The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə6/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   2   3   4   5   6   7   8   9   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
19 
 
 
                                    *** 
 
Saat ikidə məhkumların naharı bitdi. Axıra qalmış son beş-on nəfər də nəzarətçilərin hay-küyü ilə çölə 
çıxarıldı  və  yeməkxananın  qapısı  bağlandı.  Zabitlər  hərə  öz  otağına  çəkildi.  Şəfi  də  Cəbrayılla  otağa  qayıtdı. 
Yerində rahatlanıb oturandan sonra əlini mədəsinin üs-tünə aparıb Cəbrayıldan soruşdu: 
- İşçilər burada naharı necə edirlər? 
- Baxır da, kimə necə sərf edir, - Cəbrayıl hazırlıq görərək, qarşısına düzülmüş kitab-dəftəri bir qırağa 
yığaraq stolun üstünü sah-manladı,  - çöldə, qapıdan  əlli  metr aralıda  yeməkxana var, imkanlı oğlanlar naharı 
orada yeyirlər. 
- Xərci nə qədərdir? 
- Ay ərzində eləyir təqribən maaşın otuz faizi. 
- Çox deyil?! 
- Az da deyil. Bu belə. Adam var yeməyini əlində evdən gəti-rir. Ya imkanı azdı, ya mədəsi xəstədir. Bəzisi 
də  dustaqdan  nəsə  alıb  yeməyi  ayıb  sayır.  Ancaq,  məncə  bu  ağılsızlıqdır. Uçastkovu  öz  sahə-sindən  dolanır,  yol 
polisi sürücüdən alır. Mən də dustaqla işləyirəm, dustaqdan da dolanmalıyam. Dustaq da bizim kimi insandır, nə 
olsun  məhkum  olunub.  Əhmədə  tapşırmışam,  hər  gün  görüşə  gələn  ərzaqdan  mənə  nahar  hazırlasın.  Niyə  də 
yeməyim? Düz demirəm? Görən Əhməd bu gün nə hazırlayıb? 
Cəbrayıl qapıya tərəf getmək istəyirdi ki, Əhmədin köməkçisi əlində ağzıbağlı tava otağa daxil oldu 
- Bəh, bəh, bəh... Nədi ə, bişirdiyiniz? 
- Rəis, kartof qızartmasıdır, - məhkum cavab verdi. 
- Əla, əla, belə yeməyi heç şah da yemir. Şəfi, yaxın otur, başla, yoxsa mədəmizdə şirə qalmayacaq. 
 
 
*** 
 
Cəbrayıl naharını qurtardıqdan sonra, əvvəl çarpayıya uzanıb dincəlmək  istədi, lakin qolundakı saatına 
baxıb qərarını dəyişdi: 
- Gün yarını keçdi, bir iş görmədim, gedim fırlanım görək nə var, nə yox. 
O, otaqdan çıxdı, üç dəqiqə keçmədi, bir məhkumu qabağına qatıb geri qayıtdı: 
- Əlivi çıxar cibindən, özün də düz dayan, -  yerində əyləşdi, qələmini götürüb stolun üstündəki kağıza 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
20 
 
qeyd etməyə başladı. 
-  Adın,  soyadın,  maddən?  Yaxşı,  adam  üçün  neçə  dəfə  keçər-lər?  Deyilib  ki,  barakda  siqaret  çəkmək 
olmaz. Şəxsən rəis göstəriş verib. 
- Cəbrayıl müəllim, vallah, barakda çəkmirdim, elə yandırıb çölə çıxmaq istəyirdim ki, gəlib tutdunuz, - 
məhkum yalvarışlı səslə Cəbrayılın sözünü kəsdi, - keçin taxsırımdan. 
-  Xeyr,  keçməz.  Çox  keçmişəm,  axırıncı  iki  xəbərdarlığımı  tarixi  ilə  bax  bura  da  qeyd  etmişəm,  - 
qarşısındakı dəftərlərdən birini vərəqləyib göstərdi, - məhkumla tərbiyəvi mövzuda söhbət apardım, görürsən, xeyri 
nə  oldu?  Sən  necə  vardın  elə  qalmaqda  davam  edirsən.  Odur  ki,  səndən  bu  dəfə  rəisin  adına  raport  yazıb 
cəzalandırılmağını xahiş edəcəyəm. Axırıncı dəfə şizoda nə vaxt olmusan? 
- Bir il qabaq. 
- Deynə darıxmışam da, elə sənə lazımmış havavı dəyişəsən. 
- Cəbrayıl müəllim, mən şizodan qorxan oğul deyiləm. Şizonu biz dustaqlar üçün tikiblər də... Amma, 
baxır nədən ötrü, bir siqaretə görə orda yatmağa dəymir. Düz deyirsiz, mənə çox hörmət etmisiniz, qabağınızda 
xəcalətliyəm.  Vallah,  srağagünkü  görüşə  yez-nəm  gəlmişdi,  əliboş,  heçnəsiz...  Üzüqara  qaldım  hamının 
qabağında, elə sizin də. İçəri manat keçirənə, yalan danışana Allah lənət eylə-sin... 
- Dayan, saxla,  üyüdüb tökürsən. Sən nə danışırsan? Səndən pul  istəyən  oldu? Səndən qoyulan qayda-
qanuna əməl etmək tələb olunur, başqa şey yox. 
-  Cəbrayıl  müəllim,  bu  dəfə  də  keçin  günahımdan.  Mən  rəisin  qabağına  getməyim.  Yaxınlarda  məmə 
gələcək, anamı deyirəm, adınıza layiq xəcalətinizdən çıxaram. 
-  İş  ki,  qaldı  məmə  gələnə,  ölən  günü  sal  yada.  Ə,  yeri  ə,  mənə  nağıl  danışma.  Get,  əynini  qaydaya  sal, 
hazırlaş, indi yorğunam, idarəyə getməyə həvəsim yoxdur, axşam yoxlamasında səni aparacağam yuxarı. 
O,  yuxarı  deyəndə  müəssisənin  idarəsinin  ikinci  mərtəbəsini  nəzərdə  tuturdu.  Suya  düşmüş  cücə  kimi 
büzülmüş məhkum, dinməz-qanıqara dəhlizə çıxdı. 
-  İndi  fikir  ver,  dalısıyca  neçəsi  gələcək,  -  Cəbrayıl  onun  arxasınca  gülümsədi,  -  yoruldum,  bir  az 
dincəlim, - çarpayıya uzandı. 
Şəfi  həm  öyrənmək,  həm  də  başını  qarışdırmaq  məqsədi  ilə  stolun  üstündə  qalaqlanmış  dəftərlərin 
hamısını tələsmədən, səbrlə gözdən keçirirdi. Cəbrayıl elə təzəcə mürgüləyirdi, otağa üç nəfər - biri cavan, ikisi 
orta yaşlı məhkum daxil oldu. 
- Cəbrayıl müəllim, - onların ən böyüyü dilləndi, - siz allah bağışlayın, gəldik narahat eylədik, o bizim 
uşağa görə gəlmişik, barakda siqaret çəkibmiş, bir qələtdi eyləyib, keç onun günahından bizim xətrimizə... 
- Ağasəlim, - Cəbrayıl söhbətin uzanacağını duyub, könülsüz yerindən dikəlib çarpayıda oturdu, - Allaha 
şükür, neçə illərdir biz bir-birimizi tanıyırıq. Sən mənim xasiyyətimi bilirsən, sənə olan hör-mətimi də bilirsən. 
-  Allah  canıvı  sağ  eləsin,  hörmətivi  əskik  eləməsin,  -  Ağasə-lim  deyilən  məhkum  razılıqla  başını 
tərpədib əlində tutduğu təsbehi asta-asta çəkdi. Cəbrayıl sözünə davam etdi: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
21 
 
-  Amma beləsindən  ötrü gəlib ağız açmağa dəymir. Onun gözündən gəlməsin, mən ona nə  qədər hörmət 
eləmişəm. Nə qədər keç-mək olar, hə? Ona görə də incimə, bu məsələyə üz vurma, mümkün deyil... 
-  Cəbrayıl  müəllim,  -  Ağasəlim  səbirsizliklə  onun  sözünü  kəsdi,  -  sözüvün  qabağında  balan  dursun,  biz 
dünyagörmüş  adamlarıq,  hər  şeyi  başa  düşürük.  Sən  də  haqlısan,  ancaq,  indi  bu  bədbəxt  oğlu  gedib  üç-beş  gün 
şizoda  yatmaqla  nəsə  dəyişəcək?  Özün  fikirləş,  bizə  heç  ləzzət  eləməz  ki,  gələk  sənə  xahiş  edək,  sözümüz  yerə 
düşsün. Sən yola ver, mən özüm onu necə lazımdı başa salaram, bir də belə qələt eləməz. 
- Cəbrayıl müəllim, - Ağasəlimlə gəlmiş o biri  yaşlı və cavan məhkum da söhbətə qoşuldular, - biz də 
söhbət edərik, başa salarıq. 
- Onda bir şərtlə, - Cəbrayıl çarpayıdan qalxıb öz stulunda əyləşdi, - bu anlamaz üçün gələn dəfə gəlib 
mənə xahiş etməyəcək-siniz. 
- Nə olar, lap yaxşı, sən necə deyirsən elə də olsun, - Ağasə-lim dilləndi. 
- Düzünü deyirəm, mənim onun haqqında fikrim qəti idi. Daha siz ki, təkid edirsiz, qurban olsun sizə, 
eybi yox. 
- Çox sağ ol, Allah səni həmişə var eləsin, balovu saxlasın, - onlar bir-birinə imkan vermədən Cəbrayılı 
alxışladılar. 
- Özün görəcəksən, hər şey yaxşı olacaq, - bunu da Ağasəlim sağollaşıb çıxarkən dedi. 
- Bu kimdir, olmaya obşakdı? - Şəfi soruşdu. 
-  Yox,  obşak  ha...  -  Cəbrayıl  şaqqanaq  çəkdi,  -  “g...n”  birisidir,  yerlilərinə  himayədarlıq  edir.  Obşak  belə 
olmur.  Qarşımıza  çıxsa  gös-tərərəm  sənə.  Nurunu  demirəm  ha,  Nuru  dəstə  rəislərinin  obşakıdır,  -  Cəbrayılın  bir 
balaca kefi durulmuşdu. 
- Hər şeyin yaxşı olacağı nə vaxta nəzərdə tutulur? - Şəfi Ağasəlimin sözünə eyham vuraraq soruşdu. 
-  Nə  bilim,  bunların  düz  əməlli  sözü  olur  ki.  Olmayacaq,  qa-çan  yerləri  yoxdur.  Üç-beş  gündən  sonra 
onu  yenə  yaxalayacağam,  onda  nə  edəcəyimi  özüm  biləcəyəm.  Üstümə  xahiş-minnətə  keflərin-dən  gəlmirlər, 
bilirlər ki, “yuxarıya” aparılsalar istər əziyyəti, istərsə xərci də qat-qat baha başa gələcək. Amma, bir iş də var 
ki,  tökülüb-itəni  “yuxarıya”  aparanda  “zam”  əsəbləşir  ki,  gətirəndə  əməlli  adam  gətir.  Cındır-mındırı  yanıma 
gətirməkdənsə, özün tərbiyəvi söhbət elə. Başa düşdün? 
- Olmazmı, heç “yuxarıya” ehtiyac olmasın? Hər işini özün həll edəsən? 
-  Olmur.  Bu  millət  qılınc  müsəlmandır.  Söz  başa  düşən  olsay-dılar  burda  nə  gəzirdilər.  Sıxmasan, 
saymayacaqlar. Hamısı olmasa da əksəriyyəti belədir. Yalnız çəkindikləri, pislik gözlədikləri işçilərə daha çox 
diqqət və ehtiram göstərirlər. Dustaq psixologiyası hər oğu-lun girdiyi kol deyil… 
 
*** 
 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə