«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

 

21 


 

29.5.  Ticarət  sistemində  ünvanlı  əqdlərin  bağlanılması  üçün  sifariş  təqdim  olunduqda 

aşağıdakı məlumatlar Birja üzvü tərəfindən daxil edilməlidir: 

29.5.1. Sifarişin istiqaməti (alış və ya satış); 

29.5.2. Qiymətli kağızların sayı (lotlarla); 

29.5.3. Bir qiymətli kağızın qiyməti; 

29.5.4. Sifarişin ünvanlandığı əks tərəf qismində çıxış edən birja üzvü. 

 

29.6.  Ünvanlı  əqdlərin  bağlanılması  üçün  təqdim  edilən  sifarişlər  üzrə  sifarişlər  kitabı  tərtib 



edilmir. 

 

29.7.  Ünvanlı  əqdlərin  bağlanılması  üçün  təqdim  edilən  sifarişlər  və  ünvanlı  əqdlər  yalnız 



onun  tərəflərinə  açıqlanır.  Qanunvericilikdə  digər  hallar  nəzərədə  tutulmadıqda,  Birja  ticarət 

günü  ərzində  bağlanılmış  ünvanlı  əqdlərin  ümumi  həcmini  məlumatların  açıqlanması 

qaydalarına müvafiq olaraq açıqlayır. 

 

29.8.  Bu  Qaydaların  7-ci  bəndinin  müddəaları  ilə  nəzərdə  tutulmuş  qiymət  dəhlizi  ünvanlı 



əqdlərə  şamil  olunur.  Ünvanlı  əqdlər  bu  qaydalara  müvafiq  olaraq  istinad  qiymətinin 

hesablanması zamanı nəzərə alınmır. 

 

29.9. Ünvanlı əqdlərin bağlanılması üçün təqdim edilən sifarişlər yalnız onun təqdim edildiyi 



ticarət günü ərzində qüvvədə saxlanılır. 

 

29.10. Ünvanlı əqd bu əqdin bağlanılması üçün birja üzvü tərəfindən təqdim edilən sifarişin 



(ünvanlı  əqd  təklifinin)  bu  sifarişin  (təklifin)  ünvanlandığı  birja  üzvü  tərəfindən  təsdiq 

olunmasından sonra bağlanılmış hesab edilir.  

 

29.11. Ünvanlı əqdlərin bağlanılması üçün təqdim edilən sifarişlər yalnız onun ünvanlandığı 



birja üzvü tərəfindən  eyni  şərtli  əks sifarişin  daxil edilməsi  yolu  ilə təsdiq oluna bilər.  Belə 

təsdiq olmadıqda (eyni şərtli əks sifariş təqdim edilmədikdə) ünvanlı əqd bağlanılmır.  

 

29.12. Ünvanlı əqdin bağlanılması üzrə təqdim edilmiş lakin təmin edilməmiş sifarişlər ticarət 



günün sonunda  avtomatik olaraq ləğv  edilir.  Birja üzvü təmin edilməmiş sifarişlərini ticarət 

günü ərzində ləğv edə bilər. 

 

29.13.  Bu  Qaydaların  tələblərinə  cavab  verən  sifarişlər  ünvanlı  əqdlərin  bağlanılması  üçün 



ticarət sistemində qeydiyyata alınır və ticarət əməliyyatlarında iştirak edir. 

 

29.14.  Bu  Qaydaların  29-ci  bəndi  ilə  digər  müddəalar  nəzərdə  tutulmadıqda,  bu  qaydaların 



müddəaları ünvanlı əqdlərə şamil edilir. 

 

 



 

 

 




 

22 


 

III HİSSƏ: XÜSUSİ MÜDDƏALAR

 

 



Maddə 8

 

MARKET MEYKER ƏMƏLİYYATLARI

 

 

30. Marketmeyker statusunun verilməsi üçün meyarlar 

 

30.1.  Aşağıdakı  meyarlara  cavab  verən  Birja  üzvlərinə  Birjanın  İdarə  Heyətinin  qərarı  ilə 



birjada  ticarətə  buraxılan  qiymətli  kağızlar  və  törəmə  maliyyə  alətləri  üzrə  marketmeyker 

statusu verilə bilər:  

30.1.1. Marketmeyker statusu qiymətli kağızların ticarəti üzrə verildikdə, market meyker yerli 

qiymətli  kağızlar  bazarında  ən  azı  1  (bir)  il  təcrübəyə  malik  olan  azı  1  (bir)  səlahiyyətli 

treyderə malik olmalıdır; 

30.1.2.  Marketmeyker  statusu  törəmə  maliyyə  alətlərinin  ticarəti  üzrə  verildikdə, 

marketmeyker  törəmə  maliyyə  alətləri  bazarında  ən  azı  1  (bir)  il  təcrübəyə  malik  olan  azı  2 

(iki) səlahiyyətli treyderə malik olmalıdır; 

30.1.3.  Marketmeykerin  adından  çıxış  edən  səlahiyyətli  treyderi  market  meykerlik  etdiyi 

qiymətli kağızın emitentinin idarəetmə orqanının üzvü olmamalıdır. 

 

30.2. Baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi və ya risk dərəcəsinin dəyişikliyinin 



alınıb-satılmasını  nəzərdə  tutan  törəmə  maliyyə  alətləri  üzrə  marketmeykerlər  aşağıdakı 

tələblərə cavab verməlidirlər: 

30.2.1. Nizamnamə kapitalı ən azı 1 000 000 (bir milyon) manat olmalıdır; 

30.2.2. Törəmə maliyyə alətlərinin ticarəti üzrə ən azı ən azı 5 (beş) il təcrübəyə malik 5 (beş) 

səlahiyyətli treyderi olmalıdır; 

30.2.3. Birjada bu alətlərin ticarət olunduğu ticarət sisteminə birbaşa çıxışı olmalıdır; 

30.2.4. Baza aktivlərinin ticarət olunduğu bazarlara (ilkin likvidlik mənbəyinə) birbaşa çıxışı 

olmalıdır; 

30.2.5. Risklərin idarə edilməsi üzrə adekvat sistemə malik olmalıdır; 

30.2.6. Marja ticarəti üzrə QKDK tərəfindən verilmiş müvafiq icazəyə malik olmalıdır; 

 

31. Marketmeyker statusunun verilməsi proseduru 

 

31.1.  Marketmeyker  statusunun  əldə  edilməsi  üçün  Birja  üzvü  bu  barədə  ərizə  ilə  Birjanın 



İdarə Heyətinə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:  

31.1.1.  Ərizəçinin  bu  Qaydaların  30-cu  bəndinin  tələblərinə  cavab  verməsini  təsdiq  edən 

sənədlər; 

31.1.2. Marketmeyker fəaliyyəti ilə məşğul olmaq üçün müraciət forması (Əlavə №2); 

31.1.3.  Üzərinə  götürdüyü  gündəlik  minimal  alış  həcmi  öhdəliyinə  bərabər  miqdarda  pul 

vəsaitinin  birjanın  hesabına  köçürülməsini  təsdiq  edən  sənəd  və  ya  həmin  həcmdə  bank 

təminatı; 

31.1.4. Marketmeykerin adından ticarətdə iştirak edəcək 30.1.3-cü bəndinin tələblərinə cavab 

verən səlahiyyətli treyderi barədə məlumat



 

23 


 

31.1.5. Marketmeykerin klirinq təşkilatında olan hesab nömrəsi

 

31.2. Marketmeyker statusunun əldə edilməsinə dair ərizəyə onun təqdim edildiyi tarixdən 5 



(beş) iş günü ərzində Birjanın İdarə Heyəti tərəfindən baxılır.  

 

31.3.  Birjanın  İdarə  Heyəti  ərizəçinin  müraciəti  üzrə  müsbət  qərar  qəbul  etdikdə  onunla 



market meyker müqaviləsi bağlanılır. Müqavilədə aşağıdakı müddəalar nəzərdə tutulur: 

31.3.1. Marketmeyker öhdəliklərinin həcmi

31.3.2.  Kotirovka  spredi  (Birja  tərəfindən  hər  bir  alət  üzrə  təyin  olunmuş  minimal  və 

maksimal qiymət həddindən artıq olmamaq şərti ilə); 

31.3.3.  Marketmeykerin  öhdəliklərindən  azad  olunması  şərtləri,  əgər  müqavilə  üzrə  belə 

şərtlər nəzərdə tutulmuşdursa

31.3.4. Birja tərəfindən marketmeykerə tətbiq edilən güzəştlər və onların tətbiqi şərtləri; 

31.3.5. Marketmeykerin adından ticarətdə iştirak edəcək treyderi barədə məlumat; 

31.3.6. Marketmeykerin fəaliyyətinin predmeti olan qiymətli kağızlar; 

31.3.7. Marketmeykerin öz öhdəliklərinin icrasına başlaması müddəti; 

31.3.8. Marketmeykerin öhdəliklərinin qüvvədə olması müddəti; 

31.3.9. Müqaviləyə əlavə və düzəlişlərin edilməsi və onların qüvvəyə minməsi şərtləri; 

31.3.10.  Marketmeykerin  Birja  üzvlüyü  dayandırıldıqda,  onun  öhdəliklərinin  digər  birja 

üzvləri vasitəsi ilə yerinə yetirilməsi şərtləri. 

 

31.4. Birjada ticarətə buraxılmış hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə bir və ya 



bir neçə marketmeyker təyin oluna bilər. 

 

31.5. Hər bir marketmeyker statusunun verilməsi zamanı Birja bu barədə məlumatı açıqlayır. 



Məlumatda aşağıdakılar nəzərdə tutulur: 

31.5.1.  Qiymətli  kağızların  dövlət  qeydiyyat  nömrəsi  və  ya  ISIN  kodu  (market  meyker 

fəaliyyətinin predmeti törəmə maliyyə alətləri olduqda, alətin təsnifatı və ticarət simvolu); 

31.5.2. Marketmeykerin adı; 

31.5.3. Marketmeykerin alış və satış öhdəliklərinin həcmi; 

31.5.4. Kotirovka spredinin minimal və maksimal hədləri. 

 

32. Marketmeykerin öhdəlikləri 

 

32.1. Marketmeyker müqavilədə göstərilmiş qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə 



gündəlik  alış  və  satış  qiymətləri  müəyyənləşdirir,  bu  qiymətləri  gündəlik  olaraq  Birja 

vasitəsilə elan edir. Qiymətlər bu Qaydalarla müəyyən edilmiş kotirovka spredi çərçivəsində 

olmalıdır; 

 

32.2.  Marketmeyker  gündəlik  olaraq  marketmeyker  müqaviləsində  göstərilmiş  qiymətli 



kağızlar  və  törəmə  maliyyə  alətləri  üzrə,  bu  Qaydaların  və  marketmeyker  müqaviləsinin 

şərtlərinə uyğun olaraq Birjanın ticarət sistemində fasiləsiz ticarət fazası ərzində öz adından, 

öz hesabına alış və satış kotirovkalarını təqdim edir. 



Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə