The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə8/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
24 
 
- Cəbrayıl müəllim, yenəmi otağa gedək? 
- Başqa hara gedəsiyik? 
- Evə nə vaxt buraxırlar? 
-  Yarım  saatdan  sonra,  axşam  yeməyi  başlanır.  Yeddidə  qur-taracaq.  O  zaman  getmək  olar.  Əgər 
buraxsalar. 
- Gün nə yaman uzun çəkir. Nəsə darıxdım. Bəlkə otağa get-məyək, yarım saatı həyətdə keçirək. 
- Sən elə bu gün gəlmisən işə, nə tez darıxdın, - Cəbrayıl Şəfiyə güldü, - istəyirsən sən Nurunun yanına 
get.  Həyətdə durma. Mən dəstəni  axşam  tərəfi  bir də  obxod edəcəyəm.  Bax, odur Nuru-nun otağı,  -  o, birinci 
mərtəbənin girişindəki qapı ilə üzbəüz otağı göstərdi və özü yuxarı mərtəbəyə qalxdı. 
Şəfi üzərində “mayor Əliyev Nuru” yazılmış lövhə asılan qapını yavaşca döydü. 
- Gəl, gəl, - içəridən Nurunun səsi gəldi. Şəfi qapını açıb içəri daxil oldu. 
- Oho... gəlin, Şəfi müəllim, necəsən, nətərdi vəziyyət? Əyləşin. 
Nurunun otağı geniş olsa da, Cəbrayılın otağından çox da fərqlənmirdi. Eyni stol, stul, çarpayı, kitablar, 
dəftərlər. 
- Sağ olun, Nuru müəllim, - Şəfi əyləşdi, - çox sağ olun. Şükür Allaha, hər şey qaydasındadır. 
- “Çort” sənə bir şey öyrədirmi? 
- Öyrədir, yavaş-yavaş, yeri gəldikcə başa salır. 
- “Çort” olmağına baxmayaraq bacarıqlı, təcrübəli işçidir. Ona tapşırılmağında baxtın gətirib. Əgər hansısa 
məsələdə  onun  izahı,  kömə-yi  səni  qane  etməsə,  mənə  də  gəlib  müraciət  edə  bilərsən.  Hər  zaman  bacardığımı 
eləməyə hazıram. 
-  Minnətdaram,  sağ  olun.  Belə  başa  düşdüm  ki,  sizin  Cəbra-yılla  zarafatınız  var.  Bəlkə  mənə 
aydınlaşdırasınız, siz “çort” dedikdə şeytanmı demək istəyirsiniz? 
- Heç də  yox. Zonda  çort  sözü  başqa məna daşıyır. Darıxma,. işlədikcə  özün ayırd edəcəksən.  İndi  isə 
gəl bir stəkan çay vuraq. 
- Etirazım yoxdur, - Şəfi Nurunun termosdan süzdüyü çayı qarşısına çəkdi. 
- Sən de görüm, “çort” sənə qazanmağın yolunu öyrədirmi, əsas odu, hə? 
- Qoy hələ bir az işləyim, pisi, yaxşını tanıyım da... 
-  Yox,  qardaş.  Bu  elə  vacib  şeydir  ki,  gərək  ilk  gündən  öyrənə-sən,  ya  da  öyrənməyə  can  atasan.  Can 
atmadın, birinci gündən özünü necə  apardın elə  də  qalacaqsan. Uzağı sabahdan fikir ver. Bizim iş belədir. Xırım-
xırdanı  gərək özün qazanasan.  Bir də ki, bir qanuni çörək  yolumuz var. Hər ayda  bir dəfə  dəstədən  rəis məsləhət 
bilən məhkumları - üç nəfər, beş nəfər, neçəsi olsa, azadlığa buraxılmaq üçün məhkəməyə təqdim olunanda müsbət 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
25 
 
xasiyyətnamə yazacaqsan. Rəis məhkəmədən sonra hər xasiyyətnamə üçün səni görüm-baxım edəcək, vəssalam. Bu 
da bizim qazancımız. Nə varlı olacaqsan, nə də acından ölməyəcəksən. Evlisən, subay? 
- Subay. 
-  O...  Kefdəsən  ki,  dünya  aləm  nə  qulağına,  bir  boğazındı,  bir  də...  Yoxsa  biz,  bilmirik  uşağın  dərdin 
çəkək,  arvadın  sifarişlərin  edək.  Dərdi-sərdən  adamın  ürəyi  ağrıyır.  Heyf  subaylıqdan.  Gəl  ki,  onun  da  həddi 
olmalıdır, həddini keçdi o da ləzzətdən düşür. 
- Yox, hələ həddinə çox var, - Şəfi arxayınlıqla güldü. 
- Söhbət dananı qurda verər. Vaxtdı, iç çayını gedək. 
Onlar  çay  içəndən  sonra  otaqdan  çıxıb  yeməkxanaya  gəldilər.  Nahardan  fərqli  olaraq,  şam  yeməyinə 
məhkumların  yarıdan  azı  gəlmişdi.  Qapının  ağzında  dayanıb  siqaret  çəkən  Akif  çağırılan,  yaşlı  dəstə  rəisi 
qımışa-qımışa Şəfiyə dedi: 
- Bacıoğlu, birinci gündən Nuru ilə tapışmısansa işin düzəlib. 
-  Sən  belələrinə  əhəmiyyət  vermə,  -  Nuru  məsləhət  verdi,  -  ağızların  tutsan  başqa  yerindən  səs 
çıxaracaq… 
Bir  neçə  dəqiqə  keçdi,  müavinlər  də  yeməkxanaya  daxil  oldu-lar.  Yenə  onları  görcək  zabitlər  və 
nəzarətçilər zal boyu bütün yemək-xanaya nəzarətedici nizamla düzüldülər. 
Zampalit  ön  cərgədə  əyləşib  balandasını  yeyən,  tökülüb-itən,  üz-gözündən  ilk  baxışda  yazıqlıq  yağan 
məhkuma  tamaşa  edirdi.  O,  balandasını  yeyib  qurtarmışdı  ki,  zampalit  yeməkxanada  işləyən  məhkumlardan 
birinə göstəriş verdi: 
- Kömək et, İntizama əlavə yemək və çörək versinlər, növ-bəsiz. 
Təcili  zampalitin  göstərişi  yerinə  yetirildi.  İntizam  sevinə-sevinə  yeməyə  girişmək  istəyirdi  ki, 
zampalitin səsini eşitdi: 
- İntizam, əvvəl Allaha dua et, sonra, -  İntizam qaşığı buraxıb əllərini göyə qaldırdı, dua edirmiş kimi, 
dodağının altında özünəməx-sus qəribə səslə mızıldandı. 
- Hə, indi ye. Eşidirsən, kim səni “Çandriko” çağırsa mənə deyərsən, yaxşı? 
- Baş üstə, qadan alım, baş üstə, - İntizam mızıldadı. 
Zampalit yaxınlıqda dayanıb İntizamı maraqla seyr edən Şəfiyə dedi: 
- Bunun beləliyinə baxma. Arada elə qəribə sözlər deyir ki, mat qalırsan. 
- Nə üstündə tutulub? 
- Pul yeyib. Ali təhsilli mühasib olub - buxalter. 
Şəfinin təəccübdən gözləri böyüdü: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
26 
 
- Bəs niyə özünü bu günə qoyub? 
- Yəqin tülkülük edir. 
Yeddinin  yarısında  müavinlər  yeməkxanadan  çıxdılar.  Onla-rın  getməsini  gözləyirmiş  kimi,  Cəbrayıl 
son tikələrini udan İntiza-mın başının üstünü kəsdirdi: 
- Sənin adın nə oldu? 
İntizam Cəbrayılı görcək daha da yazıqlaşdı: 
- Çandriko. 
- Ay sağ ol, Çandriko. Yeyib qurtardın, indi çıx bu yana, - onu yerindən durğuzub, aralığa gətirdi, - bir 
dənə bizimçin “indey-ski” oxu, ya da Əsli-Kərəmi. 
İntizam oxuyurmuş tək mızıldamağa başladı. 
- Yox, bu oxumaq deyil, - Cəbrayıl razılaşmadı, - dünən bun-dan yaxşı oxuyurdun. 
İntizam  birtəhər  başını  qaçırmaq,  onu  əhatə  edənlərdən  canını  qurtarmaq  istəyirdi.  Dəstə  rəisi  Akif 
dözmədi: 
-  Ə,  siz  Allah,  buraxın  itilib  getsin.  Evimizə  bir  hovur  tez  get-məyin  dərdini  çəkməkdən,  gör  nəynən 
başıvızı qatırsız. Maraqlanın, bəlkə rəhmləri gəlib, on dəqiqə tez buraxdılar. 
- Yaxşı, onda siqnal verə-verə gedirsən, - Cəbrayıl İntizam-dan əl çəkmirdi, - qapıdan çıxana qədər. Hə, 
getdin. Siqnal, siqnal, bərkdən. 
Zabit və nəzarətçilər özlərini gülməkdən saxlaya bilmirdilər. 
- Bibip - bibip - bibip, - İntizam yeməkxanadan çıxıb canını qurtardı. 
Artıq  boşalmış  yeməkxanada  dayanmağa  heç  kəsin  qərarı  gəlmədi.  Hamı  həyətə  çıxıb  işdən  çıxmaq  üçün 
yuxarıdan - ikinci mər-təbədən veriləcək işarəni gözləyirdi. 
Saat  yeddiyə  beş  dəqiqə  qalmış  Bəhram  müəllim  eyvanda  göründü.  Dəstə  rəisləri  Nurunu  qınağa 
çəkmişdilər. 
- Belə obşaklık olar? Başqa vaxt bir xəbər olanda hamıdan qabaq qaçırsan Bəhram müəllimin yanına. Nə 
ağzına su alıb durmu-san, düş qabağa, dillən, icazə al, çıxaq gedək xarabamıza. 
Nuru çarəsiz qalıb üzünü zampalitə tərəf tutdu: 
- Bəhram müəllim, millət “aminist” istəyir. 
Zampalit özünəməxsus tərzdə əlini tərpədib dedi: 
- Gedin. Bəxtiniz gətirib, rəis nazirliyə gedib. 
Zabitlər növbədə qalan yoldaşları ilə sağollaşıb sevincək çöl qapısına tərəf yollandılar. 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə