www.kitabxana.net
– Milli Virtual Kitabxana
13
- On iki. Siqaret çəkirsən?
- Xeyir, çəkmirəm.
- Düz edirsən, - siqaretini alışdırdı, - mən də sən yaşda olanda çəkmirdim. Sonra adamı gic eləyən
vəziyyətlərə dözümlü olmaq üçün dözə bilmədim, çəkdim.
Qapı döyüldü.
- Gəl.
Orta yaşlı bir kişi qapını açdı.
- Sabahın xeyir, rəis. Necəsiz?
- Sağ ol, Əhməd.
- Mən lazımam?
- Əhməd, hamıya xəbər eylə, səliqə sahmana fikir versinlər, rəis “obxoda” çıxacaq. İndi özüm də gəlirəm.
Çayın varsa, bizə bir stə-kan çay ver.
- Termosu göndərərəm. Başqa qulluğunuz?
- Sağ ol. Sən canın “üzdəniraqları” gözdən qoyma, üstlərində ol, tualetədək hər yeri parıldatsınlar.
- Yaxşı, rəis, - Əhməd qapını örtüb getdi.
- Üzdəniraqlar rejimi pozanlardır? - Şəfi maraqlandı.
- Xeyr, cəmiyyətin pozulmuş adamlarıdı. Onlar daxili, mənəvi, əxlaqi deformasiyaya uğradıqlarından,
cismani deformasiya-ya da məruz qalıblar. Yəni “mavi”lərdir və ya belə də demək olar, rəis demişkən “müəssisənin
qızları”. Yaxşı yadıma düşdü, deyim, sonra gec olar. Tanımadığın məhkumla əl verib görüşmə. Bu işçilər arasında
yaramazlar var, səni məsxərəyə qoymaq üçün bir üzdənirağı gön-dərərlər, gəlib sənlə əl verib görüşər. Nəbadə
belə şeyə yol verə-sən. Sonra, bu zonda işləyə bilməyəcəksən. Yadda saxla, üzdəniraqla əl ilə görüşmək olmaz.
Qapı sakitcə aralandı. Arıq, uzun, üzündən uşaqlıq cizgiləri getməyən məhkum bir əlində termos,
digərində iki stəkan-nəlbəki içəri daxil oldu. Çay süzdü, sonra:
- Cəbrayıl müəllim, başqa qulluğunuz olsa çağırın, - deyib otaqdan çıxdı.
- Bəs bu kimdir? - Şəfi soruşdu.
- Bu “şusturyakdı”. Bayaqkı məhkumun - Əhmədin şusturya-kıdır. Sən otur, çayını iç, mən bir fırlanım,
“obxod” edim, bunlara çox arxayın olmaq olmaz, gedim özüm yoxlayım.
Cəbrayıl dəhlizə çıxdı. Şəfi təklikdə otağa daha diqqətlə nəzər yetirdi. Stolun küncündə xeyli kitab-
dəftər üst-üstə qalaqlanmışdı. Divar qəzeti ötən bayramdan qalan idi. Çarpayının üstünə sərilmiş adyalın rəngi
bozarmışdı. Otaq adama cansıxıcı gəlirdi. İstər-istəməz azad dünyadan kənar olduğun duyulurdu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
14
Şəfi darıxan kimi oldu, ayağa durub pəncərənin önünə gəldi. Xeyli uzaqdan yanbayan düzülən doqquz
mərtəbəli evlər görünürdü. Bir qədər aralıda isə meşənin kənarındakı şossedə sürətlə maşınlar şütüyürdü. Elə bil
yaşadığın dünyaya kənardan, başqa dünyadan baxır-dın.
Pəncərənin altından, binadan iyirmi metr aralı nəzarət iz zolağı keçirdi. Əvvəlcə cırğa boyu adam
hündürlüyündə tikanlı məftil uzanırdı. Məftildən sonra üç metrdən çox enlikdə toz kimi narın şumlanmış torpaq
sahəsi gəlirdi. Sahənin ətrafı boyu dörd metrədık hündürlükdə, üstü tikanlı məftillərlə örtülü, qalın daşdan hörülmüş
divar müəssisəni azadlıqdan ayırırdı. Bu divardan beş-on metr aralı daha hündür taxta hasar qurulmuşdu. Hasarların
arası ilə çiyinləri avtomatlı əsgərlər gəzişirdi. Əslində bu hasarlar azad dünya ilə məhbəs həyatının arasında sərhəd
idi, dövlət sərhəddindən də ayıq-sayıq qorunan sərhəd.
Dəhlizdən Cəbrayılın acıqlı səsi gəlirdi: “Adama nə qədər deyərlər, nə qədər başa salmaq olar, gərək bir
biz alıb bir-bir bizləyə-sən ki, hərəkətə gələlər. Tualetə heç kimi qoyma, getsinlər həyətə, cəld olun, gəlib məni
danlasalar, sonra mən bilirəm sizinlə necə rəf-tar edəcəyəm.”
Cəbrayıl qanıqara otağa qayıdanda Şəfi soruşdu:
- Nə olub, nədən əsəbiləşmisən?
- Qardaş, bizim günümüz belədi. Səhərdən başlayır haray-qışqırıq, qanqaraçılıq, axşamadək. Bunlarla
başqa cür mümkün deyil. Biri anlayır, üçü özünü qoyur anlamazlığa, gərək gedib eşşəyi biz-ləyən kimi
bizləyəsən ki, bulaşdırıb üstündə oturmasınlar. Yoxsa rəis gəlib səni danlayacaq ki, niyə səliqə-sahman yoxdur.
Nə qədər qış-qırmaq, əsəbiləşmək olar, inan Allaha, axır vaxtlar ürəyimdə san-cılar olduğunu hiss edirəm. Belə
getsə pensiya-filan gözləməyə-cəyəm, atıb işi gedəcəyəm. Bir parça çörəyi harda olsa Allahım yeti-rəcək, guya
ki, burada qazancım başdan aşır. Əksinə, ömrüm puç olub gedir yaramazlar arasında.
- Cəbrayıl, - Şəfi onun sözünü kəsdi, - düzünü desəm mən bura qazanc dalınca gəlməmişəm, belə
məsləhət bildilər ki, bu sahədə gözübağlı qalmamaq üçün, gərək müəyyən müddət kalonda çalışasan. Amma
bayırda, adamlarda belə təəssürat var ki, burda işlə-yənlər pul içində üzürlər.
- Ölmüşdü Əliməmməd, qoysun özündən savayı kimsə qa-zansın. Bax mənim dəstəmdə kaptorqşik deyilən
yer var. Məhkumların əşyaları, evdən göndərilən ərzaq burada saxlanılır. Əvvəl ora baxan evə buraxılıb, neçə vaxtdır
yer boşdur. Müvəqqəti Əhmədə tapşırmışam, o baxır. Özün gördün, hər iclasda Bəhram müəllim məndən soruşur ki,
adam tapmısan? Rəis də deyir işləmirsiz. Adamı haradan tapım? Elə qiymətə yaxın duran tapa bilirlər tapsınlar,
onsuz da ordan mənə çatacaq bir şey yoxdur. Nə deyim özün işlədikcə hər şeyi öyrənəcəksən, görə-cəksən.
Otağa iki leytenant daxil oldu:
- Rəis, necədi işlər?
- Sağ olun, - Cəbrayıl eyni ahənglə cavab verdi, sonra Şəfiyə, - tanış ol, bu yoldaşlar bizim mərtəbənin
operləridir, yəni əməliyyat işinə nəzarət edirlər.
Ucaboy leytenant - Fazil, ondan az gödək isə - Gəray, - deyə-rək özlərini təqdim etdilər.
- Əyləşin, çay için, - Cəbrayıl sözünə davam etdi.
- Yox, içmirik.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
15
- Salamatlıqdımı? Sözünüz, qulluğunuz var? Lazımdırsa bara-kı aylanaq?
- Aylanmışıq, - Fazil cavab verdi, - yaxşıdır, səliqə-sahman qaydasındadır. Axşam baş verən “çepe” ilə
bağlı Ağarəhimi axtar-dım, harasa çıxıb, onu mənim yanıma göndərərsən.
- Oldu. Obxoddan sonra göndərərəm. Arxayın ol.
Əməliyyatçılar gəldikləri qaydada bir an içində otaqdan çıx-dılar. Cəbrayıl səsini kimsə eşitdəcəkmiş
kimi, az qala pıçıltı ilə Şəfiyə dedi:
- Bunlardan özünü qoru, ehtiyatlı ol ha... Mən baxıram, sən yaxşı oğlansan, xətrini istəyib deyirəm.
Birdən gedib özlərinə deyər-sən.
- Nə danışırsan, Cəbrayıl, sən məni nə hesab edirsən? - Şəfi incidi.
- Sənə qəribə gəlməsin. Burda adətdir, çoxu görüşəndə ağız-ağıza öpüşür, arxada isə bir-birlərinin ağzını
söyürlər. Ən qorxuluları isə operlərdir. Hamısını demirəm, aralarında yaxşıları olsa da, işləri-nin xətrinə hər
yola əl atanlar da var. Məhkumdan sözləri qurtaranda, başlayırlar zabitlərdən çuğulluq etməyə.
Əhməd qapıda görsəndi:
- Rəis, Əliməmməd müəllim aşağı mərtəbələrdədir, indi bura qalxacaqlar.
- Belə et, sən olan-qalanı çıxart həyətə, barakda heç kim qalmasın, biz də gəlirik.
Cəbrayıl yerində otura bilmədi:
- Şəfi, furajkanı götür, çıxaq Əliməmmədin qabağına, xoşuna gəlir onu qarşılayanda.
Onlar dəhlizə çıxıb baraklara yollandılar. Barak səliqəsiz əsgər kazarmasına oxşayırdı. Böyük zalın sağ və
sol tərəflərində iki cərgə iki-mərtəbəli çarpayılar düzülmüşdü. Çarpayıların baş tərəfində, aralarda tumbalar və
müxtəlif cür düzəldilmiş alçaq stollar gözə dəyirdi. Barakda bir neçə məhkum vurnuxurdu. Cəbrayıl onları görüb
açıqlandı:
- Ay balam, neçə kərəm deyərlər, yerini qaydaya salmısan, çıx get də həyətə, nə qurtdalanırsan, özünçün
“priklyuçeniye” axta-rırsan, gəlib bir “zameçaniye” tapıb bassınlar karsa səni. Yeri get, obxod qurtarandan
sonra gəlib işini görərsən.
Barakdan qayıdıb pilləkənlərə tərəfə gəldilər ki, rəisin gəlib-gəlmədiyini öyrənsinlər. Elə bu an rəis, iki
müavini, əməliyyat rejim şöbəsinin iki əməkdaşı, rəisin növbə köməkçisi, həkim və daha bir neçə nəzarətçi
mərtəbənin girəcəyinə varid oldular. Cəbrayıl və Şəfi farağat vəziyyətini alıb, hərbi təzim etdilər.
- Cəbrayıl, - rəisin gur səsi dəhlizə yayıldı, - ə, bu camaat sən-dən şikayət edir ki, qışqırığından barakda
otura bilmirik. Qışqırmaq-la iş düzəlsəydi nə dərdimiz. Bir aydır zampalitlə baş sındırırsız, bir kaptorqşik tapa
bilmirsiz. Belə qalsa özüm məşğul olacağam. Sonra orda-burda ağzıvızı Allah yolunda qoyub deyib gəzirsiz ki,
Əliməm-məd adam dolandırmır.
Rəisin əhval-ruhiyyəsi yaxşı idi, o danışdıqca ətrafındakılar, xoşbəxtcəsinə gülümsəyirdilər. Onun
sözləri canlarına yağ kimi yayı-lırdı. Rəis barakın yarısından geriyə döndü.
Dostları ilə paylaş: |