Teserrufat fealiyetinin tehli



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə18/46
tarix20.09.2018
ölçüsü0,99 Mb.
#69423
1   ...   14   15   16   17   18   19   20   21   ...   46

44
ölkələrdə olduğu kimi, sürətləndirilmiş amortizasiya norma ların dan  istifadə et-
mək lazımdır.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 
26 de kabr tarixli, 827№-li Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məq-
sədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 20 fevral 
tarixli, 29№-li qərarı ilə “Beynəlxalq Mühasibat Uçotu Stan dartlarına keçmək 
məqsədi ilə Milli Mühasibat Uçotu Standartlarının 2003-2007-ci illərdə hazır-
lanması və tətbiqi üzrə PROQRAM təsdiq edilmişdir. 2003-cü ildə “Əsas və-
sait lərin uçotu” və “Köhnəlmənin (amortizasiyanın) uçotu” adlı beynəlxalq 
stan dartların tələblərinə cavab verən normativ sənədlərin hazır lan ması və tətbiqi 
işlərinin icrası Azərbaycan Respublikası Maliyyə Nazir liyinə,  İqtisadi  İnkişaf 
Nazirliyinə  və Dövlət Statistika Komitəsinə  həvalə edilmişdir. Bu normativ 
sənəddə əsas vəsaitlərlə təchiz olunmasını və onlardan istifadənin effektliyinin 
yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edən “lizinq” əməliy yatlarının uçotu 
(2004-cü ildə), quraşdırılası avadan lıqların uçotunun (2004-cü ildə) hazır lan-
ması, habelə “Mühasibat uçotu haqqında” yeni qanunda, “Uçot siyasəti haqqın-
da  əsasnamə”nin yeni layihəsində  əsas vəsaitlərdən istifadənin effektivliyini 
təmin edən bir sıra müddəaların daxil edilməsi nəzərdə tutulur.
Əsas vəsait obyektlərinin texniki vəziyyəti, məhsul, iş  və xidmətlər isteh salı 
üçün yararlılıq dərəcəsi, habelə bu göstəricilərə istinad etməklə hesablanan əsas 
və saitdən (fondlardan) istifadənin effektliyini xarakterizə edən göstəri cilərin on lara 
amortizasiyanın (köhnəlmənin) hesablanması dərəcəsindən çox asılıdır. Bu na görə 
də beynəlxalq uçot praktikasında əsas vəsaitlərdən effektiv istifadənin idarə edil-
mə sində amortizasiya məbləğ ləri nin  idarə edilməsinə xüsusi qayğı ilə ya naşılır.
Mühasibat uçotu prinsiplərinə uyğun olaraq istehsal prosesində uzun  müddət 
iştirak edən, öz natural formasını saxlayan və tədricən köhnələn əsas vəsaitlərin 
dəyərinin hazırlanan məhsulun (işin, xidmətin) üzərinə keçirmə prosesi amor-
tizasiya adlanır. Amortizasiya prosesinin əsas vəzifəsi qəbul edilən metod lara 
əsaslanaraq uzunmüddətli istifadədə olan maddi aktivlərin dəyərinin ehti mal 
olunan istismar dövrləri ərzində hesablanaraq xərclərə daxil etməkdən ibarətdir. 
Başqa sözlə desək, bu prosesdə qiymət ləndirmə yox, bölüşdürmə funk siyası hə-
yata keçirilir.
Bu funksiyanı belə şərh etmək olar:
•  birincisi, bütün uzunmüddətli istifadədə olan maddi aktivlərin məhdud is-
tismar müddəti vardır və bu müddət ərzində onların dəyəri istismarda oldu-
ğu bütün illər üzrə bölüşdürülməlidir;
•  ikincisi, uçotda istifadə olunan “amortizasiya” sözü aktivlərin  fi ziki köh-
nəl məsi və ya bazar qiymətinin aşağı düşməsi kimi yox, onların dəyə rinin 
sə mərəli fəaliyyət vaxtı müddətində silinməsi kimi başa düşülür;


45
• üçüncüsü, amortizasiya, aktivlərin dəyərinin qiymətləndirilməsi prosesi 
he sab  edilmir.  Qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olaraq 
mühasibat uçotu registrləri maya dəyərinin təyin edilməsi prinsiplərinə uy-
ğun aparıldığından amortizasiya qiymət səviyyəsinin dəyişməsinin indika-
to ru rolunu oynaya bilmir.
Beynəlxalq praktikada amortizasiya olunan aktivlərin amortizasiya məb lə-
ğinin müəyyən edilməsi aşağıdakı şərtlərdən asılı olaraq təyin edilir:
aktivlərin ilk dəyərindən;
• aktivlərin ləğv dəyərindən;
• amortizasiya dəyərindən;
• faydalı xidmətin nəzərdə tutulan müddətindən.
Aktivlərin əldə edilməsi, daşınması, quraşdırılması və istismara veril mə si  ilə 
əlaqədar xərclər onların ilkin dəyərini təşkil edir.
Faydalı xidmət vaxtının sonunda aktivlərin ləğvi ilə  əlaqədar gözlənilən 
xərc lər çıxıldıqdan sonra müəssisənin həmin aktivlərdən  əldə edəcəyi xalis 
məb  ləğ – ləğv dəyəri, amortizasiya olunan aktivlərin ilkin dəyəri ilə ləğv dəyəri 
arasındakı fərq isə amortizasiya dəyəri adlanır.
Əksər hallarda aktivlərin ləğv dəyəri az əhəmiyyətli olduğundan amor tiza-
siya dəyəri hesablanarkən nəzərə alınmır. Ləğv dəyərinin  əhəmiyyətli olması 
göz lənilən hallarda aktivlər əldə olunan andan onun hesablamada nəzərə alın-
ması tələb olunur.
Amortizasiya dəyəri, aktivlərin faydalı xidmət müddəti  ərzində müxtəlif 
me todların köməyi ilə hesablanaraq hər bir uçot dövrü üzrə bölüşdürülür.
Amortizasiyanın hesablanması metodlarını  şərti olaraq funksional və vaxt 
üzrə amortizasiya metodlarına bölmək olar. Aktivlərin xidmət vaxtının müddəti 
onun istismarının təsirindən asılı olduqda, funksional amortizasiya metodu, za-
man təsirindən asılı olduqda isə vaxt üzrə amortizasiya metodu tətbiq edilir.
Amortizasiya hesablanmasının beynəlxalq praktikada tətbiq olunan aşağı da-
kı konkret metodlarını göstərmək olar:
• Bərabər ölçüdə hesablama metodu;
• Qalığın azaldılması metodu;
• Məlumatların məbləği metodu;
•  Ədədlərin cəmi metodu.
Milli mühasibat uçotu praktikasında ancaq birinci metoddan istifadə edilir.
Bərabər ölçüdə hesablama metodu faydalı xidmət vaxtı müddətində sabit 
amortizasiya məbləğini hesablamaqla aparılır. Yəni amortizasiya olu nan dəyər 
aktivlərin istismar olunduğu müddət ərzində bərabər ölçüdə xərc lərə da xil edilir. 
Bu zaman müəyyən olunan amortizasiya norması dəyişməz qalır.
Qalığın azaldılması metodu aktivlərin faydalı xidmət vaxtı müddətində 
amor tizasiya  hesablanan  məbləğin azaldılmasını  nəzərdə tutur. Başqa söz lə 


46
de sək, hər bir növbəti hesabat dövründə amortizasiya dəyəri əvvəlki il üçün he-
sab lanmış amortizasiya məbləği qədər azaldıldıqdan sonra təyin olunmuş amor-
ti zasiya  normasına vurmaqla (həm də 100-ə bölməklə) hesablanır. Burada qəti 
müəyyən edilmiş tarifdən istifadə olu nur. Bu halda toplanmış amortizasiya 
məb ləğinin aktivlərin dəyərinə bə ra bər  ol ma ması nəzərə alınarsa, amortizasiyanı 
qey ri-müəyyən vaxta qədər hesab lamaq lazımdır. Bu zaman sonsuzluğun qarşı-
sını almaq üçün ak tivlərin gözlənilən istismar müddətinin sonuncu ildə he sab-
lanmalı olan amor tizasiya məbləği qalıq dəyərinə bərabər götürülür. Ona görə də 
bu pro sesə qalığın ikiqat amortizasiya normasında azaldılması metodu da de yi lir.
Məlumatların məbləği metodu aktivlərin mümkün məhsuldarlığı  və ya 
müm kün  istifadəsinə uyğun amortizasiya məbləğinin hesablanmasını özün də 
əks etdirir. Burada hesablanılan amortizasiya yalnız istismarın nəticə sinə uyğun 
ola raq  müəyyənləşdirilir, həm də burada vaxt amili heç bir rol oynamır.
Ədədlərin cəmi üzrə dəyərin silinməsi metodu, aktivlərin xidmət müd dətini 
he sablama  aparılan illərin cəminə bölmək və müəyyən edilən əmsalı obyektiv 
də yərə vurmaqla həyata keçirirlər.
Ədədlərin cəmi metodunda istifadə olunan göstəricini tez hesablamaq üçün 
aşağıdakı düsturdan istifadə edilir:
S=N´(N+1):2
Burada: S – ədədlərin cəmini;
N – nəzərdə tutulan xidmət müddətini göstərir.
Ədədlərin cəmi və qalığın azaldılması metodları sürətli amortizasiya me-
todları hesab olunur. Sürətli metodun mahiyyəti əsas vəsaitlərin  istis ma rının ilk 
dövrlərində hesablanmış amortizasiya məbləğinin ilk illərdə yarar lı lığı və məh-
suldarlığı sonrakı illərə nisbətən daha çox olduğundan köh nəl mə nin  çox  hissəsi 
həmin illərdə silinir.
Real təsərrüfat fəaliyyəti  ərzində amortizasiyanın hər hansı dövrdə he sab-
lanması; əsas vəsaitlərin istismar müddətinin və ləğv dəyərinin dəyiş məsi baza-
sın da  amortizasiya  normalarına yenidən baxılması; amortizasiyanı hesablamaq 
məqsədi ilə əsas vəsait obyektlərinin qruplaşdırılması; sürətli amortizasiya me-
tod larının qəbul edilməsi indiki idarəetmə sisteminin vacib məsələləri hesab 
olunur.
Əsas vəsaitlərin alınması, saxlanması, silinməsi və s. zəruri  əməliyyatları 
he  sabat  ilinin  müxtəlif aylarında baş verdiyindən və həmin dövrdə  amor ti za si-
yanın hesablanması lazım gəldiyindən istifadə olunan illik amortizasiya ayır ma-
ları  məbləğini dövri amortizasiya əmsalına vurmaq lazımdır. Dövri amor ti za-
siya hesablanması əmsalını müəyyənləşdirmək üçün əsas vəsait lərin  istis mar  da 
olduğu dövrü 12-yə bölmək lazımdır.
Amortizasiya normaları  əsas vəsaitlərin nəzərdə tutulduğu istismar müd-
dətinə uyğun olaraq təyin edildiyindən hesabat dövrü üçün hesablanmış amor-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə