadə bir sual verirsən: “Əgər bu gün ömrümün sonuncu günü 
olsaydı nə edərdim?” Sonra isə ailənlə, kolleqalarınla, hətta tanımadığın adamlarla 
necə rəftar edəcəyini düşün. Həmin gün həyatını maksimum yaşamaq üçün necə 
hərəkət edərsən? Ayrı-ayrılıqda ölüm yatağı sualında həyatını dəyişmək gücü var. Bu, 
sənin həyatına enerji gətirəcək, etdiyin hər şeyə maraq bəxş edəcək. Fikrini ən mənalı 
olanlara yönəldəcəksən, mənası olmayanları təxirə salacaqsan. Səni böhran, xaos 
bataqlığına sürükləyən işlərə son qoyacaqsan.


Özünü daha çox təcrübə qazanmağa tərəf itələ. Enerjinin kəmərini aç və xəyallarını 
genişləndir. Bəli, xəyallarını genişləndir. Beyin adlı qalanın belə sonsuz imkanları varkən 
bacardığını et. İçindəki böyüklüyünü üzə çıxart, bu sənin haqqındır.

Güclü materialdır.

Bundan da çoxdur. Adamlar arasında yayılmış iflasa uğramağın çox sadə bir məlhəmi 
var.

“Mənim fincanım həmişə boşdur”, – sakitcə dedim.

Elə hərəkət et ki, sanki uğursuzluq qeyri-mümkündür. Bu halda uğuruna möhkəm 
inanacaqsan. Beynindəki nail olmamağa aid bütün fikirləri silib at, fərqi yoxdur, ya 
maddi, ya da mənəvi olsun. Qoçaq ol, xəyallarını genişləndirərkən sərhəd tanıma. 
Keçmişinin əsiri olma, gələcəyinin memarı ol. Onda sən hər gün yeni insan olacaqsan.
Səhər yuxudan oyandıqca, günəşin şüaları otağıma dolduqca mənim qocalmayan 
dostumda yorğunluğun ilk əlamətləri göründü. Hər şeyi öyrənməyə can atan tələbəsi ilə 
bildiklərini bölüşən müəllim onunla birgə gecəni yuxusuz qalmışdı. Culianda olan bu 
enerjiyə heyran olmuşdum, sonsuz ruh yüksəkliyi məni təəccübləndirirdi. O təkcə 
danışmırdı, həm də danışdıqlarını sübut edirdi.
O mülayimcəsinə sözə başladı:

Biz Yoq Ramanın mistik təmsilinin sonuna doğru hərəkət edirik. Daha mən getməliyəm, 
görüləsi çox işim var.

Yoxsa gedib bütün partnyorlarına deyəcəksən ki, geri qayıtmısan? – maraq içində 
soruşdum.

Əlbəttə, yox. Mən onların tanıdığı Culian Məntldan fərqliyəm daha. Daha əvvəlki kimi 
düşünmürəm, əvvəlki kimi geyinmirəm. Əvvəl etdiklərimi etmirəm, tamam 
dəyişmişəm. Onlar məni tanımayacaqlar.

Həqiqətən də, sən yeni bir insansan, – belə deyib onunla razılaşdım. Bir anlığa Sivana 
müdrikləri kimi xalat geyinmiş bu rahibi özünün keçmişdəki qırmızı “Ferrari”sinə 
minərkən göz önümə gətirib gülümsündüm.

Yeni bir varlıq desən daha yaxşı olar, – Culian əlavə etdi.

Mən yeni insan və yeni varlıq arasında fərq görmürəm, – etiraf etdim.

Hindistanda qədim bir deyim var: “Biz mənəvi təcrübələri olan insanlar deyilik. Biz 
insan təcrübəsi olan mənəvi varlıqlarıq”.


Mən indi kainatdakı rolumu başa düşürəm. Kim olduğumu görürəm. Mən artıq dünyada 
deyiləm, dünya mənim içimdədir.

Son sözünü gərək bir az “çeynəyəm”, – tam səmimiyyətlə dedim. Çünki Culianın nə 
dediyini qavraya bilmədim.

Mənsə nə dediyimi tam başa düşürəm, dost! Vaxt gələcək ki, nə dediyim sənə də aydın 
olacaq. Əgər səninlə bölüşdüyüm qanunlara əməl etsən, təklif etdiyim üsulları tətbiq 
etsən, sən maariflənmə cığırı ilə irəliyə gedəcəksən. Şəxsi idarəetmə sənətinə 
sahiblənəcəksən. Həyatının, həqiqətən də, nədən ibarət olduğunu görəcəksən 
əbədiyyətin tablosunda... Sən kim olduğunu, həyatının əsas məqsədini aydın 
görəcəksən.

Bu hansıdır?

Əlbəttə, bu, xidmət etməkdir. Fərqi yoxdur ki, nə böyüklükdə evin, necə bir maşının 
var, həyatının sonuna aparan yeganə şey sənin vicdanındır. Vicdanına qulaq as. Qoy o 
sənə bələdçilik etsin. Bu vicdan sənə deyəcək ki, həyata gəlməyində məqsəd 
fədakarcasına başqalarına xidmət etməkdir. Şəxsi macəralarım bunu mənə öyrətdi. 
İndi isə mən xidmət etmək, insanları dəyişmək üçün çoxlarını görməliyəm. Mənim 
missiyam Sivana Müdriklərinin qədim hikmətini onu eşitmək istəyənlər arasında 
yaymaqdır. Bu, mənim məqsədimdir.
Bilik ocağı Culianın ruhunu alovlandırmışdı – bu, açıq-aydın görünürdü. Hətta mənim 
kimi maariflənməmiş bir adamın da ruhu bu ocaqdan alışmışdı. O elə ehtirasla, elə qızğın 
danışırdı ki, hətta bu onun fiziki görkəmində də hiss olunurdu. Keçmişdəki xəstə vəkildən 
sağlam bir Adonisə çevrilməsi təkcə onun pəhrizində və gündəlik həyatındakı planlarda 
özünü göstərmirdi. Yox, o əzəmətli dağlaonun öyrəndikləri daha çox idi. O, insanların 
əsrlər boyu axtardığı sirri tapmışdı. Bu, təkcə cavanlığın sirri deyildi, xoşbəxtlik deyildi – 
Culian Özünün Sirrini də tapmışdı.
On birinci fəsil
ON İKİNCİ FƏSİL
Həyatın əsas məqsədi


Hər bir canlı təkcə özü üçün yaşamır.
Uilyam Bleyk
Culian sözə başladı:

Sivana Müdrikləri təkcə bu vaxtacan rast gəldiyim ən müdrik adamlar deyildi, onlar 
həm də rast gəldiyim ən xeyirxah insanlar idi. Yoq Raman mənə dedi ki, o, balaca 
olanda, hər gecə yatmağa hazırlaşarkən atası onun qızılgüllə örtülmüş balaca otağına 
girib soruşarmış ki, gün ərzində hansı xeyirxah əməl edib. İstəyirsən inan, ya inanma, o 
deyir ki, bir gün o, heç bir xeyirxah əməl etməyəndə atası ona deyirmiş ki, dursun və 
istənilən bir xeyirxah əməl həyata keçirsin, ondan sonra ona yatmağa icazə veriləcək.
Culian davam etdi:

Səninlə paylaşdığım maariflənmiş həyat üçün ən əsas qaydalardan biri odur ki, nə 
qədər bağ evi olmağından asılı olmayaraq, evinin darvazası önündə neçə maşının 
dayanmasından asılı olmayaraq sənin həyatının keyfiyyəti etdiyin yaxşılıqdır.

Dediklərinin Yoq Ramanın mistik təmsilindəki sarı qızılgüllərlə bir əlaqəsi varmı?

Əlbəttə, var. Bu sarı qızılgüllər sənə qədim Çin atalar sözünü xatırladacaq: “Sənə 
qızılgül verənin əllərində azca da olsa o qızılgülün ətri ilişib qalır”. Məna aydındır – sən 
başqalarının həyatını inkişaf etdirəndə bu proses həm də birbaşa sənin həyatını inkişaf 
etdirir. Sən gündəlik olaraq təmənnasız xeyirxahlıq edəndə öz həyatın da daha mənalı 
və daha zəngin olur. Hər gün bu müqəddəs işlə məşğul ol, istənilən yolla başqalarına 
xidmət et.

Yoxsa təklif edirsən ki, işimi atıb könüllü olaraq başqa işlə məşğul olum?

Bu, başqa bir mövzudur. Nəzərdə tutduğum sən dediyindən daha fəlsəfidir. Təklif 
edirəm ki, bu planetdəki rolunun təzə bir paradiqmasını qəbul edəsən.

Lap məni üzürsən. Paradiqma termini üstünə azacıq işıq sal. Bu söz mənə tanış deyil.

Paradiqma istənilən bir hala baxmağın bir yoludur. Bəziləri həyat stəkanını yarımboş 
görürlər. Optimistlər isə bunu yarım dolu kimi görürlər. Onlar eyni bir halı müxtəlif cür 
yozurlar, çünki hər biri müxtəlif paradiqmalar qəbul edib. Əsasən, paradiqma linzalar 
vasitəsilə həyatı həm xaricdən, həm də daxildən görə bilməkdir.



Beləliklə, sən məqsədimin yeni paradiqmasını qəbul etməyi təklif etməklə dünyaya 
baxışımı dəyişməyi təklif edirsən, düzdür?

Buna bənzərdir. Həyatının kefiyyətini inkişaf etdirmək üçün sən müəyyən etməlisən ki, 
niyə bu yer üzündəsən. Başa düşməlisən ki, bu dünyaya gələndə heç nəyin yox idi, 
dünyadan gedəndə də heç nə aparmayacaqsan. Bu halı dərk etsən sənə aydın olar ki, 
dünyaya gəlməyinin bir səbəbi var.

Hansı səbəbdir bu?

Başqalarına xidmət etmək, mənalı həyatın üçün töhfə vermək. Demirəm ki, evində 
əşyaların olmasın, ya da vəkillik işini atıb başqalarına sərf edəsən. Bizim dünyamız 
böyük dəyişikliklərin tən ortasındadır. Bir vaxt müştərilərini cibinə uyğun olaraq 
müdafiə edən vəkillər indi insanları ürəklərinin tutumuna görə mühakimə edirlər. 
Müəllimlər işlərindən əl çəkib uzaq yerlərə gedərək ehtiyacı olan uşaqlara elm 
öyrədirlər. Elə bil insanlar necə dəyişməyi eşidiblər. Sanki insanlar bu dünyaya niyə 
gəldiklərinin məqsədini anlayıblar.
Onlar başa düşüb ki, məqsədlərini həyata keçirmək üçün onlara xüsusi hədiyyələr verilib.

Hansı xüsusi hədiyyələr?

Bütün gecə sənə haqqında danışdığım zehni qabiliyyət, sonu olmayan enerji. Sərhəd 
bilməyən yaradıcılıq, nizam-intizamla dolu “anbar”... İnsanların öhdəsinə düşən yeganə 
vəzifə bu xəzinənin qapısını açıb ictimai fayda verməkdir.

Fikrim səndədir. Amma de görüm, fayda deyəndə nə demək istəyirsən?

Sadəcə, demək istəyirəm ki, əgər sən bunu məqsədin hesab etsən, onda özünü bir fərd 
kimi görməyə son verəcəksən, özünü kollektivin bir hissəsi kimi görəcəksən.

Mən daha xeyirxah, daha nəcib olmalıyam?

Ən böyük alicənablıq başqalarına verə bilməyi bacarmaqdır. Şərq müdrikləri bu prosesi 
“özünün qandallarını itirmək” adlandırır. Bu, özün haqda narahatlıq hissini itirib daha 
yüksək məqsədlərə yönəlməkdir. Bu, başqalarına daha çox vermək formasında ola 
bilər. Bu, sənin ya vaxtın, ya da enerjin ola bilər. Bunlar sənin iki ən qiymətli 
ehtiyatındır. Ola bilər ki, birillik yaradıcılıq məzuniyyəti götürüb kasıblar üçün işləməyə 
gedəsən. Ya da xırda bir iş – tıxacda olarkən bir neçə maşının səndən qabağa 
keçməsinə imkan verəsən. Bəlkə də bu sənə gülməli görünər, amma sən balaca bir 
əməllə yer üzünü bir az da yaxşı yer edirsənsə, bu, xeyirxahlıqdır. Yoq Raman dedi ki, 
biz doğulanda bütün dünya sevinc içindəykən biz ağlayırıq. O təklif etdi ki, bu həyatı 
elə yaşayaq ki, biz həyatdan gedərkən – biz sevinc içində olarkən bütün dünya ağlasın.


Hiss etmişdim ki, Culianın yenə deməyə sözü var. Məni narahat edən o idi ki, öz vəkillik 
işimdə kiməsə yaxşılıq etməyə qadir olduğum halda onu etməmişəm. Düzdür, elə 
məhkəmə işləri olub ki, bunu etməyə imkan olub, amma vəkillik sevdiyim işdən daha çox 
biznes olub mənə. Tələbə olanda o biri yoldaşlarım kimi idealist idim. Yataqxanada 
soyuq kofe içib, köhnə pizza yeyərkən biz dünyanı dəyişməyi planlaşdırırdıq. Həmin 
vaxtdan az qala iyirmi il keçib, amma həmin arzularım pensiya fondum üçün pul 
toplamaqdan başqa heç nə olmadı. Neçə illər sonra özümü barama kimi cəmiyyətdən 
kənar hiss etdiyimi düşünərkən Culian dedi:

Gəl sənə bu mövzuyla əlaqəsi olan bir hekayə danışım. O belə deyib sözə başladı:

Bir xəstə qoca qadının sevimli əri ölür. Bundan sonra o gedib oğlu, gəlini və onun 
qızıyla bir yerdə yaşayır. Gündən-günə qadının vəziyyəti pisləşir. Bəzən o yemək 
yeyərkən əlləri titrəyir, noxudla dolu boşqab əlindən döşəməyə düşür, hər yeri 
bulaşdırır. Oğlu və gəlini bundan çox əsəbiləşirlər. Bir gün ona deyirlər ki, daha bəsdir. 
Onlar evin küncündə, süpürgə qoyulan yerdə balaca bir stol qoyurlar, qadın yeməyini 
orda tək yeməli olur. Yemək vaxtı qadın gözyaşları içində oğluna və gəlininə tərəf baxır. 
Amma onlar qadınla danışmırlar, yalnız əlindən qaşıq, ya çəngəl düşəndə onu 
danlayırlar.
Bir axşam, nahardan əvvəl balaca qız döşəmədə oturub oyuncaqlarla nəsə düzəldir. Ata 
ondan soruşur: “Nə düzəldirsən?” Qız səmimi cavab verir: “Ata, mən sənə və anama 
balaca stol düzəldirəm, siz qocalanda küncə qoyum ki, orda yemək yeyəsiniz”.
Ata və ana sükuta qərq olurlar. Onlar ağlamağa başlayır. Yalnız o anda etdikləri hərəkəti 
başa düşürlər, anaya verdikləri qəddarlığı dərk edirlər. Həmin axşam onlar ananı evin 
ortasındakı böyük stolun yanına gətirirlər, yenə də ana onlarla bir yerdə nahar edir. 
Onun əlindən çörək, ya qaşıq döşəməyə düşəndə ona heç nə demirlər.
Bu hekayədə qızın valideynləri pis adam deyil. Sadəcə, onların ürəyindəki xeyirxahlıq 
şamını yandırmaq üçün qığılcıma ehtiyacları vardı. Gündəlik olaraq xeyirxahlıq etmək 
həyatı daha zəngin edir. Hər səhər gün ərzində edəcəyiniz yaxşılıq haqda düşünün. 
Səndən tərif gözləyənlərə deyəcəyin bir neçə xoş söz, dostlara verdiyin isti münasibət, 
ailə üzvlərinə istədiyini verməklə həyatını daha da gözəlləşdirirsən. Dostluqdan söz 
düşmüşkən, üç möhkəm dostu olan insan ən varlı adamdır.


Mən başımla onun fikrini təsdiqlədim. Culian davam etdi:

Dostlar həyatımıza yumor, gözəllik verir. Köhnə dostla bir yerdə gülməkdən yaxşı 
nə ola bilər? Dostlar sən haqlı olanda səni müdafiə edir, çətinliyə düşəndə səni 
gülümsəməyə məcbur edirlər. Həyatın döngələrində azıb qalanda sənə kömək əllərini 
uzadanlar əsl dostlardır. Bütün günü məşğul olan bir vəkil olarkən dost qazanmaq 
barədə düşünmürdüm. Səndən başqa heç bir dostum yoxdur indi, Con! Bir yerdə 
meşədə gəzməyə getmək üçün dostum yoxdur. Bir maraqlı kitab gözlərimi yaşardanda 
fikrimi bölüşməyə dostum yoxdur. Payız günəşinin şəfəqləri ürəyimi isidəndə, ürəyimi 
sevinclə dolduranda ürəyimi açmağa heç bir dostum yoxdur, Con!
Culian özünü birtəhər ələ ala bildi:

Peşmançılıq üçün vaxtım yoxdur. Sivanadakı müəllimlərimdən öyrənmişəm ki, 
maariflənmiş insan üçün hər bir gün yeni bir gündür.
Mən həmişə Culianı hüquq qladiatoru hesab etmişəm. O, ən mübahisəli məsələlərin 
içindən əsl hərbçi kimi keçib gedərdi. İndi isə o, tamam başqa bir təbiətdə insan 
olmuşdu. Qarşımdakı Culian daha xeyirxah, alicənab, sakit idi. O, həyat teatrındakı 
rolunda daha təhlükəsiz idi. Bu vaxtacan rastlaşdığım bütün insanlar içində yalnız o, 
keçmişinin əzablarını müdrik kimi görürdü, eyni vaxtda başa düşürdü ki, onun həyatı heç 
də bunlardan ibarət deyil.
Culianın gözlərində işıq bərq vururdu. Mənə elə gəldi ki, başqalarının qeydinə qalmayan 
Culian bir mənəvi varlığa çevrilib, bu varlıq yalnız başqalarına xidmət edir. Güman ki, bu 
mənim də gedəcəyim cığır idi.
On ikinci fəsil
ON ÜÇÜNCÜ FƏSİL
Ömürlük xoşbəxtliyin əbədi sirri


Mən qürub çağının möcüzəsinə və ayın gözəlliyinə heyran olanda qəlbim Yaradana 
sitayış edir.
Mahatma Qandi
Artıq on iki saat idi ki, Culian evimə gəlib Sivanada öyrəndiklərini mənimlə paylaşırdı. 
Əlbəttə, bu on iki saat həyatımın ən qiymətli anları idi. Özümü daha ürəkli, daha həvəsli 
və hətta daha azad hiss edirdim. Culian Yoq Ramanın mistik təmsili və söylədiyi 
qaydalarla həyata baxışımı kökündən dəyişmişdi. Tam dərk edirdim ki, hətta mən hələ 
beynimin potensialını tədqiq etməyə başlamamışam, həyatın gündəlik olaraq yoluma 
“tulladığı” “hədiyyələri” xərcləmişəm. Culianın danışdığı hikmət məni layiq olduğum 
gülüş, enerji və mənalı həyatın imkanlarını kəşf etməyə imkan verirdi.
Mən bir az kövrəldim.
Culian üzristəyici tonda dedi:

Bir azdan getməliyəm. Sənin görüləcək işlərin var, elə mənim də öz işim var.

Culian, işlərim gözləyə bilər.

Con, bədbəxtlikdən mənim işlərim gözləyə bilməz, – Culian yüngülcə gülümsəyib əlavə 
etdi:

Amma getməzdən əvvəl Yoq Ramanın təmsilindəki sonuncu elementin nə olduğunu 
açıb deməliyəm. Sən bağın ortasındakı mayakın içindən çıxan, bədəninin bəzi yerlərinı 
çəhrayı kabellə örtən, çılpaq sumo pəhləvanını, onun qızıl saniyəölçənə ilişib yerə 
yıxıldığını, yəqin ki, xatırlayırsan. Əbədilik kimi görünən huşsuzluqdan sonra sehrli sarı 
qızılgüllərin iyini hiss edəndə o özünə gəlir. Həmin an dərhal tullanıb ayağa durur, 
milyonlarla balaca almazla örtülmüş uzun cığırı görüb heyrətlənir. Əlbəttə, bizim 
dostumuz sumo pəhləvanı da həmin cığırla gedib həmişəlik xoşbəxt yaşayır.

Belə ehtimal etmək olar, – zarafatla dedim.

Yoq Ramanın açıq təxəyyülü vardı, razılaşıram. Amma sən fikir ver ki, bu təmsildə 
məqsəd var və burda simvolizə olunan qanunlar təkcə güclü deyil, həm də praktikdir.

Doğrudur, – heç bir söz demədən razılaşdım.

Almazlarla örtülmüş cığır maariflənmiş həyatın sonuncu qaydasını sənə xatırladacaq. 
Bu qaydanı gündəlik tətbiq etməklə həyatını elə zənginləşdirəcəksən ki, bunu təsvir 


edə bilmirəm. Sən ən sadə şeylərin möcüzəsini görəcək, layiq olduğun həyatın 
şirinliyini dadacaqsan. Söz verdiyin kimi, danışdıqlarımı başqalarına deməklə adi 
həyatın fövqəladə halda dəyişəcək.

Bunu öyrənməyə çox vaxt lazımdır?

Bu qaydanı birbaşa da anlamaq olur, lakin bu qaydanı effektli tətbiq etmək üçün iki 
həftə təcrübədən keçirmək lazımdır.

Ok. Bu qaydanı eşitmək istəyirəm.

Sənə gülməli görünsə də yeddinci və son qayda yaşamaq haqqındadır. Sivana 
Müdrikləri inanırdılar ki, əsl xoşbəxt, mükafat dolu həyat onların “indi yaşamaq” 
adlandırdığı prosesdən sonra başa gəlir. Bu yoqlar inanırdılar ki, keçmiş artıq keçmişdə 
qalıb, gələcək isə sənin xəyallarının üfüqündə uzaqda olan günəşdir. Ən vacib an – 
hazırkı vaxtdır, indidir. Hazırkı anı yaşamağı öyrən!

Culian, sənin nə dediyini yaxşı başa düşürəm. Vaxtımın çox hissəsini keçmişdə olanlara 
görə narahat oluram, həm də gələcəkdə olanları fikirləşməməyə qüvvəm yoxdur. 
Beynim həmişə məni milyon tərəfə dartan müxtəlif fikirlərlə doludur. Bu, həqiqətən də 
pis haldır.

Niyə belə hesab edirsən?

Bu hal məni çox yorur. Beynimdə heç vaxt sakitlik olmur. Düzdür, elə vaxtlar olur ki, 
beynim yalnız “qarşımdakı” işlə məşğul olur. Bu da o vaxtlarda olur ki, öz məhkəmə 
işimlə bərk məşğul oluram və başqa şeylər haqda düşünməyə, həqiqətən də, vaxtım 
olmur. Bu hal həm də dostlarla futbol oynayarkən, qalib olmaq istəyərkən baş verir. 
Saatlar dəqiqə kimi gəlib keçir, bütün fikrimi qalib gəlməyə yönəldirəm. Sanki 
beynimdə yeganə fikir olur – o da həmin andakı məşğuliyyətimdir. Həmin an beynimdə 
nə narahatlıq, nə qanun layihələri, nə hüquq praktikası – heç nə olmur. Onu da deyim 
ki, bu anlar özümü ən rahat hiss etdiyim vaxtlardır.

Şəxsi məmnunluğa gedən marşrutun ən yaxşı yolu elə budur. Amma bir şeyi də
unutma ki, xoşbəxtlik bir səyahətdir, gedəcəyin yer yox. Bu günü yaşa – bundan yaxşısı 
yoxdur.
Culian belə deyərkən sanki əllərini göyə qaldırıb bütün bildikləri üçün Tanrıya dua etmək 
istəyirdi.

Yoq Ramanın təmsilindəki almazlarla örtülmüş cığır bu qanunu simvolizə edir?



Bəli. Sumo pəhləvanı onu xoşbəxtliyə aparan almazlarla dolu cığırı tapdığı kimi, sən də 
layiq olduğun həyatı tapa bilərsən. Başa düş ki, hazırda üstü ilə addımladığın cığır 
almazlarla və başqa qiymətli xəzinə ilə örtülmüş cığırdır. Həyatın daha böyük 
sevinclərini gözləməyə son qoyub, hətta ən xırda şeylərdən də həzz almağa başla. Bir 
az yavaş addımla. Ətrafında olan gözəllikdən həzz al, bunu etmək sənin borcundur.

Bu, gələcək üçün məqsəd qoymağı dayandırmaq mənası vermir?

Yox, – Culian ciddi halda deyib, davam etdi:

Əvvəldə də dediyim kimi, məqsədlər və arzular istənilən həyatın vacib elementləridir. 
Gələcəyə olan ümidlərin hər səhər səni yataqdan durmağa məcbur edir, səni daha da 
ruhlandırır. Məqsədlər səni həvəsləndirir, sənə enerji verir. İndi dediyimdə məqsədim 
belədir: Heç vaxt nəyəsə nail olmaq üçün xoşbəxtliyini təxirə salma! Heç vaxt səni uzun 
müddət zəngin saxlayası şeyləri təxirə salma! Bu günü tam yaşa, sabah lotereya udub 
xoşbəxt yaşamaq, ya da təqaüdə çıxanda necə yaşamaq haqqında düşünmə. Yaşamağı 
heç vaxt təxirə salma!
Culian danışığına fasilə verib qonaq otağında bir az o baş, bu başa var-gəl etdi. Sanki 
məşhur bir vəkil son sözünü deməyə hazırlaşırdı:

Özünü aldatma ki, sən yaxşı vəkil olsan həm də daha çox sevən ər və yaxşı ata 
olacaqsan. Özünü uşaq yerinə qoyub düşünmə ki, sənin bankdakı hesabların artsa sən 
beynini, bədənini, ruhunu daha yaxşı “yemləyəcəksən”. Bugünkü günündən həzz al. 
Bugünkü gün bir az vaxtı dayandırıb səmada “üzmək” vaxtıdır. Xəyalən arzu zəmini 
biçməkdənsə bu günü yaxşı yaşa. Həm də ailə adlı xoşbəxtliyi heç vaxt unutma!

Culian, konkret olaraq indi nəyi nəzərdə tutduğunu tam başa düşmədim.

Uşaqlarının uşaqlıq illərindən həzz al, – o, sadə bir cavab verdi.

Nə? – paradoksdan çaşmış halda mızıldandım.

Uşaqlarının uşaqlıq illəri kimi mənalı olan çox az şey var, Con! Əgər uşaqlarının ilk 
addımını görüb həzz almamısansa, uca zirvələri fəth edib uğur qazanmağının nə 
mənası var? Əgər özünə isti ocaq – möhkəm ailə qurmamısansa böyük villa nəyinə 
gərək? Əgər uşaqların səni yaxşı tanımırsa sənin bütün ölkədə ən məşhur vəkil 
olmağının nə faydası var?
Belə deyəndə Culianın səsi titrəyirdi.

Mən nə dediyimi bilirəm, – kövrəldi.


Onun axırıncı sözü məni lap təəccübləndirdi. Bilirdim ki, Culian ən varlı, ən məşhur 
adamlarla işləyib. Bu keçmiş milyoner nə bilir ata olmaq nədir? O nə bilir gündəlik 
həyatda yaxşı ata olmaq və uğur qazanmış vəkil olmaq üçün hansı çətinliklərlə 
üzləşirəm?
Culianın altıncı duyğusu nə fikirləşdiyimi hiss etdi. – 
Mən Tanrının bizə bəxş etdiyi ən böyük bəxşişin

uşaqların nə olduğunu bilirəm, Con!

Mənsə həmişə elə bilirdim ki, sən bütün mülkünü satıb, işindən çıxıb səfərə yollananda 
şəhərin ən məşhur subayı olmusan?

Onu bil ki, bu sürətli həyat tərzimə “ilişməmişdən” əvvəl mən ailəli olmuşam.

Bunu bilirdim.
Culian fasilə verdi. Sanki balaca uşaq ən yaxın dostuna qəlbinin sirrini açmaq istəyirdi.

Bilmədiyin odur ki, mənim bir balaca qızım vardı. O, həyatım boyu gördüyüm ən şirin, 
ən incə məxluq idi. Mən də bir vaxtlar sənin kimi, ümidlərlə dolu, heç kəsin sözünü 
götürməyən biri idim. Başqalarının arzu etdiklərinin hər birinə sahib olmuşdum. Hamı 
deyirdi ki, xoşbəxt gələcəyim var. Qəşəng arvadım, gözəl qızım vardı. Fikir ver, həyat 
daha kamil olmağa başlayarkən hər şey bir anda yox oldu.
Yalnız bu anlarda ilk dəfə olaraq Culianın üzündə kədər gördüm. Bir damla gözyaşı onun 
yanaqları boyunca sürüşüb, qırmızı xalatının üstünə düşdü. Neçə illik dostumu bu 
vəziyyətdə görüb heyrətdən nitqim tutuldu.

Culian, istəyirsənsə davam etmə! – Qolumu onun boynuna dolayıb onu sakitləşdirmək 
istədim.

Yox, Con! Mən davam etməliyəm. Dediyim kimi, sən mənə cavanlığımı xatırladırsan. 
Bilirəm ki, həyatını köhnə qaydada davam etdirmək səni fəlakətə aparır. İstəyirəm 
deyim ki, bu həyatda qədrini bilməli olduğun çox yaxşı anlar var.

Həmin o günəşli oktyabr günündə sərxoş sürücü təkcə mənim sevimli qızımın həyatına 
yox, həm də mənim həyatıma son qoymuşdu. Qızımın qəfil ölümündən sonra 
həyatımda hər şey qarışdı. Vaxtımın çox hissəsini ofisdə keçirirdim, axmaq kimi ümid 
edirdim ki, işimdə daha çox uğur qazanmaq sınmış qəlbimə məlhəm ola bilər. Hətta 
vaxt olurdu ki, gecəni ofisdəki kresloda yatırdım. Evə getməyə qorxurdum – o evdə 
qızımın ən şirin xatirələri yaşayırdı. Karyeramda uğur qazandıqca daxili dünyamda 
qarmaqarışıqlıq baş verirdi. Hələ tələbə vaxtından tanıdığım arvadım məni tərk edib 


getdi. O məni öz işimlə baş-başa buraxıb, bir dəvə karvanının gəlməsini gözləyən 
saman kimi qoyub tərk etdi. Bundan sonra həyatım daha da pisləşdi. Əlbəttə, hər şey 
almaq üçün pulum vardı. Mən həmin pulu əldə etmək üçün qəlbimi satmışdım. 
Həqiqətən də, qəlbimi satmışdım...
Culian kövrəlmişdi.

Deməli, uşaqlarının uşaqlıq illərindən həzz al deyərkən onların böyüməsini müşahidə 
etməyimi istəyirsən, eləmi? Elə bunu demək istəyirsən, düzdür?

Bax, onun ən yaxın rəfiqəsinin ad gününə gedərkən bizi tərk edib getdyi vaxtdan iyirmi 
yeddi il keçəndən sonra da mən hər şeyimi verərdim, təki o, evimizin arxasındakı 
bağda gizlənqaç oynadığı vaxtda olduğu kimi gülüşünü eşidim. Onu qucağıma alıb, qızılı 
saçlarını sığallayardım. O bu dünyanı tərk edib gedəndə ürəyimin də bir parçasını 
özüylə apardı. Sivana Müdriklərindən həyatımı daha mənalı etmək üçün yeni üsullar 
öyrənməyimə baxmayaraq, elə bir gün olmur ki, sevimli şirin qızımın sifəti göz önümə 
gəlməsin. Sənin uşaqların var, Con! Ağaclara görə meşəni əldən vermə! Uşaqlarına 
verəcəyin ən gözəl hədiyyə sənin onlara olan sevgindir. Onları tanımağa vaxt sərf et. 
Onlara sübut et ki, onlar karyeranda qazanacağın ən yüksək uğurdan da qiymətlidir. 
Vaxt keçəcək, onlar böyüyüb öz ailələri olacaq, onda artıq onların uşaqlıq illəri arxada 
qalacaq. O vaxt gec olacaq, istəsən də heç nə edə bilməyəcəksən.
Culian içimdəki akkordlara zərbə vurmuşdu sanki. Hiss edirdim ki, işimə çox vaxt sərf 
etməyim ailə bağlarımızın daha da nazilməsinə aparır. Sanki közərən kömür idim. Bir az 
enerji toplayan kimi yenə də bütün gücümü işimə verirdim. Bilirdim ki, uşaqlarımın mənə 
ehtiyacı var, bunu mənə deməsələr də duyurdum. Bunu Culiandan eşitmək istəyirdim. 
Vaxt sürüşüb aradan çıxırdı, axırıncı dəfə oğlum Andi ilə şənbə günü balıq tutmağa nə 
vaxt getdiyimi yadıma sala bilmirəm. Vaxt vardı ki, biz hər həftə sonunda balıq ovuna 
gedərdik. İndi isə uzaqlarda qalmış bu “ayin” mənə kiminsə xatirəsi kimi görünürdü.
Bu haqda nə qədər çox düşünürdümsə bir o qədər də mənə “zərbə” vururdu. Milad 
günündəki oyunlar, piano dərsi üçün məşqlərin hamısını sənətimə qurban vermişdim.

Mən nə edirəm? Mən Culianın təsvir etdiyi “sürüşkən təpə”dən üzüaşağı sürüşürdüm.
Bu sahədə də dəyişməyə qərar verdim.

Xoşbəxtlik bir səyahətdir, – Culian belə deyib, davam etdi:

Bu həm də etdiyin seçimlərdir. Sən ya almazla örtülmüş cığırla gedib möcüzələr kəşf 
edə bilərsən, ya da əvvəl getdiyin yolla – üfüqdəki qızılla dolu küpü tapmaq ümidi ilə 


davam edərsən, nəticədə həmin küpün boş olduğunu görərsən. Bugünkü gün sənindir, 
bundan həzz almağı öyrən.

Hər kəs də “indidə yaşamağı” öyrənə bilərmi?

Sözsüz. Hansı şəraitdə yaşamağından asılı olmayaraq sən hər gün həyatın “zinətlərini” 
dada bilərsən.

Bu, bir az optimistik deyil? – Biznes sahəsində müflis olmuş birisi gündəlik həyatından 
necə həzz ala bilər? Bir özün düşün, maliyyə cəhətdən müflis olmuş şəxs həm də 
mənəvi iflasa uğrayır.

Sənin bankdakı hesabının miqdarının, ya evinin nə böyüklükdə olmasının həyatın 
möcüzələrindən həzz almağa heç bir dəxli yoxdur. Bu dünya bədbəxt milyonerlərlə 
doludur. Yoxsa elə fikirləşirsən ki, Sivana Müdriklərinin pulla dolu portfelləri, ya 
Fransanın cənubunda villaları var? – Culian birbaşa soruşdu.

Ok. Fikrini anladım.

Çoxlu pul əldə etməklə çoxlu həyat əldə etmək arasında yerlə göy qədər fərq var. Əgər 
sən gündəlik olaraq malik olduqlarına şükür etməyə başlasan, axtardığın xoşbəxt 
həyatı da tapacaqsan. Sən dediyin misaldakı da, yəni müflis olmuş adam da şükür 
etməli çox şeyinin olduğunu görə bilər. Müflis olmuş həmin adamdan soruş ki, əgər 
onun sağlam canı, sevdiyi ailəsi, cəmiyyətdə xüsusi bir yeri var, ya yox. Ondan soruş ki, 
bu böyük ölkədə vətəndaşlığı varmı, ya gecələr başını soxmağa evi varmı? Sözsüz ki, 
onun bundan sonra da pul qazanmaq imkanları var, o yenidən işləyib arzularını gerçək 
edə bilər. Bax, bunlara görə o şükür etməlidir. Hər birimizin şükür etməli çox şeyi var. 
Sənin pəncərən önündə cikkildəyən, yay gününü daha heyranedici edən quşlar da 
müdrik adam üçün böyük hədiyyədir. Con, unutma, həyat bəzən sənə nə istədiyini yox, 
nəyə ehtiyacın olanı verir.
Deməli, hər gün ya maddi, ya da mənəvi sahib olduğum nemətlər üçün şükür etməklə 
gündəlik həyatımı yaşamaq vərdişini inkişaf etdirəcəm?

Bəli. Bu, ən effektiv metoddur. Sən “indini” xilas edəndə, həm də layiq olduğun taleyin 
alovlarını daha da inkişaf etdirmiş olursan.

Nə? Taleyimi inkişaf etdirmək?

Bəli. Yuxarıda da demişəm ki, hamımıza müəyyən istedad verilib. Planetdəki hər bir 
şəxsin istedadı var.

Ey, sən mənimlə işləyən bəzi vəkilləri heç tanımırsan, deyəsən! – zarafat etdim.



Hər birimizin etməli olduğu nəsə var. Sən həyatda daha yüksək məqsədini kəşf etdikcə 
xoşbəxtlik də həyatına dolacaq, bütün enerjini o məqsədinə sərf edəcəksən. Fərqi 
yoxdur ki, sənin məqsədin yaxşı müəllim olmaq, ya məşhur rəssam olmaqdır – sənin 
arzuların gerçəkləşəcək. Hətta buna çatmaq üçün çox vaxt sərf etməyəcəksən. Faktiki 
olaraq, sən nə qədər cəhd etsən, bir o qədər də çox vaxt sərf etməli olacaqsan. 
Əvəzində isə, sadə arzularının cığırına düşüb yavaş-yavaş irəli get. Bu səni özünün ilahı 
məqsədinə çatdıracaq. – Culian müdriklər kimi danışırdı.

Mən balaca olanda atam mənə “Peter və sehrli sap” nağılını danışardı. Peter sevimli 
kiçik oğlan idi. Hamı onu sevirdi – ailəsi, müəllimləri və dostları. Amma onun bir zəif 
cəhəti vardı.

Bu zəif cəhət nə idi?

Peter heç vaxt bir anda yaşaya bilmirdi. O, həyatda gedən proseslərdən həzz almağı 
bacarmırdı. Məktəbdə olanda istəyirdi ki, bayırda oynasın, ancaq bayırda oynayanda 
yay tətilini xəyal edirdi. Peter hər dəqiqə yeni bir şey xəyal edirdi, heç vaxt hazırkı 
vaxtda olanlardan həzz ala bilmirdi. Bir səhər Peter evlərinin yaxınlığındakı meşədə 
gəzirdi. Yorulduğuna görə, otun üstünə uzanıb dincəlmək istədi, bir azdan yuxu onun 
apardı. Bir neçə dəqiqəlik yuxuda olanda o kiminsə onu çağırdığını eşitdi: “Peter! 
Peter!” – kimsə qulaqbatırıcı səslə çağırırdı. O, yavaş-yavaş gözlərini açanda başı 
üstündə bir qadının dayandığını görüb qorxdu. Qadının az qala yüz yaşı olardı, qar kimi 
ağappaq saçları pırtlaşıq yun kimi çiyinlərinə dağılmışdı. Bu qadının qırış-qırış olmuş 
əlində ortasında deşik olan bir balaca top vardı. Həmin deşikdən də uzun, lap uzun bir 
qızıl sap asılmışdı.

Peter, – qadın sözə başlayır. – Bu sap sənin həyatındır. Əgər sən bu sapı yavaşca 
çəksən bir saat saniyə kimi gəlib keçəcək. Əgər sən onu bir az bərk çəksən bütöv bir 
gün bir dəqiqədə ötəcək. Onu var gücünlə dartsan aylar, illər bir gün kimi keçəcək.
Peter çox həyəcanlanır, soruşur:

Mən bu topu istəyirəm, olarmı?
Qoca qadın cəld topu və sehrli sapı Peterə uzadır. O biri gün Peter narahat halda sinif 
otağında oturubmuş. Birdən təzə oyuncağı yadına düşür. O, qızılı sapı yüngülcə çəkən 
kimi görür ki, dərsdən çıxıb bağda oynayır. Sehrli sapın gücünü görən Peter daha 
məktəbli olmaqdan bezir, yeniyetmə oğlan olmaq istəyir, o, sapı bərkdən dartır. Elə o 
anda da görür ki, yeniyetmədir və Elise adlı qız dostu da yanındadır. Amma Peter yenə 
də qane olmur. Axı o heç vaxt yaşadığı anın qədrini bilmirdi və həyatının hər mərhələsini 
kəşf etmək istəyirdi. İndi o, yaşlı olmaq istəyirdi. Sapı yenidən möhkəm dartır və neçə 
illər bir an içində vıyıltı ilə ötüb keçir, özünün orta yaşlı olduğunu görür. Elise də onun 


arvadı olur, bir neçə uşaq da yanlarında. Peter hiss edir ki, onun par-par yanan qara 
saçları ağarmağa başlayıb. Bir vaxtlar çox sevdiyi anası isə çox qocalıb. Ancaq Peter hələ 
də həmin anda yaşamağı bacarmırdı, o heç vaxt “indi”də yaşamağı öyrənməmişdi. O, 
sapı bir daha möhkəm dartır və nələrin baş verəcəyini gözləməyə başlayır.
Peter görür ki, o, doxsan yaşlı qoca olub. Onun qalın qara saçları qar kimi ağappaqdır, 
sevdiyi arvadı Elise qocalandan sonra, bir neçə il əvvəl dünyasını dəyişib, sevimli uşaqları 
böyüyüb, ailə qurub, evi tərk edib öz həyatlarını yaşayırlar. Həyatında ilk dəfə olaraq 
Peter dərk edir ki, o, həyatın möcüzələrini dadmağa vaxt tapmayıb, heç vaxt uşaqları ilə 
balıq tutmağa getməyib, Elise ilə ay işığını müşahidə etməyib, heç vaxt ağac əkməyib, 
anasının sevərək oxuduğu kitabların heç birini oxumayıb. Əvəzində, həyatı boyunca 
tələsib, heç vaxt dayanıb ətrafında baş verənlərə nəzər salmayıb.
Bunu görən Peter bikef olur, özünü sakitləşdirmək, ruhunu isitmək üçün uşaq vaxtı 
gəzdiyi bağa gedir. O, meşəyə girəndə bir vaxtlar balaca olan ağacların indi böyük palıd 
ağacı olduğunu görür. Meşə isə sanki cənnətin bir guşəsi idi. Otun üstündə uzanıb dərin 
yuxuya gedir. Bir dəqiqə keçməmiş kiminsə “Peter! Peter”, –deyə çağırdığını eşidir. O, 
təəccüblə ayağa qalxır, görür ki, neçə illər öncə sehrli sapla topu ona verən qadından 
başqa heç kim yoxdur.

Hə, sənə verdiyim o xüsusi hədiyyədən həzz ala bildin? – qarı soruşur.
Peter cavabı ləngitmir:

İlk vaxtlar o mənimçün çox maraqlıydı, amma indi ona nifrət edirəm. Bütöv həyatım 
gözlərim önündə ötüb keçdi, həyatdan ləzzət almağa imkan vermədi. Düzdür, həyatda 
xoşbəxt anlar olduğu kimi, kədərli anlar da olur. Amma mən bunu da təcrübədən 
keçirə bilmədim. İçimdə boşluq hiss edirəm. Həyat adlı hədiyyəni əldən vermişəm.

Sən çox naşükürsən. Sənin son arzunu da yerinə yetirə bilərəm, – qarı deyir.
Peter bir anlıq düşünür, tələsik deyir:

İstərdim ki, məktəbli olduğum o vaxtlara qayıdım və həyatımı təzədən yaşayım.
Bundan sonra o yenə dərin yuxuya gedir.
Yuxuda olanda hiss edir ki, kimsə onu çağırır.

Görəsən, bu vaxt kimdir məni çağıran? – o təəccüblənir və gözlərini açanda 
çarpayısının yanında duran anasını görüb heyrətə gəlir. Anası cavan, sağlam, nurlu idi. 


Peter başa düşür ki, meşədə gördüyü qarı onun son arzusunu gerçəkləşdirib və o da 
köhnə həyatına qayıdıb.

Tələs, Peter! Sən çox yatırsan. Əgər bax bu dəqiqə yuxudan durmasan dərsə 
gecikəcəksən, – anası onu danlayır.
Artıq deməyə ehtiyac yoxdur ki, Peter yataqdan necə sıçrayıb durur və ümid etdiyi kimi 
həyatı yaşamağa başlayır. Bundan sonra Peter mükəmməl bir həyat yaşayır – sevinclə, 
qələbə ilə dolu bir həyat... Həm də o vaxtdan etibarən hazırkı anı gələcəyə qurban 
verməyə son qoyur və hazırkı anda yaşayır.

Maraqlı hekayədir, – dedim.

Bədbəxtlikdən, Con, “Peter və sehrli sap” sadəcə bir nağıldır. Burda, real həyatda 
təzədən yaşamaq üçün imkanımız yoxdur. Bu gün həyat adlı hədiyyəni oyatmağın 
vaxtıdır, Con! Həyat, doğrudan da, qum dənələri kimi barmağımız arasından sürüşüb 
çıxır. Qoy bugünkü gün sənin həyatını müəyyən edən bir gün olsun. Qoy bu gün 
birdəfəlik qərar verib məqsədini müəyyən edəsən. Həyatını daha mənalı edənlərlə 
daha çox vaxt keçir. Hazırkı vaxta hörmət et, bu vaxtın gücünü qiymətləndir. Həmişə 
etmək istədiyin işlərlə məşğul ol. Dırmaşmaq istədiyin dağlara dırmaş və şeypur 
çalmağı öyrən. Yağış altında rəqs et, ya da özünə yeni biznes qur. Musiqini sevməyi 
öyrən, təzə bir dil öyrən, uşaqlıq arzularını reallaşdırmağa çalış. Xoşbəxtliyini gələcək 
nailiyyətlərin xatirinə təxirə salmağa son qoy. Əvəzində isə, niyə də hazırkı prosesdən 
həzz almayasan? Ruhunu oyat və qəlbini ruhlandır. Bu, Nirvanaya gedən yoldur.

Nirvana?

Sivana Müdrikləri inanırdılar ki, bütün maariflənmiş qəlblərin gedəcəyi son mənzilin 
adı Nirvanadır. Faktiki olaraq, müdriklər Nirvananı dəyişənlərin yaşadığı dövlət 
bilirdilər. Nirvanada hər şey mümkündür. Orda həyat kamildir. Nirvanaya çatanda 
müdriklərə elə gəlir ki, onlar yer üzündəki cənnətə ayaq basırlar. Bu, onların həyatdakı 
məqsədləri idi.
Culian dayandı, onun sifəti mələk sifəti kimi nurlu idi.

Biz insanlar – hamımız bu dünyaya xüsusi məqsədlə gəlmişik. – Culian peyğəmbərlər 
kimi danışırdı:

Fikirləş, tap gör sənin əsl məramın nədir bu dünyada, sən hansı yolla başqalarına 
xidmət edə bilərsən? Keçmişinin əsiri olmaqdan əl çək və elə bu gündən həyat 
qığılcımlarını yandır. Səninlə paylaşdığım qanun və üsulları həyatına tətbiq etməyə 


başla. Bütün var gücünlə nə ola bilərsənsə o ol. Vaxt gələcək, sən də Nirvananın dadını 
biləcəksən.

Bəs nədən biləcəm ki, mən maariflənmə adlı o “dövlət”ə çatmışam?

Sənin ora daxil olduğunu çox xırda şeylər büruzə verəcək. Sən ətrafında olan hər şeydə 
müqəddəslik görəcəksən, ay işığında, mavi səmada, yandırıcı yay gününün özündə də 
müqəddəslik görəcəksən. Balaca bir qızçiçəyinin ətri, ya da nadinc bir uşağın 
gülüşündəki ilahiliyi duyacaqsan.

Culian, inan ki, mənimlə keçirdiyin bu vaxt boş yerə keçmədi. Sivana Müdriklərinin 
hikmətini həyatıma tətbiq etməyə başlayacam, sənə də söz verdiyim kimi, mənə 
çatdırdığın bu “mesaj”ı başqalarına çatdıracam. Ürəkdən deyirəm, söz verirəm, – 
səmimiyyətlə etiraf etdim.
Həmin anlarda ürəyim həyəcanla döyünürdü.

Müdriklərin bəxş etdiyi mirası yay, insanlar bundan faydalanacaq, həyatlarını daha da 
inkişaf etdirəcəklər. Bu yolla sənin də həyatın təkmilləşəcək. Unutma, səyahətdən həzz 
alarlar. Bu yolun sonu da elə yolun özü kimi yaxşıdır.
Yoq Raman yaxşı hekayələr söyləməyi sevirdi. Amma onun mənə danışdığı bir hekayə 
danışdıqlarından ən mənalısı idi. İstəyirsən onu sənə danışım?

Əlbəttə!

Neçə illər əvvəl Qədim Hindistanda kral hədiyyə olaraq arvadına böyük imarət 
tikdirmək, bununla da öz sevgisini ona bildirmək istəyir. Kral bu vaxtacan dünyada heç 
yerdə olmayan, ay işığında bərq vuran, bundan sonra əsrlər boyu insanları heyran 
edən bina tikdirir. Deməli, hər gün fəhlələr ağır işləyirlər. Hər gün bu bina daha çox 
abidəyə bənzəyirdi, sanki mavi səma altında sevgi mayakı idi. Nəhayət, iyirmi iki illik 
ağır, müntəzəm zəhmətdən sonra bu xalis mərmərdən hazırlanan saray hazır olur. 
Yəqin ki, nədən söhbət getdiyini təxmin edərsən.

Yox, deyə bilmərəm.

Tac Mahaldan danışıram, dünyanın yeddi möcüzəsindən biri olan Tac Mahaldan...
Belə deyib Culian sözünü tamamlamaq istədi:

Bunu deməkdə məqsədim var. Bu planetdə hər kəs dünyanın bir möcüzəsidir. Bizim 
hər birimiz bu və ya başqa formada qəhrəmanıq. Bizim hər birimizin qeyri-


adi nailiyyətlər, xoşbəxtlik və davam edən məmnunluq əldə etmək üçün potensialımız 
var. Bunları həyata keçirmək xırda addımlar atmaqdan başlayır. Tac Mahal kimi, həyatın 
möcüzələri də bir gündə deyil, kərpic-kərpic, hissə-hissə yaranır. Balaca möcüzələr böyük 
qələbələrə yol açır. Sənə haqqında danışdığım xırda dəyişikliklər daha pozitiv vərdişlər 
yaradacaq. Pozitiv vərdişlər nəticələr yaradacaq və bu nəticələr də səni daha böyük şəxsi 
dəyişikliyə ruhlandıracaq. Hər gününü elə yaşa ki, sanki bu, yer üzündəki son günündür.
Sabahdan başlayaraq, daha çox öyrən, daha çox gül, həqiqətən sevdiyin işlə məşğul ol. 
Qoy taleyin səndən imtina etməsin. Sənin daxilində olanlarla müqayisədə geridə 
qalanlar, yaxud irəlidə səni gözləyənlər heç nədir.
Sözünü burda qurtaran Culian Məntl – maariflənmiş rahibə dönən keçmiş milyoner vəkil 
ayağa durdu, məni doğma qardaşı kimi (o, ailənin tək oğlu olub) qucaqladı, qonaq 
otağından isti bir yay gününə çıxdı. O gedəndən sonra bir müddət tək oturdum, fikrimi 
bir yerə topladım, yalnız onda kofe stolu arxasında sakit oturmuş müdrikin mənə qoyub 
getdiyi “mesaj”ı gördüm. Boş olan onun fincanı idi.
On üçüncü fəsil
Kamil yaşamağın yeddi əbədi qaydası
İndi isə Robin Şarmanın məşhur təzə kitabından bir 
hissəni oxuyun:
“Ferrarisinin Satan Rahibin Gizli Məktubları”
Birinci fəsil
Günlərin birində görürsən ki, arzunuza çatmağa lap on dəqiqə qalmış arzunuz yoxa çıxır. 
Bu o vaxt oldu ki, gözlərimi açdım, hiss etdim ki, gün işığı yataq otağının pəncərəsinə 
vurulmuş pərdənin altından sızıb otağa girir. Bilirsiniz, səhər saat səkkizdə olan gün işığı 


səhər saat yeddidə olan gün işığı kimi deyil. Həyəcanım hələ keçməmişdi. Vanna 
otağından mətbəxə, ordan o biri otağa gedib Adama və mənə gün ərzində lazım olanları 
tələsik götürərkən, ən azı iyirmi dəqiqə müddətində altıyaşlı oğlum ağlayır, qışqırırdı. 
Adamın məktəbinin qarşısında, qırx beş dəqiqə gecikəndən sonra maşını saxlayanda 
Adam tənəli baxışlarla mənə baxdı:

Anam deyir ki, sən bir də məni bazar ertəsi məktəbə gec gətirsən, bir də bazar günü 
gecəni səninlə keçirməyəcəm.

Oğlum, söz verirəm ki, bir də belə olmayacaq.
Adam maşından sürüşüb düşdü, üzündə şübhəli ifadə vardı.

Adam, bura bax, bu sellofan torbanı da götür. Nahar etməyi unutma.

Bunu özündə saxla, mənə icazə vermirlər ki, məktəbə yerfındığı yağı gətirim, – o mənə 
baxmadan dedi.
Sonra o, dabanı üstə dönüb məktəbin boş meydançası ilə getməyə başladı.
Qapıya tərəf addımlayan oğluma baxdıqca ürəyimdə dedim: Yazıq uşaq!
Bütün uşaqlar dərsdə ikən, milli himn oxunub qurtarandan sonra dərsə gecikməkdən pis 
heç nə yoxdur, üstəlik də, nahar yeməyini götürmədən.
Mən sellofan torbanı oturacağın üstünə atdım, dərindən ah çəkdim. Daha bir həftəsonu 
“qəyyumluq” başa çatdı. Mən bir ər kimi uğursuzluğa düçar oldum. Bu həm də o 
deməkdi ki, bir ata kimi də yaxşı deyiləm. Adamı gedib ötürəndən bəri çoxlu görüşlərim 
ortaya çıxdı. Bütün həftə ərzində Adamın yoxluğunu bir qolumun yoxluğu kimi hiss 
etsəm də hər cümə günü gecikirdim. Söz verdiyim pizza, film, sandviç islanmışdı. Annisha 
Adamı məcbur etdi ki, onu yesin. Sonra isə telefon, bir dəqiqə fasilə vermədən 
cikkildəyən telefonum... Mən Adamı yatağa soxuşdurdum. Amma səhər yeməyinə 
yüngülcə yanmış blinçikləri yeyərkən, parkda gəzişərkən də telefonum siqnal verməkdə 
davam etdi. Ona nağıl danışarkən də telefonum susmadı. Əlbəttə, problem telefonumun 
siqnal verməsi deyildi. Əsl problem o idi ki, hər dəfə zəng gələndə telefonu əlimə alıb 
cavab verirdim. Gələn mesajları oxuyurdum, cavab yazırdım, telefonla danışırdım. Hər 
dəfə mən belə edəndə Adam bir az da sakit olur, məndən bir az uzaq dururdu. Bu, 
ürəyimi ağrıdırdı.
İşə gedərkən də korlanmış həftəsonunu düşünürdüm. Annisha mənə deyəndə ki, o, 
məhkəmə ilə boşanmaq istəyir, sanki üstümdən yük maşını keçdi. Neçə illər idi o 


şikayətlənirdi ki, onunla və oğlumla vaxt keçirmirəm. Deyirdi mən işimlə çox məşğulam, 
onlara vaxt ayırmıram.
Mənsə ona belə demişdim:
– Yoxsa elə bilirsən məndən ayrılmaqla hər şey yaxşı olacaq? Əgər məni daha çox 
görmək istəyirsənsə ayrılandan sonra lap az görəcəksən.
Bununla belə, o dedi ki, hələ də məni sevir. O deyirdi ki, oğlumla əlaqələrimizi 
möhkəmləndirim.
Evimə gəlib girəndə özümü təhqir olunmuş hesab edirdim. Söz vermişdim ki, evdə daha 
çox vaxt keçirim. Amma Annisha yenə də razılaşmırdı. Hər dəfə bu haqda fikirləşəndə 
dişimi dişimə sıxırdım. Görəsən, Annisha görmürdü ki, mənim işim nə qədər çox vaxt 
tələb edir? Bilmirdi ki, irəli getmək üçün bu iş mənə nə qədər vacibdir? Əgər müntəzəm 
olaraq işlə məşğul olmasaydım, belə gözəl evimiz, böyük ekranlı televizorumuz olardımı? 
Düzdür, Annisha televizora lənət oxuyur, televizora baxan deyil.
Nəhayət, özümə söz verdim ki, ən azı ayrılmış ata kimi çox yaxşı olacam. Adama çox 
diqqət yetirəcəm. Məktəbdəki bütün tədbirlərə gedəcəm. Onu üzgüçülüyə, ya da 
karateyə aparacam maşınla. Ona kitab oxuyacam, axşamlar zəng edəndə onunla 
danışmağa çox vaxt tapacam. Onun problemlərinə qulaq asacam, məsləhət verəcəm, ya 
da zarafat edəcəm. Ev tapşırığını etməkdə ona yardımçı olacam. Hətta onun oynadığı 
bəzi video oyunları da öyrənəcəm. Baxmayaraq ki, arvadımla normal əlaqə qura 
bilmədim, oğlumla əlaqələrimi möhkəmləndirəcəm. Arvadıma sübut edəcəm ki, mən 
sadəcə “yola vermirəm”, ürəkdən edirəm hər şeyi.
İlk bir neçə həftə hər şey normal idi. Hər halda çox ağır idi ayrılmaq. Amma hiss edirdim 
ki, onların hər ikisi üçün çox darıxıram. Gecələr oyanıb oğlumun səsini eşitmək 
istəyirdim. Halbuki onun evdə olmadığını çox yaxşı bilirdim. Bütün gecəni otaqda 
fikirləşə-fikirləşə o baş, bu başa gedirdim.
Öz-özümə deyirdim ki, bax, bu vaxtlar ona nağıl danışdığım vaxtlardır. Bu vaxtlarda 
Adamla qucaqlaşıb onu öz çarpayısına apardığım vaxtdır. Bu vaxtlarda isə Annisha ilə 
qol-boyun öz çarpayımıza tərəf getdiyimiz vaxtdır. Həftə sonları çox gec gəlirdi.
Amma aylar gəlib keçdikcə bu fikirlərim də solmağa başladı. Ya da düzünü desəm, bu 
fikirlər bir yerə cəmləşdi. Mən işlərimi ya gətirib evdə edirdim, ya da işdən gec gəlirdim. 
Adam zəng edəndə onun hər bir cümləsini diskə yazırdım. Bütün günü fikirləşirdim ki, 
görəsən, gün ərzində o nəylə məşğuldur. Tənəffüs zəngi çalınanda başa düşürdüm ki, 


onunla keçirəcəyim vaxtı qabaqcadan təyin etməmişəm. Eləcə də, onu altı ayda bir dəfə 
apardığım diş həkiminə aparmağı unutmuşam. Halbuki bir həftə əvvəl Annisha bunu 
mənə xatırlatmışdı. Sonra isə cümə günləri gec “üzə çıxırdım”.
Bu həftə sonu isə vaxtı öldürməkdən başqa heç nə deyildi.
İdarənin həyətinə girəndə qapıdakı təhlükəsizlik işçisini əlimi yelləməklə salamladım. 
Maşını saxlayandan sonra arzu etdim ki, kaş gəlməyəydim. Maşını özümün həmişəki 
yerimdə saxladım, amma motoru bir müddət söndürmədim.
Özümü müdafiə üçün deməliyəm ki, işə bağlılığım təbii idi. Bütün günü işdə stres 
vəziyyətində olurduq. Şayiələr gəzirdi ki, bizim şirkət satılıb. Axırıncı on iki saatı 
hesabatlar arasında keçirmişəm – satış hesabatı, inventar hesabatı, malların hesabatı, 
gəlir-ziyan hesabatları və sair. Gecələr gözümü yumanda da gözüm önünə səpələnmiş 
vərəqlər gəlirdi. Bax, məni iş yerimdə bu vərəqlər gözləyirdi, onları təxirə sala bilməzdim. 
Belə düşünüb maşını söndürdüm, noutbukumu qamarlayıb otağa cumdum.
Bir neçə saatdan sonra, elə təzəcə gəlir-ziyan hesabatlarını qurtarıb, dolub-daşan 
inboksuma baxmaq istəyirdim ki, zəng gəldi. Anamın səsini tanımaq bir neçə dəqiqə 
çəkdi. Hiss etdim ki, kefsizdir. Aman Allah, görəsən, nə olub? Anam son vaxtlar şəxsi 
həyatımla çox maraqlanırdı. Bu da məni narahat edirdi.

Conatan, bağışla ki, səni işdə narahat edirəm. Amma bu çox vacibdir. Mən əmioğlu 
Culianla təzəcə telefonla danışmışam, o səni görmək istəyir. Bu təcilidir.

Nə? Məni görmək istəyir? Əmioğlu Culian niyə məni görmək istəyir ki?
Düzünü desəm, mən Culianı tanımırdım. Əslində, o mənim əmim oğlum yox, anamın 
əmisi oğludur. Uşaq olanda anam Culianla və onun bacısı Katerina ilə yaxın dost 
olmuşdu. Mən isə ölkənin tamam başqa bir tərəfində böyümüşəm. Uzaq qohumlar 
mənə keçən həftənin qəzetləri kimi maraqsız idi.
Culianı yalnız bircə dəfə – on yaşım olanda görmüşəm. Biz anamın əmisi qızı Katerinagilə 
getmişdik. O öz evində nahar təşkil etmişdi. İndi yadıma sala bilmirəm ki, Culianın arvadı 
da ordaydı, ya o vaxt onlar boşanmışdı. Doğrusunu desəm, mən həmin görüşdən, bir 
şeydən başqa, heç nə xatırlamıram. Bu da Culianın parlaq “Ferrari”si idi. Katerinanın bu 
haqda danışdığını eşitmişdim, ona görə də darvazanın ağzında maşın görünəndə 
pilləkənlərin üstündə durmuşdum. Maşın mənim təsvir etdiyimdən də qəşəng idi. Culian 
məni görən kimi maşına minməyi təklif etdi. Heç vaxt belə sürətlə gedən maşına 
minməmişdim. Adama elə gəlirdi ki, maşın yolda getmir, havada uçur. Maşında olarkən 
danışmağım yadıma gəlmir. Biz geri qayıdanda Culian maşından düşdü, amma mən 
yerimdən tərpənmədim.



Maşından düşmək istəmirsən? – Culian soruşdu.
Başımı yırğaladım. O dönüb getmək istəyərkən sual verdim:

Culian dayı, siz bu maşını necə almısınız? Demək istəyirəm ki, çox bahadır bu maşın?

Bəli, düz tapmısan. Əgər sən də belə bir maşın istəyirsənsə bir az böyüyən kimi 
işləməyə başla, çox işlə.
Onun sözlərini heç vaxt unutmadım.
Robin Şarma haqqında
Robin Şarma şəxsi inkişaf və rəhbərlikdə dünyanın aparıcı ekspertlərindən biridir. Onun 
“Ferrarisini Satan Rahib” və “Böyüklük Bələdçisi” kitabları bütün dünyada bestseller 
siyahılarını aşıb keçmiş, dünyanın 55 ölkəsində çap olunmuşdur. Bu kitablar insanlara 
həyatlarını daha da təkmiləşdirməkdə kömək etmişdir. Onun kitabda dediyi mesajları 
icraçı direktorlar, rok ulduzlar, sahibkarlar həyatlarına tətbiq edib uğur qazanıblar.
Robin Şarma həm də işgüzar adamlar arasında məsləhətçi kimi də hörmət qazanıb. O 
həm də Sharma Leadership İnternational İnc-in, qlobal öyrətmə və məşqetmə 
təşkilatının banisidir. Bu təşkilatın müştəriləri arasında Nike, BP. General Electric, RİM, 
NASA, FedEx, İBM, Microsoft və Yale Universiteti var.
leadershipgorus.net – tərəfindən aparılan tədqiqatlarda Robin Şarma ikinci sıradadır.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə