«Təsdiq edilmişdir»



Yüklə 445,6 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix27.03.2018
ölçüsü445,6 Kb.
#34843
1   ...   8   9   10   11   12   13   14   15   16

 

26 


 

Q

yüksək



satış   

müvafiq törəmə maliyyə alətinə market meyker tərəfindən verilən ən yüksək satış 

qiymətidir; 

Q

aşağı



alış       

müvafiq  törəmə  maliyyə  alətinə  market  meyker  tərəfindən  verilən  ən  aşağı  alış 

qiymətidir. 

 

33.2.  Kotirovka  spredinin  maksimal  və  minimal  hədləri  Birja  tərəfindən  ticarətə  buraxılmış 

hər bir qiymətli kağız və törəmə maliyyə aləti üzrə ayrılıqda müəyyən olunur və açıqlanır. 

 

34. Marketmeyker statusunun dayandırılması və ya ləğvi 

 

34.1. Marketmeyker statusu aşağıdakı hallarda Birjanın İdarə Heyətinin qərarı ilə dayandırıla 



və ya ləğv edilə bilər:  

34.1.1. Marketmeyker özünün qanunvericilik, bu Qaydalar və onunla bağlanmış müqavilədən 

irəli gələn öhdəliklərinə əməl etmədikdə, habelə qiymətlərlə manipulyasiya və öz statusundan 

sui-istifadə halları aşkarlandıqda; 

34.1.2.  Bazar  iştirakçılarının  maraqlarının  müdafiəsi  və  bazarın  təhlükəsizliyinin  qurunması 

məqsədi ilə; 

34.1.3.  Marketmeyker  bu  statusu  həyata  keçirdiyi  qiymətli  kağızlar  və  ya  törəmə  maliyyə 

alətləri dövriyyədən çıxarıldıqda;  

34.1.4. Marketmeykerin fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən ləğv edildikdə

34.1.5.  Birja  üzvü  olan  marketmeyker  Birja  üzvlüyündən  çıxarıldıqda  və  ya  üzvlüyü 

müvəqqəti dayandırıldıqda; 

34.1.6. Marketmeykerlə bağlanmış müqavilənin müddəti bitdikdə və onun uzadılması barədə 

razılıq əldə edilmədikdə; 

34.1.7. Könüllü şəkildə - marketmeykerlə bağlanmış müqavilənin vaxtından tez ləğv olunması 

barədə 30 gün əvvəl müraciət olunduqda

34.1.8.  Marketmeyker  statusunun  dayandırılması  və  ya  onun  ləğvi  zamanı  Birja  ticarət 

iştirakçılarını və ictimaiyyəti məlumatlandırır. 

 

35. Marketmeyker tərəfindən qaydaların pozulmasına görə məsuliyyət 

 

35.1. Bu Qaydaların tələbləri market meyker tərəfindən pozulduğu halda Birjanın İdarə Heyəti 



ona qarşı  aşağıdakı məsuliyyət tədbirləri tətbiq edə bilər:  

35.1.1. xəbərdarlıq; 

35.1.2. cərimə; 

35.1.3. statusun ləğv edilməsi. 

35.2.  Öz  öhdəliklərinin  pozulmasına  görə  marketmeyker  Birjanın  qərarı  əsasında  üzərinə 

götürdüyü cəmi net öhdəliklərin (alış öhdəliyi + satış öhdəliyi ) həcminin 0,5 faizi miqdarda 

cərimə  edilir.  Cərimənin  ödənilməsi  müvafiq  qərarın  çıxarıldığı  tarixdən  5  (beş)  iş  günü 

ərzində marketmeyker tərəfindən icra edilməlidir.    

35.3.  Marketmeyker  tərəfindən  öz  öhdəliklərinin  pozulması  halları  aradan  qaldırılmadıqda 

və ya ay ərzində həmin pozuntular yenidən təkrar edildikdə, Birjanın qərarı ilə marketmeykerlə 

bağlanmış market meyker müqaviləsi ləğv edilə bilər.  



 

27 


 

 

35.4.  Birja  marketmeykerə  qarşı  tətbiq  etdiyi  məsuliyyət  tədbirləri  barədə  1  (bir)  iş  günü 



ərzində QKDK-nı məlumatlandırır. 

 

35.5.  Birja  marketmeykerə  qarşı  tətbiq  etdiyi  məsuliyyət  tədbirləri  barədə  məlumatı  açıqlaya 



bilər. 

 

Maddə 9

 

KROSS ƏQDLƏR

 

 

36. Kross əqdlərin bağlanılması üzrə ümumi müddəalar 

 

36.1.  Bir  şəxsin  eyni  bir  əqd  üzrə  həm  alıcı,  həm  də  satıcı  qismində  çıxış  etməsi  (eyni  bir 



şəxsin hesabından kross əqdlərin bağlanılması) qadağan edilir. Belə əqdlərə səbəb ola biləcək 

sifarişlər və kotirovkalar Birjanın ticarət sistemi tərəfindən rədd edilir. 



 

36.2. Kross  əqdlər müxtəlif şəxslərin hesablarından bağlanıldıqda,  əqd barədə  məlumat  kross 

əqd bağlanılmazdan öncə, bu əqdi bağlayacaq birja üzvü tərəfindən ticarət sistemi vasitəsi ilə 

digər ticarət iştirakçılarına bu Qaydaların müddəalarına uyğun olaraq açıqlanmalıdır. 

