24
32.3. Marketmeykerin hesabında olan qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin
miqdarı Birja tərəfindən satış kotirovkası üzrə tələb olunan minimal həcm tələbindən az
olduqda (və ya belə qiymətli kağızlar hesabda olmadıqda) market meyker satış kotirovkasını
hesabda olan sözügüdən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin miqdarı qədər
təqdim etməlidir. Hesabda belə qiymətli olmadıqda market meyker satış kotirvkasının təqdim
edilməsindən müvəqqəti olaraq azad edilir.
32.4. Marketmeyker müqavilədə göstərilmiş qiymətli kağızlar bu Qaydaların və market
meyker müqaviləsinin şərtlərinə uyğun olaraq Birjanın ticarət sistemində təqdim etdiyi alış və
satış kotirovkalarının icrasını təmin etməlidir.
32.5. Birjada ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə alış və satış
kotirovkalarının minimal həcmi bu qiymətli kağızlar üzrə Birja tərəfindən müəyyən edilir və
açıqlanır.
32.6. Marketmeyker könüllü qaydada öz öhdəliklərindən artıq əqd bağlaya bilər.
32.7. Marketmeyker hər bir qiymətli kağız üzrə onun adından yalnız bir treyderin iştirakını
təmin etməlidir;
32.8. Marketmeyker Birjanın ticarət qaydalarına, qiymətli kağızlar bazarının tənzimlənməsinə
dair qanunvericilik aktlarına əməl etməlidir.
32.9. Marketmeyker minimal alış və satış kotirovkalarını fasiləsiz ticarət fazası ərzində,
fasiləsiz ticarət fazası başladıqdan sonra 30 (otuz) dəqiqə ərzində ticarət sisteminə daxil edir.
32.10. Marketmeykerin bir qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə eyni zamanda bir
alış və bir satış kotirovkası ticarətdə iştirak edə bilər. Bir ticarət günü ərzində market meyker
tərəfindən eyni qiymətli kağız və ya törəmə maliyyə aləti üzrə digər alış və ya satış
kotirovkası təqdim edildikdə, həmin market meyker tərəfindən bu qiymətli kağız və ya törəmə
maliyyə aləti üzrə əvvəl daxil edilmiş lakin icra edilməmiş kotirovka və ya onun icra
edilməmiş hissəsi ləğv edilməlidir.
32.11. Marketmeyker fasiləsiz ticarət fazası ərzində icra olunmamış kotirovkalarını dəyişdirə
bilər, lakin bu zaman kotirovkanın dəyişdirilməsi müddəti 5 dəqiqədən artıq olmamalıdır.
32.12. Marketmeyker əqdləri nəticəsində yaranmış öhdəliklərin icrası marketmeyker ilə Birja
arasında bağlanılmış marketmeyker müqaviləsində başqa hal nəzərdə tutulmadıqda, əqd
bağlanıldıqdan sonra növbəti ticarət günü saat 16:15-dək həyata keçirilir;
32.13. Marketmeyker aşağıdakı hallarda öhdəliklərindən azad edilir:
32.13.1. Gündəlik nəzərdə tutulmuş
öhdəlikləri təmin etdikdə;
32.13.2. Bu Qaydaların 32.3.-cü bəndinin müddəaları ilə nəzərdə tutulmuş hallarda;
32.13.3. Birjanın İdarə Heyətinin qərarı əsasında müəyyən olunmuş müddətə.
25
32.14. Marketmeyker bu fəaliyyəti bilavasitə həyata keçirən səlahiyyətli treyderlərinin
dəyişməsi barədə dərhal Birjaya məlumat verməlidir.
32.15. Marketmeyker Birjanın müraciəti əsasında market meyker öhdəliklərini icra etdiyi
depo hesabından çıxarışı Birjaya təqdim edir.
33. Kotirovka spredi
33.1. Marketmeyker öz öhdəliklərini yerinə yetirərkən və bu Qaydalara uyğun olaraq
qiymətlər müəyyən edərkən aşağıda göstərilən qaydada hesablanmaqla kotirovka spredinə
əməl etməlidir:
33.1.1. Səhmlər üzrə:
KS
səhm
= Q
yüksək
satış
–
Q
aşağı
alış
x
100%
Q
aşağı
alış
Burada, KS
səhm
market meykerin səhmlər üzrə kotirovka spredi üçün hazırkı mövqeyidir.
Q
yüksək
satış
müvafiq qiymətli kağızlara market meyker tərəfindən verilən ən yüksək satış
qiymətidir;
Q
aşağı
alış
müvafiq qiymətli kağızlara market meyker tərəfindən verilən ən aşağı alış
qiymətidir.
33 .1.2. İstiqrazlar üzrə:
KS
istiqraz
= G
yüksək
satış
–
G
aşağı
alış
x
100%
G
aşağı
alış
Burada, KS
istiqraz
market meykerin istiqrazlar üzrə kotirovka spredi üçün hazırkı mövqeyidir.
G
yüksək
satış
müvafiq qiymətli kağızlara market meyker tərəfindən verilən ən yüksək satış
qiymətidir;
G
aşağı
alış
müvafiq qiymətli kağızlara market meyker tərəfindən verilən ən aşağı alış
qiymətidir.
33.1.3. Törəmə maliyyə alətləri üzrə:
KS
TMA
= Q
yüksək
satış
–
Q
aşağı
alış
x
100%
Q
aşağı
alış
Burada, KS
TMA
market meykerin törəmə maliyyə alətləri üzrə kotirovka spredi üçün hazırkı
mövqeyidir.