TəSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə16/22
tarix26.09.2017
ölçüsü491,17 Kb.
#1571
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T.t.IX.3  Şagird aləmi çoxrəngli ideya mənbəyi kimi tanıyır və əsərdə təsvir  

 

edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

ideya və əhval-ruhiyyələri ifadə etmək üçün mövzular seçir

onun üçün maraqlı olan bir neçə hadisəni sadalayır və əsərdə təsvir edir



digər fənlərdə keçilən materialdan ideyalar götürür və onları əsərində təsvir edir

öz emosiyaları və təəssüratları əsasında mövzu seçir və əsərdə təsvir edir



dünyada baş verən ən müasir əhəmiyyətli hadisəni əsərdə təsvir edir



T.t.IX.4    Şagird müxtəlif növ işləri planlaşdırır və yerinə yetirir

Nəticə əldə edilmişdir, əgər şagird:

işin yerinə yetirilməsinin optimal vaxtını və yerinə  yetirilənlərin sayını planlaşdırır 

məsələnin spesifikasından irəli gələrək, işin ardıcıllığını/funksiyalarını/məsələlərini müəyyən 



edir


yerinə yetirilən işə hər hansı bir material ehtiyatlarını və həmin ehtiyatların axtarılmasını 

planlaşdırır 



paltarın, mebelin, müxtəlif əşyaların eskizlərini yaradır (qrafiki, kompüter, kollaj texnikası 

ilə) 



interyeri (məktəb otağı, məktəbin idman zalı, öz otağı), eskizləri yaradır

məktəbin xarab olmuş inventarını təmir edir



kompüter texnikasından istifadə edərək dəvətnamələr və təbrik məktublarının eskizləri, 

eləcə də ziyafət və teatral tamaşaların afişalarını  yaradır



ziyafət və teatral tamaşaları üçün sadə dekorasiya və kostyum eskizlərinin şəklini çəkir və 

onları tikir



konstruktor sxemləri və detallardan istifadə etməklə sadə elektrik oyuncaqları qurur



 



İstiqamət: Kommunikasiya və şərh      

T.t.IX.5  Şagird fərdi və qrup işlərini təqdim edir, əldə edilən biliyə      

 

əsaslanaraq incəsənət əsərini təhlil edir və izah edir ki, onda konkret  

 

üsul və material hansı məqsədlə istifadə edilibdir.

Nəticə əldə edilmişdir, əgər şagird: 

konkret əsəri onda göstərilən peşəkarlıq və yaradıcılıq yanaşmasına əsasən qiymətləndirir

T. T. İ.IX - 2




Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

özünün və başqalarının işlərində oxşarlıq və fərqləri və onda istifadə olunan bədii üsulları 

müzakirə edir 



özünün/və ya başqalarının işləri haqqda söhbət edir və sübut edir ki, niyə onlardan birinə 

üstünlük verib



seçilən meyarlara əsasən əsərləri qiymətləndirir



T.t.IX.6  Şagird anlayır ki, incəsənət dünyagörüşünün  ifadə edilməsi və  



 

kommunikasiya  vasitəsidir.

Nəticə əldə edilmişdir, əgər şagird: 

hər hansı bir tarixi mərhələnin incəsənət əsəri ilə tanışlıq nəticəsində hansı informasiyanı 

əldə etdiyi (məs. qədim yunan incəsənətinin, yunan xalqının həyatının tanışlığı ilə nə anladı) 



barədə söhbət aparır

kommunikasiya və təsir vasitələri kimi konkret nümunələr əsasında incəsənət haqqında 

müzakirələr aparır 



eyni  bir  material,  alətlər  və  prinsipin  necə  olmasını,  yaxud  da  müxtəlif  mərhələ  və 

mədəniyyətdə fərqli məqsədlərə çatmaq üçün necə olduğunu təsvir edir və ya ehtimallar 



söyləyir.

İstiqamət: İncəsənət əsərinin kontekstdə ifadə edilməsi 

T.t.IX.7  Şagird müxtəlif dövr və üslublu əsərləri tanıyır və bir-biri ilə    

 

müqayisə edir

Nəticə əldə edilmişdir, əgər şagird:   

 

müxtəlif dövr və üslublu əsərlərin oxşar və fərqli əlamətlərini adlandırır



Müxtəlif tarixi mərhələnin incəsənətini bir neçə xüsusiyyətlərə əsasən (üeslub, mövzu, janr) 

adlandırır



müasir incəsənətin bir neçə cərəyanının məşhur əsərlərini xarakterizə edir

 konkret əsərlərin nümunəsində oxşarlıq-fərqləri müzakirə edir, hansı ki, müasir və qədim 



incəsənət arasında mövcuddur

başqa-başqa rəssamın fərdi tərzini tanıyır və müzakirə edir

gürcü məşhur  kilsə memarlıq nümunələrini tanıyır və həmin dövrün digər ölkəsinin memarlıq 



abidələri ilə müqayisə edir

T. T. İ.IX - 3



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T.t.IX.8  Şagird konkret nümunə və incəsənət yaradıcılığında kontekstin  

 

təsirini araşdırır və izah edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

müxtəlif vizual elementlərə (paltar, əşyalar, nəqliyyat və s.) əsasən təsvir olunan dövrü 

təyin edir



konkret incəsənət yaradıcılığına və konkret əsərə təsir göstərən tarixi dövr və hadisələr 

haqqında informasiya toplayır və onları məruzə, əyani vəsait şəklində sinif yoldaşlarına 



tanış edir

bu və ya digər tarixi hadisənin hər hansı bir konkret əsərə göstərdiyi təsir haqqında müzakirə 

aparır


incəsənət xadiminin yaradıcılığının bir neçə konkret əsərinin nümunəsində  dövrün əks 

olunmasını (ideya və stilistik dövr əlamətləri) müzakirə edir



T.t.IX.9    Şagird Gürcüstanın başqa-başqa guşələrinin incəsənət əsərlərini  

 

araşdırır və onlar haqqında müzakirələr aparır.

Nəticə əldə edilmişdir, əgər şagird:

gürcü incəsənətində xalq yaradıcılığı ənənələrinin hansı üsullarla saxlanılmasını və 

mühafizə olunmasını müzakirə edir



gürcü xalq yaradıcılığının müəyyən bir sahəsinin əsərini başqa ölkənin eyni sahəli 

əsəri ilə müqayisə edir



Gürcüstanın  müxtəlif  guşələrinin  incəsənət  əsərləri  arasında  (memarlıq,  divar 

rəssamlığı və s.) oxşarlıq və fərqləri təhlil edir



T.t.IX.10 Şagird ictimai həyatda incəsənətin rolunu araşdırır.

Nəticə əldə edilmişdir, əgər şagird:

onun tərəfindən seçilən sahəyə müasir kommunikasiya vasitələrinin göstərdiyi təsiri təhlil 

edir



incəsənətlə əlaqədar peşələr və onların əhəmiyyətləri haqqında söhbətlər aparır

ona tanış olan incəsənət xadimlərini və onların cəmiyyətin həyatında rolunu müzakirə 



edir


 şəhərin/ölkənin həyatında muzey və qalereyaların rolu haqqında söhbət aparır

T. T. İ.IX - 4




Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə