19
Təhlil zamanı ilk informasiya onun analitik işlənilməsi
nəticəsində ikinci
informasiyaya çevrilir və təsərrüfat-maliyyə fəaliyyətini xarakterizə edən əsas
gös təricilər əlavə hesablamalar yolu ilə müəyyən edilir. Analitik hesablamalar
apar maqla əldə edilən belə göstəricilər müəssisəsinin təsərrüfat fəaliyyətini
obyektiv xarakterizə etməklə bərabər, onun inkişafı və ya geri qalması sə bəb-
lərini və bunlara təsir edən amilləri öyrənməyə imkan verir.
Beləliklə, yazılı və şifahi informasiyaların işlənməsi əsasında təsərrüfat ma-
liy yə fəaliyyətinin öyrənilib qiymətləndirilməsi təhlilin məzmununun əsas isti-
qa mətlərindən birini təşkil edir. Bir qayda olaraq, təhlilin
nəticələrinə əsasən
qə bul ediləcək qərarlar, əmr, sərəncam və göstərişlər müəyyən dərəcədə əsas-
lan dırılır.
Təhlilin köməyi ilə formalaşan idarəedici sistem idarəetmə obyektini nizama
salır və bu əsasda da təhlilin nəticələrinə əsaslanaraq hazırlanan qərar, göstəriş
və sərəncamlar idarəetmə prosesi üçün əsas hesab olunur. İstehsal mü na sibət-
lərinin dəyişilməsi və sahibkarlıq fəaliyyətinin genişlənməsinə xüsusi qay ğı ilə
yanaşılan indiki dövrdə iqtisadi təhlil çox böyük aktuallıq təşkil edir. Belə ki,
müəssisə kollektivi tərəfi ndən əldə edilən son nəticələrin obyektiv qiymət lən-
diril məsi, ümumi nəticələrin tərkibində ayrı-ayrı sex, sahə və briqadaların fəa liy-
yəti barədə daha düzgün məlumatların əldə edilməsi,
bir qayda olaraq, iqtisa di
təhlil vasitəsilə həyata keçirilir.
Beləliklə, iqtisadi təhlil sahibkarlıq fəaliyyətində onların özlərinə məxsus
və saitin hərtərəfl i mühafi zəsini, qorunub saxlanılmasını, fəaliyyətinin səmə rə-
liliyinə xələl gətirmədən bütün resurslardan qənaətlə istifadəni, təsərrüfatsızlıq
hallarına, qeyri-məhsuldar xərclərin və itkilərin qarşısının alınmasını, avans
edi lən kapitalın daha tez, həm də artıqlaması ilə qayıtmasını, mənfəətin çoxal-
dıl masını təmin edən idarəetmə qərarlarının hazırlanması və onların icrasına nə-
zarət funksiyalarının həyata keçirilməsində mühüm rol oynayır.
İqtisadi təhlil optimal idarəetmə qərarlarının üzərində qurulmuş iqtisadi in-
for masiya sisteminə əsaslanır. Təhlil işinə cəlb olunan informasiyanın tərkibi,
məzmunu və keyfi yyəti təsərrüfat fəaliyyəti təhlilinin təsirliliyinin yüksəl dil-
məsində mühüm rol oynayır. Təhlil təkcə iqtisadi
məlumatlarla kifəyətlənmir,
o, öz işində külli miqdarda texniki, texnoloji məlumatlardan da istifadə edir.
İqti sadi təhlilin informasiya mənbəyini plan, normativ, statistik, mühasibat,
ope ra tiv və s. məlumatlar təşkil edir. Həmin məlumatların toplanması, işlənməsi
və istifadəsi elmi cəhətdən əsaslandırılmadığı şəraitdə onun əsasında aparılmış
təhlildən müsbət nəticələr gözləmək olmaz.
İqtisadi təhlil işində istifadə olunan informasiya mənbələrini üç qrupa – plan,
hesabat və qeyri-hesabat – ayırmaq olar. İnformasiyanın plan mənbələrinə –
mü əs sisələrdə hazırlanmış bütün növdən olan planlar (perspektiv, cari, operativ,
kommersiya hesabı, texnoloji kartlar),
normativ materiallar, smetalar, qiymət
cəd vəli, layihə tapşırıqları və s. aiddir.
20
Hesabat xarakterli informasiya mənbələrinə – mühasibat, statistika və ope-
rativ uçot məlumatları və bütün növdən olan hesabatlar, ilk uçot sənədlərində
ək sini tapan məlumatlar aiddir.
Qeyri-hesabat xarakterli informasiya mənbələrinə – təsərrüfat fəaliyyətini
tən zimləyən sənədlər və əvvəlki mənbələrə aid olmayan məlumatlar daxildir.
Hə min sənədlərə müəssisə və birliklərin mütləq riayət
etməli olduğu dövlət və
yu xarı orqanların qərarları, göstərişləri, təftiş və audit aktları, müəssisə rəh bər li-
yinin əmr və göstərişləri; müqavilə, sövdələşmə, arbitraj və məhkəmə orqan la rı-
nın qərarlarını əks etdirən təsərrüfat-hüquqi sənədlər; ümumilikdə müəs si sə nin
və onun daxili bölmələrinin əmək kollektivlərinin ümumi iclasının
və əmək
kollektivi şurasının qərarları; radio, televizor, qəzetlərdən əldə edilmiş qabaqcıl
təcrübələrin materialları; texniki və texnoloji sənədlər; istehsal pro se sini əks
etdirən xronometraj və fotoşəkillər; müəssisənin işçilərinin və digər təş ki latların
nümayəndələrinin şifahi məlumatlarını aid etmək olar.
Qeyd olunduğu kimi, iqtisadi təhlilin təsirliliyinin müəyyən edilməsində
həl ledici rolu təhlilə cəlb olunan informasiyanın tərkibi, məzmunu və keyfi yyəti
oynadığı üçün burada əsas məqsəd səmərəli informasiya patokunun yaradıl ma-
sına əsaslanan prinsiplərə riayət olunmasından ibarətdir. Əsas prinsiplər isə in-
for masiyanın analitikliyindən; informasiya patokunun
müəyyən edilməsi və
onun səmərəli təminatından; istehsalın, tədavülün, bölgünün və istehlakın, təbii,
əmək, material və maliyyə ehtiyatlarından istifadənin obyektiv əks etdiril mə-
sindən; müxtəlif mənbələrdən (mühasibat, statistika, operativ uçot məlumat la-
rın dan) daxil olan informasiyanın və plan göstəricilərinin eyniliyinin təmin
edilməsi və ilk informasiyalarda təkrarların aradan qaldırılmasından; yeni rabitə
vasitələrinin köməyi ilə əldə edilmiş informasiyanın operativliyindən, planlaş-
dır ma və idarəetmə məqsədilə təhlil aparmaq və istifadə etmək üçün proqramın
işlə nib hazırlanmasından və s. ibarətdir.
Uçot və biznes-planların informasiya mövqelərinin
eyniliyi müasir şəraitdə
iqtisadiyyatın vahidliyinin tələblərindən irəli gəlir. Lakin bu prinsip həmişə
göz lənilə bilmir. Ona görə ki, eyni istehsal istiqamətli, eyni sistemə daxil olan
müəssisələrdə belə ilk sənədlər hələ də unifi kasiya (vahid şəklə salınma) edil-
mə mişdir. Belə olduğu halda müxtəlif istehsal istiqamətli müəssisələrdə bu
haqda söhbət aparmağa dəyməz. İlk sənədlərin iqtisadi informasiyasının elmi
siste mi uçotun hər üç növünün (mühasibat, statistika, operativ) vahid prinsipinə
əsas
lanaraq idarə, müəssisə tabe olduğu çərçivədən kənara çıxaraq sərbəst ləş-
məlidir. Bu halda bütün subyektlər üzrə vahid informasiya sisteminə malik ol-
maq mümkündür.