 

36.3.  Bu  Qaydaların  kross  əqdlərə  dair  müddəaları  market  meyker  tərəfindən  təqdim  edilən 



iki tərəfli kotirovkalara (alış və satış istiqamətinin eyni vaxtda daxil edilməsi) şamil edilmir. 

 

36.4.  Bu  Qaydaların  36.1.-ci  bəndi  istisna  olmaqla,  kross  əqdlərə  dair  digər  müddəaları 



ünvanlı əqdlərə şamil edilmir. 

 

36.5.  Bu  Qaydaların  kross  əqdlərə  dair  müddəaları  yalnız  səhmlərin  təkrar  bazar  ticarətinə 



şamil olunur. 

 

37. Kross sifarişlərin açıqlanması 

 

37.1.  Bu  Qaydaların  tələblərinə  uyğun  gələn  kross  əqdlər  fasiləsiz  ticarət  fazası  ərzində  bu 



əqdin  bağlanılmasında  iştirak  edəcək  sifarişlərin  digər  ticarət  iştirakçılarına  açıqlanmasından 

sonra bağlanıla bilər. 

 

37.2. Kross əqdin bağlanılmasında iştirak edəcək sifarişlər (kross sifarişlər) 60 (altmış) dəqiqə 



davam  edən  gözləmə  müddəti  ərzində  digər  ticarət  iştirakçılarına  açıqlanmalıdır.  Kross 

sifarişlərin bu müddət ərzində ləğv edilməsinə və ya dəyişdirilməsinə yol verilmir. 

 

37.3. Gözləmə müddəti bitdikdən sonra açıqlanmış kross sifarişlər, bu sifarişləri açıqlamış birja 



üzvü tərəfindən 10 (on) dəqiqə ərzində ticarət sisteminə daxil edilməlidir. Daxil  edilən kross 

sifarişlər bu qaydaların 34.2.-ci bəndinə müvafiq olaraq öncədən açıqlanmış məlumatla identik 

olmalıdır. 

 



 

28 


 

37.4. Kross sifarişlər yalnız limit qiyməti və İcra Et və Saxla (İES) şərti ilə təqdim edilə bilər. 

 

37.5. Bu qaydaların sifarişlərə şamil olunan bütün müddəaları kross sifarişlərə də şamil olunur. 



 

37.6. Kross sifarişlər son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxtadək 

təqdim  edilə  bilər.  Son  kross  sifarişin  qeydiyyata  alınması  üçün  nəzərdə  tutulmuş  vaxt 

aşağıdakı qaydada hesablanır: 

Kv = Tb - Gm 

Kv - son kross sifarişin qeydiyyata alınması üçün nəzərdə tutulmuş vaxt; 

Tb - ticarət sessiyasının bitmə vaxtı; 

Gm  - gözləmə müddətidir. 



 

38. Kross əqdlərin bağlanılması 

 

38.1. Açıqlanmış kross sifarişlər gözləmə müddəti ərzində bloklaşdırılır və bu sifarişlər ticarət 



əməliyyatlarında iştirak etmir. 

 

38.2. Gözləmə müddəti ərzində digər birja üzvləri tərəfindən sifarişlər təqdim edilə bilər.  



 

38.3. Gözləmə müddəti bitdikdən sonra ilkin olaraq kross sifarişlər Birjanın ticarət sistemində 

digər birja üzvləri tərəfindən təqdim edilmiş sifarişlərə qarşı təmin edilir. Bu zaman əqdlər ən 

yaxşı qiymət prinsipi əsasında, fasiləsiz ticarət üsulu ilə bağlanılır. 

 

38.4.  Gözləmə  müddəti  bitdikdən  sonra  Birjanın  ticarət  sistemində  kross  sifarişin  təqdim 



edildiyi qiymətdən daha yaxşı qiymətlə təqdim edilmiş sifariş mövcud olmadıqda, kross sifariş 

və ya onun icra olunmamış hissəsi ticarət sistemində birja üzvünün ilkin olaraq təqdim etdiyi 

əks sifarişə qarşı təmin edilir. 

 

38.5. Kross sifarişlər bu Qaydaların 38.4-cü bəndi ilə nəzərdə tutulmamış icra şərti ilə təqdim 



edildikdə,  bu  sifarişlərin  icra  olunması  zamanı  sifarişin  icra  şərti  İcra  Et  və  Saxla  (İES)  icra 

şərti olaraq dəyişdirilir. 

 

39. Məlumatların açıqlanması və hesabatlılıq 

 

39.1. Birjanın ticarət sistemində kross sifarişlər və kross əqdlər xüsusi olaraq qeyd olunur. 



 

39.2.  Kross  əqdlərə  dair  məlumatlar  Birjanın  məlumatların  açıqlanmasına  dair  daxili 

qaydalarına müvafiq olaraq açıqlanır və təqdim olunur. 

 

Maddə 10



 

REPO ƏMƏLİYYATLARI

 

 

40. Repo əməliyyatının xüsusiyyətləri 

40.1.  Birjada  Repo  əməliyyatı  Repo  Baş  Razılaşması  əsasında,  klirinq  təşkilatının  iştirakı  ilə 




Yüklə 445,6 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə