The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə2/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   2   3   4   5   6   7   8   9   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
Şəfi  səs  gələn  tərəfə  getdi.  Köhnə,  rəngi  solmuş,  neçə-neçə  insanlar  yola  salmış  şkafların  arasında, 
darısqallıqdan ayaq atmağa yer olmayan otaqda, ortayaşlı bir qadın oturmuşdu. 
- Kimi axtarırsan? 
- Salam əleykim, rəisi görməliyəm. 
- Əleyküm. Xeyirdirmi? 
- Xeyir deyəndə ki, işləməyə gəlmişəm. 
- Nadzor? 
- Xeyr, ofiser. 
- Əmrini almısan? Baxım. 
Şəfi bayaqdan ehtiyatla, əzilməmək üçün əlində saxladığı kağızı qadına verdi. 
-  Dəstə  rəisi...  aydındır.  Mənim  adım  Elmiradı,  müəssisənin  otdelkadrıyam.  Əliməmməd  müəllimi 
tanıyırsan? Rəisi deyirəm ey, gələndə mən sənə göstərərəm görüşərsən. O, üstünü yazandan sonra kağızı mənə 
verərsən, məndə qalacaq. 
Qadın maraqlı nəzərlərlə gələcək dəstə rəisinə baxdı və soruşdu: 
- Bura gəlməmişdən əvvəl hansısa zonda işləmisən? 
- Yox. İşləməyə burada başlayacagam. 
-  Eybi  yox,  öyrənərsən.  Təzə-təzə  çətin  olur,  sonra  alışacaqsan.  Bu  rəis  gələndən  nə  qədər  işçi  getdi 
buradan. Köhnələr gedir, yerinə təzələr gəlir. Yazıqları qınamalı deyil axı, kim isti yerdən qaçar? Heç pişik də 
qaçmaz. 
Bu arada pəncərədən dəbdə olan son markalı, qara rəngli xidməti avtomobilin gəlişi göründü. 
-  Rəis  gəldi,  bax  o,  bizim  Əliməmməd  müəllimdir,  -  Elmira  qabaqda  rəislərə  məxsus  tərzdə  oturmuş 
kişini göstərdi. 
Əliməmməd  hündür,  həm  də  kök,  dazbaş,  hər  tərəfinə  nəzarət  edə  biləcək  cəld,  iri  gözləri  olan  ciddi 
görkəmli kişi idi. O, mavi, qısaqol köynək geyinmişdi. Ağır-ağır, tələsmədən maşından düşdü. Rəis maşından 
bir neçə addım aralanmışdı ki, göz qırpımında ətraf otaqlardan çoxlu hərbi geyimli adamlar peyda oldu və ona 
təzim  edə-rək  başına  yığıldılar.  Əliməmməd  onlarla  görüşüb,  dinlədikdən  sonra  hərəyə  bir  göstəriş  verdi. 
Yığışanlar hərəsi bir tərəfə yollandı. 
Adamlar dağılışanda Şəfi ona yaxınlaşdı: 
- Əliməmməd müəllim, sizi bir dəqiqəliyə narahat etmək olar? 
O, bütün iri gövdəsi ilə Şəfiyə tərəf döndü. Şəfi onun az qala adamı dəlib keçən baxışlarını, üzünə zəhm 
verən  sifət  cizgilərini  ya-xından  gördükdə,  filmlərdə  tamaşa  etdiyi  həbsxana  rəislərinin  sifəti  gözləri  önündə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
canlandı. Artıq bu filmdəki deyil, əsl həbsxana rəisiydi, durmuşdu önündə. 
- Əliməmməd müəllim, - əlindəki kağızı ona uzatdı, - məni sizin müəssisəyə işləməyə göndəriblər. 
Rəis kağızı diqqətlə oxudu, sonra Şəfinin daxilinə baxırmış kimi gözlərinin dərinliklərinə qədər baxdı. 
- Bu kağızı ver otdelkadra, özünə buraxılış vəsiqəsi yazdır, səhər saat doqquzda işdə ol, sabahdan işdəsən. 
Hərbi geyimin əynində olsun! 
- Aydındır, oldu, - Şəfi cavab verdi. 
Əliməmməd kağızı ona qaytarıb, cəld addımlarla bayaq Şəfi-nin çölə qaytarıldığı qapıya - müəssisənin 
nəzarət-buraxılış məntəqə-sinə  daxil  oldu.  Onu  görən  bütün  hərbi  forma  geyinmiş  insanlar  farağat  vəziyyətini 
alıb əsgəri qayda ilə salam verirdilər. 
 
*** 
 
Birinci iş günü olduğu üçün səhər Şəfi işə yarım saat tez gəldi. Elektriklə açılıb-örtülən üç zəhmli dəmir 
qapını  keçdikdən  sonra  uzunsov  ikimərtəbəli  binanın  çox  da  böyük  olmayan  həyətinə  daxil  oldu.  Həyətdə 
böyük tut ağacları ilə yanaşı səliqə ilə əkilmiş gül-çiçəklər, bəzək kolları, tənəklərdən sallanmış üzüm meynələri 
göz oxşayırdı. Həyətin yuxarı tərəfində binanın ikinci mərtəbəsinə qalxan taxta pilləkən səmtdə, ətrafında uzun 
oturacaqlar, içərisində müxtəlif ölçüdə qırmızı, xırda balıqlar üzən dairəvi hovuz vardı. 
Hovuzun ətrafındakı oturacaqlarda ondan artıq leytenantdan başlamış polkovnik-leytenantadək müxtəlif 
rütbəli zabitlər əyləşib, bir-birinə aman vermədən söhbət edirdilər. Şəfi onlara yaxınlaşıb salamlaşmaq məqsədi 
ilə: 
- Sabahınız xeyir! - söylədi. 
Hamı  söhbətinə  ara  verib  sözarası  onun  salamanı  alaraq,  göz-ucu  süzüb,  söhbətlərinə  davam  etdilər. 
Onlardan bir qədər cavanı, gözü eynəkli oğlan yanında əyləşmək üçün Şəfini dəvət etdi: 
- Gəl otur, kənarda dayanma, təzə gəlmisən? 
- Yox, oturmuram, sağ olun! Hə, təzə gəlmişəm. 
- Dəstə rəisisən? 
- Bəli. 
Dəqiqələr  ötdükcə  həyətə  daxil  olan  zabitlərin  sayı  artırdı.  Onların  hər  biri  yaxınlaşan kimi,  hamı  ilə,  o 
cümlədən Şəfi ilə əl verib görüşürdü. 
Saat doqquza bir-neçə dəqiqə qalmış ikinci mərtəbədən kimsə göstəriş verdi: 
- Qalxın, iclasa gəlin. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 

 
Bu göstərişdən sonra oturanlar da söhbətlərini kəsib, birlikdə pilləkənlərlə yuxarı qalxdılar. 
Yuxarıda  dar,  uzun  dəhlizin  ortasında,  sağ  tərəfdə  “Rəisin  qəbul  otağı”  sözləri  yazılmışdı.  Paltar 
asılqanından başqa bir şey olmayan qəbul otağından yol rəisin otağına gedirdi. 
Qapı  açıq  idi.  Geniş,  işıqlı  zala  bənzəyən  kabinetin  qapı  ilə  üzbəüz  yuxarı  başında  Əliməmməd 
oturmuşdu.  O,  bu  gün  işə  hamı-dan  tez  gəlmişdi.  Onun  stoluna  perpendikulyar  qoyulmuş  stolun  sağında  və 
solunda üzbəüz daha iki nəfər zabit əyləşmişdi. “Gərək ki, onlar müavinlərdir”, - Şəfi yəqin etdi. Kabinetə daxil 
olan hər bir zabit içəri girən kimi rəis tərəfə, “Sabahınız xeyir”, deyərək salamlaşıb, divar boyunca sağ və sol tərəfə 
otaq  uzunu  düzülmüş  stullardan  münasib  olanına  əyləşirdi.  Eyni  qayda  ilə  Şəfi  də  içəri  daxil  olub  pəncərələr 
tərəfdəki cərgənin sonuna yaxın stullardan birinə əyləşdi. Zabitlər yerini tutduqdan sonra, rəis amiranə bir səslə 
soruşdu: 
- Çöldə qalan olmadı? 
Hamı narahatlıqla qapıya tərəf baxdı. 
Sonuncu daxil olan zabit: 
- Xeyr, - söyləyərək arxasınca otağın qapısını örtüb yerində əyləşdi. Rəis hamıya nəzər gəzdirib sözünə 
davam etdi: 
- Növbətçi, məruzə eylə görüm, gecə növbəsində xidməti necə yerinə yetirmisiniz? 
Qolundakı qırmızı sarğının üzərində MRNK yazılmış zabit ayağa durdu: 
- Rəis, növbə zamanı hadisə baş verməyib. Xidmət lazımi qaydada təşkil olunub. Salamatlıqdır. 
- Axşamkı hadisədən danış, nə baş verib, necə olub ki, o oğraşı sənin nəzarətçilərin kor olub görməyib. 
Mən bilmirəm siz bura xidmətə gəlirsiniz, ya yatmağa? 
- Cənab polkovnik, məhkum adboydan əvvəl gizlənibmiş, biz aşkarladıq tapdıq... 
- Hamısını bilirəm, özünə əziyyət vermə. Əziyyəti axşam çəkəydin, hadisənin qabağını alaydın. Birdən o 
anasını gördüyümü vurub öldürəydilər, kim cavab verəcəkdi prokurorun qabağında? Rasim, - o, müavinlərindən 
birinə,  gözləri  ilə  adamı  yeyən  mayor  müraciət  etdi,  -  burdan  çıxan  kimi  axşam  növbədə  olanları  yığırsan 
otağına,  araşdırırsan,  mənə  məruzə  edirsən,  hərəni  öz  günahına  görə  cəzalandıracağam.  Bəsdi!  İşləyə  bilən 
işləsin,  bilməyən  getsin  bacar-dığı  işin  dalınca.  Heç  kimin  evinə  dəvətnamə  göndərilməyib  ki,  sən  Allah  gəl 
islah-əmək müəssisəsində işlə. Xərc qoyub özünüz gəlmi-siniz, zəhmət çəkin işləyin. 
Bu  vaxt  qapı  ehtiyatla  döyüldü.  Rəis  sözünə  ara verib,  “Gəl”,  -  söylədi.  Ucaboylu  baş  leytenant  yolda 
baş verən hadisə ilə əlaqədar gecikdiyinə görə üzrxahlıq etmək istəyirdi ki, rəis daha da qəzəbləndi: 
- Bura bax, avtobus belə gəldi, yol belə getdi, bunların mənə dəxli yoxdur. Zəhmət çək, evindən tez çıx. 
Saatdan xəbərin var? Bir başını qaldır saata bax. 
Girəcəkdə qapının üstündəki saatda ona on dəqiqə işləmişdi. 
- On  dəqiqədir hardasan? Mənim iclasıma  gecikən adam kabinetimə  girməsin,  getsin  çölə  işinin  dalınca. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə