The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 4,97 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix18.06.2018
ölçüsü4,97 Kb.
#49799
1   2   3   4   5   6   7   8   9   10   ...   52

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
22 
 
Saat beşin yarısı idi. Əvvəlcə müəssisənin hər tərəfində eşidi-lən uzun-uzadı zəng səsi gəldi. Zəng səsi 
kəsilən  kimi  məhkumları  axşam  yoxlamasına  haylayan  nəzarətçilərin  səs-küyü  yaşayış  sahəsi-nin  həyətini 
bürüdü. 
Cəbrayıl nəzarətçilərin səs-küyünü eşitcək yerindən qalxıb üst-başını qaydaya saldı. Furajkasını götürdü. 
- Hazırlaş, çıxaq camaatı yoxlamaya tələsdirək. 
- Mən hazıram, - Şəfi furajkasını başına qoydu, - getdik. 
Onlar  otaqdan  dəhlizə  çıxdılar.  Cəbrayıl  dəhlizin  o  başında,  barakın  qarşısında  toplaşmış  məhkumlara 
tərəf çevrilib qışqırdı: 
- Nə yığışmısınız ora? Yoxlama sizə aid deyil? Yoxsa xüsusi dəvət lazımdır? 
Cəbrayılın  harayından  sonra  barakdan  çıxanların  sayı  artdı.  O,  barakın  içərilərinə  yeriyib  harayına 
davam etdi: 
- Tez olun, ləngiməyin, kimsə yatıb qalmasın. 
Həyətboyu  başları  qırxıq,  qara  paltarlı,  gündən  qaralmış  insan  seli  müəssisə  rəisinin  növbətçi 
köməkçisinin otağının qarşısındakı meydana axışırdı. 
Saat  beşədək  bütün  məhkumlar  dəstələr  üzrə  sıra  ilə  düzülüb  durmuşdular.  Hər  dəstənin  qarşısında  öz 
rəisi  dayanmışdı.  Növbətçi  otağının  qabağında  rəhbərliyi  təmsil  edən  müavinlər,  şöbə  rəisləri  dayanıb, 
yoxlamaya  ümumi  nəzarət  edirdilər.  Növbətçinin  müşayiəti  ilə  səliqəli  geyinmiş  məhkum  bir  əlində  stul, 
digərində  dördkünc,  qutuya  bənzər  çamadan  gətirdi.  Bir  qədər  kənarda  əvvəl  stulu,  sonra  da  stulun  üstünə 
çamadanı  qoyub  açdı.  Çamadanın  içərisi  cərgə  ilə  düzülmüş  kartoçka  ilə  dolu  idi.  Kartoçkalarda  məhkumun 
şəkli, adı, familiyası, cəzasının müddəti qeyd olunmuşdu. 
-  Dəstə  rəisləri,  gəlin  kartoçkaları  götürün.  Nəzarətçilər,  siz  də  kömək  edin,  -  növbətçi  uca  səslə  elan 
etdi. 
Kartoçkalar paylanandan sonra yoxlamanın başlanması üçün rəisdən icazə almaq lazım idi. 
Şəfi  rəhbərliyi  təmsil  edənlərin  yanında  durmayıb,  izdihamın  önündə,  növbətçinin  yaxınlığında  qərar 
tutdu. Artıq səhərdən zona təzə dəstə  rəisinin  gəlməsi  xəbəri  yayılmışdı. Odur ki, bütün dustaq-lar ona diqqət 
edir, gözləri ilə yeyirdilər. 
Şəfi  ömründə  heç  vaxt  bu  qədər  adamın  -  mindən  artıq  məh-kumun  qarşısında  dayanmamışdı.  Qara 
insan kütləsinə baxdıqca az qala gözləri qaralırdı. Minlərlə göz ona baxırdı. Bu gözlərin çoxunda onun duruşuna, 
əynindəki formasına qarşı sözlə ifadə edilməyən acıq, gizli nifrət, istehza duyulurdu. Bu gözlərə baxmaq çətin idi. 
Şəfinin ürəyi gözü ilə aldığı saysız-hesabsız mənfi emosiyalardan ani sıxılsa da, özünü itirmədi. Elə bil, kimsə 
ona daxilində “qurddan qorxan meşəyə girməz” məsəlini xatırlatdı. Əslində onun müəssisədə işləyə bilməsinin 
əsası  elə  bu  saniyələrdə,  dəqiqələrdə  qoyulurdu.  Ona  görə  də,  baxışlarını  daha  da  ciddiləşdirib  gözlərini 
çəkmədən,  bayaqdan  ona  saymazyana  baxanların  gözlərinin  içinə  nəzər  saldı.  Ciddi  nəzərlərdən  sarsılanları 
görüncə, Şəfi qəlbində ilk sınaqdan uğurla keçdiyinə görə rahatlıq tapdı. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
23 
 
Ehtimala görə axşam yoxlamasında rəis iştirak edəcəkdi. Ancaq, məlum oldu ki, rəis işinin çoxluğundan 
gəlməyəcək  və  axşam  yoxlamasına  başlamağı  göstəriş  verib.  Bunu  biləndə  növbətçinin  qalın,  zəhmli  səsi  hər 
tərəfə yayıldı: 
- Oxu-yun! 
Dəstə  rəisləri  əllərində  saxladıqları  kartoçkalarda  adı  və  fami-liyaları  ucadan  oxuyur,  adları  çəkilən 
məhkumlar  irəli çıxıb, onun qarşısından keçərək,  yaşayış sahəsinə  istiqamətlənəndə  həmin kartoç-kanı  çevirib 
arxaya yerini dəyişirdilər. Hamını yoxlayandan sonra kartoçkalar yenidən dördkünc çamadana yığıldı. Növbətçi 
kartoçka-ları qaytaranlara xəbərdarlıq etdi: 
- Əldə və cibdə qalan kartoçkaları unutmayın. Olmayanların kartoçkasın mənə verin. 
On dəqiqə keçmədi, bir qrup məhkumdan savayı meydan demək olar ki, boşalmışdı. Yoxlama başlanandan 
“zampaliti” və şöbə rəislə-rini başına yığıb nə isə müzakirə edən müavinin qınayıcı səsi eşidildi. 
- Ə, “qızlar” niyə qalıblar? 
Növbətçi nəzarətçilərdən birinə acıqlandı: 
- Üzdəniraqları yoxlamağı sənə tapşırmışdım axı, nəyi gözlə-yirsən? 
Meydanın  aşağı  başında  yalnız  üzdəniraqlar  qalmışdı.  Onları  tez  yoxlamaq  olmazdı.  Onların  borcu  hər 
yerdə hamıdan sonra axıra qal-maq idi. 
Şəfi  sezilməz  maraqla  yüzə  yaxın  fərqli  məxluqu  bir-bir  nəzərdən  keçirdi.  İlk  baxışdan  o  biri 
məhkumlardan  ayırd  etmək  çə-tin  olan  bu  insanlar  heç  də  Aydan  gəlməmişdilər.  Müəssisənin  bütün  ağır  və 
çirkli işlərini görən binəvalar ən çox tökülüb itən, köhnəlik-dən əskiyə dönən, rəngi solmuş kirli paltarları ilə 
bir-birlərinə  oxşa-yırdılar.  Bir  də  onların  gözündə  vüqardan  əsər-əlamət  görünmürdü.  Malik  olduqları 
eyiblərinin  ağırlığını  ürəklərində  hiss  etdikləri  üçün  günahkar,  həm  də  ətrafdan  incimiş  baxışlarla  baxırdılar. 
Sanki, hər an alçaldılmağa və təhqir olunmağa hazır idilər. 
Cəbrayıl dəstəsini  yoxlayıb kənarda  dayanıb  yoxlamanın bit-məsini  gözləyirdi. Şəfi  ona tərəf addımladı, 
üzdəniraqlara işarə edərək soruşdu: 
- Hamısı burada “xoşbəxt” olub, yoxsa... 
- Burada olanı  da var, çöldən gələni  də. Bunlar  rəsmi  hesab edilənlərdir. Bir bu qədər də  gizlin qalanı 
var, - Cəbrayıl əlini havada yellətdi. 
Nəzarətçi  üzdəniraqları  yoxlayıb  qurtarandan  sonra  kartoçka  çamadanı  bağlandı.  Növbətçi  müavinə 
məruzə etdi. Müavin hər şeyin öz qaydasında başa çatdığını görüb, yoxlamanı qurtarmış sayaraq idarəyə tərəf, 
qalanlar da hərə öz iş yerinə yönəldilər. 
 
*** 
 


Yüklə 4,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə