www.kitabxana.net
– Milli Virtual Kitabxana
39
- Sevməsəydim burada nə başım qalıb.
- Bəs onda problem nədir? Mənim ərdə olmağım? Bu mənim günahımdır. Bilsəm ki, sənin sevgin
yalandan deyil,
həqiqətdir, mən səhvimi düzəltməyə hazıram.
- Necə? Çatmadı mənə, - Əziz təəccübləndi, - nə edə bilər-sən?
- Sənin ürəyin istəsə hər şey, - sözünə ara verdi. Əziz bilmədi nə desin.
- Bütün gizlənqaçları kənara qoyub, qorxmadan, çəkinmədən səninlə yaşayardım.
- Onda ailən necə olacaq?
- Olmayan şeyin nəyini itirəcəyəm. Səni itirməkdən ağır deyil ki... Gəl belə edək. Hər şeyi təzədən
başlayaq. Mən sənə qoşulub qaçıram, bir müddət başqa şəhərdə yaşayırıq. Çünki, bizim tale düzə-lişimizi hamı
anlamayacaq, pis qəbul edəcəklər. Bunun üçün də iki-üç ayın keçməsi lazımdır. Adiləşəndən, köhnələndən
sonra, kim nə deyəcək?
- Bəs uşaqlarını neyləyəcəksən?
Zinyət uşaqlarını unutmuşdu, səsi titrədi:
- Hələlik qalarlar, boşanma vaxtı alaram.
- Verməsələr?
- Verməsələr, neynim. Onlardan da qəşəng balalarım olar, - başını Əzizin çiyninə qoyub, qucağına
sığındı. Sonra, dərindən ah çəkdi:
- Heç bilmirəm Allah o qızları mənə nə cür qismət etdi...
Əziz anlaşılmaz vəziyyətə düşmüşdü. O, Zinyəti sevirdi. Həm də bir ailəni dağıdacağından vicdanı
ağrıyırdı.
Zinyətin saçlarından, boynundan yayılan bihuşedici ətrin iyi ciyərlərinə yayıldıqca Əzizin ağlını alır,
qanını oynadırdı. O, Zinyə-tin başını sinəsinə sıxdı, saçlarını sığalladı. Bu tellərin həsrətini azmı çəkmişdi?
Üzünə sürtdü, öpdü. Nəvazişdən Zinyətin gözləri yumul-muşdu. Hər dəfə şəhərdən aralı şossenin kənarındakı
kafenin bənöv-şəyi kabinetində Zinyətlə söhbət edə, yeyib-içə istirahət edər, amma, yaxın olmağa cürət
etməzdi. Daha səbri tükənmişdi. Əvvəl yumulu gözlərindən öpdü, sonra dodaqlarından. Bir-birlərinə sarıldıqca,
öpə-öpə sinəsini açmaq, ora girmək, Zinyətin təngənəfəs vurduğu ürəyin-də özünü görmək, özünü tapmaq, bir
bədəndə qovuşmaq, birləşmək istəyirdi. Heç zaman ayrılmamaq üçün.
Zinyət onun idi. Bütün cismi ilə, ruhu ilə. Vüsalın şirinliyin-dən aləmi unutmuşdular. Yer nədi, göyün
yeddinci qatında idilər. İlahi, insa-na anlatdığın elə budumu? Şirin olduğu qədər ötəri, qısa...
Göylərdən enərək özünü yerdə hiss edəndə insan olduğuna peş-man olursan, o canalan aləmdən ayrılmaq
istəmirsən. Mümkün olsaydı, ayrılmazdılar da...
Aldıqları ləzzətdən məsti-xumar olsalar da, yenə vaxt kabus kimi ortaya girdi. Zinyət evə vaxtında
www.kitabxana.net
– Milli Virtual Kitabxana
40
qayıtmalı idi.
Əziz Zinyəti evinə yaxın döngədə düşürdü. Könlündən onu yenə qucaqlamaq, öpmək keçdi. Zinyətin
bədəninin istisi canından çıxmamışdı. Heç doymamışdı. Bayaqkı xoşbəxt anları təkrar yaşama-ğa hazır idi.
Harada olsa, lap elə maşında da. Ancaq, yox, bu lap ağılsızlıq olardı, bəd gözlər görərdi. O, Zinyətin söhbətini
xatırladı. Zinyət haqlı idi, onun ərindən ayrılıb Əzizlə yaşamaqdan savayı yolu yox idi. Daha vicdanı ağrımırdı,
şəhvani hissləri onu keyitmişdi.
Növbəti görüşdə Zinyətin inadı Əzizə üstün gəldi. Əziz Zin-yətin təkidi ilə onu qaçırıb, rayona -
xalasıgilə aparmağı qərara aldı. Hazırlaşdılar, vədələşdilər.
Yay axşamı idi. Saat doqquzu ötsə də hava işıqlı idi. Zinyət uşaqları erkən yatırdıb, qaynanasından
onlara göz olmağı xahiş etdi. Araz hələ işdən qayıtmamışdı. Zinyət bir neçə gün əvvəl paltarlarını, boxçasını
Əzizə çatdırmışdı. Odur ki, qaynanasının şübhələnməməsi üçün, adi ev paltarında çörək almaq bəhanəsi ilə
evdən küçəyə çıxdı. Vədələşdikləri vaxt çatmışdı. Göz işlədikcə uzanan küçədə, gözü ona əziz olan qara
“Mersedes”i tapmadıqca, həyəcanı daha da artır, nəfəsini kəsirdi. “Görəsən nə oldu, gəlib çıxmadı, olmaya
fikrindən daşındı?”
Saniyələr ona saatlar qədər uzun göründü. Oğurluq edən adam kimi tez-tez dönüb ətrafına göz gəzdirir,
sanki, kiminsə onu izləyəcəyindən, cinayət üstündə yaxalayacağından qorxaraq, ürəyi yerindən çıxırdı.
Qarşılaşdığı adamların üzünə ehtiyatla baxırdı. Ona elə gəlirdi ki, uşaqlarını, ailəsini, evini atıb qaçmasını
duyarlar,
bar-maqla göstərib, gülərlər.
Zinyət evdən çıxdığı bəhanəyə uyğun, çörək mağazasına tərəf getdi. Ağlına qəribə müqayisə gəldi,
çörək, yoxsa məhəbbət? Mədə, yoxsa ürək? Gülümsədi, hansını seçməlidir?
Uzaqdan, qəlbindəki qaranlığı qovan işıq şüasına bənzər Əzizin maşınının yaxınlaşdığını gördü. Ürəyi
sevincdən döyündü, işığa tərəf can atdı. Gəlin gəldiyi gün yadına düşdü. Ağ avtomobildə qaranlığa gəlmişdi,
evi, çörəyi olsa belə. Görən qara “Meresedes” onu hara aparacaqdı?
Adəti üzrə arxa qapını açıb əyləşdi:
- Çox gözlədin? - Əziz soruşdu.
Zinyət istədi desin, çox, illərlə gözlədim. Gözləri dolmuşdu. Kövrələcəyindən ehtiyatlanaraq hisslərini
bildirməməkçin səsini çıxarmayıb başını tərpətdi.
- Yolda tıxac yaranmışdı.
Onun üçün ləngidim, - Əziz əlavə etdi.
“Keçmə sənin ləngiməyindən, - Zinyət düşündü, - ömrümün neçə ilini itirdim”.
O, yenə gəlin gedirdi, ev paltarında, təntənəsiz, çalğısız. Bax-mayaraq ki, zurnanın səsi sonra çıxacaqdı.
Evini-eşiyini atıb qaçırdı, ilk eşqi, sevgisi ilə bir olması üçün. Gözləri yaşarmışdı. Nə danışa-cağını bilmirdi.
Əziz də qayğılı görsənirdi.
Az getdikdən sonra, Zinyət narahatlıqla dilləndi:
- Münasib yerdə saxla, paltarımı dəyişim.
- Lazım deyil, belə də gözəlsən, - Əziz ona tərəf baxıb, xoşbəxtcəsinə gülümsədi. Hava getdikcə