15
perspektiv ehtiyatlara bölünür. Cari ehtiyatlara hesabat ayı, kvartalı və ili ərzin-
də aşkar edilən və istifadə edilməsi mümkün olan ehtiyat mənbələri aid edilir.
Cari
ehtiyatlardan fərqli olaraq, perspektiv ehtiyatların istifadə edilməsi xeyli
uzun müddət və nisbətən çox vəsait xərclənməsini tələb edir. Belə ehtiyat mən-
bələri, bir qayda olaraq, perspektiv planlar tərtib olunan zaman nəzərə alınır.
Müəssisə və birliklərdə, onların ayrı-ayrı sex və təsərrüfat bölmələrində
möv cud olan ehtiyat mənbələri yaranma və istifadə edilməsi imkanlarından asılı
ola raq üç əsas qrup üzrə – əmək resurslarından, əmək vəsaitlərindən və əmək
əş ya larından istifadə edilməsinə görə təsnifl əşdirilir.
Lakin bu ehtiyat mənbələri ayrı-ayrı qruplarda birləşsələr də, onlar qarşılıqlı
surətdə bir-biri ilə sıx surətdə əlaqədardır və bir-birini tamamlayırlar. Məsələn,
əmək resurslarından səmərəli istifadə edilməsi və əmək məhsuldarlığının yük-
səl dilməsi məhsul istehsalı həcminə və keyfi yyətinə, maya dəyərinin aşağı
salın masına, mənfəətin çoxalmasına
və nəhayət, rentabellik səviyyəsinin yük-
səl dil məsinə təsir göstərir.
Müəssisə və təşkilatlarda ehtiyat mənbələri, əsasən, yeni texnikanın və tex-
nologiyanın tətbiqi, əsas və yardımçı istehsal proseslərinin avtomatlaş dırılması,
mexanikləşdirilməsi və robotlaşdırılması, istehsalın təşkili və texnologiyanın
tək milləşdirilməsi, əməyin elmi təşkili, istehsalın ixtisaslaş dırılması və koope-
rativləşdirilməsi hesabına əmək və material resurs larından daha da səmərəli
istifadə edilməsi, başqa müəssisələrin qabaqcıl təc
rübəsindən istifadə edilməsi
və digər bu kimi tədbirlərin həyata keçirilməsi və sair amillərin təsiri nəticəsində
yaranır. Bu kimi ehtiyat mənbələrinin müəssisə və onun ayrı-ayrı bölmələrində
vaxtında aşkar edilməsi və istehsal prosesinə cəlb edilməsi təsərrüfat fəaliy yə-
tinin təhlili qarşısında duran əsas vəzifələrdən biridir.
Təsərrüfat fəaliyyətinin təhlili müəssisə və təşkilatlarda tam təsərrüfat he sa-
bının tətbiq edilməsində, onun təkmilləşdirilməsində də mühüm əhəmiyyət kəsb
edir. Təsərrüfat hesabı istehsalın sistematik olaraq təkmilləşdirilməsini, təsər-
rüfatçılığın iqtisadi cəhətdən səmərəli təşkili müəssisənin istehsal-maliyyə fəa-
liy yətinin durmadan yaxşılaşdırılmasını nəzərdə tutur.
Təsərrüfat mexaniz minin
daim təkmilləşdirilməsi şəraitində müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin
son nəticələrinin qiymətləndi rilməsində mənfəət göstəricisinin böyük əhəmiy-
yəti vardır. Belə ki, mənfəət müəssisədə iqtisadi həvəsləndirmə fondunun əsas
mənbəyi kimi kollektivin maddi maraq prinsipinin təmin edilməsində, bütün
əmək və material ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsində
mü hüm rol oynayır.
Müəyyən bir hesabat dövründə (növbə, gün, dekada, ay, kvartal və il) müəs-
sisə və birliklərin təsərrüfat fəaliyyətinin üstünlükləri və nailiyyətləri, eləcə də
ça tış mazlıqları və qüsurları iqtisadi təhlil yolu ilə aşkar edilir.
Təsərrüfat fəaliyyətinin təhlili nəticəsində müəyyən
edilən istifadə olun ma-
mış ehtiyat mənbələri konkret hesablamalarla əsaslandırılmalıdır. İqtisadi təhlil
16
yolu ilə əldə edilən nəticələrin dürüst və inandırıcı olması, plan göstə ri cilərinin
yerinə yetirilməsi və buna təsir edən amillərin təsir dərəcəsinin öyrə nil məsi,
istifadə olunmamış ehtiyatların istehsal prosesinə cəlb edilməsi konkret hesab-
la malarla əsaslandırılır.
İqtisadi təhlil özünün aparılması üsullarından, məzmunundan, təyinatından
və istiqamətindən asılı olaraq operativ,
sistematik, obyektiv və təsirli olmalıdır.
Təhlilin operativliyinin əsas məzmunu və vəzifəsi müəssisə və onun ayrı-ayrı
sa hə, sex, bölmə və briqadalarında işlərin gedişatında, məhsul istehsalının
ahəng darlığına, ayrı-ayrı məhsul növləri üzrə istehsal prosesinə, əmək və mate-
rial resurslarından istifadə edilməsinə, hazır məhsulun anbarlara qəbulu və sifa-
riş çilərin ünvanına yola salınmasına gündəlik nəzarət etməkdən ibarətdir. Təh li lin
operativliyi bilavasitə istehsal prosesinə müşahidə və cari uçot məlumatlarına və
digər informasiya mənbələrinə əsasən müəssisənin baş mühasibi,
plan-ma liy yə
şöbəsinin müdiri, şöbə və növbə rəisləri, başqa mütəxəssislər, ustalar və digər
vəzifəli şəxslər tərəfi ndən analitik işlərin aparılması yolu ilə təmin olunur.
Təhlilin operativliyi təchizat, istehsal və satış proseslərində baş verən nöqsan və
çatışmazlıqları, müxtəlif təsərrüfatsızlıqların qarşısının alınması üçün təxirə sa-
lınmaz tədbirlər görülməsi üçün əlverişli şərait yaradır.
Təsərrüfat fəaliyyətinin təhlilinin sistematikliyi onun ardıcıl aparılması, təh-
lil nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların vaxtında aradan qaldı-
rıl masına yönəldilməsidir.
Təhlilin obyektivliyi müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinin ümu-
mi dövlət mənafeyi nöqteyi-nəzərindən
qiymətləndirilməsi, müəssisə işinin və
eh tiyatlardan istifadənin səmərəliliyinin düzgün və obyektiv əks etdirilməsidir.
Müəs sisə və birliklərin təsərrüfat fəaliyyətində mövcud olan nailiyyətlərin, ha-
belə işin son nəticələrinin düzgün və obyektiv qiymətləndirilməsi gələcək dövr
üçün cari və perspektiv plan göstəricilərin əsaslandırılması üçün mühüm əhə-
miy yət kəsb edir.
Təsərrüfat fəaliyyəti təhlilinin təsirliliyi təhlil nəticəsində əldə edilən ehti-
yat ların istehsal prosesinə cəlb edilməsi hesabına istehsalın iqtisadi səmərə lili-
yi nin yüksəldilməsi səviyyəsi ilə xarakterizə olunur.
§7. Təsərrüfat fəaliyyətinin təhlilinin digər iqtisad elmləri ilə əlaqəsi
İnsan cəmiyyəti inkişaf etdikcə əhalinin maddi və mənəvi tələbatlarının art-
ması, istehsal vasitələri və üsullarının təkmilləşdirilməsi sürətləndikcə təhlilə
olan ehtiyac artır. ETT-nin yüksək artım templəri şəraitində yeni texnika və tex-
no logiyaların istehsalatda tətbiqinin mümkünlüyü və effektliyi istehsalın miq -
ya sının daim genişlənməsi ilə əlaqədar olaraq resurslara olan tələbatın ödə nil -
mə si və səmərəli istifadəsi problemləri qarşıya çıxdıqca idarəetmədə təhlilin
həm rolu, həm də funksiyaları çoxalır.