29
həyata keçirilir.
40.2. Repo əməliyyatı Repo Baş Razılaşmasını imzalamış birja üzvləri arasında repo
iştirakçılarının müştəri hesabından həyata keçirilir.
40.3. Repo əməliyyatı üzrə əmələ gələn öhdəliklərin icra olunmasında təminatçı kimi klirinq
təşkilatı çıxış edir. Repo əməliyyatı üzrə təminatların həcmi klirinq təşkilatı tərəfindən
hesablanır.
40.4. Hər bir Repo əməliyyatı Repo şəhadətnaməsi ilə təsdiq edilir (Əlavə №3).
40.5. Birjada keçirilən Repo əməliyyatları aşağıdakı növlərə bölünür:
40.5.1. Azərbaycan Respublikasının Mərkəzi Bankının kontragent qismində çıxış etdiyi Repo
və Əks-repo əməliyyatları;
40.5.2. Banklar arası Repo əməliyyatları.
40.6. Bu Qaydalarla digər hallar nəzərdə tutulmadıqda Repo əməliyyatlarına şamil edilən
müddəalar Əks-repo əməliyyatlarına da şamil edilir.
41. Repo müddəti
41.1. Repo əməliyyatlarının həyata keçirilməsinin müddəti Repo iştirakçıları tərəfindən
müəyyən olunur. Repo əməliyyatının həyata keçirilməsinin maksimum müddətinə Birja
tərəfindən məhdudiyyət qoyula bilər.
41.2. Repo müddəti aşağıdakı qaydada hesablanır:
Repo bağlanış əqdi tarixi - Repo açılış əqdi tarixi = Repo müddəti
41.3. Reponun bağlanma tarixi Reponun predmeti olan qiymətli kağızların ödəniş, faiz ödənişi
və ya geri satınalınmasının başlanması tarixindən ən azı beş gün əvvəl olmalıdır. Repo açılış
əqdi və Repo bağlanış əqdi eyni tarixdə həyata keçirildikdə, Reponun müddəti bir gün hesab
edilir.
41.4. Repo müddəti ərzində Reponun predmeti olan qiymətli kağızlarla təsbit edilmiş hüquqlar
Repo açılış əqdi zamanı Repo satıcısı kimi çıxış edən şəxsə məxsusdur.
42. Repo predmetinin müəyyən olunması
42.1. Repo predmeti Birjada ticarətə buraxılmış aşağıdakı investisiya qiymətli kağızlardır:
42.1.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları;
42.1.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılan notlar;
42.1.3. Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan ipoteka istiqrazları;
42.1.4. Dövlət təminatı ilə buraxılmış istiqrazlar;
30
42.1.5. Birjada market-meyker tərəfindən likvidliyi təmin olunmuş digər investisiya qiymətli
kağızları.
42.2. Repo predmeti ola bilən qiymətli kağızların siyahısı klirinq təşkilatı ilə razılaşdırmaqla
Birja tərəfindən müəyyən olunur. Reponun predmeti olan qiymətli kağızların siyahısı Birjanın
ticarət sistemi və internet səhifəsi vasitəsi ilə açıqlanır.
43. Repo ticarəti
43.1. Birjada keçirilən Repo əməliyyatları bu Qaydaların 6-cı maddəsi ilə nəzərdə tutulmuş
fasiləsiz ticarət üsulu ilə təşkil olunur. İstisna olaraq, Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən zəruri hallarda bu Qaydaların 40.5.1.-ci bəndində nəzərdə tutulmuş Repo və
Əks-repo əməliyyatları üzrə bir qiymətli hərrac üsulu (birbaşa hərrac üsulu) və ya rəqabətli
hərrac üsulu (dolayı hərrac üsulu) ilə hərraclar təşkil edilə bilər.
43.2. Repo ticarəti Birjanın ticarət reqlamentinə uyğun olaraq həyata keçirilir.
43.3. Repo sifarişləri növünə görə limit qiymətli sifariş və bazar qiymətli sifariş ola bilər.
43.4. Limitli sifarişlər təqdim olunmuş repo faiz dərəcəsi və ya Birjada mövcud olan daha
yaxşı faiz dərəcəsi ilə, bu Qaydalara müvafiq olaraq icra olunur. Limit qiymətli repo sifarişdə
aşağıdakı şərtlər əks olunur:
43.4.1. Repo predmeti olan investisiya qiymətli kağızları;
43.4.2. Sifarişin istiqaməti (Repo açılış əqdində qiymətli kağızların alışı və ya satışı);
43.4.3. Repo predmetinin sayı və ya Repo məbləği;
43.4.4. Repo müddəti;
43.4.5. Repo faiz dərəcəsi;
43.4.6. Birja üzvünün və ya birja üzvünün müştərisinin bu Qaydaların 40.2.-ci bəndinin
tələblərinə uyğun gələn müştərisinin hesab nömrəsi.
43.5. Bazar qiymətli repo sifarişi sifarişlər kitabında mövcud olan repo faiz dərəcəsi ilə, bu
Qaydalara müvafiq olaraq icra olunur. Bazar qiymətli repo sifarişində aşağıdakı şərtlər əks
olunur:
43.5.1. Repo predmeti olan investisiya qiymətli kağızları;
43.5.2. Sifarişin istiqaməti (Repo açılış əqdində qiymətli kağızların alışı və ya satışı);
43.5.3. Repo predmetinin sayı və ya Repo məbləği;
43.5.4. Repo müddəti;
43.5.5. Birja üzvünün və ya birja üzvünün müştərisinin bu Qaydaların 40.2.-ci bəndinin
tələblərinə uyğun gələn müştərisinin hesab nömrəsi.
43.6. Repo sifarişlərinin təmin olunması ən yaxşı repo faiz dərəcəsi prinsipi ilə həyata keçirilir.
43.7. Repo sifarişləri təmin edilənə və ya ləğv edilənədək qüvvədə olur. Birja üzvü təqdim
etdiyi Repo sifarişlərini və ya onun icra olunmamış hissəsini birjanın ticarət reqlamentinə
əsasən repo ticarətinin təşkil edildiyi müddət ərzində ləğv edə bilər. Repo ticarəti müddətinin
31
sonunda bütün təmin edilməmiş sifarişlər avtomatik olaraq ləğv olunur.
44. Repo açılış və bağlanış əqdi qiymətlərinin hesablanması
44.1. Repo açılış əqdi Repo açılış qiyməti ilə bağlanılır. Repo açılış qiyməti Repo predmeti
olan investisiya qiymətli kağızlarının cari qiymətinin bu Qaydaların 45-ci bəndi ilə müəyyən
olunmuş təminat əmsalı həcmində diskontlaşdırılması yolu ilə, Birja tərəfindən hesablanır.
Repo açılış əqdinin qiyməti aşağıdakı qaydada hesablanır:
P
a
= P
c
(1 −
k
100
)
Pa – Repo açılış əqdinin qiyməti;
Pc – Repo predmeti olan investisiya qiymətli kağızlarının cari qiyməti;
k – təminat əmsalı (faizlə).
44.2. Repo predmetinin cari qiyməti aşağıdakı düstur əsasında hesablanır:
Faizli istiqrazlar üzrə:
P
c
= N × (1 +
(t
1
− t
0
) × C%
T
)
Pc – Repo predmetinin cari qiyməti;
N – Repo predmeti olan istiqrazın nominal dəyəri (pul ekvivalentində);
t1 – Repo açılış əqdinin tarixi;
t0 – Repo predmeti olan istiqrazın son faiz ödənişi tarixi;
C – Repo predmeti olan istiqrazın faiz dərəcəsi;
T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq).
Diskontlu istiqrazlar üzrə:
P
c
= (
T × N
(t
2
− t
1
) × Y% + T
)
Pc – Repo predmetinin cari qiyməti;
N – Repo predmeti olan istiqrazın nominal dəyəri (pul ekvivalentində);
t2 – Repo predmeti olan istiqrazın ödəniş tarixi;
t1 – Repo açılış əqdinin tarixi;
Y – Repo predmeti olan istiqrazın Birjada bağlanılmış əqdlər üzrə orta çəkili qiyməti əsasında
hesablanmış faiz dərəcəsi;
T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq.
Səhmlər üzrə cari qiymət Repo predmeti olan investisiya qiymətli kağızları ilə Birjada
bağlanılmış əqdlərin orta çəkili qiyməti və ya market meyker kotirovkaları əsasında müəyyən
edilir.
44.3. Repo bağlanış əqdi Repo bağlanış qiyməti ilə təmin edilir. Repo bağlanış əqdinin qiyməti
Birja tərəfindən aşağıdakı qaydada hesablanır:
P
b
= P
a
× (1 +
t × r%
T
)
Pb – Repo bağlanış əqdinin qiyməti;
Pa – Repo açılış əqdinin qiyməti;
Dostları ilə paylaş: |