The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə9/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
27 
 
Şəfi dözməyib Cəbrayıldan soruşdu: 
- Məgər rəis olsaydı, bizi evə buraxmayacaqdılar? 
- Rəis olsaydı iclas adıyla yarım saat da saxlayacaqdı, - Cəbrayıl izah etdi. 
- Niyə? 
- Niyəsini Əliməmməddən soruşarsan. 
Dəmir qapılar şaq-şaraqla açılıb örtüldü. Növbə ilə çölə çıx-dılar. 
Şəfiyə elə gəldi ki, yüklənmədən, təzyiqli sahədən çıxıb, yün-güllük, çəkisizlik şəraitinə düşdü. Sanki, hava 
başqa cür idi. Daha təmiz idi. Havadan insanın iliklərinə qədər yayılan azadlıq ətri gəlirdi. Ömrün-də birinci dəfə, on 
saatdan çox qapalı müəssisədə olduğundan, ona bu gün həyatının qurtarmaq bilməyən ən uzun günü kimi görsəndi. 
Nəha-yət, ağır yükə bənzər iş günü geridə - dəmir qapıların o tayında qaldı. 
Hava yavaş-yavaş qaralır, axşam düşürdü. Yanan işıqların sayı artdıqca, hamı evinə tələsirdi. 
“Azadlıq həyatın ən şirin nemətidir.” Adını unutduğu böyük filosofun kəlamını Şəfi bu gün tam mənası 
ilə dərk etmişdi: torpaq, od, hava, su qədər insana gərək olan, məhrum edilməyənədək qədri-qiyməti bilinməyən 
azadlıq... 
İnsan niyə belə olur, - o, yolboyu düşündü, - pisi görməsə yaxşını ayırd edə bilmir… 
 
II 
 
Sonrakı  üç  gün  demək  olar  ki,  ilk  günün  təkrarı  kimi  keçdi.  Bəzi  diqqətəlayiq  olmayan  hadisələr  istisna 
olmaqla müəssisədə həyat hər gün eyni ssenari üzrə davam edirdi. Belə həyat kənardan nə qədər yek-nəsaq görünsə 
də, bütün işçilərin məqsədi baş verəcək hadisələrin axarını ssenaridən kənara çıxmasının qarşısını almaqdan ibarət 
idi. 
Beşinci  gün nahar  yeməyindən sonra müəssisənin daxili  radiosundan  -  səsucaldandan  Şəfinin heç vaxt 
eşitmədiyi elan verildi: 
- Dəstə rəisi, Şəfi müəllim, təcili zampalitin otağına gəl. 
Elan  bir  neçə  dəfə  təkrar  olundu.  İlk  dəfə  radioda  onun  adının  belə  dəbdəbəli  elan  olunması  Şəfini 
həyacanlandırdı, həm də ürəyini narahatlıq bürüdü: “Görəsən niyə çağırır?” Narahatlıq Cəbrayıla da sirayət etdi: 
- Allah xeyir eyləsin, get gör nə istəyir. 
İkinci mərtəbənin dəhlizinin girəcəyində onu zampalitin  yeməyini, çayını  hazırlayan, dnevalnı deyilən 
məhkum qarşıladı. 
- Otağında kənar adam var? - Şəfi soruşdu. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
28 
 
- Xeyr, sizi gözləyir, - dnevalnı cavab verdi. 
Şəfi qapını döydü: 
- Bəhram müəllim, gəlmək olar? 
- Gəl, gəl, - o, yaxınlığındakı televizorda göstərilən mənzərə-lərdən gözünü ayırıb qapıya tərəf baxdı, - 
gəl əyləş. 
Şəfi yaxın stullardan birinə əyləşdi. Zampalit televizorun səsini aldı: 
- Hə, necəsən? İşə alışa bilirsən? 
- Sağ olun, yaxşıyam, belə də, xırda-xırda. 
- Cəbrayıl sənə işi öyrədə bilibmi? 
- Öyrədib. Sənədlərin aparılma qaydalarını hesab edirəm ki, bili-rəm. 
- Lap yaxşı, elə də olmalıdır. Sən savadlı oğlansan. Bəzi girdirmə diplomlular kimi deyilsən, bum-bum. Sənə 
bir  dəfə  izah  olundu,  özün  öz  işini  biləcəksən.  Keçək  əsas  mətləbə.  Rəislə  məsləhətləşmişik  ki,  sənə  hələlik 
səkkizinci  dəstəni  verək.  Bilirsən, savadın  olsa da, hələ  təcrübən  yoxdur.  Dəfələrlə  həbs  olunan,  anasını,  bacısını 
tanımayan canavarlarla işləmək sənə asan gəlməsin. Səkkizinci dəstədə iki briqada var. Biri cəza müddəti beş ilədək 
olanlardı. Hamısı sözəba-xandı, bir sözünü iki edən olmayacaq. O biri briqada petuxlardı, yəni üzdəniraqlar. Onların 
briqadiri Topuşu tanıyırsan? Nə sözün var Topuşa deyərsən. O, hamısını idarə edir. Daha sənə başqa üzdənirağa 
nəsə deməyə ehtiyac olmayacaq. Üç-dörd ay işlə, işi öyrən, sonra yer olar, başqa dəstəni götürərsən. 
- Mən etiraz etmirəm. Üzdəniraq söhbəti bir az xoşagələn deyil. 
- Boş şeydir. Hamı işi belə öyrənir, asandan çətinə. Üzdəniraq insan deyil? Burda ayırd olunur, bəs çöldə? 
Məgər  çöldə  onlarla  rast-laşmırıq,  görüşmürük?  Gizli  mavilər  azdımı?  Qısası,  mənasız  sözlərə  fikir  vermə,  işində 
möhkəm ol. Axşam yoxlamasında get, dayan dəs-tənin qabağında, nəzarətçi kartoçkanı oxuduqca, məhkumlara fikir 
ver.  Başla  yavaş-yavaş  tanımağa.  On  günə  hamısını  üzdən  tanıyacaqsan,  çətin  deyil.  Kamilə  deyərəm,  altıncı 
dəstənin  rəisinə,  -  səkkizə  də  o  baxır,  əvvəllər  səkkizin  rəisi  idi,  -  kabinetin  açarını,  olan  dəftər-kitabı  sənə  təhfil 
verər. Günü sabahdan otur kabinetində, məhkumları bir-bir çağır, söhbət elə, tanış ol, dəftərləri, planları, protokolları 
qaydasına sal. Yeməkxananın  yaxınlığında uzun korpus var ha, bir tərəfi  üzdəniraq-lardı, o biri tərəfi mujiklər, hə 
ora  sənlikdir.  Gündə  bir  neçə  dəfə  obxod  edərsən,  nəzarətdə  saxlayarsan.  Yenə  deyirəm,  işlə  bağlı  nə  sözün, 
çətinliyin olsa çəkinmədən həmin an gəl, mənə müraciət elə. Çalış, rəisə özünü yaxşı işçi kimi tanıt. Sənə uğurlar, 
gedə bilərsən. 
- Sağ olun, - Şəfi ayağa durub, kabinetdən çıxdı. 
 
*** 
 
- Nə oldu, nə deyir? - Cəbrayıl otağa qayıdan Şəfidən soruşdu. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
29 
 
- Səkkizinci dəstəni verdilər. 
-  Əla,  əla,  yarısı  “qızdı”,  yarısı  oğlan.  Bir-iki  ay  işləyərsən,  elə  ki,  işi  tam  mənimsədin  Əliməmmədlə 
danışıb, dəstəni dəyişdirər-sən. Rahat dəstədir, başlanğıc üçün pis deyil. Uğurlar... 
- Bir şey pisdir ki, ola bilsin bəzi ağzıgöyçəklər, mənə arxam-ca “petuxların nəçənniyi” adı verəcək. 
- Qələt edəcəklər. Nəinki məhkumların, hətta bizim işçilərin arasında da, inan Allaha elələri var ki, özün 
də  tanıyacaqsan,  üzdən-iraq  onların  yanında  toya  getməlidir.  İşini  bərk  tut,  elə  şeylərə  fikir  vermə.  Sən  otur 
dincəl, mən barakı aylanım. 
- Cəbrayıl, qardaş, sən yorulmursan maşallah, neçə dəfə ob-xod edirsən? 
- Atalar məsəli var, onu bilirsən, gəzən ayağa nə dəyər? 
- Daş?.. 
- Xeyr, əzizim, “konfet kağızı”, - cibindəki pula işarə etdi. 
- Halaldı sənə, - Şəfi əlini Cəbrayılın uzanmış əlinə şappıl-datdı. 
 
*** 
 
Həmin  gün  axşam  yoxlamasından  başlayaraq,  sıra  düzülüşü  zamanı  Şəfi  dəstə  rəisi  kimi  səkkizinci 
dəstənin qarşısında dayanırdı. 
Səhəri gün dəstə rəisi Kamildən açarı alıb, kabineti hesab edilən otağı açdı. Neçə vaxt bağlı qaldığından, otaq 
pis vəziyyətdə idi. Təcili süpürülüb təmizlənməliydi. Topuşsuz keçinmək çətin olacaqdı. O, məh-kumlardan birinə 
Topuşu yanına çağırmasını göstəriş verdi. 
Az  keçmişdi,  Topuş  gəlib  çıxdı.  O,  Əliməmmədin  müstəsna  hüquqlar  verdiyi  beş  məhkumdan  biriydi. 
Arıq,  qısaboy,  iyirmi  beş-iyirmi  səkkiz  yaşlarında  olan  Topuş  müəssisənin  ərköyünü  idi.  Başında  azacıq  saçı 
vardı. Məhkum dünyasının hər əllaməliyindən xəbəri olan xırda gözləri sanki, işıldayırdı. Əyninə qəhvəyi məx-
mərdən gödəkcə, cins sayağı göyümtül şalvar, ayağına isə bəzəkli səndəllər geymişdi. Şəfi bu neçə gündə onun 
yoxlamada dayandığını deyil, yalnız zonun həyətində o baş-bu başa tələsdiyini görmüşdü. 
- Sabahınız xeyir, naçalnik, - Topuş içəri daxil olmayıb, qapı-nın ağzında dayandı. 
- Sabahın xeyir, gəl içəri, - Şəfi onu otağına dəvət etdi. 
Topuş açıq qapıdan içəri daxil olub, Şəfinin bir neçə metr-liyində ayaq saxladı: 
- Nə lazımdır, naçalnik? 
- Topuş, əvvəldən bilməmiş olmazsan. Rəisin sərancamı ilə mən sizin dəstə rəisiyəm. Odur ki, “qız”larla 
bağlı  müəyyən  məsələ-lərin  həllində  mənə  kömək  etməli  olacaqsan.  Bəhram  müəllim  də  belə  deyir.  Bu  bir. 
İkincisi,  otağın  vəziyyətini  necə  pis  gündə  olduğu-nu  görürsən.  İki  nəfər  göndər  tez  gəlib  otağı  səliqəyə 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə