Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə10/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   6   7   8   9   10   11   12   13   ...   46

24
Hazır məhsulun hər növü üzrə normativdən yuxarı qalıqların yaranması sə-
bə bini,  müddətini, tərkibini təhlil etmək üçün analitik və anbar uçotu məlumat-
la rından, satış şöbəsinin, marketinq xidmətinin operativ məlumatlarından istifa-
də olunur. Bazarın genişləndirilməsi və ya yeni bazarların tapılması üçün maya 
dəyərinin aşağı salınması, keyfi yyətinin və  rəqabət qabiliyyətinin yüksəlməsi, 
əksər müəssisələrdə bitməmiş istehsal dövriyyə aktivlərində böyük xüsusi, paya 
malikdir. Bitməmiş istehsal qalığının çoxalması bir tərəfdən istehsalın geniş-
lənməsi, digər tərəfdən istehsal tsikli dövrünün uzanması ilə bağlı olaraq dövriy-
yə sürətinin aşağı düşməsinə gətirib çıxarır. İstehsal tsikli davamlılığı müddəti 
(M
i.t
) məhsulun istehsal olunduğu dövrə bərabərdir.
M
i.t 
=
 
Cədvəl 5
Ötən il Hesabat ili
İstehsal olunmuş məhsulun faktiki maya dəyəri, min manat 64340
84168
Bitməmiş istehsalın orta qalığı, min manat
3258
3942
İstehsal prosesi müddəti (gün hesabı ilə)
18,2
16,9
Verilmiş müəssisələrdə dövriyyə aktivlərinin istehsal prosesini keçməsi 
döv rü  ötən illə müqayisədə 1,3 gün azalmışdır. Bundan başqa, istehsal prosesini 
məhsulun hər bir növü üzrə təhlil etmək və onun dəyişmə amillərini təyin etmək 
lazımdır. İstehsal tsikli müddəti onun intensivliyi, texnologiyası, istehsalın təş-
ki li, material-texniki təchizatı və digər amillərdən asılıdır. Onun ixtisarı müəs si-
sənin işgüzar fəallığının yüksəlməsindən xəbər verir. 
§11. Müəssisənin material ehtiyatları ilə təminatının təhlili
Satış qiymətləri bazarlarda formalaşan və istehsal müəssisələri tərə fi ndən 
ida rə edilməyən indiki bazar iqtisadiyyatı şəraitində müəssisələrin zərərlə işlə-
məsi ilk növbədə reallaşdırılan məhsul, iş və xidmətlərin maya dəyərinin yüksək 
olması ilə əlaqədardır. Bir halda ki, məhsul, iş və xid mət lər istehsalına məs rəfl  ə-
rin 60 faizindən çoxu material məsrəfl ərinin payına düşür, deməli, sənaye mü əs-
 sisələrinin zərərlə  işləməsinin səbəblərini və  mən  fəətin çoxaldıl masını  tə min 
edən ehtiyatları material təchizatı  və mate rial lardan istifadə prosesində ax tar-
maq, bu prosesləri təhlil etməklə aşkar lamaq  lazımdır.
Şərh olunanlardan aydın olur ki, fəaliyyətdə olan sənaye müəssi sə lə rində 
məh sul  (iş  və xidmətlər) istehsalı üzrə planın yerinə yetirilməsi və ba zarın 
tələbinə uyğun olaraq istehsal miqyaslarının genişləndirilməsi, habelə onların 


25
mən fəətlə işləməsi ilk növbədə istehsalın material resursları ilə təc hiz  olunması 
və onlardan effektli istifadə dərəcəsindən bilavasitə asılıdır. He sabat material-
larından göründüyü kimi, sənaye müəssisələrində boş da yan maların çox hissəsi 
material resurslarının çatışmazlıqları ilə əla qə dardır.
Maddi istehsalın bütün sahələrində material qıtlığı ilbəil artan, xarici ölkə-
lər dən, həm də uzaq xarici ölkələrdən baha qiymətlərlə idxal edilən ma terial 
resurslarının payı yüksək olan indiki şəraitdə fəaliyyətdə olan istehsal müəs si sə-
lərinin material resurslarına olan tələbatın ödənilməsi ekstensiv, yə ni daha çox 
material resursları əldə etmək, ya xud hazırlamaq, ya da in tensiv, yəni mövcud 
ma terial  resurslarından məhsul (iş, xid mət) istehsalı proseslərində qənaətlə isti-
fadə yolu ilə təmin etmək müm kündür.
Bazar rəqabəti yüksək keyfi yyətli, baha başa gələn material resurs larından 
istifadə etməklə daha tez, həm də istehsalçı üçün sərfəli qiy mətlərlə real laş dı-
rılan, unikal məhsul istehsalı miqyaslarını genişləndirməklə avans edilən  ka pi ta-
lın dövr sürətinin yüksəldilməsini tələb edir. Materialın qiyməti ilə  müqa yi sə də 
ondan hazırlanan hazır məhsulun yüksək satış qiy mətləri ilə reallaş dı rıl ması, 
habelə istehsal prosesində xammal və material lardan qənaətlə istifadə  məh  sul 
istehsalının effektli çoxaldılması deməkdir.
İndiki idarəetmə sistemində material resurslarına qənaəti və onlardan səmə-
rəli istifadəni təhlil edən təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və onla-
rın səfərbər edilməsində iqtisadi təhlil həlledici rol oynayır. Bu sahədə təhlilin 
qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
• material təchizatı planının reallığını təyin etmək;
• material təchizatı üzrə planın yerinə yetirilməsi və təchizatın ahəngdarlığını 
təyin etmək;
• materiallardan istifadənin məhsul (iş, xidmət) buraxılışının həcminə, key-
fi y yətinə, maya dəyəri, mənfəət və rentabellik göstəricilərinə təsirini təyin 
etmək;
• material resurslarından effektli istifadəni qiymətləndirmək;
• material resurslarından qənaətlə istifadəni təmin edən təsərrüfatdaxili ehti-
yatları aşkara çıxartmaq və onların səfərbər edilməsini təmin edən konkret 
təd birlər planı hazırlamaq.
Material təchizatı və material resurslarından istifadəni təhlil etmək üçün isti-
fa də olunan informasiya mənbələri bunlardır: material təchizatı planı, xammal 
və material alışına dair müqavilələr və sifarişlər, spesifi kasiyalar, resepturalar, 
M.t.t. şöbəsinin operativ məlumatları, cari və operativ uçot məlu matları, xammal 
və materialların daxil olması, istehsal istehlakı və qalıqlarına dair analitik uçot 
məlumatları, plan və hesabat maya dəyəri kalkulyasiyaları, material sərfi  norma-
ları və onlara edilən dəyişikliklərə dair məlumatlar, material anbarları müdir lə-
ri nin  hesabatları, material sərfi  limit ləri, udel material sərfi  limitləri, müəs si sə-


26
nin (təşkilatın) istehsal fəaliyyəti haqqında statistik hesabatı (forma 1-if), 
istehsalat müşavirələrinin materialları, keyfi yyət  şəhadətnamələri, eksper tiza 
ma te rialları, mütəxəssislərin raportları və i.a.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin apardığı tədqi qat la-
rın yekunlarına görə, ölkənin sənayesində maliyyə  vəsaitinin çatış  maz lığı ilə 
əlaqədar istehsalın artımını məhdudlaşdırın amillərin 50 faizi xammal və mate-
rial lar  əldə etmək üçün maliyyə  vəsaitinin istənilən sə viy yədə olmaması ilə 
bağlıdır. Fəaliyyətdə olan sənaye müəssisə lə rin də boş da yanmaların və tam gücü 
ilə işləməməyin başlıca səbəbi isə material re surslarının çatışmazlığı,  komp lek t-
sizliyi, təchizatın ahəng dar lığının pozul ması, resepturaların təmin olunmaması 
ilə izah olunur. 
Deyilənlərdən aydın olur ki, istehsal müəssisələrində məhsul (iş, xidmət) is-
tehsalı üzrə planın, o cümlədən müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilk 
növ bədə material təchizatı üzrə planın reallığından, faktiki yerinə yetirilməsi və 
təc hi zatın ahəngdarlığı, komplektliliyindən, müəssisə anbarlarında material eh-
ti yat larının miqdarı və strukturundan bilavasitə asılıdır.
Kifayət qədər yüksək ixtisaslı və peşə vərdişləri olan fəhlə kadrları, mü həndis-
texniki işçiləri olan, yüksək maddi-texniki bazaya malik sənaye müəssi sələrinin 
sayı çox olan Azərbaycan Respublikasında sənayenin inkişafı ilk növ bədə 
material təchizatı  və onun komplektliliyindən, habelə material tutumu az və 
bunun əksinə olaraq mate rial verimi yüksək olan məhsul çeşidlərinin mənim-
sənilməsindən bilavasitə asılı dır. Material təchizatının ahəngdarlığı  və komp-
lektliliyi bütün istehsal resursla rından səmərəli istifadəni təmin etməklə bərabər, 
istehsalın intensiv inkişafı üçün zəruridir. Material təchizatının ahəngdarlığı və 
komplektliliyi, müəssisə anbarla rında normativ miqdarda cari və mövsümi ma-
te rial  ehtiyatların yaradılması bütün istehsal resurslarından səmərəli istifadəni 
təmin etməklə bərabər, istehsalın intensiv inki şafı üçün də lazımdır.
Ölkə iqtisadiyyatının inkişafı elmi-texniki tərəqqinin nailiyyətlərindən isti-
fa də etməklə istehsalın intensivləşdirilməsi yolu ilə həyata keçirilən indiki şə ra-
it də istehsalın texniki səviyyəsinin yüksəldilməsi, yeni texnika və texnolo gi-
yaların tətbiqi istehsalın material təchizatının yaxşılaşdırılmasını, iş yerlərində, 
sexlərin anbarları və saxlanma yerlərində normativ tələbata uyğun material ehti-
yat larının yaradılması və onların komplektləşdirilməsini tələb edir.
Fəaliyyətdə olan müəssisələrin istehsal gücü daim artan indiki şəraitdə mate-
rial təchizatının ahəngdarlığı və komplektliliyi boş dayanmalardan olan itkilərin 
və digər qeyri-məhsuldar xərclərin azaldılması, istehsal miqyas larının genişlən-
di rilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün zəruridir.
Material təchizatı üzrə planın yerinə yetirilməsini təhlil etməzdən əvvəl təc-
hizat planının reallığını qiymətləndirmək lazımdır. Çünki material qıtlığı ilə əla-
qədar olaraq daha çox xammal ehtiyatları yaratmaq üçün səy göstərilən indiki 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə